Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-209/2024 23.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat: 12:10 xx xxxxx 1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il 1(bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş və 12 yanvar 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 23 aprel 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" məscidinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,849 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və 23 aprel 2024-cü il tarixdə saat 16 radələrində DİN-nin BNMİ-nin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, həmin gün saat 16:20 dəqiqədə yaşadığı ünvan 2 ünvanının yaxınlığında küçədə saxlanılaraq CBRŞ-nın inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin çəkidə psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki cins şalvarının kiçik ölçülü sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, ünvan 3 ünvanında yaşayır. Subaydır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, təxminən 3-4 ay ərzində mütəmadi olaraq "şüşə" adlanan psixotrop maddə olan metamfetamindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. O, istifadə etdiyi metamfetamini Lənkəran şəhərində yerləşən "Kiçik bazar" adlanan ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən almışdır .23 aprel 2024-cü il tarixdə, saat 11 radələrində evdən çıxıb istifadə etmək üçün metamfetamin almaq məqsədilə piyada Lənkəran şəhərində yerləşən "Kiçik bazar" məscidinin yaxınlığına getmiş və üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 30 manata bir bükümdə metamfetamin alıb cibində gizlətmişdir. Sonra isə piyada yaşadığı evə qayıtmışdır. Bir neçə dəqiqdən sonra evdən küçəyə çıxmış və münasib bir yer tapıb aldığı metamfetaminin az bir hissəsini siqaretin zərli kağızında yandırıb tüstüsünü udmaqla qəbul etmiş, yerdə qalan hissəsini isə əynində olan cins şalvarının kiçik ölçülü sağ yan cibində gizlədərək, yaşadığı evə qayıtmışdır. Həmin gün, saat 17 radələrində evdən küçəyə çıxmış və metamfetamindən istifadə etmək üçün münasib yerə axtarmaq istəyərkən, polis işçiləri onu küçədə tutub Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Regional Şöbəsinə aparmışlar. Özünün seçdiyi vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır.Polis işçisi axtarış aparmazdan əvvəl ona hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir.Bundan sonra adını bilmədiyi polis işçisi "Sony" markalı video kamera ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi, ona üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir kütlə və maddə olduğu halda təqdim etməsini təklif etmişdir. O da əynində olan cins şalvarının sol yan cibindən bir ədəd alışqanı, şalvarının sağ yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu, bir ədəd "Sobraniya" markalı siqareti və şalvarının kiçik ölçülü sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Verilən suala cavab olaraq o, həmin bükülünün içərisində metamfetamin olduğunu, öz istifadəsi üçün 23 aprel 2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" məscidinin yaxınlığında üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 30 manata aldığını və az bir hissəsini də istifadə etdiyini bildirmişdir. Bundan sonra, polis işçisi onun üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır. İçərisində metamfetamin olan həmin bir ədəd bükülü elektron tərəzidə çəkilmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 0,98 qram olduğunu görmüşdür. Bundan sonra, polis işçisi içərisində metamfetamin olan həmin 1 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla, digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olduğunu, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini, anasının ağır xəstəlikdən əziyyət çəkməsini, əmisi oğlu X1 Vətən müharibəsində şəhid olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş şahid Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin sabiq əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Cəlalla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 2024-cü ilin aprel ayının ortalarından etibarən DİN-nin Baş NMİ-nin X5 Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrdən istifadə etməsi və üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur.Sonuncu dəfə 23 aprel 2024-cü il tarixdə, saat 13 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrdən istifadə etməsi və üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən dərhal DİN-nin Baş NMİ-nin X5 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri həyata keçirib cinayət başından yaxalanması məqsədi ilə qərar qəbul edilmişdir. Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri həyata keçirilməsi ilə əlaqədar, onun rəhbərliyi altında regional şöbənin polis nəfərləri, polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə, saat 16:20-də Lənkəran şəhəri Səttərxan küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmişdir. Bundan sonra, Baş NMİ-nin X5 Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənov xidməti otağında onun, Şahid3, Şahid2 və Lənkəran rayonu Vəkil bürosunun vəkili Ədalət Muradovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Famil Həsənov tərəfindən, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra, Şahid3 "Sony" markalı video kamera ilə çəkiliş aparmağa başlamışdır. Famil Həsənov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Famil Həsənov, Təqsirləndirilən şəxs məhkum olunub-olunmadığını və narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da əvvəllər məhkum olunduğunu və hərdən bir narkotik maddə və "şüşə" deyilən psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Famil Həsənov narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. X7 Zülfiqarova üzərində narkotik vasitə və ya qanunsuz əşya olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan cins şalvarının sol yan cibindən bir ədəd alışqanı, şalvarının sağ yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu, bir ədəd "Sobraniya" markalı siqareti və şalvarının kiçik ölçülü sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Famil Həsənov həmin bir ədəd bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin bükülünün içərisində "şüşə" deyilən metamfetamin olduğunu, özü istifadə etmək üçün 23 aprel 2024-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" məscidinin yaxınlığında adını bilmədiyi şəxsdən 30 manata aldığını, bir hissəsini də istifadə etdiyini bildirmişdir. Famil Həsənov həmin bir ədəd bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı bükülünün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, X7 Zülfiqarovun üzərində axtarış aparmış və axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd bükülüdən başqa üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra, Famil Həsənov içərisində metamfetaminə bənzər kütlə olan 1 ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və çəkisinin 0,98 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Famil Həsənov içərisində metamfetaminə bənzər kütlə olan həmin bükülünü bir ədəd zərfin içərisinə qoymuş və zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 7(1) nömrəli möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs və vəkil Ədalət Muradov həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra, Şahid3 videoçəkilişi dayandırmışdır. Famil Həsənov bir ədəd "Sobraniya" markalı siqareti və bir ədəd alışqanı Təqsirləndirilən şəxs qaytarmışdır. Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsilə əlaqədar protokol tərtib olunmuşdur.Bir ədəd "SAMSUNG" markalı mobil telefon da protokola əlavə olunmuşdur.O, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir.Protokol tərtib olunan zaman Təqsirləndirilən şəxs və vəkil Ədalət Muradov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayının ortalarından etibarən DİN-nin Baş NMİ-nin X5 Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrdən istifadə etməsi və üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Sonuncu dəfə 23 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrdən istifadə etməsi və üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Şahid1 tərəfindən dərhal DİN-nin Baş NMİnin X5 Şöbəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri həyata keçirib cinayət başından yaxalanması məqsədi ilə qərar qəbul edilmişdir. Regional şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirləri həyata keçirilməsi ilə əlaqədar, Şahid1 rəhbərliyi altında o və regional şöbənin polis baş serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə, saat 16:20-də Lənkəran şəhəri Səttərxan küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Lənkəran şəhərində yerləşən Regional şöbənin inzibati binasına gətirilmişdir. Bundan sonra, Baş NMİ-nin X5 Şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənov xidməti otağında onların və Lənkəran rayonu Vəkil bürosunun vəkili Ədalət Muradovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Famil Həsənov tərəfindən, üzərində axtarışın videoçəkilişlə aparılacağı barədə Təqsirləndirilən şəxs məlumat verilmişdir. Bundan sonra, Şahid3 "Sony" markalı videokamera ilə çəkiliş aparmağa başlamışdır. Famil Həsənov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Famil Həsənov, Təqsirləndirilən şəxs məhkum olunub-olunmadığını və narkotik vasitələrdən istifadə edibetmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da əvvəllər məhkum olunduğunu və hərdən bir narkotik maddə və "şüşə" deyilən psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Famil Həsənov narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. X7 Zülfiqarova üzərində narkotik vasitə və ya qanunsuz əşya olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan cins şalvarının sol yan cibindən bir ədəd alışqanı, şalvarının sağ yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu, bir ədəd "Sobraniya" markalı siqareti və şalvarının kiçik ölçülü sağ yan cibindən bir ədəd sellofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Famil Həsənov həmin bir ədəd bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin bükülünün içərisində "şüşə" deyilən metamfetamin olduğunu, özü istifadə etmək üçün 23 aprel 2024-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" məscidinin yaxınlığında adını bilmədiyi şəxsdən 30 manata aldığını, bir hissəsini də istifadə etdiyini bildirmişdir. Famil Həsənov həmin bir ədəd bükülünün içərisinə baxış keçirmiş və baxış zamanı bükülünün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, X7 Zülfiqarovun üzərində axtarış aparmış və axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində metamfetaminə bənzər kütlə olan bir ədəd bükülüdən başqa üzərindən heç nə aşkar olunmamışdır. Bundan sonra, Famil Həsənov içərisində metamfetaminə bənzər kütlə olan 1 ədəd sellofan bükülünü elektron tərəzidə çəkmiş və çəkisinin 0,98 qram olduğunu elektron tərəzinin ekranında görmüşdür. Famil Həsənov içərisində metamfetaminə bənzər kütlə olan həmin bükülünü bir ədəd zərfin içərisinə qoymuş və zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 7(1) nömrəli möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs və vəkil Ədalət Muradov həmin zərfin üzərinə imza etmişlər. Bundan sonra, Şahid3 videoçəkilişi dayandırmışdır. Famil Həsənov bir ədəd "Sobraniya" markalı siqareti və bir ədəd alışqanı Təqsirləndirilən şəxs qaytarmışdır. Famil Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsilə əlaqədar protokol tərtib olunmuşdur.Bir ədəd "SAMSUNG" markalı mobil telefon da protokola əlavə olunmuşdur.O, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir.Protokol tərtib olunan zaman Təqsirləndirilən şəxs və vəkil Ədalət Muradov tərəfindən hər hansı bir qeyd və şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki cins şalvarının kiçik ölçülü sağ yan cibindən 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional bölməsinin 24 aprel 2024-cü il tarixli, 19/355 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:- 0,849 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə ambulator-narkoloji ekspertizasının 25 aprel 2024-cü il tarixli, 379 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda durur. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 13 may 2024-cü il tarixli, 384 nömrəli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Lənkəran Rayon Hərbi Komissarlığının göndərişi əsasında xx.xx.2017-ci ildə Lənkəran Şəhəri Psixiatriya Xəstəxanasında müayinə olunub və "Emosional-davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə" diaqnozu qoyulmuşdur. Məhkəmə ambulator-psixiatrik ekspertizasının 03 iyun 2024-cü il tarixli, 1611 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 27 gün müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 01 ay 12 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş və 12 yanvar 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-351/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Salyan Rayon Məhkəməsinin 7(057)-168/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 05 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasından 01 ay 12 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran ŞİHB-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həbs olunana qədər Lənkəran şəhəri Səttərxan küçəsi 165-də qeydiyyatda olmaqla anası ilə birlikdə yaşamış və yaşayış yeri müsbət xarakterizə olunur. Lənkəran Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 4(049)-75/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmışdır. «Sübutların qiymətləndirilməsi» haqqında 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə 0,849 qram psixotrop maddə metamfetamin, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diski maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0,799 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD diskin maddi sübut qismində iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli Sərəncamından görünür ki, şəhid X3 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadələrinə, ekspert rəylərinə və işin digər materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini, yaşayış yeri müsbət xarakterizə olunmasını, əmisi oğlu X1 Vətən müharibəsində şəhid olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 aprel 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji xəstəxanasında 2022-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə 0,799 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və onun 2022-ci ildən "Opium narkomanlığı" diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan bir ədəd bükümdə 0,799 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-209/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-209/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver