Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-185/2025 20.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, Masallı rayonu Ərkivan qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan X8 internet informasiya ehtiyatında “Tik-tok” platforması vasitəsi ilə yaydığı video və foto şəkil görüntüləri ilə ona böhtan atıb, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları "Tiktok” platforması vasitəsi ilə yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, Lənkəran ŞRPŞ-nin heyyət üzrə rəis müavinidir. Masallı rayonu, Ərkivan kəndi sakini X8 istifadəsində olan X12 Rover markalı **-MU-*** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixində Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində saat 20:00 radələrində Lənkəran ŞRPŞ-nin və UFA mağazasının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxs uca səslərlə polis nəfərini təhqir etmiş və cəmiyyətə qarşı etik davranış qaydalarına zidd hərəkətlər etmiş və bu səbəbdən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1 -ci maddələri ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsi Masallı rayonu, Ərkivan kənd sakini barəsində 01 sentyabr 2025-ci il tarixli 3(049)-638/2025 saylı qərar qəbul edərək, AR İXM-nin 510-cu maddəsinin tələbində nəzərdə tutulmuş cəza tətbiq etmişdir. Qəbul edilmiş qərar qanuni qüvvəsini almışdır. X1 polis əməkdaşlarının, onun barəsində tərtib etdikləri protokola görə qisas almaq məqsədilə şantaj və böhtan dolu foto və video hazırlamış, onları yaymış eyni zamanda müxtəlif təşkilatlara ərizələr yazmışdır. Belə ki, 11 sentyabr 2025-ci il tarixində saat 10:00 radələrində X8 Lənkəran şəhəri, T.İsmayılov küçəsi Lənkəran ŞRPŞ-nin qarşısında onun istifadəsində olan VAZ 21074 markalı Y203MA 799 rus nişanlı avtomobilndə onu öz mobil telefonu ilə kameraya çəkmişdir. Həmin video çəkilişi edən zaman o, yolda dayanıb Polis Şöbəsinin daravazasının quraşdırılmasına nəzarət edən zaman çəkmişdir. Həmin videonu Ağayev İlham 12 sentyabr 2025-ci il tarixində özünə göndərmiş və hədələyəci sözlərlə onu yayacağını bildirmişdir. Sonra 12 sentyabr 2025-ci il tarixində Ağayev İlhamın göstərişi ilə X8 internet informasiya ehtiyatında “Tik-Tok” platformasına @vetendä8 adı ilə qeydə alınmış tik- tok istifadəçisi kimi yaymaqla icra etmişdir. Bütün bunlar xx.xx.2025-ci il tarixindən sonra hazırlanmış və yayılmışdır. Belə ki, barəsində şikayət yazdığı X8 internet informasiya ehtiyatında “Tik-tok” internet platformasında onun Polis geyimində olan şəklini paylaşaraq onu təhqir etmiş, ona şər və böhtan ataraq onu az ağır və ağır cinayətdə ittiham edərək, şərəf və ləyaqətini alçaltmışdır. X8 internet resurslarında “Tik-Tok” platformasında şəkilinin üzərinə - “RƏSMİ ŞOK İDDİA, LƏNKƏRAN RAYON RƏİS MÜAVİNİ ƏHALİNİN 170 KİLOLUQ RÜŞVƏTXOR CƏLLADİ İLTİFAT YUSİFOV CƏNAB NAZİRİN BUNLARDAN HEÇ XƏBƏRİ YOXDUR” ifadəsi yazılmış və 12 sentyabr 2025-ci il tarixində yaymış və onu ağır cinayyətdə ittiham etmişdir. Həmin şəkildə hazırlanan videonun mesaj hissəsini açaraq orada barəsində təhqiredici sözlərin yazılmasına (yazmış) şərait yaratmışdır. Barəsində şikayət yazdığı H.Ağayev öz hərəkətlərimə cavab verməli olduğunun fərqinə varmır və məsuliyyət hissini itirməyinə şübhə etmir. Əks halda o, öz üzərinə “çəkisindən” qat-qat ağır olan “öhdəlik” götürməzdi. Ona da şübhə etmir ki, Hüseyn Ağayevin tərəfindən həmin müsahibələrin bu səpgidə və bu dərəcə iyrənc formada verilməsinin müəyyən qüvvələrin əli var. Təbii ki, həmin müsahibələrə görə cavabı H.Ağayev verməlidir. Böhtançı hər bir halda hərəkətlərinə cavab verməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi şikayət ərizəsini müdafiə edərək, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət ərazi ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: 29.1. Heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.4.2. bu Məcəllənin 300.1.2 və 300.1.3-cü maddələrində nəzərdə tutulmuş qərar çıxarıldıqda—xüsusi ittihamçıya, barəsində şikayət verilmiş şəxsə və onların nümayəndələrinə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.3. Məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmçinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 03 saylı Qərarının 12-ci bəndində qeyd edilmişdir ki,: Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Məhkəmə hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətini əsasladıraraq Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan X5 internet informasiya ehtiyatında “Tik-tok” platforması vasitəsi ilə yaydığı video və foto şəkil görüntüləri ilə ona böhtan atıb, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları "Tiktok” platforması vasitəsi ilə yayaraq, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığını qeyd etmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarına əsasən, "Tik-Tok” sosial şəbəkəsinin kütləvi informasiya vasitəsi (internet informasiya ehtiyatlarının) olduğu müəyyən edilir. Həmçinin "Tik-Tok” sosial şəbəkəsinin Azərbaycan Respublikasının ərazisində qeydə alındığına dair məlumat aşkar edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, xx.xx.2005-ci il təvəllüdlü X2 rayonu, Ərkivan qəsəbəsi ünvanında qeydiyyatdadır. Məhkəmə, yuxarıda qeyd edilən qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilən halları nəzərə alıb və Azərbaycan Respublikası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və şikayət ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-185/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-185/2025
20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver