Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-197/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran şəhəri Ş.Xiyabanı məhəllə 46 ünvanında yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində həyətində şəxsi münasibətlər zəmdində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən göz nahiyəsinə bir neçə yumruq zərbəsi endirməklə ona- sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı nahiyəsində qançır ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb оlmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs onun arvadıdır. Evlidir, 3 övladı vardır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin etməyə çalışır. Heç kimlə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Barəsində şikayətçi olan Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Amin yuxudan durmuş və qonaq otağında əyləşmişdir. Həmin zaman yoldaşı Zərərçəkmiş şəxs kiçik oğluna çay süzərək stakanı mizin üzərinə qoymuşdur. Kiçik oğlu Muhəmməd çayı içən zaman qışqırmışdır. Amid əlini stakana vuranda stakanın çox qaynar olduğunu hiss etmiş, buna görə yoldaşı Zərərçəkmiş şəxs öz iradını bildirmişdir. Lakin sonuncu onun iradını səmimi qəbul etməmiş, mübahisə yaratmağa çalışmış və həyətə düşərək ucadan danışmağa başlamışdır. Təqsirləndirilən şəxs yoldaşının hərəkətinə qəzəblənərək həyətə düşmüş və yoldaşını evə salmağa çalışmışdır. Həmin zaman əsəbləşib yoldaşının çiyninə yumruq zərbəsi endirmək istədikdə Zərərçəkmiş şəxs əyildiyinə görə atdığı yumruq zərbəsi onun sağ göz nahiyəsinə dəymiş və nəticədə yoldaşı Zərərçəkmiş şəxs xəsarət almışdır. Daha sonra Amid mübahisənin getdikcə böyüyəcəyini anlayıb dərhal evi tərk etmiş və avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Aralarında baş vermiş mübahisə 7-8 dəqiqə davam etmiş, ətrafda kənar şəxs olmamış, heç bir əşya zədələnməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışaraq, ona dəymiş ziyanı ödəmişdir. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təqsirləndirilən şəxs X4 onun əridir. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə, eləcə də Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayətçi olmuşdur. Ailə qurduqlarından bəri münasibətləri normal olmamış, mütamadi olaraq aralarında mübahisələr baş vermişdir. Lakin buna baxmayaraq həmişə çalışmış ki, mehribançılıq yaratsın və ailəsini dağıtmasın. Belə ki, xx.xx.2024-cü tarixdə saat təxminən 13 radələrində yoldaşı Amin Məmmədov yuxudan oyanmış və ondan çay dəmləməyini istəmişdir. Evdə quru çay olmadığına görə Vüsalə paket çayı dəmləmiş və yoldaşının önünə qoymuşdur. Sonuncu evdə niyə quru çay yoxdu deyərək onunla mübahisə etməyə başlamış və ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Zərərçəkmiş şəxs həmin sözləri qəbul edə bilmədiyinə görə həyətə düşmüş və binalar istiqamətinə hərəkət etməyə başlamışdır. Bu zaman yoldaşı Təqsirləndirilən şəxs evdən çıxaraq onun üzərinə hücum etmiş və binalar tərəfə getməyinin qarşısını almışdır. Vüsaləni geri qaytaran zaman baş və üz nahiyələrinə bir neçə yumruq zərbələri endirərək xəsarət yetirmişdir. Sonra hər ikisi evə daxil olmuşlar. Sonda Təqsirləndirilən şəxs hirsi soyumuş və mübahisə sovuşmuşdur. Bir müddət sonra sonuncu evi tərk edərək oradan avtomobili vasitəsi ilə uzaqlaşmışdır. Baş verən mübahisə bitdikdən sonra Zərərçəkmiş şəxs dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və baş verən hadisə barədə məlumat vermişdir. Aralarında baş vermiş mübahisə 7- 8 dəqiqə davam etmiş, ətrafda kənar şəxs olmamış, heç bir əşya zədələnməmişdir. X4 barışıq əldə etmişdir, ona dəymiş ziyan ödənilmişdir və Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri Ş.Xiyabanı məhəllə 46 ünvanında yerləşən fərdi yaşayış evin həyətində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 544 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol göz almasına yayılmış qansızına, sağ göz, gözqapaqları-gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 39-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkimluğu ödənilmişdir. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2304 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Lənkəran şəhəri Ş.Xiyabanı məhəllə 46 ünvanında Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, X4 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X4 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-197/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-197/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver