Məhkəmə qərarları › İş №1(049)-196/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-196/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-196/2023 26.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” yaşayış massivi, "xxxx" MTK bina 9A, mənzil 8-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2022-ci ilin noyabr ayının ortalarında dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə sosial şəbəkədən əldə etdiyi VAZ21074 markalı 10UH061 dövlət qeydiyyat nişanlı avtomobilə aid fotoşəkilləri avtomobillərin satışının həyata keçirildiyi “Turbo.az” internet saytında 3700 manata satmaq barədə elan yüklədikdən sonra 15 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən həmin avtomobili almaq üçün onunla əlaqə saxlamış Lənkəran rayonu, Girdəni kənd sakini Zərərçəkmiş şəxs özünü Zərdab rayon sakini Orxan adlı şəxs kimi təqdim edib, guya atasının əməliyyat olunması üçün avtomobili real qiymətindən daha aşağı qiymətə satmaq məcburiyyətində qaldığını əminliklə bildirib, Zərərçəkmiş şəxs özünü inandıraraq, qiymətini 3600 manata razılaşdıqları avtomobili əvvəlcədən kart hesabına beh kimi 200 manat pul köçürüldüyü halda guya real alıcı olduğuna əmin olub, Lənkəran rayonunda şəxsən təhvil verəcəyini yalandan vəd edərək, əsl niyyətindən xəbərsiz olan arvadı Şahid adına olmuş 4169 7388 6444 6608 hesab nömrəli "xxxx" ASC-dən verilmiş birbank plastik kartın fotoşəklini göndərməklə Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra, sonuncunun ona olan inam və etibarından sui-istifadə etməklə, vədinə əməl etmək niyyətində olmadan, əskinə maddi vəziyyətini yaxşılaşdırmağa yönələn niyyətinə çatmaq üçün vahid niyyətlə Zərərçəkmiş şəxs razılaşdıqları məbləğin 200 manatını beh adı ilə 15 noyabr 2022-ci il tarixdə saat 19:38 dəqiqədə, 450 manatını avtomobilin cərimə ödənişləri adı ilə həmin tarixdə saat 21:24 dəqiqədə, 750 manatını guya əvvəlki ödənişin bank borcuna çıxıldığına görə cəriməni ödəyə bilməməsi adı ilə həmin tarixdə saat 21:43 dəqiqədə Lənkəran rayonu, Girdəni kəndində yerləşən “Dəmirağac Market”də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalından və 1700 manatını guya atasının sağlamlıq vəziyyətinin pisləşdiyinə görə təcili cərrahi əməliyyata girməli olması adı ilə həmin tarixdə saat 23:04 dəqiqədə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran şəhərindən keçən hissəsində “Ləvəngi dairəsi”nin yaxınlığında yerləşən “Qulamoff Market”də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi terminalından 4169 7388 6444 6608 hesab nömrəli birbank plastik kart hesabına ödətdirilməsinə nail olmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 3100 (üç min yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bu cinayəti imkansızlıqdan etmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayır. Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, həyat yoldaşına məxsus oan bank kartını Əhməd adlı şəxsə vermişdir və Samirlə həmin şəxs danışmışdır. Sonradan həyat yoldaşı Şahid məxsus olan şəxsiyyət vəsiqəsini və mobil telefon nömrəsini də Əhməd adlı şəxsə vermişdir və Zərərçəkmiş şəxslə də həmin şəxs əlaqə saxlamışdır. Həyat yoldaşının bütün bu olanlardan xəbəri olmamışdır. Pulu bankomatdan o, özü çıxarmamışdır. Həyat yoldaşına məxsus olan bank kartını, mobil telefon nöməsini və şəxsiyyət vəsiqəsini Əhməd adlı şəxsə verdiyi üçün özünü təqsirli bilir. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf edərək Əhməd adlı şəxsin özü olduğunu və imkansızlığı ilə əlaqədar hazırki cinayəti törətdiyini bildirmişdir. Cinayət işi üzrə dəymiş ziyanı, yəni 3.100 manat pulu zərərçəkmiş Zərərçəkmiş şəxs tam şəkildə ödəmişdir, onlar barışmışlar və bu səbəbdən də cinayət işinin icraatına xitam veriləsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında özünə VAZ21074 markalı avtomobil almaq istəmiş, avtomobil almaq üçün təxminən 4000 manata yaxın pul yığmışdır. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında, təxminən 19 radələrində Tap.az saytında avtomobil elanlarına baxarkən orada 2008-ci il buraxılışlı, ağ rəngli VAZ21074 markalı, 10UH061 nömrə nişanlı avtomobilin 3700 manata satıldığını görmüşdür. Orada əlaqə nömrəsi kimi ***-***-**-** saylı mobil nömrə qeyd edilmişdir. Həmin mobil nömrə ilə özünə məxsus ***-***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. Onunla danışan şəxs səsindən yaşlı adamın səsinə oxşamışdır. Həmin şəxs adını ona İsmixan olduğunu və ürəkdən əməliyyat olunmalı olduğunu bildirib avtomobilin qiymətini oğlu ilə danışmağını istəmiş və ona ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin şəxsin verdiyi mobil nömrə ilə əlaqə saxlamış və danışan şəxs özünü Orxan adı ilə qələmə verib avtomobilin özünə məxsus olduğunu, atası xəstə olduğu üçün əməliyyat olunmalı olduğunu, bunun üçün də avtomobili satdığını demişdir. Həmin şəxsdən nə üçün avtomobili buraxılış ilinə uyğun deyil ucuz qiymətə satdığını soruşduqda həmin şəxs atasının ürək əməliyyatı olunmalı olduğundan avtomobili bir az ucuz qiymətə satdığını demiş və hazırda Zərdab rayonunda olduğunu bildirmişdir. Həmin şəxsə avtomobilin başqa şəkillərini ona çəkib göndərməsini istədikdə həmin şəxs ona avtomobilin videosunu göndərmişdir. Həmin şəxslə telefonda avtomobili 3600 manata razılaşmışlar. Daha sonra avtomobili almağı üçün ona göndərəcəyi kart hesabına 200 manat beh kimi göndərməyini istəmiş və bundan sonra avtomobili Lənkəran rayonuna gətirib ona təhvil verəcəyini, Lənkəran rayonunda onunla görüşdükdən sonra elektron etibarnamə ilə ona satacağını bildirmişdir. İnanıb razılaşmış və həmin şəxsin göndərdiyi kapital banka aid **********446608 kart hesabına Lənkəran rayonu Girdəni kəndində yerləşən Dəmirağac marketdə olan “milliön” ödəmə terminalı vasitəsilə 200 manat göndərmişdir. Pulu göndərdikdən sonra mobil nömrəsində olan “Whatsapp” -na qəbzin şəklini çəkib atmışdır. Həmin şəxs pulun çatdığını bildirmişdir. Təxminən 30 dəqiqə sonra həmin şəxs ona zəng edərək Lənkəran rayonuna gələrkən Kürdəmir rayonu ərazisində dövlət yol polisinin əməkdaşlarının onu saxladığını, avtomobilin 432 manat inzibati cəriməsi olduğu üçün onu buraxmadıqlarını, qeyd edilən məbləği onun kart hesabına göndərdikdən sonra avtomobili Lənkəran rayonuna gətirəcəyini demişdir. Həmin şəxs telefonu DYP-nin əməkdaşına verdiyini bildirmiş, onunla danışan şəxs YPX əməkdaşı olduğunu deyib avtomobilin cəriməsini ödədikdən sonra həmin şəxsi buraxacağını qeyd etmişdir. YPX əməkdaşı kimi özünü təqdim edən şəxs özünü təqdim etsə də adı və soyadı yadında qalmamışdır. Bundan sonra o, təkrar Girdəni kəndində yerləşən Dəmirağac marketdə olan “milliön” ödəmə terminalı vasitəsilə həmin şəxsin kart hesabına 450 manat pul göndərib zəng vurmuş və həmin şəxs pulun çatdığını bildirmişdir. Təxminən 20 dəqiqədən sonra həmin şəxs ona təkrar zəng edərək kart hesabına göndərdiyi pulu ailə üzvlərinin kredit borcuna görə kartdan çıxdıqlarını, 750 manat da kart hesabına pul göndərməyini, bundan sonra kredit borcunu və cəriməni ödədikdən sonra avtomobili rahat şəkildə Lənkəran rayonunda ona təhvil verəcəyini bildirmişdir. Həmin şəxsə inanıb təkrar 750 manat pulu Girdəni kəndində yerləşən Dəmirağac marketdə olan “milliön” ödəmə terminalı vasitəsilə kart hesabına göndərmişdir. Həmin şəxslə danışdıqdan sonra pulun çatdığını demişdir. Bir neçə dəfə həmin şəxslə yolda olarkən danışdıqda həmin şəxs yolda olduğunu, Salyan rayonda olduğunu, daha sonra Salyan postunu keçdiyini bildirirmişdir. Təxminən 2 saat sonra saat 23 radələrində həmin şəxs ona zəng edərək telefonda ağlamağa başlamış, atasının vəziyyətinin ağır olduğunu, əməliyyat üçün Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Həmin şəxsə nə etməli olduğunu soruşduqda həmin şəxs ona 1700 manat da pul lazım olduğunu demişdir. O, isə demişdir ki, “mən artıq səni tanımamış, görməmiş sənə 1400 manat pul göndərmişəm”. Lakin həmin şəxs ona atası barədə yalvar yaxar edərək atasının vəziyyətinin yaxşı olmadığı üçün 1700 manat pulu təcili göndərməyini istəmişdir. O, da inanıb 1700 manat pulu Lənkəran şəhəri Ləvəngi dairəsində yerləşən “Qulamov” marketdə olan “milliön” ödəmə terminalı vasitəsilə göndərmişdir. Həmin şəxslə danışdıqdan sonra pulun çatdığını, pulu atası üçün göndərdikdən sonra təxminən 5 dəqiqəyə onunla danışacağını bildirmişdir. Oradan qayıdıb yaşadığı kəndə gedib gözləməyə başlamışdır. Danışdığı ***-***-**-** saylı mobil nömrəyə kənddə 3 dəfə zəng etmiş, telefon çağırsa da telefona cavab verən olmamışdır. Daha sonra isə həmin nömrəyə zəng çatmamışdır. Həmin vaxtdan ***-***-**-** saylı mobil nömrəyə zəng çatmamışdır. Lakin daha sonra ***-***-**-** saylı mobil nömrə bir müddət çalışmasa da o, sonradan həmin nömrə ilə əlaqə saxlamış, nömrəyə cavab verən şəxs adının Əhməd olduğunu, nömrəni yenicə 30 manata aldığını bildirmişdir. Həmin şəxsin danışığından və ləhcəsindən həmin şəxsin onu aldadaraq 3100 manat pulunu ələ keçirən şəxs olduğunu anlamış və daha sonra “Whatsapp”la görüntülü həmin şəxslə danışmışdır. Əvvəl həmin şəxslə görüntülü danışmasa da sonradan ləhcəsindən və həmin şəxsin onunla telefonda şübhəli danışığından həmin şəxslə görüntülü danışmaq istəmişdir. Həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Hazırda ona dəymiş 3.100 manat məbləğində ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, D massivi ərazisində yerləşən bina evində əri Təqsirləndirilən şəxsla birlikdə yaşayır. Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Heç bir qərəzli münasibəti olamamışdır. 2022-ci ilin iyul ayının ortalarında özünə kapital bankdan üzərində **********446608 nömrəli plastik kart almışdır. Həmin kartı o, və əri Əhməd birlikdə istifadə etmişlər. Əhmədin atası və anası da həmin karta onlara pul lazım olduqda köməklik kimi pul atmışdır. Kartı çox vaxt Əhməddə olmuşdur. Əhməd ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Əhməd evə gəlmiş və həmin vaxtı üzərində bir qədər pul olmuşdur. Əhmədin üzərində olan pulun sayını dəqiq bilməmişdir. Həmin vaxtı Əhməd ona pulları anasının göndərdiyini demiş və əvvəlki arvadından olan uşaqları üçün aliment pulunu köçürməsini istəmişdir. O, da Əhmədin sözlərinə inanmışdır. Əhmədin işlərinə qarışmır. Həmin pulu bir neçə gün ərzində Əhməd xərcləyib qurtarmışdır. Həmin ərəfədə Əhməd ***-***-**-** saylı mobil nömrəni koda qoymuş, digər nömrə ***-***-**-** saylı nömrəni isə işlətməmişdir. Əhmədin bunları nə üçün etdiyini isə o, bilməmişdir. Onun əri Təqsirləndirilən şəxs Lənkəran rayon sakini Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 3100 mamnat məbləğində pulunu ələ keçirməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsini məhkəmədə özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi “Whatsapp” danışığına, qəbzlərə, şəkillərə və bir ədəd CD diskdə olan videogörüntüyə sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs “Orxan Zərdab 07” adı ilə mobil telefonun yaddaşında qeydə alınmış ***-***-**-** saylı mobil nömrə ilə aşağıda qeyd olunan “Whatsapp” mətnləri müəyyən edilmişdir: 1- Zərərçəkmiş şəxs, 2-istintaqa məlum olmayan şəxs xx.xx.2022 1- Salam qardaş mənəm at şəxsiyyəti və kartı - 19:03 2- Fotoşəkillər - 19:05, X1 məxsus şəxsiyyət vəsiqəsinin və kapital banka aid üzərində 4169-7388-6444-6608 nömrəsi olan, 07.2025-ci il tarixinədək etibarlı olan plastik kartın fotoşəkili 2- Kapitaldı, çeki at, 200 göndər 3500 orda alacam, göndər internetdenn de çxarm - 19:05 1- Qardaş kartın nömrəsi hansıdır- 19:06 1-Səs yazısı-(25 saniyə)-19:07- texniki nasazlıqdan səs yazısını açmaq olmadı. 2- **********446608 1- Kimin adınadır kart- 19:07 2- Fotoşəkil - 19:08, Şahid məxsus şəxsiyyət vəsiqəsinin fotoşəkili 2- Yoldaşmın -19:08 1- Atanın pasportunda at zəhmət olmasa -19:09 2- Evdedi, onun, pasportu -19:09 1- Yaxşı -19:10 2- Atam xestexanadadı, tez atın tez çxım -19:10, 19:13 1- Səs yazısı-(08 saniyə)-19:25- texniki nasazlıqdan səs yazısını açmaq olmadı. 2- Videogörüntü (22 saniyə) – videogörüntüdə VAZ21074 markalı 10UH061 nömrə nişanlı avtomobilin arxadan ön tərəfə doğru 22 saniyəlik görüntüsü qeydə alınmışdır. 1- Fotoşəkil -19:41, xx.xx.2022-ci il tarixdə, 19:38:41-də Dəmirağac marketdə olan “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsilə 200 manat pulun 416973******6608 kart hesabına köçürülməsini təsdiq edən qəbzin fotoşəkili 1- Cıxdın qardaş -20:06 2- He, çıxıb -20:07 1- Siz kimsiniz, Allo - 20:08 2- Yoldaşıyam -20:09 1- O hansı nömrədədir - 20:09 2- Nömre ondadi – 20:09 1- Yaxşı bacı – 20:09 1- Salam xanım yoldaşınız məni aldatmır sora başı cox ağrıyar bu başdan deyirəm sizə zəng vurdu dedi Atamın vəziyyəti pisləşib aparırlar Bakıya duz deyir ya yox?, Məndə pul göndərdim ona, Allo – 23:25, 23:26 2- Bildik, Sagolun – 23:29 1- Vallah əyər aldadırsa cox pis olacaq – 23:29 xx.xx.2022 1- Yoldaşına niyə zəng çatmır xanım - 00:24 1- Məndən günah keçdi mən səhər polisə gedirəm – 01:31 xx.xx.2022 1- Polis sizi axtarır, peşman olacaqsınız cox cox - 10:45, 10:46 İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi 4 ədəd qəbzin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:38:41-də Dəmirağac marketdə olan “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsilə 200 manat, xx.xx.2022-ci il tarixdə, saat 21:24:07-də Dəmirağac marketdə olan “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsilə 450 manat, xx.xx.2022-ci il tarixdə, saat 21:43:51-də Dəmirağac marketdə olan “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsilə 750 manat, xx.xx.2022-ci il tarixdə, saat 23:04:46-da Qulamoff marketdə olan “Milliön” elektron ödəmə sistemi terminalı vasitəsilə 1700 manat pul 416973******6608 nömrəli kart hesabına köçürülmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs “Whatsapp” vasitəsilə danışarkən “screen” etdiyi və etibarından sui istifadə edərək avtomobil satmaq adı ilə onu aldadaraq 3100 manat pulunu ələ keçirən, adını Əhməd kimi bildiyi şəxsin fotoşəkilini təqdim etmişdir. Bundan başqa iş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd CD diskdə olan 22 saniyə müddətindəki videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, Zərərçəkmiş şəxslə danışıq zamanı göndərilən VAZ21074 markalı 10UH061 nömrə nişanlı avtomobilin arxadan ön tərəfə doğru görüntüsünün olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bank kartına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd bank kartının hər iki üzü qara rəngli olmaqla, ön yuxarı sol tərəfində “1 birbank”, yuxarı sağ tərəfində “Cashback black” sözləri yazılmışır, yuxarı orta hissədə “çip” vardır. Aşağı sağ tərəfdə “VİSA” sözləri yazılmışdır. Kartın arxa sol tərəfində yuxarıya doğru “xaricdən zənglər üçün/For international calls(99412)5984460 Ölkədaxili zənglər üçün/ For domestic calls 196” sözləri yazılmışdır. Yuxarı orta hissədə “QR kod” olmaqla alt hissəsində “QR kodu skan et və Birbank tətbiqini yüklə” sözləri, onun altında “113BCPL 0071376”, onun alt hissəsində isə “**********446608” rəqəmləri, altında isə “EXP DATE 07/25, SECURİTY CODE 232” sözləri yazılmışdır. Sağ aşağı tərəfdə quş şəkili “AZN 113”, altında isə “This card is the property of Kapital Bank OJSC.” sözləri yazılmışdır. Kartın sağ tərəfində yuxarıya doğru “TOPDAN GRAVİTY-UAE-585169-03/22” sözləri yazılmışdır. Həmçinin baxış zamanı kartın istifadə olunduğu, yeni olmadığı müəyyən olunmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bank kartı ilə Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş ***-***-**-** saylı mobil nömrəsindən ona şəkili göndərilən kapital banka aid birbank kartı eynidirlər. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış və Lənkəran şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizədə (reyestr № 8i- 5081) qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənmişdir və onlar barışmışlar. Hal hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin ifadə və ərizəsinə, şahid ifadəsi, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələbinə görə «Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan “4169-7388-6444-6608” nömrəli bir ədəd bank kartı sahibi Şahid qaytarılmalıdır. İş üzrə maddi sübut olan “Whatsapp” yazışmalarının çıxarışı, qəbzlər, bir ədəd CD disk və şəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan “4169-7388-6444-6608” nömrəli bir ədəd bank kartı sahibi Şahid qaytarılsın. İş üzrə maddi sübut olan “Whatsapp” yazışmalarının çıxarışı, qəbzlər, bir ədəd CD disk və şəkillər cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar