Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-199/2025 03.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə, təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçi - Lənkəran Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonun Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə *3 mart 2*26-cı il, saat 11.36-da, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qoruq ərazisində balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *2.*6.2*17-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarınm ovunun Qaydaları”na əlavə edilmiş “balıq və digər su bioresurslarınm idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 3* m-dən, diametri *,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri *,5 mdən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələbini pozaraq, qoruq ərazisində qanunsuz balıq tutmaq məqsədi ilə 16 sentyabr 2*25-ci il tarixdə saat 16 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən hissəsinə gedib uzunluğu 6,3* metr, eni 2,7* metr, dəliklərinin daxili ölçüsü əsasən 35x35 mm olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb *,73- *,92 mm intervalında dəyişən 1 ədəd balıqovlama vasitəsi olan torunu suya bərkidərək, 17 sentyabr 2*25-ci il tarixdə saat 11 radələrinədək olan müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarınm qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən hər biri 11 manat təşkil etməklə, qoruq ərazisində olduğundan 3 qatına vurulmaqla 33 ədəd külmə balıqlarını qoruq ərazisində qanunsuz tutaraq xeyli miqdarda, yəni 1*89 manat ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Qızılağac Milli Parkının su ərazisinin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən hissəsində ailəsini dolandırmaq məqsədilə tor vasitəsi ilə balıq ovu ilə məşğul olmuşdur. 16 sentyabr 2*25-ci il tarixdə saat 16 radələrində Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən hissəsinə gedib rezin materialından olan su keçirməyən paltarıyla suya girib torunu suya bərkitmiş, 17 sentyabr 2*25-ci il tarixdə, saat 11 radələrində yenidən Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən hissəsinə gedib rezin materialından olan su keçirməyən paltarıyla suya girib torunu yığmış, 17 sentyabr 2*25-ci il tarixdə saat 11 radələrində sudan çıxarkən bir neçə nəfər yaxınlaşaraq özlərini X6 İdarəsinin X7 Şöbəsinin əməkdaşları kimi təqdim etmiş, balıq ovlamaqa dair rəsmi sənədinin olubolmamağı barədə maraqlanıldıqda hər hansı bir sənədinin olmadığını bildirmiş, polis əməkdaşları onlarla birlikdə X7 Şöbəsinə getməli olduğunu bildirdikdə etiraz etməmiş, polis əməkdaşları ovladığı balıqları və ovda istifadə etdiyi toruyla birlikdə X7 Şöbəsinə gətirmiş, yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd toru, Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən hissəsində tutduğu balıqları aşkar etmiş, X7 Şöbəsində videokamera vasitəsi ilə baxış zamanı tutduğu balıqlar 33 ədəd külmə balıqları olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları ona məxsus olan 1 ədəd torunu və Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən hissəsində icazəsiz tutduğu 33 ədəd külmə balıqlarını maddi sübut kimi götürmüş, baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və imza etmişlər. Balıq tutarkən heç kim köməklik etməmiş, balıqları tək özü tutmuş, ətrafdan heç kim görməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş hüquqi şəxsə vurduğu ziyanı ödədiyini, zərəçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib, barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19.12.2*25-ci il tarixli qərarının tətbiq edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin, zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsinin ifadələri, balıqlara və balıqovlama vasitəsinə baxış keçirilməsi haqqında protokol, protokola əlavə edilmiş 1 ədəd DVD disk, məhkəmə-kimyəvi ekspertizasının 22.1*.2*25-ci il tarixli, 3-16-16/2- 6/3135/2*25 saylı rəyi, habelə istintaq zamanı toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, 17 sentyabr 2*25-ci il tarixdə saat 11 radələrində X6 İdarəsinin X7 Şöbəsinin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan İbadov X3 Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən hissəsində 1 ədəd tor adlanan balıqovalama vasitəsi ilə qanunsuz 33 ədəd külmə balıqlarını tutmuş, Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən hissəsində X6 İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd külmə balığına görə ziyanın məbləği 11 manat olduğundan, 33 ədəd külmə balığlarına ümumilikdə dəymiş ziyan 363 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *6.*9.1999-cu il tarixli 146 nömrəli qərarının 1*-cu bəndində göstərilmişdir ki, dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatma tutulduğundan, Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına ümumilikdə 1*89 manat ziyan vurmuşdur. Daha sonra zərəçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsin hüquqi şəxsə vurduğu ziyanı ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib təqsirləndirlən şəxs barəsində olan cinayət təqibinə və mülki iddialarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 İdarəsinin X7 Şöbəsinin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2*25-ci il tarixdə saat 11 radələrində X6 İdarəsinin X7 Şöbəsinin əməkdaşları ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan İbadov X3 Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonun Nərimanabad qəsəbəsində yerləşən hissəsində qanunsuz balıq tutarkən saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor balıqovlama vasitəsi, həmin torla ovladığı 33 ədəd balıqlar aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X6 İdarəsinin X7 Şöbəsinə gətirilmiş, X7 Şöbəsində yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus uzunluğu 6,3* metr, eni 2,7* metr, ilgəklərinin daxili ölçüsü əsasən 3*x3* mm. olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor və 33 ədəd külmə balıqları aşkar edilmiş, İbadov X3 Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonun Nərimanabad qəsəbəsində yerləşən hissəsində uzunluğu 6,3* metr, eni 2,7* metr, ilgəklərinin daxili ölçüsü əsasən 3*x3* mm. olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor adlanan balıqovlama vasitəsilə 33 ədəd külmə balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmiş, X7 Şöbəsində baş vermiş hadisə ilə əlaqədar olaraq “İphone” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan 1 ədəd tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs balıq ovu edərkən tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 İdarəsinin X7 Şöbəsinin polis nəfəri Şahid3 da Şahid1 verdiyi ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 17 sentyabr 2*25-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 33 ədəd külmə balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd külmə balıqına görə ziyanın məbləği 11 manat təşkil etdiyindən, 33 ədəd külmə balığlarına görə (33x11=363) ümumilikdə dəymiş ziyan 363 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *6.*9.1999-cu il tarixli 146 nömrəli qərarının 1*-cu bəndində göstərilmişdir ki, dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. Belə olan halda Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına 1*89 manat ziyan vurmuşdur. İş materiallarında olan 3* oktyabr 2*25-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs vurduğu 1*89 manat ziyanı tam ödəmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22.1*.2*25-ci il tarixli, 3- 16-16/2-6/3135/2*25 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik kimyəvi liflərindən hazırlanmış, torun toxunduğu sap 3 qatildir, sapın qalınlığı sabit olmayıb *,73-*,92 mm intervalında dəyişir və dəliklərinin daxili ölçüsü isə əsasən 35x35 mm-dir. İş materiallarında olan Zərərçəkmiş şəxs 19.*9.2*25-ci il tarixli, *6 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2*25-ci il üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti tərəfindən balıqovlama bileti verilməmişdir. İş materiallarında olan 23 sentyabr 2*25-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovu etdiyi ərazi Qızılağac Milli Parkının Kiçik Körfəz su ərazisinin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən hissəsidir. İş materiallarında olan “Maddi sübut kimi tanınması haqqında” 22 noyabr 2*25-ci il tarixli qərardan görünür ki, uzunluğu 6,3* metr, eni 2,7* metr, dəliklərinin daxili ölçüsü əsasən 35x35 mm. olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb *,73-*,92 mm intervalında dəyişən 1 ədəd tor adlanan balıqovlama vasitəsi və həmin balıqovlama vasitəsi ilə tutulmuş 33 ədəd külmə balıqları, həmçinin Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk qərarla iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-yə təhvil verilmiş, digər maddi sübut olan 1 ədəd tor adlanan balıqovlama vasitəsi isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağına təhvil verilmişdir. 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılır. İş materiallarında olan və DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, İbadov X4 Ağır Cinayətlər Məhkəməsinin *2.*4.2*12-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin *6.*4.2*26-cı il tarixli qərarı ilə 6 ay 19 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 25.1*.2*26-cı il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxsin məhkumluğu yoxdur. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2*25-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, İbadov X4 rayonu Nərimanabad qəsəbəsində yaşayır, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məhkəmə tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19.12.2*25-ci il tarixli qərarının 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19.12.2*25-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərə aid deyildir. Onun törətdiyi əməl böyük ictimai təhlükə törətməyən əməl olduğundan həmin Qərarın 5.1-ci bəndində göstərilən şəxslərin dairəsindədir və hazırda məhkəməyə onun barəsində amnistiya aktının tətbiq edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddələrinin məzmununa görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 4*.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19.12.2*25-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş balıqların satışından əldə olunmuş vəsaitin dövlət nəfinə köçürülməsi "xxxx" MMC-yə həvalə edilməlidir. İş üzrə maddi sübut Lənkəran XPŞ-də saxlanılan uzunluğu 6,3* metr, eni 2,7* metr, dəliklərinin daxili ölçüsü əsasən 35x35 mm. olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb *,73-*,92 mm intervalında dəyişən 1 ədəd tor adlanan balıqovlama vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 89 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia tələbinin ibtidai istntaq zamanı təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddiaya xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.3cü maddəsi ilə olan cinayət işi üzrə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19.12.2*25-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş balıqların satışından əldə olunmuş vəsaitin dövlət nəfinə köçürülməsi "xxxx" MMC-yə həvalə edilsin. İş üzrə maddi sübut, Lənkəran XPŞ-də saxlanılan uzunluğu 6,3* metr, eni 2,7* metr, dəliklərinin daxili ölçüsü əsasən 35x35 mm. olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb *,73-*,92 mm intervalında dəyişən 1 ədəd tor adlanan balıqovlama vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 21***5, VOEN 14*1555*71, müxbir hesab: AZ41NABZ*136*1**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN 17**326621, hesab AZ34CTRE*************2*885*1. İş üzrə mülki iddia tələbinin ibtidai istintaq zamanı təqsirləndirlən şəxs tərəfindən tam olaraq ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddiaya xitam verilsin. Qərar elan olunduğu andan 2* gün müddətində həmin qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 2* gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-199/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-199/2025
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver