Məhkəmə qərarları › İş №1(049)-191/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-191/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-191/2025 04.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 avqust 1990-cı ildə Lənkəran rayonu, Vilvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 15 may 2025-ci il tarixdə, axşam saat 20 radələrində əvvəlcədən qəbul etdiyi spirtli içkinin təsirindən yaranmış yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Lənkəran-Boradigah-Masallı avtomobil yolunun Lənkəran rayonu, Vilvan kəndindən keçən hissəsində, yol kənarındakı “Halal market’in qarşısında səs-küy saldığına görə dayısı Şahid2 onu yaşadığı evə apara bilmədiyini görüb onlara yaxınlaşmış həmkəndlisi Zərərçəkmiş şəxs onu sakitləşdirib yaşadığı evə aparmaq məqsədi ilə qolundan tutmasından əsəbiləşərək, kənd sakinlərinin toplaşdığı, iaşə obyektlərinin yerləşdiyi və avtomobillərin sıx hərəkət etdiyi ərazi olduğuna görə ictimai yer hesab olunan həmin yerdə heç bir əsaslı səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlətməklə yanaşı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini onun hərəkətlərinə tamaşa edən insanların şəxsiyyətinin fovqündə qoyub, qərəzli hərəkətlərini təxminən 5 dəqiqə ərzində davam etdirməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni sonuncunun üzərinə hücum edib başı ilə onun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid burun nahiyəsində əzilmiş yara ilə nəticələnən xəsarət yetirməklə, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, o, özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilir. 15 may 2025-ci il tarixdə, saat 20 radələrində Vilvan kəndinin mərkəzində yerləşən ərzaq mağazasının yuxarısında ikinci mərtəbədə yerləşən həmkəndlisi Şahid1 işlədiyi çayxanaya getmişdir. Həmin vaxt Aqil çayxanada tək olmuşdur, başqa heç kəs olmamışdır. Çayxanada Aqildən ona pivə verməsini istəmişdir. Aqil onun spirtli içki içib sərxoş olduğunu bilib, onunla kobud tərzdə danışıb, çayxanadan çıxıb getməyini bildirmişdir. Aqilin onunla danışıq tərzi xoşuna gəlmədiyi üçün ona aşağı düşüb bu barədə söhbət etməyini demişdir. Aqil də razılaşıb, birlikdə çayxanadan çıxıb aşağı düşmüşlər. Aşağı düşdükdən sonra Aqil özünə məxsus avtomobilə əyləşib, oradan uzaqlaşmağını demişdir. O da Aqilə məxsus avtomobilə əyləşmişdir. Aqil maşını sürüb çayxanadan təxminən 400-500 metr aralandıqdan sonra Aqilin onu yaşadığı evə aparmaq istədiyini bilib, maşını saxlamasını tələb etmişdir. Aqil maşını saxladıqdan sonra o, yerə düşüb, piyada yenidən kənd mərkəzinə qayıtmışdır. Aqilin işlədiyi çayxananın qarşısında dayanıb onu gözlədiyi zaman bir qədər sonra Aqil də idarə etdiyi maşınla ora qayıtmışdır. Həmin vaxt dayısı Seyfəlin Aqilin maşınında olduğunu görmüşdür. Aqil dayısı Sevfələ onun Aqillə mübahisə etməyi barədə xəbər verib ora gətirmişdir. Aqil maşından düşdükdən sonra aralarında yaranmış mübahisə əsnasında üstünə hücum edib, yumruqla sağ göz nahiyəsinə bir zərbə vurmuşdur. O da Aqili vurmaq üçün üstünə hücum etmək istədikdə dayısı Seyfəl onu tutub saxlamışdır. Aqil orada dayanmayıb mağazanın üstündə yerləşən işlədiyi çayxanaya getmişdir. Dayısı Seyfəl onu sakitləşdirməyə və ona oradan uzaqlaşıb evə getməyi tövsiyyə etmişdir. Aqilin onu vurduğu zaman onu tutub saxlayaraq. Aqili vurmasına imkan verməməldə düzgün etmədiyini dayısı Seyfələ bildirmişdir. Dayısı Seyfəllə bu formada danışıb onunla mübahisəyə davam etdiyi zaman qısa müddət sonra həmkəndlisi Zərərçəkmiş şəxs yoldan keçdikdə onları görüb, yaxınlaşmış və nə üçün əsəbləşib dayısı Seyfəllə mübahisə etməyi ilə maraqlanmağa başlamışdır. Şərif bir qədər əvvəl Aqillə aralarında münaqişə yaranmasını bildikdən sonra ona sakitləşməyini, evə getməyini bildirmişdir. O isə evə getməkdən imtina elmişdir. Şərifin qolundan tutub. evinə getməyinə israr etməsindən əsəbləşdiyi üçün başla onun burun nahiyəsinə bir kəllə zərbəsi vurmuşdur. Bundan sonra Şərif onun yanından uzaqlaşmışdır. Dayısı Seyfəl də onu oradan uzaqlaşdırıb aparmışdır. Yaranmış münaqişə qısa müddətə təxminən 4-5 dəqiqə davam etmiş və həmin vaxt dayısı Seyfəl orada olmuşdur. Münaqişə zamanı ətrafdan keçənlər onların mübahisəsinin şahidi olsalar da ora kənardan heç kim toplaşmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib, barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının tətbiq edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, baxış və götürmə barədə protokol, həmin protokola əlavə olunmuş foto şəkillər, üzləşdirmə-dindirmə protokolu, həmçinin işin sair halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 may 2025-ci il tarixdə, saat 20 radələrində Vilvan kəndinin mərkəzində yerləşən “Sevinc” şadlıq sarayının qarşısından keçdikdə həmkəndlisi Təqsirləndirilən şəxs dayısı Seyfəllə yolun kənarında dayanıb, aqressiv əsəbi şəkildə onunla danışdığına şahid olmuşdur. O, Şahinlə birlikdə Rusiya Federasiyasında olduğu vaxtlarda onunla yaxın münasibətləri yarandığı üçün Şahinin nə səbəbə əsəbləşdiyini, nə baş verdiyini öyrənmək üçün onlara yaxınlaşmışdır. Onlara yaxınlaşdıqda söhbət zamanı Şahinin bir qədər əvvəl yaxınlıqda yerləşən çayxanada işləyən Aqillə aralarında mübahisə yarandığını, dalaşdıqlarını başa düşmüşdür. Aqil özü isə həmin vaxt orada olmamışdır, işlədiyi çayxanaya getmişdir. Şahinin əlamətlərindən onun spirtli içki içdiyini, sərxoş olduğunu bilmişdir. Əvvəllər aralarında olan münasibətə görə Şahinin onu dinləyəcəyini düşünüb. Şahini sakitləşdirib oradan uzaqlaşdırmaq istəmişdir. Şahin sərxoş olduğu üçün onu sakitləşdirməyə çalışmağından, oradan uzaqlaşdırmaq istəməyinə görə əsəbləşib ünvanına nalayiq ifadələr işlədərək başla onun burun nahiyəsinə bir kəllə zərbəsi vurmuşdur. Şahinin vurduğu baş zərbəsi nəticəsində burun nahiyəsindən xəsarət almışdır, burnundan qan axmağa başlamışdır. Bundan sonra o, Şahinə heç nə deməyib, oradan uzaqlaşıb getmişdir. Daha sonra rayon polis şöbəsinə yaxınlaşıb Şahin tərəfindən döyülməyi barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun burun nahiyəsinə bir kəllə zərbəsi vurmuş və nəticədə burun nahiyəsindən xəsarət almışdır. Şahin onun ünvanına nalayiq ifadələr işlədərək onu vurduğu zaman Şahinin dayısı Seyfəl orada olmuşdur və o, Şahinin onu döyməsinə şahid olmuşdur. Aqil isə həmin vaxt yolun kənarında yerləşən çayxananın ikinci mərtəbəsində olmuşdur. Şahin onu döydüyü zaman yaranmış münaqişə təxminən 2-3 dəqiqə davam etmişdir. Yaranmış münaqişə zamanı o, Təqsirləndirilən şəxs hər hansı formada vurmamış və ona qarşı fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxsla aralarında yaranmış əlbəyaxa mübahisə zamanı ətrafda çoxlu adam olmuşdur. Həmin konflikt zamanı ətrafda olan hər kəs aralarında yaranmış dava-dalaşı görmüşlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirlən şəxslə barışdığını, təqsirləndirlən şəxsin ona vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib təqsirləndirlən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 may 2025-ci il tarixdə, saat 20 radələrində Vilvan kəndinin mərkəzində yerləşən işlədiyi çayxanada olduğu zaman həmkəndlisi Təqsirləndirilən şəxs sərxoş halda çayxanaya gəlib, giriş qapısını möhkəm şəkildə çırpmışdır. O, Şahinə irad bildirdikdə, Şahin aqressiv şəkildə ona aşağı düşüb söhbət etməyini bildirmişdir. O da Şahinlə birlikdə aşağı düşmüşdür. Aşağı düşdükdən sonra Şahinin sərxoş olduğu üçün özünü idarə edə bilmədiyini görüb, onu özünə məxsus “Volksvagen Passat” markalı maşınına əyləşdirib yaşadığı evinə aparmaq istəmişdir. Təxminən 500 metr çayxanadan uzaqlaşdıqdan sonra Şahin qapını açıb maşından düşmək istədiyini demişdir. O da Şahinin qapını açdığını görüb, maşını saxlamışdır. Şahin düşüb oradan uzaqlaşmış. O, Şahinin sərxoş olması və ona qarşı aqressivləşməsinə görə narahat olub, Şahinin dayısı Seyfəllə əlaqə saxlayıb, onunla görüşmüşdür. Seyfəli də maşınıyla götürüb işlədiyi çayxananın qarşısına qayıtmışdır. Həmin vaxt Şahin çayxananın qarşısında olmuşdur. O, maşından düşdükdə Şahin, üstünə hücum edib, təpiklə qarın nahiyəsinə bir zərbə vurmuşdur. Seyfəl Şahini tutub ondan ayırmış və ona çayxanaya getməyini, özü Şahini sakitləşdirəcəyini demişdir. O, Şahinin sərxoş vəziyyətdə olmasına görə onunla münaqişəyə girməyib, binanın ikinci mərtəbəsinə çayxanaya qalxmışdır. Çayxanada olduğu zaman Şahin aşağıda dayanıb ünvanına söyüş söysə də o, Şahinin ona xətər yetirəcəyindən qorxub çayxanadan çıxmamışdır. Bir qədər sonra həmkəndlisi Zərərçəkmiş şəxs burun nahiyəsindən xəsarət almış vəziyyətdə çayxanaya daxil olmuşdur. O, aşağıda Şahinə yaxınlaşıb onu saktləşdirməyə çalışdığı zaman Şahin kəllə ilə ona zərbə vurduğunu demişdir. Münaqişə baş verən zaman ətrafda çoxlu tanımadığı adamlar da toplaşmışdır. Lakin onlar münaqişənin şahidi olsa da, onların olduğu yerə yaxınlaşmamışlar. Bir qədər sonra münaqişə başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 may 2025-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdə olduğu zaman Vilvan kənd sakini Şahid1 ona zəng edərək, bacısı oğlu Şahin Okbərovun sərxoş halda çayxanasına gəlib, onunla münaqişə yaratmasını xəbər verib, ondan işlədiyi çayxanaya gedib Şahini sakitləşdirib evə aparmağını istəmişdir. Aqilin xahişinə görə onunla işlədiyi çayxanaya getməyə razılaşmışdır. Aqil yaşadığı küçəyə gəlib, onu maşınına götürüb, Vilvan kəndinin mərkəzinə işlədiyi çayxananın qarşısına getmişlər. Onlar ora çatdıqda bacısı oğlu Şahinin orada avtomobil yolu kənarında dayandığını görmüşlər. Onlar maşından düşdükdə Şahin Aqillə daha əvvəl aralarında yaranmış narazılıqla əlaqədar mübahisə etməyə başlamışdır. Mübahisə zamanı onlar bir-birilərinin üstünə hücum edib, dalaşmaq istədiklərində o, onları ayırmışdır. Onları ayırdıqdan sonra Aqil orada dayanmayıb, işlədiyi çayxanaya getmişdir. O, Şahinlə söhbət edib, onu sakitləşdirib oradan uzaqlaşdırıb evinə aparmaq istəmişdir. Lakin Şahin sərxoş olduğu üçün onun sözlərinə əhəmiyyət verməyib. Aqillə əlbəyaxa olduqları zaman onları ayırdığına görə onunla mübahisə etmişdir. Bir qədər sonra həmkəndliləri Zərərçəkmiş şəxs yoldan keçdikdə onları görüb ora yaxınlaşmışdır. Şərif də Şahinlə söhbət etməyə başlayaraq, ona sakitləşməyini bildirmişdir. Şahin Şərifin onu sakitləşdirmək istəməsindən, qolundan tutub onu oradan uzaqlaşdırmaq istəməsindən əsəbləşib başla onun burun nahiyəsinə bir kəllə zərbəsi vurmuşdur. Bundan sonra Şərif onların yanından uzaqlaşmışdır. O da qısa müddət sonra Şahini sakitləşdirib oradan kənara çəkmişdir. İşdə olan 18 may 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Vilvan kəndi ərazisində yerləşən “Halal market”in qarşısında, avtomobil yolunun Lənkəran şəhəri istiqamətində, sağ kənarında baş vermişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 19 may 2025-ci il tarixli, 291 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burun nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2025-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının xx.xx.2025-ci il tarixli, 000643 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 0.33% dərəcəli yüngül dərəcəli sərxoşluq əlaməti aşkar edilmişdir. İşdə olan Azərbaycan Respubikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Əkbərov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməklə zərərçəkmiş şəxslə barışdığından barəsində olan cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Vilvan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla Lənkəran rayonu, Vilvan kəndində anası və qardaşı ilə birlikdə yaşayır, mənfi xarakterizə edilir, barəsində yaşayış yeri üzrə nümayəndəliyə bir neçə dəfə şikayətlər daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərə aid deyildir. Onun törətdiyi əməl böyük ictimai təhlükə törətməyən əməl olduğundan həmin Qərarın 5.1-ci bəndində göstərilən şəxslərin dairəsindədir və hazırda məhkəməyə onun barəsində amnistiya aktının tətbiq edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə vəsatət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddələrinin məzmununa görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət işi üzrə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət işi üzrə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 gün müddətində həmin qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar