Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-192/2023 16.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Biləsər kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə saat 14 radələrində Lənkəran rayonu Biləsər kəndində şəxsi münasibətləri zəminində, ona meşədə ağac kəsməyini dediyinə görə aralarında yaranmış münaqişə zamanı qəsdən X2 itələyib, yerə yıxaraq ona – dərəcəsinə görə sağlamlığa yüngün zərər vurmaya aid sol gicgah nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol gicgah nahiyəsində əzilmiş yaradan ibarət xəsarət yetirib sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir, 2 uşaq atasıdır, heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. 2-ci qrup əlildir və pensiya alır. İş üzrə zərərçəkmiş şəxs X3 onun qohumudur. xx.xx.2023-cü il tarixdə saat 14:30-da Məhəbbət yaşadığı evə gələrək ona nə səbəbə meşədə ağac kəsməyi barədə meşəbəyinə yalan məlumat verdiyini demişdir. Məhəbbətə xəbəri olmadığını demişdir. Məhəbət də inanmayaraq əsəbi şəkildə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhəbbətə söyüş söyməməsini və çıxıb getməsini bildirmişdir, Məhəbbət isə onun üzərinə gedərək sol göz nahiyəsinə yumruq zərbəsi endirmişdir. Əsəbləşərək onu arxaya itələmişdir və Məhəbət də arxaya gedərək başı qarajın qapısına dəyərək partlamışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə Arif ona zəng edərək meşə ərazisində ağac kəsməyini demişdir, o, isə meşədə ağac kəsmədiyini bildirmişdir. Lakin Arif telefon danışığı zamanı onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən əsəbləşərək xx.xx.2023-cü il tarixdə saat 14:30-da Arifin yaşadığı evə getmişdir. Arifin həyətində olan zaman ona nə səbəbə şər böhtan atdığını və ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Arif isə ona meşədə ağac kəsdiyini deyərək nalayiq ifadələr işlətmişdir. Əsəbləşərək Arifin sol göz nahiyəsinə yumruq zərbəsi endirmiş və arxaya çəkilmişdir. Arif isə qəsdən onu itələmişdir və arxaya yıxılaraq başı qarajın qapısına dəymiş və partlamışdır. Həmin zaman qohumu Şadoğlan da ora gələrək onu evinə aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 42-44-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu Biləsər kəndində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri təqdim edərək Məhəbbət Teymurovu həmin yerdə olan münaqişə zamanı vurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 18-19-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli, 142 nömrəli məhkəmə ekspertiza rəyindən görünür ki, 1990-cı il təvəllüdlü X1 bədəni üzərində - sol gicgah nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol gicgah nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 34-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 fevral 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 334.1, 62-ci madəsi ilə 200 manat cərimə edilmiş, lakin AR Gəncə Apellyasıya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən CM-nin 62-ci maddəsi hökümdən xaric edilmiş, 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilərək, AR CM-nin 70 maddəsinə əsasən 6 ay şərti sınaq müddəti təyin edilmişdir. AR Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən sınaq müddəti başa çatdığına görə Təqsirləndirilən şəxs məhkumuluğu ödənilmişdir. Zərəçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdimiş edilmiş 10 mart 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qaşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və AR CPM-nin 40.3, 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-192/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-192/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver