Məhkəmə qərarları › İş №1(049)-202/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-202/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-202/2023 16.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1, Xüsusi ittihamçı X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Rüstəmov Hı̇ kmət Əlı̇ zadə oğlu, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rüstəmov Hı̇ kmət Əlı̇ zadə oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Ağayeva Sevər Adı̇ l qızının şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq müəyyən etdi̇ : Ağayeva Sevər Adı̇ l qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Rüstəmov Hı̇ kmət Əlı̇ zadə oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci, 147.2-ci, 147.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rüstəmov Hı̇ kmət Əlı̇ zadə oğlu xüsusi ittihamçı barəsində sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymış, böhtan xarakterli məlumatlar paylaşmışdır. Məhkəmə hazırlıq iclası zamanı xüsusi ittihamçı məhkəməyə ərizə təqdim edərək Rüstəmov Hı̇ kmət Əlı̇ zadə oğlu ilə barışdığını bu səbəbdən də şikayətin icraaata götürülməməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və onun müdafiəçisi xüsusi ittihamçı ilə barışıq əldə edilməsi səbəbindən şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, xüsusi ittihamçı X2 barəsində xüsusi ittiham qaydasıənda icraat aparılan şəxs Rüstəmov Hı̇ kmət Əlı̇ zadə oğlu ilə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə qərara aldi: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rüstəmov Hı̇ kmət Əlı̇ zadə oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Ağayeva Sevər Adı̇ l qızının şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar