Məhkəmə qərarları › İş №1(049)-208/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-208/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-208/2023 13.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 16:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/16, mənzil 37-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-ci ilin yanvar ayında, Lənkəran şəhərində, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 4 ədəd şəffaf sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,173 qram; 0,218 qram; 0,179 qram; 0,216 qram; ümumi təmiz çəkisi 0,786 qram olan psixotrop maddə metanfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 07 yanvar 2023-ci il tarixdə saat 22:00-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında olan otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə psixotrop maddə olan metanfetamin, əynindəki şalvarının sağ cibindən psixotrop maddələrin satışında vasitə kimi istifadə etdiyi işlək vəziyyətdə üzərində metanfetamin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir. O, polis əməkdaşları tərəfindən oğurluqla əlaqədar həbs edilərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən etirafedici ifadə verməsi üçün ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuşdur. Bundan sonra məcburiyyət qarşısında videoçəkilişlə üzərində aparılan şəxsi axtarış zamanı psixotrop maddənin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Əvvəllər narkotik vasitə-heroindən istifadə etsə də, lakin polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis şöbəsində üzərinə narkotiki adını bilmədiyi polis əməkdaşı qoymuşdur. Heç vaxt narkotik satmamışdır. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə iclasında elan edilərək araşdırılan ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/16, mənzil 37-də ailəsi ilə birlikdə yaşayır. Psixotrop maddə metamfetamindən istifadə etmişdir. Psixotrop maddəni əsasən Lənkəran şəhəri, kiçik bazar ərazisindən almışdır. Sonuncu dəfə 06 yanvar 2023-ci il tarixində 15 radələrində Lənkəran şəhəri kiçik bazar ərazisinə getmişdir. Orada əvvəllər də psixotrop maddə aldığı şəxsi görüb ona yaxınlaşmışdır. Həmin şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin istəmişdir. Həmin tanımadığı şəxs də üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan şəxsi istifadəsi üçün 25 manat qarşılığında 4 ədəd büküm metamfetamin alıb istifadəsi üçün üzərində saxlamışdır. Həmçinin Lənkəran şəhəri ərazisində yerləşən mağazaların birindən psixotrop maddə alarkən satıcılar tərəfindən aldadılmamaq üçün 1 ədəd elektron tərəzi də almışdır. 07 yanvar 2023-ci il tarixində saat 21 radələrində yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsində olmuş, həmçinin aldığı metamfetamin və elektron tərəzidə üzərində olarkən mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini Lənkəran şəhərrayon polis şöbəsinin əməkdaşı kimi təqdim edərək ona psixotrop maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi polis əməkdaşlarının nəzarəti altında olmuş və üzərində olan bükümləri və elektron tərəzini harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynindəki gödəkçənin sol yan cibində qoyduğu 4 ədəd bükümü və əynindəki şalvarın sağ cibində olan 1 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmiş və bükümlərdə metamfetamin olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, nəticədə hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar olunmamışdır. Üzərində aşkar edilmiş 4 bükümdə olan metamfetamin elektron tərəzidə çəkildikdə çəkisi 1,19 qram olmuşdur. Sonra həmin bükümlərdə olan psixotrop maddə metamfetamin ekspertizaya təqdim olunması üçün kağız paketə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi İntiqam Hüseynov imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunaraq, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Üzərində aşkar edilən psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, ev 78/16, mənzil 37-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə müraciət etmiş və müvafiq icazə alınandan sonra əməliyyat qrupu yaradılmışdır. 07 yanvar 2023-ci il tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Çünki Təqsirləndirilən şəxs üzərində psixotrop maddələr olma ehtimalı yüksək olmuşdur. Təqsirləndirilən şəxs müşahidə etmiş, ona yaxınlaşan olmamış, Təqsirləndirilən şəxs da heç kimə yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşmağın vaxtı olduğunu bildirmişdir. Üzərində narkotik vasitələr və ya psixotrop maddələr olma ehtimalı yüksək olduğundan gözlənilməzliyi və çevikliyi təmin edərək Təqsirləndirilən şəxs Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim edəndən sonra ona yaxınlaşmaqlarının səbəbini izah etməyə başlamış, belə ki, üzərində psixotrop maddələr və ya narkotik vasitələr olma ehtimalı olduğundan, üzərində şəxsi axtarış aparılması üçün Lənkəran ŞRPŞ-ya gəlməlidir. Təqsirləndirilən şəxs əvvəlcə bəhanələr gətirməyə başlamış, lakin daha sonra gəlməyə məcbur olmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 4 ədəd büküm və əynindəki şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmiş və 4 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 07 yanvar 2023-ci il tarixdə, saat 22 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən 04(dörd) ədəd bükümündə psixotrop maddə metamfetamin və əynindəki şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Metamfetamin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,19 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir. Həmin kütləni mərkəzi bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi tərəfindən təqdim edilmiş 09 yanvar 2023-ci il tarixli 19/17 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri – 0,173 qram; 0,218 qram; 0,179 qram; 0,216 qram; ümumi təmiz çəkisi 0,786 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertizanın dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 09 yanvar 2023-cü il tarixli 12 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs stimulyatorların və opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLƏYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarının 28-ci səhifəsindəki “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldakı “Səttarxan” sözü “Z.Əliyeva” sözü kimi oxunması qərara alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,173 qram; 0,218 qram; 0,179 qram; 0,216 qram; ümumi təmiz çəkisi 0,786 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetaminin ekspertiza tədqiqatından təmiz çəkisi 0.666 qram qalığı, bir ədəd elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmışdır. Ekspertiza tədqiqatından sonra geri qaytarılmış 4 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,666 qram olan psixotrop maddə metamfetamin vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılmışdır. Məhkəmə baxışı zamanı baxış keçirilərək tədqiq edilmiş şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən DVD disk-dən müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan gödəkçənin sol yan cibindən 04 (dörd) ədəd bükümündə psixotrop maddə metamfetamin və əynindəki şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir. Həmin kütləni bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon prokurorluğunun müstəntiqi X6 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 iyun 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “Lənkəran rayon məhkəməsində AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclası keçirilərkən ifadəsində saxlandıqdan sonra Lənkəran ŞRPŞ-ə gətirildiyiyini və burada olarkən etirafedici ifadə verməsi üçün ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirmişdir. Həmin məlumat xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən rayon prokurorluğuna göndərilmişdir. Aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara və döyülərək işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmamışdır. 133C-23 nömrəli həmin material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 22:30-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 4(049)-10/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Şəhər Narkoloji Xəstəxanasından təqdim edilmiş 540 saylı, xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Rəhimov X1 ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Məhəmməd Abdullazadənin icraatında olan HK-1/88 saylı material üzrə Lənkəran Şəhər Narkolojı Xəstəxanasında xx.xx.2023-cü il tarixində iş günün birinci yarısında həkim-narkoloq Nəhmətli Ə.Ə., həkim-terapevt Şükürov A.Ə., həkim-nevroloq Ağayeva J.F. tərkibli komissiyada müayinə olunaraq bu barədə 12 saylı tibbi rəy tərtib olunaraq xx.xx.2023-cü il tarixində Lənkəran ŞRPŞ-nin TB-nin əməkdaşı Z.Səmədzadəyə təqdim olunmuşdur. Müvafiq olaraq qeydiyyat kitabında aparılmış qeydin təstiqlənmiş sürəti məhkəməyə təqdim edilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş 3-xx-xx/1264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Lənkəran ŞRPŞ-nin X2 saxlanılan şübhəli və təqsirləndirilən şəxslərin narkoloji, həmçinin tibbi müayinəyə aparılması ilə bağlı X2 hər hansı bir qeyd aparılmır. Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2023-cü il tarixdə ambulator məhkəmə narkoloji ekspertizası təyin edilməsi barədə qərar qəbul edilmiş və 09 yanvar 2023-cü il tarixdə onun barəsində Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən 12 nömrəli rəy tərtib edilərək istintaqa təqdim edilmişdir.” Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və üç övladı – 1984-cü il təvəllüdlü X3, 2014-cu il təvəllüdlü X4 və 2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən oğurluqla əlaqədar həbs edilərək polis şöbəsinə gətirilməsi, polis şöbəsində olarkən etirafedici ifadə verməsi üçün ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunması, bundan sonra məcburiyyət qarşısında videoçəkilişlə üzərində aparılan şəxsi axtarış zamanı psixotrop maddənin özünə məxsus olduğunu bildirməsi, polis şöbəsinə aparılarkən üzərində narkotik vasitə və elektron tərəzinin olmaması, polis şöbəsində üzərinə narkotiki polis əməkdaşının qoyması, həmçinin ibtidai istintaq zamanı üzərindən aşkar edilərək götürülmüş metamfetamini öz istifadəsi üçün əldə etməsi, onları satmaq niyyətində olmaması, elektron tərəzini isə psixotrop maddə alarkən aldadılmamaq üçün üzərində saxlaması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protokolu və əlavə edilmiş DVD disk, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 iyun 2023-cü il tarixli qərar, tədqiq edilmiş digər sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. İş materiallarında olan sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə hazırki cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün həmin sübutların kifayət etməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59.1.4-cü, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,666 qram təşkil edən psixitrop maddə – metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,666 qram təşkil edən psixitrop maddə – metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar