Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-201/2023 22.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1969-cu il tarixdə Lənkəran rayonu, Vilvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 05 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, özünəməxsus, idarə etdiyi “VAZ 2106” markalı, sedan tipli, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə, Lənkəran rayonu, Vilvan kəndində Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən, idarə etdiyi avtomobili sola tərəf manevr etdirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalı, arxadan ötmə əməliyyatı edən nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, avtomobili sola manevr etdirərək Dnepr markalı motosikletin sürücüsünün hərəkəti üçün təhlükə yaratmamalı, yəni arxadan ötmədə olan Dnepr markalı motosikletin hərəkətinə üstünlük verərək onun təhlükəsiz keçib getməsini təmin etməli və sonra sola doğru manevr əməliyyatı aparmalı olduğu halda bunları etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, ehtiyatsızlıqdan ötmədə olan Dnepr markalı motosiklet ilə toqquşmaqla, Dnepr markalı motosikletin sürücüsü-Zərərçəkmiş şəxs hər iki almacıq sümyününü sınıqları, sol gicgah-təpə-ənsə nahiyələrində yumşaq toxumalar altında hematoma, sol göz almasına yayılmış qansızma, alın, sol qulaqarxası, başın ənsə nahiyələrində əzilmiş yaralar, sol gicgah, burun, hər iki əl, hər iki bud, sol diz oynağı nahiyələrində sıyrıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, avtomobil idarə etmək hüququ verən “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 05 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Vilvan kəndində həmin avtomobillə saatda 30 km/saat sürətlə hərəkətdə olarkən arxasında “Qazel” tipli yük maşını gəlmiş, o, sola dönmə əməliyyatı edəcəyi üçün əvvəlcədən avtomobilinin sola dönmə xarici işıq siqnalını yandırıb qarşıdan gələn yolun boş olduğunu görüb dönmə əməliyatına başlamışdır. O, artıq qarşı hərəkət hissəsində olan zaman qəfildən arxadan gələn avtomobilini idarə etdiyi motosiklet ilə ötmək istəyən sonradan adını bildiyi, Masallı rayon, Köçəkli kənd sakini Zərərçəkmiş şəxs Murtuz oğlunun üçtəkərli motosikletinin sağ təkəri onun avtomobilinin qabaq sol qapısının aşağı hissəsinə çırpılmış, digər təkəri torpaq yola düşdüyündən motosiklet aşmış və sürüşərək həmin vaxt ara yolda hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ 21115 minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan qapısına çırpılmışdır. O, dönmə əməliyyatı edəndən sonra, avtomobil təxminən 4-4,60 metr toqquşma yerinə kimi hərəkət etmişdir. Yol nəqliyyat hadisəsindən sonra motosikletin sürücüsü X11 avtomobili ilə xəstəxanaya aparılmışdır. O, isə DİN-in 102 xidmətinə zəng vurub polisə məlumat vermiş və hadisə yerində gözləmişdir. Hadisə zamanı onun heç bir təqsiri olmamışdır, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, dəmir metallar yığıb həmin metalların qəbulu məntəqələrinə satıb ailəsini dolandırır. EM markalı motosikletlə bu işləri görür. Sürücülük vəsiqəsi yoxdur. 05 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində tanışları, Şahid2, Şahid5 və Şahid3 ilə birlikdə Lənkəran rayonuna dəmir yığmağa getmişdir. Ondan başqa, Bəxtiyar və Araz da, motosiklet idarə etmişdir. Şəmistan isə Bəxtiyarın motosikletində sərnişin kimi oturmuşdur. Lənkəran rayonu, Vilvan kəndində qarşıda gedən motosikletləri ötməyə başlamış və qarşıda gedən Bəxtiyarın motosikletini keçmişdir. Həmin ötməni edəndən sonra qarşısında VAZ 21063 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. O, təxminən 60 km/saat sürət yığmışdır və qarşı yolda olanda qərara gəlmişdir ki, həmin VAZ 21063 markalı avtomobili də, ötüb keçsin və ona görə də, öz yoluna qayıtmadan ötməyə davam etmişdir. O, Bəxtiyarı keçəndən sonra VAZ 2106 markalı avtomobil sola dönmə xarici işıq siqnalını yandırıb dönmə əməliyyatına başlamışdır. O, avtomobili keçməyə başlayanda artıq o dönmə hərəkətinə başlamış və təxminən 1 metr sol hərəkət hissəsinə keçmişdir. O, sola doğru hərəkət edə-edə o, da, motosikletini hadisədən yayındırmaq üçün qismən sola çəkmişdir. Lakin, hadisədən yayına bilməmişdir. Motosikletinin sağ yan təkəri VAZ2106 markalı avtomobilin qabaq sol yan qapısının aşağı hissəsinə və qabaq sol təkəri ilə toqquşmuşdur. Toqquşmadan sonra motosiklet aşmış və bir neçə metr sürüşüb arayolda olan VAZ 2115 minik markalı avtomobilin sol yan tərəfinə çırpılmışdır. Hadisədən sonra, dostları onu X11 avtomobili ilə xəstəxanaya aparmışdılar. Hadisə nətiucəsində xəsarət almış və müalicə olunmuşdur. Təqsirləndirilən şəxs ona heç vaxt maddi kömək etməmiş, heç vaxt maraqlanmamışdır. Müalicəyə xərclədiyi pulları təqsirləndirilən şəxsdən tələb edib təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 05 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində rayonun Vilvan kəndində qeyd etdyi avtomobillə Zövlə kəndi istiqamətində hərəkətdə imiş. Avtomobildə ondan başqa bir nəfər də, X2 olmuşdur. O, qabaqda oturmuşdur. O, Vilvan kəndində elə Cankişigilin evinin yerləşdiyi ara yola dönmək üçün əvvəlcədən sağa dönmə xarici işıq siqnalını yandırmış və avtomobilin sürətini minimuma endirib sağa dönüb bir neçə metr çox aşağı sürətlə hərəkət edirmiş. O, ara yola dönəndən sonra qarşı tərəfdən gələn həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avtomobillə həmin yola dönmə əməliyyatı edirmiş. Artıq Mübariz qarşı hərəkət hissəsində olan zaman arxasından hərəkətdə olan onun avtomobilini ötmək istəyən Masallı rayon sakini Zərərçəkmiş şəxs Murtuza oğlunun idarə etdiyi motosikletlə toqquşmuş və nəticədə motosiklet aşaraq onun avtomobilinin sol arxa qapıma çırpılmışdır. Hadisədən sonra o, hadisə yerində qalıb polis əməkdaşlarını gözləmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus EM markalı motosiklet ilə Masallı, Lənkəran, Cəlilabad rayonlarında dəmir yığıb satır. 05 noyabr 2022-ci il tarixdə saat 12 radələrində o, EM markalı motosiklet ilə Lənkəran rayonuna dəmir yığmağa gedirmiş. ondan başqa, həmkəndliləri Şahid5 və Zərərçəkmiş şəxs də, öz motosikletləri ilə eyni istiqamətdə gedirmiş. Bəxtiyarın motosikletində əlavə də, bir nəfər tanışı-Şahid2 sərnişin kimi oturmuşdur. Lənkəran rayonu Vilvan kəndində saatda təxminən 50-60 km/saat sürətlə hərəkət edirmiş. Əvvəl qarşıda Bəxtiyar, sonra Rusif və arxada o, gedirmiş. Ondan qarşıda sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi göy rəngli VAZ2106 minik markalı avtomobil hərəkət edirmiş. Vilvan kəndində məktəbi şəhər istiqamətində keçəndən sonra ondan qarşıda olan Rusif qarşı hərəkət istiqamətinə çıxıb Bəxtiyarın motosikletini ötmə əməliyyatı edib keçəndən sonra ondan da, qarşıda gedən VAZ2106 minik markalı avtomobili də, ötmə əməliyyatına davam etmişdir. Həmin an o, arxada olsa da, görmüşdür ki, VAZ2106 markalı avtomobil sola dönmə əməliyyatına başlamışdır. Rusif artıq sürət yığıb ötmə etdiyindən hadisədən yayınmaq üçün motosikletin sükanının sola tərəf bir qədər çəkmişdir. Lakin, hadisədən yayına bilməmiş və motosikletin sağ yan təkəri VAZ2106 markalı avtomobilin qabaq sol yan qapısının aşağı hissəsinə və qabaq sol təkəri ilə toqquşmuşdur. Toqquşmadan sonra motosiklet aşmış və bir neçə metr sürüşüb arayolda öz yolunda hərəkətdə olan VAZ2115 minik markalı avtomobilin sol yan tərəfinə çırpılmışdır. Hadisədən sonra, Rusif xəsarət aldığından onlar onu götürüb X11 avtomobili ilə Lənkəran rayon xəstəxanasına aparmışdır. Toqquşma baş verənə kimi yəni, Rusif VAZ2106 markalı avtomobili ötmə əməliyyatı edəndə artıq VAZ2106 markalı avtomobil sol dönmə əməliyyatına başlamışdır və çəpəki formada təxminən 1 metr qarşı yola çıxmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Şahid5 EM markalı motosiklet ilə Lənkəran rayonuna dəmir yığmağa getmiş, ondan başqa, qohumu Zərərçəkmiş şəxs və həmkəndlisi Ulduzəlinin oğlu Araz da, öz motosikletləri ilə onlarla birlikdə imişlər. Lənkəran rayonu Vilvan kəndində saatda 50 km/saat sürətlə hərəkət edən zaman Bəxtiyar qabaqda, arxada Rusif, ondan da, arxada Araz olmuşdur. Bəxtiyardan qabaqda göy rəngli VAZ21063 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobil gedirmiş. Vilvan kəndində məktəbi şəhər istiqamətində keçəndən sonra Rusif qarşı hərəkət istiqamətinə çıxıb motosikleti ilə onları ötmə əməliyyatı edib keçəndən sonra qarşıdan gedən VAZ2106 minik markalı avtomobili də, ötmə əməliyyatına davam etmişdir. Həmin an artıq VAZ2106 markalı avtomobil dönmə əməliyyatına başlamışdır. Rusif hadisəsdən yayınmaq üçün motosikletin sükanının sola tərəf bir qədər çəksə də, hadisədən yayına bilməmiş və motosikletin sağ yan təkəri VAZ2106 markalı avtomobilin qabaq sol yan qapısının aşağı hissəsinə və qabaq sol təkəri ilə toqquşmuşdur. Toqquşmadan sonra motosiklet aşmış və bir neçə metr sürüşüb arayolda öz yolunda hərəkətdə olan VAZ2115 minik markalı avtomobilin sol yan tərəfinə çırpılmışdır. Hadisədən sonra, onlar Rusifi götürüb X11 avtomobili ilə Lənkəran rayon xəstəxanasına aparmışlar. Toqquşma baş verənə kimi yəni, Rusif VAZ2106 markalı avtomobili ötmə əməliyyatı edəndə artıq VAZ2106 markalı avtomobil sol dönmə əməliyyatına başlamış və çəpəki formada təxminən 1 metr qarşı yola çıxmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Özü əsasən Masallı və Lənkəran rayonarında dəmir yığıb satır. 05 noyabr 2022-ci il tarixdə saat 12 radələrində o, EM markalı motosiklet ilə Lənkəran rayonuna dəmir yığmağa gedirmiş. Ondan başqa, qohumu Zərərçəkmiş şəxs və həmkəndlisi Ulduzəlinin oğlu Araz da, öz motosikletləri ilə onlarla birlikdə imişlər. Onun motosikletində sərnişin kimi Şahid2 də, olmuşdur. Lənkəran rayonu Vilvan kəndində saatda 50 km/saat sürətlə hərəkət edirmiş. Ən qabaqda özü, arxada Rusif, ondan da, arxada Araz gedirmiş. Ondan qabaqda göy rəngli VAZ21063 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobil gedirmiş. Vilvan kəndində məktəbi şəhər istiqamətində keçəndən sonra Rusif qarşı hərəkət istiqamətinə çıxıb motosikleti ilə onları ötmə əməliyyatı edib keçəndən sonra qarşıdan gedən VAZ2106 minik markalı avtomobili də, ötmə əməliyyatına davam etmişdir. Həmin an artıq VAZ2106 markalı avtomobil dönmə əməliyyatına başlamışdır. Rusif hadisəsdən yayınmaq üçün motosikletin sükanının sola tərəf bir qədər çəksə də, hadisədən yayına bilməmiş və motosikletin sağ yan təkəri VAZ2106 markalı avtomobilin qabaq sol yan qapısının aşağı hissəsinə və qabaq sol təkəri ilə toqquşmuşdur. Toqquşmadan sonra motosiklet aşmış və bir neçə metr sürüşüb arayolda öz yolunda hərəkətdə olan VAZ2115 minik markalı avtomobilin sol yan tərəfinə çırpılmışdır. Hadisədən sonra, onlar Rusifi götürüb X11 avtomobili ilə Lənkəran rayon xəstəxanasına aparmışlar. Toqquşma baş verənə kimi yəni, Rusif VAZ2106 markalı avtomobili ötmə əməliyyatı edəndə artıq VAZ2106 markalı avtomobil sol dönmə əməliyyatına başlamışdır və çəpəki formada təxminən 1 metr qarşı yola çıxmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 93-94-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. Polis baş serjantı rütbəsindədir. 05 noyabr 2022-ci il tarixdə o, bölmədə xidmətdə olmuşdur. Səhər saat 12 radələrində ona məlumat daxil olmuşdur ki, Lənkəran rayon Vilvan kəndində yol-nəqliyyat hadisəsi baş vermişdir. O, xidməti avtomobil ilə dərhal Vilvan kəndinə getmişdir. Hadisə yerinə çatanda görmüşdür ki, VAZ21063 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobil, Dnepr markalı motosiklet və VAZ21154 minik markalı 42BU380 qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Dnepr markalı motosikletin sürücüsü xəsarət aldığından rayon mərkəzi xəstəxanasına aparılmışdır. Digər sürücülər hadisə yerində olmuşdular. VAZ21063 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, VAZ21154 markalı avtomobilin sürücüsü isə Şahid1 olmuşdur. Hadisə yerində olan şahidlərin və sürücülərin ona bildirdiklərinə görə, həmçinin hadisə yerinin müayinəsindən müəyyən edilmişdir ki, VAZ21063 markalı avtomobil Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən sola dönmə əməliyyatı edən zaman Dnepr markalı motosiklet arxadan ötmə əməliyyatı edən zaman avtomobilin sol yan hissəsi ilə toqquşmuş və həmin vaxt ara yolda hərəkətdə olan VAZ21154 markalı avtomobilə çırpılmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. X1 idarə etdiyi VAZ2106 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobili ilə 05 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Vilvan kəndində hərəkətdə olarkən, o, da həmin avtomobildə qabaq oturacaqda sərnişin kimi əyləşmişdir. Təqsirləndirilən şəxs sola dönmə əməliyyatı edəcəyi üçün əvvəlcədən avtomobilinin sola dönmə xarici işıq siqnalını yandırıb qarşıdan gələn yolun boş olduğunu görüb dönmə əməliyatına başlamışdır. Təqsirləndirilən şəxs qarşı hərəkət hissəsində olan zaman qəfildən arxadan gələn motosiklet avtomobilin qabaq sol qapısının aşağı hissəsinə çırpılmışdır. Motosiklet aşmış və sürüşərək həmin vaxt ara yolda hərəkətdə olan digər avtomobilin arxa sağ yan qapısına çırpılmışdır. Cinayət işinin 7-15-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş 05 noyabr 2022-ci il tarixli “yol nəqliyyat hadisısi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Vilvan kəndidir. Cinayət işinin 42-44-cü vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 1117 saylı rəyindən görünür ki, vətəndaş, Zərərçəkmiş şəxs bədəni üzərində-hər iki almacıq sümüyünün sınıqları, sol gicgah-təpə-ənsə nahiyələrində yumşaq toxumalar altında hematoma, sol göz almasına yayılmış qansızma, alın, sol qulaqarxası, başın ənsə nahiyələrində əzilmiş yaralar, sol gicgah, burun, hər iki əl, hər iki bud, sol diz oynağı nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi motosikletin minik avtomaşını ilə toqquşması zamanı avtomaşının xarici qabarıq hissəsinin və ya toqquşma zamanı yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna edilmir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 49-52-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 15 dekabr 2022-ci il tarixli 8/3225 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Dnepr markalı dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü-Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü, Zərərçəkmiş şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü, Zərərçəkmiş şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ21063 markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü-Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 16-cı vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş 05 noyabr 2022-ci il tarixli 002472 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü-Şahid1 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işinin 17-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş05 noyabr 2022-ci il tarixli 002473 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü-Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş 05 noyabr 2022-ci il tarixli 002475 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü-Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işinin 90-cı vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-in BDYPİ-nin Lənkəran RQİ və TB şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə “B” kateqoriyalı BC-362921 saylı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 100-cü vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş DİN-in BDYPİ-nin Lənkəran RQİ və TB şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə 01 il müddətinə “B” kateqoriyalı BC35507 saylı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 101-105-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş 28 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus VAZ2106 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs məxsus “Dnepr” markalı motosiklet və Şahid1 məxsus VAZ21154 minik markalı 42BU380 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə sübut əhəmiyyətli olduğlarından maddi sübut kimi tanınmışdır. Cinayət işinin 111-113-cü vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs VAZ2106 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobili, Zərərçəkmiş şəxs “Dnepr” markalı motosikleti və Şahid1 VAZ21154 minik markalı 42BU380 dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263-1.1 maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. 4-cü bəndinə əsasən yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işinin 95-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 68-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilmişdir. Cinayət işinin 86-cı vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş Qətimkan tədbirinin seçilməsi barədə 20 yanvat 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-98-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X4 rayonu, Vilvan kəndində arvadı və xx.xx.2008-ci il təvəllüdlü oğlu ilə birlikdə yaşayır, kənddə müsbət xarakteri ilə seçilən sakinlərdəndir. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azalıqdan məhrum etmə, eyni zamanda məhkəmə qeyd edir ki, maddənin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Maddi sübut- VAZ2106 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobil sahibi-Təqsirləndirilən şəxs, Dnepr” markalı motosiklet sahibi-Zərərçəkmiş şəxs, VAZ21154 minik markalı 42BU380 dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1 qaytarılmaqla icra edilmiş hesab edilməlidir. Məhkəmə məsrəfi - iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altina vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut- VAZ2106 minik markalı 42BT560 dövlət qeydiyyat nişanlı avtomobil sahibi-Təqsirləndirilən şəxs, Dnepr” markalı motosiklet sahibi-Zərərçəkmiş şəxs, VAZ21154 minik markalı 42BU380 dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid1 qaytarılmaqla icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfi - iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-201/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-201/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver