Məhkəmə qərarları › İş №1(049)-196/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-196/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-196/2025 25.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 12:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid2, Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi X6, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.2009-cu il tarixdə Lənkəran rayonu Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, İlqar Mahmudov adına Liman şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Liman şəhəri, M.Ə.Sabir küçəsi, ev 79 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə xx.xx.2009-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, İlqar Mahmudov adına Liman şəhər 1 saylı orta məktəbinin 11-ci sinif şagirdi, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Liman şəhəri, M.Ə.Sabir küçəsi ev 78A ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1, 25 mart 2025-ci il tarixdə, saat 13:30 radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Lənkəran şəhərində telefon satışı mağazasında olarkən orada gördüyü tanışı Zərərçəkmiş şəxs həmin gün, saat 14:15 radələrində Lənkəran şəhər “X15”ndə başlamış riyaziyyat fənni üzrə hazırlıq kursuna mağazada telefonlara baxdığına görə gecikməsini müəllimə xəbər verəni “suka” adlandırması ilə əlaqədar hazırlıq kursu yekunlaşdıqdan sonra 25 mart 2025-ci il tarixdə, saat 15:30 radələrində Lənkəran şəhəri, X16 ilə Şirəli Axundov küçələrinin arasında yerləşən, insanların istirahət və gəzinti məqsədi ilə istifadə etdiyi ərazi olduğuna görə ictimai yer hesab olunan “Heydər Əliyev parkı”nda dostu Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs mübahisə edərkən görüb, hər hansı bir səbəb olmadan aktiv şəkildə münaqişəyə qoşularaq dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, hər ikisi Zərərçəkmiş şəxs münaqişəyə sövq edib, müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini park ərazisində onlara tamaşa edən insanların şəxsiyyətinin fövqündə qoyub, qərəzli hərəkətlərini təxminən 10 dəqiqə ərzində davam etdirməklə, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs2 yumruğu ilə Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsinə qəsdən vurub fiziki ağrı, daha sonra yumruğu ilə ağız nahiyəsinə qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid üst dodaq nahiyəsində əzilmiş yara ilə nəticələnən xəsarət, bu vaxt özü də, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruğu ilə onun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid burun sümüyünün yerini dəyişən sınığı və həmin zərbənin təsirindən yaranmaya xarakterik sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən burun və hər iki gözaltı nahiyələrində qançırlarla nəticələnən xəsarət yetirməklə, bir qrup şəxs halında Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 25 mart 2025-ci il tarixdə saat 13:30 radələrində dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Lənkəran şəhərində telefon satışı mağazasında olarkən orada gördüyü hazırlıq yoldaşı Zərərçəkmiş şəxs həmin gün saat 14:15 radələrində Lənkəran şəhəri, “X15”ndə başlamış riyaziyyat fənni üzrə hazırlıq kursuna mağazada telefonlara baxdığına görə gecikməsini müəllimə xəbər verəni “suka” adlandırmasından əsəbiləşib, hazırlıq kursu yekunlaşdıqdan sonra 25 mart 2025-ci il tarixdə, saat 15:30 radələrində münasibətlərinə aydınlıq gətirmək üçün Lənkəran şəhəri, X16 ilə Şirəli Axundov küçələrinin arasında yerləşən, insanların istirahət və gəzinti məqsədi ilə istifadə etdiyi ərazi olduğuna görə ictimai yer hesab olunan “Heydər Əliyev parkı”nda Zərərçəkmiş şəxs park ərazisinə dəvət edib, dərs zamanı onu nəzərdə tutub “suka” deməsini bəhanə gətirərək, həmin cüzi səbəb üzündən mübahisə edərkən bu vaxt onları görüb aktiv şəkildə münaqişəyə qoşulmuş dostu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək, hər ikisi Zərərçəkmiş şəxs münaqişəyə sövq edib, müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, birgə yaşayış, ictimai yerdə insanlar arasında bərqərar olmuş davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərini müstəsna dərəcədə etinasızlıq nümayiş etdirməklə pozaraq, öz şəxsiyyətini park ərazisində onlara tamaşa edən insanların şəxsiyyətinin fövqündə qoyub, qərəzli hərəkətlərini təxminən 10 dəqiqə ərzində davam etdirməklə, qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni özü əvvəlcə yumruğu ilə sonuncunun sağ çiyin nahiyəsinə qəsdən vurub fiziki ağrı, daha sonra yumruğu ilə ağız nahiyəsinə qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid üst dodaq nahiyəsində əzilmiş yara ilə nəticələnən xəsarət, bu vaxt qrup üzvü Təqsirləndirilən şəxs1 isə əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruğu ilə onun burun nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid burun sümüyünün yerini dəyişən sınığı və həmin zərbənin təsirindən yaranmaya xarakterik sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən burun və hər iki gözaltı nahiyələrində qançırlarla nəticələnən xəsarət yetirməklə, bir qrup şəxs halında Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X6 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Liman şəhəri M.Ə.Sabir küçəsi ev 79 ünvanında atasına məxsus evdə anası, atası və qardaşı ilə birlikdə yaşayır. İlqar Mahmudov adına Liman şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdidir. Lənkəran şəhəri Qala Xiyabanı ərazisində Ülvi adlı azərbaycan dili və ədəbiyyatından hazırlığa gedir. Təqsirləndirilən şəxs2 və Şahid1 tanıyır. Onun qonşularıdır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 13 radələrində o, Hüseynlə birlikdə Lənkəran şəhər mərkəzi bazarında yerləşən “kontakt home” adlı mağazada olmuşlar. Həmin vaxtı Hüseynin kurs yoldaşı Ramil də həmin mağazaya gəlmişdir. Onlar bir qədər mağazada qaldıqdan sonra oradan çıxıb hazırlığa getmişlər. O, Qala Xiyabanında yerləşən Ülvi müəllimin yanına, Hüseyn isə Lənkəran şəhəri Z.Əliyeva küçəsindəki mərkəzi parkda yerləşən H.Əliyev mərkəzində riyaziyyat müəllimi işləyən Afər adlı müəllimin yanına kursa getmişdir. O, Hüseynlə danışmışdır ki, hazırlıqdan çıxdıqdan sonra görüşüb birlikdə Liman şəhərinə qayıtsınlar. Buna görə də, saat təxminən 15:30-da dərs qurtardıqdan sonra o, piyada Hüseynlə görüşmək üçün X12 yaxınlığına gəlmişdir. Həmin vaxtı Hüseyn və Məhəmmədəlinin mərkəzin sağ kənarında dayanıb sonradan adını bildiyi Ramil adlı şəxslə sözlü mübahisə etdiklərini görmüşdür. O, həmin şəxslərə yaxınlaşıb görüşüb yanlarında qalmışdır. Mübahisə zamanı ona məlum olmuşdur ki, hazırlıqdan qabaq onun və Hüseynin kontakt home mağazasında gördükləri Ramil hazırlığa gecikdiyi üçün müəllim soruşduqda Hüseyn Ramilin mağazada olduğu üçün gecikdiyini bildirməsi, bundan sonra Ramilin Hüseynin ünvanına nalayiq ifadə işlədərək Hüseynin Ramili “sukalaması”nı bildirməsi, həmin məsələyə aydınlıq gətirilməsindən ötrü dərsdən sonra mərkəzin kənarında mübahisə etdiklərini anlamışdır. Mübahisə zamanı Ramil Hüseyni itələmiş və bir birilərini söymüşlər. Bundan sonra Ramil Hüseynə bir dəfə yumruq zərbəsi atsa da, Hüseyn geri çəkildiyi üçün Hüseynə həmin zərbə dəyməmişdir. X19 sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Ramil geriyə çəkilib əynində olan gödəkçəsini çıxarıb Hüseynin üzərinə gələrkən Hüseyn təkrar Ramilin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Hüseynin bu zərbəsindən sonra Ramil yerə uzanmış və burun nahiyəsindən qan axmışdır. Ramil ayağa qalxıb H.Əliyev mərkəzinin inzibati binasına doğru getmişdir. O, Hüseyn və Məhəmmədəli də oradan uzaqlaşıb evə gəlmişlər. O və Məhəmmədəli hadisə zamanı Ramillə Hüseyni ayırmağa çalışırmışlar. Hadisənin baş verməsinə səbəb Ramilin Hüseynə niyə müəlliminə Ramili sukalamasını bildirməsi və həmin sözə aydınlıq gətirilməsi üçün aralarında baş verən sözlü mübahisə olmuşdur. Mübahisə və dava-dalaş təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı orada Təqsirləndirilən şəxs2, Şahid1 və o, olmuşdur. Hadisədən sonra oraya mühafizəçi gəlmiş, lakin mühafizəçinin davanı görüb görməməsini bilmir. Hüseyn Ramilə iki yumruq zərbəsi vurmuşdur. Ola bilər ki, birinci yumruq Ramilin üz nahiyəsinə dəymişdir. Ona bəraət verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi X4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Liman şəhəri, İlqar Mahmudov adına Liman şəhər 1 saylı orta məktəbin 11-ci sinif şagirdidir. Lənkəran şəhəri Z.Əliyeva küçəsindəki mərkəzi parkda yerləşən H.Əliyev mərkəzində riyaziyyat müəllimi işləyən Afər adlı müəllimin yanına kursa 2025-ci ilin əvvəllərindən gedir. Lənkəran rayon sakinləri Zərərçəkmiş şəxs və Şahid1 tanıyır. Birlikdə həmin kursda təhsil almışlar. Münasibətləri həmişə normal olmuşdur. Məhəmmədəli isə təhsil aldığı məktəbdə 9-cu sinif şagirdidir. xx.xx.2025-ci il tarixdə, saat 14:15-də dərsləri başlamalı imiş. O, həmin gün, saat 13:30 radələrində qonşusu Təqsirləndirilən şəxs1lə Lənkəran şəhəri mərkəzi bazarında yerləşən “kontakt home” adlı mağazada olmuşlar. Həmin vaxt Ramil dostları ilə mağazaya gəlmişdir. O, isə Çingizlə birlikdə mağazadan çıxıb Lənkəran şəhəri mərkəzi parkda yerləşən H.Əliyev mərkəzinə, kursa gəlmişdir. Çingiz isə Qala Xiyabanında yerləşən azərbaycan dili və ədəbiyyatı fənnindən hazırlığa getmişdir. O, Çingizlə danışmışdır ki, hazırlıqdan çıxdıqdan sonra parkda görüşüb birlikdə evə getsinlər. O, sinfə daxil olduqdan sonra Afər müəllim uşaqları hazır qayıb edən zaman Ramilin gecikdiyini görüb uşaqlardan Ramili kiminsə görüb görmədiyini soruşmuşdur. Həmin vaxtı o, Ramili telefon mağazasında gördüyünü bildirmişdir. Bir neçə dəqiqədən sonra Ramil otağa daxil olan zaman müəllim Ramilə dərsə niyə gecikdiyini soruşub, Ramili telefon mağazasında gördüyünü bildirmişdir. Ramil isə yerinə oturan zaman müəllimə kimin onu sukaladığını soruşmuşdur. Həmin vaxtı o, Ramilə nalayiq ifadəni kimə dediyini soruşduqda Ramil ona “sənə deyirəm, məni mağazada sən görüb müəllimə demisən” demişdir. Saat 15:30 radələrində dərs qurtardıqdan sonra onlar mərkəzdən çölə çıxmışlar. Çölə çıxan zaman Çingiz də H.Əliyev mərkəzinin yanına gəlmiş və onlarla görüşmüşdür. Həmin vaxtı o, Ramili kənara çağırıb söhbət etmək istədiyini demişdir. Onlar birlikdə H.Əliyev mərkəzinin sağ tərəfinə çəkilmişlər. Çingiz və Məhəmmədəli də yanlarında olmuşlar. Söhbət zamanı Ramil ona nə üçün müəllimə mağazada olduğunu dediyini soruşmuşdur. O, da Ramilə müəllimə onun dediyini demişdir. Həmin vaxtı Ramil ona “demisənsə pox yemisən” kimi ifadələr işlətməyə başlamışdır. Bundan sonra Ramil əl-qol atmağa başlamış və onun üzərinə gələn zaman o, Ramilə yumruq atmış, Ramil geri çəkildiyi üçün atdığı yumruq Hüseynin sağ çiyin nahiyəsinə dəymişdir. X3rı ayırmaq istəmişdir. Həmin vaxtı Ramil gödəkçəsini çıxarıb onun üzərinə gələrkən ona yumruq atmış və o, Ramilin atdığı zərbədən yayınıb dodaq nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Ramil başın aşağı əymiş və dodaq nahiyəsindən qan axdığını görmüşdür. Məhəmmədəli və Çingiz onları ayırırmış. O, geriyə çəkilmiş, sonra oraya mühafizəçi gəlmişdir. Məhəmmədəli və Çingizlə birlikdə oradan uzaqlaşmışlar. Ramil isə H.Əliyev mərkəzinə tərəf getmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində H.Əliyev mərkəzinin sağ tərəfində, parkda baş vermişdir. Hadisənin baş verməsinə səbəb Ramilin ona niyə müəllimə sukalamasını sözünü deməsi və həmin sözə aydınlıq gətirilməsi üçün aralarında baş verən sözlü mübahisə olmuşdur. Mübahisə və dava dalaş təxminən 10 dəqiqə davam etmişdir. Ətrafdan oraya heç kim toplaşmamışdır. Hadisə zamanı orada o, Şahid1 və Təqsirləndirilən şəxs1 olmuşdur. Onun atdığı yumruğun biri Ramilin çiyin nahiyəsinə dəymiş, ikinci yumruq isə Ramilin sifət nahiyəsinə dəymişdir. Aralarında təxminən 10-15 metr məsafə olduğundan ola bilsin ki, Çingiz hadisəni tam olaraq görməmişdir. Ona ittiham olunduğu maddənin sanksiyası həddində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Şahid2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Kərgəlan kəndində atasına məxsus evdə anası, atası, qardaşı və bacısı ilə birlikdə yaşayır. Həbib Səfərov adına Kərgəlan kənd orta məktəbinin 10-cu sinif şagirdidir. Təxminən bir ildir ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsindəki mərkəzi parkda yerləşən H.Əliyev mərkəzində riyaziyyat müəllimi işləyən Afər adlı müəllimin yanına kursa getmişdir. Lənkəran rayonu Liman şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Şahid1 tanıyır. Birlikdə həmin kursda təhsil almışlar. Münasibətləri həmişə normal olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 14:15-də dərsləri başlamalı imiş. O, həmin gün, saat 13:30 radələrində Lənkəran şəhəri mərkəzi bazarında yerləşən “kontak home” adlı mağazaya gedib orada satılan mobil telefonlara baxırmış. Həmin vaxtı Hüseyn də mağazada olmuşdur. O, mağazaya girdikdən bir qədər sonra Hüseyn mağazanı tərk etsə də o, mağazada bir qədər qalmışdır. Saat təxminən 14 radələrində mağazadan çıxıb mərkəzi parkda yerləşən H.Əliyev mərkəzinə, kursa gəlmişdir. O, sinfə daxil olan zaman artıq bir neçə dəqiqə gecikmişdir. Müəllim həmin vaxtı ona demişdir ki, “mağazaya niyə getmişdin, telefon almağa”. O, müəllimin bu sözlərindən sonra bilmişdir ki, Hüseyn onun mağazada olduğunu gördüyü üçün müəllimə demişdir. O, da müəllimə mağazaya telefonlara baxmaq üçün getdiyini deyib yerinə keçib oturmuşdur. Sinifdə təxminən 10-15 nəfər uşaq olmuşdur. Yerinə oturan zaman üzünü uşaqlara tutub demişdir ki, “məni sukalayıblar”. Həmin vaxtı Hüseyn ona demişdir ki, “mənə deyirsən?”. O, da Hüseynə “kim deyibsə ona deyirəm” demişdir. Saat 15:30 radələrində dərs qurtardıqdan sonra onlar mərkəzdən çölə çıxmışlar. Çölə çıxan zaman adını sonradan bildiyi Çingiz adlı şəxs Hüseyn və Məhəmmədəliyə yaxınlaşıb görüşmüşdür. Həmin vaxtı Hüseyn onu kənara çağırıb söhbət etmək istədiyini demişdir. O, da Hüseynlə birlikdə parkın kənarına çəkilmişdir. Söhbət zamanı Hüseynə nə üçün müəllimə mağazada olduğunu dediyini soruşmuş, həmin vaxtı Hüseyn ona əcəb elədiyini demişdir. Onların danışıqları anidən mübahisəyə çevrilmiş və Hüseyn onunla əlqolla danışmağa başlamışdır. O, Hüseynə demişdir ki, “mənimlə əl qolla danışma”. Çingizlə Məhəmmədəli onlardan təxminən 10-15 metr kənarda dayanmışlar və onlara baxırmışlar. Bu zaman Hüseyn ona yumruq atmış, o, geriyə çəkildiyi üçün Hüseynin atdığı yumruq onun sinə nahiyəsinə sürtmüşdür. Həmin vaxtı Çingiz və Məhəmmədəli qaçaraq onlara yaxınlaşmışlar. Bu zaman Hüseyn onun dodaq nahiyəsindən yumruq atmış, o, özünü qorumaq üçün başını aşağı tutan zaman Məhəmmədəli onun sifət nahiyəsindən yumruqla vurmağa başlamışdır. Çingiz isə onun burun nahiyəsindən yumruqla vurub yerə yıxmışdır. Onun burun və dodağından qan axdığı üçün Çingiz, Hüseyn və Məhəmmədəli oradan qaçaraq uzaqlaşmışlar. O, yerdən qalxıb əl-üzünü yumaq üçün H.Əliyev mərkəzinə girmişdir. Həmin ərazi park ərazisi olduğu üçün orada bir neçə şəxs olsa da o, həmin şəxsləri tanımır. Mərkəzə yaxınlaşan zaman digər kurs yoldaşı Hüseyn adlı şəxs ona yaxınlaşmışdır. O, mərkəzdə əl-üzünü yuduqdan sonra atasına zəng vurub hadisə barədə məlumat vermişdir. Atası parka onun arxasınca gəlib onu polis şöbəsinə gətirmişdir. Orada izahatı alındıqdan sonra atası ilə birlikdə Lənkəran rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada onlara məlum olmuşdur ki, hadisə zamanı onun burnu sınmışdır. Hadisə xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində H.Əliyev mərkəzinin sağ tərəfində, parkda baş vermişdir. Hadisənin baş verməsinə səbəb Hüseynin müəllimə onun mağazaya getməyi səbəbindən dərsə gecikdiyini bildirməsi, daha sonra o, sinfə daxil olan zaman Afər müəllimin bu barədə ona deməsi zamanı onu kimin müəllimə sukalamasını deməyi və Hüseynin bu sözü öz üzərinə götürməsi olmuşdur. Mübahisə və dava-dalaş təxminən 10 dəqiqə davam etmiş, ətrafdan oraya 5-6 nəfər gələn olsa da, həmin şəxslərin adlarını bilmir. Hadisə zamanı orada Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 olmuşdur. Hadisədən sonra isə digər kurs yoldaşı, Havzava kəndində yaşayan Hüseyn adlı şəxs, Afər müəllim həmçinin, orada xidmət aparan mühafizə polisi onu görmüşlər. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Onlara həbslə əlaqədar olmayan cəzanın verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində tanınaraq qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Liman şəhəri İlqar Mahmudov adına Liman şəhər 1 saylı orta məktəbinin 9-cu sinif şagirdidir. Lənkəran şəhəri Z.Əliyeva küçəsindəki mərkəzi parkda yerləşən H.Əliyev mərkəzində riyaziyyat müəllimi işləyən Afər adlı müəllimin yanına kursa gedirmiş. Lənkəran rayon sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 tanıyır. Birlikdə həmin kursda təhsil almışlar. Münasibətləri həmişə normal olmuşdur. Çingiz isə təhsil aldığı məktəbdə 11-ci sinif şagirdidir. xx.xx.2025-ci il tarixdə, saat 14:15-də dərs başlamalı imiş. O, həmin gün, saat 14 radələrində Lənkəran şəhəri mərkəzi parkda yerləşən H.Əliyev mərkəzinə, kursa gəlmişdir. Bir neçə dəqiqədən sonra Hüseyn də kursa gəlmiş, Afər müəllim uşaqları hazır qayıb edən zaman Ramilin gecikdiyini görüb onlardan Ramili kiminsə görüb görmədiyini soruşmuşdur. Həmin vaxtı Hüseyn Ramili telefon mağazasında gördüyünü bildirmişdir. Bir neçə dəqiqədən sonra Ramil otağa daxil olan zaman müəllim Ramilə dərsə niyə gecikdiyini soruşub, telefon mağazasında gördüyünü bildirmişdir. Ramil isə yerinə oturan zaman müəllimə kimin sukaladığını soruşmuşdur. Həmin vaxtı Hüseyn Ramilə nalayiq ifadəni kimə dediyini soruşduqda Ramil Hüseynə “sənə deyirəm, məni mağazada sən görüb müəllimə demisən” demişdir. Saat 15:30 radələrində dərs qurtardıqdan sonra hamı mərkəzdən çölə çıxmışlar. Onlar çölə çıxan zaman Çingiz də H.Əliyev mərkəzinin yanına gəlmiş və onlarla görüşmüşdür. Həmin vaxtı Hüseyn Ramili kənara çağırıb söhbət etmək istədiyini demişdir. Hüseyn Ramillə birlikdə H.Əliyev mərkəzinin sağ tərəfinə çəkilmişdir. O, isə Çingizlə qalmışdır. Ramillə Hüseyn arasında olan söhbət mübahisəyə çevrilmiş və Ramilin yerə yıxılaraq hay küy saldığını görmüşdür. Buna görə də, o, Çingizlə birlikdə Ramillə Hüseynə yaxınlaşmışdır. O, Ramili, Çingiz isə Hüseyni aralayırmış. Həmin vaxtı Ramil onu əlindən itələyərək əynində olan gödəkcəsini çıxarıb Hüseynin üzərinə gedərkən Hüseyn bir dəfə yumruqla Ramilin sifət nahiyəsindən yumruqla vurmuşdur. Ramil yerə yıxılmış və burnundan qan axmağa başlamışdır. O, Hüseyn və Çingiz oradan uzaqlaşmışlar. Ramil isə H.Əliyev mərkəzinə tərəf getmişdir. Hadisənin baş verməsinə səbəb Ramilin Hüseynə niyə müəllimə sukalamasını bildirməsi və həmin sözə aydınlıq gətirilməsi üçün aralarında baş verən sözlü mübahisə olmuşdur. Mübahisə və dava dalaş təxminən 10 dəqiqə davam etmişdir. Sonradan oraya kimlərin toplaşdığını bilmir. Hadisə vaxtı orada o, Hüseyn və Təqsirləndirilən şəxs1 olmuşlar. Sonradan Hüseyn adlı digər kurs yoldaşı Haftoni kənd sakini oraya gəlmişdir. Hadisə vaxtı o, Ramili vurmamışdır. Sadəcə olaraq Ramillə Hüseyni ayırmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində tanınaraq qanuni nümayəndəsi X2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Rəsul Qurbanov adına İstisu qəsəbəsi 1 nömrəli tam orta məktəbinin 10cu sinif şagirdidir. Təxminən bir ildir ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsindəki mərkəzi parkda yerləşən H.Əliyev mərkəzində riyaziyyat müəllimi işləyən Afər adlı müəllimin yanına kursa gedirmiş. Lənkəran rayonu Liman şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Şahid1 tanıyır. Həmçinin rayonun Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs da tanıyır. Birlikdə həmin kursda təhsil almışlar. Münasibətləri həmişə normal olmuşdur. Təqsirləndirilən şəxs1 Nicat oğlunu isə əvvəllər tanımamışdır. Çingizi ilk dəfə Lənkəran şəhərində, kursun yaxınlığında Zərərçəkmiş şəxsla dava dalaş zamanı görmüşdür. xx.xx.2025-ci il tarixdə, saat 14:15-də dərs başlamalı imiş. O, həmin gün, saat 14 radələrində Lənkəran şəhəri mərkəzi parkda yerləşən H.Əliyev mərkəzinə, kursa gəlmişdir. Bir neçə dəqiqədən sonra Hüseyn də kursa gəlmiş. Afər müəllim uşaqları hazır qayıb edən zaman Ramilin gecikdiyini görüb Ramili kiminsə görüb görmədiyini soruşmuşdur. Həmin vaxt Hüseyn Ramili telefon mağazasında gördüyünü bildirmişdir. Bir neçə dəqiqədən sonra Ramil otağa daxil olan zaman müəllim dərsə niyə gecikdiyini soruşub, telefon mağazasında gördüyünü bildirmişdir. Ramil isə yerinə oturan zaman müəllimə kimin sukaladığını soruşmuşdur. Həmin vaxtı Hüseyn Ramilə nalayiq ifadəni kimə dediyini soruşduqda Ramil Hüseynə “sənə deyirəm, məni mağazada sən görüb müəllimə demisən” demişdir. Saat 15:30 radələrində dərs qurtardıqdan sonra hamı mərkəzdən çölə çıxmış, çölə çıxan zaman adını sonradan bildiyi Çingiz adlı şəxs də H.Əliyev mərkəzinin yanına gəlmiş və onlarla görüşmüşdür. Həmin vaxtı Hüseyn və Ramil kənara çəkilib söhbət etmək istədiklərini demişlər. O, Məhəmmədəli və Çingiz ehtiyac olmadığını, bu söhbəti bağlamalarını istəmişlər. Lakin Ramil və Hüseyn öz aralarında söhbət etmək istədiklərini, bu məsələyə qarışmamalarını demişlər. Buna görə də, H.Əliyev mərkəzinin qarşısında dayanıb Ramil və Hüseynə baxmağa başlamışlar. Bir neçə dəqiqədən sonra Ramil və Hüseyn əllərindəki çantaları yerə tullayıb bir biriləri ilə dalaşmağa başlamışlar. Buna görə də, onlar qaçaraq Ramillə Hüseynə yaxınlaşaraq ayırmağa başlamışlar. Oraya çatan zaman Ramilin dodaq nahiyəsindən qan axırmış, onlar Hüseyni kənara çəkən zaman Ramil yerdən qalxıb Hüseynin üzərinə gəlməyə başlamışdır. Bu zaman Çingiz Ramili itələmiş və Ramil yerə yıxılmışdır. X14 dava etməməsini, ətrafda olan şəxslərin onlara baxdıqlarını bildirmişdir. Lakin Ramil döyüldüyünü bildirib Hüseyni vuracağını demişdir. Hadisədən dərhal sonra oraya adını bilmədiyi Havzava kənd sakini olan mühafizəçi gəlmiş və uşaqlara “mən sizə demədim ki, dava etməyin” deyə cümlə işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 oradan getmişlər. O, isə orada qalmışdır. Mühafizəçi Ramili H.Əliyev mərkəzinə gətirib əl üzünü yumasını istəmişdir. Sonra mühafizəçi polisə zəng etmiş və onlar birlikdə polis şöbəsinə gəlmişlər. Sonra isə gec olduğu üçün o, şöbədən çıxıb evə getmişdir. Ramil isə atası ilə birlikdə Lənkəran rayon mərkəzi xəstəxanasına getmişdir. Hadisənin baş verməsinə səbəb Hüseynin müəllimə Ramilin mağazaya getməyi səbəbindən dərsə gecikdiyini deməsi, daha sonra Ramilin sinfə daxil olan zaman Afər müəllimin bu barədə Ramilə deməsi zamanı Ramilin kimin müəllimə sukalamasını deməyi və Hüseynin bu sözü öz üzərinə götürərək söhbətə aydınlıq gətirilməsi olmuşdur. Mübahisə və dava-dalaş təxminən 10 dəqiqə davam etmiş, ətrafdan oraya 5-6 nəfər gələn olsa da o, həmin şəxslərin adlarını bilmir. Təkcə mühafizəçinin oraya gəldiyini xatırlayır. Hadisə vaxtı orada Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 və o, olmuşdur. Hadisədən dərhal sonra oraya xidmətdə olan mühafizə polisi gəlmişdir. Hadisə zamanı Şahid1 ümumiyyətlə Zərərçəkmiş şəxs toxunmağını görməmişdir. Təqsirləndirilən şəxs1 sonda əli ilə Ramili itələyib yerə yıxmışdır. Bundan sonra Ramilin burun nahiyəsindən qan axdığını görmüşdür. Çingizin Ramilin sifət nahiyəsinə vurub vurmadığını görməmişdir. Ola bilsin ki, o, Ramillə Hüseyni ayırmağa başı qarışan zaman Çingizin Ramili yumruqla vurması gözündən yayınmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Boladi kənd 2 saylı tam orta məktəbində 2018-ci ildən etibarən riyaziyyat-informatika müəllimi vəzifəsində işləyir. Təxminən 5 ildir ki, Lənkəran rayonu ərazisində repititor kimi, yəni fərdi hazırlıq müəllimi kimi də işləyir. Əvvəllər şagirdləri yaşadığı evdə hazırlayırmış. Təxminən 2 ilə yaxındır ki, Lənkəran şəhəri, Z.Əliyeva küçəsində, parkda yerləşən X15ndə icarə əsasında fəaliyyət göstərir. Lənkəran rayonu, Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayından etibarən onun yanına hazırlığa gəlmişdir. 10-cu sinif şagirdləri Təqsirləndirilən şəxs2 və Şahid1 2025-ci ilin mart ayının əvvəllərindən etibarən onun hazırlıq məşğələlərinə qoşulmuşlar. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində H.Əliyev mərkəzində məşğələ saatı başlamışdır. Təqsirləndirilən şəxs2 və Şahid1 məşğələyə gəlsələr də, Zərərçəkmiş şəxs məşğələyə gecikmişdir. O, məşğələyə gələn şagirdləri yoxlayan zaman, yəni dərsə başladıqda Zərərçəkmiş şəxs olmadığını görmüş və sinifdə olan şagirdlərdən soruşmuşdur ki, Ramili görən olubmu? Təqsirləndirilən şəxs2 yerindən demişdir ki, "bəli görmüşəm, telefon dükanında idi". Bir neçə dəqiqədən sonra Ramil dərsə girəndə Ramilə demişdir ki, çalış dərsə gecikmə, səni keçəndə telefon dükanında gördüm", həmçinin zarafatlaşmışdır ki, "hansı telefondan almısan". Sonra dərsə davam etmişdir. Saat 15:30 radələrində dərsi bitirib şagirdləri buraxmışdır. Təxminən 10 dəqiqə sonra Ramil mərkəzə qayıtmışdır. Həmin vaxtı Ramilin burun nahiyəsindən qan axırmış. Ramil əl üzünü yuyarkən nə baş verdiyini Ramildən soruşduqda Ramil ona Hüseynlə dalaşdığını demişdir. Həmçinin Ramil ona Hüseyn və başqa birinin onu döydüyünü bildirmişdir. O, nə üçün dava etdiklərini soruşduqda Ramil ona telefon mağazasında gördüyünü dedikdən sonra mağazada olmasını Hüseynin ona deməsini başa düşdüyü üçün dərsdən sonra aralarında mübahisə yarandığını və mübahisə zamanı Ramili yumruqla vurub döydüyünü demişdir. O, özü hadisəni görməmiş, ona baş verənləri Ramil demişdir. Ramil bir neçə dəqiqədən sonra oradan mühafizənin işçisi ilə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Ramil mühafizəçi ilə birlikdə Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Hadisə onun sonradan bildiyinə görə xx.xx.2025-ci il tarixdə, saat təxminən 15:30 radələrində dərsdən sonra parkın kənarında baş vermişdir. O, özü hadisə zamanı orada olmadığı üçün hadisəni kimlərin gördüyünü bilmir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, DİN-nin Lənkəran regional mühafizə şöbəsində polis nəfəri, polis sıravisi vəzifəsində xidmət edir. Lənkəran şəhəri Z.Əliyeva küçəsində, parkda yerləşən X15ndə Şahid3 adlı riyaziyyat müəllimi kurs keçirmiş. O, 2 gündən bir Lənkəran şəhəri H.Əliyev mərkəzinə posta çıxırmış. Belə ki, səhər saat 09-da onun xidməti başlayıb, ertəsi günü isə iş vaxtı bitdiyi üçün istirahətə buraxılırmış. xx.xx.2025-ci il tarixində, saat 15:30 radələrində H.Əliyev mərkəzinin ikinci mərtəbəsində olan Afər müəllimin dərsi bitdiyi üçün kursda təhsil alan adlarını bilmədiyi şagirdlərin pilləkandan aşağı düşərkən mübahisə etdiklərini görmüşdür. O, uşaqlara yaxınlaşıb mübahisə etməmələrini bildirmişdir. Uşaqlar mərkəzdən çölə çıxmışlar. Həmin vaxtı uşaqlar 5-6 nəfər olmuşlar. Həmin uşaqlar mərkəzdən çölə çıxdıqdan sonra mərkəzin sağ tərəfinə doğru getmişlər. O, da mərkəzin içərisində qalmışdır. Bir neçə dəqiqədən sonra çöldən səs gəldiyi üçün o, mərkəzdən çölə çıxmış və görmüşdür ki, təxminən 30-40 metr uzaqda, az öncə mərkəzdən çıxan sonradan adını bildiyi Ramil adlı şəxs yerdə uzanıb. O, qaçaraq uşaqlara yaxınlaşmış və iradını bildirib az öncə dava etməmələrini onlara dediyini söyləmişdir. Onun bu sözündən sonra orada olan uşaqlardan bir neçəsi çıxıb getmişdir. Həmin vaxtı Ramil adlı uşağın ağız və burun nahiyələrindən qan axdığı üçün o, orada olan adını bilmədiyi bir-iki nəfərlə birlikdə Ramili mərkəzə gətirmişdir. Həmin vaxtı Afər müəllim də oraya gəlmişdir. O, Ramildən əl üzünü yumasını istəmişdir. Çünki Ramilin burun nahiyəsindən qan axırmış və dayanmırmış. Ramil əl üzünü yuyarkən nə baş verdiyini soruşduqda Ramil, ona üç nəfərin onu döydüyünü bildirmişdir. O, daha nə üçün dava etdiklərini soruşmamışdır. O, özü hadisəni görməmişdir. Ona baş verənləri Ramil sonradan demişdir. Bundan sonra Ramil oradan getmək istədikdə o, Ramili buraxmamış və polisə zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra oraya Cavid adlı polis sahə rəisi gəlmişdir. Cavid Zərərçəkmiş şəxsla sual- cavab edərkən o, eşitmişdir ki, Ramil polis işçisinə deyirmiş ki, “üç nəfər məni vurdular, əgər tək olsa idilər, məni vura bilməzdilər.” Lakin o, Ramili kimlərin vurmasını görməmişdir. Bundan sonra Cavid orada olan Hüseyn adlı İstisu qəsəbə sakinini və Ramil adlı döyülən uşağı özü ilə aparmışdır. Daha baş verənlərdən onun məlumatı olmamışdır. Hadisəni çox güman ki, orada olan 5-6 nəfər kurs uşaqları görmüşlər. Bundan başqa həmin vaxtı parkda çoxlu adam olmuşdur. Çox güman ki, hadisənin şahidi olmuşlar. Lakin o, həmin şəxsləri tanımır. O, isə hadisədən dərhal sonra oraya getmiş və döyülən Ramil adlı uşağı mərkəzə aparmışdır. Həmin ərazi ictimai yerdir və parkda çoxlu vətəndaş olur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16 radələrində xidməti ərazidə olarkən regional mühafizə şöbəsindən tanımadığı şəxsdən ona zəng gəlmişdir. Ona bildirilmişdir ki, Z.Əliyeva küçəsində yerləşən parkda H.Əliyev mərkəzində sözlü mübahisə baş vermişdir. Buna görə də, o, dərhal həmin yerə getmişdir. Mərkəzə daxil olduqda görmüşdür ki, mərkəzdə Afər adlı riyaziyyat müəlliminin kursunda təhsil alan, adını sonradan bildiyi Lənkəran rayonu Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs ağız və burun nahiyələrindən qan axır. Həmin vaxtı orada bir neçə uşaq, Afər müəllim və mühafizəçi Raul adlı şəxs də olmuşdur. O, nə baş verdiyini Zərərçəkmiş şəxs soruşduqda Ramil ona tanışları Hüseyn, Çingiz və Məhəmmədəli adlı kurs şagirdlərinin dərsdən sonra park ərazisində onu vurub döydüklərini bildirmişdir. O, hadisəni görmüş şahidləri soruşduqda mühafizəçi dalaşan şəxslərin oradan getdiklərini, sadəcə olaraq orada olan şahidin Hüseyn adlı İstisu qəsəbə sakininin olduğunu bildirmişdir. Həmçinin Afər müəllim hadisəni görmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs hadisənin nə səbəbə baş verdiyi soruşduqda isə Ramil ona birlikdə kursda təhsil aldığı Hüseyn adlı Liman şəhər sakininin müəlliminə dərsə gecikməsinin səbəbini telefon mağazasında olmasını deməsini, Ramilin sinfə daxil olan zaman müəlliminin ondan mağazada olmasını bildirməsi və buna görə Hüseynə nə üçün müəllimə deməsini soruşmasını, həmin sözə aydınlıq gətirmək üçün aralarında mübahisə yarandığını, mübahisə zamanı kurs yoldaşları Liman şəhər sakinləri Hüseyn və Çingiz tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra o, hadisənin onun səlahiyyət dairəsinə aid olmadığı üçün ərizə ilə polis şöbəsinə müraciət etmək üçün Ramili, həmçinin şahid Hüseyni polis şöbəsinə aparmışdır. Yolda Ramildən atasının nömrəsini alıb atasına hadisə barədə məlumat vermişdir. Lənkəran ŞRPŞ-də Zərərçəkmiş şəxs təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyliyə təhvil verib xidməti ərazisinə getmişdir. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətmələri faktı özlərinin ifadəsi, zərər çəkmiş və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəllərdən görünür ki, baxış keçirilən yer X15ndən təxminən 70-80 metr kənarda, parkın ərazisində, ümumi gəzinti ərazisindən bir qədər kənarda sağ və sol hissəsi dekorativ ağaclar və yaşıllıqlar olan yerdir, Zərərçəkmiş şəxs döyüldüyü hadisə yerini göstərmişdir. Həmin yer bir girişli olmaqla parkın sonu dəmir barmaqlıqlı hasarla sonlanır. Baxış zamanı hadisə yerini və ətrafını görüntüləyən hər hansı bir müşahidə kamerasının olmadığı müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs hadisə yerini təqdim edərək tanışları Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 tərəfindən döyüldüyünü göstərmişdir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ictimai yerdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” PHŞ-nin Lənkəran rayonlararası zona mərkəzinin 27 mart 2025-ci il tarixli, 178 nömrəli rəyindən görünür ki; vət. Zərərçəkmiş şəxs bədəni üzərində-burun sümüyünün yerini dəyişən sınığı, üst dodaq nahiyəsində əzilmiş yara, hər iki gözaltı, burun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə burun sümüyünün yerini dəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, üst dodaq nahiyəsində əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 101/178 nömrəli rəyindən görünür ki; vət. Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün yerini dəyişən sınığı, üst dodaq nahiyəsində əzilmiş yara, hər iki gözaltı, burun nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2025-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə burun sümüyünün yerini dəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, üst dodaq nahiyəsində əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən burun sümüyünün yerini dəyişən sınığı ən azı bir zərbənin və hər iki gözaltı nahiyəsindəki qançırlar isə burun nahiyəsindən alınan zərbədən (zərbələr) sonra yaranması inkar edilmir. Burun sümüyünün yerini dəyişən sınığı və üst dodaq nahiyəsindəki əzilmiş yara bir zərbənin yox, bir neçə (ən azı iki) zərbənin təsirindən yarana bilər. İş üzrə şübhəli məqamlara aydınlıq gətirilməsi və obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edəcək xüsusatların yoxlanması zərurəti yarandığından şöbənin cinayət-axtarış bölməsinə verilmiş əməliyyat tapşırığına əsasən alınmış cavabda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Heydər Əliyev” parkında, H.Əliyev mərkəzində hazırlıq kursundan çıxan rayonun Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs müəllimə onun telefon mağazasında olması səbəbindən dərsə gecikməsini Liman şəhər sakini Təqsirləndirilən şəxs2 deməsinə aydınlıq gətirilməsi üçün sonuncular mərkəzin sağ kənarına keçdikdən sonra aralarında yaranan sözlü mübahisə davaya çevrilmiş, həmin vaxtı orada olan rayonun İstisu qəsəbə sakini Şahid4, Liman şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Şahid1 mübahisəyə qoşularaq onları ayırmaq istəmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs burun və dodaq nahiyələrindən qəsdən yumruqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişlər. Hadisədən dərhal sonra Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 oradan qaçaraq uzaqlaşdıqları üçün Zərərçəkmiş şəxs H.Əliyev mərkəzinə yaxınlaşan zaman onun döyülmüş vəziyyətini mərkəzdə mühafizəçi işləyən Şahid5, kurs müəllimi Şahid3 və başqa şəxslər görmüşlər. Hadisə H.Əliyev parkında baş verdiyi üçün həmin yer ictimai yer olmuş, hadisə təxminən 10 dəqiqə davam etmiş, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmaqla istirahəti və ictimai qayda pozulmuşdur. X1 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-24-12/2-329/2025 saylı məktubundan görünür ki, Lənkəran şəhər X12 inzibati binasında video müşahidə kameraları quraşdırılmamışdır. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 01 iyul 2025-ci il tarixli, 559 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan xəstəxanada qeydiyyatda deyil. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 01 iyul 2025-ci il tarixli, 560 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan xəstəxanada qeydiyyatda deyil. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır Lənkəran rayon, Liman şəhər İlqar Mahmudov adına 1 saylı orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşən Məmiyev tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin məktəbin İ sinifinə daxil olub X sinfini xx.xx.2025-ci il tarixdə bitirmişlər və onlar məktəbin müsbət şagirdləri kimi xaraktrerizə olunurlar. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 906 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında valideynləri və qardaşı ilə birlikdə yaşayır. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 905 №-li arayışdan görünür ki, Hüseynli X8 rayonu Liman şəhəri M.Ə.Sabir küçəsi, ev 78A ünvanında valideynləri və qardaşı ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İttiham aktından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinə dəyişdirilmişdir. İttiham aktından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məhkəmə tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulan əməlləri törətmələri özlərinin qismən etirafı, bunu tamamlayan zərər çəkmiş şəxs və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, ifadəsində Zərərçəkmiş şəxs vurmadığını və ona xəsarət yerirməməsini bildirsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində onun burun nahiyəsinə məhz Təqsirləndirilən şəxs1 tərəfindən yumruq zərbəsi vurulduğunu bildirmişdir. Həmçinin işin məhkəmə baxışı zamanı şahid qismində Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Hüseynlə, Ramilin arasında yaranmış mübahisə zamanı sonda əli ilə Ramili itələyib yerə yıxmışdır. Bundan sonra Ramilin burun nahiyəsindən qan axdığını görmüşdür. Çingizin Ramilin sifət nahiyəsinə vurub vurmadığını görməmişdir. Ola bilsin ki, o, Ramillə Hüseyni ayırmağa başı qarışan zaman Çingizin Ramili yumruqla vurması gözündən yayınmışdır. Qeyd edilən hallar Zərərçəkmiş şəxs bədəni üzərində - burun sümüyünün yerini dəyişən sınığı ilə müşayiət edilən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətin məhz Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyini sübuta yetirir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin edilməlidir. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli» Qərarının 11-ci bəndində göstərilmişdir ki, «Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir». Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlində cəzanı müsbətirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin onların həyat tərzinə, ailə vəziyyətlərinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslərlə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onlarda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onların islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və CM-nin 59.2-ci maddəsinə əsasən təhsil yeri üzrə müsbət xarakterizə edildiyini onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və CM-nin 59.2-ci maddəsinə əsasən təhsil yeri üzrə müsbət xarakterizə edildiyini onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin məcəllənin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Cəzanın çəkilməsinin başlanğıcı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləsi əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə zərərçər çəkmiş şəxsə cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsi ev 94 yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləsi əmlakın olmaması nəzərə alınsın. İş üzrə zərərçər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar