Məhkəmə qərarları › İş №1(049)-189/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-189/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-189/2023 13.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məkmum olunmamış, fərdi əməklə məşqul olan, Lənkəran şəhəri, Fizuli küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında həyətdə bacısı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yəni, onun ailə üzvlərinə maddi dəstək olmaması və evdə səs-küy yaratması üstündə bacısı Zərərçəkmiş şəxs ilə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən iki yumruq zərbəsi vuraraq ona sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı, burun nahiyələrində qançırlar, alın nahiyyəsində sıyrıqdan ibarət və dərəcəsinə görə sağlamlığını qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, avtomobil rəngsazı işləyir. Bir neçə il olar ki, ailə üzvləri ilə birlikdə bir evdə yaşasa da, qazandığı pulları ancaq özünə xərcələyir, ailə üzvlərinə xərcləmir. Buna görə dəfələrlə bacısı Vahidə ilə aralarında mübahisə olmuşdur. Sonuncu dəfə 02 fevral 2023-cü il tarixdə saat 21 radələrində o müştəridən götürdüyü VAZ-2106 markalı avtomobili yaşadığı evin həyətində rəngdən öncə sürtərkən bu zaman bacısı Vahidə öz əri Fariz ilə birlikdə yaşadığı evin həyətinə düşüb ona yaxınlaşıb işləyib evə pul verməmək üstündə onunla yenidən mübahisə etməyə başlamış və ondan işini dayandırmağını tələb etmiş, o işini dayandırmadığı üçün Vahidə onun ünvanına söyüş söymüş və o, bunu eşidib əsəbləşərək Vahidəyə yaxınlaşıb sifətinin sol tərəfinə iki yumruq zərbəsi vurmuş, zərbə vurduqdan sonra Vahidə 102-xidmətinə zəng edib ondan şikayət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanın tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxsla bir evdə yaşasalar da Yaqub son vaxtlar yaşadığı ev üçün hər hansı bazarlıq etmir. Ailəni dolandırmaq üçün pul vermədiyinə görə aralarında mütəmadi mübahisələr düşmüşdür. Sonuncu dəfə 02 fevral 2023-cü il tarixdə axşam saat 21 radələrində qardaşı Yaqub yaşadıqları evin həyətinə bir avtomobil gətirib həmin avtomobili rəngdən öncə sürtməyə başlamış, sonra avtomobilə minib qaz verib səs etdiyi üçün və yaşadığı evdə xəstə olan anası Xanım narahat olduğundan o, əri Farizlə yaşadığı evin həyətinə düşüb qardaşı Yaquba yaxınlaşmışdır. Yaqubdan avtomobilə qaz verib səs etməməyini deyəndə, Yaqub ona «əcəb edirəm» cavabını vermişdir. O, bu zaman əsəbləşib Yaquba «evə hər hansı köməkliyin dəymir, heç olmasa xəstə anamızı narahat etmə» sözlərini dedikdə, Yaqub əsəbləşib onu söydüyü üçün, o da Yaquba cavab söyüşü qaytarmışdır. Bu zaman Yaqub ona yaxınlaşıb sifətinə iki yumruq zərbəsi vurmuşdur, o da buna görə 102-xidmətinə zəng edib məlumat vermişdr. Mübahisə yaşadığı evin həyətində baş vermişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə bildirmişdir ki, hal-hazırda qardaşı Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə işə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 108 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı, burun nahiyələrində qançırlar, alın nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar