Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-194/2023 21.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsində yerləşən avtomobil duracağında işləyərkən tanış olduğu Şahid3 sonuncunun Biləsuvar şəhərində yaşayan bacanağı Zərərçəkmiş şəxs övladı Şahid2 üçün iş axtarması barədə məlumatı aldıqdan sonra etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Şahid3 vasitəsi ilə və sonradan görüşərkən özünü Zərərçəkmiş şəxs daxili işlər orqanlarının sabiq əməkdaşı kimi təqdim edərək, guya oğlu Şahid2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək iqtidarında olduğunu əminliklə bildirib, ona 5000 manat civarında pul ödənildiyi təqdirdə, Şahid2 həmin işə düzəldəcəyinə yalandan vəd verərək, Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə etməklə, vədinə əməl etmək niyyətində olmadan, əskinə maddi vəziyyətini yaxşılaşdırmağa yönələn niyyətinə çatmaq üçün vahid niyyətlə razılaşdıqları məbləğin 2500 manatını 06 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət göstərən “Təzər Bazar” adlanan ərazidə, 1500 manatını Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsində Zərərçəkmiş şəxs qəbul etməklə, 120 manatını 23 iyun 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Uğur market’də quraşdırılmış ödəmə terminalından və 80 manatını 25 iyun 2022-ci il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində fəaliyyət göstərən “Refem market’də quraşdırılmış ödəmə terminalından adına olan 4169 7387 5859 2772 hesab nömrəli "xxxx" ASC-dən verilmiş plastik kart hesabına ödətdirilməsini təmin etməklə, Zərərçəkmiş şəxs ümumilikdə 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov (köhnə Sovetski) prospektində avtomobil duracağında işləyən zaman tanışı “Eldar” adlı şəxsi görmüş, onunla söhbət zamanı Eldar ona tanışı varsa, onların köməkliyi ilə Biləsuvar şəhərində yaşayan bacanağı Seyranın oğlunu işə düzəltməyini xahiş etmişdir. Həmin vaxt maddi vəziyyətində çətinliklər olduğu, həmçinin daimi iş yeri olmadığı üçün və həmin ərəfədə bacısı X1 müalicəsinə pul lazım lazım olduğuna görə Eldarın bu sözü onda maraq yaratmışdır. “Eldar” adlı şəxsi 5000 manat pul müqabilində onun bacanğı oğlu Şahid2 FHN-də işləyən tanışları vasitəsilə fəhlə kimi işə düzəldəcəyini bildirmişdir. Həmin pulu ələ keçirmək üçün ona bu formada yalan demiş, halbuki, onun FHN-də və ya başqa dövlət orqanlarında tanışı olmamışdır. Bu söhbətdən bir neçə gün sonra “Eldar” adlı şəxsin vasitəçiliyi ilə “Seyran” adlı şəxslə mobil telefon vasitəsilə danışmışdır. Həmin vaxt “Seyran” adlı şəxsin oğlunun 5000 manat pul müqabilində 3 ay müddətinə tam əminliklə FHN-ə düzəldə biləcəyini bildirmiş və ilkin olaraq 2500 manat, sonra 1500 manat olmaqla, cəmi 4000 manat, iş düzələndən sonra isə 1000 manat verməsini bildirmişdir. “Seyran” adlı şəxs də onun bu təklifi ilə razılaşmışdır. 06 aprel 2022-ci il tarixdə o, “Eldar”, “Seyran” və onun oğlu “Hüseyn”lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu “Təzə Bazar” adlanan ərazidə görüşmüş, həmin vaxt o bir daha onları əmin etmişdir ki, Zərərçəkmiş şəxs oğlu Şahid2 3 ay müddətinə FHN-ə işə düzəldəcəkdir. Sonra onları inandırmaq üçün Şahid2 hərbi biletinin, şəxsiyyət vəqsiqəsinin surətlərini alıb ilkin işləri görəcəyini bildirmişdir. Bu zaman Seyran ona 2500 manat pul vermişdir. Sonra onların yanından ayrılıb əldə etdiyi 2500 manat pulun bir qismini bacısı Elvira Quliyevanın müalicəsi üçün, yerdə qalanını isə ehtiyacı üzrə xərcləmişdir. 15 aprel 2022-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək, oğlu Şahid2 işi üçün ondan 1500 manat pul verilməsini istəmişdir. 16 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs, oğlu Şahid2 və “Eldar” adlı şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində “Eldar” adlı şəxsin avtomobilində görüşmüş, bu zaman Zərərçəkmiş şəxs ona 1500 manat pulu vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs may ayının sonlarına kimi oğlu Şahid2 FHN-ə işə düzələcəyinə, forma geyinəcəyinə inandırmışdır. Bundan sonra onlarla sağollaşıb yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu da ehtiyacı üzrə xərcləmişdir. Şahid2 FHN-ə işə düzəlməsi ilə bağlı heç kimə müraciət etməmişdir. Hər dəfə Zərərçəkmiş şəxs onunla əlaqə saxladıqda onu aldadaraq, oğlu Şahid2 FHN-ə işə düzəldilməsi ilə bağlı lazımi işlər gördüyünü bildirmişdir. Bu müddət ərzində pulu qutardığı üçün Zərərçəkmiş şəxs oğlunun işə düzələcəyi təqdirdə ona verməyə söz verdiyi 1000 manatdan az-az almaq qərarına gəlmişdir. 23 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng edərək, oğlu Şahid2 işə əmri verildiyini və onun xidməti geyim forması üçün əlavə 200 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da ona Bakı şəhərinə gələ bilməyəcəyini bildirdikdə, onun mobil nömrəsinə "xxxx"a məxsus üzərində “4169 7387 5859 2772” nömrələri əks olunmuş “Birkart” plsatik kartının ön şəklinin çəkib Zərərçəkmiş şəxs mobil telefonuna “Whatsapp” ani mesajlaşma vasitəsilə göndərmiş və ona həmin karta 200 manat pulu necə göndərməsini izah etmişdir. Həmin müddətdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bankomatdan kart hesabını yoxlayan zaman kartı hesabında 120 manat pulu olduğunu görmüş və həmin pulu kart hesabından çıxarmışdır. 25 iyun 2022-ci il tarixdə yenidən həmin bankomatda kart hesabını yoxladıqda 80 manat pul hesabda olduğunu görmüşdür. Həmin pulu çıxarıb ehtiyacı üzrə xərcləmişdir. Bir ay sonra Zərərçəkmiş şəxs ona zəng edərək, onu aldatdığını bildirib ona verdiyi pullarını geri istəmişdir. Zərərçəkmiş şəxs səbrli olmasını və pulunu geri qaytaracağını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs ondan əl çəkmədiyini görüb, bir neçə gün sonra ona ehtiyacı olduğuna görə pulları ondan aldığını bildirmişdir. “Eldar” adlı şəxs da hər dəfə onu gördükdə bacanağı Zərərçəkmiş şəxs pulunu qaytarmağını tələb edib, bu işə görə sonuncu ilə münasibətinin pozulduğunu bildirmişdir. O da “Eldar” adlı şəxsi özünə inandırmaq və vaxt qazanmaq üçün istifadəsində olmuş “Beynəlxalq Bank”a aid üzərində “4127 2211 2946 6571” rəqəmləri əks olunmuş plastik kartı verib, 1-ci Qarabağ döyüşləri iştirakçısı olduğuna görə həmin kart hesabına təxminən 4000 manat pul yüklənəcəyini bildirib, həmin kartdan onun Zərərçəkmiş şəxs aldığı pulları götürməsini bildirmişdir. Şahid3 də kartı ondan alıb Zərərçəkmiş şəxs verəcəyini bildirmişdir. Halbuki həmin kartın hesabında hər hansı məbləğdə pul olmamışdır. 2022-ci ilin avqust ayının əvvəlində dayancaqda işlədiyi yerə yaxın yerdə mühafizə şirkətinin rəhbəri Azər Mehdizadə ona zəng edərək, “Seyran” adlı şəxsin bir neçə şəxslə onu axtardığını və onlardan aldığı pulları istədiklərini bildirmişdir. O da Azər Mehdizadəyə, Xızı rayonunda torpaq sahəsi olduğunu həmin torpaq sahəsini satıb, onlardan aldığı pulları tam qaytaracağını bildirmişdir. Əvəzində onlara 200 manat pulu həmin şəxslərə verməsini, sonra həmin pulu ona qaytaracağını xahiş etmişdir. Azər də onun xahişini nəzərə alıb həmin məbləğdə pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Biləsuvar şəhər Mənzil istismar idarəsində çilingər olaraq çalışır. Şahid2 oğludur. Bakı şəhərində yaşayan bacanağı Şahid3 bir neçə dəfə oğlu Şahid2 tanışları olarsa dövlət işinə düzəlməsinə görə xahişlər etmişdir. 2022-ci ilin mart ayının sonlarında bacanağı Şahid3 yaşadığı evdə qonaq olan zaman “Elçin” adlı tanışının olduğunu bildirib, onun uzun illər polis orqanlarında işlədiyinə görə çoxlu tanışlarının olduğunu və oğlu X3 Nazirliyinə işə düzəldə biləcəyini bildirmişdir. Eldarın bu sözü ilə razılaşıb oğlu Şahid2 tanışı “Elçin” adlı şəxsin köməkliyi ilə FHN-ə işə düzəltməsində köməklik göstərilməsini xahiş etmişdir. Bu sözdən sonra “Elçin” adlı şəxslə bacanağı Şahid3 vasitəsilə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamışdır. “Elçin” adlı şəxs də onlara Şahid3 yanında mobil telefonla danışan zaman şəhid ailəsi olduğuna görə oğlu Hüseyni 5.000 (beş min) manata işə düzəldə biləcəyini bildirmiş və razılaşmalarına əsasən Təqsirləndirilən şəxs oğlu Şahid2 işə düzələnə kimi 4000 manat, iş düzələndən sonra isə 1000 manat pul onlardan alacağını bildirib, ilkin olaraq bu işə görə 2500 manat pul verməsini bildirmişdir. O da Təqsirləndirilən şəxs bacanağı Şahid3 tanışı olduğuna görə onun bu sözünə inanmışdır. Bu danışıqlardan sonra o, arvadı Şahid1 məxsus qızıl-zinət əşyalarını Biləsuvar şəhərində yerləşən lombarda girov qoyub 1400 manat kredit pul götürmüşdür. Sonra "xxxx"ın Biləsuvar şəhər filialından 1100 manat kreditə pul götürüb 2500 manat pul məbləğini düzəltmişdir. 6 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə görüşmək üçün oğlu Hüseynlə birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində bacanağı Şahid3lə görüşüb birlikdə Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən “Təzə Bazar” adlanan ərazidə Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüşlər. Orada Şahid3 onu və oğlu Hüseyni Elçinlə tanış etdikdən sonra, Elçin özünü təqdim edərək, uzun illər polis orqanlarında işlədiyinə görə tanışlarının çox olduğunu və oğlu Şahid2 FHN-nin yanğından mühafizə xidmətinə işə düzəldə biləcəyini və bu prosesin 3 aya qədər çəkəcəyini bildirib ümumi olaraq bu işin 5000 manata düzələcəyini və ilkin olaraq 2500 manat pulun ona verilməli olduğunu bildirmişdir. O da bu sözlərdən sonra Təqsirləndirilən şəxs tam inanıb ona ilkin olaraq gətirdiyi 2500 manat pulu verib qalan pulu yaxın müddətə ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də onun razılaşmış və oğlu Hüseynin hərbi biletini ondan alıb ilkin işlər görəcəyini ona bildirmişdir. Sonra həmin tarixdə oğlu Şahid2 ilə Bakı şəhərindən yaşadığı Biləsuvar şəhərində qayıtmışlar. 16 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək, 1500 manat pulun ona verilməsini istəmişdir. Bu zaman Şahid3 də Bakı şəhərindən Biləsuvar rayonuna gəldiyi üçün onun avtomobili ilə oğlu Şahid2 ilə birgə Bakı gəhərinə Təqsirləndirilən şəxslə görüşməyə getmişlər. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsində Təqsirləndirilən şəxslə Şahid3 “Hyundai” markalı avtomobilində görüşmüşlər. Gətirdiyi 1500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alan kimi oğlu Hüseynin işinin yaxın müddətdə həll olunacağını 2022-ci ilin may ayının 15-də oğlu Hüseynin forma geyinəcəyini bildirmişdir. Qalan 1000 manat pulu isə oğlu Hüseynin işə düzələcəyindən sonra alacağını bildirmişdir. Onunla sağollaşıb həmin gün oğlu Hüseynlə birgə Biləsuvar şəhərinə qayıtmışlar. Bir müddət onunla telefonla əlaqə saxlayıb işlə bağlı danışmışdır. 2022-ci ilin iyun ayının axırlarında Şahid3 zəng edərək, Elçin adlı şəxsə 200 manat pul göndərməyini istəmişdir. 23 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə öz mobil telefonu vasitəsilə danışan zaman o, mobil telefonun “Whastapp” ani mesajlaşma sistemi vasitəsi ilə “Kapital” banka məxsus olan, üzərində “4169 7387 5859 2772” rəqəmləri əks olunmuş plastik kart şəkli göndərib həmin kartın hesabına 200 manat pul göndərməyini və həmin məbləği oğlu Hüseynin işinə görə FHNnin müəllimlərinə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu sözünə inanıb həmin tarixdə üzərində olan 120 manat və 2 manat komissiya haqqı olmaqla ümumilikdə 122 manat pulu Biləsuvur şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketə gedib orada olan “Millön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi plastik karta göndərmişdir. xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində tələbə olan qızı Bahar Nəsirlinin yanında qalan arvadı Şahid1 zəng edərək, Təqsirləndirilən şəxs göndərdiyi plastik bank kartına 80 manat pul göndərməsini istəmişdir. O da həmin tarixdə 80 manat və 1 manat komissiya haqqı olmaqla ümumilikdə 81 manat pulu Lənkəran şəhərində yerləşən “Refem” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank kartı hesabına göndərmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs hərəkətlərindən və onu aldatmasından şübhələnib ona məxsus mobil telefona zəng edib, oğlu Şahid2 hansı səbəbdən işinin gecikdiyini bildirdikdə, Elçin elə həmin gün oğlu Hüsyenin işinin düzəldiyini və əmr imzalandığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin günün bazar günü olduğunu bildirib, yalan dediyini irad tutmuş və ondan aldığı pulları geri istəmişdir. Həmin ərərəfdə o, bacanağı Şahid3 vasitəsilə ona çatdırılmasından ötrü “Azərbaycan Beynalxalq Bank”na məxsus və üzərində “4127 2211 2946 6571” rəqəmləri əks olunmuş plastik kartı verib aldığı pulları orada çıxarılmasını bildirmişdir. Həmin kartı bankomatda yoxladıqda içərisində hər hansı bir məbləğin olmadığını görmüşdür. Bu barədə ona dəfələrlə zəng etdikdə mobil telefon söndürülmüşdür. Təqsirləndirilən şəxslə əvvəllər danışdığı zaman oğlu Şahid2 FHN-ə mühafizə şirkətinin müdiri Azər Mehdizadə vasitəsilə işə düzəldəcəyini, verdiyi pulların ona çatdığını bildirmişdir. Elçin də verdiyi pulları qaytarmadığına görə 03 avqust 2022-ci il tarixdə Eldarla birgə onun işlədiyi mühafizə şirkətinə getmiş və orada Azər adlı şəxslə görüşmüşdür. X5 İsayevlə onun arasında olan məsələdən xəbərsiz olduğunu, lakin şəhid ailəsi olduqlarına görə köməklik edəcəyini bildirmişdir. 04 avqust 2022-ci il tarixdə Azər adlı şəxsin yanında olan zaman Azər ona 200 manat pul verib, Təqsirləndirilən şəxs onun mühafizə şirkətində işləmədiyini, lakin Elçinin Xızı rayonuna gedib torpaq sahəsini satıb pulunu qaytaracağını bildirib, 10 avqustadək gözləməyini və Elçinin ondan aldığı 4000 manat pulu qaytaracağını bildirmişdir. Həmin tarixdə bacanağı Eldarla birgə yenidən Azər Mehdizadənin işlədiyi mühafizə şirkətinə getmişdir. Bu zaman Azər Mehdizadə ona Elçinin hələ ki, torpağını satmadığını, Elçinin onu da aldatdığını bildirib şikayət etməyini tövsiyə etmişdir. O da bundan sonra DİN-ə ərizə ilə müraciət etmişdir. Dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam olaraq ödənilmiş, barışmışlar. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bacanağıdır. Onunla hər dəfə danışıb görüşdükdə Zərərçəkmiş şəxs ona oğlu Şahid2 işsiz olduğunu, hər hansı bir dövlət işində iş yeri olduqda köməklik etməyini xahiş etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində olan zaman yaxın müddət ərzində tanıdığı və həmin küçədə duracaqda işləyən Təqsirləndirilən şəxs adlı şəxslə söhbət zamanı ona Biləsuvar şəhərində yaşayan bacanağı Zərərçəkmiş şəxs Hüseyn adlı oğlunun olduğunu və ona kömək etmək üçün iş axtardığını bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs əlaqələrinin olduğunu və işlə bağlı maraqlanıb ona deyəcəyini bildirmişdir. Həmin ərəfələrdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxslə görüşdükdə ona bacanağı Seyranın oğlu Hüseyn üçün Fövqəladə Hallar Nazirliyində bir iş tapdığını və həmin işin ona 5.000 manata düzəldə biləcəyini bildirmişdir. 2022-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs Biləsuvar şəhərində yerləşən evində olan zaman həmin işlə bağlı ona məlumat vermişdir. Ona Elçin adlı tanışının olduğunu və Hüseyni FHN-ə 5000 manata düzəldə biləcəyini ilkin olaraq 2500 manat pul istədiyini bildirmişdir. Seyran da bu təkliflə razılaşmışdır. Bir neçə dəfə Elçin onun vasitəsilə Seyranla mobil telefonla danışmışdır. 2022-ci ilin aprel ayının əvəllərində Elçin ona qohumu Seyranın işi üçün Bakı şəhərinə gəlib onunla görüşməyi və 2500 manat pul gətirməyini bildirmiş və bu barədə Seyrana məlumat vermişdir. 06 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və oğlu Şahid2 ilə birlikdə Bakı şəhərində görüşüb birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Təzə Bazar” adlanan ərazidə görüşmüşlər. Razılaşmaya əsasən Seyran Elçinə 2.500 manat pulu onun yanında vermişdir. Elçin də may ayının ortalarına kimi Şahid2 FHN-ə düzəldəcəyinə söz verib və Şahid2 onun hərbi biletini, şəxsiyyət vəsiqəsinin surətlərini almışdır. 16 aprel 2022-ci il tarixdə Biləsuvar şəhərindən bacanağı Seyran və oğlu Hüseynlə birlikdə Bakı şəhərinə gələn zaman Təqsirləndirilən şəxslə Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində görüşmüşlər və bu zaman Seyran gətirdiyi 1.500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Elçin də yenidən onları inandırıb Şahid2 işi ilə bağlı müəyyən hərəkətlər etdiyini bildirmişdir. 2022-ci ilin iyun ayınadək hər dəfə Elçinlə əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirərək Seyranın oğlu Hüseynin işinin düzələcəyinə dair vədlər vermişdir. 2022-ci ilin iyun ayın sonlarında Elçin ona zəng edərək, Şahid2 bu yaxınlarda FHN-ə işə düzəlməsi ilə bağlı əmrinin veriləcəyini və orada olan müəllimlər üçün 200 manat pulun ona göndərilməsini istəmişdir. Daha sonra Elçin özü Seyranla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Seyran da Elçinin ona göndərdiyi bank kartına Biləsuvar şəhərinin ərazisindən 120 manat pulu göndərmiş, qalan 80 manatı isə növbəti gün LDU-da təhsil alan qızının yanında qalan arvadı Şahid1 Lənkəran şəhəri ərazisindən Təqsirləndirilən şəxs məxsus bank kartına göndərmişdir. Bu məbləğdə pulu aldıqdan sonra Təqsirləndirilən şəxs işi gedişatı ilə bağlı maraqlandıqda hər dəfə müxtəli bəhanələr gətirərək aldatmışdır. 2022-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Yasamal rayonunda Təqsirləndirilən şəxs onu görüb, bu məsələ ilə bağlı Seyranın və öz narazılığını bildirib onları aldatdığını və pulun geri qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs də həmin vaxt “Azərbaycan Beynəlxalq Bankına” məxsus 01 ədəd plastik kartı çıxarıb ona verib təqaüd kartı olduğunu və həmin kart vasitəsi ilə Seyranın ona verdiyi pulları çıxara biləcəyini bildirmişdir. Həmin kartı Seyrana vermişdir. Sonradan məlum olmuşdur ki, həmin kartda hər hansı bir məbləğdə pul vəsaiti yoxdur. Buna görə də 2022-ci ilin avqust ayının əvvllərində Seyranla birgə onun vaxtilə çalışdığı mühafizə şirkətinin rəhbəri olan Azər adlı şəxsin yanına getmişlər. Bu zaman Azər adlı şəxs onlara Təqsirləndirilən şəxs onun keçmiş işçisi olduğunu, onlardan pul almasını bilmədiyini və bu işdə köməklik edəcəyini bildirib onlara 200 manat pul vermişdir. Bir neçə gündən sonra yenidən Azər adlı şəxsin yanına getdikdə, o, Təqsirləndirilən şəxs onu da aldatdığını, aldığı pulların qaytarılması ilə bağlı verdiyi sözə əməl etmədiyini və onun hərəkətləri barədə şikayət etmələrini məsləhət görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə edilmiş sorğunun cavabından və Abşeron Rayon Məhkəməsinin hökmünün sürətindən görünür ki, İsayev X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(012)-142/2017 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 05 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2029-cu il tarixdə təyin edilmiş cəzanın sonu azad edilmişdir. Məhkumluğu ödənilmişdir. "xxxx" MMC-yə verilmiş sorğunun cavablarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" 4169 7387 5859 2772 №-li hesabına 23 iyun 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Uğur” marketdə olan “Pasahpay” şirkətinin 01509 №-li ödəmə aparatı vasitəsilə 122 manat pul, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri, Z,Əliyeva küçəsində yerləşən “Refem 2” marketdə olan 51103 №-li ödəmə aparatı vasitəsilə 81 manat pul göndərilmişdir. 21 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” sözləri yazılmış və “4127 2211 2946 6571” rəqəmləri əks olunmuş plastik bank kartı maddi sübut hesab edilmişdir. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Lənkəran ŞRPŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətdiyini etiraf etmiş, həmçinin səmimi peşmanlıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tamamilə ödədiyini bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan CM-nin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunan hüquq normasının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut olan üzərində “Azərbaycan Beynəlxalq Bankı” sözləri yazılmış və “4127 2211 2946 6571” rəqəmləri əks olunmuş plastik bankı kartı cinayət işi materiallarında saxlanılmalı və iş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73- 1.1-ci və Azərbaycan Respublikası CPM-nin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. İş üzrə maddi sübut olan üzərində “Azərbaycan Beynəlxalq Bankı” sözləri yazılmış və “4127 2211 2946 6571” rəqəmləri əks olunmuş plastik bankı kartı cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-194/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-194/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver