Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-193/2023 11.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2000-ci ildə Ukrayna Respublikası Kiyev Vilayətinin, Yaqotin şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonun Kosalar kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi 27 saylı evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 2005-ci ildə Lənkəran rayonun Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonun Yuxarı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Raspublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 11 aprel 2023-cü il tarix, saat 10.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması müşayiət edilən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində bacısı oğlu Təqsirləndirilən şəxs2 Sadıq oğlu ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 8 mərtəbəli çoxmənzilli yaşayış binasının yaxınlığında olarkən, həmin vaxt küçə ilə piyada gedən Zərərçəkmiş şəxs2 və X2 öz aralarında yüksək səslə danışdıqlarını görüb, sonunculara aqressiv şəkildə baxdıqlarına görə Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, onlara iradını bildirməsindən əsəbiləşərək, bu bəhanə ilə bacısı oğlu Təqsirləndirilən şəxs2 Sadıq oğlu ilə bir qrup şəxs halında birləşib, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini səs-küyə ətrafa toplaşmış çoxsaylı bina sakinlərinin və kənar şəxslərin şəxsiyyətinin fövqündə qoyub, Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə onun üzərinə hücum edərək, yumruqla sifət nahiyəsinə vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qaş nahiyəsində əzilmiş yara və sol göz qapaqları nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə zor tətbiq etmiş, bu vaxt hər ikisi onları sakitləşdirmək və aqressiv hərəkətlərdən çəkindirmək üçün intizama dəvət etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, ərtafdakılan onları uzaqlaşdırmaq cəhdlərinə məhəl qoymayıb ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək müqavimət göstərməklə, əraziyə toplaşmış insanların əhatəsində sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib, qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə yumruq və təpiklə sifət, qol və ayaq nahiyələrinə qəsdən vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alın nahiyəsində əzilmiş yara, sol göz qapaqları-gözaltı, sol bud nahiyələrində qançırlar, sağ dirsək və sağ əl nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması müşayiət edilən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində dayısı Təqsirləndirilən şəxs1 ilə birlikdə daysının yaşadığı ünvan 1 ünvanında yerləşən 8 mərtəbəli çoxmənzilli yaşayış binasının yaxınlığında olarkən, həmin vaxt küçə ilə piyada gedən Zərərçəkmiş şəxs2 və X2 öz aralarında yüksək səslə danışdıqlarını görüb, sonunculara aqressiv şəkildə baxdıqlarına görə Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, onlara iradını bildirməsindən əsəbiləşərək, bu bəhanə ilə dayısı Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında birləşib, hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini səs-küyə ətrafa toplaşmış çoxsaylı bina sakinlərinin və kənar şəxslərin şəxsiyyətinin fövqündə qoyub, Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib onunla birlikdə onun üzərinə hücum edərək, yumruqla sifət nahiyəsinə vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qaş nahiyəsində əzilmiş yara və sol göz qapaqları nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə zor tətbiq etdikdən sonra, bu vaxt hər ikisi onları sakitləşdirmək və aqressiv hərəkətlərdən çəkindirmək üçün intizama dəvət etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, ərtafdakılan onları uzaqlaşdırmaq cəhdlərinə məhəl qoymayıb ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək müqavimət göstərməklə, əraziyə toplaşmış insanların əhatəsində sonuncunun ünvanına uca səslə nalayiq ifadələr işlədib, qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə yumruq və təpiklə sifət, qol və ayaq nahiyələrinə qəsdən vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alın nahiyəsində əzilmiş yara, sol göz qapaqları-gözaltı, sol bud nahiyələrində qançırlar, sağ dirsək və sağ əl nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib, ibtiadi araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, əvvəllər zərəçəkmiş şəxsləri tanımamışdır. 13 sentyabr 2022-ci il tarixdə axşam vaxtı bacısı oğlu Təqsirləndirilən şəxs2la birlikdə su alıb marketdən yaşadığı Raypo ərazisinə qayıdarkən yanlarından keçən üç nəfər şəxslərdən biri, sonradan adının Ceyhun olduğunu bildiyi şəxs onlara niyə tərs-tərs baxdıqlarını söyləmişir. Onlar Ceyhunə ona baxmadıqlarını bildirsələr də, Ceyhun onun üstünə gələrək ona yumruqla vurmaq istəmişdir. O, yumruq zərbəsindən yayınaraq arxa tərəfdən, sonradan adının bildiyi Samidin yaxınlaşdığını görüb Ceyhunun sinəsinə təpiklə vuraraq onu yerə yıxmışdır. Arxaya çevrildikdə isə Rövşənin Samidi vurub yerə yıxıldığını görmüşdür. Ceyhun ayağa qalxıb üzərinə gəldiyi üçün bir daha təpiklə vuraraq onu yerə yıxmışdır. Həmin hadisəni uzaqdan görən Muxtar onlara yaxınlaşdığı zaman, döydükləri şəxslərin yanında olan, sonradan adını bildiyi adaşı Fuad onları ayırmışdır. Münaqişə zamanı səs-küyə qonşular çölə çıxmışlar. Mübahisə yaşadığı binanın qarşısında 4-5 dəqiqə davam etmişdir. Mübahisə zaman o, xəsarət almamışdır. Təqsirləndirilən şəxs1 son sözündə bildirmişdir ki, hazırda etdiyi əməldən xəcalət çəkir, peşmandır. Zərəçəkmiş şəxslərlə barışmışdır və sonuncuların ona qarşı şikatyət və tələbləri yoxdur. Atasının kor olmaqla gözdən birinci qrup əlil olduğunu, buna görə də atasına qulluq göstərdiyini nəzərə alaraq azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib, ibtiadi araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda yetkinlik yaşına çatsa da, hadisə törədilən zaman yetkinlik yaşına çatmamışdır. O, kənddə yaşasa da, arada bir Lənkəran şəhərində futbol məşqinə gedir. Məşqdən axşam saatlarında çıxdığı üçün avtobus olmadığından, Lənkəran şəhəri Raypo ərazisində yaşayan dayısı Təqsirləndirilən şəxs1 evinə gedib axşamı orada keçirir. 13 sentyabr 2022-ci il tarixdə yenə də dayısı Fuadgilə getmişdir. Orada olduğu zaman su almaq üçün dayısı ilə birlikdə marketə getmişlər. Marketdən qayıdan zaman yanlarından keçən şəxslərdən, sonradan adını bildiyi Ceyhun onlara niyə tərs-tərs baxdıqlarını bildirmiş və onların üstünə gəlmişdir. Ceyhun dayısı Fuada yumruqlar atmağa başlamışdır. Dayısı zərbələrdən yayınaraq ona və onunla olan şəxslərdən çıxıb getmələrini tələb etsə də, Ceyhun öz hərəkətlərinə davam etmişdir. Bu zaman dayısı bir təpik zərbəsi ilə Ceyhunu yerə yıxmışdır. Özü isə sonradan adının Samid olduğunu bildiyi şəxsin dayısını vuracağını zənn edib onu yumruqla vurmuşdur. Yumruq zərbəsindən Samidin üzü qanamışdır. Bu zaman həmin şəxslərdən digəri, adının sonradan bildiyi Fuad onları ayırmışdır. Daha sonra binadakı şəxslər onları sakitləşdirmişlər. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Münaqişə zamanı o, xəsarət almamışdır. Təqsirləndirilən şəxs2 son sözündə bildirmişdir ki, hazırda zərəçəkmiş şəxslərlə barışmışdır və sonuncuların ona qarşı şikatyət və tələbləri yoxdur. Hadisəni yetkinlik yaşına çatmadığı zaman törətdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, etdiyi əməldən peşiman və futbolla məşğul olduğunu, həqiqi hərbi xidmətə getmək istədiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmələri özlərinin cinayəti etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşmədə dindirmiş protokolu, hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, məhkəmə-tibbi ekspertizaların rəyləri və digər istintaq sənədləri ilə təsdiq edilərək sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Şahid2lə dostluq münasibətləri vardır. 13 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Fuadla birlikdə Raypo deyilən ərazidəki kafedə yeyib içdikdən sonra Samidi ora çağrımışlar. Samidlə kafenin həyətində rastlaşıb, saat 22 radələrində birlikdə yaşadıqları məhəlləyə tərəf getmişlər. Həmin vaxt onların arxalarınca təqsirləndirlən şəxslərin gəldiklərini görmüşdür. Onlar bərkdən danışıb güldüklərindən təqsirləndirilən şəxslər onlara tərs-tərs baxmışlar. Bu zaman onlara niyə tər tərs-tərs baxdığını soruşduqda, təqsirləndirlən şəxslərdən, sonradan adını bildiyi Fuad onu təhqir etmişdir. Fuada niyə təhqir etdiyini soruşmaq üçün yaxınlaşanda Fuad və sonradan adını bildiyi Rövşən birlikdə onu döymüşlər. Əvvəl Fuad sinəsinə təpik vurmuş, sonra Rövşənlə isə birlikdə onu yumruq təpiklə bədəninin müxtəlif yerlərinə, sifətinə vurmuşlar. Həmin vaxt Samid onları ayırmaq üçün araya girsə də, təqsirləndirilən şəxslər Samidə də döymüşlər. Həmin vaxt dostu Şahid2 ətrafda olan tanımadığı şəxslərin köməyi ilə onu və Samidi onların əlindən almışdır. Baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Daha sonra hadisə yerinə gələn digər şəxslər onları sakitləşdirmişlər. O heç kəsə xəsarət yetirməmişdir. O Fuada yumruq atsa da ona dəyməmişdir. Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirmişdir ki, təqsirləndirlən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirlən şəxslərə yüngül cəza verilməsin xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs2 və Şahid2 yaxın qonşularıdır və onlarla dostluq münasibətləri var. 13 sentyabr 2022-ci il tarixdə evdə yemək yeyərkən sprirtli içki qəbul etmişdir. Həmin gün axşam saatlarında Ceyhun ona zəng edərək Fuadla birlikdə Raypo deyilən ərazidə yerləşən kafedə olduqlarını bildirib onu da öz yanlarına dəvət etmişdir. Saat 22 radələrində kafeyə çatanda Ceyhunla Fuadın kafedən çıxdıqlarını və Ceyhunla Fuaddın spirtli içki qəbul etdiyini görmüşdür. Kafedən çıxıb məhəlləyə tərəf getdikləri zaman bərkdən deyib gülmüşlər. Bu zaman arxalarınca gələn təqsirləndirlən şəxslər onlara tərs-tərs baxmış, Ceyhun onlara niyə tər tərs-tərs baxdığını soruşduqda, sonradan adını bildiyi Fuad Ceyhunu təhqir etməyə başlamışdır. Ceyhun da ona niyə təhqir etdiyini soruşmaq üçün yaxınlaşdıqda Fuad və sonradan adını bildiyi Rövşən Ceyhunu döyməyə başlamışlar. O, onları ayırmaq istədiyi zaman təqsirləndirlən şəxslər ətrafda olan şəxslərə məhəl qoymayıb onu da yumruq təpiklə vurmağa başlamışlar. Əvvəl Rövşən onu yumruqla vurmuş, daha sonra isə Fuadla təpiklə vurmuşdur. Həmin vaxt dostu Fuad ətrafda olan şəxslərin köməyi ilə onu və Ceyhunu təqsirləndirlən şəxslərin əlindən almışlar. Baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. O heç kəsə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq bildirmişdir ki, təqsirləndirlən şəxslərlə barışmış, onlara qarşı çikayət və tələbləri yoxdur. Təqsirləndirlən şəxslərə yüngül cəza verilməsin xahiş edir. Məhkəmədə Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Lənkəran şəhəri, Ş.Xiyabanı 46/20-də binanın nəzarətçisi işləyir. Təqsirləndirlən şəxslər onunla bir binada qalırlar. Zərəçəkmiş şəxsləri əvvəllər tanımamışdır. 13 sentyabr 2022-ci il tarixdə, axşam saat 22 radələrində binanın qarşısnda ondan bir qədər uzaqlıqda hay küy olduğunu, yol ilə keçən camaatında ora toplaşdığını görmüşdür. Nə baş verdiyni öyrənmək üçün həmin yerə getdikdə sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Fuadla Rövşən birlidkə döydüyünü bilmişdir. Hətta o, ora çatanda da dava dalaş davam edirdi. Onları ətrafda olan şəxslərin köməyi ilə ayırmışlar. Hətta Samidin əynində olan köynək qan içində olduğu üçün çıxartmışdır. Həmin hadisə bina sakinlərinin gözü qarşısında baş vermişdir. Məhkəmədə Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Onlarla bir məhəllədə yaşayır və aralarında dostluq münasibətləri vardır. 13 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Ceyhunla birlikdə Raypo deyilən ərazidə yerləşən kafedə yeyib içdikdən sonra Ceyhun Samidə zəng edərək onu da ora çağırmışdır. Onlar kafedən çıxıb kafenin həyətində olarkən Samid ora gəlmişdir. Həmin gün saat 22 radələrində kafedən çıxıb yaşadıqları məhəlləyə getdikləri zaman bərkdən danışıb gülürmüşlər. Onların arxalarınca gələn təqsirləndirlən şəxslər onlara tərəf tərs baxmış, bu zaman Ceyhun onlara niyə tərs-tərs baxdığını soruşduqda, sonradan adını bildiyi Fuad Ceyhuna təhqiredici söz demiş, Ceyhun da ona niyə təhqir etdiyini soruşmaq üçün yaxınlaşanda Fuadla sonradan adını bildiyi Rövşən birlikdə Ceyhunu döyməyə başlamışlar. Bu zaman Samid araya girib onlara iradını bildirib onları ayırarkən, Fuad Rövşənlə birlikdə Samidi yumruqla təpiklə döyməyə başlaışdır. Bu zaman Samid yerə yıxılmış, o da, ora toplaşan şəxslərin köməyi ilə Rövşəni tutub kənara çəkmişlər. Fuadı isə başqa şəxslər kənara çəkib sakitləşdirmişlər. Fuadla Rövşən ətrafda oraya toplaşan tanımadığı şəxslərin yanındada Samidlə Ceyhunu söyməyə davam etmişlər. Buna görə həmin şəxslərdə onlara irad tutmuşlar. Ətrafdan oraya toplaşan tanımadığım şəxslərin köməyi ilə onları bir təhər sakitləşdirdikdən sonra onlar öz binasına tərəf getmişlər. Baş vermiş münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. O, heç kəsə xəsarət yetirməmiş, ona da heç kəs xəsarət yetirməmişdir. İşdə olan xx.xx.2023-ci il tarixli baxış protokolundan və fotocədvəllərdən görünürki, münaqişənin baş verdiyi yer Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yerləşən 46/20 saylı 8 mərtəbəli yaşayış binasının qarşısında keçən asfalt döşəməli avtomobil yolunun kənarında yerləşməklə ictimai yerdir. Bundan başqa həmin yerin ətrafında digrə yaxınlıqda bir çox yaşayış binaları yerləşir. İşdə olan xx.xx.2022-ci il tarixli 912 saylı MTE-nin rəyindən görünürki, Zərərçəkmiş şəxs2 bədəni üzərində- sol qaş nahiyyəsində əzilmiş yara, sol göz qapaqları nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan xx.xx.2022-ci il tarixli 913 saylı MTE-nin rəyindən görünürki, Zərərçəkmiş şəxs1 bədəni üzərində- alın nahiyyəsində əzilmiş yara, sol göz qapaqları-gözaltı, sol bud nahiyyələrində qançırlar, sağ dirsək, sağ əl nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Lənkəran ŞRPŞ-nın CAB-nə verilmiş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, Lənkəran şəhər Ş.Xiyabanı küçəsində, raypo deyilən ərazidə yerləşən 46/20 saylı yaşayış binasının yaxınlığında baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 Sadıq oğlu birlikdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döyərək xuliqanlıq cinayətini törətmişlər. Keçirilmiş əməliyyat tədbirləri zamanı münaqişə zamanı oraya ətrafdan kənar şəxlər toplaşaraq ictimai qaydanın pozulması barədə CAB-nə təsdiq edici məlumatlar daxil olsada, lakin baş vermiş münaqişə zamanı orya ətrafdan toplaşmış şəxslərin kimlikləri müəyyən etmək mümkün olmamışdır. İşdə olan üzləşdirmə istintaq hərəkəti protokollarından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilmiş, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə, sinəsinə təpik, daha sonra sifətinə yumruq zərbələri ilə vuraraq onu döydüklərinin təsdiq etmişdir. Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilmiş, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 birlikdə dostu Zərərçəkmiş şəxs2 döydükləri üçün onları ayırarkən onu da birlikdə sifətinə yumruqla vurub yerə yıxdıqdan sonra təpik zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döydüklərini təsdiq etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşdə olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirlən şəxslər yaşayış yerləri üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə qeyd edir ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən və zərərçəkmiş şəxsləri, şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməlləri ayrı-ayrılıqda istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilmiş, onlar göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və barələrində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictiami təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki cinayət əməlini törətiyi zaman təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsidə qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmələr aşağıdakıları rəhbər tutmalıdırlar: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədə müvafiqdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Qeyd olunan Məcəllənin 86.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə ayrı-ayrılıqda cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ayrı-ayrılıqda seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və müsadirə oluna bilən əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Lənkəran şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Lənkəran şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası təqsirləndirlən şəxslərin yaşayış yeri üzrə Lənkəran şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №1(049)-193/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-193/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver