Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-201/2024 10.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Lənkəran rayonu, Şilavar kəndi ərazisində tanışı Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərdən irəli gələn səbəblərdən baş vermiş münaqişə zamanı təpiklə Zərərçəkmiş şəxs sol aşıq-baldır nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vurmaqla ona sol aşıq-baldır nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən Şəms şadlıq sarayında keçirilən dayısı oğlunun toy məclisində iştirak etmişdir. Toy məclisində Zərərçəkmiş şəxs da iştirak etmiş və onunla eyni masada əyləşmişdir. Masadan qalxarkən ehtiyatsızlıqdan içkini dağıtmışdır. Təxminən bir saat müddətində toyda iştirak etdikdən sonra xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində şadlıq sarayından çıxaraq Şilavar kəndində ara küçə ilə piyada hərəkət edərkən Zərərçəkmiş şəxs onu çağırmışdır. Bir saat əvvəl masada içkini dağıtdığına görə ona irad bildirmişdir. Bu səbəblə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı yumruqla və təpiklə Rahidin bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuşdur. Rahid də onun sol əl nahiyəsini tutub sıxmış və onu kənara itələmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024cü il tarixdə, saat 22 radələrində Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən Şəms şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişdir. Toy məclisində Girdəni kənd sakini olan tanışı Təqsirləndirilən şəxs iştirak edərək onunla eyni masada əyləşmişdir. Vüsal masadan qalxarkən ehtiyatsızlıqdan öz içkisini dağıtmışdır. Vüsalın bu hərəkəti ehtiyatsızlıqdan baş versə də, bunu özünə təhqir hesab etdiyü üçün xx.xx.2024-cü il tarixdə saat 23 radələrində şadlıq sarayından çıxaraq Şilavar kəndində ara küçə ilə piyada hərəkət edərkən Təqsirləndirilən şəxs də piyada hərəkət etdiyini görüb bir saat əvvəl masada içkini dağıtmasına görə ona irad bildirmişdir. Bu səbəblə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuşdur. Özü də Təqsirləndirilən şəxs sol əl nahiyəsini tutub sıxmaqla onu özündən kənara itələmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 17-19-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Şiləvar kəndi ərazisidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 20-21-ci vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 560 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol aşıq-baldır nahiyəsində yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 40-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-201/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-201/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver