Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-21/2023 24.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 16:15 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, tutulanadək fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sutəmurdov kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında, Lənkəran şəhərində satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd sellofan kəsiyi bükümündə, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 0,137 qram, 0,129 qram, 0,148 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,583 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 15 may 2022-ci il tarixdə saat 11:55 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin sol yan cibindən qeyd edilən narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən tüstüsünü zərdə yandırıb udmaq yolu ilə istifadə edir. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 14 may 2022-ci il tarixdə saat 19 radələrində Lənkəran şəhəri «kiçik bazar» adlanan əraziyə getmiş, orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmış və ondan öz istifadəsi üçün 20 manat qarşılığında 4 büküm narkotik vasitə heroin almış və ağrıları olan zaman qəbul etmək üçün üzərimdə saxlamışdır. 15 may 2022-ci il tarixdə saat 12 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində hərəkətdə olduğu zaman mülki geyimdə olan əvvəllər görmədiyi və tanımadığı üç şəxs ona yaxınlaşmış, özlərini Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə üzərinə şəxs axtarış keçirilmiş və axtarış zamanı istifadə məqsədilə ayırdığı, əynində olan gödəkçəsinin sol yan cibində olan elektron tərəzini, həmçinin həmin cibdə olan dörd ədəd narkotik vasitə bükümünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarına bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, Lənkəran şəhəri «kiçik bazar» ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Ona irəli sürülmüş ittihamla razı deyildir. Aşkar edilmiş heroinlər və elektron tərəzi ona məxsus olsa da, lakin onun narkotik vasitələri satmaq fikri olmamışdır. Ona görə də özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ümumiyyətlə onun kiməsə narkotik vasitə satmasını təsdiq edən heç bir sübut yoxdur. Narkotik vasitəni aldığı şəxsin adını bilmir, onu üzdən tanıyır. Nə saxlanılarkən, nə polis şöbəsinə gətirilərkən, nə də ki, şəxsi axtarış keçirilən zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 Lənkəran rayonu Sutəmurdov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi barədə icraatına əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların düzgünlüyü və mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Şahid1 ilə birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri o və Şahid2 olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 özü etmişdir. 15 may 2022-ci il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs cinayətkar əməllərinin müəyyən etmək üçün Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə - onun çox hərəkətdə olduğu küçəyə çıxıb müşahidələr aparmağa başlamış, onu həmin küçədə piyada hərəkətdə olan zaman aşkar etmişlər. Bir qədər onu izləmiş, lakin daha çox izləməkləri Naimdə şübhə yaradacağından Naimə yaxınlaşmağa qərar vermişdir. Diqqətli və çevik bir şəkildə ona yaxınlaşmış, özünü və yanında olan şəxsləri polis əməkdaşı kimi təqdim etmişdir. Naimə barəsində ona daxil olmuş əməliyyat məlumatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinin inzibati binasına dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən onlarla polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində araşdırmanın aparılması təhqiqatçı Baxşəli Rufullayevə həvalə edilmişdir. Naimin hüquqlarının müdafiəsi üçün özü tərəfindən ona təqdim edilmiş vəkillər siyahısından seçilən müdafiəçi X3 dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişin aparılması Şahid2 həvalə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməyi təklif olunmuş, o da əynində olan gödəkçəsinin sol yan cibindən dörd ədəd sellofan büküm və bir ədəd elektron tərəzi təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinəbənzər kütlə olması görünmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, elektron tərəzini də narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satışdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, bununla bağlı hər hansı əməliyyat məlumatı ona daxil olmamışdır. Nə saxlanılarkən, nə polis şöbəsinə gətirilərkən, nə də ki, şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, bunun şahidi də olmamışdır. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Sutəmurdov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və gəzdirməsi barədə icraatına əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların düzgünlüyü və mötəbərliyi tərəfindən yoxlanıldıqdan sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Onunla birlikdə əməliyyat qrupunun tərkibində Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 olmuşdur. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 15 may 2022-ci il tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs cinayətkar əməllərinin müəyyən etmək üçün Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsinə - onun çox hərəkətdə olduğu küçəyə çıxıb müşahidələr aparmağa başlamış, onu həmin küçədə piyada hərəkətdə olan zaman aşkar etmişlər. Bir qədər onu izləmiş, lakin daha çox izləməkləri Naimdə şübhə yaradacağından Naimə yaxınlaşmağa qərar vermişdir. Diqqətli və çevik bir şəkildə ona yaxınlaşmış, özünü və yanında olan şəxsləri polis əməkdaşı kimi təqdim etmişdir. Naimə barəsində ona daxil olmuş əməliyyat məlumatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinin inzibati binasına dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir narazılıq etmədən onlarla polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində araşdırmanın aparılması təhqiqatçı Baxşəli Rufullayevə həvalə edilmişdir. Naimin hüquqlarının müdafiəsi üçün özü tərəfindən ona təqdim edilmiş vəkillər siyahısından seçilən müdafiəçi X3 dəvət edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişin aparılması Şahid2 həvalə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim etməyi təklif olunmuş, o da əynində olan gödəkçəsinin sol yan cibindən dörd ədəd sellofan büküm və bir ədəd elektron tərəzi təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş bükümlərə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinəbənzər kütlə olması görünmüşdür. Həmin sellofan bükümlər elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 0,76 qram olmuşdur. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhəri “kiçik bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, elektron tərəzini də narkotik vasitə alan zaman çəkidə aldadılmamaq üçün üzərində saxladığını bildirmişdir. Keçirilmiş ilkin əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni narkotik vasitə almaq üçün qazanc əldə etmək məqsədilə satış üçün əldə edib üzərində saxlamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 15 may 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən dörd ədəd sellofan kəsiyi bükümündə, ilkin çəkisi 0,76 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə bükümləri və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 may 2022-ci il tarixli, 19/587 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxsaşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,137 qram, 0,129 qram, 0,148 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,583 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Heroindən tədqiqata 0,126 qr (hər ob -0,03 qr) istifadə edilmiş, 0,463 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 may 2022-ci il tarixli 574 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən polinarkomaniya xəstəliyi aşkar olunur. Polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,137 qram, 0,129 qram, 0,148 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,583 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,463 qram qalığı, bir ədəd işlək vəziyyətdə, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi və şəxsi axtarış istintaq hərəkətinin əks olunduğu 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmış, tərəzi və narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 0,463 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın 1 ədəd DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-183/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 may 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-184/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclası zalından həbsdən azad olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-341/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qətimkan tədbirinin tələbini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilmiş və onun barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri Nizami küçəsində tutularaq Lənkəran ŞRPŞ-nə gətirilmişdir. Lənkəran ŞİH-nin Sütəmurdov kənd inzibati ərai dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs valideynləri və arvadı ilə birlikdə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd sellofan kəsiyi bükümündə, eyni tərkibli, ayrıayrılıqda təmiz çəkiləri 0,137 qram, 0,129 qram, 0,148 qram, 0,169 qram, ümumi təmiz çəkisi 0,583 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və elektron tərəzini əldə edib üzərində saxlamaqla daşıması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, Şahid3 məhkəmə iclasıda verdiyi, Şahid1 (məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş və sübut növü kimi qəbul edilmiş) ibtidai istintaq zamanı vediyi ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 16 may 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə onu da qeyd edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmada, həbsdə və ev dustaqlığında olduğu 4 ay 20 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan - 04 bükümdə ümumi təmiz çəkisi 0,463 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD diski isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 4(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu, həbs və ev dustaqlığında saxlanıldığı 4(dörd) ay 20(iyirmi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3(üç) il 7(yeddi) ay 10(on) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 iyun 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan – 4 bükümdə ümumi təmiz çəkisi 0,463 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-21/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-21/2023
24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver