Məhkəmə qərarları › İş №1(049)-21/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-21/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-21/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 16:10 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1962-ci ildə Lənkəran rayonu Təngivan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Təngivan kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, Lənkəran rayonu, Təngivan kəndində yerləşən "xxxx" MMC-nin “qum-çınqıl” istehsalı müəssisəsinin yaşadığı evinə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bəhanə edərək, bu məqsədlə 28 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən özü ilə 01 ədəd bir litrlik plastik butulkada tez alışan neft məhsulu benzini götürüb həmin gün saat 10 radələrində müəssisənin həyətinə gələrək, orada bir neçə kənd sakinlərinin və müəssisədə işləyən şəxslərin əhatəsində bu bəhanə ilə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, həmin vaxt müəssisədə işləyən şəxslər və ora toplaşmış kənd sakinlərinə məhəl qoymadan, özünü onların fövqündə qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müəssisənin rəhbəri Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, özü ilə gətirdiyi benzini sonuncunun üzərinə səpərək, üstünə hücum edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş, həmin vaxt silah qismində istifadə etdiyi daşı yerdən götürüb sonuncunun üstünə hücum edib, inadkarlıqla qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, hadisə yerinə toplaşmış şəxslərin əhatəsində əlindəki daşı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sağ əlinə qəsdən vurub ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sağ əlin İ barmağı nahiyəsində sıyrıq, sağ əl nahiyəsində qançır kimi xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan daşdan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs işin məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonunun Təngivan kəndində yaşayır. Yaşadığı kənddə Lənkəran çayının sahilində "xxxx" MMC-nin “Qum-Çınqıl” istehsalı müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisə 2014-cü ildən fəaliyyət göstərir. Həmin müəssisənin rəhbəri də Zərərçəkmiş şəxsdur. Həmin müəssisə ilə onun həyətyanı torpaq sahəsi arasında təxminən 50 metrə məsafə vardır. Həmin müəssisə fəlaliyyətə başlayandan sonra evində rahat qala bilmirlər. Belə ki, müəssisə səhər tezdən yüksək siqnalla işə başlayanda evdə böyükdən-kiçiyə kimi hamı narahat olmağa başlayırmış. Bundan sonra gün ərzində orada olan səs-küydən nə yata bilmirlər, nə də dincələ bilmirlər. Həmin müəssisə işləyəndə oranın havası çirklənir və tozdüman evinə gəlir. Yay aylarında həyətində olan quyusu quruyur. O bununla bağlı dəfələrlə müvafiq orqanlara, həmçinin İcra hakimiyyətinə şikayət etmişdir. Heç bir nəticəsi olmamışdır. Həmin müəssisə bələdiyyə torpağında fəaliyyət göstərir. Müəssisə fəaliyyətə başlayandan o şikayət edir. Heç bir nəticəsi yoxdur. Zərərçəkmiş şəxs həmin müəssisənin rəhbəridir. Onu 9-10 ildir ki, tanıyır. 28 fevral 2023-cü il tarixdə özü ilə butulkada benzin götürərək həmin müəssisənin həyətinə getmişdir. Məqsədi müəssisənin fəaliyyətinə etiraz etməsi və bütün bu hadisələrdən bezdiyi üçün özünü yandırması olmuşdur. Heç kəsə xəsarət yetirmək və apardığı benzinlə heç kəsi yandırmaq fikri olmamışdır. Müəssisənin ərazisinə daxil olduqdan sonra ilk olaraq oranın işçisi olan sürücü ilə mübahisə etməyə başlamışdır. Sonradan həmin əraziyə Zərərçəkmiş şəxs gəlmişdir. Daşların arasında saxladığı içində benzin olan butulkanı götürərək öz üzərinə səpmişdir. Ərazidə xidmət aparan polis əməkdaşları benzin butulkasını onun əlindən almışlar və həmin vaxt qeyri ixtiyari benzin butulkası onun əlindən yerə düşmüşdür. Benzini üzərinə səpməkdə məqsədi müəssisənin fəaliyyətinə etiraz əlaməti olaraq özünü yandırmaq olmuşdur. Zərərçəkmiş şəxs qarşı benzini səpələməmişdir və belə məqsədi də olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs qarşı heç bir daş parçası və başqa predmet atmamışdır. Həmin vaxt ərazidə ondan başqa da kənd sakinləri olmuşdur. Mübahisə təxminən yarım saat ərzində davam etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək barəsində bəraət hökmü verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, bir ilə yaxındır ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru işləyir. PROFCO” MMC-nin 2014-cü il tarixdən Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsi fəaliyyət göstərir. 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kənd sakinləri olan bir qrup şəxs müəssisənin inzibati ərazisinə daxil olaraq, iş fəaliyyətinin dayandırılmasını tələb etmişlər. Həmin kənd sakinləri müəssisədən çıxan yük maşınlarının qarşısını kəsib onların normal iş fəaliyyətinə mane olmuşlar. Həmin sakinlərdən Təqsirləndirilən şəxs, Şahid3, X11, X12 və qeyriləridir. O, özü dəfələrlə Təqsirləndirilən şəxs və digər kənd sakinlərinə əlindən gələn köməkliyi etmişdir. Təqsirləndirilən şəxs və qeyriləri müəssisənin iş fəaliyyətinə mane olduqları üçün 27 fevral 2023-cü il tarixdə X7 İdarəsi ilə müqavilədə bağlamışlar. Mühafizə polis əməkdaşları 28 fevral 2023-cü ildən növbəli şəkildə xidmət aparmağa başlamışlar. Belə ki, 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində mühafizə polisi əraziyə gəlmişdir. O, polisləri ərazi ilə tanış edən zaman saat 09 radələrində müəssisədə olduğu zaman Lənkəran rayonu Təngivan kənd sakinləri Təqsirləndirilən şəxs və ondan başqa bir çox kənd sakini müəssisənin inzibati ərazisinə daxil olmuşlar. Həmin şəxslər müəssisəyə daxil olub, iş fəaliyyətini pozmağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özünü yük maşının arxasına verərək, avtomobilin hərəkətinə mane olmuşdur. Bu zaman mühafizə polisi Əlibalanı avtomobilin arxa tərəfindən kənara çəkmişdir. Həmin vaxt Əlibala kənara çəkilib müəssisənin ərazisində daşların arasında gizlətdiyi plastik qabda olan butulkanı çıxarıb qapağını açıb içərisindəki benzin məhsulunu onun üzərinə səpmişdir. Həmin vaxt cibindən kibrit çıxarıb yandırmaq istəyəndə bu zaman polis əməkdaşları Roman və Çingiz yaxınlaşmışlar ki, Əlibalanı saxlasınlar. Polis əməkdaşı Çingiz benzin butulkasını Əlibalanın əlindən almışdır. Həmin vaxt Əlibala benzini öz üzərinə də səpmək istəmişdir. Əlibala cibindən kibrit çıxarıb alışdırmaq istəyəndə polislər kibrit qutusunu ondan almışlar. Kibrit dənələri yerə səpilmişdir. Əlibalanın fikri onu yandırmaq olmuşdur. Lakin polislər bunun qarşısını ala bilmişlər. Həmin vaxt Əlibala daş parçasını götürüb ona doğru ataraq sağ əlinin barmağına vurmuşdur. Əlibala həmin vaxt onu öldürəcəyi ilə hədələyirmiş. Əlibala onlardan müəssisənin fəaliyyətini dayandırmağını tələb edirmiş. Həmin vaxt Ziyafət, Ədalət və Telman da orada imiş. Daha sonra mühafizə polisləri Lənkəran ŞRPŞ-nə məlumat vermişlər. Həmin münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Orada digər kənd sakinləri də var imiş. Münaqişə zamanı o, heç kimə xəsarət yetirməmişdir. Ona konkret olaraq Əlibala xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs üstünə benzin səpmiş və cibindən kibrit çıxarıb onu yandırmaq istəmişdir və polislər bunun qarşısını almışlar. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb sağ əlinin barmağına vurmuşdur. Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş və onu öldürəcəyi ilə hədələmişdir. Müəssisənin iş fəaliyyəti də pozulmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2007-ci ildən X7 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Polis serjantıdır. Belə ki, 27 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsi şöbə ilə müqavilə bağlamışdır. Belə ki, 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində o və şöbənin mühafizə polisi Şahid2, eləcə də, manqa komandiri Rasim Həmidovla birlikdə Lənkəran rayonu Təngivan kəndində yerləşən həmin müəssisəyə getmişlər. Ora getməkdə məqsədi həmin müəssisəni təhvil alıb orada növbəli şəkildə xidmət aparmağı olmuşdur. Həmin gün saat 09:30 radələrində müəssisədə ərazi ilə tanış olurmuşlar. Ərazi ilə onları müəssisənin rəhbəri Zərərçəkmiş şəxs tanış edirmiş. Müəssisənin həyətində olduğu zaman ərazi ilə tanış olanda bir neçə şəxsin müəssissənin həyətində, yəni ərazisində olduğunu görmüşlər. Həmin vaxt Şaiq demişdir ki, həmin şəxslər Təngivan kənd sakinləridir, onların iş fəaliyyətinə mane olurlar. Həmin vaxt onlar həmin şəxslərə yaxınlaşmışlar və həmin şəxslərə ərazidən uzaqlaşmağını xahiş etmişlər. Onlar təxminən 5-6 nəfərə yaxın olarmış. Müəssisənin də təxminən 2-3 nəfər şəxsi heyəti orada imiş. Həmin şəxslər onlara demişlər ki, buradan çıxıb gedə bilməzlər, evləri bura yaxın olduğu üçün narahat olurlar, evdə xəstələri var, azyaşlı uşzaqları vardır, zavodun səsindən və toz-dümanından həyətində əyləşə bilmirlər, evdə pəncərəni tozdan aça bimirlər. Həmin vaxt müəssisənin inzibati ərazisində bir yük avtomobili hərəkət edən zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünü avtomobilin arxa tərəfinə ataraq avtomobilin hərəkətinə mane olmuşdur. Onlar Əlibalanı saxlayıb kənara çəkmişlər. Bu zaman Əlibala qaçıb kənarda gizlətdiyi daşların arasında bir plastik butulka götürüb dərhal qapağını açıb içərisində olan benzini öz üzərinə səpmişdir. Əlibala cibindən kibrit çıxaran zaman polis əməkdaşı Şahid2 onu tutmuşdur, bu vaxt butulka Əlibalanın əlindən sıçrayaraq yerə düşmüşdür, kibrit dənələri də yerə dağılmışdır. Hənim vaxt müəssisənin rəhbəri Zərərçəkmiş şəxs Əlibaladan 5 – 6 metr aralıda olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğru benzin səpməmişdir. Təqsirləndirilən şəxs benzini yalnız öz üzərinə səpmişdir. Ərazidə 10 – 15 nəfər kənd sakini toplaşmışdı. Onlar kütləvi olaraq müəyyən predmetlər atırdılar. Lakin Təqsirləndirilən şəxs əlində daş parçası görməmişdir, həmçinin onun daş parçasını və ya digər predmeti Zərərçəkmiş şəxs doğru atdığını görməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünün ünvanına nalayiq söyüşlər işlədirdi və onu öldürəcəyi ilə hədələyirdi. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Mübahisədən sonra Zərərçəkmiş şəxs əlini müstəntiqə göstərərək, xəsarət aldığını bildirdiyini görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, X7 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Polis serjantıdır. Belə ki, 27 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsi şöbə ilə müqavilə bağlamışdır. Belə ki, 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində o və şöbənin mühafizə polisi Şahid2, eləcə də, manqa komandiri Rasim Həmidovla birlikdə Lənkəran rayonu Təngivan kəndində yerləşən həmin müəssisəyə getmişlər. Ora getməkdə məqsədi həmin müəssisəni təhvil alıb orada növbəli şəkildə xidmət aparmağı olmuşdur. Həmin gün saat 09:30 radələrində müəssisədə ərazi ilə tanış olurmuşlıar. Ərazi ilə onları müəssisənin rəhbəri Zərərçəkmiş şəxs tanış edirmiş. Həmin vaxt əraziyə 4-5 nəfər polis əməkdaşı təhkim edilmişdi. Müəssisənin ərazisində olan zaman ora bir neçə şəxsin gəldiyini görmüşlər, maraqlandıqda həmin şəxslər bildirmişlər ki, onlr Təngivan kədinin sakinləridirlər və orada fəaliyyət göstərən müəssisənin fəaliyyətindən narazıdırlar. Həmin kənd sakinlərinin əlində daş, taxta və digər predmetlər olmuşdur. Həmin şəxslər qrup halında daş və taxta parçaları atırdılar. O, özü Təqsirləndirilən şəxs 1-2 metr aralıda dayanmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs daşlarının arasından butulkanı götürərək, içində olan benzini öz üzərinə səpməyə başlamışdır. Əlibala cibindən kibrit çıxaranda dərhal ona qarşı qaçaraq butulkanı onun əlindən almağa çalışmışdır, həmin vaxt butulka onun əlindən yerə düşmüşdür və ərazidə olan polis əməkdaşı Şahid1 kibriti Əlibalanın əlindən almışdır. Əlibala benzini üzərinə səpərkən Zərərçəkmiş şəxs ilə onun arasında 3 – 4 metr məsafə var idi, Əlibalanın əlindən butulkanı alarkən benzin Şaiqin və polis əməkdaşlarının üzərinə də səpələnmişdi. Əlibalanın qərəzli olaraq Şaiqin üzərinə benzin səpdiyini görməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs müəyyən söyüşlər söyürdü, müəssisənin işləməsinə etiraz edirdi. Məhz Təqsirləndirilən şəxs əlində daş parçası olduğunu xatırlamır. Daş kütləvi olaraq atılırdı. Zərərçəkmiş şəxs daşın dəydiyini görməmişdir. Əraziyə təxminən 10-15 nəfər toplaşmışdı. Mübahisə ümumi olaraq təxminən 4-5 saat davam etmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı X13 ifadəsində bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində bir neçə polis əməkdaşları ilə birlikdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində xidmətdə olarkən bir qrup kənd sakinləri həmin müəssisənin ərazisinə gələrək müəssisənin fəaliyyətinə etiraz əlaməti olaraq müəssisəyə məxsus yük avtomaşınının qaşısını kəsmişlər. Həmin vaxt həmin şəxslərdən əsasən, qadınlar tərəfindən daş, taxta parçaları atılırdı. Qadınlar tərəfndən atılan taxta parçalarından biri onun özünə də dəymişdi. Hadisə zamanı o, öz mobil telefonu ilə videoçəkiliş aparmışdır, həmin videoçəkilişdə də bir qadının ona doğru taxta parçası atdığı görünür. Mübahisə zamanı sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs yaxasından plastmas butulkanı çıxararaq içərisində olan benzini öz üzərinə səpmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq butulkanı ondan almağa çalışdıqda Əlibala butulkanı kənara atmışdır. Şaiq həmin vaxt 3-4 metr oradan aralıda dayanmışdı. Əlibala butulkanı polis əməkdaşına doğru atmışdır, Şaiqə doğru atmamışdır. Butulkanı atandan sonra Əlibala kibriti cibindən çıxarmaq istədikdə polis əməkdaşları onun əlindən almağa çalışdıqda kibrit dənələri yerə dağılmışdır. Hadisədən sonra müəssisənin rəhbəri olan Zərərçəkmiş şəxs barmağından xəsarət aldığını ona bildirmişdir. Həmin xəsarət ona qarşı atılan taxta parçasından yaranmışdı. Mübahisə zamanı ağac parçasını Zərərçəkmiş şəxs doğru bir qadın atmışdır, həmin ağac parçası Zərərçəkmiş şəxs əlinə dəydi və barmağı xəsarət almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs doğru daş atdığını görməmişdir. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs yaxın məsafədə olmuşdur, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyürdü. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində iş icraçısı vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə kənd sakinləri müəssisəyə məxsus yük avtomaşınlarının qarşısını kəsərək, müəssisənin iş fəaliyyətini dayandırıblar. Həmin vaxt o, iş yerində olmuşdur və səhər saat 10 radələri olmuşdur. Zərərçəkmiş şəxs və polis işçiləri müəssisənin ərazisində idilər. Demək olar ki, kəndin yarısı qadınlar və kişilər ora toplaşmışdırlar. Kənd sakinləri daş və taxta parçaları atırdılar. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədirdi. Mübahisə zamanı müəssisənin ərazisinə toplaşan şəxslərdən bir qadının atdığı ağac parçasının Şaiqin qoluna dəydiyini görmüşdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı butulkada olan benzini Şaiqin üzstünə səpmişdir və cibindən kibrit çıxararaq yandırmaq istədikdə polislər onun tutmuşdular. Hadisə təxminən bir saat davam etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, pay torpağından qayıdarkən Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisində bir qrup kənd sakinlərinin toplaşdığını görmüşdür. Həmin vaxt mübahisə artıq bitmişdir və mübahisənin şahidi olmamışdır. O, müəssisədə Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs arasında baş vermiş münaiqşəni görməmişdir. Sonradan polis şöbəsinə onu izahat vermək üçün aparmışlar və Təqsirləndirilən şəxs orada görmüşdür. Polis şöbəsinə gətirilməsinin səbəbini Əlibaladan soruşanda ona bildirmişdir ki, özünü yandırmaq istəməsi ilə əlaqədar onu polisə gətiriblər. Müəssisənin ərazisində olan zaman polislərin və Zərərçəkmiş şəxs orada olduğunu görmüş, Şaiqin xəsarət aldığını görməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində baş verən mübahisə zamanı orada olmamışdır. Hadisənin şahidi olmamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, Lənkəran rayonu, Təngivan kəndinin sakinidir. Təqsirləndirilən şəxs onun qonşusudur, münasibətləri normaldır. Zərərçəkmiş şəxsla münasibəti normal deyildir. Lakin Zərərçəkmiş şəxsla münasibətinin yaxşı olmaması hazırda məhkəmə iclasında verdiyi ifadəsinə heç bir təsir göstərmir. Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin fəaliyyətinə dəfələrlə etiraz etmişdir. 28 fevral 2023-cü il tarixdə həmin müəssisənin ərazisində baş verən mübahisə zamanı orada olmuşdur. Hadisə vaxtı Əlibala butulkada olan benzini öz üzərinə səpərək özünü yandırmaq istəmişdir. Şaiq həmin vaxt Əlibaladan aralı məsəfədə idi və o, benzini Şaiqə doğru səpməmişdir. X8 doğru hər hansı daş parçası və ya digər predmet atdığını görməmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 və X9 ifadəsində şahid X5 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədilər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində sürücü vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə səhər saat 08 radələrində işə getmişdir. Həmin vaxt müəssisənin həyətində Zərərçəkmiş şəxs və polisləri görmüşdür. Müəssisədə iş saat 09:30-da başlayır. İşi saatının başlamasına bir az qalmış müəssisənin həyətində dava-dalaş başlamışdır və Təqsirləndirilən şəxs da orada olmuşdur. O, özü mübahisə olan ərazidən 15 metr aralıda çənin üstündə dayanaraq hadisələri müşahidə etmişdir. Orada nə danışıldığını eşitməmişdir. Lakin hadisəni müşahidə edərək görmüşdür Əlibala əlində olan butulkanın içində olan benzini çıxararaq öz üzərində səpir. Sonradan benzin Şaiqin və polislərin üzərinə də çilnəmişdir. Benzini Əlibala öz üzərinə səpmişdi, məqsədi özünü yandırmaq idi. Əlibalanın əlində hər hansı daş parçası və başqa predmetin olsuğunu və onun tərəfindən Şaiqə doğru predmetin atıldığını görməmişdir. Hadisə yerində 15 dəqiqə olmuşdur. Sonradan o, avtmobilə ehtiyat hissəsi almaqdan ötrü şəhərə getmişdir, qayıtdıqdan sonra isə mübahisənin bitdiyini görmüşdür. Hadisə vaxtı Şaiqin barmağının yaralandığını görmüşdür, səbəbini isə ondan soruşmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsində traktor sürücüsü vəzifəsində işləyir. 28 fevral 2023-cü il tarixdə səhər saatlarında o, işə başlayarkən kənd sakini Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ekskavatorun işini dayandırmasını ona bildirmişdir. O, da işi saxlamışdır və bir müddətdən sonra işi ilə əlaqədar kənara getmişdir. Müəssisədə baş verən mübahisəni görməmişdir. Təqsirləndirilən şəxs əlində hər hansı daş, taxta və digər predmeti görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı hər hansı predmetin atıldığını görməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs yaralandığını da görməmişdir. Aparılmış ibtidai-istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında vermiş olduğu ifadə arasında ziddiyyət olduğu üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai-istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat 08 radələrində o müəssisəyə getmişdir. Həmin gün saat 09 radələrində mühafizə polisi əraziyə gəlmişdir. Müəssisənin rəhbəri Zərərçəkmiş şəxs polisləri ərazi ilə tanış edirmiş. Həmin gün saat 09:30 radələrində müəssisədə olduğu zaman Lənkəran rayonu Təngivan kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid3, X11, X12 və X9 müəssisənin inzibati ərazisinə daxil olmuşlar. Onlar müəssisəyə daxil olub, iş fəaliyyətini pozmağa başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs özünü yük maşının arxasına verərək, avtomobilin hərəkətinə mane olmuşdur. Bu zaman mühafizə polisi Əlibalanı avtomobilin arxa tərəfindən kənara çəkmişdir. Həmin vaxt Əlibala kənara çəkilib müəssisənin ərazisində daşların arasında gizlətdiyi plastik qabda olan butulkanı çıxarıb qapağını açıb içərisindəki benzin məhsulunu Zərərçəkmiş şəxs üzərinə səpmişdir. Bu zaman polis əməkdaşları Roman və Çingiz yaxınlaşmışlar ki, Əlibalanı saxlasınlar. Polis əməkdaşı Çingiz benzin butulkasını Əlibalanın əlindən almışdır. Həmin vaxt Əlibala benzini öz üzərinə də səpmək istəmişdir. Əlibala cibindən kibrit çıxarıb alışdırmaq istəyəndə polislər kibrit qutusunu ondan almışlar. Kibrit dənələri yerə səpilmişdir. Lakin polislər bunun qarşısını ala bilmişlər. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb Zərərçəkmiş şəxs atmış və daş Şaiqin sağ əlinin barmağına dəymişdir. Əlibala həmin vaxt Şaiqi öldürəcəyi ilə hədələyirmiş. Əlibala Şaiqdən müəssisənin fəaliyyətini dayandırmağını deyirmiş. Həmin vaxt Ziyafət, Ədalət və Telman da orada imiş. Onlar da Şaiqdən müəssisənin fəaliyyətini dayandırmağını tələb edirmişlər. Polis əməkdaşları bunun qarşısını alırmışlar. Polislər onları sakitləşdirdikdən sonra onlar kənara çəkilmişlər. Daha sonra mühafizə polisləri Lənkəran ŞRPŞ-nə məlumat vermişlər. Həmin münaqişə təxminən 30 dəqiqə davam etmişdir. Münaqişə zamanı Zərərçəkmiş şəxs heç kimə xəsarət yetirməmişdir. Həmçinin o da heç kimə xəsarət yetirməmişdir. Əlibala Şaiqin ünvanına nalayiq söyüşlər söyməklə onu hədələyirmiş. O özüdə Əlibalanı sakitləşdirmək istəsədə o sakitləşmirmiş. Əlibala və digər şəxslər ona xəsarət yetirməmişlər. Əlibala ancaq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs, Şaiqin üstünə benzin səpmiş və cibindən kibrit çıxarıb yandırmaq istəmiş, polislər bunu saxlamışlar. Həmin vaxt Əlibala yerdən daş parçası götürüb Şaiqin sağ əlinin barmağına vurmuşdur. Məhkəmə iclasında ziddiyyətlər elan olunduqdan sonra Şahid5 bildirdi ki, o, mübahisə zamanı Əlibalanın əlində yalnız benzin butulkasını görmüş və həmin butulkadakı benzini öz üzərinə tökdüyünü görmüşdür. İbtidai istintaq zamanı verdiyi İfadəsini yalnız həmin hissədə təsdiq edir. İbtidai istintaq zamanı yazılmış ifadəni oxumadan imzalamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilən: Məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli 203 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sağ əlin İ barmağı nahiyəsində sıyrıq, sağ əl nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla (daş) vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Hadisə yerinə baxış keçirilməsi haqqında 05 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu Təngivan kəndində yerləşən "xxxx" MMC-nin icarəyə götürdüyü qum-çınqıl istehsalı müəssisənin ərazisində baş vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin nizamnaməsinin sürətindən görünür ki, "xxxx" MMC dövlət qeydiyyatına alınmışdır. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 13 may 2014-cü il tarixli, 127 nömrəli sərəncamının sürətindən görünür ki, "xxxx" MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrinin 08 aprel 2014-cü il tarixli, RX-0361097 saylı çıxarışına əsasən Lənkəran rayonu Təngivan kəndi ərazisində icarəyə götürülmüş 7.0 ha torpaq sahəsinin 1 ha hissəsində qum-çınqıl materiallarının istehsalı məqsədi ilə daş qırma-ələmə avadanlıqlarının quraşdırılmasına və 6.0 ha torpaq sahəsində qum-çınqıl istehsalına icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışının surətindən görünür ki, Lənkəran rayonu, Təngivan kəndində Rvo bələdiyyəsinin mülkiyyətində olan 7,0 torpaq sahəsi 15 il müddətinə "xxxx" MMC-yə icarə əsasında yüklü edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 12 sentyabr 2014-cü il tarixli, 259 nömrəli sərəncamının sürətindən görünür ki, "xxxx" MMC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrinin 08 aprel 2014-cü il tarixli, RX-0361097 saylı çıxarışına əsasən Lənkəran rayonu Təngivan kəndi ərazisində icarəyə götürülmüş 7.0 ha torpaq sahəsinin 0,5 ha. hissəsində qum-çınqıl materiallarının istehsalı məqsədi ilə yeni daş qırma-ələmə avadanlıqlarının quraşdırılmasına və 5.5 ha. torpaq sahəsində qum-çınqıl istehsalına icazə verilmişdir. 18 aprel 2023-cü il tarixli, 307 saylı arayışdan görünür ki, Məmmədov X4 Şəhər Psxiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran ŞİHB-nın Şovu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş yaşayır yerindən arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonu, Təngivan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şalvar və 1 ədəd köynək istintaqa təqdim edilmiş, həmin paltarlara baxış keçirilmiş, təqdim edilmiş şalvar və köynəkdən benzin məhsulunun iyi gəldiyi müəyyən edilmiş, həmin paltarlar maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs cinayət nəticəsində istifadə etdiyi və istintaqa təqdim edilmiş 1 ədəd 1 litrlik plastik butulka, 1 ədəd kibrit qutusu və içərisində olan 7 ədəd kibritlərə baxış keçirilmiş, həmin əşyalar maddi sübut qismində tanımışdır və saxlanması üçün Lənkəran ŞRPŞ-nin madi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Məmmədov X4 rayon xalq məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmü ilə CM-nin 99-cu maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay azadlıqdan şərti məhrum olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə baxışında baxış keçirilməklə tədqiq edilən iş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüdə görünür ki, iş üzrə Təqsirləndirilən şəxs içində çınqıl olan yük maşının arxasında yerdə oturaraq nəsə danışır, o, heç kəsə müqavimət və təzyiq göstərmir, ətrafında 5 nəfər polis formasında olan şəxs və əllərində taxta parçaları olan 3 nəfər qadın vardır. Əlində taxta parçası olan bir nəfər qadın ucadan danışa-danışa video görüntüləri çəkən şəxsin üzərinə gəlir, digər bir qadın isə əlində olan taxta parçasını video görüntünü çəkən şəxsə atır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 21:40-da cinayət əməlini törətməkdə şübhə yaranan şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Məhkəmə ilk öncə qeyd edir ki, işin məhkəmə baxışında həm ittiham tərəfinin təqdim etdiyi, həm də müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərdən heç biri 28 fevral 2023cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs daş parçasının atıldığını gördüklərini bildirməmişlər. Həmçinin məhkəmə istintaqında ifadə verən mübahisə vaxtı hadisə yerində olan şahidər sözügedən mübahisə zamanı Təqsirləndirilən şəxs plastik butulkada olan benzini öz üzərinə səpdiyini, Zərərçəkmiş şəxs doğru səpmədiyini bildirmişlər. İşin məhkəmə baxışında ifadə verən şahidlərdən Şahid3 və X14 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisində baş verən mübahisə zamanı ümumiyyətlə hadisə yerində olmadıqlarını bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən “Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz.” İşin məhkəmə baxışında ifadə vermiş şahidlərdən polis əməkdaşı X13 ifadəsində bildirmişdir ki, sözügedən mübahisə zamanı Zərərçəkmiş şəxs barmağı ona doğru atılan ağac parçasından yaralanmışdır. Həmçinin Şahid4 məhkəmə baxışı zamanı bildirmişdir ki, mübahisə zamanı bir qadının atdığı ağac parçasının Zərərçəkmiş şəxs əlinə dəydiyini görmüşdür. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən videogörüntüdə də şahid Rasim Həmidovun ifadəsində qeyd edilənlərə uyğun xüsusatlar (qadınların əlində ağac parçaları olduğu və bir qadının həmin ağac parçasını ona doğru atması) müşahidə edilir. Məhkəmə məhkəmə-tibbi ekspertizasının 01 mart 2023-cü il tarixli 203 saylı rəyində qeyd edilən və Zərərçəkmiş şəxs bədəni üzərində-sağ əlin İ barmağı nahiyəsində sıyrıq, sağ əl nahiyəsində akar edilmiş qançır xəsarətinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən xəsarət işin məhkəmə baxışında şahid qismində dindirilmiş X13 və Şahid4 ifadələrində qeyd etdikləri xüsusatlara uyğun - mübahisə zamanı hadisə yerində olan digər şəxslər tərəfindən ağac parçası ilə yetirilə bilərdi. İşin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlardan Təqsirləndirilən şəxs əlində daş parçasının olması və onun tərəfindən Zərərçəkmiş şəxs qarşı hər hansı predmetin atılması faktı sübuta yetirilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən plastik butulkada olan benzin məhsulunun qərəzli olaraq Zərərçəkmiş şəxs üzərinə səpilməsi faktı da sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ittiham Təqsirləndirilən şəxs bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi hissəsində sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daş ilə vuraraq xəsarət yetirməsi təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur. Belə ki, işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən və elan edilməklə tədqiq edilən iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Təngivan kəndində yerləşən “Qum-Çınqıl” istelhsalı müəssisəsinin ərazisinə gələrək orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə bağlı qərəzli hərəkətlər edərək həmin müəssisənin rəhbəri olan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələri işlədərək, zor tətbiq edilməsi barədə onu hədələmiş, müəssisə əməkdaşların işləməsinə maneə yaratmaqla müəssisənin fəəliyyətinin dayanmasına səbəb olan hərəkətlər etmiş, həmçinin əvvəlcədən planlaşdırdığı kimi ora apardığı plastik butulkada olan benzini öz üzərinə səpmişdir. Bunun əksini təsdiq edən sübutlar olmadığından məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməlləri silah və ya silah qismində istifadə edilən əşya tərəfindən törətməsi sübuta yetirilmir və onun xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. ” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edildiyini və ahıl yaşda olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd köynək və 1 ədəd şalvarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması lamerasında saxlanılan 1 ədəd 1 litrlik plastik butulka, 1 ədəd kibrit qutusu və içərisində olan 7 ədəd kibritlər məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Təngivan kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd köynək və 1 ədəd şalvarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması lamerasında saxlanılan 1 ədəd 1 litrlik plastik butulka, 1 ədəd kibrit qutusu və içərisində olan 7 ədəd kibritlər məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar