Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-190/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:45 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında, Lənkəran şəhərində satış məqsədilə qanunsuz olaraq dörd ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,278 qram, 0,221 qram, 0,171 qram, ümumi təmiz çəkisi 0,947 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən 06 yanvar 2023-cü il tarixdə saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin, gödəkçəsinin sol qoltuq cibindən isə bir ədəd işlək vəziyyətdə, üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 5/3-də həyat yoldaşı, anası, 12 yaşlı və 9 yaşlı iki qızı ilə birlikdə yaşayır. X13 İdarəsində nəzarətçi-çilingər vəzifəsində çalışır. Ayda 83 manat maaş alır. Bundan əlavə ailəsini dolandırmaq üçün fəhləliklə də məşğul olur. Əvvəllər məhkum edilməmişdir, hərbi mükəlləfiyyətlidir. 1 aya yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddəni Lənkəran şəhəri mərkəzi bazarında tanımadığı şəxslərdən alır. Elektron tərəzini isə əvvəllər qızıl alveri ilə məşğul olduğu üçün üzərində gəzdirir. Belə ki, təxminən, 3 il bundan əvvəl o, Çingiz adlı tanışı ilə birlikdə qızıl alveri ilə məşğul olurmuş. Sonra həmin şəxs ölmüş, o da qızıl alveri ilə məşğul olmağı dayandırmışdır. Elektron tərəzi də həmin zamandan qalmışdır. 06 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri mərkəzi bazar ərazisinə getmişdir. Orada bir neçə dəfə psixotrop maddə aldığı şəxsə yaxınlaşıb həmin şəxsdən şəxsi istifadəsi üçün 4 ədəd bükümdə psixotrop maddə metamfetamin alıb ağrıları olan zaman qəbul etmək üçün əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Elektron tərəzi isə əynində olan gödəkçəsinin sol iç cibində olmuşdur. Həmin gün, saat 16 radələrində polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək, ona narkotik vasitə, həmçinin psixotrop maddə qəbul etməyi, üzərində gəzdirməyi, həmçinin satışı ilə məşğul olmağı ilə bağlı məlumatların yoxlanılması məqsədilə üzərində şəxsi axtarışın həyata keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Şöbənin müdafiəçisinin və polis əməkdaşlarının iştirakı və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən 4 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, gödəkçəsinin sol qoltuq cibindən isə bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. O narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilən psixotrop maddələri özü istifadə etməsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 3/5-də qeydiyyatda olmaqla yaşayn Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına daxil olmuş məlumatların qanunamüvafiq şəkildə realizə edilməsi üçün şöbə rəhbərliyinə müraciət etmişdir. Rəhbərliyin göstərişi ilə əməliyyat qrupu yaradılmış, qrupun tərkibini müəyyən edən əmr imzalanmışdır. Əmrə əsasən qrupun tərkibinə baş əməliyyat müvəkkili Şahid2 Baləddin oğlu və şöbənin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X9 daxil olmuşdur. 06 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən aşkar etmişlər. Həmin zaman Samir tək olmuşdur, onlar çevikliyi və gözlənilməzliyi təmin edərək Samirə yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim edərək Samirə yaxınlaşmaqlarının səbəbini ona izah etmiş, barəsində daxil olmuş məlmatların icrası ilə əlaqədar olaraq üzərində şəxsi axtarış keçirilməli və onlarla birlikdə şöbənin inzibati binasına getməli olduğunu bildirmişlər. Samir də onlarla gəlməyə razılıq vermişdir. Şöbəyə gələnə qədər olan qısa müddət ərzində Samiri üzərində ola biləcək qanunsuz predmetləri harasa atmaq imkanının olmaması üçün nəzarətdə saxlamışlar. İnzibati binada araşdırmanı təhqiqatçı Məhəmməd Abdullazadə davam etdirmişdir. Məhəmməd Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutaraq sonuncuya hüquq və vəzifələrini izah etmiş və vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Lənkəran rayon vəkil bürosunun vəkili X4 dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı videoçəkilişin aparılması Şahid2 tapşırılmış, şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Samir də əynində olan boz rəngli şalvarın sol yan cibindən 4 ədəd sellofan büküm, əynində olan gödəkçənin içəri cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Bunda sonra X8 Kərimov üzərində şəxs axtarış həyata keçirməyə başlamış, şəxsi axtarış zamanı Samir Kərimovun üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Samir Kərimovun üzərindən aşkar edilmiş 4 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,32 qram olmuşdur. Daha sonra təhqiqatçı bükümləri və elektron tərəzini qablaşdırmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş bükümlərdə psixotrop maddə metamfetamin var, şəxsi istifadəsi üçün Lənkəran şəhəri mərkəzi bazar ərazisində tanımadığı şəxsdən almışdır. Elektron tərəzini isə əvvəllər qızıl alverçisi olması ilə əlaqədar üzərində gəzdirir. Daha sonra isə çəkiliş yekunlaşmış və şəxsi axtarış protokllaşdırılmışdır. Keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, o, psixotrop maddəni satış, elektron tərəzini isə satış zamanı psixotrop maddə və narkotik vasitələri bükümlərə ayırmaq üçün istifadə etmək məqsədilə əldə etmişdir. Məhkəmə istintaqında Şahid2 Baləddin oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarının sol yan cibindən 04 ədəd bükümdə, ilkin çəkisi 1,32 qram olan psixotrop maddə metamfetamin, gödəkçəsinin qoltuq cibindən isə bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 yanvar 2023-cü il tarixli 19/09 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən 4 (dörd) büküm psixotro maddəyə bənzər kütlə.....” sözlər və imzalar zərfdəki, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,278 qram, 0,221 qram, 0,171 qram, ümumi təmiz çəkisi 0,947 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. metamfetamindən tədqiqata 0,2 qr (hər ob -0,05 qr) istifadə edilmiş, 0,747 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 14 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə metamfetamin, 04 (dörd) ədəd sellofan bükümdə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,278 qram, 0,221 qram, 0,171 qram, ümumi təmiz çəkisi 0,947 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,747 qram qalığı, işlək vəziyyətdə, üzərində psixotrop madə metamfetamin, elektron tərəzi və 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, tərəzi və narkotik vasitə metamfetamin ekspertizadan sonra qalıq qalmış 0,747 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması üçün əhəmiyyət kəsb etmədiyindən yaxın qohumlarına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-8/2023 №-li, xx.xx.2023-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran ŞİH-nin şəhər 1 nömrəli sahə inzibati ərai dairəsi üzrə nümayəndəliyin 12 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2, övladları – xx.xx.2012-ci təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə birlikdə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 5/3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,947 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamin əldə edərək, üzərində saxlamaqla daşıması şahidlər Şahid1 və Şahid2 Baləddin oğlunun ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2023-cü il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, 1 ədəd CD-R disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü madddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CMnin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan - 04 bükümdə ümumi təmiz çəkisi 0,747 qram olan narkotik vasitə metamfetamin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD diski isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan – 4 bükümdə ümumi təmiz çəkisi 0,747 qram olan narkotik vasitə metamfetamin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE **********0002088501, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-190/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-190/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver