Məhkəmə qərarları › İş №1(049)-188/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-188/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-188/2024 01.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan şəxs, Lənkəran rayonu, Səparadı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024 -ci il tarixdə saat 17 radələrində Lənkəran rayonu Səparadı kəndində yerləşən fərdi yaşayış evində arvadı X7 ilə aralarında ailə-məişət nünasibətləri zəminində, yəni Rahidə Əlizadənin uşağını mağazaya aparmasına Təqsirləndirilən şəxs irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncu sillə ilə bir neçə dəfə R. Əlizadənin sifət nahiyyəsinə qəsdən zərbə vurmaqla - sol göz almasına yayılmış qansızıma, sol bazu, sol gözqapaqları-gözaltı nahiyələrində qançırlar ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə X1 qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. X7onun arvadıdır. X7 ilə 2020-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları vardır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadıqları Lənkəran rayonu Separadi kəndində yerləşən fərdi yaşayış evində olan zaman azyaşlı qızı ona mağazaya getmək istəməsini dimişdir. Rəşad qızını mağazaya aparmaq istəmişdir. Bu zaman Rahidə Əlizadə Təqsirləndirilən şəxs uşağı mağazaya aparmamasını tələb etmişdir. Təqsirləndirilən şəxs Rahidədən qışqırmamasını, normal şəkildə sözün deməsini bildirmişdir. X10 uşağın xəstə olmasını, mağazaya aparmamasını R .Qasımovdan aqressiv şəkildə tələb etmişdir. Təqsirləndirilən şəxs da əsəbi olduğundan Rahidə Əlizadənin üzərinə hücum çəkmişdir. R.X6 sifət nahiyəsinə qəsdən bir neçə sillə zərbəsi urmuşdur. Zərbənin təsirindən Rahidə Əlizadə yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evi tərk edərək getmişdir. Təqsirləndirilən şəxs mübahisəyə səbəb Rahidə Əlizadənin uşağın xəstə olmasını, mağazaya əarmamsini ondan aqressiv şəkildə tələb etməsi olduğunu, mübahisə zamanı orada digər heç kimin oİmamasını. R.Əlizadə ilə aralarında olan münaqişənin təxminən 3-5 dəqiqə davam etməsini bildirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə 2020-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2 övladları vardır. Rəşadla dörd ildir ki, ailə həyatı qurmaqlarına baxmayaraq bir neçə dəfə ailə daxili münaqişələri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadıqları Lənkəran rayonu Separadi kəndində yerləşən fərdi yaşayış evində olan zaman Rəşad azyaşlı qızını mağazaya aparmaq istəmişdir. R.Əlizadə Rəşada qızının xəstə olmasını, mağazaya aparmamasını tələb etmişdir. Lakin Rəşad R.Əlizadənin sözlərinə heç bir əhəmiyyət verməmişdir. R.Əlizadə də bu səbəbdən əsəbiləşərək Rəşada onun sözlərinə məhəl qoymaması barədə irad bildirmişdir. Bu zaman Rəşad R.Əlizadənin üzərinə hücum çəkmişdir. R.Təqsirləndirilən şəxsƏlizadənin sifət nahiyəsinə bir neçə sillə zərbəsi vurmuşdur. Zərbənin təsirindən R.Əlizadə yerə yıxılmışdır. Rəşad da evdən çıxaraq getmişdir R.Əlizadə bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. R.Əlizadə mübahisəyə səbəb qızını xəstə halda mağazaya aparmasına Təqsirləndirilən şəxs irad bildirməsi olduğunu, mübahisə zamanı orada digər heç kimin olmamasını. Təqsirləndirilən şəxs ilə aralarında olan münaqişəmi; təxminən 3-5 dəqiqə davam etməsini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. “Baxış keçirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Separadi kəndində yerləşən X3 məxsus fərdi yaşayış evində baş vermişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 540 saylı rəyində göstərilmişdir ki, X2 bədəni üzərində- sol göz almasına yayılmış qansızına, sol bazu, sol gözqapaqlarıgözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2235 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Seyidəkəran kənd sakini Qasımov X5 Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar