Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-2/2025 03.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:30 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs11, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, evli, işsiz, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 1993-cü ilin oktyabr-noyabr aylarında təşkil olunmuş cinayətkar qrupun tərkibində Astara rayon ərazisində vətəndaşların xüsusi mülkiyyətində olan əmlakını onlara külli miqdarda ziyan vurmaqla oğurlamış, yəni gizli talamışdır. Belə ki, 28 oktyabr 1993-cü il tarixdə X5 ilə və X3 ilə cinayətkar əlaqəsinə girərək Təngərüd kəndində yerləşən Zərərçəkmiş şəxs11 xüsusi mülkiyyəti sayılan mağazasına oğurluq məqsədi ilə damını deşmək yolu ilə girməklə oradan 30.000 r dəyərində 3 dəst kostyumu, 70.000 r dəyərində ağ rəngli qadın plaşını, 26.000 r dəyərində bir ədəd qara rəngli qadın ayaqqabısını, hər biri 2500 r dəyərində 2 ədəd kişi köynəyini, 7000 r dəyərində iki ədəd qadın köynəyini, 6000 r dəyərində 3 ədəd İran qaloşu, 4000 r dəyərində 1 ədəd kişi pencəyini, 20.000 r dəyərində bir ədəd yun kişi köynəyini, 4000 r dəyərində 2 cüt güllü qadın ayaqqabısını, 20.000 r dəyərində 50 metr güllü parçanı, 4500 r dəyərində 3 metr qara rəngli parçanı, 2000 r dəyərində 5 metr süfrəni, 2000 rubl dəyərində 2 ədəd yubkanı, 18.000 r dəyərində 3 ədəd qara rəngli yubkanı, 16000 r dəyərində 2 ədəd şalvarı, 10.000 r dəyərində 2 ədəd qolsuz kişi köynəyini, 8000 r dəyərində 39 ölçülü bir cüt bir cüt kişi çəkmələrini, 9000 r dəyərində bir ədəd “fed” markalı fotoaparatı, 1500 r dəyərində 10 ədəd avtoqələmi, 1200 rubl dəyərində 3 paşka peçeniyə, 3400 r dəyərində 2 paçka konfeti, 4875 r dəyərində 65 ədəd şokalatı, 3500 r dəyərində bir ədəd kalkulyatoru gizli talayaraq zərərçəkmişə 335.975 rubl məbləğində külli miqdarda ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən 30 oktyabr 1993-cü il tarixdə X5 ilə və X3 ilə qabaqcadan əlbir olub cinayətkar əlaqəsinə girərək Pensər kəndində yerləşən Zərərçəkmiş şəxs12 evinə oğurluq məqsədi ilə girərək oradan 25.000 r dəyərində 5 ədəd pambıq ədyalı, 2700 r dəyərində 3 ədəd stolüstü skaterini, 18000 r dəyərində 1 ədəd “Serenada” padiyoları, 30.000 r dəyərində 100 metrə ağ rəngli limon şalaşı üçün örtüyü, 45.000 r dəyərində 15 ədəd divar kağızını, 10.000 r dəyərində 2 cüt çəkməni, 600 r dəyərində 2 cüt qaloşu, 6000 r dəyərində bir ədəd skateri, 20.000 r dəyərində Akidel motorunun statoru, 25.000 r dəyərində bir ədəd qara rəngli kişi kurtkasını, 15000r dəyərində 3 kq pesoku, 2 kq qəndi, 3 balon mürəbbəni gizli talayaraq zərərçəkmişə 257.300 rubl məbləğində külli miqdarda ziyan vurmuşdur. Bundan əlavə o, təkrarən 2 noyabr 1993-cü il tarixdə keçən gecə X5 ilə və X3 ilə qabaqcadan əlbir olub cinayətkar əlaqəsinə girərək Pensər kəndində yerləşən Zərərçəkmiş şəxs13 xüsusi mülkiyyəti sayılan mağazasına oğurluq etmək məqsədi ilə köməkçi qapının taxtalarını çıxarmaq yolu ilə girməklə oradan 1500 r dəyərində 1 ədəd qadın paltarını, 2300 r dəyərində 1 ədəd qadın yarım çəkməsini, 6000 r dəyərində 1 ədəd kişi plaşını, 10.800 r dəyərində 1 ədəd sarı rəngli kişi plavkasını, 6000 r dəyərində bir ədəd tünd qırmızı rəngli kişi gödəkcəsini, 1500 r dəyərində 1 ədəd ağ rəngli qadın gödəkçəsini, hər biri 1500 r dəyərində 5 ədəd İran qaloşu, 6000 r dəyərində 3 ədəd uşaq çəkməsini, 4500 r dəyərində 3 ədəd uşaq çəkməsini, 1500 r dəyərində 1 ədəd yaşıl rəngli uşaq çəkməsini, 4000 r dəyərində 4 ədəd qırmızı rəngli qadın ayaqqabısını, 9000 r dəyərində 2 ədəd göy rəngli kişi gödəkcəsini, 8000 r dəyərində 2 ədəd uşaq pinjamasını, 4000 r dəyərində 1 ədəd qız uşağı üçün kostyum, 3900 r dəyərində 3 ədəd kişi damaşniki, 1250 r dəyərində 1 ədəd sarı rəngli uşaq köynəyini, 17000 r dəyərində 34 ədəd “Rodopi”siqaretini, 750 r dəyərində 2 ədəd odekalonu, 250 r dəyərində 10 dədə bublibum, 6200 r dəyərində 1 dəst məktəbli formasını, 4200 r dəyərində 3 ədəd arağı, 1800 r dəyərində 1.5 kq şəkər tozunu, 1600 r dəyərində 2 kq konfeti, 16200 r dəyərində 18 karopka “Qrilcaj” şokalatı, 18000 r dəyərində 5 kq qruçayı, 8 r dəyərində 10 paçka “Astra” siqaretini və 6000 nağd pulu gizli talayaraq zərərçəkmişə 158.600 rubl məbləğində külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi üzrə (köhnə redaksiyada) ittihamı qəbul edərək, ifadsində bildirdi ki, 1993-cü ildə ittiham aktında qeyd edilən oğurluq cinayətlərini qrup şəklində bir neçə şəxslə birlikdə etmişdir. Bundan sonra Rusiya Federasiyasına getmişdir və ora müxtəlif cinayətlər törətdiyi üçün iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbs həyatı yaşamışdır. Bu səbəblərdən Azərbaycan Respublikasına gələ bilməmişdir. Törətdiyi cinayət əməli 1993-cü ilin sonlarında törədildiyindən və cinayət məsuliyyətinə cəlbetmə müddəti müddəti keçdiyindən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində bildirdi ki, 1993-cü ildə Təqsirləndirilən şəxs bir qrup şəxslə birlikdə ona məxsus olan mağazadan əşyalar oğurlamışdır. Ona dəmiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Hökmün surətindən görünür ki, X1 rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək CM-nin 40-cı maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.1993-cü ildən hesablanmaqla cəzasını möhkəm rejimli islah əmək koloniyasında çəkməsi qərara alınmışdır. Həmçinin vət. X5 Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 144-cü maddəsinin 4-cü hissəsi, X4 CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 214-cü maddəsinin 2-ci hissəsi, X7 CM-nin 186-cı maddələri ilə təqsirli bilinərək müvafiq cəzalara məhkum olunmuşlar. Azərbaycan Respulikası Ali Məhkəməsinin xx.xx.1995-ci il tarixli qərardadından görünr ki, həmin qərardadla Azərbaycan Respulikası Ali məhkəməsinin sədrinin hökmdən nəzarət qaydasında verdiyi protest təmin edilərək Astara rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ləğv edilərək təyin edilmiş cəzaların həddindən artıq yüngüllüyünə, həmçinin Təqsirləndirilən şəxs münasibətdə cəzaçəkmə müəssisinin növünün düzgün təyin olunmamasına görə iş hakimlərin başqa tərkibində yenidən baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir. Lənkəran rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmündən görünür ki, həmin hökmlə X5 Azərbaycan respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 144-cü maddəsinin 4-cü hissəsi, X4 CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 214-cü maddəsinin 2-ci hissəsi, X7 CM-nin 186-cı maddələri ilə təqsirli bilinərək müvafiq cəzalara məhkum olunmuşlar. Lənkəran rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla müttəhim X6 barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə müttəhim tapılana qədər işin icraatı dayandırılmışdır. Astara rayon Polis Şöbəsinin məktubundan görünür ki, X6 barəsində xx.xx.2001-ci il tarixdə 14051 saylı axtarış işi açılmışdır. Qərarın surətindən görünür ki, Astara rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək CM-nin 40-cı maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum edilmiş X10, xx.xx.1995-ci ildə Səbail rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə CM-nin 50-1-ci maddəsinə əsasən 1 il 4 ay 20 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Məktubun surətindən görünür ki, X2 Federasiyası Altay Vilayətinin Yeqoryeviski şəhər məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə RF CM-nin 117-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2001-ci ildə həbsdən buraxılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs RF CM-nin 131-ci maddəsinin A-B bəndləri ilə (zorlama) cinyəti törətdiyinə görə RF X14 şəhər məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla X6 barəsində 14051 saylı axtarış işinə xx.xx.2002-ci il tarixdə xitam verilmişdir. İşdə olan məktublardan görünür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən X6 Azərbaycan Respublikasına etap olunması ilə bağlı müraciət olunsa da, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında cəza çəkməsi ilə əlaqədar mümkün olmamışdır. Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla X10 barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə təqsirləndirilən şəxs tutulanadək qədər işin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Astara rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan və “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” aktdan görünür ki, axtarışda olan Astara rayon Şiyəkəran kəndində pasport qeydiyyatında olan xx.xx.1972-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü olaraq Astara RPŞ-yə gəlmişdir. Odur ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən ötrü aidiyyəti üzrə məhkəməyə təhvil verilir. Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir və məhkəmənin müvafiq qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə (köhnə redaksiyada) tövsif edilmişdir. Lakin, təqsirləndirilən şəxsin qanunvericilikdə müəyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində olan cinayət işinə xitam verilməsi barədə əsaslar vardır. Belə ki, Qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CM-nin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Belə ki, X6 təqsirləndirildiyi qüvvədən düşmüş CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ağır cinayət hesab edilmir. (Azərbaycan SSR Cinayət Məcəlləsi, maddə 7-1. Ağır cinayət anlayışı) Azərbaycan SSR Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən oğurluq, yəni vətəndaşların şəxsi əmlakını gizli talama—iki ilədək müddətə azadlıqdan məhrumetmə və ya eyni müddətə islah işləri ilə cəzalandırılır. Vətəndaşların şəxsi əmlakının zərər çəkən şəxsə xeyli ziyan vurmaqla və ya qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən və ya təkrarən, yaxud ictimai-faydalı əməkdən boyun qaçıran şəxs tərəfindən oğurlanması—əmlakı müsadirə edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya əmlakı müsadirə edilməklə və ya edilməməklə bir ildən iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Yaşayış sahəsinə girməklə oğurluq—əmlakı müsadirə edilməklə və ya edilməməklə iki ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Oğurluq xüsusi təhlükəli residivist tərəfindən törədilərsə və ya zərər çəkən şəxsə külli miqdarda ziyan vurarsa—əmlakı müsadirə edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd. 143, 144 və 147-ci maddələrdə, o cinayət təkrar hesab edilir ki, həmin cinayət əvvəllər bu Məcəllənin göstərilən maddələrində yaxud 70, 83-86, 88, 88-1, 145, 220-1, 226-2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini törətmiş şəxs tərəfindən edilmiş olsun. Azərbaycan SSR Cinayət Məcəlləsinin 44-cü maddəsinə əsasən (Cinayət məsuliyyətinə cəlbetmə müddətləri) 1-ci bəndinin 4-cü yarımbəndinə əsasən qanuna görə beş ildən çox olmayaraq azadlıqdan məhrumetməyə nisbətən daha ciddi cəza təyin edilə bilən cinayət törədildiyi gündən on il keçdikdə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qanunda göstərilən müddətlər keçənədək şəxs qanuna görə iki ildən artıq müddətə azadlıqdan məhrumetmə təyin edilə bilən yeni cinayət törədərsə, cəlb edilmə müddəti kəsilir. Bu halda müddətin hesablanması yeni cinayət törədilən vaxtdan başlanır.Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, cəlbetmə müddəti dayandırılır. Belə hallarda müddətin keçməsi həmin şəxs tutulan vaxtdan və ya könüllü gəlib təqsirini boynuna alan vaxtdan yenidən başlanır. Həm də əgər cinayət törədildiyi vaxtdan on beş il keçərsə və müddət yeni cinayətin törədilməsi ilə kəsilməmişdirsə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. İş materiallarından görünür ki, X10 28 oktyabr, 30 oktyabr və 02 noyabr 1993-cü il tarixlərdə ittiham olduğu cinayət əməllərini törətmiş, Astara rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək CM-nin 40-cı maddəsinə əsasən 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Astara rayon xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ləğv edilmiş, iş baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmiş, Səbail rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 50-1-ci maddəsinə əsasən 1 il 4 ay 20 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, Lənkəran rayon məhkəməsinin xx.xx.1995-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə müttəhim tapılana qədər işin icraatı dayandırılmış, xx.xx.2001-ci il tarixdə 14051 saylı axtarış işi açılmış, lakin Rusiya Federasiyasında törətdiyi cinayətlərə görə müvafiq ardıcıllıqla 05 il və 08 il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunması nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində 14051 saylı axtarış işinə xx.xx.2002-ci il tarixdə xitam verilmişdir. Həmçinin, Rusiya Federasiyasından etap olunması ilə bağlı müvafiq müraciətlər olsa da, Təqsirləndirilən şəxs cəza çəkməsi ilə bağlı etap olunması mümkün olmamışdır. Göründüyü kimi, X10 məhkəmədən gizlənməmiş və Rusiya Federasiyasında azadlıqdan məhrum etmə cəzası çəkməsi ilə bağlı tutulması və məhkəmə proseslərində iştirakı mümkün olmadığından Azərbaycan SSR Cinayət Məcəlləsinin 44-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə (köhnə redaksiyada) olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə (köhnə redaksiyada) olan cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-2/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-2/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver