Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-206/2024 02.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1977-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 1(049)- 51/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(010)-372/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, xx xxxxxxxx 1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(049)- 586/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 7(003)-2078/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 mart 2023-cü il tarixdə cəza müddəti başa çatmış , məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin aprel ayının əvvəlində qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Lənkəran şəhəri, Nəsimi küçəsində yerləşən “Rus qəbiristanlığı” adlanan ərazidən dəmir məhəccərlər oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 2024-cü ilin aprel ayının əvvəlində dəqiq məlum olmayan tarixdə hər ikisi vahid niyyətlə hərəkət edərək ümumi istifadədə olan həmin qəbiristana kimsənin olmadığı vaxt gedib orada müşahidə apardıqdan sonra Zərərçəkmiş şəxs vəfat etmiş qohumlarının qəbir daşlarının ətrafını çəpərə aldığı diametri 12 santimer, qalınlığı 5 millimetr, ümumi uzunluğu 1,2 metr, bir ədədinin qiyməti 14 manat, ümumi qiyməti 112 manat olan 8 ədəd, diametri 5 santimetr, qalınlığı 3 millimetr, ümumi uzunluğu 1,2 metr, bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 960 manat olan 160 ədəd dəmir borular olmaqla Zərərçəkmiş şəxs məxsus, ümumilikdə, 1072 (min yetmiş iki) manat qiymətində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2024-cü ilin aprel ayında, Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində, məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,783 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 16 aprel 2024-cü il tarixdə saat 15:55 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri S.Ələmov küçəsində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 4irilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin aprel ayının əvvəllərində, qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Lənkəran şəhəri, Nəsimi küçəsində yerləşən “Rus qəbiristanlığı” adlanan ərazidən dəmir məhəccərlər oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 2024-cü ilin aprel ayının əvvəlində dəqiq məlum olmayan tarixdə hər ikisi vahid niyyətlə hərəkət edərək ümumi istifadədə olan həmin qəbiristana kimsənin olmadığı vaxt gedib orada müşahidə apardıqdan sonra Zərərçəkmiş şəxs vəfat etmiş qohumlarının qəbir daşlarının ətrafını çəpərə aldığı diametri 12 santimer, qalınlığı 5 millimetr, ümumi uzunluğu 1,2 metr, bir ədədinin qiyməti 14 manat, ümumi qiyməti 112 manat olan 8 ədəd, diametri 5 santimetr, qalınlığı 3 millimetr, ümumi uzunluğu 1,2 metr, bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 960 manat olan 160 ədəd dəmir borular olmaqla Zərərçəkmiş şəxs məxsus, ümumilikdə, 1072 (min yetmiş iki) manat qiymətində özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2024-cü ilin aprel ayında, Lənkəran şəhəri “Ləvəngi” dairəsində məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,566 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 16 aprel 2024-cü il tarixdə, saat 19:45 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri “ləvəngi” dairəsində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvanı ünvan 4irilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 20 ilə yaxındır ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. Əvvəllər məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 onun dayısıdır. Cari ilin aprel ayının əvvəllərində dayısı ilə söhbət edən zaman dayısına, Lənkəran şəhəri, Nəsimi küçəsində yerləşən rus qəbiristanında olan dəmir borularu oğurlayıb satmağı təklif etmiş, İlqar da razılaşmışdır. Aprel ayının əvvəllərində, saat 22 radələrində rus qəbiristanına gedərək tanımadıqları məzarın ətrafında olan dəmir boruları sökmüş və oradan çıxmışlar. O, İlqara boruları satacağını demiş, növbəti gün Lənkəran şəhəri “Ləvəngi” dairəsi yaxınlığında olan, Həbib adlı şəxsin çalışdırdığı matel emalı sexində dəmir boruları satmış və dəqiq yadında qalmayan qədər pul almışdır. Həmin puldan İlqara isə pul vermək yadından çıxmışdır. 16 aprel 2024-cü il tarixdə isə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsidə olarkən, saat 15 radələrində tanımadığı polis əməkdaşı onun başını aldadaraq oğurluqla bağlı iş olduğunu və buna görə izahat yazacağını bildirmiş və o, da razılaşaraq polis şöbəsinə getmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Həmin gündən əvvəlki gün narkotik vasitə istifadə etmişdir, lakin tutulan gün üzərində heç bir narkotik vasitə olmamışdır. Onu döyərək üzərinə narkotik vasitə qoymuşlar, o, da məcbur olub qeyd edilənlərə imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin 272-274-cü vərəqlərində olan Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən məhkəmədə verdiyi ifadəsində fərqli olaraq göstərmişdir ki, « o, valideynləri və qardaşı ilə birlikdə yaşayır, subaydır, heç vaxt evli olmamışdır. Fəhləliklə məşğuldur, 20 ilə yaxındır ki, narkotik vasitələrin qəbulu ilə məşğuldur. Təqsirləndirilən şəxs2 onun dayısıdır. Aprel ayının əvvəllərində dayısı ilə söhbət edən zaman dayısına təklif etmişdir ki, Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən rus qəbiristanında dəmir borular var, onları oğurlayıb satsınlar və pulunu xərcləsinlər. İlqar da razılaşmışdır. Aprel ayının əvvəllərində, saat 22 radələrində rus qəbiristanına getmişlər. Qəbiristana daxil olub tanımadıqları məzarın ətrafında olan dəmir boruları sökmüş və oradan çıxmışlar. O, İlqara boruları satacağını demişdir. Dayısı da razılaşmışdır. Növbəti gün Lənkəran şəhəri “Ləvəngi” dairəsi yaxınlığında olan, Həbib adlı şəxsin çalışdırdığı matel emalı sexinə getmişdir. Dəmir boruların özünə məxsus olduğunu deyib onları orada olan işçilərdən birinə satmış və dəqiq yadında qalmayan qədər pul almışdır, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, İlqara isə pul vermək yadından çıxmışdır. 16 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə getmişdir, orada tanımadığı şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. Həmin metamfetamini qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində Lənkəran şəhəri S.Ələmov küçəsində hərəkətdə olarkən üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmiş, ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumat olduğunu deyib Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Binada onu otaqlardan birinə aparmışlar, Baxşəli Rufullayev adlı polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, vəkillərin siyahısını ona təqdim etmiş və oradan hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyini istəmişdir. Vəkil gəlmiş, bundan sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da sağ yan cibində olan bir ədəd bükümü çıxarıb masa üzərində qoymuşdur. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,82 qram olmuşdur. Bundan sonra təhqiqatçı həmin bükümü qablaşdırmış, qablaşdırmanın üzərində imza etmişlər, ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metafetamin var, şəxsi istifadəsi üçün 20 manat qarşılığında almışdır. Həmçinin etdiyi oğurluq əməlini etiraf etdmişdir. Bundan sonra isə şəxsi axtarış yekunlaşmış və protokol tərtib edilmişdir. Metamfetamini şəxsi istifadəsi məqsədilə əldə etmişdir. Narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul məşğul deyil. Dəmir boruları Həbib adlı şəxsin çalışdırdığı metal emalı sexinə dəqiq yadında qalmayan qiymətdə satmışdır.» Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran rayonu Girdəni kəndində yerləşən su emalı sexində fəhlə kimi işləyir. 10 ilə olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Əvvəllər məhkum edilmişdir. Həmin vasitələri Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alır. Təqsirləndirilən şəxs1 onun bacısı oğludur. Tutulmamışdan təxminən 10 gün əvvəl Nail ona Lənkəran şəhəri, Nəsimi küçəsində yerləşən rus qəbiristanında olan dəmir boruları oğurlayıb satmağı təklif etmiş, o, da razılaşmış xatırlamadığı tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs1la rus qəbiristanında tanımadığı bir qəbrin yanında olan təxminən 10 ədəd borunu oğurlamışlar. Nail ona borunu satıb pulu verəcəyini demiş, lakin Naildən xəbər çıxmamış, o da Nailə nəsə deməmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri mərkəzi bazarında olarkən polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, razılaşaraq polis şöbəsinə getmiş, həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Həmin gündən əvvəlki gün narkotik vasitə istifadə etmişdir, lakin tutulan gün üzərində heç bir narkotik vasitə olmamışdır. Onu döyərək üzərinə narkotik vasitə qoymuşlar, o, da məcbur olub qeyd edilənlərə imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin 285-287-ci vərəqlərində olan Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən məhkəmədə verdiyi ifadəsində fərqli olaraq göstərmişdir ki, Əvvəllər evli olmuşdur, 23 yaşlı övladı var. Hal-hazırda isə subaydır. Qardaşına məxsus olan, Lənkəran rayonu Girdəni kəndində yerləşən su emalı sexində fəhlə kimi çalışırmış. 10 ilə olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin vasitələri Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alır. Təqsirləndirilən şəxs1 onun bacısı oğludur. Həmin şəxslə münasibətləri normaldır. Təxminən, 10 gün bundan əvvəl həmin şəxs ona Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən rus qəbiristanında dəmir borular olduğunu, həmin yerə heçkəsin baxmadığını bildirmiş və təklif etmişdir ki, həmin boruları oğurlayıb satsınlar və pulu özləri üçün xərcləsinlər. O da razılaşmışdır. Təxminən, 10 gün bundan əvvəl, saat 22 radələrində Təqsirləndirilən şəxs1la rus qəbiristanının yanında görüşmüşlər. Ora daxil olub tanımadığı bir qəbrin yanına getmiş və orada olan, təxminən, 10 ədəd borunu oğurlamışlar. Nail ona borunu satıb pulu verəcəyini demiişdir. Sonra isə ayrılmışlar. Bundan sonra Naildən xəbər çıxmamış, o da Nailə nəsə deməmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri mərkəzi bazarına getmişdir. Orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm metamfetamin almışdır. Həmin metamfetamini qəbul etmək üçün şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün saat 19 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsində hərəkətdə imiş. Metafetamin də şalvarının sağ cibində imiş. Bu zaman üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatı olduğunu deyib onu Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişdir. O da həmin şəxslə razılaşaraq polis şöbəsinin inzibati binasına gəlmişdir. İnzibati binada olan polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu elan etmiş, daha sonra onun üçün vəkil dəvət edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Ona üzərində hər hansı bir qanunsuz əşya olduğu halda təqdim etməyi təklif edilmişdir. O da sağ yan cibində olan bir ədəd bükümü çıxarıb masa üzərində qoymuşdur. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, üzərində olan telefon götürülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,62 qram olmuşdur. Bundan sonra təhqiqatçı həmin bükümü qablaşdırmış, qablaşdırmanın üzərində imza etmişlər. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə metafetamin var, şəxsi istifadəsi üçün “Ləvəngi” dairəsində almışdır. Bundan sonra ondan hər hansı başqa cinayət törədib-törətmədiyi soruşulmuş, o da törətdiyi oğurluq əməlini etiraf etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Lənkəran şəhəri Nəsimi küçəsində yerləşən qəbiristanda qohumlarının dəfn olunduğu, ümumilikdə, beş məzar var. O, təxminən, 10 il bundan əvvəl həmin məzarları dəmir borularla əhatələmişdir. 02 aprel 2024-cü il tarixdə, saat 13 radələrində həyat yoldaşı ona zəng etmişdir. Həyat yoldaşı ona qəbiristanda olan məzarın ətrafındakı boruların oğurlandığını demişdir. Yoldaşına da kimsə zəng edib demişdir. O, qəbiristana getmiş, məzarların ətrafına baxan zaman orada olan bütün dəmir boruların oğurlandığını görmüş və DİN-in 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və lazımi tədbirləri görmüşlər. Sonradan ona hadisənin Lənkəran şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi deyilmişdir. Qəbristandan 12 santimetr diametrli, 5 millimetr qalınlığı, 1,2 metr uzunluğu olan 8 ədəd, 5 santimetr diametrli, 3 millimetr qalınlığı, 1,2 metr uzunluğu olan 160 ədəd dəmir boru oğurlanmış, oğurluq nəticəsində ona, ümumilikdə, 1072 manat maddi ziyan dəymişdir. Lakin onun özü artıq həmin qəbirin ətrafını düzəltmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir, lakin buna baxmayaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid3 etmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri S.Ələmov küçəsinə piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs1 Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı həmin bükümdə psixotrop maddə metamfetamin var, 16 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində tanımadığı şəxsdən almışdır. Həmçinin, Nail 10 gün əvvəl Lənkəran şəhəri “Azriba” adlanan ərazidə yerləşən qəbiristanda oğurluq etdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 Baləddin oğlu cinayət işinin 236-239-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 barəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri S.Ələmov küçəsinə piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs1 Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı həmin bükümdə psixotrop maddə metamfetamin var, 16 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində tanımadığı şəxsdən almışdır. Həmçinin, Nail 10 gün əvvəl Lənkəran şəhəri “Azriba” adlanan ərazidə yerləşən qəbiristanda oğurluq etdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 cinayət işinin 203- 205-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid3 etmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri S.Ələmov küçəsinə piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs1 Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı həmin bükümdə psixotrop maddə metamfetamin var, 16 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində tanımadığı şəxsdən almışdır. Həmçinin, Nail 10 gün əvvəl Lənkəran şəhəri “Azriba” adlanan ərazidə yerləşən qəbiristanda oğurluq etdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 barəsində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə edib üzərində saxlaması və gəzdirməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri Ləvəngi dairəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı həmin bükümdə psixotrop maddə metamfetamin var, 16 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar küçəsində tanımadığı şəxsdən almışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 10 gün əvvəl Lənkəran şəhəri “Azriba” adlanan ərazidə yerləşən qəbiristanda oğurluq etdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri Ləvəngi dairəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı həmin bükümdə psixotrop maddə metamfetamin var, 16 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar küçəsində tanımadığı şəxsdən almışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 10 gün əvvəl Lənkəran şəhəri “Azriba” adlanan ərazidə yerləşən qəbiristanda oğurluq etdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbərliyi əməliyyat müvəkkili Şahid1 etmişdir. 16 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs2 Lənkəran şəhəri Ləvəngi dairəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində olan inzibati otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş çəkilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduq da, əynində olmuş şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümə baxıldıqda bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyularaq, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı həmin bükümdə psixotrop maddə metamfetamin var, 16 aprel 2024-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazar küçəsində tanımadığı şəxsdən almışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 10 gün əvvəl Lənkəran şəhəri “Azriba” adlanan ərazidə yerləşən qəbiristanda oğurluq etdiyini bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, nə onun tərəfindən, nə də onun yanında kimsə təqsirləndirilən şəxsə qarşı fiziki zor tətbiq edilməmişdir. Cinayət işinin 34-36-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 şalvarının sağ cibindən ilkin çəkisi 0,82 qram olan bir ədəd bükümdə psixotrop madə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs1 psixotrop maddənin ona məxsus olmasını, həmçinin rus qəbiristanından törətdiyi oğurluq əməlini etiraf etmişdir. Cinayət işinin 81-83-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 aprel 2024-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 şalvarının sağ yan cibindən ilkin çəkisi 0,62 qram olan bir ədəd bükümdə psixotrop madə metamfetamin aşkar edilib qablaşdılaraq götürülmüş, Təqsirləndirilən şəxs2 psixotrop maddənin ona məxsus olmasını, həmçinin rus qəbiristanından törətdiyi oğurluq əməlini etiraf etmişdir. Cinayət işinin 48-51-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 aprel 2023-cü il tarixli 19/333 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,783 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqatın dəyəri 60 manatdır. Cinayət işinin 95-98-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 17 aprel 2023-cü il tarixli 19/334 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə’’ sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,566 qram olan ağ rəngli kirstallardan ibarət olan maddə metamfetamindir. Tədqiqatın dəyəri 60 manatdır. Cinayət işinin 176-cı vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2024-cü il tarixli 361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 181-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2024-cü il tarixli 362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 260-262-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-əmtəəşünashq ekspertizasının 25 iyun 2024-cü il tarixli, 19/492 nömrəli rəyindən görünür ki, diametri 12 santimetr, qalınlığı 5 millimetr, ümumi uzunluğu 1,2 metr olan dəmir borunun bir ədədinin qiyməti 14,00 manat, 8 ədədinin qiyməti 112,00 manatdır. Diametri 5 santimetr, qalınlığı 3 millimetr, ümumi uzunluğu 1,2 metr olan dəmir borunun bir ədədinin qiyməti 6,00 manat, 160 ədədinin qiyməti 960,00 manatdır. Cinayət işinin 190-192, 207-211 və 225-228-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamə, hökm və qərardan görünür ki, Cəfərov X2 Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 1(049)-51/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(010)-372/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 sentyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 193-195, 200-202 və 216-220-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamə, hökm və qərardan görünür ki, Rəhimov X3 rayon məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(049)-586/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 7(003)- 2078/2022 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 28 mart 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 16-17-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 16 aprel 2024cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 16 aprel 2024cü il tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 170-173-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 174-175-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 aprel 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 290-298-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,783 qram olan psixotrop maddə metamfetaminin ekspertizadan qaytarılmış 0,733 qram qalığı, Təqsirləndirilən şəxs2 Baladəy oğlundan götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi 0,566 qram olan psixotrop maddə metamfetainini ekspertizadan qaytarılmış 0,516 qram qalığı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həyata keçirilən şəxsi axtarış istintaq hərəkətlərinin qeydə alındığı videogörüntüləri özündə əks etdirən ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınmış, psixotrop maddə metafaetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 257-259-cu vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Cəfərov X2 şəhəri, S.Ələmov küçəsi ev 2, mənzil 4-də qeydiyyatda olmaqla həmin ünvanda atası, anası və qardaşı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə barəsində şikayət daxil olmamışdır. X1 şəhəri, M.Əsədov küçəsi, ev 61 ünvanında qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığı üçün barəsində xasiyyətnamə verilməsi mümkün deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və təqsirləndirilən şəxslərin hər biri ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, cinayət işinin 178-179 vı 183-184-cü vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 18 aprel 2024-ci il tarixli, 357 və 358 nömrəli rəylərindən də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxslərin 16 aprel 2024-ci il tarixdə tutulmalarını və 18 aprel 2024-ci il tarixdə, yəni təxminən 48 saat ərzində tibbi ekspertizadan keçirilmələrini və həmin ekspertiza rəylərinə əsasən bədənləri üzərlərində xəsarət aşkar edilməmələrini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələri gələcəkdə onlara təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdləridir. Bu baxımdan məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələri subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadələri sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaqın bütün gedişi zamanı üzərlərindən psixotrop maddə aşkar edilmələrini və oğurluq cinayətini törətmələrini etiraf etmələrini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onların qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxslərin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid3 Baləddin oğlu və Şahid4 ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı 0.783 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddənin miqdarı 0.566 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 9-12-ci bəndlərində göstərilmişdir ki, Özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CMnin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Özgə əmlakının oğurluq, soyğunçuluq və ya quldurluq yolu ilə qabaqcadan əlbir olan iki və ya daha çox şəxs və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən talanmasından ibarət hərəkətlər tövsif edilərkən, məhkəmələr nəzərə almalıdır ki, cinayətin törədilməsi gedişində qabaqcadan digər şəxslərlə əlbir olmayan şəxs, qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməkdə iştirak etmişsə, belə şəxs onun özü tərəfindən şəxsən törətdiyi konkret hərəkətlərə görə cinayət məsuliyyəti daşımalıdır. CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə məxsus 1072 manat dəyərində əmlakı oğurlanmışdır ki, bu əməllər təqsirləndirilən şəxslərin oğurluq cinayəti üzrə məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri CMin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirildikləri CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməllərini törədərkən, yəni 2024-cü ilin aprel ayının əvvəllində onun Lənkəran Rayon Məhkəməsinin 13 yanvar 2022ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. Eləcə də, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməllərini törədərkən, yəni 2024-cü ilin aprel ayınn əvvəlində onun Lənkəran Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq Lənkəran Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il və Lənkəran Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə azadlıdan məhrum etmə cəzasına məhkum edildiyindən və məhkumluqları ödənilmədiklərindən məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxslərin əməlində cinayətlərin residivi vardır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətinin olmaması onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin yaranmasını onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən hər birinin əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini, cəzasını çəkib qurtardıqdan sonra məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətmələrini, əvvəlki məhkumluğunun da habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər təqsirləndirildikləri maddələrin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 18 aprel 2024-cü il tarixli rəyərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan, Təqsirləndirilən şəxs2 isə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertizadan qaytarılmış psixotrop maddə metamfetaminin 0,733 qram qalığı, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertizadan qaytarılmış psixotrop maddə metamfetaminin 0,516 qram qalığı CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 120 manat məbləğində pul vəsaitinin 60 manatı Təqsirləndirilən şəxs1, 60 manatı Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə mülki iddia verilməmişdir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 177.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 177.2.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 polinarkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Zərərçəkmiş şəxs vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Maddi sübut - Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş ekspertizadan qaytarılmış psixotrop maddə metamfetaminin 0,733 qram qalığı, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertizadan qaytarılmış psixotrop maddə metamfetaminin 0,516 qram qalığı məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi - 120 manat məbləğində pul vəsaitinin 60 manatı Təqsirləndirilən şəxs1, 60 manatı Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-206/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-206/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver