Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-186/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu, Port-İliç qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, təhsili olmayan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 02 may 2023cü il tarixdə, saat 16.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, narkotik maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin dekabr ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq 1 ədəd kibrit qutusunda çəkisi 5,622 qram və 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,780 qram, 0,873 qram, 1,147 qram, 1,121 qram, 0,663 qram, 0,637 qram; ümumi təmiz çəkisi 10,843 qram olan narkotik vasitə qurudulmuş marixuananı, həmçinin bir ədəd elektron tərəzini üzərində saxlamaqla daşımış, 10 dekabr 2022-ci il tarixdə saat 02:50-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhərində olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən qeyd edilən çəkidə 1 ədəd kibrit qutusunda və bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, həmçinin əynindəki gödəkçənin sol yan cibindən üzərində qurudulmuş marixuana izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli, yəni narkotik vasitəni satmaq üçün üzərində gəzdirmədiyini bildirərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, saxlanıldığı gün, Liman şəhərindəki dayanacaqda əməliyyat müvəkkili Şahid1 onun cibinə bir kibrit qutusunda marixuana ilə tərəzi qoymuş və ona bildirmişdir ki, çəkiliş aparılan zaman marixuana ilə tərəzinin özünə məxsus olduğunu və onları tanımadığı şəxsdən aldığını söyləsin. O, buna razı olmadıqda, Əlvan onu yumruqla vuraraq söyləmişdir ki, onları boynuna almasa narkotik vasitəni həyətindən çıxaracaqlar. Saxlanıldığı gün marixuana qəbul etmişdir. Narkotik vasitəni tanımadığı şəxsdən 5 manata almışdır. Əs həqiqətdə üzərində 1 büküm narkotik vasitə olmuşdur. Polis əməkdaşı Əlvan üzərində olan narkotik vasitə marixuananı götürərək əvəzində 1 kibrik qutusunda və 6 bükümdə narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzini üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs son sözündə ədalətli hökm çıxarılmasını və ona bəraət verilməsini, ən azından əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitəni əsasən Lənkəran şəhəri ərazisindən alırmış. Sonuncu dəfə 10 dekabr 2022-ci il tarixində saat 01 radələrində Lənkəran şəhəri, ərazisində olarkən üzdən tanıdığı, lakin şəxsiyyəti ilə bağlı məlumatı olmadığı şəxsi görüb ona yaxınlaşmışdır. Həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Həmin şəxs də üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin şəxsdən şəxsi istifadəsi üçün 55 manat qarşılığında bir ədəd kibrit qutusunda və 6 ədəd bükümdə qurudulmuş marixuana almışdır. Həmçinin Lənkəran şəhəri ərazisində yerləşən mağazaların birindən narkotik vasitə alarkən satıcılar tərəfindən aldadılmamaq üçün 1 ədəd elektron tərəzi də almışdır. 10 dekabr 2022-ci il tarixində gecə radələrində Lənkəran rayonu, Liman şəhəri M.Ə.Sabir küçəsində qurudulmuş marixuana və elektron tərəzi də üzərində olarkən mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri və elektron tərəzini harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. O da əynindəki gödəkçənin sağ yan cibində qoyduğu 1 ədəd kibrit qutusunu, 6 ədəd bükümü və gödəkçəsinin sol yan cibində olan 1 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümlərdə “nəşə” olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 6 bükümdə olan qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə çəkisi 15,72 qram olmuşdur. Sonra həmin bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi Müdafiəçi imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunaraq, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Üzərində aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi özünün qismən etiraf ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü ilə, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 Baləddin oğlu göstərmişdir ki, icraatına Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat qrupun tərkibində o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 10 dekabr 2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhərində saxlayaraq Lənkəran ŞRPŞ-nə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusu, 6 ədəd büküm və gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 1 ədəd kibrit qutusu, 6 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusu, 6 ədəd büküm elektron tərəzidə çəkilmiş, daha sonra ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Təqsirləndirilən şəxs narkotik vasitə aldığı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Əlavə olaraq bildirmişdir ki, o və ya digər polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamışlar, ona fiziki və ya psiziki təsir göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Əsədzadə X4 Əlvan Baləddin oğlu ilə eyni məzmunlu ifadə vermişlər. İşdə olan 10 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 02:50 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Liman şəhərinə piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki gödəkçəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusu, 6 ədəd büküm və gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə ümumi çəkisi 15,72 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kütləni Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxsdən almış və şəxsi istifadəsi məqsədilə üzərində saxlamışdır. Məhkəmə-bioloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli 19/1263 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda çəkisi 5,622 qram və 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,780 qram, 0,873 qram, 1,147 qram, 1,121 qram, 0,663 qram, 0,637 qram; ümumi təmiz çəkisi 10,843 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın izləri vardır. Marixuana iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş marixuanalarla müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 10,703 qram, ekspertizanın xərci isə 65 manat olmuşdur. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla satışı ilə məşğul olur. İşdə olan şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan ayarış, şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətlərindən və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Təranə Məmmədova ilə evli olmaqla, himayəsində xx.xx.2010-cu il təvəllüdlü X5 olmaqla bir azyaşlı uşağı vardır, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamışdır. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Maddi sübut hesab edilməsi haqqında” 04 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusunda çəkisi 5,622 qram və 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,780 qram, 0,873 qram, 1,147 qram, 1,121 qram, 0,663 qram, 0,637 qram; ümumi təmiz çəkisi 10,843 qram olan (qalıq -10,703 qram) narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, 10,703 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə 1 ədəd kibrit qutusunda çəkisi 5,622 qram və 6 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,780 qram, 0,873 qram, 1,147 qram, 1,121 qram, 0,663 qram, 0,637 qram; ümumi təmiz çəkisi 10,843 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması şahidlər Şahid1 Baləddin oğlu, Şahid2 və Şahid3 məhkəmə iclasında verdiyi təsdiqedici ifadələri, məhkəmə-bioloji ekspertizasının rəyi, maddi sübutlar, xx.xx.2022-ci il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol və protokola əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin və müdafiəçisinin çıxışlarının aşkar olunmuş narkotik vasitə marixuananın, həmçinin elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokolla təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində psixi və fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasını xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin, işdə olan Lənkəran rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixiki təziqə məruz qalması barədə müraciəti əsasında araşdırma aparılmış, qeyd olunan faktlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Habelə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsində əsasən Təqsirləndirilən şəxs himayəsəndə bir azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən etmədi. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-cı maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 10,703 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 65 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə tətbiq edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 10,703 qram olan narkotik vasitə olan marixuana, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. X3 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-186/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-186/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver