Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-205/2025 03.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə, təqsirləndirlən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçi, Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 mart 2026-cı il, saat 12.12-də, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs balıqların qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydaları”-na əlavə edilmiş “balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 mdən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan ov alətlərindən istifadə olunması tələbini pozaraq, xx.xx.2025-ci il tarixdə saat 08 radələrindən xx.xx.2025-ci il tarixdə saat 12 radələrinədək olan müddət ərzində Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində uzunluğu 9,50 metr, eni 1,50 metr, dəliklərinin daxili ölçüsü bəzi hissələrdə əsasən 33x33 mm., bəzi hissələrdə isə əsasən 30x30 mm. olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik kimyəvi liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb 1,01- 1,51 mm. intervahnda dəyişən 1 ədəd tor vasitəsi ilə 86 ədəd külmə və 4 ədəd şamayı balıqlarını qanunsuz olaraq tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarmdan istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən 1 ədəd külmə balığına görə ziyanın məbləği 11,00 manat olduğundan 86 ədəd külmə balığına görə 946 manat, 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat olduğundan 4 ədəd şamayı balığına görə 132 manat olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 1078 manat ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün Xəzər dənizində balıq tutmaqla ailəsinə qida əldə etmiş, balıq tutmaq üçün tordan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində gedib torunu suya bərkitmiş, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində gedib rezin materialından olan su keçirməyən paltarıyla suya girib torunu yığmış, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində sudan çıxarkən bir neçə nəfər yaxınlaşaraq özlərini X6 İdarəsinin X7 Şöbəsinin əməkdaşları kimi təqdim etmiş, həmin ərazidə balıq ovlamaqa dair rəsmi sənədinin olub-olmamağı barədə maraqlanıldıqda hər hansı bir sənədinin olmadığını bildirmiş, polis əməkdaşları onlarla birlikdə Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmiş, polis əməkdaşları ovladığı balıqları və ovda istifadə etdiyi toruyla birlikdə X7 Şöbəsinə gətirmiş, Lənkəran XPŞ- də yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd torunu və Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində tutduğu balıqları aşkar etmişlər. Lənkəran XPŞ- də videokamera vasitəsi ilə baxış zamanı tutduğu balıqların 86 ədəd külmə və 4 ədəd şamayı balıqları olduğu müəyyən olunmuş, polis əməkdaşları ona məxsus olan 1 ədəd torunu, Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində icazəsiz tutduğu 86 ədəd külmə və 4 ədəd şamayı balıqlarını maddi sübut kimi götürmüş, baxışın nəticəsi olaraq protokol tərtib edilmiş, imza etmişlər. Balıq tutarkən ona heç kim köməklik etməmiş, balıqları tək özü tutmuş, balıq tutarkən ətrafda başqa şəxslər görməmişdir. Əlavə olaraq göstəmişdir ki, 1078 manat maddi ziyanı ibtidai istintaq zamanı ödəmiş, xx.xx.1995-ci il tarixdə Lənkəran rayon Hərbi Qarnizonunun hökmü ilə o vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib, CM-nin 23-1-ci maddəsi tətbiq edilməklə əməyə mütləq cəlb olunmaqla 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən müəssisədə çəkmişdir. Mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahidlərin, zərər çəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsinin ifadələri, balıqlara və balıqovlama vasitəsinə baxış keçirilməsi haqqında protokol, protokola əlavə edilmiş 1 ədəd DVD disk, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 6/3194/2025 nömrəli rəyi, habelə istintaq zamanı toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi Zərərçəkmiş şəxsndə böyük mütəxəssis-müfəttiş vəzifəsində işləyən Nümayəndə ifadəsində göstərmişdir ki, 24 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində X6 İdarəsinin X7 Şöbəsinin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran şəhəri Vağzal küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə qanunsuz 86 ədəd külmə və 4 ədəd şamayı balıqlarını tutmuş, Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində X6 İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd külmə balığına görə ziyanın məbləği 11 manat və 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33 manat olduğundan, ümumilikdə dəymiş ziyan 1078 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına ümumilikdə 1078 manat ziyan vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, mülki iddia versələr də, Təqsirləndirilən şəxs maddi ziynı tam olaraq ödəmişdir. Şikayət və tələbləri yoxdur. Mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 İdarəsinin X7 Şöbəsinin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində Su NPİ- nin X7 Şöbəsinin əməkdaşları ilə birlikdə Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Təqsirləndirilən şəxs Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində qanunsuz balıq tutarkən saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd tor balıqovlama vasitəsi, həmin torla ovladığı balıqlar aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X6 İdarəsinin X7 Şöbəsinə gətirilmiş, X7 Şöbəsində yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus uzunluğu 9.50 metr, eni 1,50 metr, ilgəklərinin daxili ölçüsü 30x30 mm. olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor, 86 ədəd külmə və 4 ədəd şamayı balıqları aşkar edilmiş, Təqsirləndirilən şəxs Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsində uzunluğu 9.50 metr, eni 1.50 metr, ilgəklərinin daxili ölçüsü 30x30 mm. olan, 3 qatlı ağ rəngli sapdan toxunan 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə 86 ədəd külmə və 4 ədəd şamayı balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmiş, Lənkəran XPŞdə baş vermiş hadisə ilə əlaqədar olaraq “İphone” markalı videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan 1 ədəd tora baxış keçirilib müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 İdarəsinin X7 Şöbəsinin polis nəfəri Şahid3 Şahid1 verdiyi ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 24 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq 1 ədəd tor adlanan balıqovlama vasitəsi ilə ovlanmış balıqlar 86 ədəd külmə və 4 ədəd şamayı balıqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd külmə balığına görə ziyanın məbləği 11,00 manat olduğundan 86 ədəd külmə balığına görə 946 manat, 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat olduğundan 4 ədəd şamayı balığına görə 132 manat olmaqla, ümumilikdə 1078 manat ziyan vurmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs vurduğu 1078 manat ziyanı tam ödəmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-6/3194/2025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bej rəngli torun toxunduğu saplar ney İon əsaslı sintetik kimyəvi liflərindən hazırlanmış, torun toxunduğu sap 3 qatildir, sapın qalınlığı sabit olmayıb 1,01-1,51 mm. intervahnda dəyişir və dəliklərinin daxili ölçüsü isə bəzi hissələrdə əsasən 33x33 mm., bəzi hissələrdə isə əsasən 30x30 mm-dir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli, 15 saylı məktubundan görünür ki, 2025-ci il üçün Lənkəran şəhəri Vağzal küçəsi, ev 20-də yaşamaqla qeydiyyatda olan Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidməti tərəfindən balıqovlama bileti verilməmişdir. İş materiallarında olan 30 sentyabr 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovu etdiyi ərazi Xəzər dənizinin Lənkəran şəhərinə aid olan hissəsidir. İş materiallarında olan “Maddi sübut kimi tanınması haqqında” 29 noyabr 2025-ci il tarixli qərardan görünür ki, uzunluğu 9,50 metr, eni 1,50 metr, dəliklərinin daxili ölçüsü bəzi hissələrdə əsasən 33x33 mm., bəzi hissələrdə isə əsasən 30x30 mm. olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik kimyəvi liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb 1,01-1,51 mm. intervalında dəyişən 1 ədəd tor adlanan balıqovlama vasitəsi və həmin balıqovlama vasitəsi ilə tutulmuş 86 ədəd külmə və 4 ədəd şamayı balıqları, həmçinin Təqsirləndirilən şəxs balıq və balıqovlama vasitələrinin götürülməsində keçirilən baxış zamanı videogörüntü olan 1 ədəd DVD disk 29 noyabr 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün "xxxx" MMC-yə təhvil verilmiş, digər maddi sübut olan 1 ədəd tor balıqovlama vasitəsi isə X7 Şöbəsinin sübutların saxlanc otağına təhvil verilmişdir. 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılır. İş materiallarında olan və DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Lənkəran rayon Hərbi Qarnizonunun hökmü ilə o vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib, CM-nin 23-1-ci maddəsi tətbiq edilməklə əməyə mütləq cəlb olunmaqla 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli xxxx/2157 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, İslamov X2 şəhəri Vağzal küçəsi, ev 20-də yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Belə ki, onun törətdiyi əməl böyük ictimai təhlükə törətməyən əməl hesab olunsa da, onun barəsində sonuncu amnistiya aktı tətbiq edilə bilməz. Belə ki, «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 7.3-cü bəndinə əsasən “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri ilə məhkum olunmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Göründüyü kimi, təqsirləndirlən şəxs 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü hissəsi ilə məhkum olunmuş və bu səbəbdən onun barəsində amnistiya tətbiq edilmir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini məsuliyyətini yüngülləşdirici halları nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş balıqların satışından əldə olunmuş vəsaitin dövlət nəfinə köçürülməsi "xxxx" MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Lənkəran XPŞ-də saxlanılan uzunluğu 6,30 metr, eni 2,70 metr, dəliklərinin daxili ölçüsü əsasən 35x35 mm. olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb 0,73-0,92 mm intervalında dəyişən 1 ədəd tor adlanan balıqovlama vasitəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verməlidir. Təqsirləndirilən şəxs 89 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından müəyyən edilir ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs qarşı 1078 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq və və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, mülki iddiaçı mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilməli, tərəflərə izah olunmlıdır ki, mülki iddia üzrə işin icraatına xitam verildiyi üçün, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmuş balıqların satışından əldə olunmuş vəsaitin dövlət nəfinə köçürülməsi "xxxx" MMC-yə həvalə edilsin. İş üzrə Lənkəran XPŞ-də saxlanılan uzunluğu 6,30 metr, eni 2,70 metr, dəliklərinin daxili ölçüsü əsasən 35x35 mm. olan, 3 qatlı bej rəngli torun toxunduğu saplar neylon əsaslı sintetik liflərdən hazırlanmaqla, sapının qalınlığı sabit olmayıb 0,73-0,92 mm intervalında dəyişən 1 ədəd tor adlanan balıqovlama vasitəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesabına köçürülsün: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Mülki iddia üzrə icraata xitam verilsin. Mülki iddiaçı və mülki cavabdehə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-205/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-205/2025
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver