Məhkəmə qərarları › İş №1(049)-208/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-208/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-208/2024 09.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 11:30 xx xxxxx 1993-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tərkibində xeyli miqdarda, yəni 0,04 qram çəkidə narkotik vasitə metadon olan bir ədəd dairəvi formalı həbi əldə edib özündə saxlamaqla daşımış, 06 may 2024-cü il tarixdə saat 18:10 radələrində Şirvan st. X17 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Lənkəran dəmiryol stansiyasının yaxınlığında, ünvan 1 ünvanında yerləşən Lənkəran st. X16 gətirildikdən sonra həmin gün saat 20 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə tərkibində xeyli miqdarda, yəni 0,04 qram çəkidə narkotik vasitə metadon olan bir ədəd dairəvi formalı həb aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 may 2004-cü ildə saat 18 radələrində Lənkəran şəhərində «kiçik bazar» adlanan ərazidə olarkən yerdən bir ədəd kağız bükümün arasında üzərində “M 40” yazılmış 1 ədəd narkotik təkibli metadon dərmanı və bir ədəd selofan bükümün arasında isə qəhvəyi rəngdə, toz halında heroin kütləsi tapıb istifadə etmək üçün götürmüşdür. Tapdığı narkotik vasitələri əynində olan qara rəngli şalvarın sol cibinə kağız bükümün arasına qoymuş, həmin ərazidən uzaqlaşaraq piyada Lənkəran rayon dəmir yol vağzalına tərəf getmişdir. Lənkəran dəmir yol stansiyasının həyətindən keçərkən orada xidmət aparan polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar. Həmin gün saat 18:10 radələrində onu Lənkəran stansiyası X16 aparmışlar və həmin polis məntəqəsində ona üzərində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olmasını bildirilmişdir. Sonra polis məntəqəsinə Şirvan Stansiyası XPB-nin əməkdaşı Sərxan Həsənov adlı təhqiqatçı gəlmiş və ona huquqlarını izah etmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Ona öz seçimi ilə huquqların qorunması məqsədi ilə Lənkəran vəkil bürosunda fəaliyyət göstərən X4 müdafiəçi təyin edilmiş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində olan narkotik vasitə təqdim etməsi təklif olunmuşdur. Əynində olan şalvarının sol cibində saxladığı kağıza bükülüdə olan 1 ədəd selofan bükümdə olan heron kütləsini və 1 ədəd metadon dərman peraparatını S.Həsənova təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə təhqiqatçı S.Həsənov tərəfindən onun iştirakı ilə çəkilmiş və həmin kütlənin çəkisinin 0,2 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitələr təhqiqatçı Sərxan Həsənov tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmaqla götürülmüş və zərfin üzəri möhürlənmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış polis əməkdaşları tərəfindən videoçəkilişlə aparılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Müğdət oğlu ifadəsində göstərdi ki, İmişli st. XPŞ-nin Şirvan st. XPB-nin Lənkəran X14 polis nəfəri, polis serjantı vəzifəsində Xidmət edir. 06 may 2024-cü il tarixdə saat 18 radələrində Lənkəran dəmir yol stansiyası ərazsində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onu Lənkəran X16 gətirilmişlər. XPM-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi aparılması üçün toplanmış materialla bir yerdə Şirvan stansiyası X17 təhqiqatçısı X7 təqdim edilmişdir. X14 inzibati binasında Təqsirləndirilən şəxs üzərində vəkili X1 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X20 Nurizadəyə hüquq və vəzifələrini izah etmiş və ona vəkillərin siyahısı təqdim etmişdir. O, Lənkəran rayon vəkil bürosunun vəkili X1 huquqların müdafiə etməsini istədiyini bildirmiş və həmin vəkil məntəqəyə gəldikdən sonra vəkilin və polis əməkdaşların iştirakı ilə videoçəkişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı ona izah edilmişdir. C. Nurizadənin üzərində şəxsi axtarış başlanılmazdan əvvəl üzərində olan əşyaları, eləcə də narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol cibindən kağıza bükülmüş vəziyyətdə çıxardığı bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda bir ədəd şəffaf sellofan bükümün arasında qəhvəyi rəngli, kəskin iyli bir qədər heroinə bənzər kütlə və 1 ədəd üzərində “M 40” yazısı olan metadon dərman pereparatı aşkar olmuşdur. Həmin kütlələr kağızın arasında bir yerdə elektron tərəzidə çəkilmiş və ümumi kütlənin çəkisinin 0,2 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da onun üzərindən başqa qanunla qadağan olunan əşya aşkar olunmamışdır. Bir ədəd kağız bükümdə aşkar olunmuş narkotik və psixotrop maddələrə oxşar kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Şirvan st. XPB-nin zərflər üçün möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı çəkilmiş videoçəkiş 1 ədəd diskə köçürülməklə materiala əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin İmişli st. X21 Şirvan stansiyası X17 Cinayət axtarış qrupunun əməliyyat müəvəkkili vəzifəsində xidmət edir. 06 may 2024-cü il tarixdə icraatına Lənkəran rayon Sutəmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs Lənkəran dəmir yolu stansiyasının ərazisində olması və üzərində narkotik vasitə olması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və əməliyyat tədbirlərinin keçirilməsi üçün İmişli st. X21 Şirvan stansiyası X17 rəisi polis mayoru Zahid Əliyevin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik ona həvalə tapşırılmışdır. Əməliyyat qrupunun üzvləri İmişli st. XPŞ-nin Şirvan st. XPB-nin Lənkəran X14 polis nəfərləri, polis serjantı Şahid2 Müğdət oğlu və polis serjantı Şahid3 iştirakı ilə saat 18 radələrində Lənkəran dəmir yol stansiyası ərazsində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onu Lənkəran X16 gətirilmişlər. XPM-yə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi aparılması üçün toplanmış materialla bir yerdə Şirvan stansiyası X17 təhqiqatçısı X7 təqdim edilmişdir. X14 inzibati binasında Təqsirləndirilən şəxs üzərində vəkili X1 iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X20 Nurizadəyə hüquq və vəzifələrini izah etmiş və ona vəkillərin siyahısı təqdim etmişdir. O, Lənkəran rayon vəkil bürosunun vəkili X1 huquqların müdafiə etməsini istədiyini bildirmiş və həmin vəkil məntəqəyə gəldikdən sonra vəkilin və polis əməkdaşların iştirakı ilə videoçəkişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı ona izah edilmişdir. C. Nurizadənin üzərində şəxsi axtarış başlanılmazdan əvvəl üzərində olan əşyaları, eləcə də narkotik vasitəni təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol cibindən kağıza bükülmüş vəziyyətdə çıxardığı bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda bir ədəd şəffaf sellofan bükümün arasında qəhvəyi rəngli, kəskin iyli bir qədər heroinə bənzər kütlə və 1 ədəd üzərində “M 40” yazısı olan metadon dərman pereparatı aşkar olmuşdur. Həmin kütlələr kağızın arasında bir yerdə elektron tərəzidə çəkilmiş və ümumi kütlənin çəkisinin 0,2 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da onun üzərindən başqa qanunla qadağan olunan əşya aşkar olunmamışdır. Bir ədəd kağız bükümdə aşkar olunmuş narkotik və psixotrop maddələrə oxşar kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Şirvan st. XPB-nin zərflər üçün möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri müdafiəçi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı çəkilmiş videoçəkiş 1 ədəd diskə köçürülməklə materiala əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. 06 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs XPŞ-yə gətirildikdən sonra ona üzərində olan narkotik vasitə və psixotrop maddə, cinayət xarekterli əşya və predmetləri varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yuxarı cibindən kağıza bükülmüş vəziyyətdə 1 ədəd şəffaf rəngli selofan bükümdə heroinə bənzər kütləni və 1 ədəd metadon dərmanına bənzər dərmanı çıxarıb təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və həmin narkotik vasitələrin umumi kütləsinin 0,2 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmiş və başqa qanunla qadağan edilən əşya aşkar olunmamışdır. Keçirilmiş şəxsi axtarış videokamera vasitəsi ilə çəkilmış və video görüntü 1 ədəd DVD diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 07 may 2024-cü il tarixli, 19/400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "..." sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə bir ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır və həbin təsiredici maddəsinin ümumi miqdarı - 0,04 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 30 may 2024-ci il tarixli 485 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Qətimkan tədbiri seçmə haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2024-cü il tarixdə, saat 17-00-da saxlanıldığı tutmadan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş İş üzrə 0,02 qram çəkidə (0,5 həb formasında) narkotik vasitə metadon və şəxsi axtarış və götürmə aparılması barəsində 1 ədəd DVD diski maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, qalıq çəkisi 0.02 qram olan narkotik vasitə metadon istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü İmişli Stansiya X21 maddi subutların saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 0.031 qram çəkidə narkotik vasitə heroinlə bağlı Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən hüquqi qiymət verilməsindən ötrü müvafiq qərarın surəti İmişli st. XPŞ-nin Şirvan stansiyası XPB-nin İctimai təhlükəsizlik qrupuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 439 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. Lənkəran ŞİHB-nin Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Nurizadə X6 rayonu, Sütəmurdov kəndində arvadı X8, atası X5, anası X3, uşaqları xx.xx.2024-cü il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci ltəvəllüdlü X11 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 4-cü bəndinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qərarın 5-ci bəndinə əsasən, Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.2-ci, himayəsində azyaşlı uşaqlarının olmasını isə CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək həbsdə olduğu 2 gün müddət - bir günə iki gün hesablanmaqla, 4 gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və İmişli Stansiya X21 maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, 0,02 qram narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli Stansiya X21 maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 01 ədəd bükümdə 0,02 qram narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar