Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-200/2024 08.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 14:30 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan şəxs, Lənkəran rayonu, Havzava kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri M.M.Axund küçəsi ərazisində tanışı Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərdən irəli gələn səbəblərdən baş vermiş münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir neçə zərbə vurmaqla ona burun sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində qançır, sağ gözaltı nahiyəsində sıyrıq ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Yüngül zərər vurmaya aid xasarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslə arasında əvvəllər heç bir düşmənçilik və ədavət olmayıb. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri 3 nömrəli məktəbin yaxınlığında M.M.Axund küçəsində yolun kənarında avtomobilinin yanında dayanmışdır. Samirin Quliyevin atası Şahid1 də taksi fəaliyyəti ilə məğgul olur. Həmin vaxt taksi növbəsi üzərində Şahid1lə arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona “qəhbənin oğlu” deyərək nalayiq söyüş söymüşdür. Bu səbəbdən Zərərçəkmiş şəxslə arasında mübahisə və dalaşma baş vermişdir. Mübahisə zamanı əsəbiləşdiyindən yumruqla Samirin üz-burun nahiyəsinə zərbə vurmuşdur. Eyni zamanda Samir də bir dəfə ona yumruq atmışdır. Samirlə mübahisə etməkdə və ona zərbə vurmaqda məqsədi ictimai qaydanı pozma və cəmiyyətə hörmətsizlik etmək olmamışdır. Məqsədi baş vermiş mübahisəyə son qoyulması olmuşdur. Baş vermiş mübahisə nəticəsində heç kəsin əmlakına maddi ziyan dəyməmişdir. Aralarındakı mübahisə bir dəqiqədən az müddət ərzində davam etmişdir. Kənardan oraya gələnlər olmamışdır. Heç kəsə maddi ziyan dəyməmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Lənkəran şəhəri M.M.Axund küçəsi ərazisində 3 nömrəli məktəbin yaxınlığında yolun kənarında atası Şahid1 yanında dayanmışdır. Havzava kənd sakini Təqsirləndirilən şəxs də taksi fəaliyyəti ilə məğul olur. Həmin vaxt taksi növbəsi üzərində Şahid1lə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermişdir. Atası ilə mübahisə etdiyinə görə əsəbiləşib Təqsirləndirilən şəxs “qəhbənin oğlu” demişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə arasında mübahisə və dalaşma baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun üz-burun nahiyəsinə zərbə vurmuşdur. Özü də Akifə qarşılıq verib ona yumruq atmışdır. Akiflə mübahisə etməkdə məqsədi ictimai qaydanı pozmaq və cəmiyyətə hörmətsizlik etmək olmamışdır. Məqsədi baş vermiş mübahisəyə son qoyulması olmuşdur. Baş vermiş mübahisə nəticəsində heç kəsin əmlakına maddi ziyan dəyməmişdir. Aralarındakı mübahisə bir dəqiqədən az müddət ərzində davam etmişdir. Kənardan oraya gələnlər olmamışdır. Heç kəsə maddi ziyan dəyməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. “Baxış keçirilməsi haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri M.M.Axund küçəsində yolun kənarında , insanların sıx toplaşmadığı yerdə baş vermişdir və ictimai qayda pozulmamışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 559 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- burun sümüyünün yerini dəyişməyən sınığı, burun nahiyəsində qançır, sağ gözaltı nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materialının 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2408 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Seyidəkəran kənd sakini Təqsirləndirilən şəxs Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-200/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-200/2024
08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver