Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-190/2024 07.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1979-cu il tarixdə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi dalan 8 ev 5 ünvanında yaşayan, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Şilavar kəndi ərazisində, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq öz istifadəsi üçün xeyli miqdarda, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,326 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 30 manat pul müqabilində əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:30-da Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Şilavar kəndi ərazisində küçədə saxlanılaraq şəhər-rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və polis şöbəsində üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən həmin çəkidə və bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı qeyd etdi ki, təxminən, 10 ildir narkotik vasitə olan heroindən istifadə edir. Heroini zərli kağızda yandırma yolu ilə tüstüsünü udmaqla qəbul edir. İstifadə etdiyi narkotik vasitəni Lənkəran şəhəri ərazisində təsadüfən rastlaşdığı, adını və yaşadığı ünvanını bilmədiyi ayrı-ayrı şəxslərdən alır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Lənkəran rayonu Şilavar kəndi ərazisində əvvəllər bir neçə dəfə psixotrop maddə aldığı, üzdən tanıdığı, adını Dadaş kimi bildiyi, lakin soyadını və ünvanını bilmədiyi şəxslə rastlaşmışdır. O, Dadaş kimi tanıdığı şəxsdən narkotik vasitə istəmiş və həmin şəxs də ona üzərində narkotik vasitə olduğunu deyib 30 manata bir bükümdə narkotik vasitə olan heroin satmışdır. O, aldığı narkotik vasitəni əynindəki şalvarının sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. Elə həmin gün, təxminən, saat 17:30 radələrində Lənkəran rayonu Şilavar kəndində küçədə piyada gedən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Lənkəran şəhər-rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə getmiş və polis şöbəsində şübhəli şəxs kimi tutularaq vəkil ilə təmin olunmuşdur. Sonra orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, öz istifadəsi üçün saxladığı bir büküm narkotik vasitə olan heroin baxış zamanı əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Həmin bir büküm narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq bağlanmış və zərfin üzərini möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş, protokolu və zərfi imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Törətdiyi cinayət əməlini könüllü etiraf edir. Himayəsində biri azyaşlı olmaqla iki uşağı vardır və ailəsində ondan başqa əmək qabiliyyətli şəxs yoxdur. Anası da xəstə olmaqla, onunla birlikdə yaşayır və anasına da onun özü tərəfindən qayğı göstərilir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid1 ifadə verərək göstərdi ki, Lənkəran şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhəri sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə əldə etdiyi məlumat əsasında həmin şəxsin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2024-cü il tarixdə raportla polis şöbəsinin rəisinə müraciət etmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərara əsasən o, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmış və həmin gün saat 17:30-da Təqsirləndirilən şəxs Lənkəran rayonu Şilavar kəndində küçədə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər. X11 Abdullayev vəkil ilə təmin olunduqdan sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə qəhvəyi rəngli, kəskin qoxulu, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə (kakos) olduğunu və özünə məxsus olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanını bilmədiyi şəxsdən 30 manata alıb öz istifadəsi üçün üzərində saxladığını, 10 ildir narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs özünün və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 0,44 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərində Təqsirləndirilən şəxs, onun vəkili və digər iştirakçılar imza etmişlər. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra iştirakçılar protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 əməliyyat müvəkkili Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş diskdən müəyyən edilir ki, həmin tarixdə saat 18:10-dan başlayaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm və həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə (kakos) olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs özünün və vəkilin iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 0,44 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və vəkili də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X2 regional bölməsinin xx.xx.2024-cü il tarixli 19/259 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,326 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat obyektinin 0,05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0,276 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Lənkəran şəhər-rayon X7 Bölməsinin baş müstəntiqi X1 qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatları zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,276 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhərrayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, şəxsi axtarış zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli 275 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında 2022-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli 771 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 17:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da Lənkəran şəhər-rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən şübhəli şəxs qismində tutulmadan azad edilərək onun haqqında həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq olunmaqla 5 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 411 nömrəli arayışdan, xx.xx.2007-ci il tarixli AZ-İ 332546 nömrəli nikah haqqında, xx.xx.2012-ci il tarixli AZ-İİİ 003685 nömrəli və xx.xx.2021-ci il tarixli AZ-İV 552407 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs evli olmaqla, ünvan 1 ünvanında qeydiyyatdadır və ünvan 4adı X4, xx.xx.2009-cu il tarixdə doğulmuş uşağı X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş uşağı X3 ilə birgə yaşayır. İş materiallarına əlavə edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı ilə yanaşı, bir yetkinlik yaşına çatmayan uşağının da olmasını onun ailə vəziyyətini xarakterizə edən hal kimi nəzərə alaraq cəzanı yüngülləşdirən hal hesab edir. Habelə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun həmin narkotik vasitənin özünə məxsus olduğunu dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs olmaqla, xx.xx.2021-ci il tarixli amnistiya qərarının qeyd olunan müddəasına əsasən onun üzərindən məhkumluq götürülmüş hesab edilir (barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicənin xx.xx.2021-ci il tarixli məhkəmə qərarı ləğv edilməsi nəzərə alınmaqla). Qeyd olunan əsaslara görə hazırda o, məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, ailəsinin vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-dan xx.xx.2024-cü il tarixdə saat 16:00-dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,276 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - şəxsi axtarış zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-dan xx.xx.2024-cü il tarixdə saat 16:00-dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran şəhər ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində faktiki yaşayış yeri olan Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi dalan 8 ev 5 ünvanında yaşadığı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,276 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış zaman video çəkiliş aparılmasına dair 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-190/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-190/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver