Məhkəmə qərarları › İş №1(049)-205/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-205/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-205/2023 07.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Şahid4 və müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 07 iyun 2023-cü il tarixdə, saat 09.55-də Lənkəran şəhərində xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu Gəgiran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkumluğu olmayan, Lənkəran rayonu Gəgiran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri, xx.xx.2006-cı il tarixdə Lənkəran rayonu Gəgiran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Gəgiran kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurlamışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək, tanışı-Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 dekabr 2022-ci il tarixdə saat 17 radələrində, Lənkəran rayonun Gəgiran kəndində yerləşən, kənd camaatının ümumi istifadəsində olan otlaq sahəsindən Lənkəran rayonu Türkəncil kənd sakini, Zərərçəkmiş şəxs2 məxsus 4 yaşlı, dişi cinsli, bir rəst atı ümumilikdə 600 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək, tanışı-Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 17 dekabr 2022-ci il tarixdə, günorta saatlarında Lənkəran rayonun Günəhir kəndində yerləşən kənd camaatının ümumi istifadəsində olan otlaq sahəsindən Lənkəran rayonu Bəliton kənd sakini, Zərərçəkmiş şəxs1 məxsus 3 yaşlı, dişi cinsli, bir rəst atı ümumilikdə 550 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurlamışdır. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək, tanışı-Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 15 dekabr 2022-ci il tarixdə saat 17 radələrində, Lənkəran rayonun Gəgiran kəndində yerləşən, kənd camaatının ümumi istifadəsində olan otlaq sahəsindən Lənkəran rayonu Türkəncil kənd sakini, Zərərçəkmiş şəxs2 məxsus 4 yaşlı, dişi cinsli, bir rəst atı ümumilikdə 600 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək, tanışı- Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 17 dekabr 2022-ci il tarixdə, günorta saatlarında Lənkəran rayonun Günəhir kəndində yerləşən kənd camaatının ümumi istifadəsində olan otlaq sahəsindən Lənkəran rayonu Bəliton kənd sakini, Zərərçəkmiş şəxs1 məxsus 3 yaşlı, dişi cinsli, bir rəst atı ümumilikdə 550 manat qiymətində özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisi və dostudur. Bütün günü bir yerdə olurlar. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanıyır və o, Mirsalamın qohumudur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində maddi vəziyyətləri pis olduğu üçün Mirsalamla qərara gəlmişlər ki, otlaq sahəsindən at oğurlayıb satsınlar. Bunun üçün onlar kənddə “Barzbel” adlanan əraziyə getmiş, orada heç kimin olmadığını gördükdən sonra atların içərisindən bir qəhvəyi rəngəli at oğurlamışlar. Onlar həmin atın Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilməmişlər. Bundan sonra o, Masallı rayonun Mahmudavar kəndində yaşayan tanışı Şahid2 zəng edib anasının xəstə olduğunu deyib atını təcili satmaq qərarına gəldiyini bildirmişdir. Sərxanla görüşdükdən sonra o, ata baxmış və ondan qiymətini soruşmuşdur. O, Sərxana təcili pul lazım olduğuna görə 100 manata satdığını dedikdə Sərxan onlara atın oğurluq olub-olmadığını soruşmuşdur. Hər ikisi atın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Sərxan ata görə 75 manat verə biləcəyini bildirmişdir. Onlar da, onunla razılaşmış və atı satmışlar. Sonra qayıdanda pulu yarıbayarı aralarında bölmüşlər. Bundan sonra 2022-ci ilin dekabr ayının 17-də günorta saatlarında, Mirsalamla birlikdə rayonun Günəhir kəndində yerləşən otlaq sahəsinə at götürmək üçün getmişlər. Qərara gəlmişlər ki, həmin atı gövşənə gedəndə istifadə etsinlər və sonra yaxşı müştəri çıxsa satsınlar. Onlar orada olan atlardan bir rəst qırmızı rəngli atı seçib oğurlamışlar. Həmin atın, kimə məxsus olduğunu bilməmişlər. Onlar, atı saxlayandan sonra dərhal onun quyruğunu və saçlarını kəsmişlər ki, sahibi onu tanımasın. Qərara gəlmişlər ki, atı Mirsalam evə aparıb bir iki gün tövlədə saxlasın. Mirsalam atı evə aparıb bir-iki gün tövlədə saxlayandan sonra qərara gəlmişdir ki, atı Sərxana satsınlar. Mirsalam özü Sərxanla danışıb onu Sərxana 350 manata satmışlar. Lakin, sonradan Mirsalam ona bildirmişdir ki, guya pulu qayıdanda yolda cibindən düşürmüşdür. Ona görə də, həmin atdan onlara heç nə qalmamışdır. Sonradan bilmişlər ki, həmin at zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Bir iki dəfə də, Şövqini kənddə atını axtardığını görsə də, həmin atın ona məxsus olduğunu bilməmişdir. Fikirləşmişdir ki, yəqin başqasını axtarır. Yanvar ayının sonlarında Şövqi ona zəng edib atını oğurladığını demişdir. O da, ona Mirsalamla birlikdə bunu etiraf etdiyini, atının rayonun Aşağı Nüvədi kəndində Qalib adlı şəxsdə olduğunu, gedib götürə biləcəyini bildirmişdir. Son sözündə bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Ziyanı ödədiklərini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə qanunu nümayəndəsi Şahid4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Lənkəran rayonu Gəgiran kəndində valideyinləri ilə birlikdə yaşayır. 9-cu sinifdən məktəbə getmir. Özü Ağcabədi rayonunda, fermada çoban kimi işləyir. Oğurluq hadisəsindən qabaq valideynlərinin yanına qayıtmış və xx.xx.2022-ci il tarixdə,saat 17 radələrində maddi vəziyyətləri pis olduğu üçün Lazımla qərara gəlmişlər ki, at oğurlayıb satsınlar. Bunun üçün onlar kənddə “Barzbel” adlanan əraziyə getmiş, orada heç kimin olmadığını gördükdən sonra atların içərisindən bir at oğurlamışlar. Onlar həmin atın Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilməmişlər. Bundan sonra Lazım Masallı rayonunda yaşayan tanışı, heyvan alqı-satqısı ilə məşğul olan Sərxana zəng edib anasının xəstə olduğunu deyib atını təcili satmaq qərarına gəldiyini bildirmişdir. Sərxanla görüşdükdən sonra o, ata baxmış və ondan qiymətini soruşmuşdur. Lazım, Sərxana təcili pul lazım olduğuna görə 100 manata satdığını dedikdə Sərxan onlara atın oğurluq olub-olmadığını soruşmuşdur. Hər ikisi atın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Sərxan ata görə 75 manat verə biləcəyini bildirmişdir. Onlar da, onunla razılaşmış və atı satmışlar. Sonra qayıdanda pulu yarıbayarı aralarında bölmüşlər. Lazıma bir iki manat çox qalmışdır. Bundan sonra 2022-ci ilin dekabr ayının 17-də günorta saatlarında, Lazımla birlikdə Günəhir kəndindəki otlaq sahəsinə at götürmək üçün getmişlər. Qərara gəlmişlər ki, həmin atı gövşənə gedəndə istifadə etsinlər və sonra yaxşı müştəri çıxsa satsınlar. Onlar orada olan atlardan bir rəst qırmızı rəngli atı seçib oğurlamışlar. Həmin atın, kimə məxsus olduğunu bilməmişlər. Onlar, atı saxlayandan sonra dərhal onun quyruğunu və saçlarını kəsmişlər ki, sahibi onu tanımasın. Qərara gəlmişlər ki, atı o, evə aparıb bir iki gün tövlədə saxlasın. Atası tövlədə atı görüb ondan kimə məxsus olduğunu soruşanda o, həmin atın sahibsiz olduğunu bir iki gün evdə saxlayıb işlərini görəndən sonra buraxacağlarını demişdir. Atı bir-iki gün tövlədə saxlayandan sonra Lazımla danışıb razılaşmışdır ki, elə həmin atı da, Sərxana satsınlar. Lazım işinin olduğunu, Sərxanla görüşə gələ bilməyəcəyini demişdir. Buna görə də, o, tanışı Məhəmmədəliyə onunla getməsini xahiş etmişdir. O, Məhəmmədəli ilə birlikdə Rüdəkənar kəndinə atı aparmış, Sərxanora gəlmiş, ondan at barədə soruşaraq kimə məxsus olduğunu, atın ailəsinə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. O, Sərxanla atı 350 manata satacağı razılaşmışdır. O, Sərxanla danışan zaman Məhəmmədəli kənarda durmuş və onun heç nədən məlumatı olmamışdır. Sadəcə, o, onu özü ilə yol yoldaşı götürmüşdür. O, Sərxandan 350 manat pulu alıb qayıdan zaman onu itirmişdir. Sonradan bilmişdir ki, Sərxana satdığı at zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Bundan əvvəl isə bir iki dəfə Şövqini kənddə atını axtardığını görsə də, həmin atın ona məxsus olduğunu bilməmişdir. Atın kimə məxsus olduğunu bildikdən sonra dərhal bu barədə atasına, atası da Şövqiyə məlumat vermişdir. Bundan sonra onlar Lənkəran şəhərində bazarda onunla görüşmüşlər. Görüş zamanı o, Şövqidən üzr istəmiş, hadisəni Lazımla birlikdə etdiyini, atın saçlarını və quyruğunu tanınmaması üçün kəsdiyini demişdir. Həmçinin, atın Yuxarı Nüvədi kəndində yaşayan Qalib adlı şəxsdə olduğunu demişdir. Son sözündə bildirmişdir ki, törətdiyi əməldən peşmandır. İlk dəfə cinayət törətdiyini, yetkinlik yaşına çatmadığını, ziyanı ödədiklərini, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ondan şikayətçi və tələbkar olmamaqla ona yüngül cəza verilməsini xahiş etdiyini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Zərərçəkmiş şəxs2 lazımi qaydada məlumat verilsə də o, məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmə hazırlıq iclasında bildirmişdir ki, ona vurulmuş 600 manat məbləğində ziyandan 500 manatı ödənilmiş, 100 manatı ödənilməmişdir. Həmin ziyanın əvəzini tələb etməklə məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, mal-qara təsərrüfatı var. Həm də, bir rəst atı olmuşdur. Həmin atla o, öz yüklərini daşıyırmış və ona işlərində çox böyük köməkliyi olmuşdur. At qırmızı qara ilə qarışıq rəngdə olmuşdur. Qəhvəyi rəngə də, çalırmış. Qiyməti 600 manat olarmış. Öyrədilmiş at olmuşdur. Təxminən 4 il imiş ki, at monda olmuşdur. Möhkəm at imiş, davamlı imiş. Dişi cinsli olmuşdur. Yaşadığı ərazi dağlıq ərazi olduğuna görə o, bütün işlərini onunla görürmüş. Hər yerə onu sürürmüş. Aradabir də, kəndin otlaq sahəsinə otlamaq üçün ötürürmüş. Mal-qaranı da, həmin otlaq sahəsinə sürürmüş. Qonşu kəndlərin otlaq sahələri arasında çəpər, maneə olmadığına görə heyvanlar qonşu kəndlərin də, ərazisinə keçə bilirlərmiş. Lənkəran rayonu Gəgiran kənd sakinləri-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Gəgiran kənd sakinləridirlər. Mirsalam onun qaynıdır. Aralarında qərəzli münasibətləri olmamışdır. O, biləndən sonra ki, Mirsalam onun atını oğurlayıb ondan sonra o, biraz onlardan küsmüşdür. Müalicəsi ilə bağlı o, 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhərinə getmişdir. Gedəndə heyvanlarını otlağa sürmüşdür ki, qayıdanda götürər. Dekabr ayının 23-də kəndə qayıtmışdır. Otlaq sahəsinə gedib mal-qarasını geri qaytarmışdır. Lakin, atını tapa bilməmişdir. Təxminən 10 gün heyvanını sahələrdə axtarmış, hər kəsdən soruşmuşdur. Lakin, kimsə ona müsbət cavab verməmşdir. 01 yanvar 2023-cü il tarixdə o, Gəgiran kənd sakini Təqsirləndirilən şəxs1 şübhələnmişdir. Ona görə ki, o, əvvəllər də, oğurluq etmişdir. Ona görə Lazıma zəng etmiş və onunla telefonda danışmışdır. O, ona birbaşa onun atını niyə apardığını soruşmuşdur. Həmin vaxt Lazım tutulub qalıb özü də, bilmədən səhvən aparmışam demiş və telefonu söndürmüşdür. Bundan sonra, o, DİN-in 102 xidmətinə zəng vurmuş və daha sonra Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan, polis araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə onun bir rəst atını Gəgiran kəndində otlaq sahəsindən oğurlayıb sonra Masallı rayonundan olan bir şəxsə satmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Lənkəran rayonu Bəliton kəndində yaşayır. 2022-ci ilin dekabr ayının ortalarında ona məxsus qırmızı rəngli rəst atı otlaq sahəsindən oğurlanmışdır. Həmin vaxt, o, atın yolunu azdığını düşünüb polisə müraciət etməmişdir. Atını axtarmağa başlamışdır. Amma, heç bir kəndin otlaq sahəsində atını tapmamışdır. Atını tapa bilmədiyini görüb məcbur qalaraq polisə müraciət etmişdir. Müraciətdən sonra Gəgiran kəndindən Bəxtiyar adlı şəxs ona zəng edərək onun atının oğlu tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra, o, Bəxtiyarın oğlu Mirsalamla danışmış və görüşmüşdür. Mirsalam həmin oğurluğu Təqsirləndirilən şəxs1lə etdiyini,oğurluqda özünün günahkar və vurduğu ziyanı ödəməyə hazır, həmin atın Nüvədi kəndində olduğunu bildirmişdir. Bundan sonra Lazımla telefonda danışmış, Lazım da, ona Mirsalamın dediklərini demişdir. O, Yuxarı Nüvədi kəndində olan atın ona məxsus olub-olmadığını yoxlamaq üçün həmin kəndə getmiş, Şahid3 sonuncunun həyətindəki atın özünə məxsus olduğunu bildirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 550 manat maddi ziyan vurulmuşdur. Əlavə olaraq ərizə verərək bildirmişdir ki, oğurlanmış at hazırda ona qaytarılmışdır və ona vurulmuş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Şahid5 onun doğma oğludur. 2022-ci ilin dekabr ayının sonlarında həmkəndlisi Bəxtiyarın oğlu Mirsalam ona zəng edərək bildirmişdir ki, evlərində bir rəst at var və onu satmaq istəyir. Atı satmaq üçün Masallı rayonun Rüdəkənar kəndinə getməlidir. Özünə yol-yoldaşı kimi Məhəmmədəliyə də onunla birlikdə getməsinə icazə istəmişdir. O, Mirsalamdan atın oğurluq at olmadığını öyərndiikdən sonra onun atası ilə də, danışmış, sonuncu da bildirmişdir ki, onun həmin atdan məlumatı varbə bir neçə gündür ki, Mirsalam həmin atı həyətdə saxlayır. O, bundan sonra oğluna icazə vermiş və Məhəmmədəli Mirsalamla birlikdə yol-yoldaşı kimi getmişdir. Qayıtdıqdan sonra Mirsalam ona atı satdıqlarını bildirmişdir. Polis əməkdaşları onu şöbəyə dəvət etdikdən sonra ona bəlli olmuşdur ki, həmin at oğurluq heyvan olmuşdur. Məhkəmədə iclasında Şahid3 göstərmişdir ki, o, Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayır. 2022-ci ilin dekabr ayının sonlarında Masallı rayonu Mahmudavar kəndindən olan tanışı, Şahid2 onda bir rəst atının olduğunu demişdir. O, Sərxana elə ona sahədə işləmək üçün ata ehtiyacı olduğunu bildirmiş və həmin atı 350 manata almışdır. O, həmin atı aldığı zaman onun oğurluq olduğunu bilməmişdir. Yalnız polis əməkdaşları onu şöbəyə dəvət edəndən sonra bilmişdir ki, həmin at oğurluqdur və buna görə də onu polis əməkdaşlarına təqdim etmişdir. Polislər atı məhkəməyədək saxlanılmasından ötrü onun özünə saxlamışlar. Sonradan bilmişdir ki, həmin at Zərərçəkmiş şəxs1 məxsusdur. Şövqi gəlib həyətində ata baxmış və əlamətlərindən həmin atın ona məxsus olduğunu demiş, amma atı ondan məhkəmə qərarından sonra götürəcəyini bildirmişdir. Hazırda həmin at Şövqiyə qaytarılmışdır. Məhkəmədə şahid, Təqsirləndirilən şəxs2 qanunu nümayəndəsi Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. 2022-ci ilin dekabr ayının sonlarında oğlu Mirsalam həyətdə olan tövləyə bir rəst qırmızı rəngli at gətirmişdir. Mirsalamdan atın kimə məxsus olduğunu soruşduqda atı sahədən tapdığını və sahibsiz at olduğunu bildirmişdir. O, ata baxıb quyruğunun, saçlarının olmadığını görüb baxımsız olduğunu fikiləşib yəqin etmişdir ki, onun sahibi yoxdur. Üstündən bir iki gün keçdikdən sonra Mirsalam atı satmaq istədiyini bilmiş, o da, buna etiraz etməmişdir. Həmin günü həmkəndlisi Asəf Şıxcanzadə ona zəng edib oğlunun Mirslamla at satmağa getdiyini, onun Mirsalama icazə verib vermədiyini soruşmuşdur. O da, Asəfə onun bu işdən atı Masallı rayonunda Sərxan adlı şəxsə satmışdır. 2023-cü ilin yanvar ayında polislərdən məlumat almışdır ki, oğlu Mirsalam Zərərçəkmiş şəxs2 atını Təqsirləndirilən şəxs1lə birlikdə oğurlamışdır. Bundan başqa daha bir at da, oğurlamışlar. Bunu Mirsalamdan soruşduqda, o, Mirsalam bildirmişdir ki, onlar Bəliton kəndində Şövqi adlı şəxsin atını da, Günəhir kəndində otlaq sahəsindən oğurlamışlar. Bundan sonra, o, Şövqiyə zəng edib onunla danışmışdır. Oğlunun bir səhv etdiyini ona bildirmişdir. Hətta, onunla Lənkəran şəhərində bazarda görüşmüşdür. Mirsalam da, həmin vaxt yanlarında olmuşdur. İşdəki 01 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Lənkəran rayonu Türkəncil kənd sakini, Zərərçəkmiş şəxs2 məxsus bir rəst at Lənkəran rayonu Gəgiran kəndində yerləşən otlaq sahəsindən oğurlanmışdır. Həmin otlaq sahəsi eyni vaxt bir neçə kəndin əhalisinin heyvanlarının otarıldığı sahədir. Hər hansı bir şəxsə məxsus deyildir, kənardan mühafizə çəpərləri yoxdur. Ərazi dağlıq ərazidir. İşdəki 04 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Lənkəran rayonu Yuxarı Nüvədi kənd sakini, Şahid3 Şahid2 aldığı, Lənkəran rayonu Gəgiran kənd sakinləri - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları bir rəst atı istintaqa təqdim edir, həmin bir rəst at Şahid3 məxsus həyətyanı sahədə bağ sahəsində aşkar edildi, iş üçün sübut əhəmiyyətli ola biləcəyi üçün götürüldü və sonradan saxlanılmasından ötrü Şahid3 qaytarıldı. İşdəki 22 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Lənkəran rayonu Bəliton kənd sakini, Zərərçəkmiş şəxs1 özünə məxsus bir rəst atı həmin kənddə yerləşən kənd camaatının ümumi istifadəsində olan otlaq sahəsindən oğurlanmışdır. Həmin otlaq sahəsi heç bir şəxsə məxsus deyildir və ətrafı mühafizə çəpəri ilə bağlanmamışdır. Ərazi dağlıq ərazidir və həmin otlaq sahəsindən digər qonşu kəndlərin otlaq sahələrinə açıq keçiş vardır. İşdəki Lənkəran ŞRPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş əməliyyat tapşırıqlarına cavablardan görünür ki, Lənkəran rayonu Gəgiran kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran rayonu Türkəncil kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir rəst atı 15 dekabr 2022-ci il tarixdə Lənkəran rayonu Gəgiran kəndində yerləşən otlaq sahəsindən, Lənkəran rayonu Bəliton kənd sakini, Zərərçəkmiş şəxs1 məxsus bir rəst atı 17 dekabr 2022-ci il tarixdə Lənkəran rayonu Günəhir kəndində yerləşən otlaq sahəsindən oğurlayaraq hər iki atı Masallı rayon Mahmudavar kənd sakini, Şahid2 satmışlar. Şahid2 həmin atlardan Zərərçəkmiş şəxs1 məxsus olan bir rəst atı Lənkəran rayonu Yuxarı Nüvədi kəndində Şahid3, Zərərçəkmiş şəxs2 məxsus bir rəst atı isə Masallı şəhər heyvan bazarında “Məmmədəli” adlı şəxsə satmışdır. İşdəki mütəxəssis rəyindən görünür ki, qeyd olunan bir rəst, dişi cinsli, 4 illik, ev şəraitində saxlanılan atın orta bazarda təklif qiyməti 500-600 manatdır. Qeyd olunan bir rəst, dişi cinsli, 3 illik, ev şəraitində saxlanılan atın orta bazarda təklif qiyməti 500-600 manatdır. İşdəki Şahid3 götürülmüş, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1 məxsus bir rəst at sübut əhəmiyyətli olduğuna görə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılmasından ötrü Şahid3 qaytarılmışdır. İşdə olan “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, X2 götürülmüş bir rəst at maddi sübut kimi tanınaraq məhkəməyədək saxlanılmasından ötrü ona təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin başa çatmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdəki xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə mənfi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 isə müsbət xarakterizə olunur. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi, şahidləri dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, ayrıayrılıqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, onlar göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və barələrində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yuxarıda sadalanmış cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb belə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində secilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il təvəllüdlü olmaqla hazırki cinayəti törədən anda yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsidə qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmələr aşağıdakıları rəhbər tutmalıdırlar: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 tərəfindən cinayəti yetkinlik yaşına çatmayan zaman törətdiyini, CM-nin 59-cu maddəsinə əsasən ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yuxarıda sadalanmış cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb belə hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində secilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən müalicə müəssisələrinə gedib-gəlməsi istisna olmaqla Təqsirləndirilən şəxs1 üzərinə, eləcə də Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dən növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müalicə müəssisələrinə gedib-gəlməsi istisna olmaqla Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir rəst atın zərəçəklmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməmiş qalan 100 manat pulun ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs2 izah edilsin. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Müalicə müəssisələrinə gedib-gəlməsi istisna olmaqla təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dən növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müalicə müəssisələrinə gedib-gəlməsi istisna olmaqla Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir rəst atın zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs2 izah edilsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar