Məhkəmə qərarları › İş №1(049)-203/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-203/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-203/2024 23.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 11:45 xx.xx.1971-ci il tarixdə Lənkəran rayonu, Kirov (indiki İstisu) qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 3 ay 17 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalan, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2024-cü ilin aprel ayında, Lənkəran şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,888 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edərək üzərində saxlamaqla daşımış, 15 aprel 2024-cü il tarixdə saat 17:30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu İstisu qəsəbəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümün içərisində həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamla tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu, İstisu qəsəbəsində yaşayır. Evlidir bir övladı vardır. Əvvəllər 2022-ci ildə CM-nin 177.2.1, 177.2.3-cü və 234.1-ci maddələri 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə tiryək almışdır. Həmin şəxsdən ayrılıb yaşadığı kəndə gəlmişdir. Həmin gün saat 17 radələrində kənddə piyada yol kənarı ilə gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı tərəfindən ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Vəkil ilə təmin edilmişdir. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və maddə olduğu təqdirdə təqdim etməsini bildirmişdir. O da həmin vaxt əynində şalvarının sol yan cibindən bir ədəd üzərində saxladığı tiryəki, əynində olan pencəyin sol yan cibindən isə bir ədəd mobil telefonunu çıxarıb təqdim etmişdir. Təhqiqatçısı həmin bükümə baxış keçirmişdir. Bükümün içərisində tiryək aşkar edilmişdir. Onunla bu barədə sorğu-sual edildikdə polis əməkdaşlarına üzərində aşkar olunmuş bükümün içərisində tiryək olduğunu və həmin tiryəki səhər saatlarında “Böyük bazar” ərazisində tanımadığı şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 15 aprel 2024-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri Şahid2 Ağaəli oğlu və Şahid3 da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Hüseyn Hüsyenovun ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 17:30-da Təqsirləndirilən şəxs Lənkəran rayonun İstisu qəsəbəsində avtomobil yolunun kənarı ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Baxışəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Hüseyn Hüsyenova şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, əynində olan qara rəngli pencəyin sol cibindən “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqim etdiyi həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükümün 1 (bir) qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu-sual edildikdə, o təqdim etdiyi bükümün içərisində olan maddənin tiryək olduğunu, tiryəki həmin gün saat 11 radələrində Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin narkotik vasitə tiryəkə bənzər kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 Ağaəli oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 icraatına məlumat daxil olmuşdur. 15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat müvəkkili Şahid1 yaradılmış əməliyyat qrupuna ondan başqa Şahid3 da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Hüseyn Hüsyenovun ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 17:30-da Təqsirləndirilən şəxs Lənkəran rayonun İstisu qəsəbəsində avtomobil yolunun kənarı ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə Şahid1 tərəfindən raportla şöbə rəisinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Baxışəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, əynində olan qara rəngli pencəyin sol cibindən “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqim etdiyi həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükümün 1 (bir) qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu-sual edildikdə, o təqdim etdiyi bükümün içərisində olan maddənin tiryək olduğunu, tiryəki həmin gün saat 11 radələrində Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin narkotik vasitə tiryəkə bənzər kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Lənkəran rayonu İstisu qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 icraatına məlumat daxil olmuşdur. 15 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat müvəkkili Şahid1 yaradılmış əməliyyat qrupuna ondan başqa Şahid2 oğlu da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Hüseyn Hüsyenovun ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 17:30-da Təqsirləndirilən şəxs Lənkəran rayonun İstisu qəsəbəsində avtomobil yolunun kənarı ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirmişlər. Təqsirləndirilən şəxs da onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə Şahid1 tərəfindən raportla şöbə rəisinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Baxışəli Rufullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra onun tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü, əynində olan qara rəngli pencəyin sol cibindən “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqim etdiyi həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə bükümün 1 (bir) qram olmuşdur. Təqsirləndirilən şəxsla bu barədə sorğu-sual edildikdə, o təqdim etdiyi bükümün içərisində olan maddənin tiryək olduğunu, tiryəki həmin gün saat 11 radələrində Lənkəran şəhərində “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən 10 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin narkotik vasitə tiryəkə bənzər kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Zərf DİN-nin 135 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2024-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd sellofan büküm çıxararaq təhqiqatçıya təqdim etmiş, həmin bükümün narkotik vasitə tiryək olduğunu və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 16 aprel 2024-cü il tarixli 19/331 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,888 qram olan maddə xaş-xaş bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2024-cü il tarixli, 363 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı” diqanozu ilə qeydiyyatda durur. Məhkəmə tibbi ekspertizasının 18 aprel 2024-cü il tarixli 359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran şəhər Psixatriya xəstəxanasına edilmiş sorğu nəticəsində Hüseynov X4 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda olmadığı müəyyən edilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə onun narkotik vasitə tiryəkdən istifadə etməsi barədə məlumatlar əldə edilmişdir. Keçirilmiş tədbirlərlə narkotik vasitə tiryəkin mənbəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə CAB-yə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Hüseynov X4 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını 1 il 1 ay 29 gün çəkmiş, çəkilməmiş cəzası 3 ay 17 gün qalmışdır. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət törədərkən məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 09 (doqquz) ay 05 (beş) gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay 10 (altı) günə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 09 №-li məlumatından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)-267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-ü il tarixdə şöbədə qeydiyyatdan keçmiş və həmin tarixdən onun cəzasının icrası başlamışdır. Məhkum Təqsirləndirilən şəxs yeni cinayət törədərək barəsində Lənkəran Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 aprel 2024-cü il tarixindən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixindən 15 aprel 2024-cü il tarixinədək 01 il 02 ay 03 gününü çəkmiş və çəkilməmiş cəzası 03 ay 17 gün təşkil edir. Lənkəran ŞİHB-nin İstisu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X4 rayonu İstisu qəsəbəsində arvadı X1 və xx.xx.2009-cu il təvəllüdlü oğlu X3 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd kağız paketdəki 0,888 qram çəkidə olan narkotik vasitə tiryək və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd kağız paketdəki 0,838 qram çəkidə olan narkotik vasitə tiryək saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma inayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşmançılıq hissi keçirib həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı səmimi ifadə verməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən CM-nin 18.4.4-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Bununla yanaşı, CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Hazırda isə Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmədiyi müəyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, narkomaniyadan əziyyət çəkməsini, mütəmadi olaraq hər gün narkotik vasitə əldə edərək istifadə etməsini və əvvəllər də narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılmasının iki günü Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabət tutulur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin 1(049)-267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 17 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü kimi hesablanmaqla, həmin cəza 01 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökm üzrə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən qismən toplanaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs 2022-ci ildən ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan qalıq çəkisi 0.838 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarına saxlanılmalıdir. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərci - 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-267/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 ay 17 gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2022-ci ildən ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diqanozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd kağız paketdəki 0,838 qram çəkidə olan narkotik vasitə tiryək məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinəköçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar