Məhkəmə qərarları › İş №1(049)-20/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-20/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-20/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 13.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X21, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi3 və Müdafiəçi1, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, X13, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs16 iştirakları ilə xx xxxxxx 1974-cü ildə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1972-ci ildə Lənkəran rayonu Türkəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım şöbəsində xadimə işləyən, Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/15, mənzil 53də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrarən özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2022-ci ilin oktyabr ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Şilavar kəndində yaşayan Zərərçəkmiş şəxs1 təqaüdə çıxardacağına dair sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs1 təqaüdə çıxartmaq üçün 4500 (dörd min beş yüz) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs1 özünə inandırıb, ona olan inam və etibarından sui- istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 4500 (dörd min beş yüz) manat məbləğdə pulun 2000 (iki min) manatını 2022-ci ilin oktyabr ayın axırlarında və qalan 2500 (iki min beş yüz) manat məbləğdə pulu da 2022-ci ilin noyabr ayında Lənkəran şəhərində Zərərçəkmiş şəxs1 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs1 ümumilikdə 4500 (dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan o, təkrarən 2023-cü ilin yanvar ayında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Masallı rayonu Məmmədoba kəndində yaşayan Zərərçəkmiş şəxs12 üç azyaşlı nəvələrinin Əli Mİrzəyev, Hüseyn Mirzəyev və Mehdi Mirzəyevin, iki gəlininin Çimnaz Ağayeva və Əsmər Mirzəyevanın ləğv edilmiş təqaüdlərini bərpa edilməsinə dair sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs12 nəvələrinin və gəlinlərinin ləğv edilmiş təqaüdlərini bərpa etmək üçün hər birini 1500 (min beş yüz) manat olmaqla ümumi 7500 (yeddi min beş yüz) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs12 özünə inandırıb, ona olan inam və etibarından sui- istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 7500 (yeddi min beş yüz) manat məbləğdə pulun 3000 (üç min) manatını 2023-cü ilin yanvar ayında Lənkəran şəhərində, 1500 (min beş yüz) manatını 2023-cü ilin fevral ayında Masallı rayonu Boradigah qəsəbəsində və qalan 3000 (üç min) manat məbləğdə pulu da, 2023-ci ilin oktyabr-noyabr aylarında Masallı rayonu Boradigah qəsəbəsində Zərərçəkmiş şəxs12 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs12 ümumilikdə xeyli miqdar hesab edilən 7500 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin fevral ayın ortalarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Şilavar kəndində yaşayan Zərərçəkmiş şəxs15 təqaüdə çıxardacağına dair sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs15 təqaüdə çıxartmaq üçün 1650 (min altı yüz əlli) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs15 özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 1650 (min altı yüz əlli) manat məbləğdə pulu 2023- cü ilin fevral ayın ortalarında Lənkəran rayonu Girdəni kəndində Zərərçəkmiş şəxs15 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs15 ümumilikdə 1650 (min altı yüz əlli) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin fevral ayın axırlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Şilavar kəndində yaşayan X18 təqaüdə çıxardacağına dair sonuncunun övladı Zərərçəkmiş şəxs14 yalandan vəd verərək onu özünə inandırıb, Ənivəs İsayevanı təqaüdə çıxartmaq üçün Zərərçəkmiş şəxs14la 1500 (min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 1500 (min beş yüz) manat məbləğdə pulu 2023-cü ilin fevral ayın axırlarında Lənkəran rayonu Şilavar kəndində Zərərçəkmiş şəxs14 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs14 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin avqust ayın axırlarında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Şürük kənd sakini Şahid6 Nazim qızını Lənkəran rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işi ilə təmin edəcəyini sonuncunun anası X19ma yalandan vəd verərək onu özünə inandırıb, sonuncu ilə 25 avqust 2023-cü il tarixdə yaşadığı Lənkəran rayonu Şürük kəndində yerləşən evində görüşüb Şahid6 işlə təmin etmək üçün sonuncunun anası Zərərçəkmiş şəxs3 ilə 3500 (üç min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 3500 (üç min beş yüz) manat məbləğdə pulu Zərərçəkmiş şəxs3 yaşadığı Lənkəran rayonu Şürük kəndindəki evində sonuncudan qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin avqust ayın ortalarında, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Hirkan qəsəbə sakini X14 Lənkəran Regional Təhsil İdarəsində texniki işlə təmin edəcəyini sonuncunun qaynatası Zərərçəkmiş şəxs8 yalandan vəd verərək onu özünə inandırıb, sonuncunun qohumu Zərərçəkmiş şəxs3 yaşadığı Lənkəran rayonu Şürük kəndində yerləşən evində Zərərçəkmiş şəxs8la görüşüb Şahid7m işlə təmin etmək üçün sonuncunun qaynatası Zərərçəkmiş şəxs8la 2500 (iki min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 2500 (iki min beş yüz) manat məbləğdə pulu 2023-cü ilin avqust ayın axırlarında Zərərçəkmiş şəxs8 qohumu Zərərçəkmiş şəxs3 yaşadığı Lənkəran rayonu Şürük kəndindəki evində Zərərçəkmiş şəxs8 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs8 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin oktyabr ayın əvvəlində, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə sonuncunun bacısı qızı Lənkəran şəhəri H.Əliyev prospekti ev 18, mənzil 41-də yaşayan Zərərçəkmiş şəxs2 tibb bacısı işlədiyi Lənkəran şəhər “Ağciyər” xəstəxanasından Lənkəran rayon X7 X10 şöbəsinə tibb bacısı vəzifəsinə təyinat alacağını sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncunu işlə təmin etmək üçün 2041 (iki min qırx bir) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs2m özünə inandırıb, ona olan inam və etibarından suiistifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 2041 (iki min qırx bir) manat məbləğdə pulu 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində Günel Dadaşovdan qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs2 2041 (iki min qırx bir) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin oktyabr ayın ortalarında, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Bəlləbür kəndində yaşayan Zərərçəkmiş şəxs7 Lənkəran rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işi ilə təmin edəcəyini sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində Zərərçəkmiş şəxs7 ilə görüşüb sonuncunu işlə təmin etmək üçün 3050 (üç min əlli) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs7 özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 3050 (üç min əlli) manat məbləğdə pulu 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində Zərərçəkmiş şəxs7 qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs7 3050 (üç min əlli) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin oktyabr ayın axırlarında, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Ləj kəndində yaşayan Zərərçəkmiş şəxs6 tibb qardaşı işlədiyi Lənkəran rayon Mərkəzi Xəstəxanasından həmin xəstəxananın Təcili X10 şöbəsinə tibb qardaşı vəzifəsinə təyinat alacağını sonuncuya yalandan bildirib, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində görüşüb, Zərərçəkmiş şəxs6 işlə təmin etməkdən 5000 (beş min) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından suiistifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 5000 (beş min) manat məbləğdə pulu 23 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində Zərərçəkmiş şəxs6 qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs6 5000 (beş min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin oktyabr ayın axırlarında, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Ləj kəndində yaşayan Zərərçəkmiş şəxs5 Lənkəran rayon X7 X10 şöbəsinə sürücü vəzifəsinə işlə təmin edəcəyinə dair sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs5 işlə təmin etmək üçün 6000 (altı min) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs5 özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 6000 (altı min) manat məbləğdə pulun 1500 (min beş yüz) manatını xx.xx.2023-cü il tarixdə və qalan 4500 (dör min beş yüz) manat məbləğdə pulu da Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Lənkəran rayon 1 saylı notariat ofisində Zərərçəkmiş şəxs5 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdarda hesab edilən 6000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin noyabr ayın ortalarında, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbə sakini Şahid4 Lənkəran rayon X7 X10 şöbəsinə sürücü vəzifəsinə işlə təmin edəcəyini sonuncunun kürəkəni Zərərçəkmiş şəxs9 yalandan vəd verərək onu özünə inandırıb, Şahid4 işlə təmin etmək üçün qohumu Zərərçəkmiş şəxs9la 4500 (dörd min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 4500 (dörd min beş yüz) manat məbləğdə pulu xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Lənkəran rayon 1 saylı notariat ofisində Zərərçəkmiş şəxs9 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs9 ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin dekabr ayın əvvəlində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Kərgəlan kəndində yaşayan X8 Lənkəran rayon Mərkəzi Xəstəxanasına xadimə kimi işlə təmin edəcəyinə dair sonuncunun əri Zərərçəkmiş şəxs4 yalandan vəd verərək onu özünə inandırıb, Könül Həmidovam işlə təmin etmək üçün əri Zərərçəkmiş şəxs4la 3000 (üç min) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 3000 (üç min) manat məbləğdə pulun 1500 (min beş yüz) manatını xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində Zərərçəkmiş şəxs4 yaşadığı evun küçəsində və qalan 1500 (min beş yüz) manat məbləğdə pulu xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində tanışı Zərərçəkmiş şəxs4 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs4 ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin dekabr ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran şəhəri Hacilar küçəsi ev 43-də yaşayan Zərərçəkmiş şəxs10 kürəkəni Asim adlı şəxsi Lənkəran rayon Mərkəzi Xəstəxanasında mühafizəçi kimi işlə təmin edəcəyinə dair sonuncunun qaynanası Zərərçəkmiş şəxs10 yalandan vəd verərək onu özünə inandırıb, Asimi işlə təmin etmək üçün qaynanası Zərərçəkmiş şəxs10 ilə 1800 (min səkkiz yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 1800 (minsəkkiz yüz) manat məbləğdə pulu 08 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs10 yaşadığı Lənkəran şəhəri Hacılar küçəsi ev 43-də sonuncudan şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs10 ümumilikdə 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2023-cü ilin dekabr ayın sonunda, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Şürük kəndində yaşayan Zərərçəkmiş şəxs16 Lənkəran rayon Mərkəzi Xəstəxanasında xadimə kimi işlə təmin edəcəyinə dair sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs16 yaşadığı Lənkəran rayonu Şürük kəndində yerləşən evində görüşüb sonuncunu işlə təmin etmək üçün 2300 (iki min üç yüz) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs16 özünə inandırıb, ona olan inam və etibarından sui- istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 2300 (iki min üç yüz) manat məbləğdə pulun 1000 (min) manatını xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Şürük kəndində Zərərçəkmiş şəxs16 yaşadığı evin küçəsində, 300 (üç yüz) manatını xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Şürük kəndində Zərərçəkmiş şəxs16 yaşadığı evin həyətində və qalan 1000 (min) manat məbləğdə pulu xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Şürük kəndində Zərərçəkmiş şəxs16 yaşadığı evin həyətində sonuncudan şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs16 ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2024-cü ilin fevral ayın axırlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan Zərərçəkmiş şəxs11 Lənkəran rayonu Velədi kəndində yerləşən orta məktəbdə xadimə kimi işlə təmin edəcəyinə dair sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs11 yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən evində görüşüb sonuncunu işlə təmin etmək üçün 650 (altı yüz əlli) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs11m özünə inandırıb, ona olan inam və etibarından sui- istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 650 (altı yüz əlli) manat məbləğdə pulun 150 (yüz əlli) manatını xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində kart hesabı ilə, qalan 500 (beş yüz) manatını xx.xx.2014-cü il tarixdə Lənkəran rayonu Velədi kəndində Zərərçəkmiş şəxs11 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs11 ümumilikdə 650 (altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2024-cü ilin mart ayın axırlarında, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lerik rayonu Nsomurya kəndində yaşayan Zərərçəkmiş şəxs17 ləğv edilmiş əlillik dərəcəsinin bərpa edilməsi və sonuncuya yenidən təqaüd verilməsinə nail olacağına yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs17 ilə Lənkəran rayon Sütəmurdov kəndində görüşüb sonuncunun əlillik dərəcsini bərpa edilməsi və təqaüdə çıxarılması adı ilə 715 (yeddi yüz on beş) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui- istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 715 (yeddi yüz on beş) manat məbləğdə pulun 500 (beş yüz) manatını 26 mart 2024-cü il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində, 130 manatını 27 mart 2024-cü il tarixdə qalan 85 (səksən beş) manatını 29 mart 2024-cü il tarixdə Lənkəran rayonu Digah kəndində Zərərçəkmiş şəxs17 qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs17 ümumilikdə 715 (yeddi yüz on beş) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ təkrarən keçirərək dələduzluq etmişdir. Bundan sonra o, təkrarən 2024-cü ilin aprel ayın əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Kərgəlan kəndində yaşayan Zərərçəkmiş şəxs13 gəlini X24 şəhərində yerləşən “Medical’' xəstəxanasında qeydiyyatçı kimi işlə təmin edəcəyinə dair sonuncunun qaynatası Zərərçəkmiş şəxs13 yalandan vəd verərək onu özünə inandırıb, Vüsalə İbadovam işlə təmin etmək üçün qaynatası Zərərçəkmiş şəxs13la 4500 (dörd min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 4500 (dörd min beş yüz) manat məbləğdə pulun 2000 (iki min) manatını 12 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Ş.Xiyabanında, qalan 2500 (iki min beş yüz) manatını da 28 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Ş.Xiyabanında Zərərçəkmiş şəxs13 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs13 ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrarən özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayın axırlarında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Şürük kənd sakini Şahid6 Nazim qızını Lənkəran rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işi ilə təmin edəcəyini sonuncunun anası X19ma yalandan vəd verərək onu özünə inandırıb, sonuncu ilə 25 avqust 2023-cü il tarixdə yaşadığı Lənkəran rayonu Şürük kəndində yerləşən evində görüşüb Şahid6 işlə təmin etmək üçün sonuncunun anası Zərərçəkmiş şəxs3 ilə 3500 (üç min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 3500 (üç min beş yüz) manat məbləğdə pulu Zərərçəkmiş şəxs3 yaşadığı Lənkəran rayonu Şürük kəndindəki evində sonuncudan tanışı Təqsirləndirilən şəxs1lə birlikdə qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 (üç min beş yüz ) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2023-cü ilin avqust ayın axırlarında, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Hirkan qəsəbə sakini X22m Lənkəran Regional Təhsil İdarəsində texniki işlə təmin edəcəyini sonuncunun qaynatası Zərərçəkmiş şəxs8 yalandan vəd verərək onu özünə inandırıb, tanışı Ələm Paşyev, Zərərçəkmiş şəxs8 qohumu Zərərçəkmiş şəxs3 yaşadığı Lənkəran rayonu Şürük kəndində yerləşən evində Zərərçəkmiş şəxs8la görüşüb Şahid7m işlə təmin etmək üçün sonuncunun qaynatası Zərərçəkmiş şəxs8la 2500 (iki min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 2500 (iki min beş yüz) manat məbləğdə pulu 2023-cü ilin avqust ayın axırlarında Zərərçəkmiş şəxs8 qohumu Zərərçəkmiş şəxs3 yaşadığı Lənkəran rayonu Şürük kəndindəki evində Zərərçəkmiş şəxs8 tanışı Təqsirləndirilən şəxs1 qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs8 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2023-cü ilin oktyabr ayın əvvəlində, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran şəhəri H.Əliyev prospekti ev 18, mənzil 41-də yaşayan bacısı qızı Zərərçəkmiş şəxs2 tibb bacısı işlədiyi Lənkəran şəhər “Ağciyər” xəstəxanasından Lənkəran rayon X7 X10 şöbəsinə tibb bacısı vəzifəsinə təyinat alacağını sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs2m işlə təmin etmək üçün 2041 (iki min qırx bir) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui- istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 2041 (iki min qırx bir) manat məbləğdə pulu 04 oktyabr 2023-cü il tarixdə kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində Günel Dadaşovdan qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs2 2041 (iki min qırx bir) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2023-cü ilin oktyabr ayın ortalarında, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışı Lənkəran rayonu Bəlləbür kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs7 Lənkəran rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı işi ilə təmin edəcəyini sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs7 ilə görüşüb sonuncunu işlə təmin etmək üçün 3050 (üç min əlli) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs7 özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 3050 (üç min əlli) manat məbləğdə pulu 13 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs7 3050 (üç min əlli) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2023-cü ilin oktyabr ayın axırlarında, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Ləj kəndində yaşayan Zərərçəkmiş şəxs6 tibb qardaşı işlədiyi Lənkəran rayon Mərkəzi Xəstəxanasından həmin xəstəxananın Təcili X10 şöbəsinə tibb qardaşı vəzifəsinə təyinat alacağını sonuncuya yalandan bildirib, Zərərçəkmiş şəxs6 görüşüb sonuncunu işlə təmin etmək üçün 5000 (beş min) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs6 özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 5000 (beş min) manat məbləğdə pulu 23 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 kirayə yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən evin mənzilində şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs6 5000 (beş min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2023-cü ilin oktyabr ayın axırlarında, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Ləj kəndində yaşayan Zərərçəkmiş şəxs5 Lənkəran rayon X7 X10 şöbəsinə sürücü vəzifəsinə işlə təmin edəcəyinə dair sonuncuya yalandan vəd verərək onu özünə inandırıb, Zərərçəkmiş şəxs5 işlə təmin etmək üçün 6000 (altı min) manata razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs5 özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 6000 (altı min) manat məbləğdə pulun 1500 (min beş yüz) manatım xx.xx.2023-cü il tarixdə və qalan 4500 (dör min beş yüz) manat məbləğdə pulu xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Lənkəran rayon 1 saylı notariat ofisində tanışı Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs5 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs5 ümumilikdə 6000 (altı min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2023-cü ilin noyabr ayın ortalarında, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbə sakini Şahid4 Lənkəran Lənkəran rayon X7 X10 şöbəsinə sürücü vəzifəsinə işlə təmin edəcəyini sonuncunun kürəkəni Zərərçəkmiş şəxs9 yalandan vəd verərək onu özünə inandırıb, Şahid4 işlə təmin etmək üçün qohumu Zərərçəkmiş şəxs9la 4500 (dörd min beş yüz) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 4500 (dörd min beş yüz) manat məbləğdə pulu xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində yerləşən Lənkəran rayon 1 saylı notariat ofisində tanışı Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs9 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs9 ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan sonra o, 2023-cü ilin dekabr ayın əvvəlində, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək qərarına gələrək, bu məqsədlə Lənkəran rayonu Kərgəlan kəndində yaşayan X8 Lənkəran rayon Mərkəzi Xəstəxanasına xadimə kimi işlə təmin edəcəyinə dair sonuncunun əri Zərərçəkmiş şəxs4 yalandan vəd verərək onu özünə inandırıb, Könül Həmidovam işlə təmin etmək üçün əri Zərərçəkmiş şəxs4la 3000 (üç min) manata razılığa gəldikdən sonra sonuncunu özünə inandırıb, ona olan inam və etibarından sui-istifadə edərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan razılaşdıqları 3000 (üç min) manat məbləğdə pulun 1500 (min beş yüz) manatını xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində Zərərçəkmiş şəxs4 yaşadığı evin küçəsində və qalan 1500 (min beş yüz) manat məbləğdə pulu xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində tanışı Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs4 şəxsən qəbul edib özgənin, yəni Zərərçəkmiş şəxs4 ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərdən pulları ona Nüşabdə Şabanova alıb vermişdir. Pulları ona verərkən onun tanışlarının olduğunu və işlərini həll edəcəyi üçün vermişlər. Bəzi hallarda aldığı pullardan Təqsirləndirilən şəxs2 da vermişdir. Zərərçəkmiş şəxslərdən bəzilərinə aldığı pulun əvəzində pensiya kartını vermişdir. Məhkəmədən ədalərli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Girdəni kəndində anası Gülpəri Xanverdiyeva, arvadı Rəsmiyyə Cavadova ilə birlikdə yaşayır. 20 ildən çoxdur ki, ailə həyatı qursa da övladı olmayıb. Uzun illərdir ki, şizofreniya diaqnozu ilə müalicə alır və psixiatriya xəstəxanasında qeydiyyatdadır. Bundan əlavə şəkər və təzyiq xəstəliyindən də əziyyət çəkir. Həmçinin vərəm xəstəliyindən də, əziyyət çəkir. Şəkər xəstəliyim ilə bağlı Lənkəran rayon Mərkəzi xəstəxanasında qeydiyyatdadır. Mütamadi olaraq xəstəxanadan dərman alıb istifadə edir. Heç bir yerdə işləmir. Aldığı təqaüdlə dolanır. Bəzən də fəhləlik edib dolanır. Belə ki, o müalicəsi üçün Lənkəran rayon Məkəzi xəstəxanasına gedən vaxtlar təxminən 2-3 il əvvəl orada xadimə işləyən Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Xəstəxanaya gedən vaxtlar Nüşabəni mütamadi olaraq görürmüş və xəstəxananın Acil şöbəsində onunla tanış olmuşdur. O xəstəxanadan iynə dərman alıb, iynəni acil şöbəsində vurdururmuş və Nüşabədə orada olduğundan söhbət edirmişlər. İİ qrup əlil və xəstə olduğu üçün Lənkəran rayonunda bir çox orqanlara gedib gəlirmiş. İİ qrup əlil olduğu üçün çoxu ona hörmətlə yanaşırmış. Ona görə də, xəstəxanada xadimə işləyən Nüşabə də bunu bilmişdir. Təxminən iki əvvəl Lənkəran rayon Məhkəməsinin qarşısında çayxanada olduğu zaman Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Şəfahətlə tanış olandan sonra söhbət etmişlərş. Söhbət zamanı Şəfahət demişdir ki, Lənkəran şəhər sakini Nizami adlı şəxslə aralarında pul söhbəti olmuş, daha sonra Nizami vəfat etdiyindən pulu batmışdır. Nizamini tanıyırmış, Nizami Lənkəran rayon Şağlaküçə kəndində yaşyırmış və vəfat etmişdir. Şəfahətlə söhbət zamanı ona demişdir ki, ona pul lazımdır. Şəfahət demişdir ki, onun üçün pul təşkil edəcək, lakin əvəzində ona kart versin ki, o hissə-hissə pulunu götürsün. Şəfahətlə söhbəti 2022-ci ilin oktyabr ayında olmuşdur. Beləliklə Şəfahətlə danışmış, həmin vaxtlar onun işlədiyi Lənkəran şəhərində yerləşən “Avtobaza” adlanan yerə gedib orada ondan ilkin olaraq 2000 manat almışdır. Həmin vaxt özünə məxsus Kapital bankın təqaüd kartını və arvadı Rəsmiyyə Cavadovaya məxsus Kapital bankın təqaüd kartını Şəfahətə vermişdir. Şəfahət hər ay onun və arvaadının kartlarından ümumilikdə 545 manat pul çəkirmiş. Daha sonra yenidən Şəfahətdən 2500 manatda almışdır. Şəfahət bir neçə ay kartlardan pul çəkmiş və sonradan kartlar bağlanmış və Şəfahətə səhv etmirsə 2500 manat borcum qalmış və pulunu verə bilməmişdir. Şəfahətdən pulu borca almışdır. Şəfahəti təqaüdə çıxartmaqdan ötrü pul almamışdır. Şəfahətdən 4500 manat pulu borca almış və ona kart vermişdir ki, borcunu çıxsın. Bir neçə ay sonra kartlar bağlanmış və Şəfahətə təxminən 2500 manat borcu qalmışdır. Bundan başqa Masallı rayonu Məmmədoba kənd sakini Zərərçəkmiş şəxs12 tanıyır. Xeybəri təxminən iki ilə yaxındır ki, tanıyır. Xeybərlə həmin vaxtlar Lənkəran Şəhər Psixiatriya xəstəxanasında tanış olmuşdur. O iynələrini vurdurmağa gedəndə və dərman alanda Xeybərlə tanış olmuşdur. Xeybər onunla tanış olandan sonra demişdir ki, həkimlər onu tanıyır, bir neçə qohumu var, əvvəllər burada qeydiyyatda olduğundan təqaqüd almışlar, onu heç kim tanımadığına görə ondan xahiş etmişdir ki, ona kömək etsin. Xeybər demişdir ki, ona pul versin, həmin şəxslərin şəxsiyyət vəsiqələrini də versin, həmin şəxslərin təqaüdlərini bərpa etsin. Ona görə də, təxminən 2023-cü ilin yanvar ayında Xeybərlə telefonla danışmışlar və demişdir ki, Lənkəran şəhərinə gəlir və görüşsünlər. O 2023-cü ilin yanvar ayında dəqiq vaxtı xatırlamadığı tarixdə Xeybərlə Lənkəran şəhəri Ləvəngi dirəsində görüşmüş və Xeybər ona bir neçə şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Onlardan azyaşlı uşaqlar və böyüklər də var imiş. Dəqiq adlarını xatırlamır. Səhv etmirsə ona 3-4 vəsiqə surəti vermişdir. Həmin vaxt Xeybər ona 6000 (altı min) manat pul vermişdir və demişdir ki, bunlar qeydiyyatda olub təqaüd alıblar, hazırda işləmirlər, bunların təqaüdlərini bərpa etsin. O Xeybərlə danışdıqdan sonra sonuncu getmiş və o da, xəstəxanaya getmişdir. Lakin bir müddət iş alınmamış və pul onda qalmışdır. Bir neçə gün sonra Xeybər onunla əlaqə saxlamış və demişdir ki, iş alınmır. Xeybər demişdir ki, ondan şikayət edəcəkdir. Ona görə də, o Xeybərin pulunu qaytarmışdır. Onun Xeybərə borcu qalmamışdır. Xeybərdən 6000 manat almış, onu da sonradan qaytarmışdır. Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs15 tanıyır, və Oruc Şəfahətin qohumudur. Şəfahət ona demişdir ki, Orucu təqaqüdə çıxartmaqdan ötrü kömək etsin. O da Oruca demişdir ki, şəxsiyyət vəsiqəsinin surətini versin kömək edər və bu işin 1650 manata həll olunacağını demişdir. Ona görə də, Oruc 1650 manat pul tapıb gətirmişdir. X38 kəndində həyətdə almış və sonradan işi düzəldə bilməmişdir. Orucun pulunu qaytara bilməmişdir. Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs14 da, tanıyır. Rauf Şəfahətin qohumudur. O Ənivəs İsayevanı görməmişdir. Şəfahət ona zəng edib demişdir ki, onun bacısıdır, təqaüdə çıxmaq istəyir. Şəfahətlə telefonda danışanda demişdir ki, bacısı xəstə olub, hətta əməliyyatda olunmuşdur. O demişdir ki, şəxsiyyət vəısiqəsinin surətini atsın baxar. Şəfahət Ənivəsin şəxsiyyət vəsiqəsini ona atmış və baxmışdır. Görmüşdür ki, doğurdan Ənivəs əməliyyat olunub. Şəfahətlə danışıb 1500 manata razılaşmışlar. Şəfahət demişdir ki, Ənivəsin oğlu gəlib onunla görüşər. Dəqiq tarix yadında olmayan vaxtlar Şəfahətin qohumu həmin Rauf adlı şəxs gəlib onunla görüşmüş və ona 1500 manat vermişdir. Sonra mən həmin işi görə bilməmiş və pulu da xərclədiyindən qaytara bilməmişdir. Lənkəran rayonu Şürük kənd sakini Zərərçəkmiş şəxs3 tanıyır. Aygünü Nüşabəyə görə tanımışdır. Belə ki, Nüşabə ona demişdir ki, o özü adam tapıb onunla görüşdürücək, pul söhbətini də özü etsin, pulu alandan sonra bölərlər. Nüşabənin bu təklifi ilə razılaşmışdır. Belə ki, təxminən 2023-cü ilin avqust ayın ortalarında Nüşabə ona zəng edərək harda olduğumu soruşmuşdur. Həmin vaxt o Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında çayxanada olmuşdur. Nüşabə ona Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Snikers” mağazasının yanma gəlməyini bildirmiş və oda getmişdir. Nüşabə ilə mağazanın qarşısında görüşmüşlər və ona demişdir Lənkəran rayonu Şürük kəndində tanış var, həmin şəxs qızını Lənkəran rayon Mərkəzi Xətəxanasında işə düzəltmək istəyir. Nüşabə demişdir ki, birlikdə həmin evə gedək orada danışarlar. Nüşabə demişdir ki, onun qohumu Hüsniyyə adlı qadın var, Aygün adlı qadında sonuncunun qohumudur. Nüşabə Hüsniyyə ilə danışıb demişdir ki, Aygünün evinə getsin o da onunla gələcəkdir. O Hüsniyyə və Aygün adlı qadın tanımırmış. O Nüşabə iləbirlikdə o vaxtlar idarə etdiyi Mersedcs-160 markalı, **-CX-*** dövlət nişanlı avtomobili ilə Lənkəran rayonu Şürük kəndində Zərərçəkmiş şəxs3 evinə getmişlər. Aygün onları qarşılamış və tanış olmuşlar. Həmin vaxt Hüsniyyə adlı qadında orada olmuşdur. Nüşabə onu Hüsniyyə və Aygünlə tamş etmişdir. Nüşabə onu Aygünə təqdim edib demişdir ki, güya Lənkəranda hər işi bacarır, kimi istəyirsə işə düzəldir, hər yerdə tanışı vardır, bir neçə şəxsləri xəstəxanada və digər yerlərdə işlə təmin etmişdir. O da Aygünə demişdir ki, hara lazım olsa qızı Günayı işlə təmin edə bilər, O hamını tanıyır. Günay özü orta ixtisas təhsilli olmuşdur. O Günayın sənədlərinə baxmış və demişdir ki, xəstəxanada qeydiyyatçı işinə götürmək olar. Yalandan telefonunu cibimdən çıxardıb Nüşabənin ona verdiyi şəxslə danışmış və ona demişdir ki,’’müəllim, vətəndaşın evindəyəm, qeydiyyatçı işini istəyir, həll etmək olar?. Həmin şəxsdə demişdir ki, danış. O da yalandan Aygünə demişdir ki, bu baş həkimdir, danışmış problem yoxdur. Aygünü özümə inandırmışdır. Həmin vaxt Aygün qudası sonradan tanıdığı İmaməli adlı bir şəxsə zəng etmişdir. Biraz keçəndən sonra İmaməli adlı şəxs gəlini və arvadı ilə ora gəlmişdir. Aygün və İmaməlinin yanında demişdir ki, Günayı işlə təmin etmək üçün 3500 manat və sağlamlıq arayışüçün də 50 manat pul lazımdır. Aygün demişdir ki, o qədər pulu yoxdur, İmaməlidən xahiş etmişdir ki, onun üçün pul gətirsin. İmaməli pul gətirmək üçün getmiş və onlar oturub çay içib söhbət edirmişlər. Söhbət zamanı da Aygünə və qızı Günaya deyirmiş ki, narahat olmasınlar, işi həll edər, 2-3 aya işə çıxacaqdır. Nüşabə də onu tərifləyirmiş və iş düzəldən şəxs kimi onu tanıdırmış. Təxminən 1 saat keçəndən İmaməli gəlmiş və 3500 manat pulu Aygünə vermişdir. Aygündə pulu ona vermişdir. Aygün demişdir ki, 50 manatı da sonra verəcəkdir. Həmin vaxt hətta İmamətidə demişdir ki, gəlini Gülnar adlı qadında ali təhsillidir, onu işlə təmin etmək istəyir. O demişdir ki, Lənkəran təhsil İdarəsində tanış var, ora işlə təmin etmək olar. Bunu yalandan demişdir, onun orda tanışı yoxdur. Regional Təhsil İdarəsində olan müdir və müavinin tanışı olduğunu da yalandan demişdir. Nəhayət Aygündən pulu alıb cibinə qoyandan sonra Günayın sənədlərimdə alıb götürdür ki, sürətlərini çıxartsın. Aygünü özünə inadırdıqdan sonra Nüşabə ilə birlikdə ordan çıxmışlar. Avtomobilə əyləşəndən sonra Nüşabə ilə Lənkəran şəhərinə gəlib, Günayın sənədlərinin sürətlərini yalandan çıxarıb, əslini Nüşabəyə vermişdir. Güya bu sənədləri notarusda təsdiq etdirəcəklər. Nüşabənin kirayə yaşadığı Z.Əliyeva küçəsindəki evinə gəlib, Aygünün verdiyi puldan Nüşabəyə nə qədər verdiyi yadında qalmamışdır. Amma Nüşabəyə pul vermişdir. Qalanı da özünə götürmüşdür. Hətta yalandan Şürük kənd icra nümayəndliyindən də Günay barəsində yaşayış yerindən arayış almışdır ki, güya TƏBİB-ə verir. Bir neçə gündən sonra Aygünün yaşadığı evinə tək gedib 50 manatı da almışdır. Həmin puldan Nüşabəyə vermiş, nə qədər verdiyi yadında qalmamışdır. Daha sonra Aygünə yalandan vəd verərək işin düzələcəyini deyirmiş. Zərərçəkmiş şəxs3 pulu alandan 2-3 gün sonra yəni 2023-cü ilin avqust ayın axırlarında yadına düşmüşdür ki, Aygünün qohumu Zərərçəkmiş şəxs8 ona demişdir ki, gəlini Gülnar üçün iş tapsa ona desin. Yadına düşmüşdür ki, gedib İmaməlidəndə pul alsın. İmaməliyə demişdir ki, onun Lənkəran Regional Təhsil İdarəsində tanışı var, ona görə də Gülnarı orda işlə təmin edə bilər. İmaməliyə yalandan demişdir ki, orda hamı onu tanıyır, oranın rəhbəri ilə münasibəti çox normaldır. Ona gör ədə, o Nüşabəyə zəng edib demişdir ki, Şürük kəndinə Aygünün evinə gedib, İmamətini də ora çağırıb pulunu alsın. Nüşabə ona demişdir ki, işdədi, gedib pulu alıb gəlsin. O Lənkəran rayonu Şürük kəndinə Aygünün yaşadığı evinə getmişdir. Aygün qızı Günay ilə birlikdə evdə imiş. Aygünə demişdir ki, Təhsil İdarəsində İmaməlinin gəlini Gülnar üçün iş tapmış, istəsə sonuncunu çağırıb gəlsin işini həll edək. Aygün bunu eşidib sevinmiş və İmaməliyə zəng etmişdir. Təxminən 1 saata yaxın İmaməli gəlini Gülnarla və arvadı ilə Aygünün evinə gəlmişlər. İmaməli gəlməmiş Aygünə demişdir ki, İmaməlinin gəlini Gülnarı işlə təmin etmək üçün 2500 manat lazımdır. Aygündə bunu İmaməliyə demişdir ki, gələndə pulu da tam gətirsin. İmaməli gəlini Gülnar və arvadı ilə Aygünün evinə gəlmişlərr. Söhbət zamanı İmaməliyə demişdir ki, Gülnarı Təhsil İdarəsində mühasib işinə bərpa etdirəcəkdir. Hətta demişdir ki, Gülnar işlə təmin olunar və 480 manat əmək haqqı alacaqdır. Lənkəran rayonu Şürük kəndində Aygün Mamhudovanın yaşadığı evin birinci mərtəbəsində İmaməlidən 2500 manat pul almışdır. Pulu alandan sonra sonra İmaməliyə demişdir ki, Gülnarın sənədləri də lazımdır. İmaməli demişdir ki, gələndə Gülnarın sənədlərin surətlərini, yəni şəxsiyyət vəsiqəsinin, diplomun və s. sənədlərin surətlərini özü ilə gətirmişdir. O demişdir ki, icra nümayəndəlikdən arayışda lazımdır. Ona görə də, İamməli özü ona 50 manatda pul vermişdir ki, əziyyət çəkir, zəhmət haqqı kimi götürsün. O pulu alıb cibinə qoymuş, İmamətini əmin etmişdir ki, 2-3 ay ərzində Gülnarı işçə götürəcəklər. Pulu İmaməlidən alıb Lənkəran şəhərinə qayıtmışdır. İmaməlidən aldığı puldan səhv etmirsə 1000 manatını Nüşabəyə vermişdir. O Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs2 tanıyır. Onları Nüşabə tanış etmişdir. Belə ki, 2023-cü ilin sentyabr ayın axırlarında bir gün Nüşabə ona demişdir ki, bacısı qızı Günel adlı qadın var, Günel özü Lənkəran şəhəri Ağciyər xəstəxanasında tibb bacısı işləyir və ordan çıxıb Lənkəran şəhəri X43 stansiyasında tibb bacısı vəzifəsinə işə düzəlmək istəyir. Nüşabə demişdir ki, Günellə danışmış, onun işini həll etmək olar. O Nüşabəyə demişdir ki, danışsın sonra ona xəbər edəcəkdir. Həmin gündən iki gün keçəndən sonra yəni 2023-cü ilin oktyabr ayın ilk günlərində bir gün o Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə yerləşən çayxanada çay içirmiş. Nüşabə ona zəng edib demişdir ki, təcili onun yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yeləşən evinə gəlsin. O nə baş verdiyini soruşanda demişdir ki, təcili gəlsin. O bilmişdir ki, o kimsə tapıb ondan pul almaq istəyir. Nüşabənin yaşadığı həmin evinə getmişdir. Nüşabə evində onu Günellə tanış etmişdir. Nüşabə onu Günelə təqdim edib demişdir ki, güya o bütün dövlət İdarələrin əməkdaşları ilə münasibətləri normaldır, hər işi bacarır, bir neçə şəxsi işlə təmin etmişdir. Nüşabə demişdir ki, bacısı qızı Günel özü Lənkəran şəhəri Ağciyər xəstəxanasında tibb bacısı işləyir və ordan çıxıb Lənkəran şəhəri X43 stansiyasında tibb bacısı vəzifəsinə işə düzəlmək istəyir. Nüşabə demişdir ki, Günellə həmin işi düzəltmək üçün 2041 manata razılaşmışdır. Nüşabə demişdir ki, 2000 manatı işə düzəltməkdən ötrü 41 manatıda sağlamlıq arayışını almaqdan ötrü danışmışdır. O da Günelə demişdir ki, narahatçılıq yoxdur, 15-20 günə işini həll edər. Günel razılaşmış və çantasından 2041 manat pulu çıxarıb Nüşabəyə vermişdir. Nüşabədə pulu ona vermişdir. O pulu sayıb cibinə qoymuşdur. O çıxıb getmişdir. Z.Əliyeva küçəsində yerləşən “Gənclik1’ çayxanasında əyləşmişdir. Təxminən 30-35 dəqiqə keçəndən sonra Nüşabə zəng edib demişdir ki, Günel gedib tez evə gəlsin. O çayxanadan çıxıb Nüşabənin evinə getmişdir. Həmin puldan səhv etmirsə 500 manatım Nüşabəyə vermişdir. Qalan pulu özünə xərcləmişdir. Zərərçəkmiş şəxs2 ondan şikayət etdikdən sonra pulu qaytarmışdır. Zərərçəkmiş şəxs2 borcu yoxdur. Bundan sonra o, Lənkəran rayonu Bəlləbür kənd sakini Zərərçəkmiş şəxs7 görməmişdir. Amma Nüşabə ona Leyla barəsində danışmışdır. Özü də Leyla ilə telefonda danışmışdır. Belə ki, Nüşabə ona demişdir ki, yenədə adam tapsa ona deyəcək pulu alıb xərcləyərlər. O razılaşmışdır. Belə ki, təxminən 2023-cü ilin oktyabr ayın səhv etmirsə ortalarında bir gün Nüşabə zəng edib demişdir ki, Bəlləbür kənd sakini Zərərçəkmiş şəxs7 ilə danışmışdır ki, xəstəxanada qeydiyyatçı işi boşdur, həmin yerə onu təyin etmək olar. O demişdir ki, tanışdırsa Leyladan pul al. 3000 manat işə görə, 50 manatda sənədə görə alsın. Nüşabə səhəri gün ona zəng edib demişdir ki, 3050 manat pul almışdır. Həmin gün Nüşabə ilə görüşmüş pna pul vermiş, amma nə qədər verdiyi yadında qalmamışdır. Nüşabə demişdir ki, onun nömrəsini də Leylaya vermişdir və onunla əlaqə saxlayacaqdır. Nüşabə hətta Leylanın sənədlərin surətini də, ona vermişdir. Bir müddət sonra Leyla ona zəng etmiş və işin tezliklə həll olunacağını desə də, heç bir şey edə bilmirmiş. Sonra Zərərçəkmiş şəxs7 Nüşabədən şikayət etmişdir. Nüşabə demişdir ki, o Leylanın pulunu qaytarmışdır. Daha Leyla ona zəng etməmişdir. O, Lənkəran rayonu Ləj kənd sakini Zərərçəkmiş şəxs6 tanıyır. Belə ki, 2023-cü ilin oktyabr ayın axırlarında bir gün Nüşabə ona zəng edib demişdir ki, işdədir, imkan varsa tez xəstəxanaya gəlsin. Həmin vaxt Lənkəran rayon Mərkəzi xəstəxanasına getmiş və Nüşabə ilə xəstəxanada görüşmüş, sonuncu demişdir ki, Lənkəran rayonu Ləj kənd sakini Zərərçəkmiş şəxs6 adlı şəxs xəstəxanada onunla birlikdə işləyir və sonuncu iş yerini X43 stansiyasına dəyişmək isstəyir. Nüşabə demişdir ki, İsmayıla demişdir ki, bu işi o görə bilər və buna görə 5000 (beş min) manat pul lazım olacaqdır. Nüşabə demişdir ki, İsmayıla demişdir ki, güya onunla danışandan sonra xəbər edəcəkdir. Nüşabə demişdir səhər ona zəng edən kimi onun evinə getsin. Nüşabə demişdir ki, səhər İsmayıla zəng edəcəkdir ki, pulu gətirsin. O da razılaşmış və Nüşabədən ayrılıb evə getmişdir. Sabahısı gün saat 18 radələrində Nüşabə zəng edib demişdir ki, Z.Əliyeva küçəsində yerləşən “Soliton” mağazasmdadır ora getsin. Nüşabə mağazadan çıxıb avtomobilinə əyləşmiş və demişdir ki, İsmayıldan 5000 manat almışdır. Nüşabə ona həmin puldan səhv etmirsə 3000 manat vermiş və demişdir ki, hətta İsmayılın qohumu Pərviz adlı şəxslə də danışmış, sonuncu da ona 6000 manat verəcəkdir. Nüşabə demişdir ki, Pərvizlə də söhbət edərək onu X43 stansiyasına sürücü kimi işə düzəltmək üçün 6000 manat alacaqdır. Nüşabə demişdir ki, bu puldan ona çox verir və Pərvizdən pul alsa onu nəzərə alsın və həmin puldan ona çox versin. Nüşabə İsmayıldan aldığı 5000 manat puldan ona 3000 manatı vermiş və qalan 2000 manatı özünə götürmüşdür. Nüşabə İsmayıldan diplomun əslini, şəxsiyyət vəsiqəsinin əslini sağlamlıq haqqında arayışını da almışdır ki, güya onu işlə təmin edərlər. Nüşabə demişdir ki, Pərvizdən də pulu alandan sonra İsmayılla birlikdə onu görüşdürəcəkdir. O razılaşmışdır. Pulu Nüşabədən alandan sonra demişdir ki, İsmayılla Pərvizi evinə çağıracaq və onları görüşdürəcəkdir. Təxminən 2-3 gün keçəndən sonra Nüşabə ona zəng edib demişdir ki, onun yaşadığı Z.Əliyeva küçəsində yerləşən evinə getsin. Pərviz və İsmayıl gəlib onu gözləyirlər. O həmin vaxt Lənkəran ərazisində olduğu üçün Nüşabənin yaşadığı evinə getmişdir. Evə girib İsmyıl və Pərvizlə tanış olmuşdur. İsmayıla demişdir ki, Nüşabəyə 5000 manat pulu ona vermişdir, işin həlli üçün sənədləşmə işlərini görür və bir neçə aydan sonra işə çıxarsan. Nüşabə demişdir ki, güya onun bütün orqanlarda adamı var, bir neçə şəxs üçün sosial düzəltmiş, bir neçə şəxsi təqaüdə çıxartmış, hər yerə əli çatır. O da Nüşabənin dediklərini təsdiq edirmiş. Daha sonra Nüşabə demişdir ki, Pərviz də işini X43 stansiyasına sürücü kimi dəyişmək istəyir. Nüşabə demişdir ki, 6000 (altı min) manata razılığa gəlmişlər. O demişdir ki, doğrudur, sürücü kimi işə düzəlmək üçün 6000 manat pul lazımdır. Pərviz demişdir ki, “səni tanımır, etibar etmir, pulu necə versin.” Nüşabə demişdir ki, “Pərviz narahat olma, mən Ələmi tanıyıram, iş düzəldəndir”. O Pərvizə demişdir ki, narahat olma bu işi düzəltmək onun üçün heçnədir. Pərviz demişdir ki, onu tanımadığı üçün pulu güya borc kimi notarusda təsdiq edilmiş formada verə bilər. O razılaşmış, Pərvizə demişdir ki, sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin sürətlərini versin, ilkin olaraq 1500 manat pulda versin, qalan 4500 manat pulu da bir neçə gün sonra verər. Pərvizdə razılaşmışdır. İsmayıl və Pərviz hər ikisi onun nömrəsini götürüb getmişlər. 2023-cü ilin oktyabr ayın sonlarında Nüşabə ona zəng edib demişdir ki, Pərviz ona zəng etmiş və Lənkəran şəhərində yerləşən notarisunun qarşısında onu gözləyir. O gedib ə Pərvizlə görüşmüşdür. Pərviz tək imiş və demişdir ki, pul ondadır. Birlikdə notariusa girmişlər. Orada pulu vermək üçün natariat qaydada borc kimi müqavilə bağlamışlar. Güya 15 fevral 2024-cü il tarixədək pulu qaytarmalıdır. Əslində pulu Pərvizdən almışdır ki, onun X43 stansiyasına sürücü kimi işə düzəltməlidir. Notarusdan çıxıb notariusun qarşısında Pərvizlə birlikdə idarə etdiyi Mersedes markalı avtomobilinə əyləşmişlər. Pərviz 1500 manat pulu sayıb ona vermişdir. Yanında heç kim yox imiş. Pərvizə demişdir ki, 1500 manat pulu ilkin sənədləşmə üçün alır, xəbər edəndə qalan 4500 manat pulu da gətirsin. Pərvizə demişdir ki, təxminən 2024-cü ilin yanvar ayın ortalarında işə çıxar. Həmin puldan aparıb səhv etmirsə 300 manatı Nüşabəyə vermiş və demişdir ki, qalan 4500 manatı alandan sonra da yenidən verər. Həmin gündən sonra İsmayıl və Pərvizlə danışıb işin həll olunacağı bardə deyirmiş. Bir neçə gün sonra Pərvizlə yenidən Lənkəran şəhərində yerləşən notarisunun qarşısında görüşmüşlər. Pərviz demişdir ki, pul ondadır. Birlikdə notariusa girmişlər. Orada pulu vermək üçün natariat qaydada borc kimi müqaviləsi bağlamışlar. Güya 28 fevral 2024-cü il tarixədək pulu qaytarmalıdır. Oradan çıxıb notariusun qarşısında onun idarə etdiyi Mersedes markalı avtomobilində qalan 4500 manat pulu sayıb Pərviz ona vermişdir. Yanında heç kim yox imiş. Pərvizi özünə inandırandan sonra ayırılmışlar. Həmin puldan səhv etmirsə 2000 manatı Nüşabəyə vermiş və qalanı da özünə xərcləmişdir. O Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs9 tanıyır. Təxminən 2023-cü ilin noyabr ayın ortalarında Nüşabə ona zəng edib demişdir ki, Lənkəran rayonu Aşağı- Nüvədi qəsəbə sakini Zərərçəkmiş şəxs9 adlı şəxs var, Vüsal X43 stansiyasında sürücü işləyir, qohumunu həmin satnsiyaya sürücü kimi işlə təmin etmək istəyir. Nüşabə demişdir ki, onun nömrəsini Vüsala vermişdir, onunla əlaqə saxlayacaqdır. Biraz keçəndən sonra Vüsal adlı şəxs ona zəng etmiş və görüşmək istədiyini demişdir. O demişdir ki, xəstəxananın yanında yerləşən çayxanadadır və biraz keçəndən sonra Vüsal qaynı Zaman və Zamanın atası İmanla ora gəlmişdir. Onlar birlikdə çay içmişlər. Vüsal demişdir ki, özü X43 stansiyasında sürücü işləyir, özü istəyir ki, qaynı Zamanı da işlə bərpa etsin. Vüsal demişdir ki, onu ilk dəfədir ki, görür, ona Nüşabə demişdir ki, güya o iş düzəldir. O da demişdir ki, o belə işləri çox görür kimi hara lazım olsa işlə təmin edə bilir. Güya hər yerdə tanışları var, TƏBİB dədə, xəstəxanada tanışları çoxdur. Vüsalı özünə inandırmışdır. Vüsal demişdir ki, Nüşabə ona demişdir ki, 4500 manat pul lazım olacaqdır. O da demişdir ki, Nüşabə ondan xahiş etmişdir, özü həmin məbləği demişdir. Vüsal demişdir ki, bir-iki gün keçsin gəlib görüşərlər. O razılaşmışdır. İki gün keçəndən sonra Vüsal ona zəng edib demişdir ki, Lənkəran şəhərində yerləşən Notariusun qarşısındadır. Həmdə Nüşabə də ona demişdir ki, onu gözləyirlər getsin. O həmin vaxt Lənkəran şəhərində yerləşən notariusun qarşısına getmişdir və Vüsal, qaynı Zaman və qaynatası İmanla görüşdür. O Vüsalla birlikdə notariusa daxil olmuşlar. Orada pulu vermək üçün natariat qaydada borc kimi müqaviləsi bağlamışlar. Oradan çıxıb notariusun qarşısında Vüsal 4500 manat pulu ona vermişdir. O demişdir ki, narahat olmasın, Zamanı sürücü kimi işlə təmin edər. Onlar razılaşmışlar. Bir neçə gün ərzində Vüsal, Zamanın sənədlərinin sürətlərini də ona vermişdir. Həmin aldığı 4500 manat puldan səhv etmirsə 30000 manatı götürmüş və qalan 1500 manatı Nüşabəyə onun evində vermişdir. O, Lənkəran rayonu Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs4 tanıyır, Zaurdan da pul almışdır. Belə ki, 2023-cü ilin dekabr ayın ilk günlərində Nüşabə ona zəng edib xəstəxanaya çağırmışdır. Nüşabə demişdir ki, Lənkəran rayonu Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs4 adlı şəxs həyat yoldaşını xəstəxanaya xadimə kimi işə düzəltmək istəyir. Nüşabə demişdir ki, gedib Zaurla kənddə görüşüb söhbət etsinlər. Nüşabə demişdir ki, Zaur ona demiş, o da həmin işin düzəlməsi üçün 3000 manat pul demişdir. Nüşabə Zaurun nömrəsini ona vermiş və zəng edib Zaurla Kərgəlan kəndində yerləşən çayxanada görüşmüşdür. Zaurla tanış olmuş və demişdir ki, Nüşabə ona demişdir ki, bu işləri güya o düzəldir. O demişdir ki, bu işlər onluqdur. Zaur demişdir ki, Nüşabə 3000 manat pul istəyib. O da Zaura yalandan demişdir ki, Nüşabəyə o demişdir ki, belə iş olsa desin. Zaur demişdir ki, qonşusu Nüşabə ilə işləyir, sonuncu Nüşabədən soruşanda o demişdir. Zaur demişdir ki, 3000 manat pulun yarısını indi verəcək. O demişdir ki, pulu ver sənədləşmə işlərinə başlasın. Zaurla evinə getmişdir. Zaur həmin gün yaşadığı Kərgəlan kəndində yerləşən evində razılaşdığı 3000 manat pulun 1500 manatını vermiş və demişdir ki, bir neçə gündən sonra qalan puluda verəcəkdir. O razılaşmış və Zaurdan ayrılıb xəstəxanaya gəlib pulun səhv etmir 500 manatını Nüşabəyə vermiş qalan 1000 manatı da özünə götürmüşdür. Bir neçə gün sonra Zaur Lənkəran rayonu Kərgəlan kəndində yolda görüşmüş və qalan 1500 manatı da almışdır. Həmin puldan Nüşabəyə səhv etmirə 700 manatını vermişdir. Nüşabə demişdir ki, yenədə kimsə iş axtarsa ona deyəcəkdir. O Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs10 tanıyır, ondan pul almışdır. 2023-cü ilin dekabr ayında dəqiq tarix yadında olmayan vaxt Lənkəran rayon Mərkəzi xəstəxanasına getmişdir. Orada özünə iynə vurdururmuşdur. Həmin vaxt xəstəxanada tibbi-qeydiyyatçı işləyən üzdən tanıdığı Tahirə adlı qadın onu görüb ona yaxınlaşmışdır. Tahirə ona yaxınlaşıb demişdir ki, onun qızı nişanlıdır, kürəkəni Asim adlı şəxs işləmir, onun üçün iş axtarır. Tahirə ona demişdir ki, güya öyrənmişdir ki, o iş düzəldir. O da demişdir ki, bu işlərlə məşğul olur. Tahirədən kürəkənini hansı işi istədiyini soruşanda demişdir ki, xəstəxanada mühafizəçi işi olsa yaxışı olar, dolanışıq olar maaş alıb işləyəcəkdir. O yalandan demişdir ki, bir adam var, danışıb deyər. Tahirəyə demişdir ki, təxminən 2500 manat lazım olar. Tahirə demişdir ki, buna imkanı çatmaz. Tahirə demişdir ki, 1800 manat düzəldə biləcək, o da demişdir ki, danışıb deyər. Əslində heç kimlə danışmır. Yalandan demişdir ki, güya işi kimnənsə görür. O Tahirənin yaşadığı Lənkəran şəhəri Hacılar küçəsindəki evinə getmişdir. Pulu qapıda Tahirədən almışdır. Tahirə demişdir ki, bunu heç kim bilməsin. İki gün sonra Tahirəyə demişdir ki, 41 manat da lazımdır ki, sağlamlıq arayışı lazımdır ki, alsın. Ona görə 41 manat rusumuda Tahirədən almışdır. Tahirədən aldığı pulu özünə xərcləmişdir. Sonra Tahirə ondan şikayət edəcəyini deyəndə 800 manatını qaytarmışdır. Sonra Tahirə ondan şikayət etmişdir və qalan pulunu da qaytarmışdır. Lənkəran rayonu Şürük kənd sakini Zərərçəkmiş şəxs16 tanıyır, Ruziyyə ilə tanışlığı əvvəllər Lənkəran rayonu Şürük kəndində yaşayan Azadə adlı qadın vasitəsilə tanış olmuşdur. Azadə ilə tanış imiş və hərdəm onun idarə etdiyi avtomobilini də sürürmüş. Belə ki, təxminən 2023-cü ilin dekabr ayın axırlarında bir gün Azadə ona demişdir ki, kənd sakini Zərərçəkmiş şəxs16 var, işə düzəlmək istəyir. Azadə kimnənsə danışmış və Şürük kəndinə Ruziyyənin həyətinə getmişlər. Orada başqa bir qadında var imiş. Ruziyyə demişdir ki, o xəstəxanada xadimə kimi işə düzəlmək istəyir. O demişdiur ki, narahatçılıq yoxdur və 2300 manata razılaşmışlar. Ruziyyə həmin vaxt ona 1000 manat vermiş və demişdir ki, qalanı da düzəldib verər. O demişdir ki, sənədlərin surətlərini də, hazırlasın səmədləri götürəndə qalan pulu da verər. Azadə ilə birlikdə oradan çıxmışlar. Həmin vaxt Azadəyə zəhmət haqqı kimi biraz pul vermişdir. Bir neçə gündən sonra yenidən Azadəilə həmin həyətə gdib qalan 1300 manatı da almışdır. Ruziyyəyə söz vermişdir ki, qısa müddət ərzində iş düzələcək. Sonra oradan çıxmışlar. Aldığı puldan Azadəyə biraz zəhmət haqqı kimi vermişdir. Sonra eşitmişdir ki, Ruziyyədə ondan şikayət etmişdir. O sonra Azadəni görə bilməmişdir. Azadə deyəsən Lənkətrandan çıxıb getmişdir. Sonra Ruziyyənin pulunu qaytara bilməmişdir. O, Lənkəran rayonu Sütəmurdov kənd sakini Zərərçəkmiş şəxs11m tanıyır. Zərərçəkmiş şəxs11m uzun müddətdir ki, tanıyır. 2024-cü ilin mart ayın əvvəlində maddi vəziyyəti pis olmaqla və pula ehtiyacı olduğundan Sahibəyə müəyyən miqdarlar da pul qarşılığında xəstəxanalar da tibb bacısı, məktəblərdə xadimə və başqa yerlərdə kimsə işə düzəlmək istədiyi təqdirdə düzəldə bildiyini, tanıdığı bir şəxs olduğu təqdirdə onunla əlaqə yaratmasını demişdir. Sahibə özü yaşadığı evin yaxınlığında yerləşən Velədi kənd orta məktəbdə xadimə işinə düzəlmək istədiyini demişdir. O da müəyyən miqdarda pulunu alıb öz ehtiyacları üçün xərcləmək məqsədi ilə Sahibəyə onu müəyyən miqdarda pul qarşılığında Velədi kənd orta məktəbində işə düzəldə biləcəyini demişdir. Sahibə ilə görüşüb söhbət etdikdən sonra 650 manat pul qarşılığında məktəbdə xadimə işinə düzəldəcəyini deyib razılığa gəlmişlər. Bir neçə gün sonra Sütəmurdov kəndinə Sahinənin yaşadığı vünvana gedib, onu işə düzəlmək üçün işlər gördüyünə inandırmaq məqsədi ilə işə düzəlməsi üçün Bakı şəhərində ilkin olaraq təqdim etməli olduğunu deyib şəxsiyyət vəsiqəsinin surətini, fotoşəklini almışdır. Sahibəyə eyni zamanda onun haqqında sağlamlıq haqqında arayış və digər müəyyən lazımi sənədlərin alınması məqsədi ilə ilkin olaraq 150 manat verməsini istəmişdir. Sahibə həmin vaxtlar mobil telefonda 150 manat pulu kart hesabına köçürtmüşdür. Bir neçə gün sonra yenidən Sahibə ilə əlaqə saxlayıb ona işinin düzəlməsi üçün digər işləri yekunlaşdırmağı məqsədi ilə razılaşdığı pulun qalan 500 manatını da verməsini demişdir. Həmin gün axşam saatlarında Sahibə ilə danışıb əlaqə saxladıqdan sonra pulu ona verməsi üçün onun təklifi ilə Lənkəran rayonu Velədi kəndinə getmişdir. Velədi kəndində yol kənarında gözlədiyi zaman Sahibə gəlib 500 manatı da ona vermişdir. Sahibəyə demişdir ki, işin həll olunar. Həmin pulu özünə xərcləmişdir. Sonra Sahibə ondan şikayət etmişdir. O Sahibənin pulunu tam ödəmişdir. O, Lerik rayonu Nsomurya kənd sakini Zərərçəkmiş şəxs17 tanıyır. 2024-cü ilin mart ayın ortalarında Lənkəran şəhərində olduğu zaman Lerik rayon sakini tanışı Şahid1lə telefonla əlaqə saxlamış və ona Lənkəran şəhərində olduğunu demişdir. O İdrisi çoxdandır ki, tanıyır. Onunla Bakı şəhərində xəstəxanada tanış olmuşdur. Söhbət zamanı İdrisə demişdir ki, qohumlardan və yaxud yaxın şəxslərdən istəyən olsa təqaüdünü bərpa edə bilər. Onun pula ehtiyacı olduğundan bunu demişdir. Çünki pulu olmamışdır. İdris demişdir ki, Lerikə qayıdacaq, orda bacısı əri Nurəli əvvəl təqaüddə olmuş, sonradan təqaüdünü ləğv etmişlər. O İdrisə demişdir ki, Nurəli ilə danışıb xəbər etsin. Təxminən həmin vaxtdan bir neçə gün keçdikdən sonra Nurəli ona zəng edib demişdir ki, onun mobil nömrəsini Nurəliyə vermiş, özü onunla əlaqə saxlayacaqdır. O İdrislə danışan zaman bu işi 3000 manata həll edəcəyini demişdir. İdrisə demişdir ki, ona görə həmnin məbləğdən biraz az qiymətə də həll etmək olar. İdris də ona demişdir ki, Nurəli ilə danışıb xəbər edər. Daha sonra Nurəli ona zəng etmişdir. O Nurəliyə demişdir ki, əvvəlki sənədlərini gətirsin baxar. Təxminən 2024-cü ilin mart ayın axırlarında Nurəli ona zəng edib demişdir ki, Sütəmurdov kəndinə hüzür mərasiminə gəlmişdir. Onu da çağırmışdır. O getmiş və Nurəli ilə danışmışdır. Demişdir ki, 2700 manat pul lazım olacaq. Nurəli demişdir ki, o qədər imkan olmaz. Nəhayət 715 manata razılaşmışlar. Həmin vaxt Nurəli ona 500 manat vermişdir ki, ilkin işləri görsün. Bir neçə gün sonra yenidən Nurəli onun kartına 130 manat pul atmışdır. Bir neçə gün sonra onunla Lənkəran rayonu Digah kəndində görüşmüş və ona 85 manatda pul vermişdir. Sonra Nurəli onun iş görə bilməyəcəyini bilib ondan şikayət etmişdir. Nurəlinin pulunu qaytara bilməmişdir. O, Lənkəran rayonu Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs13 tanıyır. Səyyadla səhv etmirsə 2024-cü ilin aprel ayında Lənkəran rayon məhkəməsinin qarşısında çayxanada tanış olmuşdur. Zərərçəkmiş şəxs13 onun əlaqələrinin geniş olduğunu bilib söhbət etməyə başlamışdır. O da demişdir ki, müharibə vetranıdır, hər iş görür, hara getsə ona hörmət edirlər. Səyyad demişdir ki, gəlnini xəstəxanaya düzəltmək istəyir. O demişdir ki, maraqlanıb deyər. Bir neçə gün sonra Səyyadla danışıb demişdir ki, Medical xəstəxanasında qeydiyyatçı ştatı boşdur. Səyyadla gəlinini həmin işə düzəltməkdən ötrü 4500 manata razılaşmışlar. Bir neçə gün sonra dəqiq tarix yadında olmayan vaxt Səyyada zəng etmiş və Lənkəran şəhəri Ş.Xiyabnma gəlmiş və görüşmüşlər. Həmin vaxt Kərgəlan kənd icra nümayəndəsi Məmməd müəllimdə gəlmişdir. Səyyad ona 2000 manat vermiş və demişdir ki, qalanı da sonra verər. Sonra ayrılmışlar. Təxminən 10 gün keçdikdən sonra Səyyadla danışmış və qalan 2500 manatı da ondan Ş.Xiyabanında almışdır. Həmin vaxt axşamçağı olduğundan Məmməd müəllim də orda olmuşdur. Səyyadın avtomobili ilə gəlmişlər. Məmməd müəllimidə, tanıdığı üçün ona demişdir ki, iş düzələcəkdir. Amma Məmməd işi tam bilmirmiş. Bir neçə gündən sonra həbs olunduğu üçün Səyyadın pulunu qaytara bilməmişdir. O bundan başqa heç kimdən pul almamışdır Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs4 pulları alıb Təqsirləndirilən şəxs1 vermiş və burada onun hər hansı maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs1 yalan ifadə verir, sonuncu ona hər hansı məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs1 özünü ona iş düzəldən adam kimi təqdim etdiyindən o, da inanıb zərərçəkmiş şəxslərə kömək etmək üçün Təqsirləndirilən şəxs1lə tanış etmişdir. Təqsirləndirilən şəxs1 onun özünü də aldatmış, torpaq almaq adı ilə ondan pul almış və nə torpaq almış, nə də pulunu qaytarmamışdır. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 də vurulmuş ziyanı istintaq zamanı qorxduğundan ödəmişdir. Məhkəmədən barəsində ədalət qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılmış ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olmaqla, hal-hazırda Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/15, mənzil 53-də kirayədə yaşayır. Tək yaşayır. Subaydır. Lənkəran rayon Mərkəzi xəstəxanasında işləyir. 2011-ci il tarixdən xəstəxanada xadimə kimi işə başlamış, hazırda xəstəxananın Təcili yardım şöbəsində xadimə işləyir. Aylıq aldığı əmək haqqı ilə dolanır. Bundan başqa fərdi evlərdə işləyib ev təmizləyir. Xəstəxanada növbəli şəkildə işləyir. 2023-cü ilin avqust ayında xəstəxananın yanında mağazada işləyən Zamiqin vasitəsilə Ələmlə tanış olmuşdur. Ələmi görüb tanımışdır, çünki Ələm dəfələrlə şöbəyə gəlib getmişdir. Ələm demişdir ki, xəstəxananın baş həkimi Ağabala ona tapşırmışdır ki, onun üçün sakit təbiətli adamlar tapsın ki, onları işə götürsün. Ələm demişdir ki, xəstəxanada sanitar işçi, qeydiyyatçı işçiləri üçün boş yerlər vardır. Ələm demişdir ki, xəstəxananın boş yerlərin siyahısı onda vardır. Ələmə demişdir ki, qohumlarıdan bir neçə nəfər işə görə ona müraciət etmişdir. Ələm demişdir ki, bu dəqiqə o Baş həkimə zəng etsin. O demişdir ki, Lənkəran rayonu Şürük kənd sakini Aygün adlı qohumuda ona demişdir ki, iş olsa qızı üçün düzəltmək istəyir. Ələmə demişdir ki, qohumu var, Aygün müəllimə qızını xəstəxanaya işə düzəltmək istəyir. Ələm demişdir ki, boş şeydir, düzəldəcəkdir. Həmin vaxt Ələm telefonu götürüb Ağabala adlı baş həkimə güya zəng etmişdir. Amma kimnənsə danışmış və demişdir ki, bu Ağabala həkimdir. O danışan şəxsə deyirmiş ki, iş var, həmin şəxs də demişdir ki, gedin pulu alın, işi düzəldin. O Ələmə inanmış və demişdir ki, gedək qohumu var, Aygün onun qızını işə düzəltsinlər. Aygünün baldızı Hüsniyyə onun bacısının qaynı arvadı olduğu üçün Hüsniyyə zəng edib demişdir ki, bir nəfər var, iş düzəldir, baş həkimlə işləyir. Hüsniyyə demişdir ki, gəlsinlər birlikdə Aygünün evinə getsinlər. Ələmə də bunu deyib razılaşmışlar və birlikdə sonuncunun idarə etdiyi Mersedes markalı avtomobillə Lənkəran rayonu Tütəpeştə kəndinə getmişlər. Orada Hüsniyyəni götürüb birlikdə Aygünün yaşadığı Lənkəran rayonu Şürük kəndindəki evinə getmişlər. Hələ yolda olduğu zaman Ələm demişdir ki, baş həkim ona demişdir ki, başqa bunu heç kim bilməməlidir ki, kimsə bilsə pulu qaytarcaqdır. Yəni pul aldığını heç kim bilməməlidir. O razılaşmışdır. Birlikdə Aygünün evinə getmişlər. Aygünün evində qızı Günay da orda olmuşdur. Söhbət zamanı o Ələmi təqdim etmiş və demişdir ki, iş düzəldir. Söhbət zamanı Ələm demişdir ki, baş həkimlə danışmış, Günayı xəstəxanada qeydiyyatçı işinə düzəltmək üçün 3500 manat pul lazımdır. Aygün həmin vaxt qudası İmaməli adlı şəxsə zəng etmiş və danışmışlar. Biraz keçəndən sonra İmaməli adlı şəxs gəlmiş, İmaməli arvadı və gəlini ilə gəlmiş, İmaməlinin gəlini Aygünün qızıdır. İmaəli də gələndən sonra əyləşib çay içirmiş. Ələm isə İmaməli və Aygünlə danışırmış və deyirmiş ki, o bütün yerlərə əli çatır, kimi istəsə ora işə düzəldə biləcəkdir. Ələm mobil telefonun ekranına prezdentin və TƏBİB-nin sədrinin şəklini də qoymuşdur və deyirdi ki, TƏBİB-lə işləyir. Həmin vaxt Aygün Ələmlə danışmış və Aygün 3500 manatı Ələmə vermişdir. Hətta Ələm öz nömrəsini İmaməliyə verib demişdir ki, adını “Kərbəlayi Ələmdar” yazsın. Ələm orda Günayın şəxsiyyət vəsiqəsini və diplomu götürüb demişdir ki, təbibə göndərəcəkdir. Hətta Ələm orda Aygündən 41 manat da rusum pulu almışdır. Aygün özüdə pulu İmaməlidən almışdır. Aygünün həyat yoldaşı da vəfat etmişdir. Ələm orda Aygünə demişdir ki, 55 gün müddət ərzində iş düzəldəcəkdir. Ələm orda tapşırmışdır ki, pul almağını heç kimə deməsinlər, bunu heç kim bilməsin, bilinsə əgər iş pozulacaqdır. Həmin vaxt orada İmaməlidə deyirmiş ki, onun da gəlinini işə düzəltsin. Daha o söhbəti bilməmişdir. Ələm pulu alıb cibinə qoyandan sonra yolda kiməsə zəng edib demişdir ki, qohumudur, pulu almış, narahatçılıq yoxdur heç kimə deməz. Ələm demişdir ki, baş həkimlə danışır. Daha sonra Ələm kiməsə zəng edib demişdir ki, bu adam TƏBİB-n direktorudur, onunla da danışsın. Ələm telefonu ona verib demişdir ki, danışsın. Həmin şəxs ona demişdir ki, “Nüşabə xanım, narahat olmayın, o TƏBİB-n işçisidir, iş düzələcəkdir”. Sonra Ələm gətirib onu xəstəxananın yanında düşürtmüş və demişdir ki, xəstəxanaya gedir. Ələmdən xahiş etmişdir ki, o işi düzəltsin qohumlarımdır. Ələm demişdir narahat olmasın düzələcəkdir. Ələm hətta demişdir ki, mağaza sahibi Zamiqə bu barədə heçnə deməsin və bilməsin. Həmçinin, ona demişdir ki, iş istəyən olsa yenədə ona desin , pulunu alsın. O da Ələmə inandığı üçün razılaşmışdır. Bundan sonra 2023-cü ilin sentyabr ayın axırlarında bir gün Ələm zəng edib demişdir ki, X43 şöbəsinə tibb bacısı yeri boşdur, adam varsa ora düzəltsin. Həmin vaxt yadına düşmüşdür ki, bacısı qızı Günel Lənkəran şəhəri Ağciyər xəstəxanasında tibb bacısı işləyir və ordan çıxıb Lənkəran şəhəri X43 stansiyasında tibb bacısı vəzifəsinə düzəlmək istəyir. Ələmə bunu danışmışdır. Ələm demişdir ki, yerdəyişməyə 2000 manat pul lazımdır. O dərhal bacısı qızı Günelə zəng edib bu barədə demişdir. Günel demişdir ki, razıdır. Günelə demişdir ki, evdədir, pulu düzəlt gəl adam var iş düzəldir. Elə həmin gün bacısı qızı Günel pul düzəldib kirayə yaşadığı evə gəlmişdir. Günel 2000 manat pul gətirmişdir. Günel gəlməmiş Ələmlə danışanda sonuncu demişdir ki, şəxsiyyət vəsiqəsini və diplomunu da gətirsin. Ələm hətta demişdir ki, 41 manat rusumu da gətirsin. Günel bunları hazırlayıb gətirmişdir. Günel gələndən sonra Ələmə zəng edib bu barədə demişdir. Ələm gələndən sonra onu Günellə tanış etmişdir. Ələm Günellə danışandan sonra sonuncu çantasından 2041 manat pulu, diplomu və şəxsiyyət vəsiqəsini Ələmə vermişdir. Ələm hətta diploma baxıb demişdir ki, “sən qırmızı diplomla bitirmisən, yüksək maaş alarsan” Günel də buna baxıb sevinmişdi. Ələm həmin vaxt kiməsə zəng edib demişdir ki, Ağabala həkimdir. Ələm həmin vaxt telefonda “doktor, Nüşabənin qohumudur, qırmızı diplomla bitirib”. Sonra Ələm demişdir ki, o tələsir, gedib həkimlə danışacaqdır. Ələm pulu və sənədləri alıb getmiş və gedəndə demişdir ki, 55 günə iş düzələcəkdir. O və Günel Ələmə inanmışlar. Daha sonra bacısı qızı Günel biraz qaldıqdan sonra çıxıb getmişdir. Bundan sonra 2023-cü ilin oktaybr ayın oratalarında bir gün Ələm ona zəng edib demişdir ki, xəstəxanada qeydiyyatçı işinə iki nəfər lazındır ki, işə düzəltsin. O bunu iş yoldaşı Mehbarə Abdulovaya demişdir. Mehabrə demişdir ki, baldızı qızı Zərərçəkmiş şəxs7 işləmək üçün ona demişdir. Leyla özü Bəlləbür kəndində yaşayır. Ələmə demişdir ki, Mehbarə adlı iş yoldaşının qohumu istəyir. Ələm demişdir ki, 3000 manat qeydiyyatçı kimi, 50 manatda verməlidir ki, sağlamlıq arayışı alsın. O bunu Mehbarəyə demişdir. Mehbarə razılaşmış və evinə gəlib pulu ona vermişdir. Mehparə həmin vaxt Leyla ilə gəlmişdir. O pulu Ələmə vermişdir. Daha sonra Ələm özü Leylanı görməmişdir. Ələm demişdir ki, Leyla kursa gedib sertifikart alsın. Leyla da gedib sertifikat almışdır. Həmin sənədləri Leyla ona verib o da Ələmə vermişdir. Bundan sonra təxminən 2023-cü ilin oktyabr ayında dəqiq tarix yadında olmayan vaxt gecə işdə olmuşdur. Həmin vaxt Ələm ona zəng edib demişdir ki, xəstəxananın X43 şöbəsində bir tibb qardaşı yeri boşdur. Ələm demişdir ki, həmin yerə istəyən olsa maraqlanar və ona desin. Həmin vaxt yadına düşmüşdür ki, Lənkəran rayonu Ləj kənd sakini Zərərçəkmiş şəxs6 xəstəxananın reanimasiya şöbəsində tibb qardaşı işləyir və iş rejimi ağır olduğundan iş yerini dəyişmək istəyir. Həmin vaxt İsmayıla zəng edib demişdir ki, hazırda işdədir və yanma gəlsin. İsmayıl gələndən sonra oturub söhbət etmişlər və ona demişddir ki, TTYS-da tibb qardaşı yeri boşdur, istəyirsənsə işini ora düzəltsinlər. O İsmayıla demişdir ki, işi Ələm adlı şəxs görür, Ələm hətta bacısı qızının da işini ora düzəldir. İsmayıl demişdir ki, səhər işdən çıxıb danışarlar. Səhəri gün saat 09 radələrində növbədən çıxmışdır. İsmayılda növbədən çıxıb xəstəxananın arxa tərəfinə keçmişlər. Həmin vaxt Ələm ona zəng edib demişdir ki, İsmayılın işini dəyişmək üçün 5000 mnanat lazımdır. İsmayıl demişdir ki, gedib bankdan pul çıxarıb gətirəcəkdir. İsmayılla razılaşmışlar və o getmişdir. O da evə gəlmişdir. Həmin gün axşamçağı saat 17 radələrində İsmayıl ona zəng etmiş və demişdir ki, pul hazırdır. O ünvanı demiş və o binanın qarşısına gəlmişdir. O aşağı düşmüş və İsmayıl ona 5000 manat pul vermişdir. Həmçinin əlavə 41 manat da əlavə vermişdir ki, Ələm ona demişdir ki, güya sağlamlıq haqqında arayışda alacaqdır. O pulu İsmayıldan almış və o getmişdir. O Ələmə zəng edib demişdir ki, pulu almışdır. 1-2 saatdan sonra Ələm evə gəlmiş pulu evdə ona vermişdir. Pulu Ələmə verəndə Ələm demişdir ki, gedib Aygünün pulunu qaytarmalıdır. O niyə pulu qaytardığını soruşduqda demişdir ki, güya baş həkim deyib ki, o pul alıb işə adam götürmək üçün pulları Ağabalaya verir. Ələm demişdir ki, baş həkim deyib ki, güya bunu icra başçısı bilsə hər ay ondan 30000 manat pul alacaq. Güya baş həkim deyib ki, gedib Aygündən aldığı pulu qaytarsın. O demişdir ki, özün bilərsən. Ələm demişdir ki, birlikdə gedib pulu Aygünə qaytaraq. O razılaşmış və Ələmin idarə eldiyi avtomobilə əyləşib birlikdə Şürük kəndinə Aygünün evinə getmişlər. Ələm demişdir ki, Aygünün evinə gedəndən sonra onları aparıb Parakənd kəndində hüzür yerinə qoyacaq. Aygünün evinə getmişlər. Ələmlə birlikdə Aygünün evinə girmişlər. Ələm Aygünə demişdir ki, “mən dedim axı, heç kim bilməsin, Elnur adlı İcra hakimiyyətində işləyən şəxs bunu eşidib, baş həkimə demişdir”. Ələm cibindən 3500 manatı çıxarıb Aygünə uzatdı. Aygün pulu götürməyib demişdir ki, istəmir, uşağının işini düzəltsin. Ələm demişdir ki, gedib baş həkimə yalvaracaq ki, uşağın işini düzəltsin və pulu götürsün. Aygündə razılaşmışdır. Ələm onu evdə qoyub getmişdir. Ələm getməmişdən əvvəl ona demişdir ki, TTYS-da sürücü yeridə boşdur. Orada adam olsa deyib, işə götürəcəkdir. O bunu İsmayıla demişdir. Sonra İsmayıl da bunu həmkəndlisi həmdə kürəkəni olan Pərviz adlı şəxsə demişdir. İki gün keçəndən sonra İsmayıl ona zəng etmişdir. O demişdir ki, evdədir, İsmayıl demişdir ki, Pərvizlə gəlmək istəyir. Biraz keçəndən sonra Pərviz və İsmayıl gəlmişlər. İsmayıla demişdir ki, pulu Ələmə vermiş, sonuncu ona demişdir ki, işi düzəldəcəkdir. Həmin vaxt Pərviz demişdir ki, Hava Limanında işləyir, işini dəyişmək istəyir. O Ələmə zəng etmiş biraz keçəndən sonra Ələm evə gəlmiş və onları tanış etmişdir. Ələm İsmayıla demişdir ki, ona verdiyi 5000 manatı almış, 55 gün müddətinə işini düzəldər. İsmayıl da razılaşmışdır. Daha sonra Pərviz demişdir ki, onun da işini düzəltsin. Ələm yenidən güya baş həkimə zəng etmiş və kimnənsə danışmış və demişdir ki, sürücü kimi işə düzəltmək üçün adam var. Güya baş həkim ona demişdir ki, 1 aya sürücü təqaüqdə çıxır, həmin şəxsin yerinə təyin edəcəkdir. Pərvizdə ona inanmış və danışmışlar. Pərviz də demişdir ki, danışıb xəbər edəcəkdir. Sonra çıxıb getmişlər. Sonra eşitmişdir ki, Pərvizdə Ələmə 6000 manat pul vermişdir. Bildiyinə görə Pərviz pulu notarus qaydasında Ələmə vermişdir. Daha bundan xəbəri olmamışdır. Bundan sonra təxminən 2023-cü ilin noyabr aym əvvəllərində bir gün piyada bankdan çıxıb evə gələndə TTYS-da həkim işləyən Zərərçəkmiş şəxs9 görmüşdür. Vüsal ona hardan gəldiyimi soruşmüşdur. Demişdir ki, bankdan gəlir. Vüsala demişdir ki, torpaq alır, bank ona pul verməmişdir. Vüsal söhbət zamanı ona demişdir ki, eşitmişdir ki, güya o xəstəxanaya işləmək üçün işçi axtarır və hətta işədə düzəldir. O Vüsala demişdir ki, o yox, Ələm adlı şəxs düzəldir. Vüsal demişdir ki, qaynım TTYS-da sürücü kimi işə düzəltmək istəyir. O Ələmə zəng vurub bu barədə demişdir. Ələm demişdir ki, sürücü kimi boş yer var, düzəltmək olar. Ələm demişdir ki, nömrəmi Vüsala versin, sonuncu özü onunla əlaqə saxlasın. O nömrəni Vüsala vermiş və getmişdir. Daha Vüsala heçnə deməmiş və torpaq sahəsini almaq üçün pul axtarmağa getmişdir. Sonra eşitmişdir ki, Vüsal Ələmlə danışmış, notarus qaydasında Ələmə pul vermişdir. Nə qədər pul verdiyini bilməmişdir. Ələm həmin puldan ona heçnə verməmişdir. Bundan sonra 2023-cü ilin dekabr aym ilk günlərində Ələm ona demişdir ki, Kərgəlan kəndində yeni məntəqə tikilir, ora xadimə işinə və digər işçi lazım olsa desin. Həmin vaxt onunla Kərgəlan kənd sakini Xoşbəxt adlı qadın işlədiyi üçün sonuncuya demişdir ki, Kərgəlanda məntəqə açılsa orda işləyər. Xoşbəxt demişdir ki, özü yox, qohumlarından işə düzəlmək istəyən vardır. Xoşbəxt bu işi kim düzəldəcəyini ondan soruşmuşdur. O demişdir ki, Ələm adlı şəxs var, o deyib. Xoşbəxt Ələmin nömrəsini ondan almışdır. Bir neçə gün sonra Kərgəlan kənd sakini Zaur adlı şəxs ona zəng edib demişdir ki, arvadı işə düzəlmək istəyir. O Zaura demişdir ki, bu işi Ələm özü görür. Hətta Zaura demişdir ki, Xoşbəxt işə düzələndə onun xahişini də o etmişdir. Yəni bir neçə il əvvəl Xoşbəxt işə düzələndə oda xəstəxana rəhbərliyindən xahiş etmişdir ki, onu işə götürsünlər. Heç kimə pul verməmişdir. Zaura da demişdir ki, bu işi Ələm görür. Xoşbəxt də Ələmin nömrəsini Zaura vermişdir. Sonra eşitmişdir ki, Ələm Zaurdan da 3000 manat pul almışdır. Xoşbəxt bunu ona demişdir. Ələm Zaurdan pulu alandan bir müddət keçdikdən sonra Ələmi küçədə görmüş və soruşmuşdur ki, camahatın işi necə oldu? Çünki, Aygün, İsmayıl, Günel və Leyla ondan soruşurmuşlar. O Ələmə deyirmiş ki, “məni tanıyanlar pulu mənə veriblər, məndə pulu vermişəm sənə”. Ələm yenədə onu bu gün sabaha salmışdır. Səhəri gün Ələmi xəstəxananın qarşısında görmüş və soruşmuşdur ki, camahatın işi necə oldu?. Ələm avtomobildə təxminən 50-60 ədəd əmək kitabçalarını və digər sənənədləri ona göstərib demişdir ki, bunları xəstəxanaya aparır, sənədlərdir, narahat olmasın. Artıq Ələmin hərəkətlərinin dələduzluq olduğunu bilib, 2023-cü ilin dekabr ayın əvvəllərində onu Z.Əliyeva küçəsində avtomobillə hərəkətdə olduğunu görüb avtomobili saxlatdırmışdır. Ələmə demişdir ki, pulları versin sahiblərinə qaytarsın. Ələmə demişdir ki, Zaurdan aldığı pulu versin. Ələm demişdir ki, Zaur onun qohumudur özü biləcək, o Ələmdən zorla Zaurdan aldığı puldan 1500 manat alıb, işə gedib Xoşbəxtə demişdir ki, Zaur gəlib ondan pulu alsın. Xoşbəxt demişdir ki, Zaur gəlmir. O 1500 manatı Zaurun qouhumu xəstəxanada işləyən adını bilmədiyi xadiməyə vermişdir ki, Zaura versin. Həmin Xadimə aparıb pulu Zaura vermişdir. Evdə olan vaxt Xoşbəxt ona zəng edib demişdir ki, Zaur evdə hay-küy salmışdır ki, pulu niyə almışdır. Zaur demişdir ki, Ələm ona zəng edib demişdir ki, artıq işin bitməsinə az qalıb, iş artıq hazırdır. Zaurda deyib pulu Ələmə versin. O da gedib Ələmlə birlikdə pulu həmin qadından alıb onun yanında Ələmə vermişdir. Bundan başqa heç kimdən pul almamışdır. Sonradan Ələmin dələduzluq hərəkətlərini görüb ondan şikayət etmişdir. Pul aldığı şəxslərdə ona zəng edib pulllarını tələb edirmişlər. O məcbur qalıb qorxduğu üçün Leyladan aldığı pulu qaytarmışdır. Evində olan televizoru, paltaryuyan maşını və digər əşyaları satıb qaytarmışdır. Bundan sonra pulu Ələmdən tələb etsə də, onu hədələyib döymək istəyirmiş. Dəfələrlə Ələmin evinə gedib pulu istəsə də ona hədə-qorxu gələrək pulları onunla birlikdə xərclədiyini deyirmiş. O Leyla və İsmayıldan başqa heç kimdən pul almamışdır. Leyla və İsmayıldan aldığı pulu da Ələmə vermişdir. Onun Ələmlə bu işlərdə əlbirliyi olmamışdır. Ələm bu işlərə görə ona pul verməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 оğlu ifadəsində göstərdi ki, Lənkəran rayonu Şilavar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Lənkəran şəhəri Füzuli küçəsində yerləşən "xxxx" ASC-də çilingər işləyir. İki uşağı tələbədir. Həyat yoldaşı Günay Talıbova da heç bir yerdə işləmir. Belə ki, o əvvəllər Lənkəran şəhəri Nizami küçəsində yerləşən Lənkəran rayon Məhkəməsinin qarşısında olan çayxanaya çay içməyə gedirmiş. 2022-ci ilin may-iyun aylarında çayxanaya gedən vaxtlar Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Təqsirləndirilən şəxs1lə tanış olanda o, ona Lənkəran şəhərində hər bir orqanda və idarələrdə sözü keçən adam olduğunu, həmçinin bir çox şəxsləri təqaüdə çıxartdığını bildirmişdir. O da Ələmə inanmış və ona demişdir ki, özü ürəyindən müalicə alır, dəfələrlə İran İslam Respublikasına gedib müalicə almışdır. Ələmə demişdir ki, istəyir ki, təqaüdə çıxsın. Ələm demişdir ki, bu iş onun üçün sadə bir işdir. Ələmə inanmışdır. Söhbət zamanı Ələm demişdir ki, şəxsiyyət vəsiqəsini votçapla onun telefonuna atsın, o həkimə göstərəcək, əgər həkim desə ki, ona təqaüd düşür ona xəbər edəcəkdir. Ələm hansı həkimə şəxsiyyət vəsiqəsinin surətini göstərəcəyini deməmişdir. Həmin vaxtlar votçapla şəxsiyyət vəsiqəsini Ələmin telefonuna atmışdır. Ələm ***-***-**-** nömrəli mobil telefondan istifadə etmişdir. Təxminən iki gün keçməmiş Ələm ona zəng edərək. onu təqaüdə çıxara biləcəyini, həkimlə danışdığını, onu təqaüdə çıxartmaq üçün 4500 manat lazım olduğunu, 3 aydan sonra təqaüdə çıxa biləcəyini demişdir. Belə ki, 2022-ci ilin oktyabr sonlarına qədər o 2000 manat pul düzəltmiş və Ələmələ işlədiyi "xxxx" ASC-nin həyətində görüşmüşdür. Ələm tək olmuş, yanında kimsə olmamışdır. Onun yanında da heç kim olmamış.dır. Ələmlə qərara gəlmişlər ki, 2000 manatı verəndən sonra qalan 2500 manatıda 2022-ci ilin noyabr ayında verər. O həmin vaxt 2000 manatı Ələmə vermişdir. Ələm ondan heç bir sənəd daha istəməmişdir. Ələm demişdir ki, 2023-cü ilin yanvar-fevral ayına qədər təqaüdə çıxa bilər. Pulu Ələmə vermişdir. Daha sonra mütamadi olaraq əlaqə saxlayıb görüşürlərmiş. Daha sonra 2022-ci ilin noyabr ayın axırlarında 2500 manat pul düzəltmiş və Ələmlə əlaqə saxlayıb iş yerində görüşmüşlər. Qalan 2500 manatıda noyabr ayın axırlarında iş yerinin həyətində Ələmə vermişdir. Ələmin yanında və onun yanında kimsə olmamışdır. O Ələmə inanmışdır. 2023cü ilin yanvar və fevral ayma qədər gözləmiş və Ələmdən xəbər çıxmamışdır. Ələmlə əlaqə saxlayanda ona yalandan vəd verərək məni aldadırmış. O Ələmin onu aldadıb yalan danışdığını bilib ondan pulunu istəmişdir. Ələm demişdir ki, pulunu qaytaracaqdır. Ələmə inandığı üçün hətta evinə də gəlib-gedirmiş. Bir neçə qohumları da, Ələmə inanıb təqaüdə çıxartmaq adı ilə Ələmə pul vermişlər. Nəhayət Ələm 2023-cü ilin aprel ayında ona “Kapital bank” a məxsus bir kart verib demişdir ki, güya onun adınadır. O hər ay kartdan 320 manat olmaqla cəmi 7 ay pul götürmüşdür. Ələm deyirmiş ki, kart güya onun adınadır. Sonra bilmişdir ki, kart onun adına deyil, kiminsə kartıdır, Ələm özü hər ay karta pul yükləyirmiş. Daha sonra kartı öyrənmiş görmüşdür ki, kart Cavadova Rəsmiyyə adlı qadının adınadır. O bunu görüb Ələmə demişdir ki, kart adma deyil. Ələm demişdir ki, həkimlərlə danışacaq, kartı onun adına qeydiyyata salacaqdır. 2023-cü ilin dekabr ayında həmin kartdan pul çıxartmaq istəyəndə görmüşdür ki, kartda pul yoxdur. Ələm demişdir ki, 2024-cü ilin yanvar ayında kartı onda olacaq. O bilmişdir ki, Ələm onu aldatmışdır. Daha sonra Ələmdən pulunu ala bilməmişdir. O Ələmin ona verdiyi kartdan hər ay 320 manat olmaqla, 7 ay yəni 2240 manat pulu çıxartmışdır. Qalan 2260 manat pulunu ala bilməmişdir. Sonra bilmişdir ki, Ələm həbs olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs1 qalan maddi ziyan - 2260 manatı tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs12 оğlu ifadəsində göstərdi ki, Masallı rayonu Məmmədoba kəndində qeydiyyatda olmaqla həmin kənddə arvadı Leyla Qasımova ilə birlikdə yaşayır. Təqaüdçüdür. Aldığı təqaüdlə dolanır. 1 qızı və 4 oğlu vardır. Qızı və oğlanları ailəlidir. İki oğlu yaşadığı Məmmədoba kəndində ayrı-ayrı evlərdə yaşayırlar. Qızı və bir oğlu Bakı şəhərində yaşayırlar. Sonuncu oğlu Vasif Mirzəyev isə ailə üzvləri ilə birlikdə Qazaxıstan Respublikasında yaşayır. Bakı şəhərində yaşayan gəlini Çimnaz Ağayeva və Qazaxıstan Respublikasında yaşayan gəlini Əsmər Mirzəyeva əvvəllər xəstəliyi ilə bağlı təqaüd alırmışlar. Həmçinin Bakı şəhərində yaşayan nəvəsi Mehdini də təqaüdə şıxartmaq istəmişdir. Bundan başqa Masallı rayonu Məmmədoba kəndində yaşayan nəvələri Əli Mirzəyev və Hüseyn Mirzəyev də təqaüd aldıqları üçün onların təqaüdü kəsilmişdir. O kəsilmiş təqaüdlərini bərpa etmək istəmişdir. Belə ki, 2022ci ilin aprel ayında nəvələrinin təqaüdünü bərpa etmək üçün Lənkəran şəhər Psixiatriya Xəstəxanasına getmişdir. Həmçinin gəlinlərinin sənədləri də xəstəxanada olduğundan onunla maraqlanmışdır. Çünki, gəlinləri və nəvələri orda qeydiyyatda olduğundan təqaüd alırmışlar. Gəlinləri və nəvələrinin təqaüdü kəsildiyi üçün bu barədə maraqlanmışdır. Orada işləyən Gülcamal adlı qadın ona demişdir ki, xəstəxanaya Ələm adlı bir şəxs gəlib deyir ki, sonuncu belə işləri yaxşı bacarır. Gülcamal demişdir ki, sənədləri Bakı şəhərinə göndərmək lazımdır. O Ələm adlı şəxsin nömrəsini Gülcamal adlı qadından almış və Ələmə zəng edərək danışmışdır. Ələm demişdir ki, o Lənkəran şəhəri Ləvəngi dairəsindədir. O Ələmin dediyi yerə getmişdir. Ləvəngi dairəsində Ələmlə görüşmüşdür. Ələm demişdir ki, o bu işləri bacarır. Ona görədə, ona demişdir ki, iki gəlini və 3 nəvəsinin təqaüdünü bərpa etmək üçün hərəsinə 1500 manat pul lazımdır. O bununla razılaşmışdır. İlk dəfə 2023-cü ilin yanvar ayında Ələmlə Lənkəran şəhəri Mərkəzi Xəstəxananın yanında görüşmüş ona iki nəvəsinə görə 3000 manat pul vermişdir. Digər nəvəsinə görə 1500 manat pulu 2023-cü ilin fevral ayında Masallı rayonu Boradigah qəsəbəsində Ələmə vermişdir. Yanında heç kim olmamışdır. Daha sonra 2023-cü ilin noyabr-dekabr ayılarında iki dəfəyə ümumi olaraq hər dəfə 1500 manat olmaqla 3000 manat pulu Ələmə Masallı rayonu Boradigah qəsəbəsində vermişdir. Ələmə ümumilikdə 7500 manat pul vermişdir. Lakin Ələm vədinə əməl etməyərək onu aldadaraq pullarım ələ keçirmişdir. O pullarını Ələmdən ala bilmədiyi üçün şikayət etmişdir. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, Lənkəran rayonu Şilavar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur, fəhləlik edir. Həmkəndlisi Zərərçəkmiş şəxs1 onun qaynıdır və bir kənddə yaşayırlar. Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 adlı şəxsi qaynı Şəfahətin vasitəsi ilə tanıyır. Belə ki, təxminən 2022-ci ilin oktyabr-noyabr aylarında Şəfahət demişdir ki, Təqsirləndirilən şəxs1 onu təqaüdə çıxartmaq üçün ondan pul almışdır. Nə qədər pul aldığını bilmir. Şəfahət demişdir ki, Təqsirləndirilən şəxs1 onu təqaqüdə çıxaracaqdır. O özüdə heç bir yerdə işləmədiyi üçün Şəfahətə demişdir ki, o da təqaüdə çıxmaq istəyir, Ələmdən xahiş etsin ki, onu da təqaüdə çıxartsın. Şəfahət demişdir ki, Ələmə deyəcəkdir. O Ələmi bir neçə dəfə həmin vaxta qədər Şəfahətin yanında görmüşdür. Həmin vaxtlar Ələm Şəfahəti təqaüdə çıxartmaq istəmişdir. Şəfahət özü Lənkəran "xxxx" ASC-də işləyir. O Şəfahətin yanma gedəndə Ələmin də ora gəldiyini görmüşdür. Şəfahətdən xahiş etmişdir ki, onu da təqaüdə çıxartmaqdan ötrü Ələmdən xahiş etsin. Şəfahətdə bunu Ələmə demişdir və o da Şəfahətə demişdir ki, onu təqaüdə çıxara biləcəkdir. Həmin vaxt onun 60 yaşım tamam olmamışdır. Heç bir xəsətəliyi də, olmamışdır. Belə ki, 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1 onun işi ilə bağlı Şəfahətin evinə gəlmişdir. Həmin vaxt Şəfahət onu evinə çağırıb demişdir ki, Ələm onun evindədir onu da çağırmışdır. O Şəfahətin Şilavar kəndində yerləşən evinə getmiş Ələmlə tanış olmuşdur. Ələm Şəfahəti təqaüdə çıxaracağını demişdir. O da təqaüdə çıxmaq istədiyini Ələmə demişdir. Ələm ondan yaşını və hansısa bir xəstəliyinin olub-olmamasını soruşmuşdur. O xəstəliyi olmadığını və 60 yaşı olduğunu Ələmə demiş, sonuncu da tək şəxsiyyət vəsiqəmin surəti ilə onu təqaüdə çıxaracağını demişdir. O razılaşmışdır. Ələm buna görə 2000 (iki min) manat pul lazım olduğunu demiş, o həmin məbləğdə pulu düzəldə bilməyəcəyini demiş və nəhayət 1650 manatda razılaşmışlar. Ələmə demişdir ki, pulu düzəldən kimi xəbər edər. Ələm razılaşmışdır. 2023-cü ilin fevral ayın ortalarında o 1650 manat pul düzəltmiş Ələmin mobil nömrəsi onda olmadığı üçün Ələmlə görüşmək istədiyini Şəfahətə demiş, Şəfahət onun yanında Ələmə zəng edib demişdir ki, 1650 manat pulu düzəltmişdir. Ələm şəxsiyyət vəsiqəsinin surətini də götürüb pulla birlikdə onun yaşadığı Lənkəran rayonu Girdəni kəndinə gəlməsini demişdir. Həmin gün gec olduğu üçün qərara gəlmişdir ki, səhər tezdən gedərlər. Həmin günün səhəri şəxsiyyət vəsiqəmin surətini də götürüb Şəfahətlə birlikdə Ələmin yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evin həyətinə getmişlər. Ələm həyətə düşmüş və gəlib Şəfahətin avtomobilinə əyləşmişdir. O 1650 manat pulu sayıb, şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə Ələmə vermişdir. Ələm demişdir ki, 6 ay tamam olana kimi təqaüdə çıxar. 2023-cü ilin avqust ayına qədər gözləmiş Ələmdən xəbər çıxmamışdır. Şəfahətə bunu deyəndə o da, demişdir ki. Ələm onun işini də yubadır və bu gün-sabaha salıb. Şəfahət onun yanında Ələmə zəng etmişdir. Ələm demişdir ki, Bakı şəhərində X16 danışmış onu təqaüdə çıxaracaqdır, narahat olmamasını işin həll olunacağını demişdir. Bir neçə ay da gözləsə də xəbər çıxmamışdır. Şəfahət demişdir ki, Ələm onu da aldatmış onun da 4500 manat pulunu almışdır. Həmin vaxtdan sonra Ələmdən pulu geri istəsə də nəticəsi olmamışdır. Ələmin onun etibarından istifadə edərək onu aldatdığını bilmişdir. Sonra eşitmişdir ki, başqa şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, Lənkəran rayonu Şilavar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır. Bir ilə yaxındır ki, Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən “Ufo” mağazasında fəhlə işləyir. Başqa heç bir yerdə işləmir. X6 ilə birlikdə yaşayır. Ənivəs 2022-ci ildə əməliyyat olunduğundan onu təqaüdə çıxartmaq istəmişdir. Sonra eşitmişdir ki, onunla bir kənddə yaşayan dayısı Zərərçəkmiş şəxs1 təqaüdə çıxmaq üçün bir nəfər şəxslə danışmışdır. O bunu dayısı Şəfahətdən soruşanda Şəfahət demişdir ki, Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 adlı şəxs onu təqaüdə çıxartmaq üçün ondan 4500 manat pul almış. Ələm onu təqaüdə çıxartmaqdan ötrü çalışır və söz vermişdir ki, onu mütləq təqaüqdə çıxaracaqdır. Dayım Şəfahət özü də, müharibə vetranıdır və Lənkəran “Sərnişin daşıma" ASC-də işləyir. Şəfahət demişdir ki, istəsə Ələmə deyə biləcəkdir. O dayısından xahiş etmişdir ki, Ələmlə görüşüb söhbət etmək istəyir. Təxminən 2023-cü ilin fevral ayın axırlarında Şəfahət onun yanında Ələmə zəng edib demişdir ki, bacısı Əni vəsi təqaüdə çıxartmaq istəyir. Ələm anasının xəstəliyi olub-olmaması barədə sorıışmiuş, Şəfahət demişdir ki, əməliyyat olunub. Ələm şəxsiyyət vəsiqənin surətini onun mobil telefonuna atmasını istəmişdir ki, yoxlasın. O anası Ənivəsin şəxsiyyət vəsiqəsini gətirib Şəfahətə vermiş Şəfahət şəklini çəkib Ələmin mobil telefonuna atmış və zəng etmişdir. Ələm demişdir ki, yoxlayıb deyəcəkdir. Bir-iki gündən sonra Şəfahət demişdir ki, Ələm ona zəng edib Ənivəs hələ əməliyyat olunan vaxtlar kömək üçün Səhiyyə Nazirliyinə müraciət etdiyini, bunu xəstəxanadan öyrəndiyini demişdir. O bunun doğru olduğunu, anası əməliyyat olunan vaxtlar müraciət etdiyini və əməliyyat pulsuz olduğunu dayısına demişdir. O həmin vaxtlar Ələmi görməsə də ona inanmış və demişdir ki, mütləq anasını təqaüdə çıxaracaqdır. Şəfahət də, Ələmə zəng edib telefonu ona vermiş və Ələm telefonda ona demişdir ki, anasını təqaüdə çıxartmaq üçün 1500 lazım olcaqdır. O razılaşmışdı. O bir neçə günə pul düzəltmiş və dayısı Şəfahətə bu barəd demiş, Şəfahət onun yanında Ələmə zəng etmiş və telefonu ona vermişdir. O Ələmə pulun hazır olduğunu görüşək pulu verməsini demişdir. O həmin vaxt tək gedib Ələmlə köhnə “Ələt-Astara” avtomobil yolunun Lənkəran rayonu Şilavar kəndindən keçən hissəində YDM-nin yanında görüşmüşdür. Ələmin yanında heç kim olmamışdır. YDM-nin yaxınlığında yol kənarında dayanmışdır. Ələmlə görüşüb tanış olmuş, Ələm bu işin onun üçün çox sadə olduğunu, narahat olmamasını, 6 ay ərzində anasını təqaüdə çıxaracağını demişdir. Ələm 1500 manat pulu alıb sayıb götürmüşdür. O daha Ələmin mobil nömrəsini almamışdır. Çünki ona inanmışdır. Həmdə fikirləşmişdir ki. Ələm dayısı Şəfahəti də tanıyır, heç vaxt ona qarşı dələduzluq etməz. 2023-cü ilin avqust ayına qədər gözləmiş, Ələmdən xəbər çıxmamışdır. Dayısı Şəfahətə bunu deyəndə Şəfahətdə demişdir ki.Ələm onun işini də yubadır və bu günsabaha salıb. Şəfahət onun yanında Ələmə zəng etmişdir. Ələm demişdir ki, narahat olmasın, düzələcəkdir. Bir neçə ay da gözləsə də xəbər çıxmamışdır. Sonra dayısı Şəfahət demişdir ki. Ələm onu da aldatmış onun da 4500 manat pulunu almışdır. Həmin vaxtdan sonra Ələmdən pulu geri istəsələr də nəticəsi olmamışdır. Dayım Şəfahət dəfələrlə öz puluna və onun pulunu Ələmdən almaqdan ötrü sonuncuya zəng etsə də, o Ələm pulu qaytarmamışdır. Sonra bilmişdir ki, Ələm onun etibarından istifadə edərək onu aldatmış və pulunu ələ keçirmişdir. Sonra eşitmişdir ki, Ələm başqa şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Lənkəran rayonu Şürük kəndində yaşayır. Oğlu Tural və qızı Günayla birlikdə yaşayır. Ali təhsillidir. Yaşadığı kənddə yerləşən məktəbdə Rus dili fənnini tədris edir. 1986-cı il tarixdən işləyir. İki qızı və iki oğlu vardır. Böyük qızı Gülnar ərdədir, ali təhsilliddir. Balaca qızı Günay da onunla bir evdə yaşayır və orta itisas təhsilli olsa da heç bir yerdə işləmir. Ona görə də, qızı Günay üçün iş axtarırmış. Ona görə də, bütün qohumları və yaxınlarım bilirmişlər ki, qızı Günay üçün iş axtarır. Belə ki, baldızı Lənkəran rayonu Tütəpeştə kəndində yaşayan Şahid9 ilə söhbət zamanı sonuncu ona demişdir ki, qohumu Nüşabə adlı qadın Lənkəran rayon Mərkəzi xəstəxanasında işləyir. Hüsniyyə demişdir ki, qohumu Nüşabəyə deyəcəkdir, bəlkə xəstəxanada iş olsa desin. 25 avqust 2023- cü il tarixdə Hüsniyyə ona zəng edib demişdir ki, qohumu Nüşabə, bir Ələm adlı şəxslə birlikdə onlara gəlir, Ələm adlı şəxs iş düzəldir, Ələm və Nüşabəni də götürüb onlara gəlsin. O razılaşmış, həmin gün Hüsniyyə, Nüşabə və Ələm adlı şəxs onlara gəlmişlər. O Nüşabəni tanıyır, Ələm adlı şəxsi ilk dəfə idi ki, görürmüş. Hüsniyyə də, həmin gün Ələmi görmüşdür. Çünki, Nüşabə özü Ələmi gətirmişdir. Nüşabə onları Ələmlə tanış etmiş və demişdir ki, Təqsirləndirilən şəxs1 iş düzəldir, hər yerə əli çatır, müharibə əlilidir, İcra Hakimiyyətində və xəstəxanada iş düzəldir. Ələm özü də hər yerdə iş var, hara istəsə bizi işlə təmin edəcəkdir. Nüşabə də Ələmin dediklərini təsdiqləmişdir. Hətta güya xətəxananın baş həkimi ilə də, münasibəti normal olduğunu demişdir. Ələm və Nüşabə onunla elə danışmışlar ki, o Ələm və Nüşabəyə tam inanmışdır. O Ələmə demişdir ki, xəstəxanada iş olsa yaxşı olar. Ələm və Nüşabə demişlər ki, iş var. Həmin vaxt Ələm telefonla bir nəfərə zəng etmiş, həmin şəxslə danışmışdır. Həmin şəxsə işin hazır olduğunu, pulu da olduğunu bildirmişdir. Ələm telefonda baş üstə deyib, danışığı bitirəndən sonra demişdir ki, xəstəxanada hansı işi istəsə həll edər. O demişdir ki, xəstəxanada qeydiyyatçı yeri olsa yaxşı olar. Ələm və Nüşabə demişlər ki, qeydiyyatçı ştatı var, qızı Günayı orda işlə təmin edəcəkdir. Ələm qızı Günayın diplomuna, şəxsiyyət vəsiqəsinə və sənədlərinə baxıb demişdir ki, həmin qeydiyyatçı işinə götürmək olar. Ələmə demişdir ki, bu işə nə qədər pul lazım olar, sonuncu 3500 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt qohumu, yəni qızı Gülnarın qaynatası Zərərçəkmiş şəxs8 orda olduğu üçün o da bütün bunların şahidi olmuşdur. Zərərçəkmiş şəxs8 gəlini, yəni qızı Gülnarı da işə düzəltmək istədiyini bildirmişdir. Ələm demişdir ki, Lənkəran rayonu Təhsil şöbəsində də boş yer var, orada əli çatır. Ələm elə danışmışdır ki, hamısı ona inanmışlar. Həmin vaxt Ələm telefonu götürüb güya Təhsil şöbəsində kiməsə zəng etmiş, bəlkə də yalandan telefonu qulağına qoyub danışırmış. Nüşabə də onun dediklərini təsdiqləmişdir. Ələm demişdir ki, qızı Günay xəstəxanada işlə təmin olsa 450 manat, Gülnar isə 700 manat əmək haqqı alacaqdır. Onlar razılaşmışlar. Ələm demişdir ki, qızı Günayı işlə təmin etmək üçün 3500 manat, qızı Gülnarı isə işlə təmin etmək üçün 2500 manat pul lazımdır. Ələm onları tələsdirib demişdir ki, istəsələr tez pulu düzəldib versinlər ki, iş əldən çıxmasın. Ələm demişdir ki, indi pulu versələr yaxşı olar. O Ələmə inanmışdır. Nüşabə demişdir ki, problem olmayacaq, pulu versin. Evdə pulu olmadığı üçün qohumu İmaməlidən xahiş etmişdir ki, pulu varsa versin, bankdan götürüb verər. İmaməli gedib borc alıb gətirmişdir. O pulu İmaməlidən alıb yaşadığı evdə həmin tarixdə Hüsniyyə, Nüşabə, İmaməlinin yanında Ələmə vermişdir. Ələm pulu sayıb cibinə qoyub demişdir ki, 01 oktyabr 2023-cü il tarixdən qızı Günay xəstəxanada işə çıxacaqdır. Ələm Günayın bütün sənədlərini götürüb aparmışdır. Ələm gedəndə Nüşabə ilə ikisi çıxıb getmişlərr. Hüsniyyə onlarda qalmışdır. 3-4 gün keçəndən sonra Ələm özü onlara gəlib demişdir ki, sağlamlıq haqqında arayış götürməlidir, ona görə də 50 manatda lazımdır. Mən evdə 50 manat pulu da çıxarıb Ələmə vermişdir. Ələm kənddə icra nümayəndəliyindən arayış almışdır. O pulu verəndən bir neçə gün sonra İmaməlidə gəlini Gülnarı işə düəltməkdən ötrü 2500 manat pulu Ələmə vermişdir. Bir neçə vaxt keçəndən sonra işin alınmadığını görüb aldadıldığını bilmişlər. Bilmişlər ki, Ələm onları aldatmış və pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Ələmə bu barədə desələr də, heç bir nəticəsi olmamışdır. Nüşabəyə də, bunu deyəndə sonuncu əvvəl bildirmişdir ki, Ələm pulu verməsə özü verəcəkdir. Daha sonra Nüşabə demişdir ki, güya Ələm onu da aldatmışdır. Ələm qızı Günayın sənədlərin əsilini qaytarmış və demişdir ki, güya sürətlərini təsdiqlənmişdir. Hal-hazırda Ələm və Nüşabənin dələduzluq yolu ilə onu aldadaraq ələ keçirdiyi pulumu qaytarmamışlar. Çünki, Nüşabə Ələmi onun evinə gətirmiş və ikisi birləşib onun pularını ələ keçirməklə onu aldatmışlar. O Ələmi tanımırmış. Nüşabənin xəstəxanada işlədiyini bilib ona inanmışlar. Nüşabə onun etibarından istifadə edərək Ələmlə birlikdə pulunu ələ keçirmişlər. O pulu qohumundan borca almış və qaytarmışdır. Ələm və Nüşabə ondan dələduzluq yolu ilə əldə etdikləri pulunu qaytarmamışlar. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Lənkəran rayonu Hirkan qəsəbəsində qeydiyyatda olmaqla, Lənkəran rayonu Bürcəli kəndində yaşayır. O arvadı Nəzakət Abdullayeva, oğlu Vüsal Qulamov və sonuncunun ailə üzvləri ilə birlikdə yaşayır. Orta ixtisas təhsillidir. Heç bir yerdə işləmir. Təqaüdçüdür. Oğlum Vüsal və həyat yoldaşı Gülnar ali təhsilli olsalar da heç bir yerdə işləmirlər. Ona görə də, o gəlini Gülnarı işlə təmin etmək istəmişdir. Gülnar özü Tarix fakültəsini bitirsə də, heç bir yerdə işləmir. X31 rayonu Şürük kənd sakini Nazim Mahmudovun qızıdır. Nazim vəfat etmişdir. Nazimin arvadı, yəni qohumu Zərərçəkmiş şəxs3 özüdə müəllimdir və Şürük kənd orta məktəbində işləyir. O gəlini Gülnar üçün iş axtardığını qohumları bilmişdir. Həmdə Gülnarın anası Aygün özüdə gəlini Gülnar və digər qızı Günay üçün iş axtarmışdır. Gülnar özü müəllimlik ixtisasını bitirdiyi üçün müəllim işləmək istəmişdir. 2023-cü ilin avqust ayın sonlarında bir gün evdə olduğu zaman qohumu Şürük kənd sakini Aygün müəllimə ona zəng edib demişdir ki, qızı Günayı işlə təmin etmək üçün baldızı Tütəpeştə kənd sakini Şahid9 ilə söhbət etmiş və sonuncu demişdir ki, qohumu Nüşabə adlı qadın Lənkəran rayon Mərkəzi xəstəxanasında işləyir. Aygün müəllimə demişdir ki, Hüsniyyə qohumu Nüşabə və sonuncunun tanışı Ələm adlı şəxs onun yaşadığı evinə gəlmişlər. Aygün telefonla onunla danışan zaman Ələm və Nüşabə adlı şəxsin qızı Günay üçün Lənkəranın rayon Mərkəzi Xəstəxanasında iş tapdıqlarını və söhbət etməyə gəldiklırini demişdir. Aygün demişdir ki, o da gəlsin və bu söhbətdə iştirak etsin. O həmin vaxt arvadı Nəzakət və gəlini Gülnarla qohumu Zərərçəkmiş şəxs3 yaşadığı Lənkəran rayonu Şürük kəndindəki evinə getmişlər. Zərərçəkmiş şəxs3 evinə gedəndə orada sonuncunun ailə üzvlərindən başqa Hüsniyyə, Nüşabə və Ələm adlı şəxslər olmuşdur. Hüsniyyəni tanımışdır. Nüşabə və Ələm adlı şəxsləri ilk dəfə görmüşdür. Aygün onu Nüşabə və Ələmlə tanış etmişdir. Ona məlum olmuşdur ki, Nüşabə Hüsniyyə ilə qohumdur, Ələm isə Lənkəran rayonu Girdəni kənd sakinidir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 iş düzəldir, hər yerə əli çatır, müharibə əlilidir, İcra Hakimiyyətində və xəstəxanada iş düzəldir. Ələm özü də danışıb demişdir ki, hər yerdə iş var, kim hara istəsə işlə təmin edəcəkdir. Nüşabə adlı qadında Ələmin dediklərini təsdiqləmişdir. Hətta güya xətəxananm baş həkimi ilə də, münasibəti normaldır. Ələm və Nüşabə elə danışmışlar ki, o da inanmışdır. Aygün Nüşabə və Ələmə demişdir ki, qızı Günay üçün xəstəxanada iş olsa yaxşı olar. Ələm və Nüşabə demişlər ki, iş var. Həmin vaxt Ələm telefonla bir nəfərə zəng etmiş, həmin şəxslə danışmış, həmin şəxsə işin hazır olduğunu, pulu da olduğunu bildirmişdir. Ələm telefonda baş üstə deyib, danışığı bitirəndən sonra demişdir ki, xəstəxanada hansı işi istəsə həll edər. Nəhayət Günayı xəstəxanada qeydiyyatçı kimi işə götürməyi barədə razılığa gəlmişlər. Ələm Günayın diplomuna, şəxsiyyət vəsiqəsinə və sənədlərinə baxıb demişdir ki, qeydiyyatçı işinə götürmək olar. Ələm bu işə görə 3500 manat pul lazım olduğunu, Aygünü tələsdirib istəsə tez pulu düzəldib versin ki, iş əldən çıxmasın. Nüşabə də, demişdir ki, narahatçılıq olmayacaq, pulu versin. Aygün ona pulu olmadığını, əgər varsa verməsini sonra bankdan kredit götürüb qaytaracağını demişdir. O gedib həmkəndlisi Rusiya Federasiyasında yaşayan Maksim adlı şəxsdən 3500 manat alıb gətirib Aygünə vermişdir. Ələm və Nüşabə də Aygünün evində pulu gözləmişlər. O pul aldığı Maksim adlı şəxs Rusiyada yaşayır və hazırda da Rusiyadadır. Aygün demişdir ki, kredit götürüb pulu qaytarar. Aygün pulu ondan alıb onun yanında yaşadığı evdə Hüsniyyə, Nüşabənin yanında Ələmə vermişdir. Ələm pulu sayıb cibinə qoyub 01 oktyabr 2023-cü il tarixdən Günayın xəstəxanada işə çıxacağını demişdir. Ələm Günayın bütün sənədlərini götürüb aparmışdır. Ələm gedəndə Nüşabə ilə ikisi çıxıb getmişlər. Ələm və Nüşabə getməmiş, Aygün Ələmə demişdir ki, iş olsa gəlini Gülnarıda işlə təmin etsin. Ələm demişdir ki, bununla maraqlanıb deyəcəkdir. Həmin gündən iki gün sonra 2023-cü ilin avqust ayın sonlarında Aygün ona zəng edib Ələmin onlara gəldiyini və Gülnar üçün də, iş tapdığını demişdir. Ələm Lənkəran rayonu Təhsil şöbəsində də boş yer olduğunu. Gülnarı Təhsil şöbəsində texniki işçi kimi işlə təmin edəcə biləcəyini demişdir. Ələm buna görə 2500 manat pul lazım olduğunu bildirmişdir. O Aygünlə telefonda danışanda Ələmin ona dediklərinə inanmış və qərara gəlmişdir ki, 2500 manat pul götürüb gedib Ələmə versin. Elə həmin vaxt evdə özünə məxsus 2500 manat pulu götürüb arvadı Nəzakət və gəlini Gülnarla birlikdə Aygünün evinə getmişlər. Orada Aygün və ailə üzvləri, Ələm olmuşdur. Nüşabə olmamışdır. Ələm demişdir ki, gəlini Gülnar işlə təmin olsa 700 manat əmək haqqı alacaqdır. O da razılaşmış və 2500 manat pulu Aygün, gəlini Gülnar, Aygünün qızı Günay və arvadı Nəzakətin yanında Ələmə vermişdir. Ələm həmin vaxt Gülnarın sənədlərinin surətlərini, kənd icra nümayəndəliyindən arayış da, alıb aparmışdır. Ələm demişdir ki, Gülnar təxminən 2023-cü ilin oktyabr ayında işə çıxacaqdır. Bir neçə vaxt keçəndən sonra işin alınmadığını görüb aldadıldığını bilmişlər. Bilmişlər ki, Ələm tərəfindən aldadılmışlar. Ələmin ikinci dəfə gəlib ondan pul aldığını Nüşabə özü də bilmişdir. Çünki, Ələm gəlməmişdən əvvəl Nüşabə Aygünlə danışmışdır ki, Ələm gələcəkdir. Onlar Nüşabəyə inanıb pulu Ələmə vermişlər. Nüşabənin xəstəxanada işlədiyini bildikləri üçün inanmırmışlar ki, Nüşabə onları aldadacaqdır. Nüşabəyə inanıb pulu vermişlər. Həmdə Nüşabə özü demişdir ki, buna o özü cavabdehdir. Heç bir narahatçılığı olmayacaqdır. Hal-hazırda Ələmin Nüşabə ilə birlikdə dələduzluq yolu ilə məni aldadaraq ələ keçirdiyi pulumu qaytarmamışlar. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Lənkəran şəhəri H.Əliyev prospekti ev 18, mənzil 41-də yaşayır. Hazırda Lənkəran şəhərində yerləşən Ağciyər xəstəxanasında tibb bacısı işləyir. İşlədiyi yer ağır olduğundan iş yerimi dəyişmək istəmişdir. Ona görə də, Lənkəran şəhər Mərkəzi Xəstəxanada işləyəm xalası Təqsirləndirilən şəxs2 da, bu barədə məlumatı olmuşdur. Nüşabə ilə aralarında olan söhbət zamanı demişdir ki, X43 şöbəsində vakant yer olsaydı ora keçərdi. 2023-cü ilin oktyabr ayın ilk günlərində bir gün xalası Nüşabə ona zəng edib demişdir ki, təcili tibbi yardışm şöbəsində bir tibb bacısı vakant yeri vardır, tanışı onu həmin yerə düzəldə biləcəkdir. Xalası Nüşabəyə demişdir ki, bunun üçün nə qədər pul lazım olacaqdır. Nüşabə demişdir ki, tanışı ilə danışıb deyəcəkdir. O xəstəxanaya Nüşabənin yanma getmişdir. Nüşabə ilə söhbət etmişdir. Nüşabə demişdir ki, onun tanışı var, iş düzəldir. Nüşabə demişdir ki, onu X43 şöbəsinə tibb bacısı kimi işlə təmin edə bilər. O Nüşabəyə inanmışdır. O Nüşabədən bunun hansı qiymətə alınacağını soruşmuş və sonuncu kənara çəkilmişdir. O daha Nüşabəyə fikir verməmişdir. Təxminən 5 dəqiqə keçməmiş Nüşabə geri qayıtmış və demişdir ki, tanışı ilə danışmış və onun işə düzəlməyinə görə 2000 manat pul lazım olacaqdır. Nüşabə demişdir ki, 2000 manat iş yerimi dəyişməyinə, 41 manat da arayış lazım olacaqdır ki, alsınlar. Ümumi olaraq 2041 manat lazımdır. Nüşabə demişdir ki, gedib pulu düzəltsin və onunla əlaqə saxlasın. O Nüşabəyə inanmışdır. Çünki, Nüşabə həm xalasıdır, həmdə xəstəxanada işləyir. Nüşabənin onu aldadacağını heç vaxt düşünməzmiş. Fikirləşmişdir ki, xəstəxanada işləyir, bu işi görə bilər. Nüşabə onu tam əmin etdikdən sonra ondan ayrılıb gedib 2041 manat pul düzəltmiş və Nüşabə ilə əlaqə saxlamışdır. 04 oktyabr 2023-cü il tarixdə Nüşabəyə zəng edib pulun hazır olduğunu demişdir. Nüşabə ona demişdir ki, şəxsiyyət vəsiqəmin və diplomun surətini də götürsün onun yaşadığı evinə gəlsin. O dediyi sənədləri götürüb xalası Nüşabənin kirayə qaldığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən binaya getmişdir. Nüşabənin evinə getdikdən sonra sonuncu tanışına zəng etmişdir. Biraz keçəndən sonra Nüşabənin evinə bir şəxs gəlmişdir. Nüşabə həmin şəxsi onunla tanış etmiş və adının Ələm olduğunu demişdir. Nüşabə demişdir ki, Ələm hörmətli şəxsdir, hər yerdə hörməti vardır, bütün təşkilat və idarələrdə onu tanıyırlar, bir çox adamların işini düzəltmiş, xəstəxanada bir neçə şəxsi işlə təmin etmişdir. O Nüşabəyə və Ələmə inanmışdır. Ələm də, bildirmişdir ki, hər yerdə onu tanıyırlar, belə işlər onun üçün çox sadə bir işdir. Nüşabə həmin vaxt onun pulu və sənədlərini gətirməsini Ələmə bildirmişdir. Ələm də demişdir ki, lap yaxşı, o pulu və sənədlərin surətini Nüşabəyə vermiş, sonuncu həmin sənədləri və pulu sayıb Ələmə vermişdir. Ələm pulu aldıqdan sonra demişdir ki, narahat olmasın, qısa müddət ərzində işini həll edəcəkdir. O tibb kollecini yaxşı qiymətlərlə bitirdiyi üçün Ələm bunu görüb, ona bildirmişdir ki, güya işi tez həll olunacaqdır, onu dərhal işə götürəcəklər. Sonra Ələm telefonunu götürüb kiməsə zəng edib danışıb demişdir ki, sənədləri və pulu götürmüşdür. Ələmin bunu yalandan edib-etmədiyini dəqiq bilmir. O Ələm və Nüşabəyə inanmış, Ələm və Nüşabə onu tam əmin etmişlər ki, narahat olmasın, işi həll olunacaqdır. Oradan çıxıb gedəndən təxminən 10 gün sonra Nüşabə ilə əlaqə saxlayanda Nüşabə demişdir ki, işin həllini tapır, az qalıb düzələcəkdir. Sonra o Ələmin mobil nöməsini də Nüşabədən alıb Ələmlə danışmışdır. Ələm demişdir ki, işin həllini tapacaqdır, hətta 2023- cü ilin noyabr ayından işə çıxacaqdır. Ələm hətta demişdir ki, özümə yeni işə uyğun olaraq paltarda alsın. Ələmin dediyi vaxt çatandan sonra Ələmə zəng edib işi barədə sortuşanda Ələm demişdir ki, biraz iş gecikib, amma narahat olmasın düzələr. Nüşabə ilə danışanda da, Nüşabə eyni qaydada ona demişdir. Nəhayət sonradan bilmişdir ki, Ələm və Nüşabə onu aldadırlar, ona qarşı dələduzluq edib pulunu ələ keçirmişlər. Əslində o Ələm adlı şəxsi tanımırmış. Nüşabə ona demişdir ki, Ələm etibarlı adamdır və hər ikisinə inanmışdır. Ələm və Nüşabə hər ikisi ona qarşı dələduzluq edib onu aldatmışlar. Ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərə barışmış və onlara qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Bəlləbür kəndində yaşayır. Heç bir yerdə işləmir. Heç bir yerdə işləmədiyi üçün iş axtarırmış. Belə ki, dayısı arvadı Şahid8 Lənkəran RMX-da xadimə işləyir. O bəzən xəstəxanaya gedib dayısı arvadı Mehparə ilə söhbət edirmiş. Hətta dayısı arvadı Mehparəyə xəstəxanada işləmək istədiyini də demişdir. Həmin vaxtlar Mehparəyə görə onunla bir işdə işləyən Təqsirləndirilən şəxs2 da tanımışdır. Nüşabə də, onun iş axtardığından məlumatı olmuşdur. 12 oktyabr 2023-cü il tarixdə Nüşabə öz istifadəsində olan telefon nömrəsi ilə onun mpbil telefonuna zəng etmişdir. Nüşabə ona Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeydiyyat şöbəsində iş olduğunu, başqa şəxslərə güvənmədiyini bildirmiş və işi ona təklif etmişdir. Həmçinin, bildirmişdir ki, əgər sabaha qədər ona 3050 manat pulu çatdırmasa, işi başqasına verəcəklər. O da, öz qızıllarım götürüb “Rabitəbank” a getmişdir. Həmin qızılları bankda girov qoyub 3000 manatadan çox pul götürmüşdür. Nüşabə ona şəxsiyyət vəsiqəsinin və diplomun surətini, yaşayış yerindən və sağlamlıq haqqında xəstəxanadan arayış almasını, 3x4 ölçüdə iki ədəd şəklildə çəkməsini ona demişdir. Nüşabə xəstəxanada işlədiyi üçün o Nüşabəyə inanmışdır. Nüşabə onun işini düzəldə bilər. 13 oktyabr 2023-cü il tarixdə dayısının arvadı Mehbarə Abdulova ilə birlikdə Nüşabənin Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi 78, bina 15-də yerləşən mənzilinə getmişlər. Mehbarənin yanında 3050 manat pulu, şəxsiyyət vəsiqəsinin, diplomun surətini, yaşayış yerindən, həmçinin sağlamlıq haqqında xəstəxanadan arayış və 3x4 ölçüdə iki ədəd şəklili Nüşabəyə vermişdir. Hətta Nüşabənin səs yazısını da yazmışdır. Nüşabə ona demişdir ki, 15 noyabr 2023-cü il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında işə başlayacaq. Pulu verdikdən sonra Nüşabə onun yanında bir şəxsə zəng edib pulun hazır olduğunu demişdir. Telefonda olan şəxs özünü TƏBİB-in işçisi kimi təqdim etmiş, Masallıda olduğunu, Bakı şəhəridən gəldiyini bildirmiş, xeyir- dua vermişdir. Gəldikdən sonra pulu və sənədləri götürüb təsdiq etdirəcəyini bildirmişdir. Həmçinin Nüşabə ona, qeydiyyat şöbəsində işləməyi üçün kompyuter proqramlarının da öyrənməyinin vacib olduğunu demişdir. Ona hətta işdə geyinmək üçün ağ xalat da almağını demiş və o özünə xalat da almışdır. O demişdir ki, işə keçəndən sonra bunlar pulsuz ola bilər, lakin Nüşabə demişdir ki, hal-hazırda xidməti geyimləri şəxs özü almalıdır. O da Lənkəran şəhərində kursa gedib komyuter proqramlarını öyrənmiş, 15 noyabr 2023-cü il tarixdə Nüşabənin söz verdiyi tariuxdə Nüşabə ilə əlaqə saxlamışdır. Nüşabə ona demişdir ki, TƏBİB-dən cavab gəlməyib, cavabı gözləyir. O bundan sonra narahat olmağa başlamışdır. Həmin gün özünü TƏBİB- in işçisi kimi təqdim edib, sonradan Nüşabə ilə birlikdə onu aldadıb ona qarşı dələduzluq edən, adını Təqsirləndirilən şəxs1 olduğunu bildiyi şəxs ona zəng etmişdir. Təqsirləndirilən şəxs1 ona ***-***-**-** saylı mobil nömrə ilə zəng etmişdir. Təqsirləndirilən şəxs1 ona zəng edib TƏBİB-in işçisi olduğunu, sənədlərin təsdiq olunmadığını, təsdiq edildikdən sonra onun işə başlayacağını bildirmişdir. Həmçinin, Ələm ona bildirmişdir ki, növbəti həftənin ikinci günü, yəni 21 noyabr 2023-cü il tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gedib orada ərizə yazsın. Həmin tarixdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gedib Ələmə zəng etmişdir, xəstəxanada olduğumu bildirmişdir və hara gəlməli olduğumu soruşmuşdur. Ələm ona zəng edəcəyini bildirmişdir. Xəstəxananın həyətində, təxminən, iki saata yaxın gözləmişlər. Bu müddətdə həmin şəxsə bir neçə dəfə zəng vursa da Ələm həkimin yanında olduğunu demişdir. Sonradan isə işin alınmadığını deyib getməyini demiş və ona sonra xəbər edəcəyini bildirmişdir. 6 dekabr 2023-cü il tarixdə Ələmə zəng etmişdir. Ələm ona növbəti gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gəlib ərizə yazmalı olduğumu demişdir. Növbəti gün evdə olarkən zəng edib gəlib-gəlməməyini soruşmuşdur. O da Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabalanın işdə olmadığını demişdir. Çünki Ələm ona Ağabalanın adından bu işləri həll etdiyini bildirmişdir. Növbəti gün Ələmə zəng edən zaman isə Ələm telefonu açmamışdır. O bilmişdir ki, Nüşabə və Ələm onu aldadaraq onun pulunu ələ keçirtmişlər. O Nüşabəyə inanıb pulu vermişdir. Çünki, fikirləşmişdir ki, Nüşabə özü xəstəxanada işləyir, əgər söz veribsə onu işlə təmin edəcəkdir. Sonra bilmişdir ki, Nüşabə Təqsirləndirilən şəxs1lə əlbir olub onu aldatmışlar. O şikayət etdikdən sonra Təqsirləndirilən şəxs1 Lənkəran ŞRPŞ-də görmüşdür. Ələm və Nüşabə onu aldadaraq 3050 manat pulunu ələ keçirmişlər. Həmin səs yazısı onun telefonunda olduğundan, həmin telefonu sınmış və telefonu atmışdır. Ona görə həmin səs danışığını təqdim edə bilmir. Ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərə barışmış və onlara qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Lənkəran rayonu Ləj kəndində yaşayır. Ailəlidir, bir azyaşlı uşağı vardır. 2022-ci il tarixdən Lənkəran rayon Mərkəzi xəstəxanasının “X1 Terapiya*' şöbəsində tibb qardaşı işləyir. Növbəli işləyir. Aylıq əmək haqqı alır. İşi ağır olduğundan iş yerini dəyişmək qərarına gəlmişdir. Ona görə də, X43 şöbəsinə və yaxud acil şöbəsinə getmək istəyirmiş. Həmin şöbələrlə maraqlanmışdır ki, boş yer olan kimi ona məlumat versinlər. 22 oktyabr 2023-cü il tarixdə gecə növbəsində işdə olduğu zaman saat 22 radələrində Acil şöbəsində işləyən Nüşabə adlı sanitar yanma gəlib onun iş yerinin dəyişmək istədiyinin öyrəndiyini, istəsə ona kömək edə biləciyini demişdir. Təqsirləndirilən şəxs2 tanıyırmış. Nüşabə ilə söhbət edən zaman onun işdən çıxıb başqa işə getmək istədiyini kimin ona deməsini deməmişdir. Nüşabə demişdir ki, bu işi görən bir nəfər tanışı vardır. Nüşabə həmin şəxsin Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 olduğunu demişdir. Nüşabə demişdir ki, Acil şöbəsində yer yoxdur, lakin X43 şöbəsində tibb qardaşı ştatında boş yer vardır. Nüşabə demişdir ki, Ələm adlı şəxs bu işi 5000 (beş min) manata həll edir. Nüşabə demişdir ki, Ələm adlı şəxslə danışıb ona xəbər edər. O da Nüşabəyə demişdir ki, tez alınsa yaxşı olar. Nüşabə demişdir ki, əsas pulu hazırlasın. Səhəri gün, yəni 23 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Nüşabə ona zəng edib demişdir ki, Ələm adlı şəxslə danışmış, pulu gətib bu gün versin, səhər güya işi həll etmək üçün pulu Bakı şəhərinə göndərəcəkdir. O razılaşmış, həmin gün Rabitə bankın Lənkəran filialına gedib oradan 3500 manat kreditə pul götürmüş və həmin gün özündə olan 1500 manatıda üstünə qoyub cəmi 5000 manat pul düzəldib Nüşabəyə zəng etmişdir. Nüşabə ona demişdir ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən Vergilər İdarəsinin yaxınlığına gəlib görüşsünlər. O kənddən çıxıb Nüşabənin dediyi yerə tanımadığı taksi ilə gəlmişdir. Nüşabə binanın həyətinə düşüb taksiyə oturmuşdur. Pulu Nüşabəyə vermişdir. Nüşabə 5000 manat pulu sayıb götürmüşdür. Nüşabə ilə sağollaşıb ayrılanda demişdir ki, pulu bu gün Ələm adlı şəxsə verəcək, özü də cavabdehdir, həmdə əvvəlcədən danışdığı kimi diplomun əslini, şəxsiyyət vəsiqəsinin əslini sağlamlıq haqqında arayışını da versin. Nüşabə demişdir ki, Ələmlə danışıb hansı tarixdə işə çıxacağaımı deyəcəkdir. O Nüşabəyə inanmışdır. Daha sonra 25 oktyabr 2023-cü il tarixdə kənddə yaşayan qohumu Pərviz Şalıyevlə görüşdüyü zaman Pərvizə də bu barədə demişdir. Hətta Nüşabə ona demişdir ki, X43 şöbəsinə sürücü vakantr yer vardır, istəyən olsa düzəldəcəkdir. Pərviz özü X26 işləyir. Pərviz demişdir ki, o da işdən çıxmaq istəyir və X43 satnsiyasına sürücü düzəlmək istəyir. 26 oktyabr 2023-cü il tarixdə Pərvizlə birlikdə Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən Vergilər İdarəsinin yaxınlığında Nüşabənin yaşadığı evinə getmişlər. O Pərvizlə danışdıqdan sonra onun yanında Nüşabə ilə danışıb bu barədə demişdir. Nüşabə demişdir ki, evdədir, evə gedib danışsınlar. Nüşabənin yaşadığı binaya səhv etmirsə 5-ci mərtəbəyə qalxmışlar. Nüşabə evdə tək olmuşdur. O Pərvizi də Nüşabə ilə tanış etmişdir. Nüşabə ilə söhbət zamanı sonuncu demişdir ki, artıq pulu Ələmə vermiş, sonuncu da güya artıq işin həll edilməsi üçün sənədləşmə işlərini aparır. Sonra Pərvizin işini danışmışlar. Nüşabə onun yanında Ələm adlı şəxsə zəng etmiş və təxminən 1 saatdan sonra sonuncu Nüşabənin evinə gəlmişdir. Ələm gələndən sonra Nüşabə onları tanış etmişdir. Ələm demişdir ki, onun Nüşabəyə verdiyi 5000 manat pulu almışdır və işin həlli üçün sənədləşmə işlərini görür və 18 dekabr 2023-cü il tarixdə işə çıxar. O da Ələmə inanmışdır. Ələmin işi kiminlə birlikdə görəcəyini demirmiş. Ələm demişdir ki, bütün orqanlarda adamı var, bir neçə şəxs üçün sosial düzəltmiş, bir neçə şəxsi təqaüdə çıxartmış, hər yerə əli çatır. Nüşabə də Ələmin dediklərini təsdiq edirmiş. Hətta xəstəxananın baş həkimi ilə də münasibətinin olduğunu bildirmişdir. Ələm elə danışmışdır ki, o Ələmə inanmışdır. Daha sonra Ələm Pərvizlə söhbət edib onun işini də həll edəcəyini demişdir. Ələm demişdir ki, X43 stansiyasına sürücü kimi işlə təmin olunmağa görə 6000 (altı min) manat pul lazımdır. Pərviz Ələmə demişdir ki, “səni tanımıram, etibar etmirəm, pulu necə verim” Ələm demişdir ki, istəsə natarius vasitəsilə pulu versin. Ələm demişdir ki, sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin sürətlərini versin, ilkin olaraq 1500 manat pulda versin, qalan 4500 manat pulu da bir neçə gün sonra verər. Pərvizdə razılaşmışdır. Ələmin nömrəsini götürüb ayrılmışlar. Bir neçə gün sonra Pərviz demişdir ki, artıq Ələmə 6000 manat pul vermişdir.O 18 dekabr 2023-cü il tarixinədək Ələmlə bir neçə dəfə görüşmüşlər. Hərdəfə görüşəndə Ələm onun narahat olmamağım demişdir. O da Ələmə inanmışdır. 18 dekabr 2023-cü il tarixdə əmri olmadığı üçün Ələmlə danışmış və demişdir ki, 28 dekabr 2023-cü il tarixdə alınacaqdır. Həmin tarixdə də, Ələmdən səs çıxmamışdır. Nüşabə ilə danışanda Nüşabə demişdir ki, pulu Ələmə vermişdir. Ələmlə danışanda Ələm demişdir ki, ondan aldığı puldan Nüşabəyə 500 manat vermişdir. Nüşabə isə demişdir ki, Ələm ona heçnə verməmişdir. İşinin alınmadığını bilmiş və Ələmə bu barədə deyəndə Ələm demişdir ki, pulu qaytaracaqdır. Lakin nə Ələm, nədə ki, Nüşabə pulunu qaytarmamışdır. O bilmişdir ki, Təqsirləndirilən şəxs1 onun etibarından istifadə edərək Nüşabə ilə birlikdə pulunu ələ keçirmişdir. O Nüşabənin xəstəxanada işlədiyi üçün Nüşabəyə inanmış və pulu vermişdir. Pulu əslində Nüşabəyə etibar edib vermişdir. Nüşabə xəstəxanada işlədiyi üçün Nüşabəyə inanıb pulu vermişdir. Yoxsa o Ələmi tanımırmış. Nüşabə demişdir ki, pulu ver, hər şey onluqdur, narahat olmasın, o da pulu vermişdir. Hazırkı vaxtadək ona 900 manat qaytarılmışdır, qalan maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Lənkəran rayonu Ləj kəndində yaşayır. Ailəlidir, iki azyaşlı uşağı vardır. 2011-ci il tarixdən X27 aviasiya təhlükəsizlik xidmətində böyük inspektor vəzifəsində işləyir. Növbəli işləyir. Lənkəran rayonu Ləj kəndində yaşayan dayısı oğlu həmdə qaynı olan Zərərçəkmiş şəxs6 Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində tibb qardaşı işləyir. Zərərçəkmiş şəxs6 ilə mütamadi görüşüb söhbət edirmişlər. 25 oktyabr 2023-cü il tarixdə kənddə Zərərçəkmiş şəxs6 ilə söhbət əsnasında İsmayıl ona demişdir ki, xəstəxananın acil şöbəsində sanitar işləyən Nüşabə adlı qadın var sonuncu ilə söhbət etmiş Nüşabə onu xəstəxananın X43 stansiyasına tibb qardaşı vəzifəsinə təyin etmək üçün 5000 manat pul vermiş, 2023-cü ilin dekabr ayın sonuna kimi işlə təmin olunacaqdır. İsmayıl demişdir ki, o iş yerinin dəıyişdirilməsi üçün Nüşabə ilə danışmış və pulu vermişdir. Həmin söhbət zamanı İsmayıl ona demişdir ki, Nüşabə demişdir ki, X43 stansiyasına sürücü kimi işləmək üçündə boş yer vardır. O da fikirləşmişdir ki, sürücü işi hazırda işlədiyi işdən rahat ola bilər. İsmayıla demişdir ki, o da işini dəyişmək istəyir. İsmayıl demişdir ki, istəsə gedib Nüşabə ilə görüşsün söhbət etsin. 26 oktyabr 2023-cü il tarixdə İsmayılla birlikdə Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən Vergilər İdarəsinin yaxınlığında Nüşabənin yaşadığı evinə getmişlər. İsmayıl əvvəlcədən onun yanında Nüşabəyə zəng etmiş və Nüşabə demişdir ki, evdədir, evə gəlsinlər. Nüşabənin yaşadığı binaya səhv etmirsə 5-ci mərtəbəyə qalxmışlar. Nüşabə evdə tək olmuşdur. İsmayıl onu Nüşabə ilə tanış etmişdir. Nüşabə ilə söhbət zamanı ona demişdir ki, bu işi Lənkəran rayonu Girdəni kənd sakini Ələm adlı şəxs edir, Ələm adlı şəxsin əli hər yerə çatır, Ələm onun bacısı qızını və bir neçə şəxsi işlə təmin etmişdir. Nüşabə onun yanında Ələm adlı şəxsə zəng etmiş və təxminən 1 saatdan sonra sonuncu Nüşabənin evinə gəlmişdir. O İsmayılla Nüşabənin evində gözləmiş və Ələm gəlmişdir. Ələm gələndən sonra Nüşabə onları tanış etmişdir. İsmayılda Ələmi ilk dəfə idi ki, görürmüş. Ələm demişdir ki, İsmayılın işini də düzəldəcəkdir, Nüşabə buna görə ona 5000 manat vermişdir. Ələm demişdir ki, bütün orqanlarda adamı var, bir neçə şəxs üçün sosial düzəltmiş, bir neçə şəxsi təqaüdə çıxartmış, hər yerə əli çatır. Nüşabə də Ələmin dediklərini təsdiq edirmiş. Hətta xəstəxananın baş həkimi ilə də münasibətinin olduğunu bildirmişdir. Ələm elə danışmışdır ki, ona inanmışdır. Ələm demişdir ki, X43 stansiyasına sürücü kimi işlə təmin olunmağa görə 6000 (altı min) manat pul lazımdır. O Ələmə demişdir ki, “səni tanımıram, etibar etmirəm, pulu necə verim” Ələm demişdir ki, istəsə natarius vasitəsilə pulu versin. O Ələmə inanmışdır. Ələm demişdir ki, sürücülük vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin sürətlərini versin, ilkin olaraq 1500 manat pulda versin, qalan 4500 manat pulu da bir neçə gün sonra verər. Ələm bu işi konkret olaraq kiminlə görəcəyini deməmişdir. O razılaşmışdır. Ələmin nömrəsini götürüb ayrılmışlar. 27 oktyabr 2023-cü il tarixdə söhbət etdiyi kimi Ələmlə Lənkəran şəhərində yerləşən notarisunun qarşısında görüşmüşlər. Ələmə demişdir ki, pul ondadır. Birlikdə notariusa girmişlər. Orada pulu vermək üçün natariat qaydada borc kimi müqavilə bağlamışlar. Güya 15 fevral 2024cü il tarixədək pulu qaytarmalı im. Oradan çıxıb notariusun qarşısında Ələmin idarə etdiyi Mersedes markalı avtomobilində 1500 manat pulu sayıb Ələmə vermişdir. Yanında heç kim olmamışdır. Ələm demişdir ki, 1500 manat pulu ilkin sənədləşmə üçün alır, ona xəbər edəndə qalan 4500 manat pulu da versin. Ələm demişdir ki, təxminən 10 yanvar 2024-cü il tarixdə işə çıxar. O razılaşmışdır. Səhəri gün Ələm ona zəng edərək niyə onu axtarmadığu, işi düzəldən həkimin qalan pulu da gətirməsini demişdir. Lakin həkimin adını deməmişdir. Bir neçə günə qalan pulu da qohumlardan və xalamın əri Vüqardan alıb 4500 manat pul düzəltmiş 04 noyabr 2023-cü il tarixdə Ələmlə yenidən Lənkəran şəhərində yerləşən notarisunun qarşısında görüşmüşdür. Ələmə demişdir ki, pul ondadır. Birlikdə notariusa girmişlər. Orada pulu vermək üçün natariat qaydada borc kimi müqaviləsi bağlamışlar. Güya 28 fevral 2024-cü il tarixədək pulu qaytarmalıdır. Lakin o, xx.xx.2024-cü il tarixdə işə çıxmalı imiş. Oradan çıxıb notariusun qarşısında Ələmin idarə etdiyi Mersedes markalı avtomobilində qalan 4500 manat pulu sayıb Ələmə vermişdir. Yanında heç kim olmamışdır. Pulu Ələmə notarius qaydasında verməyinə səbəb o olmuşdur ki, ona inanmırmış. Ələm demişdir ki, etibar etmirsə notarius qaydasında pulu versin. O da pulu vermişdir. 2023-cü ilin dekabr ayında ona məlumat çatmışdır ki, Ələmi dələduzluq etdiyinə görə polis şöbəsinə çağırmışlar. O bilmişdir ki, Ələm onu da aldatmış, etibarımdan sui istifadə edərək 6000 manat pulunu ələ keçirmişdir. Ələmdən pulunu istədikdə yalandan deyirmiş ki, iş düzələcəkdir. 2024-cü ilin yanvar ayın ilk günlərində artıq tam olaraq bilmişdir ki, Ələm onu aldatmışdır. Ələmlə danışanda demişdir ki, pulu qaytaracaqdır. Lakin qaytarmadığına görə o da şikayət etmişdir. Hətta Nüşabəyə də bunu dedikdə sonuncu demişdir ki, Ələm onu da aldatmışdır. O daha bunu dəqiq bilmir. Ələm özü demişdir ki, ondan aldığı pulun 500 manatım Nüşabəyə vermişdir. O bilir ki, Nüşabədə onunla əlbirdir. Çünki onları Nüşabə tanış etmişdir. Ələmin ondan aldığı puldan kimə verəcəyini, işi kiminlə birlikdə görəcəyini bilmir. O notarius qaydasında verdiyi pulun ərizələrin sürətini iki vərəqədə ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs1 dələduzluq yolu ilə onu aldadaraq 6000 manat pulunu ələ keçirmişdir. Ələmin əvvəlcədən onu işlə təmin edəcək niyətidə olmamışdır. Həmçinin Nüşabəyə inanıb pulu Ələmə vermişdir. Nüşabə xəstəxanada işlədiyi üçün fikirləşmişdir ki, onu aldatmaz. Sonradan ona məlum olmuşdur ki, Nüşabə Təqsirləndirilən şəxs1lə birləşib ona qarşı dələduzluq edib pullarını ələ keçirmişlər. O, vurulmuş ziyanın ödənilməsi ilə bağlı notarisudan icra vərəqi əldə etmişdir. İcra vərəqi əsasında Təqsirləndirilən şəxs1 ona vurulmuş maddi ziyanı ödəməlidir. Vurulmuş maddi ziyandan Təqsirləndirilən şəxs1 tərəfindən 220 manat ödəniş edilmişdir. Qalan maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Lənkəran rayonu Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/12, mənzil 43-də yaşayır. O 2011-ci il tarixdən Lənkəran şəhəri X32 Tibbi yardım stansiyasının həkimi, o cümlədən 2023-cü ilin aprel ayından isə Liman şəhəri X43 stansiyasının həkimi vəzifəısində işləyir. Təqsirləndirilən şəxs2 çoxdandır ki, tanıyır Hətta 2011-ci ildən 2023-cü il tarixədək Lənkəran RMX-nın Acil şöbəsində həkim işləmişdir. Həmin vaxtdan Nüşabəni tanıyır və Nüşabə orada xadimə işləyir. Belə ki, təxminən 2023-cü ilin noyabr ayın ilk günlərində hardansa eşitmişdir ki. Nüşabənin tanışı var, güya həmin şəxs xəstəxanada iş düzəldir. Eşitdiyinə görə bir neçə şəxslər iş üçün Nüşabəyə pul vermişlər. O da qaynı Şahid4 X43 stansiyasına sürücü kimi işlə təmin etmək istəyirmiş. Təxminən 2023-cü ilin noyabr aym 10-11-də Nüşabə ilə Lənkəran şəhəri H.Əliyev adma olan parkda rastlaşmış və bu barədə Nüşabədən soruşduqda Nüşabə demişdir ki, Təqsirləndirilən şəxs1 adlı şəxs var, Girdəni kəndindəndir, bir neçə şəxsi işə düzəltmiş, bir neçə şəxsdə pul vermişdir ki, onları da işlə təmin edəcəkdir. Nüşabə Ələmin nömrəsini ona vermişdir və demişdir ki, danışsın, özüdə onu tapşıracaqdır. O Nüşabədən Ələmin nömrəsini alıb Ələmlə danışmışdır. Ələmin nömrəsi ***-***-**-** idi. Səhəri gün Ələmlə Lənkəran RMX-nın qarşısında çayxanada görüşmüşdür. Həmin vaxt o, qaynı Şahid4 və qaynatası Şahid3la birlikdə olmuşdur. Ələm demişdir ki, qaynı Şahid4 5000 manata sürücü kimi işlə təmin edə bilər. O Ələmə demişdir ki, qaynı Zaman müharibə vetranıdır, Ələm ona görə 500 manat çıxmış və demişdir ki, 4500 manata işi həl edə bilər. O Ələmə demişdir ki, pulu notarius vasitəsilə verə bilər. Ələm razılaşmışdır. O Ələmə demişdir ki, “səni tanımıram, Nüşabəni tanıyıram, pulu da Nüşabəyə inanıb verirəm”. Ələm demişdir ki, bu iş onun üçün heçnədir. Belə işlərdən çox görüb. Ələm bu işi kimlə görəcəyini deməmişdir. Ələmlə qərara gəlmişlər ki, pulu düzəldən kimi xəbər edərlər, gedib notariusda pulu verər. Ələm razılaşmışdır. 17 noyabr 2023-cü ildə o 4500 manat pul düzəltsin və Ələmlə əlaqə saxlamışdır. Ələm onu Lənkəran şəhərində yerləşən 1 saylı notariat ofisin qarşısına çağırmışdır. O qaynı Zaman və qaynatası İmanla birlikdə ora getmişlər. Ələm ora tək gəlmişdir. O Ələmlə birlikdə notariusa girmişlər və orada pulun verilməsi barədə ərizə yazmışlar. Sonra ofisdən çıxmışlar. Ofisin qarşısında o 4500 manat pulu sayıb Ələmə vermişdir. Zaman və İman da yanında olmuşdur. Ələm demişdir ki, 2024-cü ilin ortalarına qədər iş hazır olacaq və qaynı işə çıxacaqdır. Onlar azılaşmışlar. Ələm demişdir ki, işi Lerik rayonunda həll edəcəkdir. Bunu niyə dediyini bilməmişdir. Ələm çıxıb getmişdir. Ələm hətta qaynının sənədlərin surətlərini də alıb getmişdir. Yanvar ayında Ələmlə əlaqə saxlasalarda Ələm müxtəlif bəhanələr edirmiş. Sonra Nüşabəyə bunu demişdir, Nüşabə demişdir ki, o Ələmilə danışacaqdır. Daha sonra Nüşabə demişdir ki, Ələmlə danışıb iş düzəlməsə pulu qaytaracaqdır. Daha sonra Ələm və Nüşabədən xəbər çıxmamışdır. O Nüşabəyə və Ələmdən pulunu istəsə də nəticəsi olmamışdır. Bilmişdir ki, Ələm və Nüşabə əlbir olub pulunu ələ keçirmişlər. Təqsirləndirilən şəxs1 verdiyi pul ona məxsusdur. Qaynının imkanı olmadığından pulu o özü düəzldib Ələmə vermişdir. Qaynı ilə danışmışmışdır ki, işlədikdən sonra pulunu qaytacaqdır. Pulu Ələmə verəndə yanında Şahid4 və qaynatası Şahid3 olmuşdur. Başqa kimsə olmamışdır. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Lənkəran rayonu Kərgəlan kəndində yaşayır. Ailəlidir. Üç övladı vardır. Evdə anası Firəngiz Həmidova və arvadı X20 ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləliklə məşğul olur. X28 əkilmiş çiyələk bağında işləyir. Belə ki, yaxın qonşusu Məmmədova X4 rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir. Təxminən 4-5 il əvvəl mən Xoşbəxtin yaşadığı evin həyətində fəhlə işləmişdir. Orda işini qurtardıqdan sonra Xoşbəxt zəhmət haqqını tam vermədiyi üçün onunla mübahisə etmişdir. Ona görə də, Xoşbəxtlə münasibəti normal deyil. Lakin Xoşbəxtin arvadı Könüllə münasibəti normaldır. Evdə ailədə söhbət etdikləri zaman Könül demişdir ki, o rəsmi bir iş tapıb işləmək istəyir ki, aylıq evə qazanc gətirsin. Qərara gəlmişlər ki, Xəstəxanada xadimə işi olsa Könül işləsin. Ona görə də, Könül qonşusu Xoşbəxtlə aralarında olan söhbət zamanı sonuncuya demişdir ki, xəstəxanada iş olsa ona desin, bəlkə o da işləyə bildi. Xoşbəxtdə arvadı Könülə demişdir ki, iş olsa xəbər edəcəkdir. 01 dekabr 2023-cü il tarixdə saat 14 radələrində o kənd ərazisində bir evdə işləyirmiş. Həmin vaxt arvadı Könül ona zəng edib demişdir ki, Xoşbəxt ona votçapla zəng edərək demişdir ki, xəstəxanada xadimə işi üçün vakant yer vardır, daha sonra yaşadığı kənddə həkim məntəqəsi açılacaqdır, onu xəstəxanada və daha sonra məntəqədə xadimə kimi işə götürmək olar. O Könülə demişdir ki, bu söhbət telefon söhbəti deyil, evə gəlib rahat danışarlar. O axşamüstü evə qayıtmışdır. Könül olanları danışmışdır. O Könülə demişdir ki, Xoşbəxtin onunla münasibəti yoxdur, o inanmır ki, sənə iş düzəltsin. O buna etiraz etmiş və həmin vaxt Könül mobil telefonla Xoşbəxtin telefonuna zəng etmişdir. Telefon əlaqəsi zamanı Könül Xoşbəxtə demişdir ki, ‘'yoldaşı evdədir, buna narazlıq edir ki, işi düzəldə bilməzsən”. Xoşbəxt həmin vaxt evdə olmuşdur və demişdir ki, işi o yox, onun iş yoldaşı Nüşabə adlı qadın düzəldəcəkdir, onu da işə Nüşabə düzəltmişdir. Xoşbəxst demişdir ki, istəsək Nüşabənin nömrəsini versin. Nüşabənin nömrəsini Xoşbəxt arvadı Könülə verib demişdir ki, Nüşabə ilə əlaqə saxlasınlar. Xoşbəxt tam əminliklə demişdir ki, onu da Nüşabə işə düzəltmişdir, narahatçılıq olmaz, pulu verin Nüşabəyə həll etsin. Həmin vaxt qaynı Aqşin də onlarda olmuşdur. Aqşin öz telefonu ilə Nüşabəyə zəng etmişdir. Nüşabə demişdir ki, özü xəstəxanada xadimə işləyir, Xoşbəxt də onunla birlikdə işləyir, dəfələrlə bu cür işlər düzəltmiş, bir neçə şəxsi işlə təmin etmişdir. Nüşabə demişdir ki, xadimə kimi Könülü işlə təmin etmək üçün 3000 (üç min) manat pul lazımdır. Nüşabə demişdir ki, hətta kənddə həkim məntəqəsi açılacaqdır, bəlkə Könül orda işləyəcəkdir. Onlar Nüşabəyə demişlər ki, 3000 manat pulu hələ yoxdur, ola bilsin ki, 2-3 gün çəkəcək. Nüşabə demişdir ki, “eybi yoxdur, pulu düzəldin, bir-iki günə bir nəfər sizə zəng edəcək, pulu ona verin, etibarlı adamdır.” Onlar razılaşmışlar. Daha Nüşabə ilə danışmamışlar. 03 dekabr 2023-cü il tarixə dək qaynı Aqşindən 1500 manat borca pul almışdır. 03 dekabr 20203-cü il tarixdə saat 11 radələrində ***-***-**-** nömrədən onun istifadəsində olan 051- 771-323-32 saylı mobil nömrəyə zəng gəlmişdir. Özünü Ələm kimi tədim edən şəxs telefonda ona demişdir ki, “Nüşabə mənə demişdir, iş düzəltmək üçün pula görə zəng etmişəm”. O demişdir ki, 1500 manat düzəltmişdir. Ələm demişdir ki, 1500 manatı versin, 3 gündən sonra qalan 1500 manatıda düzəldib verər. O Ələmə harda görüşəcəyini deyəndə Ələm demişdir ki, evə gələr. Təxminən 1 saat sonra Ələm adlı şəxs küçəyə gəlib ona zəng etmişdir. O küçəyə çıxmışdır. Görmüşdür ki, Mersedes markalı avtomobillə gəlmişdir. Avtomobili Ələm adlı şəxs özü idarə edirmiş, yanında kimsə yoxdur. Ələm avtomobildən düşüb onunla görüşmüş və özünü təqdim edib demişdir ki, Təqsirləndirilən şəxs1dir. O demişdir ki, pul ondadır. Ələmlə birlikdə avtomobilə əyləşmişlər. Avtomobilə əyləşəndən sonra Ələmə baxmış özü-özündə şübhələnmişdir ki, bu necə iş düzəldəndir. Dərhal Nüşabəyə zəng etmişdir. Nüşabə demişdire ki, Təqsirləndirilən şəxs1dur, onun adamıdır, etibarlı adamdır, pulu ona versin. O heçnə deməyib pulu Ələmə vermişdir. Ələm pulu sayıb 1500 manatı götürmüşdür. Pulu alandan sonra qalan 1500 manatı haçan verəcəyini soruşmuşdur. Demişdir ki, 06 dekabr 2023-cü il tarixdə verər. Ələm demişdir ki, 06 dekabr 2023-cü il tarixədək Könülün şəxsiyyət vəsiqəsini və iki ədəd fotoşəkildə versin. Ələm getməmişdən qabaq demişdir ki, narahat olmasın, Nüşabə xəstəxanada çoxuna iş düzəltmişdir. Ələm demişdir ki, o Nüşabə ilə birlikdə işi düzəldir. Ələm çıxıb getmiş və 04 dekabr 2023-cü il tarixdə Ələm ona zəng edib dedi ki, şəxsiyyət vəsiqəsi, iki ədəd fotoşəkil və azca ödəniş lazımdır ki, işə başlasınlar. Həmin axşam Ələm avtomobillə tək gəlmiş və həyətə girib görüşmüşlər, daha sonra küçəyə çıxmışlar, küçədə Ələmə dediyi sənədləri və yol pulu vermişdir. Həmin pulu Ələm ondan belə yol pulu kimi almışdır. 06 dekabr 20203cü il tarixdə saat 14 radələrində şəxsi təsərrüfatında olan 1 baş inəyini satmış, 1700 manat pul düzəltmişdir. Sonra Ələmə zəng etmiş və demişdir ki, saat 18 radələrində Kərgəlan kəndin mərkəzində görüşsünlər pulu versin. Ələm həmin gün saat 17:30 radələrində kənddə gəlmiş, kəndin mərkəzində yerləşən çayxanada görüşmüşlər. Ələm 1500 manatı ondan alıb saymış və demişdir ki, 28 yanvar 2024-cü il tarixdən Könül artıq işdə olacaqdır. Ələm onun yanında Nüşabəyə zəng edib demişdir ki, pulu almışdır. Ələm hətta Nüşabəyə “ürəyim pulu almışam’1 deyirmiş. Ələm çıxıb getmişdir. 10 yanvar 2024- cü il tarixdə ona xəbər çatmışdır ki, kimsə Ələm və Nüşabədən şikayət etmişdir. Ona görə də, Ələmə zəng edib görüşmüşdür. Ələmə bu barədə deyəndə Ələm demişdir ki, narahat olmasın, iş onluqdur. O Nüşabəyə Ələmin yanından zəng etmişdir. Nüşabəyə demişdir ki, “bu necə olacaq, pulu sənə görə vermişəm”. Nüşabə əsəbləşib demişdir ki, Ələm ona da 14000 manat pul atmışdır. Daha sonra Nüşabəyə zəng çatmamışdır. Ələm də işi öz boynuna götürmüş və demişdir ki, narahat olmasın, işi düzəlməsə pulu qaytaracaqdır. 05 mart 20204-cü il tarixdə Ələmə zəng edib evə çağırmışdır. Ələm evə gəlmiş və demişdir ki, iş düzəlməsə pulu qaytaracaqdır. Daha sonra Ələmdən də xəbər çıxmamışdır. Xoşbəxtə də, bu barədə deyəndə Xoşbəxt də demişdir ki, sonradan bilmişdir ki, Ələm bir neçə şəxsləri aldatmışdır. Ələmə verdiyi 3000 manat pul ona məxsus olmuşdur. O bilir ki, Ələm Nüşabə ilə əlbir olub onu aldatmışlar. O əvvəldən bilsəydi pulu Ələmə verməzdi. O Nüşabəyə inanmış, çünki bilirmiş ki, Nüşabə xəstəxanada işləyir, bu işi görə bilər. Nüşabəyə görə pulu Ələmə vermişdir. Həmdə Nüşabə onu əmin etmişdir ki, iş düzələcəkdir, narahat olmasın. Təqsirləndirilən şəxs2 ona demişdir ki, verdiyi puldan 15000 manatı bacısına qaytarmışdır, lakin o, bacısı ilə danışmır və bacısı da ona hər hansı pul verməmişdir. Vurulmuş ziyandan ona yalnız 150 manat qaytarılmışdır. Hazırda ona vurulmuş və qalıq qalmış maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda əri Şeys Əliyev və qızı Məryəm Əliyeva ilə birlikdə yaşayır. 1989-cü il tarixdən tibb bacısı işləyir. Hal-hazırda Lənkəran rayon Mərkəzi xəstəxanasında tibbi- qeydiyyatçı işləyir. 2021-ci ilin sentyabr ayında yol nəqliyyat qəzası zamanı sağ ayağının baldır nahiyəsindən xəsarət almışdır. Ayağı sınmışdır. Belə ki, Lənkəran rayon Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 adlı şəxsi təxminən 2 ilə yaxındır ki, tanıyır. Ələm xəstəxanaya mütamadi olaraq gələrək orada tibb işçilərinə kömək edirmiş. İş yoldaşları deyirmişlər ki, güya Ələm onların həyətinbə qum-çınqıl gətizdirir. Ələm özü xəstəxanada söhbət zamanı demişdir ki, güya bunun əli hər yerə çatır, kimə nə iş lazımdırsa düzəldir. Belə ki, qızı Məryəm nişanlı olduğu üçün, nişanlısı Asim heç bir yerdə işləmirmiş. O istəmişdir ki, Asimi bir yerə işə düzəltsin. Belə ki, 07 dekabr 2023-cü il tarixdə Lənkəran rayon Mərkəzi xəstəxanasında işdə olduğu zaman Təqsirləndirilən şəxs1 xəstəxanaya gəlib orada iş yoldaşları ilə söhbət edirmiş. Ələm demişdir ki, güya bir neçə şəxsləri mühafizəçi və bir çox işlərə cəlb etmiş həmin şəxslər işləyirlər. O bunu Ələmdən eşidib ona yaxınlaşıb və demişdir ki, kürəkəni Asim heç bir yerdə işləmir. Ələmdən Asimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona demişdir ki, əlbəttə düzəldə biləcədkdir. Ələm ondan Asimin bütün anket məlumatlarını soruşmuşdur. O da Asimin bütün anket məlumatlarını Ələmə demişdir. Ələm demişdir ki, Asimi Lənkəran rayon mərkəzi xəstəxanasında mühafizəçi kimi işə düzəldə biləcəkdir. Ələm demişdir ki, buna görə pul lazım olacaqdır. O nə qədər pul lazım olacağını Ələmdən soruşmuşdur. Ələm demişdir ki, 2500 manat pul lazım olacaqdır. Ələm telefonu cibindən çıxarıb güya kiməsə zəng etmiş və demişdir ki, güya “Təbib”-in direktoru ilə danışır. O da Ələmə inanmışdır. O 2500 manatı olmadığını, 1800 manata razılaşmışlar. Ələm demişdir ki, pulu verəndən sonra Asimin bütün sənədlərini hazırlayacaq və 15 yanvar 2024-cü il tarixdən işləyəcəkdir. O Ələmə inanmış və razılaşmışlar. 08 dekabr 2023-cü il tarixdə saat 15 radələrində hüzür mərasimində olduğu zaman Ələm ona zəng edib demişdir ki, pulu tez ona çatdırsın, “Təbib” -in direktoru ilə danışmış, pulu vermək lazımdır. O dərhal qonşuluqda olan hüzür yerindən çıxıb evə getmiş, evdə özünə məxsus topladığı 1800 manat pulu götürmüşdür. Həmin vaxt Ələm onlara gəlmişdir. Ələm qapıda ondan 1800 manat pulu alıb getmişdir. İki gündən sonra Ələm ona zəng edib demişdir ki, 41 manat pulda lazımdır ki, sənədləri hazırlayacaqdır. O 41 manat pulu hazırlayıb Ələm evinə gəlib qapıda pulu ona vermişdir. Həmin gün axşamçağı Ələm yenidən ona zəng edib demişdir ki, 20 manatda pul lazımdır ki, forma alacaqdır. O inanmış və Ələm qapıya gəlmiş 20 manatı da alıb getmişdir. O ümumi olaraq Ələmə 1861 manat pul vermişdir. Ələm çıxıb getmişdir. Bir neçə gün sonra Ələmdən işlərin nə yerdə olduğunu soruşanda demişdir ki, “Təbib” direktoru ilə danışmışdır, iş düzələekdir. O Ələmdən təbibin direktorunun kim olduğunu soruşanda Ələm qəsədən ona Cavanşir adını demişdir. O bilmişdir ki, Ələm onu aldadır. Həmin gündən sonra Ələmin onu aldatdığını bilib ondan pulunu geri istəmişdir. Nəhayət 2024-cü ilin fevral ayında 800 manat pulunu geri ala bilmişdir. Qalan pulu da qaytaracağını demişdir. Lakin hazırki vaxta kimi pulunu qaytarmamışdır. Ona görə də o Ələmdən şikayət etmişdir. O işi düzəltməkdən ötrü Asimə bu barədə deməmişdir. Asimin bundan xəbəri olmamışdır. Həmçinin evdə bunu heç kim bilmir. Pulu Ələmə verəndə və onunla danışığını heç kim bilməmişdir. Ələm dələduzluq yolu ilə onun 1861 manat pulumu ələ keçirtmişdir. Onunla 1800 manata danışmışdır. Sonradan ondan 41 manat və 20 manat da almışdır. Ələm onun etibarından sui-istifadə edərək onu aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirtmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və buna görə Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və tələbi yoxdur, sonuncu ilə barışmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 ifadəsində göstərdi ki, Lənkəran rayonu Şürük kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Ailəlidir. X44 də, heç bir yerdə işləmir, fəhləlik edir. O da işləmir. Şahid10 onunla qonşudur və kənddə yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş binada yaşayır. Münasibəti Şahid10 ilə normaldır. Çox vaxt Şahid10 onlara gəlib-gedir. Belə ki, o və əri heç bir yerdə işləmədiyi üçün mən fikirləşirmiş ki, harda bir iş olsa, gedib işləyər. Yəni bir idarə, təşkilat və yaxud xəstəxana və məktəbdə xadimə işi olsa işləyər. Qonşusu Yaqutda onlara gələndə ona bu barədə demişdir. Şahid10 da onun iş axtardığını bilirmiş. Belə ki, 24 dekabr 2023-cü il tarixdə axşamçağı bir gün həyətdə olmuşdur. Həmin vaxt qonşusu Şahid10 həyətə gəlib onu görüb demişdir ki, bir nəfər etibarlı adam var, adı Ələmdir, xəstəxanaya iş düzəldir, onu xadimə kimi işə düzəldə biləcəkdir. Yaqut ondan xəstəxanada işləyib-işləyə bilməyəcəyini soruşmuşdur. O Yaquta demişdir ki, əlbəttə istəyir. Həmin vaxt əri Fəzail Rusiya Federasiyasında olduğundan demişdir ki, onunla danışın deyər. Şahid10 demişdir ki, buna görə Ələm adlı şəxs 2500 manat istəyir. O Fəzailə zəng etmiş və onunla danışmışdır. O əri ilə danışqdıqdan sonra telefonu Yaquta vermiş, o da Fəzaillə danışmışdır. Çünki, evdə böyüyü əri Fəzaildir. Nə olursa onunla məsləhətləşməlidir. Yaqutda əri ilə danışmışdır. Yaqut Fəzailə də demişdir ki, etibarlı adam var, iş düzəldir. Fəzaildə demişdir ki, baxın, görün etibarlı adamdırsa pul verin. O Yaquta demişdir ki, səni tanıyıram, heç kimi tanımıram, pulu da versəm, sənə görə verərəm. Yaqut da, demişdir ki, Ələm adlı şəxs çoxu üçün iş düzəldib. Yaqut da, demişdir ki, istəsə Ələm adlı şəxsə deyər, axşam gələcəkdir. Yaqut həmin vaxt Ələm adlı şəxsə zəng etmişdir. Ələmə demişdir ki, “qonşum Ruziyyə, var, xəstəxanaya işə düzəlmək istəyir”. Ələmdə telefonda Yaquta nəsə demişdir. Yaqut demişdir ki, Ələm ona demişdir ki, bir-iki saata gələr. Həmin gün axşam saat 19 radələrində Ələm Mersedes markalı bir avtomobillə həyətə gəlmişdir. Həmin vaxt Azadə adlı qadında Ələmlə olmuşdur. O Azadəni də tanıyır. Azadə Yaqut adlı qadınla bir binada yaşayır. X40 şəhərinə köçmüşdür. Hazırda Azadənin harada yaşadığını bilmir. Avtomobili Azadə idarə edirmiş, Ələm adlı şəxsdə sərnişin qismində əyləşmişdir. Onlar avtomobildən düşməmişlər. Ələm demişdir ki, onu xadimə kimi işə götürmək üçün 2500 manat pul lazımdır. Onlar 2300 manata razılaşmışlar. Ələmə demişdir ki, onun əmək kitabçası da vardır. Ələm demişdir ki, ona ehtiyac yoxdur. O demişdir ki, 2300 manat pulu birdəfəlik verə bilmir, razılığa gəlmişlər ki, 1000 manatı versin, qalan 1300 manatı da hissə-hissə verər. Ələm razılaşmışdır. Həmin vaxt Azadə adlı qonşusu da, demişdir ki, Ələm etibarlı adamdır. O 1000 manat pulu götürüb gətirib avtomobildə Azadəyə vermişdir, Azadə ona yaxın olduğundan pulu vermişdir. Azadədə pulu Ələmə vermişdir. Ələm demişdir ki, qalan pulu da hazırlasın gəlib götürəcəkdir. Beləliklə, Ələm pulu alıb gedəndən sonra Yaqutla dəfələrlə bu barədə danışmışlar. Yautda onun yanında Ələmə zəng edirmiş Ələmdə deyirmiş ki, narahat olmasın, işi tez zamanda həll edəcəkdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 300 manat pulu Ələmə yaşadığı evin həyətində, qalan 1000 manat pulu da, 02 yanvar 2024-cü il tarixdə yaşadığı evin həyətində Ələmə vermişdir. Pulu Ələmə verəndə Azadə həmişə orda olmuşdur. Beləliklə, Ələmə cəmi 2300 manat pul vermişdir. Sonra bilmişdir ki, Ələm ona qarşı dələduzluq edərək onu aldatmışdır. Ələm hətta ondan iş üçün şəkil çəkdirməyini də istəmişdir. O şəkil çəkdirmiş, şəxsiyyət vəsiqəsinin surətini də çıxarıb Ələmə vermişdir. Ələmi tapa bilmədiyi üçün bir dəfə Azadəni görmüşdür. Azadədən bunu soruşanda Azadə demişdir ki, Ələmn bir neçə şəxsləri aldatmışdır. Azadə demişdir li, o da bir neçə dəfə Ələmi görüb, onun pulunu qaytarmasını desə də, Ələm pulu qaytarmamışdır. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayır. Heç bir yerdə işləmir. Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Təxminən 7-8 il əvvəl Sütəmurdov kəndində ev tikdiyi zaman Ələm həyətinə yük maşını ilə mişar daşı gətirdiyi zaman onu tanımışdır. Daha sonra Ələm ona hərdən zəng edirmiş. Ələm ona zəng edərək nəsə olsa ona deməsini demişdir. 2024-cü il fevral ayın axırlarında Ələm ona zəng edib, pul qarşılığında xəstəxanada tibb bacısı, məktəblərdə xadimə kimi və başqa yerlərdə işə düzəldə bildiyini deyib, kimsə işə düzəlmək istədiyi təqdirdə onunla əlaqə saxlamağımı istəmişdir. O da həmin vaxt yaşadığı evə yaxın ərazidə yerləşən Velədi kənd orta məktəbində xadimə kimi işə düzəlmək istədiyini demişdir. Çünki heç bir yerdə işləmir. Lənkəran rayonu Velədi kənd orta məktəbi yaxın olduğundan Ələmə demişdir ki, həmin məktəbə xadimə kimi işə düzəlsə yaxşı olar. Çünki Ələm demişdir ki, onun hər yerdə adamı var, hara istəsə onu və tanışlarını pul qarşılığında işlə təmin edəcəkdir. O Ələmə inanmışdır. Sonra Ələm evə gəlmiş və ona demişdir ki, xadimə kimi onu işə düzəldə bilməsi üçün ona 1500 manat verməlidir. O maddi imkanı zəif olduğu üçün onun dediyi məbləğdə pulu verə bilməyəcəyini demişdir. Ələmlə onu xadimə kimi işlə təmin etmək üçün 1000 manata razılaşmışlar. O Ələmə 650 manatı qabaqcadan verəcəyini, işə düzəldikdən sonra qalan 350 manatı da verəcəyini bildirmişdir. Ələm də onunla razılaşmışdır. 01 mart 2024-cü il tarixdə Ələm Sütəmurdov kəndinə yaşadığı ünvana gəlib işə düzəlməyi üçün ilkin olaraq şəxsiyyət vəsiqənin surətini, fotoşəklini, əmək kitabçanı almışdır. Ələm demişdir ki, ilkin ona 150 manat versin, onun üçün sağlamlıq haqqında arayış və digər lazımi sənədləri toplayacaq, bir neçə gün sonra 500 manatı versin. O həmin vaxt nağd pul olmadığı üçün Ələmin ona verdiyi kart hesabına 150 manat pul köçürmüşdür. Ələm demişdir ki, bir neçə gün sonra xəbər edər, qalan 500 manatı da verər. O razılaşmışdır. 06 mart 2024-cü il tarixdə Ələm ona zəng edərək, işə düzəlməyi üçün lazım olan sənədləri hazırladığını, onları təqdim etmək üçün Bakı şəhərinə gedəcəyini və buna görə də əvvəlcədən razılaşdığı pulun qalan 500 manatını da verməyini bildirmişdir. Həmin gün saat 19 radələrində Ələm ona zəng edib, Lənkəran rayonu Velədi kəndində Köhnə Ələt-Astara magistral yolunun kənarında olduğunu, onu gözlədiyini, gedib qalan 500 manatı verməyini demişdir. O da həmin yerə gedib Ələmlə görüşüb 500 manat pulu da ona vermişdir. Həmin vaxt Ələm nömrə nişanını bilmədiyi qara rəngli Vaz 21015 markalı avtomaşınla gəlmişdir. Avtomaşının sürücüsünün kim olduğunu bilməmişdir. O isə anası Hüriyyət ilə ora getmişdir. Ələm ona 15 mart 2024-cü il tarixə kimi Velədi kənd məktəbində xadimə işinə düzələcəyini bildirmişdir. O Ələmə inanmış və demişdir ki, işə düzələn kimi işləyib qalan 350 manatı da verər. 15 mart 2024- cü il tarixi olduqdan sonra onun işə düzəlməyindən heç bir xəbər çıxmamışdır. O Ələmlə əlaqə saxlayıb bu barədə soruşduqda Ələm müxtəlif bəhanələr gətirib qısa müddətə işin düzələcəyini deyib vaxt uzadırmış. O Ələmin onu işə düzəltmədiyini görüb Ələmin onu aldatmasından şübhələnmiş və Ələmdən 650 manat pulunu geri qaytarmasını tələb etmişdir. Ələm pulu qaytaracağını desə də, ötən müddət ərzində pulunu qaytarmamışdır. O Ələmin onu işə düzəldəcəyin deyib, onu aldadaraq 650 manat pulunu alıb ələ keçirməklə dələduzluq etməsini bildikdən sonra onun barəsində polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs1 ona qarşı dələduzluq edib 650 manat pulunu almışdır. Sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 digər şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam olaraq ödənildiyini, sonuncu ilə barışdığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, Lerik rayonu Nsomurya kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Lerik rayon Elektrik şəbəkəsində elektro- mantiyor işləyir. O xəstəliyi ilə bağlı əvvəlir İİ qrup əlil kimi təqaüd almışdır. 2022-ci il də təqaüdü kəsilmiş və həmin vaxtdan sonra təqaüd ala bilməmişdir. Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Təxminən 2024-cü ilin mart ayın ortalarında yaşadığı kənddə olduğu zaman qaynı Şahid1 ilə aralarında olan söhbət əsnasında o bildirmişdir ki, Lənkəran rayonu Girdəni kəndində tanışı Təqsirləndirilən şəxs1 adlı şəxs var, sonuncu ona zəng edib demişdir ki, əgər tanış adam varsa pul müqabilində lazımi yerlərə işlə təmin edə bilər. İdris demişdir ki, istəsə onu Təqsirləndirilən şəxs1lə tanış etsin onunla danışsın təqaüdün bərpa edilməsində ona kömək etsin. Həmin vaxt İsdris Ələmin mobil nömrəsini ona vermişdir. O istifadəsində olan mobil telefon nömrəsi ilə Ələmin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng etmiş və onunla danışdır. Ələm demişdir ki, təqaüd sənədlərini hazırlayıb ona versin, onu təqaüdə çıxardacaqdır. O razılaşmışdır. 26 mart 2024-cü il tarixdə baldızının qızının yas mərasimində iştirak etmək üçün qaynı İdrislə birlikdə Lənkəran rayonu Sütəmurdov kəndinə gəlmişdir. Həmin vaxt Ələmə də zəng etmiş və o gəlmişdir. Ələmlə tanış olmuşdur. Ələm demişdir ki, hər yerdə tanışı var, kimi hara istəsə işlə təmin edə bilir, kəsilmiş təqaüdləri də bərpa edir. Ələm demişdir ki, bu işi görmək üçün 2700 manat pul lazımdır. Hətta sənədləri də ondan almışdır. O Ələmə demişdir ki, pulu hissə-hissə verə bilər. Ələm demişdir ki, ilkin sənədləşmə işlərini aparmaqdan ötrü ona 500 manat versin, qalan pulu da ona zəng etdikdə versin. O razılaşmışdır. Təqsirləndirilən şəxs1 onu elə inandırmışdır ki, həqiqətən də, onun iş düzəldə biləcəyinə əminliklə inanmışdır. Həmin vaxt onda pul olduğu üçün 500 manat çıxarıb İdrisə vermiş, İdris də həmin pulu Ələmə vermişdir. Ələmdən ayrılmışlar. Səhəri gün Ələm ona zəng etmişdir ki, ona pul lazımdır və kart vasitəsi ilə Ələmin kart hesabına 130 manat göndərmişdir. İki gündən sonra Ələmlə Ələt-Astara avtomobilin yolunun Lənkəran rayonu Digah kəndindən keçən hissəsində plakatın yanında sonuncu ilə görüşmüş və ona 85 manat pul vermişdir. O həmin pulu Ələmə verəndə gizlincə telefonu ilə çəkiliş aparmışdır. Ələmə ümumilikdə 715 manat pul vermişdir. Ələmə pulu verdikdən sonra Ələm ondan qalan 2000 manatı istəmişdir. O Ələmə demişdir ki, o qədər pulu ancaq notarius vasitəsilə verə bilər. Bunu Ələmə demişdir və o buna etiraz etdikdə onda şübhə yaranmışdır. Ələmin onu aldadacağında onda şübhə yaranmışdır. Ələmə demişdir ki, pulunu qaytarsın. Ələm demişdir ki, pulunu qaytaracqdır. Həmin gündən başlayaraq Ələmdən pulunu getri istədikdə o müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. O da ona görə şikayət etmişdir. Ələm onun etibarından sui-istifadə edərək onu aldatmışdır. O ələmə pulu notarius vasitəsilə verə biləcəyini dedikdə Ələm bundan imtina etmiş və Ələmdən şübhələnmişdir. Sonra eşitmişdir ki, Ələm bir neçə şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, Lənkəran rayonu Kərgəlan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir. Təqaüdçüdür. 3 ilə yaxındır ki, təqaüd alır. Bundan əlavə idarə etdiyi VAZ 21074 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. X2 azyaşlı uşaqları ilə birlikdə onunla bir evdə yaşayır. Oğlu, yəni Vüsalənin əri Zöhrab İbadov həbsdə olduğu üçün gəlini Vüsaləni bir yerdə işlə təmin etmək istəyirmiş. Vüsalə üçün iş axtarırmış. Gəlini Vüsalə orta ixtisas təhsillidir. Belə ki, təxminən 2024-cü ilin aprel ayın ilk günlərində Lənkəran şəhəri Nizami küçəsində yerləşən Lənkəran rayon məhkəməsinin binasının qarşısında yerləşən çayxanada əyləşib çay içirmiş. Bu zaman stola bir kişi yaxınlaşmış və onun əyləşdiyi stolun boş olduğunu, özü əyləşmək istədiyini və buna görə ondan icazə almışdır. O stolun boş olduğunu əyləşə biləcəyini demişdir. Həmin şəxs oturub çay içib telefonla danışmağa başlamışdır. Həmin şəxs telefonda bir neçə şəxslə danışmışdır. Telefonda danışmağından bilmişdir ki, iş düzəldir. Həmin şəxs telefonda danışaraq işin tezliklə həll olunacağından, bunun üçün müəyyən midar pul lazım olduğu barədə danışırmış. Bu onda maraq oyatdığı üçün həmin şəxsdən nə işlə məşğul olduğunu soruşmuşdur. Həmin şəxs keçəl olmaqla təxminən 50- 55 yaşlı olarmış. Ondan nə işlə məşğul olduğumu soruşanda heç bir yerdə işləmədiyini, lakin kimə nə iş lazım olduğu halda işlə təmin etdiyini, İcra Hakimiyyətində və bir çox orqanlarda tanışlarının çox olduğunu, müharibə vetranı olduğu üçün sözünün hər yerdə keçdiyini bildirmişdir. O həmin şəxslə tanış olmuş və demişdir ki, adı Ələmdir və Girdəni kəndində yaşayır. O Ələmə ailə vəziyyəti barədə danışmış və demişdir ki, gəlini orta ixtisas təhsillidir onu hardasa işlə təmin etdirsə yaxşı olar. Həmin vaxt Ələm demişdir ki, Lənkəran şəhərində yerləşən “Medical” xəstəxanasında qcydiyyatçı yeri boşdur, ora gəlinini işlə təmin edə biləcəkdir. Ələm elə danışırmış ki, o Ələmə inanmışdır. Çünki yanında oturduğu zaman bir neçə şəxslərlə telefonda işlə bağlı kimisə işə götürməyi və tezliklə işin alınacağı barədə danışmışdır. O Ələmə inanmışdır. Ələmdən bu işin neçəyə həll olunacağını soruşanda demişdir ki, 5600 manat pul lazım olacaqdır. O demişdir ki, o qədər pulu yoxdur, həyətində iki inəyi var onu satıb həmdə özü də biraz düzəldib verə bilər. Ələmlə çox danışdıqdan sonra 4500 manata razılaşmışlar. Ələm onun nömrəsini götürmüş və demişdr ki, telefon onun deyil, başqasınındır bir müddət sonra onunla əlaqə saxlayacaqdır. Onlar ayrılmışlar. Ayrılanda Ələm demişdir ki, pulu düzəltsin, özü ona xəbər edəcəkdir. O razılaşmış və ayrılmışlar. O Ələmdən ayrıldıqdan sonra gəlib bu barədə kənd icra nümayəndəsi Məmməd müəllimə danışmışdır. Məmməd müəllim demişdor ki, özü də Ələmi hardasa görmüşdür. Məmməd müəllim demişdir ki, Ələm ona zəng edib çağıranda özünə də desin birlikdə gedib Ələmlə görüşsünlər. O həmin vaxtlar həyətində olan 2 baş iribuynuzlu inəkləri satıb 2700 manat pul əldə etmişdir. 12 aprel 2024-cü il tarixdə Ələm ona bir nömrə ilə zəng edib pulu hazırlayıb-hazırlamadığını soruşmuşdur. O Ələmə demişdir ki, iki baş inəyini satmış, bir qismini düzəltmişdir. Ələm demişdir ki, həmin pulu götürsün Lənkəran şəhəri Ş.Xiyabanına gəlsin. O Məmməd müəllimə zəng edib demişdir ki, Ələm ona zəng edib gəlməyini istəyir. Məmməd müəllim demişdir ki, birlikdə gedəcəklər. O evdə həmin puldan 2000 manat ayırıb Məmmədlə birlikdə Ş.Xiyabanına gəlmişdir. Ələm əvvəlcədən avtomobilinin nömrəsini ondan soruşmuşdur. O da demişdir. O Məmməd müəllimlə Ş.Xiyabanına getmişlər və orda təxminən 2-3 dəqiqə gözləyəndən sonra Ələm ora bir Vaz2106 markalı avtomobillə gəlmiş, sürücü avtomobili kənarda saxlamış və Ələm düşüb gəlib avtomobilinə əyləşmişdir. Həmin vaxt Ələm, Məmməd müəllimlə görüşmüşdür. Ələm ondan pulu gətirib-gətirmədiyini soruşanda demişdir ki, 2000 manat gətirmişdir. Məmməd müəllim Ələmə demişdir ki, “səni tanıyıram, Səyyad da, mənim dayımdır'1. Ələm heç bir narahatçılıq olmadığını, Məmməd müəllimidə tanıdığını bildirərək işi tezliklə həll edəcəyini demişdir. Ələm demişdir ki, 2000 manatı versin, qalan 2500 manatı da tez düzəltsin ki, işə başlasın. Ələm güya 2000 manatı işi düzəltmək üçün beh kimi verəcəkdir. O razılaşmış və 2000 manatı şıxarıb Məmmədin yanında Ələmə vermişdir. Pulu onun maşınında Ələmə vermişdir. Ələm pulu sayıb cibinə qoymuiş və demişdir ki, zəng edəcəkdir. Onlar ayrılmışlar. Ələm demişdor ki, işi danışmış, həmin xəstəxanada iki boş yer var, bir yeri gəlini Vüsalə üçün saxlatdırmışdır. Təxminən 3-4 gün sonra Ələm ona başqa bir nömrədən zəng etmiş və pulu hazırlayıb-hazırlamadığını soruşanda demişdir ki, bir qismini hazırlamış, tam hazır deyil. Ələm ayrı-ayrı nömrələrdən ona zəng etdiyi üçün nömrələri xatırlamır. 26 aprel 2024-cü il tarixədək o qalan 2500 manatı da hazırlamışdır. Ələmin zəngini gözləmişdir. 28 aprel 2024-cü il tarixdə Ələm ona zəng etmiş və demişdir ki, pul hazırdır. Ələm onu yenidən Ş.Xiyabanına gəlməyini demişdir. O da idarə etdiyi avtomobili ilə gedib Məmmədi götürüb birlikdə Ş.Xiyabanına getmişlər. Ələm ora yenidən VAZ 2104 markalı, ağ rəngli nömrəsini xatırlamadığı avtomobillə gəlmiş, avtomobili sürücü kənardsa saxlayıb Ələm düşüb gəlib avtomobilin arxa oturacağında əyləşmişdir. O demişdir ki, pul hazırdır. Ələm demişdir ki, pulu ona versin, 3-4 gün sonra ona zəng edəcək, o Vüsalənin sənədlərini aparıb ona verər. O razılaşmışdır. Ələm pulu alıb getmişdir. Bir müddət sonra Ələmin iş görmədiyini və ona zəng etmədiyini görüb narahat olmuşdur. Bu barədə Məmməd müəllimə demişdir. Məmməd müəllim Ələmə zəng etmiş və Ələm cavab verməmişdir. Bir neçə gün sonra xəbər çatmışdır ki, Ələm tutulmuşdur. Ələm onu aldadaraq dələduzluq yolu ilə 4500 manat pulunu ələ keçirmişdir. Hazırda ona vurulmuş maddi ziyanı tam tələb edir. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o Lənkəran rayonu Bürcəli qəsəbəsində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir, bir azyaşlı uşağı vardır. Heç bir yerdə işləmir. Evdə həyat yoldaşı, qaynanası və qaynatası Zərərçəkmiş şəxs8la birlikdə yaşayır. Ali təhsillidir. O və həyat yoldaşı Vüsal ali təhsilli olsalarda da, heç birimiz işləmirlər. Ona görə də, o istəmişdir ki, bir iş olsa işləsin. Özü Tarix fakültəsini bilirmişdir. Hamı, yəni qohum-əqrabası bilirmiş ki, o iş axtarır. Həmdə Lənkəran rayonu Şürük kəndində yaşayan bacısı Günay da orta ixtisas təhsilli olmaqla iş axtarırmış. Belə ki, təxminən 2023-cü ilin avqust ayın axırlarında bir gün evdə olduğu zaman Şürük kəndində yaşayan anası Aygün ona zəng edib demişdir ki, bibisi Lənkəran rayonu Tütəpeştə kənd sakini Şahid9 ilə söhbət etmiş və sonuncu demişdir ki, qohumu Nüşabə adlı qadın Lənkəran rayon Mərkəzi xəstəxanasında işləyir. Anası Aygün demişdir di ki, bibisi Hüsniyyə qohumu Nüşabə və sonuncunun tanışı Ələm adlı şəxs onun yaşadığı evinə gəlmişlər. Aygün telefonla onunla danışan zaman Ələm və Nüşabə adlı şəxsin bacısı Günay üçün Lənkəran rayon Mərkəzi Xəstəxanasında iş tapdıqlarını və söhbət etməyə gəldiklərini bildirmişdir. Aygün demişdir ki, qaynatası Zərərçəkmiş şəxs8 bu barədə desin və gəlsinlər. Çünki, atası Mirnazim vəfat etdiyi üçün istəmişdir ki, qaynatası İmaməli gəlib həmin Ələm adlı şəxslə danışsın. O bunu qaynatası İmamətiyə demiş və birlikdə anası Aygünün evinə getmişlər. Aygün Şürük kəndində qardaşı Tural və bacısı Günayla birlikdə yaşayır. Atası Mirnazim də vəfat etmişdir. Atası vəfat etdiyi üçün bacısı Günay da güclü həyəcan keçirmişdir. Həkimlər anasına demişlər ki, bacısı Günay bir yerdə işləsə fikri dağılar, ona görədə anası bacısı Günay üçün iş axtarmışdır. Anası Aygün özüdə müəllimədir və işləyir. O qaynatası və qaynanası ilə birlikdə anası Aygünün evinə getmişlər. Anası Zərərçəkmiş şəxs3 evinə gedəndə orada bibisi Hüsniyyə, Nüşabə və Ələm adlı şəxslər olmuişdiur. O Nüşabəni tanıyırmış. Nüşabə bibisi Hüsniyyənin qohumudur, həmdə mərhum atasının hüzür mərasimində də iştirak etmişdir. Ələm adlı şəxsi ilk dəfə idi ki, görmüşdür. Məlum olmuşdur ki, Ələm Lənkəran rayonu Girdəni kənd sakinidir. Anası Aygün demişdir ki, Təqsirləndirilən şəxs1 iş düzəldir, hər yerə əli çatır, müharibə əlilidir, İcra Hakimiyyətində və xəstəxanada iş düzəldir. Ələm özü də danışıb demişdir ki, hər yerdə iş var, kim hara istəsə işlə təmin edəcəkdir. Nüşabə də Ələmin dediklərini təsdiqləmişdir. Nüşabə demişdir ki, onu necə tanımışlarsa Ələmi də belə tanısınlar. Nüşabə demişdir ki, Lənkəran rayon Mərkəzi xəstəxanasında qeydiyyatçı işi var, bacısı Günayı həmin işlə təmin etmək olar. Nüşabə demişdir ki, bu işi tez görmək lazımdır ki, iş əldən çıxmasın, yoxsa başqa kimsə həmin işə keçər. Ələm Günayın diplomuna, şəxsiyyət vəsiqəsinə və sənədlərinə baxıb demişdir ki, həmin qeydiyyatçı işinə götürmək olar. Həmin vaxt Ələm və Nüşabə demişlər ki, 3500 manat pul lazımdır ki, Günayı işlə təmin etsin. Nüşabə demişdir ki, bu işi yəni pulu bu gün verin ki, qoy iş düzəlsin. Onlar Nüşabəyə inanmışlar. Bilməmişlər ki, Nüşabə onlara qarşı dələduzluq edəcəkdir. Çünki Nüşabə özü həm xəstəxanada işləyir, həmdə onlara qohumdur. Onlar Nüşabəyə inanmışlar ki, xəstəxanada işləyirsə işi görə bilər. Həmçinin, o Ələmi də elə tərifləyirmiş ki, hamısını inandırmışdır. Nüşabə də, demişdir ki, heç bir problem olmayacaq, pulu verək, o bu işdə var, narahat olmasınlar. Anası Aygün demişdir ki, onun evdə pulu yoxdur, qaynatasından xahiş etmişdir ki, pulu varsa versin, bankdan kredit götürüb verər. Qaynatası həmin vaxt çıxıb getmişdir ki, pul gətirsin. Biraz keçəndən sonra qaynatası 3500 manat alıb gətirib anası Aygünə vermişdir. Ələm və Nüşabə də evdə əyləşib pulu gözləmişlər. Qaynatası pulu Ələmə vermiş və sonuncu pulu sayıb cibinə qoymuşdur. Ələm və Nüşabə demişlər ki, əgər iş alınmasa pulu tam şəkildə qaytaracaqlar. Nüşabə demişdir ki, iş tezliklə həll olunacaq. Ələm həmin vaxt bacısı Günayın mobil telefon nömrəsini də götürüb yazmışdır və demişdir ki, iş düzələn kimi telefonuna mesaj gələcəkdir. Ələm və Nüşabə Günayın bütün sənədlərini götürmüşlər. Həmin söhbət zamanı Ələm demişdir ki, iş çoxdur, bacısı Günay orta ixtisas təhsillidir, əgər ali təhsilli olsa onu başqa bir işlə təmin edəcəkdir. Həmin vaxt Nüşabə onu tanıdığı üçün onu göstərib demişdir ki, ali təhsillidir. Nüşabə demişdir ki, güya onun üçün də iş düzəltsin. Ələm demişdir ki, onun üçün də bir iş fikirləşəcəkdir. Daha sonra Ələm Nüşabə çıxıb getmişlər. Bibisi Hüsniyyə qalmışdır. Təxminən 3-4 gün keçəndən sonra anası Aygün ona zəng edib demişdir ki, Ələm onlara gəlmiş və demişdir ki, Regional Təhsil İdarəsində bir iş var, 5-6 qadın bir otaqda işləyirlər, orada bir boş yer var, onu həmin işə düzəldə bilər. Anası demişdir ki, istəsə qaynatası ilə danışsın, Ələm hazırda evdədir. Hətta Ələm demişdir ki, 2500 manat lazımdır ki, bu gün pulu çatdırsınlar gedib işi danışsın. O qaynatası İmaməli ilə danışmış və yenidən sonuncu ilə anası Aygünün evinə gəlmişlər. Görmüşdür ki, evdə anası Aygün, bacısı Günay və Ələm adlı şəxsdir. Ələm demişdir ki, Təhsil İdarəsində komyuter işi var, həmin yerə ali təhsilli bir qadın lazımdır, istəsə onu həmin işə düzəldə bilər. Qaynası razılaşmış, Ələm demişdir ki, 735 manat əmək haqqı alar. Ələm demişdir ki, buna 2500 manat lazımdır, 50 manatda sağlamlıq arayışı almaq üçün lazımdır. Ələm demişdir ki, aldığı pulları dövlətin balansına köçürür, ona da zəhmət haqqı kimi 200-300 manat pul qalır. Qaynatası həmin vaxt elə pulla gəldiyi üçün 2550 manat pulu sayıb Ələmə vermişdir. Ələm pulu alanda o Ələmi telefonla çəkmiş və həmin çəkilişi qaynatasına vermişdir. Əvvəllər 8 il müəllimə işləmişdir. Əmək kitabçasını da Ələm istəmiş və onu da vermişdir. Özünə məxsus şəxsiyyət, diplomun surətini də Ələmə vermişdir. Həmçinin yaşayış yerindən arayışda alıb Ələmə vermişlər. Ələm söz vermişdir ki, o 01 oktyabr 2024-cü il tarixdən işə çıxar. Sonradan bilmişdir ki, Ələm onları aldatmışdır. Onlar Ələmi tanımamışlar. Ələmi Nüşabəyə görə tanımışlar. Nüşabəyə inanıb pulu Ələmə vermişlər. Nüşabə də Ələmlə əlbir olmuşdur. Onlar Nüşabəyə inanmışlar, çünki o xəstəxanada işlədiyi üçün zənn etmişlər ki, işi düzəldər. Çünki, Nüşabə demişdir ki, o və Ələm heç fərqi yoxdur. Nüşabə Ələmlə birlikdə əlbir olub anası Aygünü və qaynatası İmaməlini aldadaraq pullarını ələ keçirtmişlər. Çünki, iş gecikəndə aldadıldığını biləndən sonra Nüşabə ilə əlaqə saxlasalar da, sonuncu demişdir ki, narahat olmasınlar, o bu işə cavabdehdir. Lakin buna baxmayaraq Nüşabə və Ələm anası və qaynatasını aldadıb pullarım ələ keçirmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Evdə əri Alimlə birlikdə yaşayır. Uşağı yoxdur. O təxminən 6-7 ildir ki, Lənkəran RMX-da işləyir. Hazırda xəstəxananın Urologiya şöbəsində kiçik tibb işçisi kimi işləyir. Növbəli şəkildə işləyir. Zərərçəkmiş şəxs4 onunla qonşudur. Zaur və ailə üzvləri ilə münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs4 arvadı Könül Həmidova ilə münasibətləri çox yaxşıdır. O xəstəxanada işlədiyi üçün Zərərçəkmiş şəxs4 arvadı Könül onu görəndə ona demişdir ki, xəstəxanada kiçik tibb işçisi (xadimə) yeri olsa ona desin ki, o da işləmək istəmişdir. Könül demişdir ki, işləmək istəyir. O Könülə demişdir ki, iş olsa xəbər edər. Bundan əlavə xəstəxanada kiçik tibb işçisi işləyən Təqsirləndirilən şəxs2 çoxdandır ki, tanıyır. Nüşabə də, xəstəxananın Acil şöbəsində kiçik tibb işçisi kimi işləyir. Könül ona iş axtardığını dediyi üçün oda fikirləşmişdir ki, xəstəxanada iş olsa ona desin. Belə ki, təxminən 2023-cü ilin dekabr ayın ilk günlərində Nüşabə onu görüb demişdir ki, eşitmişdir ki, yaşadığı Kərgəlan kəndində yeni məntəqə açılır. Nüşabə demişdir ki, həmin məntəqəyə işçi istəyirlər. Nüşabə demişdir ki, “sənin kəndindir, istəsən gedib işləyə bilərsən”. Nüşabə demişdir ki, bir nəfər var, o işə adam düzəldir. O Nüşabəyə demişdir ki, özü kənddə işləmək istəmir, kollektivdən də, ayrılmaq istəmir. Həmin vaxt yadına düşmüşdür ki, Zərərçəkmiş şəxs4 arvadı Könül ona iş üçün demişdir. O da Nüşabəyə demişdir ki, özü yox, amma qonşusu var o, işləmək istəyir. Nüşabə səhv etmirsə demişdir ki, iş düzəldən Ələm adlı şəxsdir. O Ələmi görməmiş və onu tanımır. Həmin vaxt Könülə zəng edib bu barədə demişdir. Könül demişdir ki, əri evdə yoxdur, əri gələndən sonra danışıb xəbər edər. Həmin gün axşamçağı evdə olduğu zaman Könül ona zəng edib demişdir ki, Nüşabənin nömrəsini ona versin danışsın. O da Nüşabənin nömrəsini Könülə vermişdir. Həmçinin Nüşabə, Ələmin də nömrəsini ona verib demişdir ki, Könülə versin. O Ələmin nömrəsini də Könülə vermişdir. Daha sonra onlar danışmışlar. Həmin vaxtdan sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs4 arvadı Könülü işə düzəltmək üçün Ələm adlı şəxsə 3000 manat vermişdir. Sonra eşitmişdir ki, Ələm onu və digər şəxsləri də aladıb puularım ələ keçirmişdir. Onun daha bundan xəbəri olmamışdır. Bir neçə müddət sonra eşitmişdir ki, güya Nüşabə Ələmdən pulun bir hissəsini alıb Zaura qaytarmışdır ki, iş alınmır. Güya o istəməmişdir ki, Könül işə düzəlməsin. Ona görə də, Nüşabəyə zəng etmişdir ki, Könülün işi nə oldu? Hətta Nüşabəyə demişdir ki, güya o paxıllıq edir ki, Könülün işi düzəlməsin. Zaur da narazlıq edib ki, pulu qaytarmışlar. Sonra eşitmişdir ki, Zaur yenidən pulu Ələmə qaytarmışdır. Onun daha bunlardan xəbəri olmamışdır. Onun Könüllə münasibəti normal olmuşdur. Könül bir qonşu kimi həmişə ona yaxşılıq, hörmət edib və hörmətini saxlamışdır. Ona görə də, Könül ondan xahiş etmişdir ki, iş olsa ona desin. O da yaxşılıq mənada Könülə kömək etmək üçün bunu etmişdir. O Ələmi görməmiş, onunla danışığı da olmamışdır. Könülü işə düzəltməkdə Ələmin Zaurdan aldığı puldan ona verilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o Lənkəran rayonu Seydəkəran kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Heç bir yerdə işləmir və fəhləlik edir. İİ Qarabağ müharibəsinin iştirakçısıdır və bir neçə medallarla təltif də, edilmişdir. 2020-ci ilin dekabr ayında hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtarmışdır. Heç bir yerdə iş olmamışdır. Buna görə hətta bacısının yoldaşı X43 stansiyasında həkim işləyən Zərərçəkmiş şəxs9 demişlər. Vüsal demişdir ki, xəstəxanada sürücü kimi iş olsa ona deyəcəkdir. Təxminən 2023-cü ilin noyabr aym ortalarında Vüsal gəlib demişdir ki, onunla əvvəllər bir yerdə işləmiş Təqsirləndirilən şəxs2 bir şəxslə birlikdə bir neçə şəxslərə iş düzəltməyi barədə eşitmiş, Təqsirləndirilən şəxs2 ilə görüşmüş, Nüşabə ona Ələm adlı şəxsin mobil telefonunu vermiş, o da Ələmlə danışmış və Ələm də görüşmək istəmişdir. Ələm Vüsala demişdir ki, onu X43 Şöbəsində sürücü vəzifəsinə təyin edilməsində köməklik edəcəkdir. O və atası İman Vüsala demişlər ki, pulları yoxdur. Vüsal demişdir ki, narahat olmasınlar, iş alınsa özü pul verəcək, o işlə təmin olunduqdan sonra pulu hissə-hissə qaytaracaqdır. Təxminən noyabr aym ortalarında o Vüsal və Zaman birlikdə gedib Ələmlə Lənkəran RMX-nın qarşısında çayxanada görüşmüşlər. Ələmlə görüşəndən sonra oturub çay içmişlər və söhbət zamanı Ələm özünü tərifləyib demişdir ki, onun hər yerə əli çatır, özü kərbəlayidir, qarabağ vetranı olmuşdur, kimi hara istəsə işlə təmin edəcəkdir. Ələm demişdir ki, Nüşabə onları tapşırmışdır, narahatçılıq yoxdur. Vüsal demişdir ki, onu X43 şöbəsinə sürücü kimi düzəltmək istəyirlər. Ələm demişdir ki, həmin işdə boş yer var, narahatçılıq yoxdur, buna görə 5000 manat pul lazımdır. O Ələmə demişdir ki, müharibə vetranıdır, Ələm ona görə 500 manat çıxmış və demişdir ki, 4500 manata işi həl edə bilər. Vüsal Ələmə demişdir ki, pulu notarius vasitəsilə verə bilər. Ələm razılaşmışdır. Vüsal Ələmə demişdir ki, onu tanımır, Nüşabəyə görə pulu verə bilər. Ələm razılaşmış və demişdir ki, Nüşabə ona tapşırmışdır. Ələm bu işi kimlə görəcəyini deməmişdir. Vüsal Ələmlə qərara gəlmişlər ki, pulu düzəldən kimi xəbər edər, gedib notariusda pulu verər. Ələm razılaşmışdır. 17 noyabr 2023-cü ildə Vüsal 4500 manat pul düzəltmiş və Ələmlə əlaqə saxlamışdır. Ələm demişdir ki, Lənkəran şəhərində yerləşən 1 saylı notariat ofisin qarşısına gəlsinlər. Onlar birlikdə ora getmişlər. Ələm ora tək gəlmiş və görüşmüşlər. Vüsal Ələmlə birlikdə notariusa girmiş və orada pulun verilməsi barədə ərizə yazmışlar. Sonra ofisdən çıxmışlar və ofisin qarşısında Vüsal onların yanında 4500 manat pulu sayıb Ələmə vermişdir. Ələm demişdir ki, 2024-cü ilin ortalarına qədər iş hazır olacaq və o işə çıxar. Ələm çıxıb getmişdir. Ələm hətta onun sənədlərinin surətlərini də alıb getmişdir. Vüsal 2024-cü ilin yanvar ayında Ələmlə əlaqə saxlasalar da, Ələm müxtəlif bəhanələr edirmiş və işi düzəldə bilməmişdir. Sonra bilmişlər ki, Ələm Nüşabə ilə əlbir olub onu işlə təmin etmək üçün bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs9 pulunu ələ keçirmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Lerik rayonu Nsomurya kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Heç bir yerdə işləmir. Yaşadığı kənd sakini Zərərçəkmiş şəxs17 bacısının həyat yoldaşıdır. Nurəli özü əvvəllər İİ qrup əlillliyi ilə bağlı təqaüd almışdır. Bir neçə il əvvəl təqaüdü kəsildiyindən yenidən təqaüdünü bərpa etdirmək istəmişdir. Belə ki, təxminən 2024-cü ilin mart ayın ortalarında dəqiq tarix yadında olmayan vaxt kənddə olduğu zaman bacısının yoldaşı Nurəli ilə aralarında olan söhbət zamanı yadına düşmüşdür ki, bir neçə gün əvvəl Lənkəran şəhərində olduğu zaman Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 adlı şəxs ona demişdir ki, tanışlar və qohumlarda təqaüdü kəsilmiş və yaxud xəstəxanaya texniki işçi, xadimə kimi işləmək istəyən olsa müəyyən pul müqabilində düzəldə bilər. O Təqsirləndirilən şəxs1 təxminən 10 il əvvəlidən tanıyır. Təxminən 10 il əvvəl Bakı şəhəri Buzovna xəstəxanasında xəstəliyi ilə bağlı müalicə alarkən Təqsirləndirilən şəxs1 orda olmuşdur. Həmin vaxtdan biri-biriləri ilə əlaqə saxlamışlar. Ələm 2024-cü ilin mart ayında onunla əlaqə saxlayıb bunu deyəndə o da Ələmin mobil nömrəsini Nurəliyə vermişdir. Həmçinin Nurəliyə demişdir ki, Ələmlə əlaqə saxlayıb danışsın. Həmçinin Ələm özü də ona təqaüdü kəsilmiş şəxslərin yenidən təqaüdünü bərpa edilməsi üçün 3000 manat lazım olduğunu, əgər onun tanışlarından və yaxud qohumlarından olsa ona görə 2700 manata bunu həll edəcəyini demişdir. O Ələmin mobil nömrəsini Nurəliyə verdikdən sonra onlar özləri danışmışlar. Bir neçə gün sonra təxminən mart ayının sonlarında bacısı qızının yas mərasimində iştirak etmək üçün Lənkəran rayonu Sütəmurdov kəndinə gəlmişdir. Həmin vaxt bacısı əri Nurəlidə hüzür mərasiminə gəlmişdir. Nurəli hüzürdə olan zaman Ələmə zəng etmiş və biraz keçəndən sonra Ələm ora gəlmişdir. Nurəli Ələmlə tanış olmuşdur. Ələm demişdir ki, hər yerdə tanışı var, kimi hara istəsə işlə təmin edə bilir, kəsilmiş təqaüdləri də bərpa edir. Ələm demişdir ki, bu işi görmək üçün 2700 manat pul lazımdır. X41 sənədləri də almışdır. Nurəli Ələmə demişdir ki, pulu hissə-hissə verə bilər. Ələm demişdir ki, ilkin sənədləşmə işlərini aparmaqdan ötrü ona 500 manat versin, qalan pulu da zəng etdikdə versin. Nurəli razılaşmış və cibindən 500 manat pul çıxarıb ona vermişdir ki, Ələmə versin. O pulu Nurəlinin yanında Ələmə vermişdir. Sonra Ələm çıxıb getmişdir. Bir neçə gün sonra eşitmişdir ki, Nurəli əlavə olaraq 215 manat pulu da, Ələmə vermişdir. Bir neçə gün sonra Ələm ona zəng edib demişdir ki, Nurəli qalan pulu vermək istəmir, güya onun işini düzəltmək üçün qalan 2000 manatı da versin. Ələm demişdir ki, Bakı şəhərində, Əlillər üçün nəzərdə tutulmuş xəstəxanadadır, qalan pulu da göndərsin ki, işini görsün. Güya pulu orada həkimə verəcəkdir. O Ələmə demişdir ki, həkimi ona göstərsin ki, görsün kimdir. Ələm bundan imtina etmiş və bilmişdir ki, Nurəlini aldadır. Bunu Nurəliyə demiş, Nurəlidə demişdir ki, sonuncu dəfə pulu Ələmə vermək istəyən zaman Ələmdən şübhələnmişdir. Daha sonra Ələmin, Nurəlini aldatdığını bilib pulu Ələmdən tələb etməyə başlamışdır və Ələm pulu qaytarmadığı üçün Nurəli, Ələmdən şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o Lənkəran rayonu Şürük kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O Şürük kəndində yerləşən Maşın snaq stansiyasının ərazisində olan yataqxanada yaşayır. Üç övladı vardır. Özü heç bir yerdə işləmir. Təqaüdçüdür. Aldığı təqaqüdlə dolanır. Həmdə maddi yardım alır. Belə ki, Zərərçəkmiş şəxs16 onunla qonşudur. Ruziyyə ilə münasibəti normaldır. Çox vaxt o Rııziyyənin evinə gedib-gəlir. Ruziyyənin evinə gedib-gələndə ona demişdir ki, özü və əri heç bir yerdə işləmədiyi üçün harda bir iş olsa, gedib işləyər. Yəni bir idarə, təşkilat və yaxud xəstəxana və məktəbdə xadimə işi olsa işləyər. Belə ki, Azadə Kərimova onunla bir binada yəni yataqxanada işlədiyi üçün ona demişdir ki, Ələm adlı şəxs var, iş düzəldir, bir neçə şəxsi xəstəxanaya işə düzəltmişdir. Azadəni sonra Ələm adlı şəxslə görmüşdür. X45 evinə də, gəlib-gedirmiş. Ələmin Mersedes markalı avtomobili olmuşdur. Bəzən Azadə də, həmin avtomobili idarə edirmiş. Onun balaca oğlunun ayağında zədə olduğundan hərbi xidmətə getməmişdir. Oğlu təqaüd aldığından sonradan həmin təqaüdü kəsilmişdir. Ələm ona demişdir ki, oğlunu da təqaüdə çıxara biləcəkdir. Həmçinin Ələm demişdir ki, kimi hansı işə istəsə düzəldə biləcəkdir. O da Ələmə inanmışdır. Azadə də ona demişdir ki, Ələm etibarlı adamdır. O da təxminən 2023-cü ilin dekabr ayın sonlarında bir gün Ruziyyənin evinə gedib Ruziyyəni həyətdə görüb demişdir ki, Ələm adlı şəxs var, iş düzəldir, istəsə onun da işini düzəldər. Çünki onu Ələm özü demişdir ki, xəstəxanaya hansı iş olsa düzəldə bilər. O da Ələmə qonşusu Ruziyyənin işlə təmin olunmasını demişdir. Ələmdə demişdir ki, Ruziyyə ilə danışsın və ona xəbər etsin. O bunu Ruziyyəyə demişdir. Ruziyyə əri Fəzailə zəng etmişdir. Fəzail Rusiya Federasiyasında olduğundan telefonda danışmışlar. Sonra Fəzil onunla da danışmışdır. O bu barədə Fəzailə demişdir. Həmin gün Azadəyə zəng edib demişdir ki, gəlsinlər Ruziyyə ilə danışsınlar. Həmin gün axşamçağı Ələm Azadə ilə gəlmişlər və danışmışlar. Ələmlə 2300 manata razılaşmışlar. Həmin gün Ələmə 1000, sonrakı günlərdə də 1300 manat pul vermişlər. O Ələmi Azadə adlı qadına görə tanımışdır. Sonradan eşitmişdir ki, Ələm Ruziyyənin işini düzəltəməyib və onları aladatmışdır. Amma o ilkin olaraq Ələmin dələduzluq edəcəyini bilməmişdir. Əgər bilsəydi Ələmi, Ruziyyə ilə tanış etməzmiş. Yəni istəməzdi ki, Ələm, Ruziyyəni aldatsın. Çünki, Ruziyyə onunla qonşudur, münasibətləri də normal olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o Lənkəran rayonu Daşdalcgjar kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri M.M.Axund küçəsi dalan 4, ev 3-də yaşayır. Orta təhsillidir. O 2011-ci il tarixdən Lənkəran rayon Mərkəzi xəstəxanasında işləyir. O cümlədən hazırda xəstəxananın Acil şöbəsində xadimə işləyir. Təqsirləndirilən şəxs2 da, onunla birlikdə bir şöbədə xadimə işləyir. Təqsirləndirilən şəxs2 ilə bir işçi kimi münasibətləri normal olmuşdur, baldızım qızı Zərərçəkmiş şəxs7 Lənkəran rayonu Bəlləbür kəndində yaşayır. Zərərçəkmiş şəxs7 bəzən xəstəxanaya gələndə gəlib ona baş çəkirmiş. Leyla yanına gələndə Nüşabə ilə də tanış olmuşdur. Leyla bir neçə dəfə ona demişdir ki, xəstəxanada bir iş olsa o da işləmək istəyər. O da Leylaya bir neçə dəfə demişdir ki, şöbədə iş yoxdur. Leyla bunu Nüşabəyə deyəndə o da yanında olanda bilmişdir. Belə ki, 2023-cü ilin oktyabr ayın əvvəllərində bir gün Nüşabə işdə ona yaxınlaşıb Leylanın mobil nömrəsini soruşmuşdur. O da, Leylanın mobil nömrəsini Nüşabəyə vermişdir. Nüşabə ona demişdir ki, xəstəxanada qeydiyyatçı işi var, Leyla ilə danışacaq, istəsə kömək edər. O nömrəni Nüşabəyə vermiş və o özü Leyla ilə danışmışdır. Sonra o Leyla ilə əlaqə saxlamışdır. Leyla demişdir ki, Nüşabə, Leylaya demişdir ki, xəstəxanada qeydiyyatçı işi var, bir yer qalıb istəsə işini həmin yerə düzəldə bilər. O da Leylaya demişdir ki, qeydiyyatçı işi komyuter işidir, yaxşı işdir. Leyla demişdir ki, həmin işə görə Nüşabə ondan 3050 manat pul istəmişdir. Daha Leyladan həmin işi Nüşabənin necə düzəldəcəyini soruşmamışdır. Fikirləşmişdir ki, yəqin qeydiyyatçı işləməyə boş yer var ki, Nüşabə Leylanı həmin işə düzəldə bilər. Daha Nüşabədən bu barədə soruşmamışdır. Çünki, onlar növbəli şəkildə işlədiyinə görə Nüşabəni çox az vaxtlar görürmüş. Bir neçə gün sonra Leyla evə gəlmiş və ondan xahiş etmişdir ki, 3050 manat pulu tam düzəltmiş, onunla birlikdə Nüşabənin yaşadığı evinə getmişdir ki, pulu orda Nüşabəyə versin. O Leylanın sözündən çıxmamış onunla birlikdə Nüşabənin yaşadığı Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən binaya getmişlər. Nüşabənin yaşadığı mənzilə qalxmışlar. Nüşabə evdə tək olmuşdur. Leyla Nüşabə ilə danışmış və sonuncu demişdir ki, narahat olmasın, iş düzələcək və xəbər edəcəkdir. Leyla həmin vaxt onun yanında 3050 manat pulu sayıb Nüşabəyə vermişdir. Daha sonra Leyla şəxsiyyət vəsiqəsinin, diplomun, surətini, həmçinin arayış və fotoşəkillərini də Nüşabəyə vermişdir. O Nüşabəyə heçnə demirmiş. Çünki, Leyla özü Nüşabə ilə danışmışdır. Onun yanında sadəcə Leyla pulu və sənədləri Nüşabəyə vermişdir. Nüşabə də orda pulu kiməsə verəcəyini, işi kiminlə birlikdə həll edəcəyini də deməmişdir. O özü də bu işlə maraqlanmırmış, çünki Leyla Nüşabə ilə özü danışmışdır. Sonra Nüşabənin evindən çıxıb evə getmişlər. Daha Leyla ona heçnə demirmiş. Bir müddət sonra eşitmişdir ki, Nüşabə Leylanı işlə təmin etməmiş, sonuncu da şikayət etmişdir. Nüşabənin kimisə işə düzəltməsini eşitməmiş və görməmişdir. Sadəcə iş yerində bir neçə dəfə özü demişdir ki, o bir neçə şəxsi işlə təmin etmişdir. Lakin onun kimisə işlə təmin etməsində səlahiyyəti yoxdur. Leylanı işlə təmin etməsinə gəlincə o işə qarışmamışdır. Fikirləşmişdir ki, Nüşabə deyirsə yəqin xəstəxanada boş yer var, bu barədə məlumatı var ki, əminliklə Leylanı da işlə təmin edə biləcəyini deyir. Sonra bilmişdir ki, Nüşabə Leylaya qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs11 onun doğma qızıdır. Zərərçəkmiş şəxs11 ilə bir kənddə yaşayır. Qızı Sahibə heç bir yerdə işləmir. Sahibə heç bir yerdə işləmədiyi üçün sonuncunun hardasa işləməsini istəmişdir. Belə ki, 2024-cü iln fevral ayın axırlarında qızı Sahibə ona demişdir ki, Lənkəran rayonu Girdəni kənd sakini bir neçə il əvvəl tikdirdiyi ev üçün mişar daşı gətizdirən Ələm adlı şəxs ona Velədi kənd orta məktəbində xadimə kimi işə düzəldə biləcəyini demişdir. Ələm Sahibəni 1000 manat müqabilində xadimə işinə düzəldəcəyini bildirmişdir. Sahibə də Ələmə 650 manatı qabaqcadan verəcəyini, işə düzəldikdən sonra qalan 350 manatı da verəcəyini bildirmişdir. 01 mart 2024-cü il tarixdə Ələm Sütəmurdov kəndinə Sahibənin yaşadığı ünvana gedib işə düzəlməyi üçün ilkin olaraq şəxsiyyət vəsiqəsinin surətini, fotoşəklini, əmək kitabçasını almışdır. Qızı Sahibə də ilkin olaraq 150 manatı Ələmə vermişdir. 06 mart 2024-cü il tarixdə Ələm qızı Sahibəyə zəng edərək, işə düzəlməyi üçün lazım olan sənədləri hazırladığını, onları təqdim etmək üçün Bakı şəhərinə gedəcəyini və buna görə də əvvəlcədən razılaşdıqları pulun qalan 500 manatını da verməyini bildirmişdir. Həmin gün saat 19 radələrində Ələm Sahibəyə zəng etmiş, Lənkəran rayonu Velədi kəndində Köhnə Ələt-Astara magistral yolunun kənarında olduğunu, onu gözlədiyini, gedib qalan 500 manatı verməyini demişdir. Həmin vaxt o qızı Sahibə ilə birlikdə həmin yerə getmişlər. Sahibə Ələmlə görüşüb 500 manat pulu da sonuncuya vermişdir. Ələm Sahibəyə 15 mart 2024-cü il tarixə kimi Velədi kənd məktəbində xadimə işinə düzələcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 adlı şəxs qara rəngli bir VAZ 2105 markalı avtomobillə gəlmişdir. Sürücünü tanımamışlar. Ələm elə danışmışdır ki, sürücünün bu işdən xəbəri olmasın. Məncə sürücünün bu işdən xəbəri olmamışdır. 15 mart 2024-cü il tarixdə Ələmin dediyi vaxtda qızı Sahibənin işə düzəlməyindən heç bir xəbər çıxmamışdır. Sahibə Ələmlə əlaqə saxlayıb bu barədə soruşduqda, sonuncu müxtəlif bəhanələr gətirib qısa müddətə işinin düzələcəyini deyib vaxt uzadırmış. Ələmin Sahibəni işə düzəltmədiyini görüb sonuncu Ələmin onu aldatmasından şübhələnmiş və 650 manat pulunu geri qaytarmasını tələb etmişdir. Ələm pulu qaytaracağını demişdir. Ona görə də, qızı Sahibə bu barədə şikayət etmişdir. Sonra məlum olmuşdur ki, Ələm bir neçə şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o Lənkəran şəhəri Ş.Xiyabanı 48/13, ev 14-də ailə üzvləri ilə birlikdə yaşayır. Ailəlidir. Ali təhsillidir. 2022-ci ilin aprel ayından Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi işləyir. Lənkəran rayonu Kərgəlan kənd sakini Zərərçəkmiş şəxs13 tanıyır. Zərərçəkmiş şəxs13 taksi fəaliyyəti ilə məşğul olduğundan hər gün onu işə gətirib-aparır. Zərərçəkmiş şəxs13 gəlini Vüsalə İbadovam işlə təmin etmək üçün ona bir neçə dəfə demişdir. Səyyad demişdir ki, gəlini Vüsalə orta ixtisas təhsillidir, bir yerdə və yaxud icra nümayəndəlikdə iş olsa ona desin. O Zərərçəkmiş şəxs13 demişdir ki, artıq sosial işçi kimi işə götürə bilmirlər. Artıq sosial işçini nazirlik özü işə götürür. Belə ki, təxminən 2024-cü ilin aprel ayın ilk günlərində Səyyad ona demişdir ki, gəlini Lənkəran şəhər “Medical” xəstəxanasında işlə təmin etmək üçün Lənkəran rayonu Girdəni kənd sakini Ələm adlı şəxslə danışmış və 4500 manata razılaşmışlar. Səyyaddan Ələm adlı şəxsin harada yaşadığını soruşanda demişdir ki, Ələm Lənkəran rayonu Girdəni kəndində yaşayır. O Ələmin əlamətləri barədə Səyyaddan soruşanda Ələmi tanımışdır. Çünki əvvəllər Lənkəran şəhər İcra Hakimiyyətində işləyən zaman Təqsirləndirilən şəxs1 ora gəldiyi üçün tanımışdır. Səyyada demişdir ki, Ələmi tanıyır, amma çoxda inanmır. Ələm kimisə işə hansı formada düzəldəcəyini bilmir. Çünki şəxs işə qəbul olunanda imtahan verməlidir. Səyyada demişdir ki, ehtiyatlı olsun. Səyyad demişdir ki, Ələmə inanır. Səyyad bunu ona deyəndə sonuncuya demişdir ki, Ələmlə növbəti dəfə görüşəndə ona desin. Səyyad demişdir ki, özünə məxsus olan 2 baş iribuynuzlu inəkləri satıb 2700 manat pul əldə etmişdir. Təxminən 2024-cü ilin ortalarında Səyyad yanına gəlib demişdir ki, Ələm onu Lənkəran şəhəri Ş.Xiyabanına çağırmışdır. O da Səyyada demişdir ki, onsuzda birazdan işdən çıxır, onu da aparsa Ələmi görər. Biraz işdə qaldıqdan sonra saat təxminən 19 radələrində Səyyad onu götürüb birlikdə Lənkəran şəhəri Ş.Xiyabanına gəlmişlər. Səyyad avtomobili saxlayan kimi Ələm arxadan gəlib avtomobilə əyləşmişdir. Ələmin ora nə ilə gəldiyi yadında deyil. Ələm onu görüb tanımış və görüşmüşlər. Ələmdən bu işi necə gördüyünü, kimisə pul müqabilində işə düzəltmək mümkün olmadığını, imtahan verib işə keçdiyini bildirmişdir. Ələm gülmüş və demişdir ki, onun Bakı şəhərində adamı var, narahatçılıq yoxdur. O Səyyada demişdir ki, əslində onun bundan başı çıxmır və inanmır. Ələmə də demişdir ki, Səyyad onun qohumudur. Səyyad Ələmə demişdir ki, 2000 manat gətirmişdir. Səyyad pulu ona verib demişdir ki, saysın. O pulu saymış və 2000 manatı Ələmə vermişdir. Ələm demişdir ki, qalan 2500 manatı da düzəltsin, sonra sənədələri də verəcək və gəlini işlə təmin olunacaqdır. O Ələmə inanmırmış və bunu Səyyada da demişdir. Səyyad demişdir ki, Ələm belə adama oxşamır, iş düzəldə biləcəkdir. Nəhayət bir neçə gündən sonra eyni qaydada Səyyad ona zəng edib demişdir ki, Ələm onu çağırır. Təxminən 2024-cü ilin aprel ayın sonları olmuşdur. Yenidən Ş.Xiyabanına getmişlər və orada Ələm gəlib avtomobilə əyləşmiş, Səyyad 2500 manat pulu sayıb ona vermiş və o da pulu Ələmə vermişdir. Ələm demişdir ki, bir neçə günə xəbət edəcək, Vüsalənin sənədlərini gətirsin. Bir neçə gün sonra Səyyad demişdir ki, Ələm sənədləri istəmir və hətta ona zəng də etmir. O Ələmə zəng etmiş və sonuncu demişdir ki, danışmışdır, işi həll edəcəkdir. 2024-cü ilin may ayın əvvəllərində eşitmişdir ki, Ələm həbs olunmuşdur. O bunu eşidib Səyyada demiş və Səyyadda şikayət etmişdir. O Ələmə inanmadığını Səyyada demişdir. Səyyad da, ona qulaq asmamış və məlum olmuşdur ki, Ələm ona qarşı dələduzluq etmişdir. Cinayət işinin İİ cildinin 151-153-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs6 üzləşdirilmiş, üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiklərini, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə əlbir olub ondan işə düzəltmək üçün pul aldığını, pulu Nüşabəyə inanaraq etibar edib verdiyini, Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığını Təqsirləndirilən şəxs2 üzünə bildirmişdir. Cinayət işinin İİ cildinin 154-156-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs5 üzləşdirilmiş, üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiklərini, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə əlbir olub ondan işə düzəltmək üçün pul aldığını, pulu Nüşabəyə inanaraq etibar edib Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs2 özünün onun pulu Ələmə verməsində razı olduğunu Təqsirləndirilən şəxs2 üzünə bildirmişdir. Cinayət işinin İİ cildinin 147-150-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs4 üzləşdirilmiş, üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiklərini, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə əlbir olub ondan arvadnı işə düzəltmək üçün pul aldığını, pulu Nüşabəyə inanıb etibar edib Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs2 özünün onun pulu Ələmə verməsində razı olduğunu Təqsirləndirilən şəxs2 üzünə bildirmişdir. Cinayət işinin İ cildinin 152-155-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış qərardan görünür ki, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 yaşadığı evində gəlini Şahid7m işlə təmin etməkdən ötrü Təqsirləndirilən şəxs1 2500 manat pul verməsi barədə görüntüləri 1 ədəd DVD-R diskdə istintaqa təqdim etmiş, həmin görüntülərə baxış keçirilərək maddi sübut qismində tanınımışdır. Cinayət işinin İ cildinin 195 və İİ cildinin 15-17-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış qərardan görünür ki, Zərərçəkmiş şəxs17 təqaüdünü bərpa edilməsindən ötrü Təqsirləndirilən şəxs1lə danışması və sonuncuya pul verməsi barədə görüntüləri 1 ədəd DVD-R diskdə istintaqa təqdim etmiş, həmin görüntülərə baxış keçirilərək maddi sübut qismində tanınırmışdır. Cinayət işinin İİ cildinin 212-216-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD-R diskdə, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək olan müddət ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında, həmçinin, Təqsirləndirilən şəxs1lə zərərçəkmiş şəxslər arasında olan telefon zənglərinə və mesaj mətlərinə baxış keçirilərək maddi sübut qismində tanınmışdır. Cinayət işinin İİ cildinin 211-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış “Lənkəran Rayon Mərkəzi Xəstəxanasf’ Publik Hüquqi şəxsinin 16 avqust 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Lənkəran Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Təcili yardım şöbəsində “Xadimə" vəzifəsində işləyir və onun vətəndaşların işə qəbulu prosedurunda heç bir səlahiyyəti yoxdur. Cinayət işinin İİ cildinin 57-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 14 iyun 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 adma Lənkəran rayonu Girdəni kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,07 ha həyətyanı torpaq sahəsi, xx.xx.1965-ci il təvəllüdlü X3 adma Lənkəran Bəlləbur kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,1492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Lənkəran rayonu Bəlləbur kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.27 ha həyətyanı torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Cinayət işinin İİ cildinin 66-cı vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış DİN BDYPİnin Lənkəran RQİ və TBŞ-nin 19 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminin məlumatına əsasən Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 adma nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Cinayət işinin İ cildinin 171-172-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci il tarixdə Lənkəran Qarnizonu Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CMnin 242-ci maddəsinin A bəndi və 38-ci maddələri ilə (köhnə redaksiyada) təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli “Amnistiya” Qərarının 3.3-maddəsinə əsasən xx.xx.1999cu il tarixdə cəzadan azad edilmişdir. Cinayət işinin İ cildinin 173-174-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış tələbnamə və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2013-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2023-cü il tarixli qərarına əsasən ona təyin edilmiş 100 manat cərimə cəzasından 21 may 2023-cü il tarixdə azad edilmişdir. Cinayət işinin İ cildinin 105-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 19 fevral 2024-cü il tarixli 115 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu ildən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında «Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı» diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin İİ cildinin 59-62-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cğ il tarixli, 939 saylı rəyində göstərilmişdir ki; X15 müəyyən edilən şizofreniya paranoid forma xroniki psixi xəsstəliyi remissiya vəziyyətində olduğundan, onu qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki vəziyyətdə öz əməlinin faktiki xaraketerini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin İ cildnin 163-164, 166, 237-240, 267-270-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış protokol və qərarlardan görünür ki, 07 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-nın 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli olduğundan və istintaqdan gizləndiyi üçün həmin tarixdə barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmış, 04 may 2024-cü il tarixdə Paşayev X23 ŞRPŞ-nin əməkdaşları tərəfindən tutularaq Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Lənkəran rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cildnin 224-228,242-244-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış qərarlardan görünür ki, 22 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildnin 256-267-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup əlildir, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla orada yaşayır, yaşadığı ərazidə mənfi xarakterizə olunur. Cinayət işinin İİ cildnin 235-241-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili yardım şöbəsində “Xadimə” vəzifəsində işləyir, Lənkəran rayonu Türkəkəran kəndində qeydiyyatda olmaqla Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/15, mənzil 53-də kirayədə yaşayır, qeydiyyatda olduğu ərazi və işlədiyi yerdə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 vurulmuş ziyan tam olaraq ödənildiyindən sonuncunun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayəti yoxdur, onlarla barışmışdır. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 vurulmuş ziyan tam olaraq ödənildiyindən sonuncunun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayəti yoxdur, onlarla barışmışdır. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs10 vurulmuş ziyan tam olaraq ödənildiyindən sonuncunun Təqsirləndirilən şəxs1 şikayəti yoxdur, onunla barışmışdır. Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs11 vurulmuş ziyan tam olaraq ödənildiyindən sonuncunun Təqsirləndirilən şəxs1 şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin faktiki halları ilə təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrində göstərilən cinayətlər üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrini cinayət işinin materialları üzrə təqdim edilmiş sübutlarla qarşılıqlı surətdə müqayisəli formada araşdıraraq hesab edir ki, həmin ifadələr işin məhkəmədə müəyyən olunan halları ilə üstüstə düşmədiyinə görə sübut növü kimi qəbul edilə bilməz. Həmin ifadələr cinayət məsuliyyyətindən yayınmaq məqsədi ilə verilmiş, habelə məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlər ifadəsi, habelə iş üzrə məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə tədqiq edilən sübutlara CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmələri, onların təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər CM-nin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxslərə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. CM-nin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2, 3 və 4-ci bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 İİ qrup əlil olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 tam ödəniş edilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 qismən ödəniş edilməsini, CM-nin 59.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 yaşayı. yeri və iş yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 tam ödəniş edilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 qismən ödəniş edilməsini CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəymiş maddi ziyanı tam olaraq ödəməmiş, zərərçəkmiş şəxslərin böyük bir hissəsi ilə barışmamış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, X13, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs16 onlardan şikayətçidir. Onların şəxsiyyəti, cinayət əməlindən sonrakı davranışları, ziyanı ödəməyə cəhd göstərməməsi əsas verir ki, təqsirləndirilən şəxslərin hər biri yalnız azadlıqdan məhrum etmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhhkəmə bu qənaətə gələrkən vurulmuş maddi ziyanın məbləğini, yəni 54706 manat olmasını, zərərçəkmiş şəxslər sayı, yəni 17 nəfər olması və onlardan yalnız 4 nəfərinə ziyanın tam ödənilməsi, 4 nəfər zərərçəkmiş şəxsi isə cüzi miqdarda qismən ödəniş edilməsini, 9 nəfər zərərçəkmiş şəxsə isə ümuiyyətlə ödəniş edilməməsini diqqətə almışdır. CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 04 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs2 da azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı isə 07 iyul 2025-ci il tarixdən hesablanmalıdır. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, X13, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs16 mülki iddia verməməsini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxslər tərəfindən mülki iddia vermədiyindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyana dair mülki qayadada pulunu tələb etməsi və bu barədə icra vərəqinin olması da nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Maddi sübut – 2 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən, CPM-nin 344-347, 349, 351-353, 356 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı 04 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı 07 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edlsin və barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – 2 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs16 vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökm elan olunduqdan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan) 20 gün müddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar