Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-191/2024 01.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 05 radələrindəLənkəran şəhəri, Zərifə Əliyeva küçısində yerləşən “Fədək” adlı marketin yaxınlığında Zərərçəkmiş şəxs iləaralarında baş vermişşəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanısonuncunun ona evə gəlmədiyi üçün irad bildirməsi səbəbindən qəsdən onun sol göz nahiyəsinə yumruq zərbəsi vurmaqla Zərərçəkmiş şəxs sol göz almasına yayılmış qansızma, sol göz bucağı, sol gözaltınahiyələrində qançırlardan ibarətxəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki 1635” taksi şirkətində taksi sürücüsü kimi işləyir. Barəsində aparılan araşdırmadan məlumatlıdır. 6 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nikah münasibətlərində birgə yaşayır. Əvvəllər yaxşı olsa da, son aylarda Yeganə Babayeva ilə sevgi münasibətlərində olduğu üçün münasibətləri pisləşmişdir. Dəfələrlə Yeganə ilə münasibətlərə son qoymağını tələb etdiyi üçün aralarında münaqişə baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat təqribən 05 radələrində Günel onun istifadəsində olan mobil nömrəsinə zəng edərək evə getmədiyi üçün irad bildirmişdir. Onu Yeganənin yanında olmağında günahlandırmışdır. Həmin vaxt **-FS-*** dövlət qeydiyyat nömrə nişanlı, toyota prius markalı, mavi rəngli avtomobiliylə taksi fəaliyyəti ilə məşğul olduğu üçün evə getməmişdir və Lənkəran şəhəri, “Fədək” marketin yaxınlığında olmuşdur. Onun yanına gedərək gecə vaxtı onu axtardığıüçün irad bildirmişdir. Münaqişə zamanı onun əmisi qızı Şahid də yanlarında olmuşdur. Əsəbiləşərək Günelin sol göz nahiyəsinə sağəliylə qəsdən yumruq zərbəsi endirmişdir. Ondan maşına əyləşməsini tələb edərək baş və bədəninin müxtəlif nahiyələrinə yumruq vəşillə zərbələri vurmuşdur. Günel onun maşınına əyləşmiş və Lənkəran şəhəri, Nizami küçəsində yerləşən “Paşa aptek”-in qarşısında avtomobildən düşmüşdür. Bundan sonra öz xidmətiylə məşğul olmaq üçün həmin yeri tərk etmişdir. Aralarındakı münaqişənin 2-3 dəqiqə davam etdiyini, ətrafda kənar şəxslərin olmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə döyülməyiylə bağlı Lənkəran ŞRPŞ-yəərizə ilə müraciət etmişdir. Şikayəti əri Təqsirləndirilən şəxsdır. Onunla 6 ildir ki, qeyri-rəsmi nikah münasibətlərindədir. Əvvəllər münasibətləri yaxşı olsa da, son 4 aydır ki, aralarında tez-tez münaqişə baş verdiyini bildirmişdir. Münaqişələrinin əsas səbəbinin onun gizli bir xanımla sevgi münasibətlərində olması olmuşdur. Dəfələrlə Nurlandan həmin xanımla ünsiyyətini kəsməsini tələb etsə də, Nurlan sözlərinə məhəl qoymamışdır. Sonuncu dəfə o, evə qayıtmadığıüçün onun yenə də həmin xanımla görüşəcəyindən şübhələndiyi üçün xx.xx.2024-cü il tarixdə saat təqribən 05 radələrindəəmisi qızı Şahid ilə Lənkəran şəhəri, “Fədək” marketin yanına getmişdir. Ərinin görüşdüyü xanımın həmin marketin yaxınlığında yaşadığınıöyrənmişdir. Nurlana “Fədək” marketin yaxınlığında zəng edib harada olduğunu soruşmuşdur. Nurlan dərhal olduğu yerə gələrək onu axtardığıüçün irad bildirmişdir. Əsəbiləşərək qəsdən onun sol gözünə yumruq zərbəsi vurmuşdur. Həmçinin baş və bədəninin müxtəlif nahiyələrinə yumruq vəşillə zərbələri endirib onu maşına oturmağa məcbur etmişdir. Nurlana müqavimət göstərməyərək maşına əyləşmişdir. Sonra maşını sürərək onu Lənkəran şəhəri, Paşa aptekin qarşısında avtomobilindən düşməyi tələb etmişdir. Bundan sonra döyülməyiylə bağlı Lənkəran ŞRPŞyəərizə ilə müraciət etmişdir. Vətəndaş münaqişələrinin 2-3 dəqiqə davam etdiyini, ətrafda kənar şəxslərin olmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materiallarının 22-24-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri Fədək adlı marketin yaxınlığında baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 20-21-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 534 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəsol göz almasına yayılmış qansızma, sol göz bucağı, sol gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 6-12 saatəvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcimdə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-191/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-191/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver