Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-209/2023 13.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1990-cı il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 1(049)-299/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 13 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan ərazidə məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 4 (dörd) ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri- 0,079 qr;-0,078 qr;-0,043 qr;-0,073 qram: ümumi təmiz çəkisi:-0,273 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 13 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin gün, saat 14:30 dəqiqədə Lənkəran rayonu Gərmətük qəsəbəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 4 (dörd) ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş halda əynindəki boz rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 13 yanvar 2023-cü il tarixdə, günorta saatlarında Lənkəran rayonu Gərmətük qəsəbəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq qəsəbədə oğurluq olduğunu və buna görə polis şöbəsinə getməli olduğunu bildirmişlər, o da etiraz etməmişdir. Polis şöbəsində onun oğurluq cinayəti törətmədiyi məlum olsa da, polis əməkdaşları onu narkotik vasitə verərək üzərindən çıxdığını bildirmişlər. Narkotik vasitə istifadəçisi olsa da, tutulan vaxtı üzərində narkotik vasitə olmamışdır. Onu polis əməkdaşları vurmasalar da, hədə qorxu gəlmişlər və o, bundan qorxub ona verilən bütün sənədlərə imza çəkmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasında elan edilməklə araşdırılmış cinayət işinin 60-61-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayır.O, heç bir yerdə işləmir.O, üzərində narkotik vasitə gəzdirdiyi üçün bir dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Başında ağırlar olduğu üçün hərdən bir narkotik vasitə olan heroindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə edir.O, istifadə etdiyi heroini həmişə Lənkəran şəhərində yerləşən "Böyük Bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən alır.13 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində heroin almaq üçün yaşadığı Gərmətük qəsəbəsində avtobusa əyləşib Lənkəran şəhərində yerləşən bazarın yanına gəlmiş və bazarın qarşısında avtobusdan düşüb, piyada Nizami küçəsində yerləşən "Böyük bazar" deyilən əraziyə getmişdir.Həmin ərazidə tanımadığı bir evin tinində dayanıb ona heroin satan şəxsi gözləməyə başlamışdır.Təxminən 10 dəqiqədən sonra həmin şəxs, ona yaxınlaşmış və o, həmin şəxsdən 15 manata 4 bükümdə "kakos" deyilən heroin almışdır. Sonra isə avtobusa əyləşib yaşadığı Gərmətük qəsəbəsində yerləşən evə qayıtmışdır. Yaşadığı evdə günorta naharını yedikdən sonra saat 15 radələrində yaşadığı evdən küçəyə çıxmış və üzərində olan heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxtı onun yanında bir maşın dayanmış və həmin maşından bir neçə nəfər şəxs yerə düşərək ona yaxınlaşmışlar.Həmin şəxslərdən biri ona polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Lənkəran polis şöbəsinə gətirmişlər. Polis işçisi, vəkillərin siyahısını ona təqdim etmiş və özünün seçdiyi vəkil Vəliəhəd Həbibovun və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi,üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra, adını bilmədiyi polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir. Polis işçisi,ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. O da əynində olan boz rəngli şalvarının sol yan cibində gizlətdiyi dörd bükümdə olan heroini çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra, polis işçisi, ondan üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. O da təqdim etdiyi həmin 4 bükümdə olan heroindən başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra, polis işçisi, onun üzərində axtarış aparmış və şalvarının sağ yan cibində saxladığı,azadlığın məhdudlaşdırılması ilə bağlı İcra və Probasiya şöbəsi tərəfindən ayağına bağlanmış xüsusi cihazın idarə olunma aparatını aşkar edib götürmüşdür. Sonra isə polis işçisi həmin aparatı ona qaytarmışdır. Polis işçisi, içərisində heroin olan 4 ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman 4 ədəd bükülüdə olan heroinin cəmi çəkisinin 0,60 qram olduğunu görmüşdür. Bundan sonra, polis işçisi, içərisində heroin olan 4 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur. O, vəkil Vəliəhəd Həbibovla birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Polis işçisi protokol tərtib etmiş və o da, vəkil Vəliəhəd Həbibovla birlikdə həmin protokola imza etmişdir. Ona həmişə heroin satmış şəxsin adını və harada yaşadığını bilmir. Amma həmin şəxs arıq bədən quruluşlu, qarabuğdayı, boyu 170-175 sm olan 30-35 yaşlarında kişidir. O, əldə etdiyi həmin 4 bükümdə olan heroini özü istifadə etmək üçün almışdır. Onun mobil telefonu yoxdur və mobil telefon nömrəsindən də istifadə etmir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.” Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən təxirəsalınmadan ətrafında əməliyyat tədbiriləri keçirilməsi haqqında qərar qəbul edilmiş onun rəhbərliyi altında, Lənkəran ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi,polis kapitanı Şahid2 və Lənkəran ŞRPŞ-nin, İTB-nin sahə polis nəfəri,polis baş serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə, saat 14:30 dəqiqədə yaşadığı Lənkəran rayonunun Gərmətük qəsəbəsində piyada hərəkətdə olarkən saxlanılaraq, ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində onların və müdafiəçinin iştirakı ilə vidoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisindəki dörd bükümdə "kakos" deyilən narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin şalvarının sağ yan cibindən azadlığın məhdudlaşdırılması ilə bağlı İcra və Probasiya şöbəsi tərəfindən onun ayağına bağlanmış xüsusi cihazın idarə olunma aparatı aşkar edilib götürülmüşdür. Həmin aparat iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş iştirakçılar tərəfindən protokola imzalanmışdır. Məhkəmənin sualına cavab olaraq Şahid1 göstərdi ki, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılaraq polis şöbəsinə gətirilmiş, habelə saxlanılan zaman ona bu barədə bildirilmişdir. Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə əlaqədar əməliyyat məlumatı olmamışdır. Onun tərəfindən, eləcə də onun yanında hər hansı əməkdaş tərəfindən Təqsirləndirilən şəxs hədə-qorxu gəlinməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə, saat 14:30 dəqiqədə yaşadığı Lənkəran rayonunun Gərmətük qəsəbəsində piyada hərəkətdə olarkən saxlanılaraq, ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində onların və müdafiəçinin iştirakı ilə vidoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisindəki dörd bükümdə "kakos" deyilən narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin şalvarının sağ yan cibindən azadlığın məhdudlaşdırılması ilə bağlı İcra və Probasiya şöbəsi tərəfindən onun ayağına bağlanmış xüsusi cihazın idarə olunma aparatı aşkar edilib götürülmüşdür. Həmin aparat iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş iştirakçılar tərəfindən protokola imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 cinayət işinin 92-95-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdə, saat 10 radələrində icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə, saat 14:30 dəqiqədə yaşadığı Lənkəran rayonunun Gərmətük qəsəbəsində piyada hərəkətdə olarkən saxlanılaraq, ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində onların və müdafiəçinin iştirakı ilə vidoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoyaraq həmin bükülünün içərisindəki dörd bükümdə "kakos" deyilən narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin şalvarının sağ yan cibindən azadlığın məhdudlaşdırılması ilə bağlı İcra və Probasiya şöbəsi tərəfindən onun ayağına bağlanmış xüsusi cihazın idarə olunma aparatı aşkar edilib götürülmüşdür. Həmin aparat iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş iştirakçılar tərəfindən protokola imzalanmışdır. Cinayət işinin 26-27-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 13 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə saat 14.30 dəqiqədə Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Gərmətük qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 4 büküm heroin aşkar olunaraq götürülür. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən 4 (dörd) ədəd bükülüdə narkotik vasitə olan heroin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 4 (dörd) ədəd bükülüdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu təsdiq edir. Cinayət işinin 43-46-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2023-cü il tarixli, 19/45 nömrəli rəyindən görünür ki; -tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs üzərindən götürülən kütlələr....." sözlər və imzalar olan bir ədəd zərfdəki,4 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri:-0,079 qr;-0,078 qr;-0,043 qr;-0,073 qram; ümumi təmiz çəkisi- 0,273 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 73-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Məhkəmə- ambulator narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən "Opium Narkomanlığı" diaqnozu ilə qeydiyyata durur. Cinayət işinin 107-113-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0.193 qram narkotik vasitə heroin və bir ədəd DVD diskdə videogörüntü iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, müdafiə tərəfinin, yəni təqsirləndirilən şəxsin və müdafiəçinin təklifi ilə məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.273 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlərlə təkzib olunur. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulması barədə ilkin əməliyyat məlumatı narkotik vasitənin qəbul etməsi və üzərində gəzdirməsi barədə olmuşdur ki, bu hal da iş materiallarının 3-5-ci vərəqlərində olan raport və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə qərardan da görünür. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən hədə-qorxuya qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxsə bu barədə, habelə fiziki, psixi zorakılığa məruz qalması barədə məhkəmənin hazırlıq iclası zamanı, eləcə də məhkəmə baxış iclasının ilkin mərhələsində sual verilmiş, təqsirləndirilən şəxs belə bir halın olmadığını bildirmişdir. Bunlardan başqa, cinayət işinin 74-cü vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 299 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 22 oktyabr 2022-ci il tarixdə tutulmasını və 24 oktyabr 2022-ci il tarixdə, yəni təxminən 48 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini, nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə aşkar edilməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 19-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-72-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 15 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin 104-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış-xasiyyətnamədən görünür ki, Məlikov X2 rayonu, Gərmətük qəsəbəsində arvadı, xx.xx.2012 və xx.xx.2013-cü il təvəllüdlü uşaqları ilə birlikdə yaşayır, kənd ərazisində, məhəllə sakinləri arasında oğurluğa və narkotik vasitələrə meylli şəxs kimi tanınmışdır, mənfi xarakterizə olunur. Cinayət işinin 97-99-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 1(049)-299/2022 saylı,04 iyul 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək 02 gün həbsdə olduğu müddət-bir günə iki gün hesablanmaqla 04 gün Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 96-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran rayonu İcra və Probasiya şöbəsinin 01 mart 2023-cü il tarixli, 63 nömrəli məktubundan görünür ki,Lənkəran rayon məhkəməsinin 1(049)-299/2022 saylı,04 iyul 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdən 15 aprel 2022-ci il tarixədək 02 gün həbsdə olduğu müddət-bir günə iki gün hesablanmaqla 04 gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs,13 yanvar 2023cü il tarixədək ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəsasının 04 ay 28 gününü çəkmiş, 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün çəkilməmiş cəzası qalmışdır. CM-nin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən onun əməlində cinayətlərin residivi yoxdur. Bununla yanaşı, CM-nin 83.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumkluq ödənilmiş hesab edirlir. Hazırda isə Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmədiyi müəyyən olunur. Məhkəməyə təqdim edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 il 6 ay 28 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə narkotik vasitənin şəxsi istehlak miqdardından az miqdarda çox olmasını müəyyən etsə də, yuxarıda sadalanan cinayət qanunvericilyinin normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun üçün hüquqi nəticə yaratmasa da əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsini, həmin əmələ görə məhkumluğunun ödənilməməsini, habelə həmin əmələ görə müəyyən edilmiş cəzanın çəkilməsi dövründə hazırkı cinayət əməlini törətməsini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza növünə yəni azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 6 ay 28 gün müddəti göstərilən qayda ilə hesablanmaqla ona təyin ediləcək ümumi cəzaya hesablanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 35 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan 04 ədəd bükümdə qalıq çəkisi 0,193 qram narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış izamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 6 ay 28 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 il 3 ay 14 gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyata olması nəzərə alınsın. Maddi sübut – Lənkəran ŞRPŞ-da saxlanılan 0,193 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-209/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-209/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver