Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-191/2023 10.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Göyşaban kəndində qeydiyyatda olmaqla və yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 25 sentyabr 2019-cu il tarixdən başlayaraq 30 oktyabr 2011-ci il tarixdə doğulmuş X7 və 16 yanvar 2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 100,00 manat, ümumilikdə 200,00 manat məbləğində alimentin tutularaq Rufullayeva (Rəhmanova) Xəyalə Aydın qızına ödənilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(049)-2510/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon Məhkəməsinin 02 mart 2021ci il tarixli, 3(049)-282/2021 saylı qərarına əsasən Azərbaycan Res- publikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 500(beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 15 iyul 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 08 avqust 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Rufullayeva (Rəhmanova) Xəyalə Aydın qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 7000,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, 2010-cu ilin yanvar ayının 20-da X9 ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və nikahları 28 aprel 2011-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından 30 oktyabr 2011-ci il tarixdə Nərmin və 16 yanvar 2013-cü il tarixdə Allahverən adlı övladları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikahları ləğv olunaraq 25 sentyabr 2019-cu il tarixdən başlayaraq həmin uşaqların saxlanılması üçün hər ay 100,00 manat, ümumilikdə 200,00 manat məbləğində alimentin ondan alınaraq Xəyalə Rəhmanovaya ödənilməsinə qət edilmişdir. Alimentə görə borclu olduğu məbləği Xəyalə Rəhmanovaya ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, Lənkəran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Xəyalə Rəhmanovaya alimentə görə 600,00 manat ödəniş etmiş, 08 avqust 2022-ci il tarixədək 6400,00 manat qalıq borcu qalmışdır. Maddi imkanı olmadığı və Xəyalə Rəhmanovanın iki azyaşlı uşaqları ilə ona görüşə icazə vermədiyi üçün aliment borcunu ödəmir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, vaxt verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs ilə barışa bilməmiş və ona vurulmuş ziyanı ödəmək imkanı yoxdur. Törətdiyi əməldən son dərəcə peşimandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, X6 ilə ailə həyatı qurmuş və nikahları 14 aprel 2010-cu il tarixdə Lənkəran Rayon Qeydiyyat Şö- bəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından Nərmin və Allahverən adlı övladları doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün hər bir uşağa görə hər ay 100,00 manat, ümumilikdə 200,00 manat məbləğində aliment təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün dəfərlərlə icra şöbəsinə müraciət və şikayətlər etmişdir. Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün Lənkəran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə cərimə olunsa da o borclu olduğu aliment məbləğini qəsdən qərəzli olaraq ödəməmişdir. Təqsirləndirilən şəxs alimentə görə ona heç bir ödəniş etməmiş, 08 avqust 2022-ci il tarixədək 7000,00 manat borcu qalmışdır. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu tam şəkildə ödəməmişdir. Dəfələrlə icra məmurlarına müraciət edərək, alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. Buna görə də təqsirləndirilən şəxsin barəsində ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(049)-2510/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağa görə hər ay cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq iş üzrə tələbkar X10 na ödənilməlidir. İcra sənədi üzrə 23 oktyabr 2019-cu il tarixdə müvafiq qayda- da icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşa- dığı ünvana göndərilmişdir. İcra sənədi üzrə tələb tam şəkildə könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq sorğular verilmiş, lakin borclunun adında tələbin yönələ biləcəyi əmlak aşkar edilməmişdir. İcra tədbirləri zamanı borclu Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılmasından ötrü aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə təqdim edilmiş və borclunun iştirakı ilə keçirilən məhkəmə prosessi zamanı borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə ödəniş etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500(beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bundan əlavə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması üçün verilmiş təqdimat əsasında Lənkəran Rayon Məhkəməsi tərəfindən qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad icra olunması üçün şöbəyə daxil olmuş və icra olunması üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət edilmiş və ona aliment borcunu ödəmədiyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Lənkəran rayonunun Göyşaban kəndində yerləşən ünvanına baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi hər hansı əmlak aşkar edilməmiş və bu barədə akt tərtib olunmuşdur. İcraat dövründə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Xəyalə Rəhmanovaya heç bir ödəniş etməmiş və 08 avqust 2022-ci il tarixədək 7000,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş material- lar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqında Şahid2 Şahid1 göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(049)-2510/2019 saylı qətnaməsinin surətindən görünür ki, 30 oktyabr 2011-ci ildə doğulmuş X4 və 16 yanvar 2013-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşaq üçün ayda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 23 oktyabr 2019-cu il tarixli qərardan və tələbin könüllü icra edilməsi barədə bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(049)-2510/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar icraata başlanılmış və borclu Nurlan Nəzərova tələbi könüllü icrası ilə əlaqədar bildiriş göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-282/2021 saylı 02 mart 2021-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Rəhmanov X5 Rayon Məhkəməsinin 2(049)-2510/2019 №-li, 25 sentyabr 2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Elektron informasiya sistemindən Çıxarışdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2510/2019 №-li, 25 sentyabr 2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin yönəldilə biləcəyi hər hansı əmlakı yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq qeyd olunmamışdır. Təqsirləndirilən şəxs Lənkəran rayonu, Göyşaban kəndində yerləşən evinə baxış keçirilməsi haqqında 19 iyul 2021-ci tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, keçirilmiş baxış zamanı Nurlan Nəzərovun evində tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon məşğulluq mərkəzinin məktublarınundan görünür ki, Təqsirləndirilən şəxs işaxtaran kimi mərkəzə müraciət etməmişdir. E-Manat ödəniş sistemi üzrə ödəniş qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 600 manat aliment ödənişi həyata keçirilmişdir. Axtarışda lan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixdə saxlanıldığı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Rəhmanov X5 rayon Göyşaban kəndində anası X13 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirməsi, yəni CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, cinayət işi materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təyin olunacaq cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi onun islah olunmasına yetərli olmayacaq, buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclası zalından dərhal həbsə alınmalı, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə cəzasında çəkməli, onun cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-3 47, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilirənək, barəsində 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2(iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11(on bir) 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin, o məhkəmə iclası zalından dərhal həbsə alınsın və seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablansın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-191/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-191/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver