Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-194/2025 03.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay (boşanmış), Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, 03 mart 2026-cı il tarixdə, saat 15:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 2025-ci ilin iyul ayının ortalarında yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə istintaqla dəqiq müəyyən edilməmiş həmin tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs Hüsyenqulu qızına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedərək, evin hasarından keçməklə həyətinə qanunsuz daxil olduqdan sonra evin birinci mərtəbəsində olan dəmir qapıya bağlanmış dəmir teli əli ilə açıb qapıdan evin birinci mərtəbəsində olan otağına, yəni həmin yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 50 manat, ümum qiyməti 200 manat olan 4 ədəd pilləkən üçün nəzərədə tutulmuş dəmir məhəccəri, hər birinin qiyməti 18 manat, ümumi qiyməti 72 manat olan 4 ədəd aliminum pərdə qarnizləri, 80 manat qiymətində 1 dəmir kabab manqalı və evin həyətində qoyulmuş hər birinin qiyməti 35 manat, ümumi qiyməti 70 manat olan 2 ədəd, 100 x 70 sm ölüçdə 10 mm qalınlıqda dəmir listlər olmaqla, Zərərçəkmiş şəxs Hüsyenqulu qızına məxsus ümumilikdə 422 manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o təkrarən, 2025-ci ilin iyul ayının ortalarında yaşayış sahəsindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə istintaqla dəqiq müəyyən edilməmiş həmin tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs Hüsyenqulu qızına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedərək, evin hasarından keçməklə həyətinə qanunsuz daxil olduqdan sonra evin ikinci mərtəbəsində yerləşən otağın taxta qapısını fiziki güc tətbiq edərək həyətdən tapdığı dəmir alətlə kilidini sındırıb qapını açaraq evin otağına, yəni həmin yaşayış sahəsinə təkrar qanunsuz daxil olaraq, otaqda qoyulmuş 1 ədəd 100 manat qiymətində böyük ölçüdə dur aliminum qazanı, 1 ədəd 40 manat qiymətində böyük ölçüdə aş qazanı, hər birinin qiyməti 20 manat, ümumi qiyməti 140 manat olan 7 ədəd orta ölçüdə aş qazanlarını, hər birinin qiyməti 20 manat, ümumi qiyməti 40 manat olan 2 ədəd iri ölçüdə aliminum tavaları, hər birinin qiyməti 15 manat, ümumi qiyməti 105 manat olan 7 ədəd dur aliminum iri ölçüdə tavaları, 1 ədəd 50 manat qiymətində böyük aliminum teşti, 1 ədəd 600 manat qiymətində mis teşti, 1 ədəd 25 manat qiymətində “Kumel" markalı elektrik su qızdırıcısını, hər birinin qiyməti 15 manat, ümumi qiyməti 30 manat olan 2 ədəd aliminum aşsüzənləri, 1 ədəd 70 manat qiymətində ət çəkən maşını, 1 ədəd 40 manat qiymətində şirə çəkən maşını, 1 ədəd 12 manat qiymətində mexaniki ət çəkən maşını, 1 ədəd 100 manat qiymətində direli, 1 ədəd 30 manat qiymətində dur aliminum uzun qapaqlı qazanı olmaqla, Zərərçəkmiş şəxs Hüsyenqulu qızına məxsus ümumilikdə 1382 manat məbləğində özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o təkrarən, 2025-ci ilin avqust ayının əvvəlində yaşayış sahəsindən oğurluq, yəni özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə istintaqla dəqiq müəyyən edilməmiş həmin tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs Hüsyenqulu qızına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gedərək, evin hasarından keçməklə həyətinə qanunsuz daxil olduqdan sonra evin ikinci mərtəbəsində yerləşən yataq otağının evin dəhlizinə açılan pəncərəsinin şüşəsini əli ilə vurub sındıraraq, pəncərənin kilidini açıb pəncərədən otağa, yəni həmin yaşayış sahəsinə təkrar qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 2000 manat, ümumi qiyməti 4000 manat olan 2,5 x 3,5 metr ölçüdə 2 ədəd xalçaları, 1 ədəd 344 manat qiymətində 2 x 3 metr ölçüdə xalçanı, hər birinini qiyməti 200 manat, ümumi qiyməti 400 manat olan 1,5 x 2 metr ölçüdə 2 ədəd xalçanı, hər birinin qiyməti 80 manat, ümumi qiyməti 320 manat olan üzərində nikolay sözü yazılmış 4 ədəd qədimi kasaları, 1 ədəd 50 manat qiymətində elektriklə işləyən samovarı, hər birinin qiyməti 18 manat, ümumi qiyməti 72 manat olan 4 ədəd aliminum pərdə qarnizləri olmaqla, Zərərçəkmiş şəxs Hüsyenqulu qızına məxsus ümumilikdə xeyli miqdar təşkil edən 5186 manat məbləğində özgənin əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi və mənəvi ziyanın tələbi ilə bağlı mülki qaydada iddia ərizəsi verərək Təqsirləndirilən şəxs 8458 manat məbləğində maddi ziyan və 2000 manat mənəvi ziyan, 122 manat dövlət rüsumu alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının ortalarında onun Lənkəran şəhərində yerləşən yaşayış evindən onun əmlaklarını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə ona məlum olmayan tarixlərdə, gecə saat 03-00-dradələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək evin hasarından keçməklə həyətinə qanunsuz olaraq daxil olduqdan sonra evin birinci mərtəbəsində olan otağa, yəni həmin yaşayış evə qanunsuz daxil olaraq ordan ona məxsus olan 200 manat dəyərində pilləkən üçün nəzərədə tutulan dəmir pərdə qarnizini, 60 manat dəyərində kabab etmək üçün nəzərədə tutulan manqalı, 70 manat dəyərində oalan 2 ədəd dəmir listi, 72 manat dəyərində olan 4 ədəd aliminum qarnizi, 200 manat dəyərində olan soyuducunun matorunu, 20 manat dəyərində padnusu, 150 manat dəyərində olan paltaryuyan maşının matorunu gizli yolla talayıb aparmışdır. İkinci dəfə o, təkrarən onun mülkiyyətində olan həmin fərdi yaşayış evə hasardan tullanaraq gizli yolla evin ikinci mərtəbəsinə daxil olmuş və evdən dəyəri 4744 manat olmaqla 5 ədəd xalçanı, 72 manat dəyərində 4 ədəd qarnizi, 200 manat dəyərində su matorunu, 320 manat dəəyərində 4 ədəd nazik kasanı, 50 manat dəyərində gümüş Qönçəni, 120 manat dəyərində 12 ədəd gümüş qaşığı, 50 manat dəyərində 5 ədəd gümüş çəngəli, 30 manat dəyərində 2 ədəd yataq dəstini, 50 manat dəyərində pakrivalı, 50 manat dəyərində 2 ədəd seyf qapı zamokunu oğurlamış və aparmışdır. Üçüncü dəfə 2025-ci ilin avqust ayının əvvəlində, istintaqa məlum olmayan tarixdə, gecə saat 03-00 radələrində yenidən onun fərdi yaşayış evinə hasardan tullanaraq evə gizli yolla daxil olmuş və ikinci mərtəbənin qonaq otağından 100 manat dəyərində 1 ədəd bötuk qazanı, 45 manat dəyərində 1 ədəd aş qazanı, 50 manat dəyərində 2 ədəd orta ölçülü aş qazanı, 100 manat dəyərində 5 ədəd iri tarelkanı, 114 manat dəyərində 7 ədəd aliminum tavanı, 50 manat dəyərində böyük teşti, 700 manat dəyərində 1 ədəd mis teşti, 25 manat dəyərində 1 ədəd ”Kumnel" qızdırıcını, 30 manat dəyərində 2 ədəd aş süzən qazanı, 70 manat dəyərində elektrik ət maşınını, 20 manat dəyərində 1 ədəd ətçəkəni, 40 manat dəyərində şirəçəkəni, 30 manat dəyərində altı düz olan qazanı, 15 manat dəyərində aşsüzən balaca qazanı, 50 manat dəyərində antik mis tavanı, 100 manat dəyərində yapon istehsalı olan 1 ədəd dreli, 25 manat dəyərində 6 ədədli çay dəstini, 15 manat dəyərində 6 ədədli çay dəstini, 20 manat dəyərində bir ədəd mis çəfkiri talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs oğurluq yolu ilə və vahid niyyətlə əhatə olunan qəsdlə ona ümumilikdə 8458 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar oğruluq əməli etmişdir. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Təqsirləndirilən şəxs ona 8458 manat məbləğində birbaşa maddi ziyan və 2000 manat mənəvi ziyan vurmuşdur. Zərərçəkmiş olaraq özü ağır xəstəlikdən əziyyət çəkir, urəydən əməliyyat olunmuş və bütün bunlar onu daha da hiddətləndirmiş və xəstələyi daha da ciddiləşmiş şəklini almışdır. Bu səbəbdən ürək xəstəliyi ilə əlaqədar daimi olaraq müalicəsi üçün pul xərcləyir. Xəstəliyinin səbəbi təqsirləndirilənin törətdiyi əməldən yaranan əsəb-stres olmuşdur. Məlumdur ki, əsəb-stres urək-damar xəstəliyini inkişafına səbəb olur. Hal-hazırda maddi vəziyyəti çox ağırdır. Təqsirləndirlən şəxsin sadə məişət həyatı yaşıyan insanı təxmini 8458 manatdan çox məbləğdə maddi ziyana salmağa, bu səbəbdən gündəlik həyatlının alt üst olması, cari tələbatı təmin edə bilməməyi insana gətirdiyi sarsıntını, əsəbi, mənəvi əzabı təsəvvür etmək çətin deyil. Bu gözlənilməz şərait ona çox böyük mənəvi iztirab vermişdir. Həmin hadisədən sonra səhhətində mənfi dəyişikliklər yaranmış, xəstəlikləri daha da şiddətlənmiş, ailənin sosial və psixoloji rifahına ciddi şəkildə ziyan vurulmuşdur. Özü hazırda kredit ödəyicisidir. Düşünür ki, kredit öhəliklərinin yaratdığı maddi çətinliyin, yoxluğun nə dərəcədə sarsıdıcı olduğu hər kəsə məlumdur və bunun əlavə sübutlarla sübut edilməsinə ehtiyac yoxdur. Hazırda o və ailəsi olduqca ağır günlər keçirir. İttiham aktında da göstərilmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkən olaraq ona 5186 manat vəsaiti mənimsəməsi qeyd edilmişdir. Halbuki, həmin göstərilən məbləğ azdır və o, qeyd etdiyi əmlakların qiyməti və keyfiyyəti hazırkı bazar qiymətindən qatqat aşağı yazmışdır. Ailənin həm maddi durumuna kəskin dərəcədə mənfi təsir göstərmiş, həm də mənəvi sarsıntı yaşamışdır. Hesab edir ki, törədilmiş oğurluq cinayəti ilə bağlı ona dəyən mənəvi zərər 2.000 manat olmaqla təşkil edir. Hal-hazırda mövcud olan vəziyyəti Təqsirləndirilən şəxs hərəkətlərinin ucbatından yaranmışdır. Buna görə də, hazırki maddi və sosial vəziyyətinin yüngülləşməsi üçün cavabdehin ona dəymiş olan zərəri ödəməsini tələb edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilib və iddianı tam qəbul edərək göstərmişdir ki, anası X2 ilə birikdə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ev 36-da yaşayır. Əvvəllər evli olsa da ailəsindən ayrılmışdır. Hazırda subaydır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər bir dəfə oğurluq etdiyinə görə, 3 dəfədə narkotik vasitə qəbul etdiyinə görə həbs edilmişdir. Sonuncu dəfə 2021-ci ildə CM-nin 234.1 -ci maddələri ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdən həbsdən azad edilmişdir. Bir neçə ildir ki, bədənində ağrılar olduğu üçün narkotik vasitə kakos deyilən heroin qəbul edir. Həbsdən azad edildikdə sonra narkotik vasitə qəbul etməsə də sonradan bədənində ağrılar olduğu üçün yenidən narktoik vasitə qəbul etməyə başlamışdır. O narkotik vasitəni tanımadığı şəxslərdən alıb qəbul edir. Zərərçəkmiş şəxs qonşusudur. Onun evi yaşadığı evlə üzbəüz yerləşir. Onunla arasında heç bir münasibəti və düşmənçiliyi olamamışdır. Onun Bakı şəhərində yaşadığını və evinin sahibsiz olduğunu bilirmiş. Həmin evdən 3 dəfə oğurluq etmişdir. İlk dəfə oğurluğu 2025-ci ilin iyul ayının ortalarında etmişdir. Həmin ərəfədə pula ehtiyyacı vardır. Özünə narkotik vasitə ala bilmirmiş. Buna görə oğurluq etmək qərarına gəlmişdir. O oğurluq etdiyi gün saat 03 radələrində Səkinənin evinə yaxınlaşmışdır. Bilmişdir ki, evdə heç kəs yoxdur. Ətarafa baxmış heç kəsin olmadığını gördükdən sonra həyətə hasardan daxil olmuşdur. O həyətdə kanalzasiya üstündə olmuş iki ədəd list dəmirləri götürüb kənara qoymuşdur. Sonra evə yaxınlaşmışdır evin birinci mərtəbəsində olan qapının dəmir tellə bağlandığını görmüşdür. Dəmir teli əli ilə açmışdır həmin otağa daxil olduqda oradan 4 ədəd pilləkən üçün olan dəmir məhəccər və bir ədəd manqal və 4 ədəd divarda olan aliminum qarnizləri söküb götürüb həyətə qoymuşdur. List dəmiri, məhəccəri, manqalı və qarnizləri evin həyət daravazasını içəridən açıb bir-bir küçəyə çıxarmışdır. Həyət darvazasını bağlamışdır özü isə hasardan küçəyə çıxmışdır. Səkinənin evindən oğurladığı əşyaları öz yaşadığı evin həyətinə gətirib gizlətmişdir. Səhər açılmışdır. Saat 10 radələrində oğurladığı əşyaları motosklet ilə səyyarı metal qəbulu ilə məşqul olan tanımadığı şəxs 30 manata satmışdır. Həmin şəxsə onların özünə məxsus olduğunu demişdir. Növbəti oğurluğu iki gün sonra etmişdir. Yenə gecə saat 03 radələrində həyətə hasardan daxil olmuşdur. Həyətə daxil olanda evin ikinci mərtəbəsində yerləşən otağa daxil olmaq istəmişdir, lakin otağın taxta qapısı klidili imiş. Həmin vaxt həyətdən tapdığı dəmir alətlə qapının klidini sındıraraq otağa daxil olmuşdur. Həmin otaqdan bir neçə tava, biri iri olmaqla digərləri xırda ölçüdə olan sayını dəqiq bilmədiyi qazanları, bir ədəd drel, bir ədəd alimunim teşt, bir ədəd mis teşt, iki ədəd aş süzən, bir ədəd ət çəkən maşını, bir ədəd şirəçəkən maşını, bir ədəd mexaniki ət çəkən maşını götürüb həyətdə yığmışdır, onlarıda eyni qayda ilə həyət darvazasını açıb əşyaları küçəyə çıxarmış, qapını arxadan bağlayıb hasardan küçəyə tullanmışdır. Oğurladığı əşyaları evinə gətirmişdir. Səhər açıldı. O aliminum qazan, aş süzən, mis teşti, alimunum teşti və tavaları əyib yararsız hala salmışdır ki, metal qəbul edən şəxsə satanda şübhələnməsin. Həmin oğurladığı əşyaları motoskletlə səyyarı metal qəbul edən tanımadığı şəxs ümumlikdə 45 manata satmışdır. Pulu maddi ehtiyyaclarına xərcləmişdir. Sonuncu dəfə isə həmin evdən 2025-ci ilin avqust ayının əvvəllərində oğurluq etmişdir. Belə ki, həmin gün saat 03 radələrində həmin evin qarşısına gəlib ətrafa baxmış heç kəsin olmadığından tam əmin olduğu üçün hasardan keçib həyətə daxil olmuşdur. O evin ikinci mərtəbəsinə qalxıb orada bundan öncə oğurluq etdiyi otağın yanında olan otağa daxil olmaq istəmişdir. Lakin otağın taxta qapısı klidli olmuşdur. O həmin otağa məxsus evin koridoruna açılan pəncərənin şüşəsinin kiçik xanasını əli ilə vurub sındırmışdır. Sonra sınmış hissədən əlini içəri salıb pəncərənin kilidini açmışdır. Pəncərəini açdıqdan sonra pəncərədən otağa daxil olmuşdir. Həmin otaqda olan 4 ədəd xalça, bir ədəd samovarı, 4 ədəd alimunim karnizi və bir ədəd kasanı götürüb pəncərədən koridora çıxartmışdır. Onları əvvəlcə həyətə yığıb həyət darvazasını açıb onları küçəyə çıxarmışdır. Özü küçə qapısını kilidləyib hasardan tullanıb küçəyə çıxmışdır. O oğurladığı əşyaları yaşadığı evə gətirmişdir. Onları həyətdə gizlətmişdir. Səhər vaxtı aliminum karnizləri əyib səyarı olaraq motoskletlə metal qəbul edən tanımadığı şəxsə 20 manata satmışdır. Həmin gün bazara gəlib üzərində yük yeri olan Vaz-2104 markalı avtomobilə yaxınlaşmışdır. Həmin avtomobilin tanımadığı sürücüsü ilə söhbət edib Astara rayonun Pensər kəndinə neçəyə aparacağını soruşmuşdur. O da ona 15 manata aparacağını demişdir. O da razılaşmışdır. Sürücü ilə birlikdə evə gəlib həyətdə xalçaları, ət çəkən, şirə çəkən maşınları, ikinci etdiyi oğurluqda götürdüyü dreli götürüb Astara rayonunda yerləşən Pensər bazarına gətirmişdir. Sürücünü pulunu verdikdən sonra ondan ayrılmışdır. Xalçaları ümumlikdə 125 manat tanımadığı ayrı-ayrı şəxslərə, dreli 15 manata, ət çəkəni 10 manat, şirə çəkəni isə 5 manata tanımadığı şəxslərə satmışdır. Bir ədəd kasa bazarda əlindən yerə düşüb sınmışdır. Pulu maddi ehtiyyaclarına xərcləmişdir. Səhəri gün isə oğurladığı Samovarı mərkəzi bazara gətirib Tofiq adlı şəxsə məxsus dükanın qaşısında tanınmadığı şəxsə 15 manata satmışdır. Həmin şəxsə samovarın özünə məxsus olduğunu demişdir. O bundan başqa heç yerdən oğurluq etməmişdir, o həmin evdən ilk dəfə oğurluq etdikdən sonra pulu qurtardığı üçün yenidən oğurluq etmək qərarın gəlmişdir. Birinici dəfə oğurluq etdiyi vaxt digər əşyaların həmin evdə olduğundan xəbərsiz olmuşdur. Oğurluğu tək etmişdir, bu işdə ona köməklik edən olmamışdır. O mobil telefondan istifadə etmir. O Səkinənin evindən 5 ədəd deyil, 4 ədəd xalça oğurlamışdır, elektrik qızdırıcısı oğurlamamışdır, kasalardan isə 4 ədəd deyil, bir ədədini götürməyini xatırlayır. Həmin kasada əlindən bazarda düşüb sınmışdır. Qalan 3 ədəd kasadan xəbəri yoxdur. Əlavə olaraq göstərmişdir ki, əməlindən peşmandır, zərər çəkmiş şəxs və anasından üzr və onlar tərəfindən bağışlanmasını istəyir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu və ilkin təhqiqat materialları ilə təsdiq edilərək sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində Səbail rayonu R.Behbudov küçəsi ev 8 mənzil 107-də yaşayır. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığından həmin ev boş qalmışdır və orada heç kim yaşamır. xx.xx.2025-ci il tarixdə ailəsi ilə birlikdə Lənkərana gəlib evə baş çəkmişdir. Evin bütün əşyaları yerində olmuşdur. Həmin vaxta qədər evə Samir adlı şəxs nəzarət etmişdir. Samir onun xahişi ilə evə nəzarət etmişdir. 08.04.205-ci il tarixdə Bakı şəhərində gedəndə Samir açarları ona vermişdir. Həmin vaxtda sonra evə heç kəs nəzarət etməmişdir. xx.xx.2025-ci il tarixdə əri evinə gəlmişdir. O həyətə daxil olanda görmüşdür ki, həyətdə olan kanlizaiya üstünə qoyulmuş iki ədəd qalın list dəmirlər yerində yoxdur. Bu onda şübhə yaratmışdır. O evin ikinci mərtəbəsinə qalxmış yataq otağının pəncərəsinin sınmış vəziyyətdə olduğunu, yataq otağının qapısnı açdıqa isə otaqda olan əşyaların dağınıq olduğunu görmüşdür. Otağa nəzər yetirdikdə divara söykənmiş halda olan 5 ədəd xalçanın, 4 ədəd divarda olan aliminum pərdə qarnizlərinin, bir ədəd elektrik samovarın, 4 ədəd altında nikolay sözü yazılıan kasanın olmadığını görmüşdür. Sonra ikinci mərtəbədə olan digər otağa baxanda otağın giriş taxta qapısının klidini sındırılmış vəziyyətdə görmüşdür. Qapıdan içəri daxil olduqda həmin otaqda da, əşyaların dağınıq olduğunu görmüşdür. Otağa daxil olanda 1 ədəd böyük ölçülü dur aliminum qazan, 1 ədəd böyük ölçülü aş qazanı, 7 ədəd orta ölçülü aş qazanı, 2 ədəd iri aliminum tava, 7 ədəd dur aliminum iri tava, bir ədəd böyük aliminum teşt, bir ədəd mis teşt, bir ədəd Kumel markalı elektrik qızdırıcısı, 2 ədəd alimium aş süzən, həmin otaqdan sonrakı otaqağa nəzər yetirəndə, 1 ədəd ət çəkən maşın, 1 ədəd şirə çəkən maşın, 1 ədəd əl ət çəkən maşını, otaqda olan rəfdən bir ədəd drelin olmadığını, bir ədəd dur aliminum uzun qapaqlı qazanın olmadığını görmüşdür. Sonra o evin birinci mərtəbəsində olan otaqda 4 ədəd pərdə qarnizlərini, birinici mərtəbədə olan digər otaqda 4 ədəd pilləkən məhəccəri, bir ədəd manqalın olmadığını gördüm. Evində oğurluq baş verdiyi üçün mən DİN-nin 102-xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları evə gəlib evə baxış keçirmişlər. O bu barədə ərizə yazmışdır. O evində baş vermiş oğurluqla bağlı qonşuluqda İlqar adlı şəxdən şübhələnmişdir. Lakin sonradan tam əmin olmuşdur ki, evindən oğurluğu İlqar törətmişdir. O, evində oğurlanmıış əşyaların qiymətlərinə gəldikdə, oğurlanmış xalçalardan iki ədəd İran istehsalı olan 2,5X3,5 ölçülü hər birinin qiyməti 2000 manat, bir ədəd 344 manat qiymətində 2x3 ölçülü xalça, 2 ədəd hər birini qiyməti 200 manat olan ümumi qiyməti 400 manat olan 1,5x2 metr ölçülü xalça, hər biri 18 manat olan 8 ədəd 144 manat qiymətində pərdə qarnizləri, bir ədəd 50 manat qiymətində elektrik samovar, 4 ədəd altında “nikolay” sözü yazılan hər biri 80 manat, ümumi qiyməti 320 manat kasalar, 1 ədəd 100 manat qiymətində böyük ölçülü dur aliminum qazan, 1 ədəd 40 manat qiymətində böyük ölçülü aş qazanı, 7 ədəd hər biri 20 manat olan 140 manat olan orta ölçülü aş qazanı, 2 ədəd hər bimin qiyməti 20 manat ümumi qiyməti 40 manat olan aliminum tava, 7 ədəd hər biri 15 manat olmaqla 105 manat olan dur aliminum iri tava, bir ədəd 50 manat qiymətində böyük aliminum teşt, bir ədəd 600 manat qiymətində mis teşt, bir ədəd qiyməti 25 manat olan Kumel markalı elektrik qızdırıcısı, 2 ədəd hər birinin qiyməti 15 manat olmaqla 30 manat qiymətində alimium aş süzən, 1 ədəd 70 manat qiymətində ət çəkən maşın, 1 ədəd 40 manat qiymətində şirə çəkən maşın, 1 ədəd 12 manat qiymətində əl ət çəkən maşını, bir ədəd 100 manat qiymətində drelin, bir ədəd 30 manat qiymtində dur aliminum uzun qapaqlı qazan, hər biri 50 manat olan 4 ədəd ümumi qiyməti 200 manat olan pilləkən məhəccəri, 1 ədəd 80 manat manqal və 2 ədəd dəmir listin qiyməti 70 manatdır. Baş vermiş oğurluqda ona ümumilikdə 6990 manat ziyan dəymişdir. Evində ilk dəfədir ki, oğurluq hadisəsi baş vermişdir. İqlar Həsənov ifadəsində evdən 5 ədəd deyil, 4 ədəd xalça, 4 ədəd kasa deyil bir ədəd kasa götürməsi ilə bağlı göstərdikləri yalandır. İlqar onun evindən 5 ədəd xalaça, digər əşyalarla birlikdə 4 ədəd kasa oğurlamışdır. Onun evində ilk dəfədir ki, oğurluq hadisəsi baş vermişdir. Əvvəllər evində heç vaxt oğurluq hadisəsi baş verməmişdir. Oğurluğun 2025-ci ilin iyul ayının ortalarından avqust ayının əvvəllərinə kimi olan müddət ərzində baş verməsini dəqiq bilir. Çünki həmin vaxta qədər evindən oğurluq olsaydı, bu barədə ona qonşular bildirərmişlər. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, o, ailəsi ilə birikdə Masallı rayonun Köçəkli kəndində yaşayır. Əvvəllər məhkum edilməmişdir. O, özünə məxsus motosikletlə Lənkəran şəhər ərazisində dəmir tullantılarını yığmaqla məşqul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir münasibəti olmamışdır. O bu ilin iyul ayının ortalarında səhər vaxtı motosiklet ilə Ş.Xiyabanı küçəsində gedərkən İlqar ona işarə etdiyi üçün motoskleti onun yanında saxlamışdır. Ona satmaq istədiyi tullantı metal əşyaları olduğunu demişdir. O, motosikleti onun yaşadığı evin həyətə darvazasının qarşısında saxlamışdır. Həmin vaxt o, həyətində bir kisəni götürüb küçəyə çıxartmışdır. Kisənin içərisndə köhnə dəmir mismar köhnə aliminium qarniz tikələri, bu kimi dəmir tullantılar vardır. O, İlqara ümumilikdə 14 manat pul vermişdir. O İlqardan cəmi bir dəfə metal tullantılarını almışdır. İlqar ona qeyd etdiklərindən başqa heç bir şey satmamışdır. O, Ş.Xiyabanı küçəsində yerləşən çayxanda olarkən, orada bir tanınmadığı kişi ona İlqardan heç bir şey almamağını, onun narkoman olduğunu demişdir. Buna görə ondan heç bir əşya almamışdır. İlqar ona xalça və sayır əşya satması təklif də etməmişdir. Əgər təklif etmiş olsa belə bunu qəbul etməzmiş. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, ailəsi ilə birikdə Lənkəran şəhər Ş.Xiyabanı küçəsi ev 36-da yaşayır. Əvvəllər məhkum edilməmişdir. O, fəhləliklə məşqul olur. Təqsirləndirilən şəxs kiçik qardaşıdır. O, onlarla bir həyətdə anası Ağanənə Həsənova ilə birlikdə ayrı evdə yaşayır. İlqar uzun müddətdir ki, narkotik aludəçsidir. O, günün gönorta saatları demək olar ki, yatır, axşamlar durub evdən çıxıb gedir. O, əvvələr evli olsa da, sonradan narkoman olduğu üçün ailəsi ondan ayrılmışdır. O heç bir faydalı işlə məşğul olmur. Dəfələrlə o, anasından pul alıb özünə narkotik vasitə almışdır. O 2025-ci ilin iyul ayının təxminən ortalarında həyətə daxil olanda həyətdə 2 ədəd pilləkən məhəccəri görmüşdür. O, buna əhəmiyyət verməmişdir. Fikirləşmişdir ki, İlqar dəmir yığıb satmaqla məşqul olduğu üçün kimsə həyətini təmzlətdirəndə artıq əşya kimi ona vermişdir. Başqa əşya görməmişdir. Sonradan eşitmişdir ki, İlqar yaşadığı ev ilə üzbəüz yerləşən Səkinənin evindən oğurluq etmişdir. Buna görə polis əməkdaşları onu tutmuşlar. O, İlqarla maraqlanmır. O, evdən gecələr çıxır, gündüzlər isə yatır. Onun yaşında məhəllədə adam qalmayıb. Ya həbsdədir, yada narkoman olduğu üçün ölüb getmişdir. İlqarın evə nə xalça nə də ki, dəmir qab-qacaq gətirdiyini görməmişdir. Cinayət işində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi yer ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evdir. Baxış zamanı Zərərçəkmiş şəxs evində xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olan müddət ərzində oğurluq baş vermiş, ona məxsus evdən məişət əşyaları, 5 ədəd xalça, müxtəlif ölçüdə aliminium və misdən hazırlanmış qazan, tava və sair qab-qacaq dəstləri oğurlandığını təsdiq etmişdir. Cinayət işində olan Lənkəran şəhər Narkoloji Xəstəxanasının xx.xx.20225-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən F11.2 “Opioidlərin qəbulu nəticəsində yaranmış asılılıq sindromu" diaqnozu ilə qeydiyyatda durur. Cinayət işində olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2 ədəd İran istehsalı 2,5 x 3,5 metr ölçülü xalçanın bir ədədinin qiyməti 1800 manat olmaqla, ikisinin qiyməti 3600 manat, 1 ədəd 2 x 3 metr ölçülü xalçanın qiyməti 330 manat, 2 ədəd 1,5 x 2 metr ölçülü xalçanın bir ədədinin qiyməti 180 manat olmaqla, cəmi qiyməti 360 manat, 8 ədəd pərdə qarnizlərinin bir ədədinin qiyməti 16 manat olmaqla, cəmi qiyməti 128 manat, 1 ədəd elektrikli samovarın qiyməti 50 manat, 4 ədəd kasanın (altında Nikolay sözü yazılan) bir ədədinin qiyməti 60 manat olmaqla, cəmi 240 manat, 1 ədəd böyük ölçülü dur alüminium qazanın qiyməti 80 manat, 1 ədəd böyük ölçülü aş qazanın qiyməti 40 manat, 7 ədəd orta ölçülü aş qazanının bir ədədinin qiyməti 20 manat olmaqla, cəmi qiyməti 140 manat, 2 ədəd alüminium tavanın bir ədədinin qiyməti 20 manat olmaqla, cəmi qiyməti 40 manat, 7 ədəd duralüminium iri tavanın bir ədədinin qiyməti 15 manat olmaqla, cəmi qiyməti 105 manat, 1 ədəd böyük alüminium teştin qiyməti 50 manat, 1 ədəd mis teştin qiyməti 300 manat, 1 ədəd “Kumtel” markalı elektrik qızdırıcısının qiyməti 25 manat, 2 ədəd alüminium aş süzənin bir ədədinin qiyməti 15 manat olmaqla, cəmi qiyməti 30 manat,1 ədəd ət çəkən maşının qiyməti 65 manat, 1 ədəd şirəçəkən maşının qiyməti 35 manat, 1 ədəd mexaniki ət çəkən maşınının qiyməti 12 manat, 1 ədəd elektrik drelinin qiyməti 80 manat, 1 ədəd duralüminum uzun qapaqlı qazanın qiyməti 30 manat, 4 ədəd pilləkən məhəccərinin bir ədədinin qiyməti 50 manat olmaqla, cəmi qiyməti 200 manat, 1 ədəd dəmir kabab manqalının qiyməti 80 manat, 2 ədəd 10 x 70 sm ölçülü, 10 mm qalınlıqda olan metal lövhənin bir ədədinin qiyməti 35 olmaqla, cəmi qiyməti 70 manat, ümumilikdə 6090 manatdır. (Qiymətləndirmə üzrə xidmət haqqı 150 manat təşkil etmişdir). Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışı və sonuncu hökmün surətindən görünür ki, Həsənov X3 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29. 177.2, 177.2-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının 02 ay 28 günündən azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayətləri törədərkən məhkumluğu ödənilməmişdir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs istintaqa məlum olan cinayət hadisəsindən başqa hər hansı bir cinayət hadisəsi törətməsi və həmçinin törətdiyi cinayət hadisəsində hər hansı bir şəxslə qabaqcadan əlbir olması faktı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaları kimlərə və hara satması əməliyyat yolu ilə müəyyən edilə bilməmişdir. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, zərər çəkmiş şəxsə 6990 manat miqdarında ziyan vurulmuşdur. Cinayət işində olan şübhəli şəxs qismində tutulma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:33-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il, saat 22:33-dən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan arayış və xasiyyətnamədən görünür ki, Həsənov X3 şəhəri Ş.Xiyabanı küçsəi ev 36 ünvanında anası ilə birlikdə yaşamış və barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaların arasında, elektirik qızıdırıcısı olmadığını, oğurladığı xalçaların sayı 5 ədəd deyil, 4 ədəd olduğunu, həmçinin oğurladığı kasanın 4 ədəd deyil, bir ədəd olduğunu bildirsə də, qeyd olunan xüsusatlar məhkəmə tərəfindən yoxlanılmış və Təqsirləndirilən şəxs gətirdiyi dəlillərin özünü müdafiə xarakteri daşıdığı müəyyən olunmuşdur. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq hadisəsindən öncə ifadəsində göstərdiyi əşyaların yerində olduğunu, həmin evdə ilk dəfə olaraq oğurluq hadisəsi baş verdiyini göstərmişdir. Ona görə də Təqsirləndirilən şəxs ifadəsində həmin xüsusat üzrə gətirdiyi dəlillər müdafiə xarakteri daşıdığından və əsassız olduğuna görə rədd edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə belə hesab edir ki, onun törətdyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin (oğurluğun təkrar törədilməsi), 177.2.3-cü maddəsinin (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi) və 177.2.4cü maddəsinin (xeyli miqdarda ziyan vurmaqla törədilməsi) tərkibləri vardır. CM-nin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-nin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Həmin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən isə CM-nin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs peşman olaraq zərəçəkmiş şəxsdən üzr istəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bundan əvvəl təqsirləndirilərək məhkum olunduğu CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 03 il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, hazırki cinayət əməlinin Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı xx.xx.2023-cü il tarixdən 02 il müddət keçməmiş törətmişdir. Məhkəmə yuxarıda qeyd olunanaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 150 manat mütəxəssis xərci tutularaq “Cənub Qiymətləndirici “MMC-nin hesabına köçürülməlidir. Məhkəmə zərər çəkmiş şəxsin mülki iddiasına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs (mülki cavabdeh ) iddianı tam qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, mülki iddia üzrə mülki iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, Təqsirləndirilən şəxs 8458 manat məbləğində maddi ziyan və 2000 manat mənəvi ziyan, 122 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat mütəxəssis xərci tutularaq “Cənub Qiymətləndirici “MMC-nin aşağıdakı hesaba köçürülsün: Bank Respublika Lənkəran filialı, kod 504357, VOEN**********, müxbir hesab: AZ80NABZ********************,SWİFTBRESAZ22,İBANAZ11BRES********************1. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 8458 manat məbləğində maddi ziyan və 2000 manat mənəvi ziyan, cəmi 10458 (on min dörd yüz əlli səkkiz) manat, eləcə də 122 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-194/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-194/2025
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver