Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-19/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 10:35 xx xxxxxx 1973-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(049)- 407/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(002)-1465/2023 nömrəli qərarı ilə azadlıqdan məhrumetmə cəzasından 29 (iyirmi doqquz) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 13 yanvar 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ev 62 ünvanında qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2024-cü ilin iyul ayında, Lənkəran şəhəri mərkəzi bazar ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,509 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşımış, 22 iyul 2024-cü il tarixdə saat 14:00 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ərazisində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 1irilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibində gizlətdiyi qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərdi ki, tutulana qədər ünvan 2 ünvanında yaşamışır. Əvvəllər bir neçə dəfə oğurluq etdiyi üçün və üzərində narkotik vasitə gəzdirdiyi üçün məhkum olunmuşdur. Təxminən 1 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamindən siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla istifadə edir. İstifadə etdiyi metamfetamini həmişə Lənkəran şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır. 22 iyul 2024cü il tarixdə, saat 13 radələrində yaşadığı evdən çıxaraq istifadə etmək üçün metamfetamin almaq məqsədilə piyada mərkəzi bazarın qarşısına getmiş və bazarın ərazisində üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 20 manata bir bükümdə metamfetamin alıb əynində olan şalvarının sol yan cibində gizlətmişdir. Sonra isə piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Həmin gün saat 14 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada yaşadığı evə gedən zaman yanında bir maşın dayanmış və həmin maşından bir neçə nəfər şəxs düşərək ona yaxınlaşmışdır. Həmin şəxslərdən biri ona polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində özünün seçdiyi vəkil və polis əməkdaşlarının iştirakı ilə üstündə axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonunun videokamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi ona hüquq və vəzifələrini izah etmişdir. Polis işçisi üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə olduğu halda təqdim etməsini təklif etmişdir. O da əynində olan şalvarın sol yan cibində gizlətdiyi bir bükümdə olan metamfetamini və sağ yan cibindən bir ədəd "Kafel" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçisi həmin bükülünün içərisində nə olduğunu ondan soruşmuş, o da cavabında həmin bükülünün içərisində metamfetamin olduğunu və özünün istifadə etməsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra, polis əməkdaşı üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. O da cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bir bükümdə olan metamfetamindən başqa üzərində heç nə yoxdur. Bundan sonra polis işçisi üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır. İçərisində metamfetamin olan bir ədəd bükülünü elektron tərəzidə çəkilmiş və çəkisi 0,56 qram olmuşdur. Daha sonra içərisində metamfetamin olan 1 ədəd bükülü zərfə qoyulmuş və həmin bir ədəd zərfin üzərinə möhür vurulmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtdai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. İcraatına ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Həmin məlumatların mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondən başqa əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 olmuşdur. 22 iyul 2024-cü il tarixdə saat 14 radələrində Şahid1 rəhbərliyi altında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ətrafında müşahidələr aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs aşkar etdikdən sonra ona yaxınlaşmışlar. Özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə şöbəyə gəlməli olduğunu bildirmişlər. Çünki ətrafda insanların intensiv hərəkəti olduğundan orada şəxsi axtarış həyata keçirilməsi mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs onlarla razılaşmış və yolda onu nəzarətdə saxlayaraq şöbənin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. O da əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Kafel” markalı mobil telefon və şalvarın sol yan cibindən isə içərisində kristal şəkilli kütlə olan 1 ədəd sellofan kəsiyi bükümünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunun bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, nəticədə onun üzərindən cinayət xarakterli digər predmet, əşya və.s aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş 1 ədəd bükümü Lənkəran şəhər mərkəzi bazar ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisi 0,56 qram olmuşdur. Həmin büküm ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsini icra edir. Baş əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Daxil olmuş məlumatların realizə edilməsi üçün əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun rəhbəri Şahid1, üzvləri o və əməliyyat müvəkkili Şahid3 olmuşdur. 22 iyul 2024-cü il tarixdə saat 14 radələrində Şahid1 rəhbərliyi altında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi ətrafında müşahidələr aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs aşkar etdikdən sonra ona yaxınlaşmışlar. Özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə şöbəyə gəlməli olduğunu bildirmişlər. Çünki ətrafda insanların intensiv hərəkəti olduğundan orada şəxsi axtarış həyata keçirilməsi mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs onlarla razılaşmış və yolda onu nəzarətdə saxlayaraq şöbənin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs özünün seçdiyi müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. O da əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Kafel” markalı mobil telefon və şalvarın sol yan cibindən isə içərisində kristal şəkilli kütlə olan 1 ədəd sellofan kəsiyi bükümünü çıxararaq təqdim etmişdir.Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunun bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, nəticədə onun üzərindən cinayət xarakterli digər predmet, əşya və.s aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş 1 ədəd bükümü Lənkəran şəhər mərkəzi bazar ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisi 0,56 qram olmuşdur. Həmin büküm ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonra tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. 22 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvann sol yan cibindən büküm halında olan ilkin çəkisi 0,56 qram, özünü deməsinə görə “şüşə” adlı maddəni təqdim etmiş, həmçinin daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin metamfetamin olduğunun bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2024-cü il tarixli 19/567 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,509 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 25 iyul 2024-cü il tarixli 613 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı“ diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən, xx.xx.2022-ci il tarixli, 1 (049)-407/2022 nömrəli Lənkəran Rayon Məhkəməsinin hökmü, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü tarixli, 7(002)- 1465/2023 nömrəli qərarın surətindən görünür ki, Təhməzov X1 Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 1(049)-407/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(002)-1465/2023 nömrəli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının 29 (iyirmi doqquz) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 13 yanvar 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-407/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 7(002)-1465/2023-cü il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasından 29 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 4(049)-119/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 22 iyul 2024-cü il tarixdən hesablanmışdır. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 30 iyul 2024-cü il tarixli, 3024 nömrəli məktubdan görünür ki, Təhməzov X1 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbs olunana qədər Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ev 62-də qeydiyyatda olmaqla tək yaşamış və yaşayış yeri müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi» haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,509 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,459 qram qalığı, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0,459 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, şəxsin üstünün yoxlanması zamanı qeydə alınmış videoçəkilişə dair 1 ədəd DVD diskin maddi sübut qismində iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 iyul 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilməli və onun 2022-ci ildən ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı“ diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə 0,459 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və onun 2022-ci ildən ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı“ diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0,459 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-19/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-19/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver