Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-209/2025 18.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla şəxs: həmin ünvanda yaşamış, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 9 ay 7 gündən ibarət hissəsini çəkmiş, Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasın cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırki cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin xx.xx.2025ci il tarixli qərarı “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, 2025-ci ilin sentyabr ayının ortalarında, Lənkəran rayonu “Böyük bazar” adlanan ərazidə, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd bükümdə, təmiz çəkisi 0.434 qram olub xeyli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət olan psixotrop maddə olan metafetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 12:32-də Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyev küçəsində “Mikrorayon” adlanan ərazidə piyada olarkən saxlanılaraq üstü yoxlanılan zaman əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində həmin psixotrop maddə - metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı qeyd etdi ki, o, ünvan 3 ünvanında yaşayır. Əvvəllər Lənkəran şəhərində yerləşən “Xan Lənkəran” restoranında, sonra isə “Düşbərə Hause” restoranında ofisant işləmişdir, hazırda isə heç yerdə işləmir. Bədənində ağrılar olduğu üçün “patı” deyilən psixotrop maddə metafetamini qızıdırb tüstüsünü çəkməklə qəbul edir. Əvvəllər iki dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tandığı, adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata bir ədəd bükümdə psixotrop maddə metafetamin almışdır. Həmin gün saat 12 radələrində yaşadığı binanın qarşısında yerləşən parkda gəzərkən mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Onlardan biri videoçəkiliş aparmış, digərləri isə ona üzərində qanunla qadağan edilən maddə və ya hər hansı predmet varsa, təqdim etməsini təklif etmişlər. O da əynində olan gödəkcənin sağ yan cibindəki, içərisində metafetamin olan sellofan bükümü təqdim etmişdir. Üzərindən aşkar olunmuş həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq bağlanmış və zərf möhürlədikdən sonra üzərinə imza etmişlər. O özü də zərfin üzərinə imza etmişdir. Bundan sonra üstü yoxlanıldıqda əynində olan şalvarın sol yan cibində açarlar, ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri, kağıza yazılmış telefon nömrələri, gödəkcəsinin iç cibində mobil telefon aşkar edilmişdir. Mobil telefon götürülsə də, digər əşyaları özünə qaytarılmışdır. Sonra polis şöbəsinə getmişlər və orada barəsində protokol tərtib edilmişdir. Həmin protokola da imza etmişlər. Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, üzərindən aşkar edilmiş metafetamini şəxsi istifadəsi üçün əldə etmiş, əldə etdiyi metafetamindən heç kəsə satmamış və heç kəsə də istifadə etmək üçün verməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Metafetamini əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə əməlindən səmimi peşman olmuşdur. Törətdiyi cinayət əməlini könüllü etiraf edir. O, yaşlı və xəstə nənəsi ilə birlikdə yaşayır, onun bütün təminatlarını özü ödəyir və nənəsinə onun tərəfindən qayğı göstərilir, çünki nənəsinə qayğı göstərəcək və ona baxacaq başqa kimsə yoxdur. O özü əvvəllər əslən azərbaycanlı, lakin Rusiya Federasiyasının vətəndaşı olan şəxslə evli olmuş və bu nikahdan bir uşağı da vardır. Lakin hazırda boşanmışdır və uşağının olmasına dair hər hansı sənəd təqdim edə bilmir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid1 ifadə verərək göstərdi ki, Lənkəran şəhər-rayon Polis Şöbəsinin narkomaniyaya qarşı mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qəbul etməsi, üzərində saxlaması və gəzdirməsi barədə daxil olan məlumat əsasında həmin şəxsin cinayət əməllərini ifşa etmək üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü xx.xx.2025-ci il tarixdə raportla polis şöbəsinin rəisinə müraciət etmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2025-ci il tarixli qərara əsasən o özü, həmçinin, polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət birgə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Z.Əliyeva küçəsində ikinci mikrorayon deyilən ərazidə piyada onlara tərəf gəldiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra ona əgər üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək bükümdə metafetamin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddəni Lənkəran şəhərinin “Böyük bazar” adlı ərazisində tanımadığı şəxsdən 15 manata aldığını demişdir. Onlar da bükümə baxıb içərisində metafetaminə bənzər maddə olduğunu aşkar edərək həmin bükümü elektron tərəzidə çəkmiş, çəkisinin 0.59 qram olduğunu müəyyən etmişlər. Həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini möhürləyib imza etmişlər. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, onun üzərində açarlar, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, telefon nömrələri yazılmış kağız, mobil telefon aşkar edilmişdir. Mobil telefon götürülsə də, digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə getmiş, Təqsirləndirilən şəxs üzərindən metafetaminə bənzər maddənin aşkar ediməsi ilə bağlı protokol tərtib edilmişdir. Protokol ucadan oxunaraq Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Lənkəran şəhər-rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan və Lənkəran ŞRPŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli 3/1396/Ə2272/25 nömrəli əmrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə edib üzərində saxlaması və istifadəsi ilə bağlı məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə Şahid1 (qrupun rəhbəri), Şahid2 və Şahid3 (qrupun üzvləri) daxil edilmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməklə onun yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə zəruri qabaqlayıcı tədbirlər görülmədiyi halda, Təqsirləndirilən şəxs tərəfindən özündə saxladığı narkotik vasitənin qısa müddət ərzində realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı olduğuna görə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə, hakimin qərarı olmadan qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra polis orqanına gətirilərək üzərində şəxsi axtarış aparılması, zərurət olduqda, ondan aşkar edilmiş əşyalara baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda, mövcud şəraitdən asılı olaraq "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə, qanunvericiliyə uyğun şəkildə tədbirlərin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” adlı xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş diskdən, “Götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan, həmin tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, qeyd olunan tarixdə saat 12:32-dən başlayaraq Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək bükümdə metafetamin olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, həmin psixotrop maddəni Lənkəran şəhərinin “Böyük bazar” adlı ərazisində tanımadığı şəxsdən 15 manata aldığını demişdir. Bükümün içərisində metafetaminə bənzər maddə olduğu aşkar edilərək həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0.59 qram olduğunu müəyyən edilmişdir. Həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək üzərinə imza edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, onun üzərində açarlar, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, telefon nömrələri yazılmış kağız, mobil telefon aşkar edilmişdir. Mobil telefon götürülmüş, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü də protokola imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli digər raportunda Təqsirləndirilən şəxs həmin gün saat 12:30 radələrində Lənkəran şəhəri ərazisində piyada hərəkətdə olan zaman saxlanıldığı, şəxsi axtarış aparılarkən üzərindən 0.59 qram psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X3 regional bölməsinin xx.xx.2025-ci il tarixli 19/373 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə..." sözləri və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.434 qram olan ağ rəngli krsitallardan ibarət maddə metafetamindir. Tədqiqat obyektinin 0.05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0.384 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 507 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər Psixiatriya xəstəxanasının xx.xx.2025-ci il tarixli 860 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir. İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 737 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, müvafiq protokol əsasında iş üzrə maddi sübut qismində götürülmüş, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon müstəntiq tərəfindən təqsirləndirilən şəxsin anası X5 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq edilmiş, Lənkəran şəhər-rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X1 qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatları zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,384 qram çəkidə psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər-rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş, şəxsi axtarış və əşyaya baxış zamanı videoçəkiliş aparılmasına dair iki ədəd DVD disk maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, şübhəli şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:32-də polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran şəhər-rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 13:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:32-dən hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən, Lənkəran rayon İcra və Probasiya şöbəsinin amnistiya aktının tətbiq edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının 9 ay 7 gündən ibarət hissəsini çəkmiş, Lənkəran rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasın xx.xx.2025-ci il tarixli hökm üzrə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 951 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında qeydiyyatdadır və onun ailə tərkibi özü və anası X4 ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs bir azyaşlı uşağı olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, “Elektron məhkəmə” informasiya sistemi üzrə yoxlama məlumatları əsasında da onun uşağının olması faktı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusat onun cəzasını yüngülləşdirən hal kimi, habelə, barəsində amnistiya aktının tətbiq edlməsi üçün əsas kimi nəzərə alına bilməz. Bununla yanaşı, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib özündə saxlasa da, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılarkən onun həmin narkotik vasitənin özünə məxsus olduğunu dərhal etiraf etdiyini və narkotik vasitəni əldə etdiyinə, saxladığına, üzərində gəzdirdiyinə görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və öz əməlinə tənqidi yanaşmaqla artıq islah olunmağa başladığını nümayiş etdirməyə çalışır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin özünün həyat tərzinə, hazırki vəziyyətinə maddi və mənəvi cəhətdən mənfi təsir göstərəcəyini nəzərə alaraq, habelə, təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirak etməsinin təmin edilməsi, onda cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərilməsi və onun islah edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddədə müəyyən edilmiş az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı və həmin tarixdən bu günədək, yəni xx.xx.2026-cı il tarixədək “ev dustaqlığı” qətimkan tədbirində olduğu cəmi 5 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 10 ay müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəzanın çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs hazırda təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəza əsasında tətbiq ediləcək vaxt məhdudiyyətinin hər gün saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran şəhər-rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,384 qram çəkidə psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair bir ədəd, təqdim edilmiş əşyaya baxış keçirilən zaman video çəkiliş aparılmasına dair bir ədəd - cəmi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı və həmin tarixdən bu günədək, yəni xx.xx.2026-cı il tarixədək “ev dustaqlığı” qətimkan tədbirində olduğu cəmi 5 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 10 ay müddət ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı Lənkəran şəhər ərazisini, eləcə də saat 22:00-dan saat 07:00-dək olan müddət ərzində faktiki yaşayış yeri olan Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/5, mənzil 8 ünvanında yaşadığı evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Hökmün icrasına nəzarəti Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0,384 qram çəkidə narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair bir ədəd, təqdim edilmiş əşyaya baxış keçirilən zaman video çəkiliş aparılmasına dair bir ədəd - cəmi iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin və digər məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №1(049)-209/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-209/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver