Məhkəmə qərarları › İş №1(049)-206/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-206/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-206/2023 07.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafisəi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 10:45 xx xxxx 1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 48-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 04 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətində onunla eyni həyətdə yaşayan və aralarında mülki mübahisələri olduğuna görə münasibətləri pozulmuş əmisi arvadı Zərərçəkmiş şəxs onun içərisinə zibil yığaraq evin giriş qapısının qarşısına qoyduğu əl arabasını kənara çəkmədiyi üçün zibilləri yerə boşaltması səbəbdindən bu zəmində, yəni şəxsi qərəzli münasibətlər zəmnində aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs yumruğu ilə vurub yerə yıxdıqdan sonra qəsdən təpiklə qarın nahiyəsinə və yerdən götürdüyü taxta parçası ilə sol bud nahiyəsinə bir neçə zərbə vuraraq ona həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid - sol İX, X qabırğaların yerdəyişməyən sınığı və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən sol bud nahiyəsində qançır kimi xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 4də ailəsi ilə birlikdə yaşayır. Evlidir, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Lənkəran şəhəri, mərkəzi bazarın yaxınlığında avtoyuma məntəqəsində yuyucu işləyir. Zərərçəkmiş şəxs vəfat etmiş mərhum əmisi Rəşidin arvadıdır. Zenfira qızı Aygünlə birlikdə onlarla bir həyətdə ayrı evdə yaşayır. Lakin Aygün hazırda Bakı şəhərində təhsil alır. Zenfira dəfələrlə onunla və ailə üzvləri ilə səbəbsiz yerə mübahisə etmişdir. Zenfira onlarla birlikdə yaşadığı həyəti bazardan satmaq üçün yığdığı plastik tullantılarla doldurur. Həyətdə hərəkət etmək mümkün deyil və buna görə ona irad tutduğu üçün dəfələrlə aralarında mübahisə olmuşdur. Sonuncu dəfə mübahisələri xx.xx.2022-ci il tarixdə saat 17 radələrində baş vermişdir. Belə ki, həmin vaxt həyətdə avtomobilinin altında yığdığı palçığı arabaya yığmışdır. O, arabanı həyətdə darvazanın qarşısında saxlayıb qapını açıb çölə çıxıb zibili boşaltmaq istəyərkən Zenfira ona tərəf gəlib “palçıq onun həyətinindir, sən bunu küçəyə ata bilməzsən” deyib arabada olan palçığı yerə boşaltmışdır. O palçığı yerə boşaldarkən ayağı sürüşüb yerə yıxılmışdır. Həmin vaxt ayağa durub ona tərəf həyətdə olan yeşikləri ataraq öz evinə tərəf getmişdir. O da həmin vaxt qapının qarşısında olan yeşikləri küçəyə atmışdır. Birdən arvadı Arəstinin qışqırığını eşidərək evə tərəf baxanda Zenfiranın Arəstə ilə münaqişə etdiyini, ona manqal və əlinə keçən digər əşyaları tulladığını görmüşdür. Oğlu Məhəmmədlə birlikdə Arəstini Zenfiranın əlindən güclə almışlar. Sonra Zenfira evə daxil olaraq DİN-nin “102 xidməti”nə zəng edib məlumat vermişdir. Həmin vaxt polis əməkdaşları həyətə gəlmişlər. Həmin gün Zenfira küçəyə tulladığı yeşikləri həyətə yenidən yığmışdır. Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, sonuncu həmin vaxt özü yerə yıxılmışdır. Zenfira yerə yıxılarkən sadəcə arabanın tutacağı onun çənəsinə dəyərək xəsarət almışdır. Əgər o qabırğa sümüyünün sınığı ilə xəsarət alsa həmin gün həyətdə işləyə bilməzdi. Hadisədən bir neçə gün sonra o, Bakı şəhərində olarkən adını dəqiq xatırlamadığı tanışlarından biri ona zəng edərək Zenfiranın başqası tərəfindən evin yanında olan dükanda işləyən fəhlə tərəfindən döyüldüyü demişlər. Məlumat verən şəxsi tanımır. Zenfira ilə arasında olan münaqişə yaşadığı evin həyətində ümumlikdə 5-6 dəqiqə ərzində baş vermişdir. Ətrafdan ora kənar şəxslər toplaşmamışlar. Özünü təqsirli bilmədiyi üçün barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 4də qızı Aygün Kazımova ilə birlikdə yaşayır. Əri Rəşid 5 il yaxındır ki, vəfat etmişdir. Rəsmi olaraq heç yerdə işləmir. Bazarda və şəhər ərazisində bir neçə dükanı süpürüb pul qazanır. Bundan savayı da mərkəzi bazar ərazisində plastik və sellofan tullantılarını yığıb təhvil verib pul qazanır. Qızı Aygün hazırda Bakı şəhərində magistr təhsili alır. Təqsirləndirilən şəxs onun qaynı oğludur. Arəstə və əri Ruslan bir neçə dəfə onunla mübahisə etmişlər. Onlar onun həmin evdən çıxıb getməsini istəyirlər. Onunla dəfələrlə səbəbsiz yerə mübahisə etmişlər. O isə çalışdığı qədər onlara əhəmiyyət verməmişdir. Evinin yaxınlığında yerləşən mərkəzi bazardan topladığı atılmış sellofan və plastik tullantıları satmaq üçün həyətin özünə məxsus olan hissəsində yığıb saxlayır. Sonra onları təhvil götürən yük maşınlarına yükləyib satır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində həmin tullantıları təhvil vermək üçün həyətə maşın çağırmışdır. Ruslan bunu görüb həyətdə öz avtomobilinin yanında olan yarpaq tullantılarını arabaya yığıb qəsdən həyətə maşın daxil olmaması üçün gətirib həyətdə darvazanın qarşısında qoymuşdur. Ruslana arabanı çəkməsini və həyətə maşın gələcəyini demişdir. Ruslan da onu nalayiq söyüşlərlə təhqir edərək arabanı çəkməyəcəyini demişdir. O, Ruslana əhəmiyyət verməyib arabada olan yarpaqları kənara boşaltmışdır. Sonra Ruslana arabanı çəkməsini bildirdikdə, Ruslan ona “sən kimsən zibili boşaldırsan” deyib onu möhkəm yumruq zəbərləri ilə bədəninin müxtəlif yerlərinə vurmuş, zərbələrin təsirindən yerə yıxılmışdır. Ruslanın hirsi soyumamış, yerdə olduğu vaxt ona təpiklə bədəninə bir neçə zərbə vurmuşdur. Sonra o, arabanı götürüb onun üzərinə çevirmişdir. Həmin vaxt ani olaraq huşu getmişdir. Sonra özünə gəlmişdir. O, ayağa durub Ruslandan niyə belə etdiyini soruşduqda, Ruslan yaxşı etdiyini deyib həyətə yığdığı plastik əşyaları küçəyə tullamağa başlamışdır. Bu zaman Arəstə evdən çölə çıxmışdır. O, evinə getmiş, mobil telefonunu götürüb DİN-nin “102 xidməti”nə zəng edəndə Ruslanın arvadı Arastə Ruslana “bu 102-yə zəng edir deyərək” telefonu ondan almağa istəmişdir ki, o “102 xidməti”nə zəng edə bilməsin. Telefon əlində olduğu üçün onu bir əli ilə itələmişdir ki, ondan kənarlaşsın. Həmin vaxt bunu görən Ruslan həyət darvazasının qarşısından qaçaraq yanına gəlmişdir. O, həyətdən götürdüyü döşəmə silənin taxta dəstəyi ilə sağ ayağına möhkəm bir zərbə vurmuşdur. Bundan sonra Arəstə böyük oğlu Əhmədlə kiçik oğlu Məhəmməd ona yerdən götürdükləri plastik əşyaları atsalar da zərblərdən yayınmış, tez öz evinə keçib qapını kilidləmişdir. Yenidən “102 xidməti”nə zəng etmişdir. Polis gələnə kimi otağından bayıra çıxmamışdır. Polis əməkdaşları gəldikdən sonra, döyülməyi barədə şikayət etmişdir. Döyüldüyü gün həftənin bazar günü olduğu üçün xəstəxanaya getməmişdir. xx.xx.2022-ci il tarixdə xəstəxanaya getmişdir. Hadisədən bir neçə gün sonra sol qabırğasında ağrılar başladığı üçün, həmçinin sağ ayağında Ruslanın döşəmə silənin taxtası ilə vurduğu yerdən qan axdığı üçün yenidən xəstəxanaya getmişdir. Orada ona sol qabırğasının iki sümüyünün sındığını bildirmişlər. Həmin xəsarətləri ona münaqişə zaman Ruslan yetirmişdir. Mübahisə yaşadığı evin həyətində 10-15 dəqiqə ərzində baş vermişdir. xx.xx.2022-ci il tarixdə tibbi yardım almaq üçün xəstəxanada olanda həkim onu rentgen müayinəsinə göndərmişdir. Lakin həmin vaxt orada adam çox olduğu üçün müayinədən keçə bilməmişdir. Sonra işi ilə bağlı xəstəxanaya gedə bilməmişdir. Mübahisədən bir gün sonra bədənində sol qabırğasında ağrılar yaranmışdır. Sonra ağrılarının çoxalması, gecələr yata bilməməsi, nəfəs almağa çətinlik çəkdiyi üçün yenidən xx.xx.2022-ci il tarixdə xəstəxanaya müraciət etmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 4də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs əri Ruslanın əmisi arvadıdır. Zenfira qızı Aygünlə bir həyətdə ayrı evdə yaşayır. Lakin Aygün hazırda Bakı şəhərində təhsil alır. Zenfira ilə birlikdə yaşadığı vaxtda o, dəfələrlə onunla və ailə üzvləri ilə səbəbsiz yerə mübahisə etmişdir. Zenfira həyəti bazardan satmaq üçün yığdığı plastik tullantılarla doldurmuşdur. Həyətdə hərəkət etmək mümkün olmadığına görə dəfələrlə aralarında mübahisə olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən, həyətdən Zenfira ilə Ruslanın mübahisə etdiklərini eşitmişdir. O, həyətə düşəndə Zenfira Ruslanı təhqir edərək öz evinə daxil olmuşdur. O, həyətə düşüb ondan niyə Ruslanla mübahisə etdiyini soruşmaq istəyəndə, Zenfiranın DİN-nin “102 xidməti”nə zəng edərək qaynı oğlu tərəfindən döyülməsi barədə məlumat verdiyini görmuşdür. O, Zenfiraya yalan yerə niyə “102 xidməti”nə məlumat verməsini irad tutarkən, Zenfira telefonla danışığını kəsib onun üzərinə hücum edərək, onu evindən götürdüyü döşəməsilən ağac ilə sağ qoluna və sağ ayağına vurmağa başlamış, bunu görən Ruslan tez gəlib onu Zenfianın əlindən almışdır. Zenfira evə daxil olub öz əşyalarını dağıdaraq qışqırmağa başlamış və yenidən DİN-nin “102 xidməti”nə zəng edərək polis əməkdaşlarını yaşadığı ünvana çağırmışdır. Onların dalaşdığını görməmişdir. Həyətdən səs gəldiyi üçün həyətə düşəndə Zenfiranın artıq evinə tərəf gəldiyini görmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2010-cu ildən etibarən Lənkəran rayonlararası Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya mərkəzində işləyir. Hazırda 2016-cı ildən etibarən həmin mərkəzin rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ekspertiza mərkəzinə məhkəmə tibbi müayinəsindən keçmişdir. Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasından keçirilməsi barədə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Emil Nuruzadənin xx.xx.2022-ci il tarixli qərarı əsasında rəy vermişdir. Həmin qərarda Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Ruslan adlı şəxs tərəfindən döyüldüyünü, bədənində olan xəsarətlərin ağırlıq dərəcəsi, yetirilmə mexanizmi və yaranma tarixi və səbəbi müəyyən edilərək rəyi verilməsi qeyd edilmişdir. X2 tibbi müayinə edilərkən onun təqdim etdiyi xx.xx.2022-ci il tarixli döş qəfəsinin rentgen müayinəsi nəticəsində, döş qəfəsi orqanlarının rentgen müayinəsində sol tərəf qabırğalarında İX, X qabırğalarda sınıq izlənildiyini, ürək hüdudlarının normal olduğunu, sinusların açıldığını və nəticə hissəsində İX, X qabırğalarında sınıq qeyd edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli ambultor xəstənin tibbi kartasında qeyd edilmişdir ki, xəstə daxil olarkən şikayəti döş qəfəsində olan ağrıdandır. Deməsinə görə xx.xx.2022-ci il tarixdə evdə döyülərək xəsarət almışdır. Tərəfindən tibbi müayinə olunarkən Zərərçəkmiş şəxs rentgen müayinəsində İX, X qabırğalarında sınıq vardır. Zərərçəkmiş şəxs ilə bu xəsarətlə bağlı söhbət aparıldıqda o, həmin xəsarəti xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs tərəfindən döyülərək aldığını bildirmişdir. Həmin vaxt o bədənində hazırda döş qəfəsində ağrıların olmasından şikayətlənmişdir. Zərərçəkmiş şəxs sol budun orta 1/3-də qançır olması tərəfindən müəyyən edilmişdir. Zərərçəkmiş şəxs həmin xəsarətidə ona Ruslanın yetirdiyini bildirmişdir. Tərəfindən keçirilmiş ekspertiza müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində İX, X qabırğalarının yerinin dəyişməyən xətti sınığı, sol bud nahiyəsində qançır aşkar edilmişdir. Zərərçəkmiş şəxs həmin xəsarətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Həmin xəsarətlərin ağırlıq dərəcəsi isə sağlamlığa az ağır zərər vurmaya aiddir. Tibbi sənədlərə əsasən, dpş qəfəsində qançır olması və rentgen plyonkasından müəyyən olunur ki, Zərərçəkmiş şəxs həmin xəsarəti xx.xx.2022-ci il tarixdə alması inkar olunmur. Həmçinin, bir şəxsin qabırğa sümüklərinin yerinin dəyişməyən sınığı ilə bağlı xəsarət aldıqdan sonra döş qəfəsində ağrılar olması, həmin xəsarəti almış şəxs hərəkət etmək və eləcə də yüngül fiziki işləri görmək iqtidarında olur. Qabırğa sümüklərinin sınığı xəsarəti adi qaydada yerə yıxılmaqla alına bilməsi inandırıcı deyil, ona görə ki, sınığın yerləşmə nahiyəsini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarət daha çox bərk küt əşya ilə vurulma zamanı əmələ gələ bilər. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsində böyük tibb qardaşı vəzifəsində işləyir. O, xəstəxanaya müraciət edən xəstələrin qeydiyyatı ilə bağlı və həmçinin onlara ilkin tibbi yardımın göstərilməsində həkimlərə köməklik edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində xəstəxanaya gələrək sol çənə, nahiyəsində qançır, sağ bazu nahiyəsində qançır və sol qulaq arxasında qançır xəsarətləri ilə xəstəxanaya müraciət etmişdir. Xəsarət almış Zərərçəkmiş şəxs həmin xəsarətləri ona xx.xx.2022-ci il tarixdə qaynı oğlu və ailəsi tərəfindən yetirildiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs sol qabırğasında möhkəm ağrılar olduğunu bildirdiyi üçün onu müayinə olunması üçün xəstəxananın rentgenoqrafiya şöbəsinə göndərmişdir. Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı o, qeydiyyat işlərini aparıb bu barədə polis şöbəsininin növbətçi hissəsinə məlumat vermişdir. Lakin Zərərçəkmiş şəxs rentgen müayinəsindən geri qayıtmamışdır. O, bu barədə də kitabda qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yenidən xəstəxanaya sağ baldırın arxa səthinin venoz qanaxması, sol 8-9-cu qabırğaların sınığı diaqnozu ilə müraicət etmişdir. Zərərçəkmiş şəxs həmin xəsarəti ona bir neçə gün bundan öncə döyülərək aldığını bildirmişdir. O, Zenfiranı travmatologiya şöbəsinə həkim müayinəsinə göndərmişdir. Bu barədə qeydlərini xəstəxananın qeydiyyat kitabında apararaq Lənkəran ŞRPŞ-nin növbətçi hissəsinə məlumat vermişdir. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yerləşən özünə məxsus evində yaşayır. O, uzun müddətdir ki, qonşusu Tofiqə məxsus Lənkəran şəhəri, Z.Əliyeva küçəsində yerləşən obyektə fəhlə işləyir. O, həmin obyektin tikinitisi başlanldığı vaxtdan hazırki vaxtda qədər orada işləyir. Zərərçəkmiş şəxs obyektin arxasında yerləşən həyətdə yaşayır. Onunla heç bir münasibəti yoxdur. Lakin eşitmişdir ki, Zenfira ilə bir həyətdə yaşadığı qohumu ilə aralarında bir neçə dəfə mübahisləri olmuşdur. Bildirir ki, həmin mübahisədən xəbəri olmamışdır. Çünki obyektin içərisində işləyirlər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Lənkəran rayonlararası şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 04 sentyabr 2022-ci il tarixli, 962 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol İX, X qabırğaların yerdəyişməyən sınığı, sol bud nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sol İX, X qabırğaların yerdəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin Lənkəran rayonlararası şöbəsinin canlı şəxsin əlavə ekspertizası ilə bağlı 01 mart 2023-cü il tarixli, 02/962 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol İX, X qabırğaların yerdəyişməyən sınığı, sol bud nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixə xx.xx.2022-ci ilə uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sol İX, X qabırğaların yerdəyişməyən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində- aşkar edilmiş xəsarətlərin yerləşəmə nahiyəsini və ağırlıq dərəcəsini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər öz boyu hündürlüyündə yıxılması nəticəsində əələ gələ bilməsi uyğun və inandırıcı deyildir, daha çox bərk küt əşyalarla (yumruq, təpik) vurma nəticəsində əmələ gələ bilər. “Baxış keçirilməsi haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4ünvanda yerləşən fərdi yaşayış evinin həyətidir. “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Lənkəran RMX-nin qəbul şöbəsində xəstələrin qeydiyyatı kitabına kitabına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə tibbi yardım alamaq üçün xəstəxanaya müraciət etmiş, həmin vaxt o rentgenografiyaya göndərilsə də oradan geri qayıtmamışdır. Bundan başqa, digər kitabda Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə xəstəxanaya müraciət edərkən sol 8-9 qabırğalarında sınıq və sağ baldırın venoz qanaxması ilə müraciət etmişdir. Xəsarət alan Zərərçəkmiş şəxs hər iki müraciətdə həmin xəsarətləri qaynı oğlu tərəfindən döyülərək aldığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran şəhər Psixatriya xəstəxanasının edilmiş sorğunun cavabından görünür ki, Kazımov X1 şəhər Psixatriya xəstəxanasında qeydiyyta olmadıqları müəyyən edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 28 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirilən şəxslər – Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi xüsusatları təsdiq etmiş, Zərərçəkmiş şəxs onu döyən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiriş, sonuncu da Zərərçəkmiş şəxs qeyd etdiyi xüsusatları təkzib etmişdir. Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Kazımov X1 şəhəri Z.Əliyeva küçəsi 18 ünvanında arvadı X4 və 2009, 2010 və 2014-cü il təvəllüdlü 3 nəfər uşaqları ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin «Zərərçəkmiş şəxs ilə 04 sentyabr 2022-ci il tarixdə aralarında münaqişə olmasa da, ona xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs özünün yıxılması nəticəsində xəsarət almasını, Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evin yaxınlığında olan fəhlələr tərəfindən döyülərək xəsarət alması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibb, əlavə məhkəmə-tibb ekspertizasının rəyləri, üzləşdirmə protokolu, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək hesab edir ki, ona CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar