Məhkəmə qərarları › İş №1(049)-200/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-200/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-200/2023 26.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi ev 3, mənzil 19-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 2022-ci ilin dekabr ayında, Lənkəran şəhəri mərkəzi bazar ərazisində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq, 4 ədəd şəffaf sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,448 qram; 0,553 qram; 0,630 qram; 0,569 qram; olmaqla ümumi təmiz çəkisi 2,200 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla daşımış, 20 dekabr 2022-ci il tarixdə saat 18:00-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə narkotik vasitə olan tiryəki, əynindəki gödəkçənin sağ iç cibindən narkotik maddələrin satışında vasitə kimi istifadə etdiyi işlək vəziyyətdə 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Qeyd etmişdir ki, Lənkəran şəhər Polis əməktaşları tərəfindən qanunsuz olaraq CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Hesab edir ki, ona tövsiv olunmuş maddə qanunsuzdur, eləcə də göstərilən maddə ilə törətdiyi əməl uygün deyil. Belə ki, Lənkəran rayon polis şöbəsinin əməliyyatçısı Orxan adlı şəxs xx.xx.2022-ci il tarixində Şevrolet Niva markalı maşınla yaşadığı Şəhidlər Xiyabanı ərazisində onu saxlamış, üzərində olan şəxsi istifadə məqsədi ilə 1 qram 4/1- hissəsi narkotik vasitə sayılan tiryək aşkar edərək götürmüşdür. Budan sonra o, maşına əyləşərək polis əməkdaşları ilə birgə ərazini tərk etmiş və bir az uzaqlaşdıqdan sonra maşını saxlayaraq maşından aşağı enməsini istəmişlər və narkotik vasitələrdən istifadə etməməsi barədə onu tənbeh etmişlər. Ertəsi gün yəni xx.xx.2022-ci il tarixində Qala adlanan ərazidə yerləşən 042 adlı çay evininn 1-ci mərtəbəsində işlədiyi vaxt polis əməliyatçısı Orxan adlı şəxs onu Polis idarəsinə aparacağını söyləmişdir. Polis əməktaşları tərəfindən polis şöbəsinə gətirilən zaman üzərində heç bir narkotik və psixotrop maddə olmamışdır. Buna baxmayaraq polis şöbəsində əməliyatçıların otağında gözləməyini ona göstəriş vererək otağı tərk etmişdir. Bunadan sonra əməliyyat müvəkkili Şahid1 bir neçə saat sonra otağa daxil olaraq 3000 manat müqabilində onu sərbəst buraxacağını, əks halda on il müddətində həbsə göndərəcəyini bildirmişdir. Həmin vaxt mobil telefonunla bir neçə qohumları ilə əlaqə saxlamış, maddi durumunun pis olması ilə əlaqədar ona köməklik olunmamışdır. Bundan sonra Şahid1 otağı yenidən tərk edərək bir neçə dəqiqədən sonra sağ əlinin içində dörd büklüm narkotik vasitə olan tiyrək və bir ədəd elektron tərəzi stolun üstünə qoyaraq bunların ona məxsus olduğunu iddia etmişdir, qarşılığında isə tərəzinin onun olmadığını bildirsə də Şahid1 ona qorxma həmin tərəzi sənin şəxsi istifadən üçün əks etdirəcəyini söyləmişdir. Göstərilənlərə əsasən ona yalnız CM-nin 234.1 maddəsi ilə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına verdiyi ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində göstərmişdir ki, “Polis şöbəsində polis əməkdaşlarıın və müdafiəçinin iştirakı ilə üzərinə keçiriən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibində olan və polis əməkdaşlarına təqdim etdiyi elektron tərəzini narkotik vasitə satan şəxslər tərəfindən aldadılmamaq üçün aldığı narkotik vasitəni çəkmək üçün üzərində saxlamışdır”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 3, mənzil 19da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat müvəkkili Şahid1 və Şahid3 ilə birlikdə 20 dekabr 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini görmüş və onu nəzarətə götürmüşlər. Çünki Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Üzərində narkotik vasitələr və ya narkotik vasitələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək Təqsirləndirilən şəxs Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı var, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidir. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı Coşqun Qasımov davam etdirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişi o, özü aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki şalvarının sağ yan cibindən 4 ədəd büküm və əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 4 ədəd bükümün içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 2,37 qram olmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla şəxsi axtarış və götürmə zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Şahid2 ifadəsində həmçinin bidlirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində Şevrolet Niva markalı maşınla yaşadığı Şəhidlər Xiyabanı ərazisində onu saxlamamış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olma ehtimalı yüksək olması ilə bağlı daxil olmuş əməliyyət məlumatı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saxlamışlar. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qala adlanan ərazidə yerləşən 042 adlı çay evininn 1-ci mərtəbəsindən deyil, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini zaman saxlamışdır. Nə o, nə də ki əməliyyat tədbirində iştirak edən polis əməkdaşları – Şahid1 şahid Xanməmmədov X4 Mustafayevə qarşı qanunsuz hərəkətlərə yol verməmişdir. Vahab Mustayevin üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə və elektron tərəzini hər hansı təsir olmadan könüllü surətdə özü təhqiqatçıya təqdim etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 Hilmət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 Lənkəran Rayon Məhkəməsinə teleqram ünvanlayaraq “Təqsirləndirilən şəxs oğlunun işi ilə bağlı istintaqda verdiyi ifadəni təsdiq etdiyini” qeyd etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “icraatına Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi, ev 3, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmişdir və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü edirmiş, qrupun tərkibində o, əməliyyat müvəkkili Şahid1 və Şahid2 da olmuşdur. 20 dekabr 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkət etdiyini görmüş və onu nəzarətə götürmüşlər. Çünki Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olma ehtimalı yüksək olmuşdur. Təqsirləndirilən şəxs müşahidə etmişlər, ona yaxınlaşan olmamışdır, Təqsirləndirilən şəxs də heç kimə yaxınlaşmırmış. Təqsirləndirilən şəxs yaxınlaşmağın vaxtı olduğunu bildirmişdir. Üzərində narkotik vasitələr və ya narkotik vasitələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək Təqsirləndirilən şəxs Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı var, bu səbəbdən də üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidir. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşdur. Polis şöbəsində araşdırmanı təhqiqatçı Coşqun Qasımov davam etdirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişi Şahid2 aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynindəki şalvarının sağ yan cibindən 4 ədəd büküm və əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 4 ədəd bükümün içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Daha sonra onun üzərində təhqiqatçı tərəfindən ətraflı axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 2,37 qram olmuşdur. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur”. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 04 (dörd) ədəd bükümündə narkotik vasitə tiryək və əynindəki gödəkçənin sağ iç cibindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Tiryək elektron tərəzidə çəkildikdə ümumi çəkisi 2,37 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə tiryəkdir. Həmin kütləni böyük bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 21 dekabr 2022-ci il tarixli 19/1286 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,448 qram; 0,553 qram; 0,630 qram; 0,569 qram; ümumi təmiz çəkisi 2,200 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə izləri yoxdur. Ükspertizanın dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 21 dekabr 2022-ci il tarixli 1299 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından təmiz çəkisi 2.0 qram təşkil edən narkotik vasitə - tiryək, 1 ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından təmiz çəkisi 2.0 qram təşkil edən narkotik vasitə - tiryək və 1 ədəd elektron tərəzi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 4(049)-405/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 5(049)-6/2023 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid3 20 dekabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və iki övladları - xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək xx.xx.2022-ci il tarixində Şevrolet Niva markalı maşınla yaşadığı Şəhidlər Xiyabanı ərazisində onu Orxan adlı polis əməkdaşının saxlamasını, üzərindən narkotik vasitə aşkar olunmadığı üçün sərbəst buraxılmasını, xx.xx.2022-ci il tarixdə Qala adlanan ərazidə yerləşən 042 adlı çay evininn 1-ci mərtəbəsindən işdəyərkən aparılmasını, sərbəst buraxılması təqdirdə Əlvan adlı polis əməkdaşı tərəfindən 3000 manat pul tələb edilməsi kimi qanunsuz hərəkətlərə yol verilməsi barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunduğunu və himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,0 qram təşkil edən narkotik vasitə – tiryək və bir ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,0 qram təşkil edən narkotik vasitə - tiryək və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar