Məhkəmə qərarları › İş №1(049)-21/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-21/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-21/2025 19.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat: 12:20 xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin yanvar ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs1 guya Lənkəran rayon 1 saylı notariat ofisinin işçisi olduğunu bildirərək, 3500 manat pul müqabilində qızı Şahid2 həmin notariat ofisinə işə qəbul edilməsinə köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs1 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, maddi qazanc əldə etmək məqsədi ilə 07 yanvar 2023-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin fəaliyyət göstərdiyi Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən inzibati binanın ikinci mərtəbəsində Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini qəbul edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin iyun ayının əvvəlində Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən ünvan 1tmiş Şahid3 özünün həqiqi təsir imkanlarından istifadə edərək, fəaliyyətə başlayacağı gözlənilən Lənkəran regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə işə qəbul edilməsi ilə bağlı həmin notariat ofisinə xüsusi notarus təyin ediləcək Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Şahid1 qərarına təsir etmək imkanına malik olduğunu bildirib, ünvan 2 ünvanında yerləşən inzibati binasının ikinci mərtəbəsində Şahid3 və sonuncunun əri Şahid4 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini istəyib almış, bundan sonra onlardan pul vəsaiti istəməklə almasını gizlətməklə xüsusi notarius Şahid1 Şahid3 Lənkəran regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə işə qəbul edilməsi işini xahiş edərək, razılığını alıb cinayətkar vədinə əməl edərək, işə qəbul edilməzdən əvvəl Asan Xidmət mərkəzlərində təcrübə keçdikdən və Lənkəran regional “ASAN xidmət” Mərkəzi fəaliyyətə başladıqdan sonra xüsusi notarius Şahid1 17 yanvar 2024-cü il tarixli k/ə 02 nömrəli əmri ilə Şahid3 Lənkəran regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə aparıcı mütəxəssis (kargüzar) vəzifəsinə işə qəbul edilməsinə nail olmaqla, öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxs olan xüsusi notarius X4 Şahid3 işə qəbul etməsi ilə bağlı qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən 2023-cü ilin iyul ayının ortalarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs2 özünü guya Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi təqdim edərək, 20000 manat pul müqabilində ona məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində köhnə Ələt-Astara avtomobil yolunun sol kənarında yerləşməklə, üzərində qeyri-yaşayış obyekti inşa edilmiş 0,06 ha torpaq sahəsinə dair ilkin sənədlərin hazırlanması və onun arxasında yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqlarına dəyişdirilərək, hər iki torpaq sahəsinə vahid daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasında köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs2 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərində götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə razılaşdıqları məbləğin 10000 manatını 2023-cü ilin iyul ayının ortalarında və 5000 manatını 2023-cü ilin iyul ayının sonunda onun əsl niyyətindən xəbərsiz olan Lənkəran rayon Vəkil bürosunun vəkili Şahid5 və Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Şahid1 vasitəsi ilə həmin notariat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən inzibati binasında İsmayıl Səfərovdan qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə xeyli miqdar təşkil edən 15000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin avqust ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs3 özünü guya Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi təqdim edərək, 1500 manat pul müqabilində ona məxsus Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0,045 ha torpaq sahəsini zəbtdən azad edib, adına sənədləşdirilməsinə köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs3 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərində götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin avqust ayının əvvəlində ünvan 3 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat məbləğində pul vəsaitini qəbul edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin avqust ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə özünü guya Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi tanıtdığı Zərərçəkmiş şəxs3 25000 manat pul müqabilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzi”nin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsinə düşən 0,20 ha torpaq sahəsini geniş əlaqələrindən istifadə edərək, onun adına özəlləşdirə biləcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs3 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərində götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə razılaşdıqları məbləğin 6000 manatını 2023-cü ilin avqust ayının əvvəlində və 5000 manatını 2023-cü ilin sentyabr ayının əvvəlində ünvan 2 ünvanında yerləşən inzibati binasının ikinci mərtəbəsində, 6000 manatını 2023-cü ilin oktyabr ayının əvvəlində Lənkəran şəhəri, X50 küçəsi 23 ünvanında yerləşən “Evro Stile” adlı kişi geyimlərinin satışı mağazasında, 2000 manatını 2023-cü ilin oktyabr ayının ortalarında Lənkəran şəhəri, M.M.Axund küçəsində və 1700 manatını 2023-cü ilin oktyabr ayının sonunda ünvan 2 ünvanında yerləşən inzibati binasının ikinci mərtəbəsində Zərərçəkmiş şəxs3 şəxsən qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə xeyli miqdar təşkil edən 20700 (iyirmi min yeddi yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək, təkrar zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin sentyabr ayının əvvəlində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə özünü guya Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi tanıtdığına görə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsinə köməklik etməsi üçün ona müraciət etmiş "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs4 guya Lənkəran rayon 1 saylı notariat ofisinin depozit hesabına 10000 manat pul vəsaiti köçürdükdən sonra həmin mənzillərin alqı-satqısının rəsmiləşdirilməsinə köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs4 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin sentyabr ayının əvvəlində Zərərçəkmiş şəxs4 məxsus Lənkəran şəhəri, X50 küçəsi 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının qarşısındakı satış ofisində Zərərçəkmiş şəxs4 həmin məbləğdə pul vəsaitini şəxsən qəbul etməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdar təşkil edən 10000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirərək, təkrar zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin noyabr ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs4 guya bələdiyyə torpaqlarının ilkin alqı-satqısı üçün Lənkəran rayon 1 saylı notariat ofisinin depozit hesabına 25000 manat pul köçürəcəyi halda, satışdan əldə ediləcək qazancı öz aralarında böləcəklərinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs4 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından suiistifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin noyabr ayının əvvəlində ünvan 2 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs4 23.500 məbləğdə pul vəsaitini şəxsən qəbul etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus xeyli miqdar təşkil edən 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək, təkrar zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin dekabr ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs5 özünü guya Lənkəran rayon 1 saylı notariat ofisində vərəsəlik işləri ilə bağlı sənədlərin toplanılması xidmətini göstərən şəxs kimi təqdim edərək, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən mərhum ana babası X8 qalmış miras əmlaka onun istəyinə uyğun tək vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs5 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin dekabr ayının sonunda ünvan 2 ünvanında yerləşən inzibati binasında Zərərçəkmiş şəxs5 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini şəxsən qəbul edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2024-cü ilin yanvar ayının əvvəlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs6 özünü guya Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi təqdim edərək, ona məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasportunda icazəsiz tikili kimi qeydə alınmış 13,9 kv.metr sahəsini guya aidiyyəti dövlət orqanlarının hesabına rüsum olaraq cəmi 1800 manat pul köçürməklə adına özəlləşdirilməsində köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs6 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərində götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2024-cü ilin yanvar ayının əvvəlində ünvan 5 ünvanında Zərərçəkmiş şəxs6 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitini qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2024-cü ilin yanvar ayının sonunda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs7 özünü guya Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi təqdim edərək, 1000 manat pul müqabilində ona məxsus Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,09 ha torpaq sahəsinin təyinatının dəyişdirilərək adına sənədləşdirilməsində köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs7 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə 2024-cü ilin yanvar ayının sonunda Lənkəran rayonu, Vilvan kəndində yerləşən qeyd olunan torpaq sahəsinin yanında Zərərçəkmiş şəxs7 1000 (min) manat məbləğində pul vəsaitini qəbul edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2024-cü ilin aprel ayının ortalarında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs8 özünü guya Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi təqdim edərək, 1800 manat pul müqabilində Masallı şəhəri, yeni məhəllə adlanan ərazidə yerləşən atasına məxsus 0,09 ha torpaq sahəsinin yeni xəritədə səhv göstərilmiş döngə nöqtələrinin torpağın faktiki yerləşdiyi yerə uyğunlaşdırılmasında və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasında köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs8 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə razılaşdıqları məbləğin 1000 manatını Zərərçəkmiş şəxs8 tərəfindən 19 aprel 2024-cü il tarixdə saat saat 18:55 dəqiqədə Lənkəran şəhəri, Bakı-Astara şosesində yerləşən Bazarstore mağazasında quraşdırılmış terminal nömrəsi 51220 olan “Milliön” elektron ödəmə sistemindən onun əsl niyyətindən xəbərsiz olan tanışı Şahid12 məxsus "xxxx" ASC-yə aid **********567001 nömrəli plastik kartın hesabına köçürülməsinə nail olmaqla və 800 manatını 28 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs8la yeni Bakı-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisinə düşən hissəsində yol kənarında görüşüb şəxsən qəbul etməklə, Zərərçəkmiş şəxs8 məxsus cəmi 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2024-cü ilin aprel ayının sonunda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs9 özünü guya Lənkəran regional “Asan xidmət” mərkəzində notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən şəxs kimi təqdim edərək, 2500 manat pul müqabilində ona məxsus Lənkəran rayonu, Siyavar kəndində yerləşən köhnə maye qazdoldurma stansiyasının yerləşdiyi torpaq sahəsini adına özəlləşdirilməsində köməklik edəcəyinə dair yalan vədlər verib, Zərərçəkmiş şəxs9 özünə inandıraraq, sonuncunun ona olan inam və etibarından sui-istifadə edib, əvvəlcədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadan, maddi qazanc əldə etmək məqsədi ilə razılaşdıqları məbləğin 1000 manatını 21 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən yaşadığı evin qarşısında ondan şəxsən qəbul etməklə və 1500 manatını Zərərçəkmiş şəxs9 tərəfindən Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən yaşadığı evdə olarkən 26 aprel 2024-cü il tarixdə saat 12:25-də mobil tətbiq proqramı vasitəsi ilə onun əsl niyyətindən xəbərsiz olan tanışı Şahid15 məxsus "xxxx" ASC-yə aid **********707086 nömrəli plastik kartın hesabına köçürülməsinə nail olmaqla, Zərərçəkmiş şəxs9 məxsus cəmi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 2021-ci ilin iyun ayında tanımışdır. Belə ki, o, adını xatırlamadığı şəxsin vərəsəlik işi ilə bağlı müraciət edərkən Şahid1la tanış olmuşdur. Həmin vaxtdan Şahid1la münasibətləri yaranmışdır. Həmin ərəfədə notariusun binası ünvan 6 ünvanında yerləşmişdir. Notariusun ünvan 7ı istifadəyə veriləndən sonra o, həmin binada işləməyə başlamışdır. Onun işi vərəsəlik işləri və daşınmaz əmlakların özəlləşdirilməsi (alqı-satqısı, bağışlanması və s.) ilə bağlı müraciət etmiş şəxslərdən sənədləri qəbul etmək, sənədlərin tamlığını yoxlamaq və sənədlərin toplanılaraq notariat ofisinin aidiyyəti işçilərinə təhvil verməkdən ibarət olmuşdur. O, buna görə müraciət etmiş şəxslərdən xidmət haqqı almışdır. Həmin binada ayrıca xidməti otağı olmuşdur. Şahid1 binanın ikinci mərtəbəsini ona icarəyə vermişdir. Lənkəran rayon notariat ofisi 2024-cü ilin yanvar ayında Lənkəran Asan xidmət mərkəzinə köçəndən sonra da, o, mütəmadi olaraq Asan xidmət mərkəzinə getmişdir. O, 2024-cü ilin iyul ayından Şahid1la münasibətini kəsmişdir. Zərərçəkmiş şəxs1 tanıyır. Həmin qadınla heç bir qohumluq əlaqələri olmamışdır. Zərərçəkmiş şəxs1 qızı Rənanın işə qəbul edilməsi ilə bağlı notariat ofisində olarkən tanımışdır. Belə ki, 2023-cü ilin yanvar ayının əvvəlində Lənkəran rayon 1 saylı notariat ofisinin inzibati binasında olarkən eşitmişdir ki, Rəna adlı bir nəfər qadın notariusda işə düzəlmək istəyir. Rəna anası Nüşabə ilə birlikdə Lənkəran rayon 1 saylı notariusa gəlmiş, notarius Şahid1 qəbulunda olmuş, Şahid1 ona notariat ofisində iş olmadığını bildirmişdir. Həmin ərəfədə borcları olduğundan qərara gəlmişdir ki, Rənanı notariat ofisinə dəvət etsin və ona ofisdə işə düzəlməsinə köməklik edəcəyini bildirib, ondan pul alsın. Beləliklə, o, həmin gün notariat ofisində Rənanın mobil nömrəsini tapıb zəng edərək onunda danışmış və Lənkəran rayon 1 saylı notariat ofisinə dəvət etmişdir. Rəna qısa müddət sonra gəlmişdir. O, Rənanı notariat ofisinin ikinci mərtəbəsində yerləşən otaqlardan birinə dəvət etmiş və onunla iş barədə söhbət etmişlər. O, Rənaya notariat ofisində işə qəbul edilməsinə köməklik edəcəyini bildirmiş və buna görə Rənadan 3500 manat pul istəmişdir. Rəna anası Nüşabə ilə danışacağını və nəticəsi barədə ona məlumat verəcəyini bildirmişdir. O, Rənaya əgər işləmək istəyirsə, gələrkən özü ilə sağlamlıq haqqında arayış alıb gətirməsini tapşırmışdır. Bundan sonra Rəna getmişdir. Həmin vaxt notariat ofisi Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında fəaliyyət göstərmişdir. Təxminən 2 gün sonra, Zərərçəkmiş şəxs1 bildirdiyi 07 yanvar 2023-cü il tarixdə Rəna və anası Nüşabə birlikdə Lənkəran rayon 1 saylı notariat ofisinə gəlmişlər. O, Rəna və Nüşabəni binanın 2-ci mərtəbəsinə dəvət etmiş və onlarla Rənanın işinə görə söhbət etmişlər. Nüşabə ondan qızı Rənanı işə düzəltməkdə kömək etməsini xahiş etmişdir. O, Nüşabəyə əgər 3500 manat pul versə Rənanın notariat ofisində işə götürülməsinə köməklik edəcəyini bildirmişdir. O, həmçinin Nüşabəyə yalandan notariat ofisinin işçisi olduğunu, işə qəbul işlərinə özünün baxdığını demişdir. Nüşabə ona 2 gün əvvəl notarius Şahid1 Rənanın işi ilə bağlı qəbulunda olduğunu, Şahid1 notariat ofisində vakant iş olmadığını bildirdiyini demişdir. O, Nüşabəyə Şahid1 yalan danışdığını, notariat ofisində iş olduğunu, lakin pul verilməsə işə qəbul edilməyin mümkün olmadığını izah etmişdir. O, yalandan Nüşabəyə bildirmişdir ki, Şahid1 heç kimə pul demir, o, pulu alıb Səfərə verəcəkdir. O, Nüşabəyə belə demişdir ki, Nüşabə ona inansın və istədiyi pulu ona ödəsin. Bundan sonra Zərərçəkmiş şəxs1 ona qızı Rənanın yanında 3500 manat pulu təqdim etmişdir. O, pulu notariat ofisinin binasının 2-ci mərtəbəsində Nüşabədən qəbul etmiş və Nüşabəyə tapşırmışdır ki, Rəna yanvar ayının 10-dan işə çıxa bilər. Bundan sonra o, Rənanın işə qəbul edilməsinə köməklik etməsi qarşılığında aldığı 3500 manat pulu borclarına xərcləmişdir. O, həmin puldan notarius Şahid1 hər hansı məbləğdə pul verməmişdir. Rəna 10 yanvar 2023-cü il tarixdən etibarən Lənkəran rayon 1 saylı notariat ofisinin yerləşdiyi binada işə başlamışdır. O, belə fikirləşmişdir ki, Rənaya müəyyən işlər tapşırar və hər ay Rənaya 300 manat əmək haqqı verər. O, işlədiyi müddətdə Rənaya müxtəlif işlər tapşırmışdır. Rəna daha çox işi olmayanda notariat ofisinin arxivində olmuş və arxiv işlərinə köməklik etmişdir. Rəna hər dəfə ona rəsmi işə götürməsini xahiş etmişdir. O isə yalandan Rənaya səbirli olmasını, yaxın vaxtlarda onun işini Şahid1 xahiş edəcəyini deyir, lakin Rənanın işə qəbul edilməsini notarius Şahid1 xahiş etməmişdir. Çünki həmin dövrdə notariat ofisində vakant vəzifə olmamışdır. 2023-cü ilin aprel ayında Rənaya daha binada sənədlərin surətlərini çıxarması işləri ilə məşğul olmasını tapşırmışdır. Rəna həmin vaxtdan onun yanında işləməklə sənədlərin surətlərinin çıxarılması işlərini görməyə başlamışdır. Hər ay Rənaya 300 manat əmək haqqı verilmişdir. O, Rəna ilə əmək müqaviləsi bağlamamışdır. Rəna orta ixtisas təhsilli olduğu üçün onu notariat ofisinə işə götürməyəcəklərini əvvəlcədən bildiyi üçün onun xahişini Şahid1 etməmişdir. Beləliklə, Rəna 2024-cü ilin yanvar ayının 16-dək Lənkəran rayon 1 saylı notariat ofisinin binasında sənədlərin surətlərinin çıxarılması işlərini görmüşdür. 16 yanvar 2024-cü il tarixdə notariat ofisi X43 Xidmət Mərkəzinə köçürülmüşdür. Bundan sonra notarius Şahid1 Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən notariusun ofisini bağlamışdır. O, məcbur olub Rənaya daha işə getməməsini tapşırmışdır. Bundan sonra Rəna ondan pulunu istəməyə başlamışdır. O isə Rənaya pulunu yaxın vaxtlarda qaytaracağını bildirsə də, nəğd pulu olmadığı üçün Rənanın pulunu qaytara bilməmişdir. Rəna ilə yanaşı anası Nüşabə də, dəfələrlə ona zəng edərək Rənanın işinə görə verdiyi pulu istəmişdir. O, Zərərçəkmiş şəxs1 pulu qaytaracağına söz versə də, qaytara bilməmişdir. Bundan başqa, o, Şahid3 tanıyır. Şahid3 ilə hər hansı qohumluq əlaqələri yoxdur. Şahid3 iş üçün notariat ofisinə müraciət edərkən tanımışdır. Belə ki, o, 2023-cü ilin iyun ayının əvvəlində Lənkəran rayon 1 saylı notariat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən binasında olarkən təsadüfən ona müraciət edərək, iş üçün müraciət etmək istədiyini bildirmişdir. Həmin vaxt onun borcları olduğundan belə qərara gəlmişdir ki, həmin qadından işə qəbul edilməsi müqabilində pul alsın. O, həmin qadına işə qəbul üçün köməklik edəcəyini demişdir. O, sonradan adının Ramilə olduğunu bildiyi qadını işlə bağlı ətraflı söhbət etmək üçün notariat ofisinin 2-ci mərtəbəsinə dəvət etmişdir. O, Ramiləyə notariat ofisində sənədləşmə işləri ilə bağlı xidmət göstərdiyini demişdir. Ramilə ona yaxın vaxtlarda X43 Xidmət mərkəzinin açılacağını eşitdiyini, həmin mərkəzdə notariat ofisində kargüzar işləmək istədiyini bildirmişdir. O, Ramiləyə yaxın vaxtlarda Lənkəran Asan Xidmət mərkəzinin açılacağını demişdir. O, Ramilədən təhsili və iş yeri haqqında soruşmuşdur. Ramilə ona 2004-cü ildə X15 ibtidai sinif müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdiyini və 10 il uşaq bağçasında tərbiyəçi işlədiyini bildirmişdir. O, Ramilənin ali təhsilli olmasına və uzun müddətli stajı olduğuna görə onu notarius Şahid1 xahiş etsə, Ramiləni işə götürə biləcəyini fikirləşmişdir. Ona görə Ramiləyə bir neçə ildir notariat ofisində işlədiyini və notariat ofisinin xüsusi notariusu Şahid1 yanında böyük hörmətə sahib olduğunu demişdir. O, Ramiləyə təklif etmişdir ki, əgər istəsə onu Şahid1 xahiş edə bilər və Səfər onun xahişi ilə onu işə götürəcəkdir. Bundan sonra Ramilə ondan onun işə götürməsinə kömək etməsini xahiş etmişdir. O, Ramiləyə narahat olmamasını və onu işə götürmək üçün bir qohum kimi notariusdan şəxsən xahiş edəcəyini bildirmişdir. O, Ramilədən diplomun, şəxsiyyət vəsiqəsinin surətlərini, yaşayış yerindən və sağlamlıq haqqında arayışları qısa müddətdə toplayıb ona təqdim etməsini tapşırmışdır. Bundan sonra Ramilə getmişdir. Həmin ərəfədə X43 Xidmət Mərkəzində notariat ofisində işləmək üçün işçi axtarıldığından, o, notarius Şahid1 yanına gedərək Ramilə adlı qohumu olduğunu, ali təhsilli qadın olduğunu və kargüzarlıq sahəsində işləmək istədiyini bildirərək, onun notariat ofisində işə qəbul etməsini xahiş etmişdir. Şahid1 ona Ramilənin şəxsi işini toplayıb, ona təqdim etməsini, əgər işə qəbulla bağlı prosedurlardan keçsə, onu işə götürəcəyini demişdir. Səhəri günü, 2023-cü ilin iyun ayının əvvəlində Ramilə əri İqbal ilə birlikdə onun yanına gələrək, Lənkəran rayon Mərkəzi Xəstəxanasından sağlamlıq haqqında arayış, Lənkəran şəhər icra nümayəndəliyindən yaşayış yerindən arayış, həmçinin şəxsiyyət vəsiqəsi və diplomunun surətlərini ona təqdim etmişdir. O, İqbalı tanımış, İqbal kafelərdən birində ofisiant işləyir. O, sənədlərə baxmışdır. Ramilə bütün sənədləri toplamışdı. O, Ramiləyə Səfər müəllimlə danışdığını və işə götürülməsini təmin edəcəyini bildirmişdir. O, Ramiləyə və İqbala Ramilənin notarius Şahid1 xahişini etdiyinə görə ona 3000 manat pul vermələrini demişdir. Əvvəlcə Ramilə narazılıq etmişdir. Ramiləyə 3000 manat pulu onun xahişini etdiyinə görə istədiyini, bu pulun işə qəbula aid olmadığını demişdir. O, Ramiləyə izah etmişdir ki, “yaxın vaxtlarda açılacaq X43 Xidmət Mərkəzində notariat ofisində işləmək istəyən insanlar çoxdur və notariusa müraciət edənlər vardır. Mən sənin xahişini edib səni qabağa salıram” demişdir. O, Ramiləyə və İqbala yenə demişdir ki, işə qəbul proseduru başlayıb, insanlar sənədləri notariat ofisinə təqdim edirlər, sonra gec olacaqdır. Ramiləyə izah etmişdir ki, pulu onu notarius Şahid1 xahiş etdiyinə görə istəyir, o, Səfərdən hər dəfə iş xahiş edən deyil, Şahid1 onun sözünü eşidəcək və onu işə götürəcəkdir. Bundan sonra Ramilə və İqbal ona 3000 manat pul verməyə razılıq vermişlər və xəbər edəcəklərini deyib getmişlər. O, yenə bir narazılıq olmaması üçün Şahid1 müraciət edərək, Ramiləni işə götürməsini xahiş etmiş və Ramilənin topladığı sənədləri Şahid1 təqdim etmişdir. Şahid1 sənədlərə baxıb, gələcəkdə bir problem çıxmasa Ramiləni işə götürəcəyinə söz vermişdir. Şahid1 ona bildirmişdir ki, iş üçün sənəd verən namizədləri bir müddət sonra Notariat Baş İdarəsinə çağıracaqlar, namizədlər çağırılanda Ramilə də, gedər. O, bu barədə Ramiləyə məlumat verəcəyini demişdir. Həmin vaxtdan təxminən 2-3 gün sonra 2023-cü ili iyun ayının əvvəlində Ramilə və İqbal birlikdə ünvan 13riat ofisinə gəlib, ona müraciət etmişlər. Şahid4 3000 manat pulu ona təqdim etmişdir. O, pulu İqbaldan götürüb cibinə qoymuşdur. O, Ramiləyə iş məsələsini Şahid1 yenidən xahiş etdiyini və işə qəbul ediləcəyini demişdir. O, Ramiləyə məlumat vermişdir ki, işə qəbulla bağlı sənədlər yoxlanılmalıdır, bunun üçün bir müddət gözləməlidir. Ramilə və İqbal onunla razılaşmışlar. 2023-cü ilin avqust ayının əvvəlində Şahid1 ona Ramilənin Notariat Baş İdarəsinə getməsini tapşırmışdır. O, İqbala zəng edərək, bu barədə məlumat vermişdir. Ramilə Bakı şəhərinə gedib Notariat Baş İdarəsinə müraciət etmişdir. Orada Ramilə qəbulda olmuş və onunla fərdi söhbət aparılmışdır. Ramilə 2023-cü ilin avqust ayının əvvəlindən sonuna qədər Bakı şəhər 7 saylı Asan Xidmət Mərkəzində notariat ofisində və 2023-cü ilin sentyabr ayında X55 Xidmət Mərkəzində təcrübə keçmişdir. X43 Xidmət Mərkəzi 2023-cü ilin sentyabr ayında açılacağı gözlənilsə də, həmin vaxt açılmamışdır. Şahid1 ona Mərkəzin açılışının növbəti ilə qaldığını demişdir. O, Şahid1 xahiş etmişdir ki, Ramilə notariat ofisinə gəlib bir müddət burada işləri öyrənsin. Şahid1 Ramilənin notariat ofisində iş öyrənmək üçün gəlməsinə narazılığının olmadığını bildirmişdir. O, İqbala zəng edərək, Ramilənin Lənkəran rayon 1 saylı notariat ofisinə gəlib kargüzarlıq işlərini öyrənməsini tapşırmışdır. Ramilə bir müddət notariat ofisinə gəlib kargüzarlıq işlərini öyrənmişdir. 2023-cü ilin oktyabr ayının əvvəlində Şahid1 onu çağırıb, yeni işə qəbul ediləcək namizədlərlə iclas keçirmək istədiyini bildirmiş və xahişini etdiyi şəxsi də, iclasa dəvət etməsini ona tapşırmışdır. O, İqbala zəng edib, Ramilənin notariat ofisinə gəlməsini demişdir. İclasda Ramilə də iştirak etmiş, Səfər Ramiləni tanımadığını ona demişdir. O, bu barədə Ramilədən məlumat aldıqdan sonra Səfər müəllimin yanına gedərək xahişini etdiyi şəxsin Ramilə olduğunu demişdir. Səfər müəllim ona Ramiləni tanımadığı üçün ondan kim olduğunu soruşduğunu, narahat olmamasını, işə qəbul məsələsini həll edəcəyini demişdir. O da bu barədə Ramiləyə məlumat vermişdir. Şahid1 2023-cü ilin dekabr ayında ona X43 Xidmət Mərkəzinin 2024cü ilin yanvar ayının ortalarında açılacağını bildirmiş və namizədlərin Notariat Baş İdarəsinə getməli olduqlarını deyərək, bu barədə xahişini etdiyi namizədə məlumat verməsini ona tapşırmışdır. O, İqbala zəng edərək, Asan Xidmət Mərkəzinin 2024-cü ilin yanvar ayının ortalarında açılacağını və bundan qabaq Ramilənin dekabr ayının sonunda Bakı şəhərində təcrübə keçməsi barədə məlumat vermişdir. Ramilə 2023-cü ilin dekabr ayının sonunda Bakı şəhəri 7 saylı Asan Xidmət Mərkəzində notariat ofisində kargüzarlıq işi üzrə təcrübə keçmişdir. 2024-cü ilin yanvar ayının əvvəlində Şahid1 sözü ilə İqbala zəng edərək, Asan Xidmət Mərkəzində forma verildiyini bildirmiş və formanı götürmək üçün Mərkəzə getməsini tapşırmışdır. Ramilə 7 yanvar 2024-cü il tarixdə X43 Xidmət Mərkəzinə gedərək oradan formasını götürmüşdür. Şahid1 ona Ramilənin 16 yanvar 2024cü il tarixdə X43 Xidmət Mərkəzinin açılışı ilə əlaqədar saat 14-də işdə olmasını dediyindən, o, İqbala zəng edərək bu barədə məlumat vermişdir. Ramilə həmin gün işdə olmuşdur. Notarius Şahid1 Ramiləni qəbul etmişdir. Şahid1 17 yanvar 2024-cü il tarixli əmri ilə Ramiləni aparıcı mütəxəssis-kargüzar vəzifəsinə işə götürmüşdür. Ramilə 17 yanvar 2024-cü il tarixdən X43 Xidmət Mərkəzində notariat ofisində aparıcı mütəxəssiskargüzar vəzifəsində işləyir. O, Şahid3 Lənkəran rayon 1 saylı notariat ofisinə işə qəbul edilməsini notarius Şahid1 xahiş etməsi müqabilində ondan 3000 manat alsa da, bu barədə Şahid1 məlumat verməmişdir. Şahid1 onun Ramilənin işinə görə pul almağından məlumatı olmamış və o, buna görə Şahid1 pul verməmişdir. O, yalnız Ramilənin işə götürülməsini Şahid1 xahiş etmişdir. Şahid1 ona Ramiləni işə götürəcəyini söz vermiş və Ramiləni işə götürmüşdür. Şahid1 Ramiləni işə götürməsinə görə ondan pul istəməmiş və almamışdır. O, Ramilənin işini xahiş etdiyinə görə aldığı 3000 manat pulu borclarına ödəmişdir. Lənkəran rayonu, Gərmətük qəsəbəsinin sakini Zərərçəkmiş şəxs2 2022-ci ilin yay aylarından tanıyır. Zərərçəkmiş şəxs2 Gərmətük qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs2 Lənkəran rayonu, Gərmətük qəsəbəsində köhnə Ələt-Astara avtomobil yolunun sağ kənarında 1 mərtəbəli, ümumi 600 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ona müraciət etmişdir. O, həmin gün Allahşükürlə birlikdə qeyd olunan torpaq sahəsinə baxmışdır. Söhbət əsnasında Allahşükür ona bildirmişdir ki, həmin 0,06 ha torpaq sahəsinin arxa hissəsində 0,38 ha pay torpaq sahəsi vardır və həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlıdır. 0,06 ha torpaq sahəsinin köhnə bələdiyyə sənədi, pay torpaq sahəsinin isə ümumiyyətlə sənədi olmamışdır. Allahşükür ona həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını yaşayış məntəqələri kimi dəyişməklə, hər iki torpaq sahəsinə dair vahid daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağın mümkün olub-olmadığını ondan soruşmuşdur. O, Allahşükürə bu işi maraqlanıb ona məlumat verəcəyini demişdir. Onun ayrı-ayrı şəxslərə borcları yarandığından, belə qərara gəlmişdir ki, Allahşükürə bu işdə köməklik edər və maddi qazancı olar. O, Allahşükürlə görüşüb bu işin həlli üçün 25000 manat pul lazım olduğunu demişdir. Allahşükür ona məlumat verəcəyini bildirmişdir. Allahşükür vəkili Şahid5la məsləhətləşmiş və onu notarius Şahid1 soruşmuşlar. Şahid1 da onlara bildirmişdir ki, Orxan bu işi görəcəkdir. O, Allahşükürlə danışdıqdan sonra qeyd olunan torpaq sahəsinin təyinatının yaşayış məntəqərinə dəyişdirilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması işini 20000 manata razılaşmışdır. Bunun üçün Allahşükür ona etibarnamə vermişdir. Həmin pulun 15000 manatı ona 2 dəfəyə verilmişdir. Belə ki, əvvəlcə 2023-cü ilin iyul ayının ortalarında Allahşükür vəkil İbarət vasitəsi ilə Şahid1 10000 manat və 1 həftə sonra 5000 manatı Şahid1 vermişdir. Hər dəfə Şahid1 onu notariat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən inzibati binasına çağıraraq, pulları ona vermişdir. Şahid1 pulu Allahşükürdən nə məqsədlə almağından məlumatı olmamışdır. O, Lənkəran ŞİH-dən həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs2 istifadəsində olmasına dair baş plan almışdır. Həmin sənədi Allahşükürə təqdim etmişdir. O, qeyd olunan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və çıxarış verilməsi üçün heç bir dövlət orqanına müraciət etməmişdir. Allahşükür və vəkil Şahid5 ona zəng edərək torpaq sahəsinin sənədləri ilə maraqlanmışlar. Lakin o, həmin işi görməmişdir. Belə olan halda İbarət və Allahşükür dəfələrlə ona və Şahid1 müraciət edərək, pulu istəmişlər. Nəhayət 2024-cü ilin yanvar ayında Gərmətük bələdiyyəsinin sədri Şahid6 ona müraciət edərək qeyd olunan torpaq sahəsinə sənəd almaq üçün həmin torpaq sahəsini bələdiyyənin hesabına köçürəcəyini, bunun üçün ödənişlər etməli olduğunu, onu Allahşükürün göndərdiyini və verdiyi pulu qaytarmağı bildirmişdir. O, 2000 manat pulu notariusun binasında Təmirlana vermişdir. Həmin vaxtdan sonra yenə Zərərçəkmiş şəxs2 və vəkil Şahid5 dəfələrlə ona və notarius Şahid1 zəng edərək, pullarını istəmişlər. Lənkəran rayon sakini Zərərçəkmiş şəxs3 2023-cü ilin iyul ayından tanıyır. Zərərçəkmiş şəxs3 qohumu X1 rayon 1 saylı notariat ofisində mütəxəssis işləyir. Həmin vaxt Ayla Cəbrayılovanın əri Mütəllib Cəbrayılov ona müraciət edərək, qohumu Zərərçəkmiş şəxs3 Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində 0,045 ha torpaq sahəsi olduğunu, lakin başqa şəxs tərəfindən torpaq sahəsinin zəbt edildiyini bildirmiş və bu işdə ona kömək etməsinin mümkün olub-olmadığını soruşmuşdur. O, Mütəllibə bildirmişdir ki, bu işdə Hafizə kömək edər. O, Hafizlə telefon əlaqəsi saxlayıb ona bu işdə kömək edəcəyini demişdir. O, həmin torpaq sahəsinə baxmış, məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi tanışı Şahid12 bacısı oğlunun istifadəsindədir. Hafizin əlində həmin torpaq sahəsinə dair keçmiş TXK-dən verilmiş baş plan və ölçü sənədi olmuş, həmin sənədin arxivdə kökü mövcud olmamışdır. O, Hafizlə danışıb belə razılaşmışdır ki, “Tehranla danışaram, ya sən Tehranın torpağını al, ya da, Tehran səni torpağını alsın”. O, Hafizdən torpağı adına keçirəcəyinə köməklik etməyinə görə 1500 manat pul istəmişdir. Hafiz həmin pulu ona 2023-cü ilin avqust ayının əvvəlində ünvan 2 ünvanında yerləşən binasında vermişdir. O, Tehranla danışmış, lakin Tehran razılıq verməmişdir. Ona görə də, o, həmin işdə Hafizə köməklik edə bilməmişdir. O, Hafizdən aldığı pulu borclarına xərcləmiş, Hafizin həmin torpaq işini həll edə bilməmişdir. Bundan başqa, Hafizin torpaq almaq fikri olmuşdur. O, belə qərara gəlmişdir ki, notariusun qarşısında yerləşən Lənkəran regional Gigiyena və Epidemiologiya Mərkəzinin bağ sahəsinin guya hərraca çıxması barədə Hafizə bildirsin və həmin torpaq sahəsinə görə Hafizdən pul alsın. O, Hafizlə 2023-cü ilin avqust ayında danışıb ona təklif etmişdir ki, Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin bağ sahəsi hərraca çıxacaqdır və əgər istəyirsə satınalma yolu ilə onun adına özəlləşdirilməsində köməklik etsin. O, torpaq sahəsini Hafizə göstərmişdir. Hafiz həmin torpaq sahəsini almağa razılaşmışdır. O, Hafizdən torpaq sahəsinin adına özəlləşdirilməsi üçün rüsumlarla birlikdə 25000 manat pul istəmişdir. Hafiz onunla razılaşmışdır. İlkin olaraq o, Hafizdən 2023-cü ilin avqust ayının əvvəlində Lənkəran rayon notariat ofisinin binasında 6000 manat pulu almışdır. Həmin vaxt Mütəllib yanlarında olmuşdur. O, yalandan Hafizə 6 ay ərzində həmin torpaq sahəsinin özəlləşdirilməsi işinin yekunlaşacağını demişdir. O, 2023-cü ilin sentyabr ayının əvvəlində həmin torpaq sahəsinə görə Hafizdən 5000 manat pul istəmiş və həmin pulu bir neçə gün sonra notariusun binasında Hafizdən almışdır. O, Hafizə izah etmişdir ki, bir müddət gözləsin. Hafiz hər dəfə ona zəng edib maraqlandıqda, Hafizə bir az gözləməsini, işin həll olunacağını bildirmişdir. O, 2023-cü ilin oktyabr ayının əvvəlində yenidən Hafizə zəng edərək ondan torpaq sahəsinə görə 6000 manat pul istəmişdir. Hafiz bir neçə gün ərzində pulu düzəldib ona xəbər edəcəyini demişdir. O, 2023-cü ilin oktyabr ayının əvvəlində Hafizin təklifi ilə Hafizin işlədiyi Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən “Evro Stile” kişi geyimləri mağazasına gedərək, 6000 manat pulu Hafizdən təhvil almışdır. Həmin vaxt Mütəllib yanlarında olmuşdur. Bundan sonra 2023-cü ilin oktyabr ayının ortalarında o, Hafizə zəng edərək torpaq məsələsi üçün yenə 2000 manat verməsini demişdir. Hafiz onunla razılaşmış və onlar Lənkəran şəhəri, M.M.Axund küçəsində görüşüb Hafizdən 2000 manat pul almışdır. O, sonuncu dəfə 2023-cü ilin oktyabr ayının sonunda Hafizlə telefon əlaqəsi saxlayaraq 1700 manat da pul istəmişdir. Hafiz həmin pulu ona notariat ofisinin inzibati binasında vermişdir. Zərərçəkmiş şəxs3 aldığı pulların hamısını şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin pul vəsaiti Zərərçəkmiş şəxs3 torpaq sahəsinin adına özəlləşdirilməsi adı ilə alınmış, lakin heç bir özəlləşmə olmamışdır. O, bu işə görə heç bir dövlət orqanına müraciət etməmişdir. Ona görə də, Hazif pulunu istəməyə başlamışdır. Belə ki, Hafiz dəfələrlə ona zəng edərək ondan pulunu istəmişdir. Nəhayət 2024-cü ilin fevral ayında Şahid1 bankdan kreditə pul götürdükdən sonra onun borclarının çox olduğunu görüb ona pul vermiş, Şahid1 həmin puldan 12000 manatı evində Hafizin qohumu Mütəllibə qaytarmışdır. Belə ki, o, Hafizlə qarşılaşmamaq üçün Şahid1 xahiş etmişdir ki, Hafizin pulunu özü versin. Həmin vaxt Hafiz ona zəng edərək qalan 10100 manatı istəmişdir. O, Hafizə pulu qısa müddətdə qaytaracağına söz versə də, qaytara bilməmişdir. Hafiz pulu Vahid adlı qohumundan borc aldığı üçün Vahid Mütəlliblə birlikdə Şahid1 yanına getmiş, onun xahişi ilə Səfər onlara bir ay ərzində ödəniləcəyini demiş, növbəti dəfə müraciət edəndə isə, pulu verməyəcəyini demişdir. Hafiz onunla əlaqə saxlayanda hər dəfə ona yalandan pulu Şahid1 verdiyini və pulunu ondan tələb etməsini demişdir. Zərərçəkmiş şəxs3la aralarında olan razılaşma müddətində və pul verildiyi müddətdə Zərərçəkmiş şəxs3la Şahid1 arasında hər hansı danışıq və razılaşma olmamışdır. Zərərçəkmiş şəxs3 cəmi 20700 manat pulu isə Lənkəran regional Gigiyena və Epidemiologiya Mərkəzinin həyətinin ona hərrac yolu ilə özəlləşdirilməsi adı ilə almışdır. Hər iki halda vədinə əməl etməmişdir. Hafizdən aldığı pullarla borclarını ödəmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Lənkəran şəhəri, H.Aslanov xiyabanı küçəsində, vağzal ərazisində bina tikintisi ilə məşğul olan Zərərçəkmiş şəxs4 2022-ci ildən tanıyır. Zərərçəkmiş şəxs4lə münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs4 ona müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində inşa etdirdiyi mənzillərin alqı-satqısını notariusda rəsmiləşdirmək istədiyini demişdir. O, belə qərara gəlmişdir ki, notariusun depozit hesabına qoymaq adı ilə İnamdan 10000 manat pul alıb şəxsi işlərini görsün, sonra İnamın işini həll edər. Ona görə o, İnamla əlaqə saxlayaraq mənzillərin özəlləşdirilməsinə görə 10000 manat depozitə pul qoyulmalı olduğunu yalandan bildirmişdir. Zərərçəkmiş şəxs4 10000 manat pulu 2023-cü ilin sentyabr ayının əvvəlində Lənkəran rayon 1 saylı notariat ofisinin binasında ona təqdim etmişdir. Borc sahibləri pullarını ondan istədiklərinə görə həmin pulu da xərcləmişdir. Lakin Zərərçəkmiş şəxs4 həmin işini görməmişdir. Bundan başqa, 2023-cü ilin noyabr ayının əvvəlində bələdiyyə torpaqlarının ilkin alqısatqısı işləri üçün müştərilər tərəfindən ona müraciət olunmuşdur. Lakin müştərilərdə nəğd pul vəsaiti olmamışdır. O, bu işdə qazanc olduğunu görüb tanışı Zərərçəkmiş şəxs4 təklif etmişdir ki, bələdiyyə torpalarının ilkin alqı-satqısı üçün notariusun depozit hesabına qoyulması üçün təxminən 25000 manat pul versə, həm işi həll edər, həm də əldə etdikləri qazancı öz araların bölərlər. Onun məqsədi o olmuşdur ki, əldə etdiyi gəlirlərlə İnama olan borcuna ödəyər. Onun pula ehtiyacı olduğuna görə Zərərçəkmiş şəxs4 bələdiyyə torpaqlarının ilkin alqı-satqısı adı ilə notariusun depozit hesabına pul qoyulmalı olduğunu yalandan bildirmiş və bu adla ondan 23500 manat pul istəmişdir. O, İnama bildirmişdir ki, əgər həmin pulu versə, alqı-satqı işlərindən əldə olunacaq gəliri öz aralarında bölərlər. Zərərçəkmiş şəxs4 onunla razılaşmışdır. O, 2023-cü ilin noyabr ayının əvvəlində Lənkəran rayon 1 saylı notariat ofisinin binasında Zərərçəkmiş şəxs4 23500 manat pulu almışdır. Lakin həmin pul notariusun depozit hesabına qoyulmamış və o, həmin pullarla ümumi borclarını bağlamışdır. Zərərçəkmiş şəxs4 pul vəsaitlərini almasından Şahid1 sonradan məlumatı olmuşdur. Zərərçəkmiş şəxs5 2023-cü ilin noyabr ayında Lənkəran rayon 1 saylı notariat ofisinə gəlib ona müraciət edərək, ana babasının ona vəsiyyət etdiyini və adına olan əmlakı oNa vəsiyyət etdiyini, buna görə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. O, bu işdə ona köməklik edəcəyini demişdir. Fəhmin ona babasının əlyazma formasında yazdığı vəsiyyətnaməni göstərmişdir. O, Fəhminə izah etmişdir ki, vəsiyyətnamə icra nümayəndəliyində və ya notariusda təsdiq edilməlidir. Fəhmin ona belə olan halda, babasını notariat ofisinə gətirəcəyini demişdir. O, Fəhminə əgər babası gəlib notariat ofisində vəsiyyətnamə versə, ona köməklik olunacağını demişdir. 2023-cü ilin dekabr ayının ortalarında Fəhmin yenidən notariat ofisinə gəlib, ona müraciət edərək babası Hüseynin dekabr ayının əvvəlində vəfat etdiyini, ona görə babasını notariusa gətirə bilmədiyini bildirmişdir. Fəhmin ona babasının adına olan əmlakı necə öz adına keçirə biləcəyini soruşanda, Fəhmindən həmin torpaq sahəsinin şəhadətnaməsi, nənəsinin və babasının ölüm sənədləri, anasının doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsini istəmişdir. O, Fəhminə izah etmişdir ki, babasının övladları olduğu halda, onlar əgər miras əmlakdan imtina ərizələri verərlərsə, əmlakı onun adına rəsmiləşdirmək mümkün olacaqdır. Fəhmin ona dayıları və xalaları ilə danışıb, ona məlumat verəcəyini demişdir. O, Fəhminə nə vaxt müraciət etsə, ona köməklik edəcəyini bildirmiş, eyni zamanda Fəhminə babasının adına olan əmlak barədə sorğu verəcəyini demişdir. Onun xahişi ilə notarius Şahid1 21 dekabr 2023-cü il tarixdə DƏDRX-nin 10 saylı Ərazi İdarəsinə miras əmlakın sahibinin adına Forma 1 arayışı verilməsi üçün sorğu göndərmişdir. Eyni zamanda Lənkəran rayon Qeydiyyat şöbəsindən mərhum şəxslər barədə arayışlar alınmışdır. Fəhminin anası da, razılıq ərizəsini təqdim etmişdir. 2023-cü ilin dekabr ayının sonunda Fəhmin ona müraciət edərək dayısı və xalasının ona razılıq ərizəsi verməyəcəklərini bildirmişdir. O, Fəhminə dayıları və xalaları razılıq ərizələri verməsələr vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını Fəhminə izah etmişdir. Fəhmin isə ondan xahiş etmişdir ki, tək vərəsə kimi ona şəhadətnamənin alınmasına köməklik etsin. Həmin ərəfədə onun borcları çox olduğundan fikirləşmişdir ki, vərəsəlik işini düzəltmək adı ilə Fəhmindən pul alar, ya sonra ödəyər, yaxud onun anasına düşən payın verilməsini Səfər müəllimdən xahiş edər. O, yalandan Fəhminə demişdir ki, notariusda işləyir, Şahid1 onun sözünü eşidər, o, Səfərə deyər, vərəsəlik işini həll edib adına vərəsəlik haqqında şəhadətnama alar. Fəhmin onunla razılaşmışdır. O, Fəhminin ona inanması üçün həmin vaxt Şahid1 xidməti otağına daxil olub, yenidən Fəhminin yanına qayıtmışdır. O, Fəhminə onun vərəsəlik işini həll edə biləcəyini, lakinin bunun çətin iş olduğunu bildirmiş və təklif etmişdir ki, əgər pul versə, ona köməklik edə biləcəyini demişdir. Fəhmin onunla razılaşmış və həmin vaxt ona 1700 manat pul vermişdir. O, Fəhminə guya vərəsəlik işini həll etmək üçün Şahid1la danışacağını demiş, yalandan bir bəhanə ilə Şahid1 xidməti otağına daxil olmuş və bir neçə dəqiqə sonra otaqdan çıxmışdır. Fəhmin salonda onu gözləmişdir. O, Fəhminə vərəsəlik işinə görə əlavə 500 manat pul verməsini demişdir. Fəhmin pulu olmadığını bildirsə də, yanında onunla gələn bir şəxsdən 500 manat pul alıb ona vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs5 tək vərəsə kimi adına vərəsəlik haqqında şəhadətnamə verilməsinə görə ondan 2200 manat pul almış və borclarına xərcləmişdir. 2024-cü ilin yanvar ayının əvvəlində Fəhmin Forma 1 arayışını ona təqdim etmiş, həmin arayışda əmlakın ölmüş şəxslərdən əlavə X30 (dayısı) və X9 (xalası) ümumi birgə mülkiyyətdə olduğunu görmüşdür. O, bir müddət Fəhmini yubatmış və işin həlli ilə bağlı müxtəlif bəhanələr gətirmişdir ki, işini həll edəcəkdir. Lakin həll etməmişdir. O, nəhayət Fəhminə təklif etmişdir ki, anasına düşən payı rəsmiləşdirsin Lakin Fəhmin razılaşmamış və pulu ondan tələb etməyə başlamışdır. Fəhminin pulunu qaytara bilməmişdir. Fəhmin prokurorluğuna şikayət etdəndən sonra onun pulu qaytarılmışdır. Lənkəran şəhər sakini olan tanıdığı şəxs Zərərçəkmiş şəxs6 2024-cü ilin yanvar ayının əvvəlində ona müraciət edərək, ünvan 5 ünvanında yerləşən çayxanaya bitişik 13,9 kv.metr qeyri-yaşayış obyektinin özəlləşdirməyin mümkün olub-olmadığını soruşmuşdur. O, Zahidlə birlikdə çayxanaya gedib baxmış və sənədlərlə tanış olmuşdur. Obyektin texniki pasport sənədində 13.9 kv.metr ərazi zəbt torpaq sahəsi kimi qeyd edilmişdir. Zahid həmin zəbt sahəni adına rəsmiləşdirmək istədiyini bildirmişdir. O, Zahidə bu işdə kömək edəcəyini demişdir. O, bu işə görə Zahiddən 1800 manat pul istəmişdir. Zahid onunla razılaşmışdır. O, bunun üçün aidiyyəti dövlət orqanlarına, yəni 1300 manat Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət şöbəsindən verilən istismar aktı üçün, 420 manat torpağın plan və ölçüsü üçün və 90 manat şəhərsalma üçün olmaqla, cəmi 1800 manat xərcinin çıxacağını demişdir. Zahid onunla razılaşmışdır. O, aidiyyəti üzrə müraciət edəcəyini və sənədlər hazır olandan sonra çıxarışı alacağını bildirmişdir. Zahid 1800 pulu ona həmin vaxt, yəni 2024-cü ilin yanvar ayının əvvəlində Zahidin çayxanasının qarşısında oğlu Şahid11 yanında vermişdir. O, həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Onun tapşırığı ilə X46 Nazirliyinə və Daşınmaz əmlaka idarəsinə müraciət etmişdir, sənəd Daşınmaz Əmlakda hazır olsa da, pulu olmadığına görə xidmət haqqını ödəyə bilməmişdir. Ona görə də, Zərərçəkmiş şəxs6 şikayət etmişdir. Lənkəran rayonu, Vilvan kənd sakini olan tanıdığı şəxs Zərərçəkmiş şəxs7 2024-cü ilin yanvar ayının sonunda Lənkəran Asan Xidmətdə notariat ofisinə gələrək Lənkəran rayonu, Vilvan kəndində yerləşən özünə məxsus 0,09 ha torpa sahəsi olduğunu və həmin torpaq sahəsinin təyinatını dəyişdirərək çıxarış almaq istədiyini bildirmişdir. O, bu işdə İltifata köməklik edəcəyini demiş və buna görə İltifatdan 1000 manat pul istəmişdir. İltifat onunla razılaşmışdır. O və İltifat qeyd olunan torpaq sahəsinə gedib torpağa baxmışlar. O, həmin torpaq sahəsinin təyinatını yaşayış məntəqələrinin torpaqlarına dəyişdirməyə və çıxarış alınmasında köməklik edəcəyini yalandan bildirmişdir. Bu adla İltifatdan həmin torpaq sahəsinin yanında 1000 manat pul almışdır. O, İltifatdan aldığı pulu borclarına xərcləmiş, lakin Zərərçəkmiş şəxs7 işini həll etməmişdir. Zərərçəkmiş şəxs4 vasitəsi ilə 2024-cü ilin aprel ayının ortalarından tanıdığı polis əməkdaşı Zərərçəkmiş şəxs8 ona Masallı şəhərində yerləşən atasına məxsus 0,09 ha torpaq sahəsinə dair çıxarış almaq istədiyini, lakin döngə koordinatlarının fərqli ünvanda göstərildiyini bildirmişdir. O, bu işə görə Loğmandan 2000 manat pul istəmiş və 1800 manata razılaşmışlar. O, Loğmandan 1800 manatı 2 dəfəyə, 1000 manatı kart hesabına, 800 manatı isə əlbəəl almışdır. Belə ki, Loğman 1000 manatı 19 aprel 2024-cü il tarixdə onun tanışı olan Şahid12 məxsus plastik kartın hesabına göndərmiş, o, pulu nəğdləşdirib götürmüşdür. Qalan 800 manatı isə 10 gün sonra Ələt-Astara yolunun Lənkəran rayonun ərazisində yerləşən hissəsində Loğmanla görüşüb ondan götürmüşdür. O, Loğmandan pulu aldıqda sonra həmin torpağı sistemdə yoxlatdırmış və məlum olmuşdur ki, torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda deyildir. Onun sözü ilə Loğmanın atası əmlaklarının siyahısı haqqında Asan Xidmətdən arayış almış və arayışda təsadüfən həmin torpaq sahəsi göstərilmişdir. Bundan sonra o, Loğmanla birlikdə Cəlilabada getmiş və onlara izah olunmuşdur ki, koordinat səhvi olduğuna görə çıxarış verilməsi mümkün deyildir. O, Loğmana izah etmişdir ki, bu iş texniki səhvdir və müraciət etsə işi həll olunacaqdır. O, Loğmandan aldığı həmin pulu borclarına xərcləmişdir. 2024-cü ilin aprel ayında Zərərçəkmiş şəxs7 qohumu Əfqan adlı şəxslə X43 Xidmət Mərkəzinə gələrək ona müraciət edib, Əfqanın Lənkəran rayonu, Siyavar kəndinin ərazisində yerləşən maye qazdoldurma stansiyasının yerləşdiyi torpaq sahəsini adına özəlləşdirmək istədiyini bildirmişdir. O, torpaq sahəsinə baxmağı təklif etmişdir. Onlar həmin gün Siyavar kəndində qeyd olunan qazdoldurma stansiyasının yanında görüşmüşlər. O, qeyd olunan əraziyə tanışı Şahid15la birlikdə “Vaz 2106” markalı tanımadığı taksi avtomobilində getmişdir. O, həmin torpaq sahəsinin özəlləşdirilməsinə köməklik olunmasına görə 3000 manat pul istəmişdir. Əfqan onunla razılaşmamışdır. Daha sonra Əfqanla 2500 manata razılaşmışlar. Həmin məsələdə tanışı Şahid15 onun yanında olmuşdur. Həmin gün onlar Şıxakəran kəndinə getmişlər və Əfqan yaşadığı evin qarşısında ona 1000 manat pul vermiş, qalan pulu isə 2-3 günə göndərəcəyini demişdir. Əfqan qalan 1500 manat pulu isə 26 aprel 2024-cü il tarixdə Şahid15 adına olan kart hesabına göndərmişdir. Belə ki, o, Əfqanla danışdıqdan sonra Vasifin kartının şəklini Əfqan göndərmiş, Əfqan da, pulu həmin kartın hesabına vurmuşdur. O, Vasifin plastik kart hesabından həmin pulu çıxarıb həmin pulları borclarına vermişdir. Vasifin bu işdə hər hansı maddi marağı olmamışdır. Əfqan ona notariusda torpaq sahəsinin özəlləşdirilməsi üçün etibarnamə vermişdir. Lakin Zərərçəkmiş şəxs9 torpaq işini həll etməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq törətdiyi cinayət əməllərində Şahid1 hər hansı iştirakı və marağının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməllərindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərər çəkmiş şəxslərin onunla barışmasını və ondan şikayətçi olmamlarını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, övladı Fərziyeva (Qurbanova) Rəna Hidayət qızı 2022-ci ildə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və X29 “meşə və meşə park” ixtisası üzrə bitirmişdir. Rəna kolleci bitirəndən sonra hər hansı dövlət qurumunda işləməmişdir. Rəna 10 il olar ki, evlidir və ailəsi ilə birlikdə Lənkəran şəhərində yaşayır. Rəna işləmək istədiyindən o, qızı Rənanın işləməsi üçün Lənkəran şəhərində bir neçə yerə müraciət etmişdir. Lənkəran şəhər notariat ofisinin xüsusi notariusu işləyən Şahid1 onun qonşuluğunda yaşayır. O, 2022-ci ilin sonlarında qızı Rənanın notariusda işə qəbul edilməsi ilə bağlı Şahid1 da müraciət etmişdir. Şahid1 işə qəbul olan kimi ona xəbər edəcəyini demişdir. O, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs qızının işi ilə bağlı notariat ofisinə müraciət edənə qədər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Onun Lənkəran şəhəri 9 saylı körpələr evi-uşaq bağçasında işləyən bacısı Cəmalə Novruzova 2023-cü ilin yanvar ayının əvvəlində ona demişdir ki, tanışlarından eşitdiyinə görə notariat ofisində iş vardır və bunun üçün Orxan adlı şəxsə müraciət etməlidir. O, bu barədə qızı Rənaya bildirmiş və onlar 05 yanvar 2023-cü il tarixdə birlikdə Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ünvan 13riat ofisinə gedərək notarius Şahid1 qızı Şahid2 işə götürməsi üçün müraciət etmişdir. Şahid1 onları qəbul edib hazırda notariusda iş olmadığını, iş olanda xəbər edəcəyin bildirmişdir. Bundan sonra o, öz evinə, Rəna da öz evinə getmişdir. Həmin gün saat 16 radələrində Rəna ona zəng edərək Orxan adlı şəxsin onu yenidən notariusa çağırdığını və işə götürülməsinə kömək edəcəyini və bunun üçün 3500 manat pul istədiyini bildirmişdir. O, Rənaya demişdir ki, əgər Orxan iş məsələsini həll edəcəksə, pulu özü verəcəkdir. Orxan Rənaya özünü notariusun işçisi kimi təqdim etmişdir. Rəna Orxan adlı şəxslə danışıb ona işinin həll olunacağını bildirmişdir. O, Rənaya Orxanın istədiyi 3500 manat pulu verəcəyini demişdir. O və Rəna 07 yanvar 2023-cü il tarixdə ünvan 13riat ofisinə getmişlər. Bir nəfər yaxınlaşıb gözləmələrini demişdir. Rəna ona həmin şəxsin Orxan olduğunu bildirmişdir. Az sonra Orxan Rənanı binanın 2-ci mərtəbəsinə çağırmışdır. Onlar Təqsirləndirilən şəxs iş otağına daxil olmuşlar. Orxan onları qarşılamışdır. Orxan ona burada işlədiyini, Rənanın notariat ofisində işə götürülməsinə köməklik edəcəyini bildirmişdir. O, Orxana əgər qızını işə götürəcəksə onda pulu verəcəyini demişdir. Orxan ona narahat olmamağını, Rənanın notariusda işə götürüləcəyini bildirmiş və buna görə ondan 3500 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs fərdi qaydada dərzi işlədiyini, pulu olmadığını və həmin məbləğdə pula gücü çatmayacağını dedikdə, Orxan ona “heç cür alınmır, həmin pul verilməlidir ki, qızı işə götürə bilək” demişdir. O, Orxana 2 gün əvvəl Şahid1 yanında olduğunu, Səfər müəllim ona notariusda iş olmadığını bildirdiyini dedikdə, Orxan ona “Səfər yalan deyir, notariusda iş vardır, lakin pul verməlisən ki, qızını işə götürsün” demişdir. Orxan ona həmçinin bildirmişdir ki, “işə götürən Şahid1dur, amma Səfər heç kimə birbaşa pul demir. Mən pulu alıb Səfərə verirəm, işə götürmək mənlik deyil, Səfərlikdir”. Orxan ona əminliklə bildirmişdir ki, əgər günü bu gün həmin məbləğdə pulu ona versə qızı işə götürüləcəkdir. O, Orxanın notarius Şahid1 adından onunla belə əminliklə danışmasına və notariusda işləməsinə görə onu aldatmayacağına əmin olub Orxanla razılaşmışdır. Həmçinin sevinmişdir ki, qızı üçün artıq iş tapmışdır. O, həmin vaxt özü ilə götürdüyü 3500 manat pulu qızı Rənanın yanında Təqsirləndirilən şəxs təqdim etmişdir. Orxan pulu sayıb cibinə qoymuş və Rənaya tapşırmışdır ki, yanvarın 10-dan işə gəlsin. Rəna 10 yanvar 2023-cü ildən etibarən ünvan 13riat ofisinin yerləşdiyi binaya gedərək Təqsirləndirilən şəxs tapşırdığı sənədlərin surətlərinin çıxarılması işlərini yerinə yetirmişdir. Rəna işə görə hər ay 300 manat pul aldığını ona demişdir. İlk vaxtlar Rəna işə gedərkən onun işə götürüləcəyini düşünsə də, lakin sonradan Rəna ona bildirmişdir ki, Şahid1 rəsmi şəkildə onu işə götürməmişdir və o, yalnız Orxanın tapşırdığı işləri görür. O, buna görə bir neçə dəfə Təqsirləndirilən şəxs zəng edərək Rənanın niyə işə rəsmi qaydada götürülmədiyini və adına kart verilmədiyini soruşduqda, Orxan hər dəfə ona narahat olmamağını, qısa vaxt ərzində Rənanın rəsmi işə götürüləcəyini demişdir. Bu minvalla Təqsirləndirilən şəxs onu 2024-cü ilin yanvar ayına qədər yubatmışdır. O, şikayət edən insan olmadığı üçün hər dəfə Orxana bildirmişdir ki, Rənanı işə götüzdürür götüzdürsün, yoxsa pulunu qaytarsın. O, qızının işinə görə Orxanla söhbət etdiyindən və pulu şəxsən Orxana verdiyindən notarius Şahid1 qızının işi ilə bağlı soruşmamışdır. Çünki Şahid1 ona notariusda iş olmadığını bildirmişdir. O, artıq başa düşmüşdür ki, Orxan onu aldatmışdır. 2024-cü ilin yanvar ayının ortalarında Lənkəran şəhər notariat ofisi yeni açılmış X43 Xidmət Mərkəzinə köçürüləndən sonra notariusun köhnə binası bağlanmış və qızı Rəna Mərkəzə çağırılmamışdır. Belə olan halda, artıq o, əmin olmuşdur ki, Orxan onu aldatmışdır. Orxan isə ona “bu gün sabah Rənanın işi alınır” deyib işi yubatmışdır. O, aldandığını biləndən sonra dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək pulunu istəmişdir. Orxan isə ona pulu qısa müddətdə qaytaracağına söz versə də, qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsinin ərazisində, köhnə Ələt-Astara avtomobili yolunun sağ kənarında 0,06 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair adına ilkin sənədlər olsa da çıxarış verilməmişdir. O, 2023-cü ilin yay aylarında həmin torpaq sahəsinə dair çıxarış almaq istəmişdir. Maraqlandıqda bu işlə Lənkəran şəhərində Orxan adlı şəxsin məşğul olduğunu və daim Lənkəran rayon notariat ofisində oturduğunu demişlər. O, Orxanı tanıdığı üçün tanışlarından xahiş etmişdir ki, Orxanla görüşsün. 2023cü ilin iyun ayında Orxan onunla telefon əlaqəsi saxlayaraq, görüş təyin etmişlər. O, Orxanı bir neçə dəfə notariat ofisində gördüyü üçün onu tanımışdır. O, Orxana həmin torpaq sahəsini göstərərək torpaq sahəsinin çıxarışının olmadığını, həmçinin onun arxasında yerləşən ona məxsus pay torpaq sahəsinin təyinatını dəyişdirmək və hər iki torpaq sahəsinə dair vahid çıxarış almaq istədiyini bildirmişdir. Belə ki, arxa hissədə yerləşən 0,38 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Orxan bu işdə ona köməklik edəcəyini, Bakı şəhərində geniş əlaqələrinin olduğunu və 2 həftə ərzində bu işi tam həll edərək çıxarışı ona verəcəyini əminliklə bildirmişdir. Orxan buna görə ondan 25000 manat pul istəmiş və onlar 20000 manata razılaşmışlar. O, Orxanı şəxsən tanımadığı üçün vəkili Şahid5la telefon əlaqəsi saxlayaraq onunla görüşüb işin mahiyyətini ona izah etmişdir. Şahid5 ona özünün də Orxanı tanımadığını bildirmiş və məsləhət görmüşdür ki, madam ki, Orxan adlı şəxs notariat ofisində işləyir, onda notariat ofisinin xüsusi notariusu Şahid1la məsləhət etsinlər. Bir neçə gün sonra vəkili Şahid5 notarius Şahid1 zəng edərək birlikdə ona məxsus olan “Şah” saraya gəlmişlər və onlar birlikdə yemək yeyərək torpaq sahəsinin sənədləşdirlməsinə görə Orxan barəsində söhbət etmişlər. Şahid1 “Orxanın əli yuxarılara çatır, mənim işlərimi də o, həll edir, Orxan iş görəndir və işi həll edəcək şəxsdir, dediyi vaxt işi həll edəcəkdir” demişdir. İbarət və Səfər ona bildirmişlər ki, Orxan yəqin pulu rüsumlara görə istəyir. Şahid1 bu sözlərindən sonra o, Orxanla iş görəcəyini demişdir. Lakin bildirmişdir ki, Şahid1 Orxanı yaxşı tanıyırsa, onda pulu Şahid1 versinlər. Şahid1 ortada etibarlılıq olması üçün pulun onun vasitəsi ilə Orxana çatdırılmasına etirazının olmadığını bildirmişdir. Qalan məsələləri isə o, özü Orxanla danışmışdır. 2023-cü ilin iyul ayının ortalarında Orxan ona zəng edib ilkin sənədləşmə işlərinə görə 10000 manat pul istəmişdir. O, zəng edərək vəkili Şahid5 bu barədə bildirmiş və gəlib ondan 10000 manat pulu götürüb notarius Şahid1 verməsini demiş və xahiş etmişdir ki, Orxana tapşırılsın ki, sənədlərin verilməsini sürətləndirsin. İbarətin ona deməsinə görə İbarət pulu Şahid1 təqdim etmişdir. Təxminən 1 həftədən sonra Orxan ondan növbəti 5000 manatı istəmişdir. O, yenə eyni qaydada 5000 manatı vəkili Şahid5, o da notarius Şahid1 təqdim etmişdir. Şahid1 isə həmin pulu tam şəkildə Orxana verdiyini demişdir. Növbəti 5000 manatı da vəkili Şahid5 verdikdən sonra İbarət müəllim Şahid1la əlaqə saxlamış, Şahid1 ona pulu verməməsini, əgər sənədləri düzəldirsə, sonra təqdim etməsini məsləhət görmüşdür. Ona görə də Şahid5 5000 manatı ona qaytarmışdır. O, vəkili Şahid5 və notarius Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında 15000 manat məbləğində pul verməsinə baxmayaraq, Orxan ona məxsus olan torpaq sahəsinə dair çıxarış alınmasına köməklik etməmişdir və pulunu da qaytarmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq işin nə yerdə olduğunu ondan soruşanda, Təqsirləndirilən şəxs hər dəfə ona gah bu işlə əlaqədar Bakı şəhərində olduğunu, gah sənədləri götürmək üçün Bakı şəhərinə getdiyini, gah torpağın təyinatını dəyişdirdiyini demişdir. Lakin Orxan heç bir halda vədinə əməl etməmişdir. Orxan onu bu minvalla 1 ilə yaxın aldatmış, nə sənədlərini vermiş, nə də pulunu qaytarmışdır. Ona görə o, həmçinin Orxanla yanaşı Şahid1la görüşərək və telefon əlaqəsi saxlayaraq ya pulu qaytarılmasını, ya da sənədi istəmişdir. Şahid1 hər dəfə ona pulu Orxana verdiyini və Orxana tezliklə sənəd məsələsini həll etməsini tapşırsa da, Orxanın sənədi gətirmədiyini demişdir. Orxanla dəfələrlə əlaqə saxladıqdan sonra bələdiyyə sədri Şahid6 Orxandan 2000 manat pulu almışdır. O, məcbur olub 2024-cü ilin iyul ayında vəkili Şahid5 və Gərmətük bələdiyyəsinin sədri Şahid6lə birlikdə X43 Xidmət Mərkəzinə gedərək notarius Şahid1la görüşmüşlər. Şahid1 Orxanla danışmasını və pulunun qaytarmasını bildirmişlər. Həmin vaxt bələdiyyə sədri Şahid6 onun tapşırığı ilə danışıqları telefonunda qeydə almışdır. Şahid1 torpaq sahəsinin təyinatının dəyişdirilməsinin və çıxarış verilməsinin notariusun fəaliyyətinə heç bir aidiyyətinin olmadığını və pulun Orxanda olduğunu demişdir. Vəkili Şahid5 təkidi ilə Şahid1 Orxana zəng edərək pulun miqdarını və ona veribvermədiyini dəqiqləşdirmişdir. Orxan telefonda onun işinə görə 20000 manat pul istədiyini və ona 15000 manat pul verildiyini etiraf etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, onun Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0,045 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi uzun müddət onun adına olsa da, çıxarış almamışdır. Lakin kadastr sənədi vardır. Həmin torpaq sahəsinin 0,02 ha hissəsi Tehran adlı şəxs tərəfindən zəbt edilmişdir. O, 2023-cü ilin iyul ayında belə qərara gəlmişdir ki, həmin torpaq sahəsini zəbt hissəsi ilə birlikdə adına özəlləşdirsin. O, bu barədə qohumu Mütəllim Tahirova bildirmişdir. Mütəllimin arvadı Ayla Lənkəran rayon notariat ofisində işləyir. 2023-cü ilin iyul ayının sonlarında mobil telefonuna ***-***-**-** nömrəli telefonla zəng gəldiyini görmüş, telefona cavab verəndə bir nəfər şəxs özünü ona təqdim edərək adının Orxan olduğunu və mobil nömrəsini Mütəllimdən aldığını demişdir. O, Orxan adlı şəxsdən nə səbəbə ona zəng etdiyini soruşanda, Orxan ona Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsindəki torpağa görə kömək edə biləcəyini demişdir. Orxan həmçinin ona demişdir ki, özü Lənkəran şəhər notariat ofisində işləyir. O, həmin gün Orxan adlı şəxslə zəngləşib görüşmüşdür. Sonradan ona məlum olmuşdur ki, onun adı Təqsirləndirilən şəxsdur. Orxan ona daşınmaz əmlakların özəlləşdirilməsi işləri ilə məşğul olduğunu, əsas iş yerinin Lənkəran şəhər notariusunun binasında yerləşdiyini bildirmiş və ona həmin torpaq probleminin həllində köməklik edəcəyinə söz vermişdir. O, Orxandan ona necə köməklik edə biləcəyini soruşanda, Orxan ona torpağı zəbt edən Tehran adlı şəxslə danışıb ona zəbt etdiyi torpağa görə 3000 manat verəcəyini və ərazini bütövlükdə alıb ona verəcəyini bildirmişdir. Orxan ona bildirmişdir ki, Tehranın özünə məxsus 0,02 ha torpaq sahəsini də alıb ona verəcəkdir. O, Orxana inandığı üçün onunla razılaşmışdır. O, 2023-cü ilin avqust ayının əvvəlində Orxanla Lənkəran şəhər notariat ofisinin həmin vaxt Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən inzibati binasına gedərək həmin binanın ikinci mərtəbəsində yerləşən Orxanın xidməti otağında onunla görüşmüş və Orxana ilkin olaraq 1500 manat pul vermişdir. Orxan ona 1 həftə ərzində məsələni həll edəcəyini bildirmişdir. O da Orxana Tehrana məxsus 0,02 ha torpağın sənədini ona verəndən sonra qalan 1500 manat pulu verəcəyini demişdir. Orxan da razılaşmışdır. Orxan ona demişdir ki, Lənkəran şəhər notariat ofisinin qarşısında yerləşən Lənkəran regional Gigiyena və Epidemiologiya Mərkəzinin bağ sahəsi özəlləşməyə gedir, əgər istəsə həmin torpaq sahəsini onun adına özəlləşdirilməsinə köməklik edə bilər. O, torpaq sahəsi ilə bağlı maraqlandıqda, Orxan onu torpaq sahəsinin yanına aparmış və ona torpağı göstərərək demişdir ki, torpaq sahəsinin ümumi ərazisi 0,20 ha təşkil edir və bu torpağı onun adına keçirə bilər. O, torpaq sahəsinə baxmış və Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsinə, notariat ofisi ilə üzbəüz avtomobil yoluna tərəf olduğuna görə almağa razılaşmışdır. Orxan ona həmin torpaq sahəsinin adına özəlləşdirilməsinin qanuni həlli üçün 20000 (iyirmi min) manat pul lazım olacağını demişdir. Orxana inandığı və ona etibar etdiyi üçün, həmçinin notarius Şahid1 adını çəkdiyi üçün Orxanla razılaşmışdır. O, ilkin olaraq 2024-cü ilin avqust ayının əvvəlində Lənkəran şəhər notariat ofisinin binasının ikinci mərtəbəsində yerləşən Təqsirləndirilən şəxs xidməti otağında 6000 manat pulu sayıb Orxana vermişdir. Həmin vaxt qohumu Mütəllim onun yanında olmuşdur. Belə ki, bu işlərin hamısında Mütəllim onun yanında olmuş və pul vəsaitlərinin verilməsini şəxsən görmüşdür. Orxan həmin pulu ondan alıb 1 ay ərzində torpağı adına özəlləşdiriləcəyini demişdir. 2024-cü ilin avqust ayının sonlarında, Orxanın dediyi 1 ayın qurtarmasına az qalmış Orxanla yenidən xidməti otağında görüşmüşdür. Orxan ondan torpağın rüsumlarına görə əlavə olaraq 5000 manat istəmişdir. O, həmin pulu bir neçə günə düzəldib gətirəcəyini demişdir. Onun əlində nağd pulu olmadığı üçün bibisi oğlu Şahid8 müraciət edərək Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində 0,20 ha torpaq sahəsi aldığını, həmin torpaq sahəsinin notariusda işləyən Orxan adlı şəxsin köməkliyi ilə adına özəlləşdirəcəyini demiş və bunun üçün ona borca pul verməsini xahiş etmişdir. Vahid ona pul verməyə razı olduqdan sonra Vahiddən 5000 manat borca pul götürərək, 2023-cü ilin sentyabr ayının əvvəlində Lənkəran şəhər notariat ofisinin binasına gedərək Təqsirləndirilən şəxs xidməti otağında təqdim etmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Orxan işlərin bir az yubanacağını, lakin qısa müddətdə həllini tapacağını bildirmişdir. O, Orxana inandığı üçün bir müddət də gözləməli olmuşdur. 2024-cü ilin oktyabr ayının əvvəlində Orxan onu notariusa çağırmış və ona bildirmişdir ki, torpağın ən azından 10 sotunun pulunu əvvəlcədən verməlidir ki, torpaq özəlləşdirilməyə getsin. O, artıq Orxana inandığı üçün razılaşmış və Orxana bir neçə gün ərzində pulu gəlib işlədiyi Lənkəran şəhəri, X50 küçəsi 23 ünvanında fəaliyyət göstərən “EVRO STİLE” kişi geyimləri mağazasında ondan götürməsini demişdir. Həmin vaxt onun nağd pulu olmadığı üçün yenə bibisi oğlu Vahiddən 6000 manat borca pul götürmüşdür. 2023-cü ilin oktyabr ayının əvvəlində Orxan onun işlədiyi mağazaya gəlmişdir. Həmin vaxt Mütəllim də yanlarında olmuşdur. O, qohumu Mütəllimin yanında 6000 manat pulu sayıb Orxana təhvil vermişdir. Orxan ona narahat olmamasını, torpaq məsələsinin qısa müddətdə həllini tapacağını və torpağı adına tam şəkildə özəlləşdiriləcəyinə söz vermişdir. O, bu müddət ərzində yenə mütəmadi olaraq Orxanla telefon əlaqəsi saxlayıb torpağın özəlləşdirilməsi ilə bağlı maraqlanmışdır. Orxan isə ona “bu gün-sabah” deyib məsələni qısa müddətdə həll edəcəyini demişdir. Orxana inandığı üçün məcbur gözləmişdir. 2023-cü ilin oktyabr ayının ortalarında Orxan yenə ona zəng edərək torpağın pulundan yenə ödəniş etməli olduğunu demişdir. O, Orxana ünvan 8 ünvanında yerləşən atası evinin qarşısına gəlməsini bildirmişdir. Orxan axşam saat 21 radələrində “Mercedes” markalı avtomobili ilə dediyi ünvana gəlmişdir. O, atasının yaşadığı həmin evin qarşısında 2000 manat pulu sayıb Orxana vermişdir. Həmin vaxt yanlarında kimsə olmamışdır. O, hətta Orxana narazılığını bildirərək, söhbətin əvvəlində belə demədiyini, artıq işi yubatdığını demişdir. Orxan isə bu işlərin notarius Şahid1 asılı olduğunu, lakin qısa müddətdə həll edəcəyini bildirmişdir. O, yenə Orxana inanmalı olmuş və bir müddət də gözləmişdir. 2023-cü ilin oktyabr ayının sonlarında Orxan yenə ona zəng edərək “1700 manat pul da ver daha işlər qurtardı” demişdir. O, həmin vaxt Lənkəran şəhər notariat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən binasına gələrək sonuncu 1700 manat pulu sayıb xidməti otağında Orxana təqdim etmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Orxan ona artıq məsələnin həllini tapdığını və torpağın özəlləşməyə getdiyini, qısa müddətdə adına çıxarış veriləcəyini əminliklə bildirmişdir. O isə Orxana artıq bu məsələni qısa müddətdə həll etməsini tapşırmışdır. O, bir müddət yenə gözləmişdir. O, Orxandan bir xəbər çıxmadığını görüb, ona zəng edərək, həmçinin görüşərək torpaqla bağlı maraqlanmışdır. Orxan ona hər dəfə narahat olmamasını, torpaq məsələsinin artıq çoxdan həllini tapdığını, lakin sənədi gözlədiklərini bildirmişdir. Orxan hər dəfə onunla elə əminliklə danışıb onu razı salmışdır ki, o, tam əmin olmuşdur ki, artıq torpaq adına özəlləşdirilmişdir. Orxan onu əmin edib pulu notarius Şahid1 verdiyini demiş, hətta bir neçə dəfə Orxan onun yanında notarius Şahid1 zəng etmiş, Orxanın həqiqətən notariusla danışdığını o, bilməmişdir. Bu minvalla Orxan hər dəfə ona müxtəlif bəhanələr gətirərək torpaq məsələsini 2024-cü ilin fevral ayına qədər uzatmışdır. O, bu müddət ərzində həm Tehranda olan torpaq məsələsi, həm də, yeni torpaq məsələsi ilə bağlı maraqlanmışdır. O, 2024-cü ilin fevral ayında artıq Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüşdür. Belə ki, Orxan onu aldadaraq ümumilikdə 22300 manat məbləğində pulunu ələ keçirmişdir. Ona görə də, Orxanla görüşərək və zəng edərək pulunu istəməyə başlamışdır. Orxan isə ona pulu qısa müddətdə qaytaracağını demiş, lakin qaytarmamışdır. Mütəllibin arvadı Ayla notariusda işlədiyinə görə Mütəllib Şahid1 müraciət edərək, onun torpaq məsələsini və Orxana pul verdiyini Səfərə demiş, Səfər də, pulun qaytarılmasına köməklik edəcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının sonunda notarius Şahid1 Mütəllibi yaşadığı Lənkəran şəhəri “MKR” adlanan ərazidə yerləşən mənzilinə dəvət edərək, Mütəllibə ona çatdırması üçün 12200 manat pul vermişdir. Mütəllib həmin məbləğdə pulu Şahid1 alan kimi ona vermişdir. O, Orxanla telefon əlaqəsi saxladıqda, Orxan qalan pulu özünün qaytaracağını bildirmişdir. O, Orxandan qalan pulu nə vaxt verəcəyini soruşanda, Orxan ona qalan 10100 manat pulu yaxın vaxtlarda verəcəyini demişdir. O, Orxana inandığı üçün bir neçə ay gözləmiş, lakin yenə pulunun qaytarılmadığını görüb, Orxana mütəmadi olaraq zəng etmişdir. Orxan isə hər dəfə ona pulun notarius Şahid1 olduğunu bildirmişdir. O, Orxana inanmış və yenə bir müddət gözləmişdir. Lakin onun pulu ödənilməmişdir. O, pulun yarısını bibisi oğlu Vahiddən borc aldığından və Vahid onun problemini bildiyindən, Vahid özü də dəfələrlə Orxana zəng edərək pulu istəmişdir. Nəhayət o, 2024-cü ilin iyul ayının əvvəlində Lənkəran Asan Xidmət Mərkəzinə gedərək notarius Şahid1 qəbulunda olmuşdur. O, Şahid1 bildirmişdir ki, “Orxanla danışmışam, Orxan deyir, sabah siz pulu mənə qaytaracaqsınız”. O, Orxana zəng edib telefonu notarius Şahid1 vermiş, Səfər Orxanla danışıb, 2 gün sonra gəlib ondan götürməsini bildirmişdir. O, 2 gün sonra yenidən Şahid1 yanına getmişdir. Vahid də, onunla getmişdir. Şahid1 “mənim pulum var, Orxana görə ödəniş etməyəcəm” demişdir. Şahid1 pulu vermədiyi üçün o, yenə bir neçə dəfə Orxana zəng edib pulunu istəyəndə, Orxan əvvəlcə qısa müddətdə qaytaracağını desə də, son günlər ümumiyyətlə telefonuna cavab verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın qismən, yəni 12200 manat hissədə qaytarıldığını, 10100 manat hissənin isə qaytarılmadığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsi ilə bağlı ibtidadi istintaq zamanı verdiyi ərizə verməsinin səbəbini sonuncunun həbsdən azad edilməsi ilə əlaqədar olduğunu bildirərək, 10100 manat pulu Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri, H.Aslanov Xiyabanı 2 ünvanında yaşayır. "xxxx" MMCnin direktoru işləyir. MMC-nin fəaliyyəti çoxmənzilli yaşayış binalarının tikintisini və satışını həyata keçirməkdən ibarətdir. Lənkəran rayon sakini Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanıyır, həmin şəxslə heç bir ədavəti və düşmənçiliyi, eləcə də, qohumluq əlaqələri yoxdur. Təqsirləndirilən şəxs Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakların sənədləşdirilməsi işlərini həyata keçirmişdir. Bina tikintisində torpaqların ilkin sənədləşməsində Orxan ona köməklik etmişdir. Orxanla münasibətləri yaxşı olmuşdur. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Şahid1 da həmin ərəfədə Təqsirləndirilən şəxs görə tanımışdır. 2023-cü ilin sentyabr ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərini satdığı vətəndaşların adına satdığı mənzilləri notarial qaydada rəsmiləşdirmək istəmişdir. O, həmin mənzilləri 2018-ci ildən satmış və mənzillərin dəyəri ona hissə-hissə qaytarılaraq, mənzillərin qiyməti tam ödənilmişdir. O, faktiki olaraq işi ilə əlaqədar Lənkəran şəhərində olduğundan, belə qərara gəlmişdir ki, alqı-satqını Lənkəran rayonundakı notariat ofisində həyata keçirsin. Bunun üçün o, Orxana müraciət edib, satdığı mənzillərin alqı-satqısını rəsmiləşdirmək istədiyini, lakin alqı-satqı məbləğinə pulu olmadığını bildirmişdir. Orxan ona mənzillərin alqı-satqısına görə notariusun depozit hesabına köçürmə etmək üçün ona 10000 manat pul verəcəyi halda, mənzillərin alqı-satqısını notariusda rəsmiləşdirməyi Şahid1 xahiş edib, məsələni həll edəcəyini demişdir. Qeyd etmişdir ki, qanunla mənzillərin alqı-satqısı üçün notariat ofisinin depozit hesabına pul qoyulması nəzərdə tutulmuşdur. O, Orxana inandığından və ona etibar etdiyindən Orxanla razılaşmış və depozitə pul qoymaq adı ilə ondan istədiyi 10000 manat pulu ona ödəyəcəyini demişdir. Həmin gündən Orxan tez-tez ona zəng edərək depozit üçün pulu istəmişdir. O, Orxana səbirli olmasını və mənzillərin alıcıları Lənkəran rayonuna gələndən sonra pulu verəcəyini demişdir. Qeyd etmişdir ki, o, 5 nəfər üçün alqı-satqı müqaviləsinin bağlanmasını nəzərdə tutmuşdur. Orxan ona təklif etmişdir ki, “10000 manat pulu mənə ver, notariat ofisinin depozit hesabına köçürüm və 2 gün ərzində pulu çıxarıb sənə qaytaracağam”. O, Orxana axı hər dəfə alqı-satqı müqaviləsi bağlanarkən depozitdəki puldan vergi tutulacağını bildirdikdə, Orxan ona vergi olan hissəsini özünün ödəyəcəyini və mənzillərə görə ödəməli olduğu məbləğdən çıxmağını bildirmişdir. O, razılaşmış və 2023-cü ilin sentyabr ayının əvvəlində 10000 manat pulu MMC-nin ofisində dostu Şahid9 yanında sayaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Orxan özü ofisə gəlmişdir. Orxan pulu ondan təhvil alandan sonra pulu Lənkəran rayon 1 saylı notariat ofisinin depozit hesabına qoyacağını və qısa müddətdə sənədləri əvvəlcədən hazır edib alqı-satqını rəsmiləşdirəcəklərini bildirmişdir. Lakin bir müddət keçəndən sonra o, bir neçə dəfə Abşeron rayonundan mənzilləri satdığı vətəndaşları alqı-satqının rəsmiləşdirilməsi üçün Lənkəran rayonuna dəvət etsə də, Orxan hər dəfə bir bəhanə ilə vətəndaşları qaytarmışdır. O, bu məsələ ilə bağlı notarius Şahid1 müraciət etdikdə, Şahid1 ona notariusun depozit hesabına pul qoyulmadığını və bu barədə Orxanın ona heç bir söz demədiyini, ümumiyyətlə bu məsələdən xəbərsiz olduğunu bildirmişdir. O, dəfələrlə pulunu Təqsirləndirilən şəxs istəsə də, Orxan onu aldadaraq pulu qaytarmamış və verdiyi vədə əməl etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayının əvvəlində ona müraciət edərək, Lənkəran rayonunda fəaliyyət göstərən bələdiyyə torpaqlarının özəlləşdirilməsi işlərini həyata keçirdiyini və bu işdə böyük məbləğdə qazanc olduğunu bildirərək, həmin torpaqların alqı-satqısının rəsmiləşdirilməsi üçün notariusun depozit hesabına 25000 manat civarında pul qoyulmalı olduğunu demiş və həmin məbləğdə ona kömək edəcəyi halda, əldə olunacaq gəliri aralarında bölməyi təklif etmişdir. Orxan ona bildirmişdir ki, bələdiyyə torpaqlarının özəlləşdirilməsi üçün müştərilərdə həmin məbləğdə pul yoxdur, lakin alqı-satqı rəsmiləşəndən sonra depozitdəki pulu götürüb qaytarmaqla yanaşı, müştərilərdən xidmət haqqı olaraq aldığı vəsaiti aralarında böləcəklər. Lakin Orxan əldə ediləcək qazancın məbləğinin nə qədər olduğunu ona deməmişdir. O, Orxana həmin məbləğdə pulunun olmadığını bildirdikdə, Orxan onu bir daha əmin etmişdir ki, bu iş qazanclı işdir və ona depozitə pul qoyacağı halda, əldə edəcəyi qazancla borcunu ödəyəcəkdir. O, Orxana əldə etdiyi qazancı ona olan borcuna ödəyəcəyini öyrənəndən sonra Orxana istədiyi məbləğdə pul verəcəyini demişdir. Beləliklə o, 2023-cü ilin noyabr ayının əvvəlində 2-3 gün ərzində Orxanla həmin vaxt Lənkəran rayon 1 saylı notariat ofisinin yerləşdiyi Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında görüşərək Orxana ümumilikdə 23500 manat məbləğində pul vermişdir. Orxan ona bələdiyyə torpaqlarının ilkin alqı-satqı işlərini bir neçə gün ərzində yekunlaşdırıb, həmin məbləğdə pulunu qazancı ilə birlikdə qaytaracağını, həmçinin özünün əldə etdiyi məbləği ona olan borcuna yönəldəcəyini demişdir. O, bir neçə gün gözləmiş, lakin Orxan notariusun depozit hesabına qoymaq adı ilə ondan aldığı 23500 manat pulunu qaytarmamışdır. Orxan ona pulu ayrı-ayrı vətəndaşlara məxsus borclarına ödədiyini və ona görə bələdiyyə torpaqlarının ilkin alqı-satqı işlərinin alınmadığını demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 hazırki cinayət işi ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, lakin Təqsirləndirilən şəxs ondan aldığı digər yüksək məbləğlərdə pulun geri qaytarılmadığını, həmin pul məbləğlərinin konkret nə qədər təşkil etməsini dəqiq bilmədiyini göstərmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən mərhum ana babası X17 məxsus evdə yaşayır. Onun anası X10 atası, yəni ana babası X8 Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və yaşayış evi miras qalmışdır. Onun X52 02 dekabr 2023-cü ildə vəfat etmişdir. X52 ölməzdən əvvəl əlyazma ilə özünə məxsus əmlakı ona vəsiyyət etmişdir. Torpaq sahəsinin sənədi olsa da, orada tikilmiş evin sənədi yoxdur. Babası Hüseynin 6 qızı və 2 oğlu vardır. Onlar həmin evdə yaşamırlar. Babasının sağlığında və öləndən sonra həmin evdə o, yaşayır. Babası həmişə ona adına olan əmlakı onun öz adına keçirtmək istəmiş, lakin o, təsərrüfat işləri ilə əlaqədar vaxtında müraciət etməmişdir. Babası əlyazma ilə ona vəsiyyət yazandan sonra o, babasının ölümündən bir neçə gün əvvəl 2023-cü ilin noyabr ayının sonlarında həmin sənədi özü ilə götürüb, Lənkəran rayon 1 saylı notariat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində fəaliyyət göstərdiyi binaya getmişdir. O, notariat ofisində bir nəfər şəxs ona yaxınlaşaraq, nə üçün gəldiyini ondan soruşmuşdur. O, sonradan adının Orxan olduğunu bildiyi həmin şəxsə ana babasından miras qalmış əmlakı öz adına vərəsəlik qaydasında rəsmiləşdirmək, yəni babasının vərəsəsi olmaq, babasından qalmış evi adına rəsmiləşdirmək istədiyini bildirmişdir. O, babasının yazdığı əlyazma sənədi Orxana təqdim etmişdir. Orxan həmin sənədin notariusda və ya icra nümayəndəliyində təsdiq edilməli olduğunu və bu sənədlə vərəsəlik işinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. O, 2023-cü ilin dekabr ayının ortalarında yenidən babasından qalmış miras əmlakla bağlı Lənkəran rayon 1 saylı notariat ofisinə gedib, Orxana müraciət etmişdir. Orxan ona babası vəfat etdiyinə görə ondan miras qalmış əmlakın onun adına tək vərəsə kimi rəsmiləşdirilməsinin çətin olacağını bildirmişdir. Orxan ondan ailə üzvlərini, babasının övladlarını soruşmuşdur. O da, babasının qızı anası, 5 nəfər xalası və 2 nəfər dayısının olduğunu, nənəsi Zeynəb Həsənovanın 09 iyul 2013-cü ildə vəfat etdiyini demişdir. Orxan ona demişdir ki, tək vərəsə olmağı üçün xalaları, anası və dayılarının razılığı olmalıdır. Lakin o, demişdir ki, xalası və dayılarının razılıq vermələri üçün gətirə bilməyəcəkdir. Orxan ona anası Mərifət Ağayevaya düşən paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi işini görməyi təklif etmişdir. O, razılaşmışdır. Orxan ona babasının adına olan əmlakla bağlı Daşınmaz Əmlakdan forma 1 №-li arayış almaq lazım olduğunu demiş, bununla əlaqədar notariat ofisinin işçilərinə məktub yazdırıb, notarius Şahid1 imzaladaraq, ona təqdim etmiş və həmin məktubu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə verməyi bildirmişdir. Həmçinin Lənkəran rayon qeydiyyat şöbəsindən mərhum babası və nənəsinin ölümü haqqında arayış almağını tapşırmışdır. Orxan ona miras əmlakda mərhum nənəsinin də, payının olduğunu və həmin payın havada qalmaması üçün onu da, anası Mərifətin adına rəsmiləşdirilməsini təmin edəcəyini bildirmişdir. O, razılaşmışdır. O, həmin gün notariusun məktubunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə təqdim etmiş, həmçinin Lənkəran rayon qeydiyyat şöbəsindən babası Hüseynin və nənəsi Zeynəbin ölümü haqqında arayışlar almışdır. O, 27 dekabr 2023-cü il tarixdə anası X24 rayon 1 saylı notariat ofisinə aparmışdır. Həmin vaxt dostu Şahid10 da, onunla getmişdir. Anası Mərifət mərhum valideynlərindən miras qalmış əmlakdan ona çatası payı qəbul etməsi və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə vermişdir. O, yaşadığı evə gələndən sonra düşünmüşdür ki, əgər vərəsəlik işini xalalarına və dayılarına desə, razılıq verməzlər və aralarında əmlak mübahisəsi başlayacaqdır. Ona görə də, o, Orxanla yenə söhbət etmək qərarına gəlmişdir. Təxminən 2-3 gün sonra 2023-cü ilin dekabr ayının sonunda o, dostu Şahid10 ilə birlikdə Orxanın yanına gedərək, ona dayılarının və xalalarının razılıq ərizəsi verməyəcəklərini demiş və Orxandan qohumlarının razılıqları olmadan miras əmlaka dair adına vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olub-olmadığını soruşaraq, ona kömək etməsini Orxandan xahiş etmişdir. Orxan ona bildirmişdir ki, əgər pul versə o, onun işini həll edər və onun babasından qalmış əmlaka tək vərəsə olmağını təmin edər. Əgər onunla razılaşsa, xalalarının və dayılarının ərizələrinə ehtiyac olmayacaqdır. Orxan ona “görürəm yaxşı oğlansan, zəhmətkeş oğlansan, mən sənə kömək edərəm, işini həll edərəm” demişdir. O, razılaşmışdır. Orxan bu işə görə onun təxminən 2000 manatdan çox pulunun çıxacağını bildirmişdir. Orxan həmin puldan rüsumların ödəniləcəyini və nə qalsa özünə çatacağını demişdir. O, Orxandan bu işi necə həll edəcəyini soruşduqda, Orxan ona “sənin nəyinə lazımdır, mən sənin işini həll edəcəyəm” demişdir. O, Orxanın özünü ona notariat ofisinin işçisi kimi təqdim etdiyindən və vərəsəlik işini ona izah etdiyindən, o, Orxana inaraq onunla razılaşmışdır. Həmin vaxt Şahid10 onun yanında olmuşdur. Bundan sonra Orxan notarius Şahid1 xidməti otağına getmişdir. Orxan təxminən 5-6 dəqiqə sonra gəlib, ona fikrini soruşmuşdur. O, Orxana pul verməyə razı olduğunu demiş və üzərində olan puldan 1700 manat məbləğində pulu Orxana vermişdir. Orxan ondan pulu aldıqdan sonra vərəsəlik işini danışmaq üçün notarius Şahid1 yanına girmiş, 5-6 dəqiqədən sonra yenidən gəlmiş və ona demişdir ki, tək vərəsə olmağı biraz çətin məsələ olduğundan, 500 manat da əlavə pul verməlidir. Əgər pulu verməsə, işi düzəlməyəkdir. O da, ona demişdir ki, 1700 manatı güclə düzəltmiş, imkanı zəifdir, üstündə 100 manatı qalıb. Orxan isə ona bu işin çətin iş olduğunu və həll etmək üçün 500 manat da, verməli olduğunu demişdir. O, yanında olan dostu Şahid10 500 manat borc pul istəmiş, Tofiq 500 manat pulu ona vermişdir. O, dərhal pulu Orxana vermişdir. Orxan pulu alandan sonra onun və anasının şəxsiyyət vəsiqələrini, babasının əlyazma yazısını, babasının ölüm haqqında şəhadətnaməsini və anasının nikah haqqında şəhadətnaməsinin surətlərini ona təqdim etməyi tapşırmışdır. Orxan ona vərəsəlik işi ilə bağlı bir sıra sənədləri götürməyini tapşırdığından, o, 2023-cü ilin dekabr ayının sonunda Lənkəran rayon qeydiyyat şöbəsindən nənəsi Zeynəb Həsənova və X52un ölümü haqqında arayışları, anasının və özünün şəxsiyyət vəsiqələrinin surətlərini, anasının nikah haqqında sənədini bir neçə gün ərzində toplayıb notariusun binasında Orxana təqdim etmişdir. O, həmçinin 2024-cü ilin yanvar ayının ortalarında reyestrdən mərhum X52un adına olan əmlakla bağlı arayışı alıb Orxana təqdim etmişdir. Orxan ona qısa vaxt ərzində miras əmlakı onun adına rəsmiləşdirəcəyini demişdir. Orxan ona demişdir ki, 6 gün keçdikdən sonra gəlib notariat ofisinə tək vərəsə olmağı ilə bağlı sənədi ona verəcəkdir. O, 6 gündən sonra Orxanla əlaqə saxlamış, sənədlərin hazır olubolmadığını soruşmuşdur. Orxan ona demişdir ki, növbəti gün gəlsin. O, növbəti gün Orxanla görüşmək üçün Lənkəran rayon 1 saylı notariat ofisinə getmişdir. Orxan ona yaxın günlərdə sənədlərin hazır olacağını bildirmişdir. Lakin sənədləri hazır etməmişdir. Bir müddət sonra Orxan onu notariat ofisinə çağırıb ona tək vərəsə olmaq işinin alınmadığını və notarius Səfərin bu barədə şəhadətnamə verməkdən imtina etdiyini bildirmişdir. O, Orxana bu işi boynuna götürdüyünü və buna görə ondan 2200 manat pul aldığını, hətta onun aidiyyəti qurumlardan aldığı sənədlərə görə rüsumlar ödəməli olduğunu demişdir. O, Orxana bildirmişdir ki, əgər mərhum babasından miras qalmış əmlakı vərəsəlik qaydasında onun adına rəsmiləşdirə bilmirsə, onda verdiyi pulu qaytarsın. Orxan ona səbirli olmağını və məsələni yoluna qoyacağını bildirmişdir. O, Orxana inandığı üçün bir söz deməmiş və tapşırmışdır ki, bu məsələni qısa müddətdə həll etsin. Lakin Orxan yenə verdiyi sözə əməl etməmişdir. O, hər dəfə Orxana vərəsəlik işi ilə bağlı müraciət edəndə, Orxan ona bu-gün sabah deyib işini yubatmış, gah sənədləri itirdiyini, gah sənədlərin tam olmadığını demiş və ona eyni sənədləri bir neçə dəfə toplatdırmışdır. O, Orxanın onun işini həll etmədiyini görüb 2024-cü ilin iyun ayının sonunda notarius Şahid1 işlədiyi X43 Xidmət Mərkəzinə getmiş və Şahid1 qəbulunda olmuşdur. O, vərəsəliklə bağlı topladığı sənədləri Orxandan aldığı üçün özü ilə götürmüşdür. O, Şahid1 vərəsəlik işinə görə Orxana 2200 manat pul verdiyini bildirmişdir. Şahid1 ona vərəsəlik işi ilə bağlı heç kimdən pul almadığını, Orxanın pul almasından isə məlumatının olmadığını bildirmişdir. Şahid1 ondan vərəsəliklə bağlı sənədləri istəmişdir. O, özündə olan bir sıra sənədləri Şahid1 göstərmişdir. Şahid1 sənədlərə baxandan sonra babasından miras qalmış 0,05 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olduğunu və həmin torpaq sahəsindən babasının mülkiyyətində olan hissənin övladların razılığı olmadan onun adına vərəsəlik yolu ilə rəsmiləşdirməyin mümkün olmadığını bildirmişdir. Şahid1 ona təklif etmişdir ki, əgər Orxana pul vermişdirsə, pulunu istəsin. O, məcbur olub 27 iyun 2024-cü il tarixdə Lənkəran rayon prokurorluğuna şikayət etmişdir. O, Orxanın bu hərəkətlərinə əsəbi olduğu üçün demək olar ki, hər gün X43 Xidmət Mərkəzində notariat ofisinə gedib Orxanı tapa bilmədiyi üçün Şahid1 pulunu istəmişdir. Nəhayət Şahid1 ona pulun Orxandan alınmasında kömək edəcəyini demiş, 2024-cü ilin iyul ayının əvvəlində Şahid1 ona zəng edərək Orxandan 2200 manat pulu aldığını və həmin pulu kart vasitəsi ilə ona göndərəcəyini bildirmiş və həmin pul onun kart hesabına yüklənmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi 2024-cü ilin yanvar ayından tanıyır. Orxanla heç bir ədavəti və düşmənçiliyi, eləcə də qohumluq əlaqələri yoxdur. O, ünvan 5 ünvanında, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qarşısında yerləşən çayxananı işlədir. Həmin çayxana onun mülkiyyətindədir və ərazisi 30.2 kv.metr təşkil edir. Həmin qeyri-yaşayış sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən 16 noyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Eyni zamanda qeyd olunan çayxanaya dair 15 noyabr 2012-ci il tarixli texniki pasportu vardır. Texniki pasportda çayxananın ərazisi və zəbt sahəsi göstərilmişdir. Belə ki, ona məxsus həmin qeyri-yaşayış sahəsinin 13.9 kv.metr hissəsi icazəsiz tikili kimi texniki pasportda qeydiyyata alınmışdır. O, həmin icazəsiz tikilini adına rəsmiləşdirmək istəmişdir. O, torpaq alqı-satqısı ilə bağlı 2024-cü ilin yanvar ayının əvvəlində Lənkəran rayon 1 saylı notariat ofisində olarkən Orxanla tanış olmuşdur. Orxan ona notariusda əmlak özəlləşdirilməsi xidmətini göstərdiyini bildirmişdir. O, Orxandan Lənkəran şəhəri, Nizami küçəsində fəaliyyət göstərən çayxananın zəbt hissəsini adına necə özəlləşdirə biləcəyini soruşanda, Orxan bunun məhz onun işi olduğunu və qısa müddətdə məsələni həll edəcəyini əminliklə bildirmişdir. Onlar həmin gün Orxanla onun çayxanasında görüşmüşlər. O, Orxana izah etmişdir ki, çayxananın ərazisində yerləşən 13.9 kv.metr hissəni adına özəlləşdirmək istəyir. Orxan bildirmişdir ki, bu işə görə ona 1800 manat pul versə, həmin tikilini adına özəlləşdirə bilər. Orxanın ona deməsinə görə guya həmin puldan 420 manat reyestr xidmətinə, 1300 manat Fövqəladəyə, 100 manat da şəhərsalmaya köçürmə etməlidir. Orxan onun işini həll etməyi elə əminliklə bildirmişdir ki, o, artıq Orxana inanmışdır. Həmçinin Orxanın notariusda işlədiyini bildiyi üçün hesab etmişdir ki, işini həll edəcək. O, həmin vaxt oğlu Şahid11 yanında çayxanasında 1800 manat pulu sayaraq, Təqsirləndirilən şəxs təqdim etmişdir. Orxan işə elə həmin gündən start verəcəyini və 1 aya həll edib çıxarışı ona təqdim edəcəyini bildirmişdir. O, Orxana tapşırmışdır ki, yeni çıxarışda çayxananın bütün ərazisi tam göstərilsin. Orxan da, ona sənədi məhz onun dediyi qaydada alacağını bildirmişdir. O, Orxana inanmış və onunla razılaşmışdır. Həmin vaxtdan sonra o, dəfələrlə Orxanla telefon əlaqəsi saxlayaraq və bir dəfə küçədə rastlaşanda Orxana işi ilə bağlı maraqlanarkən Orxan hər dəfə ona “darıxma, işin həll olunub” deyərək onu yubatmışdır. O, dəfələrlə Orxandan sənədini istəsə də, Orxan hər dəfə müxtəlif bəhanələr gətirərək işini həll etməmişdir. O, Orxan tərəfindən aldadıldığını başa düşəndən sonra Orxana zəng edərək pulu istəsə də, Orxan əvvəlcə ona pulunu qaytaracağını bildirmiş, lakin qaytarmamış, son günlər isə ümumiyyətlə zənglərinə cavab verməmişdir. Orxan onu aldadaraq ələ keçirdiyi puldan dövlət qurumlarına ödəniş etməmiş və özünə xərcləmişdir. O, qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı Təqsirləndirilən şəxs təklifi ilə hansısa vəzifəli şəxsə müraciət etməmiş, icazəsiz tikili olan 13.9 kv.metr hissənin adına sənədləşdirilməsi ilə bağlı yalnız Təqsirləndirilən şəxs tanımış və pulu da, Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə onu aldadaraq pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, onun Lənkəran rayonu, Vilvan kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi vardır. O, həmin torpaq sahəsini 2019-cu ildə Lənkəran rayon Vilvan bələdiyyəsinin sədri Hafizə Quliyevadan satın almışdır. Həmin torpaq sahəsinə dair bələdiyyə sənədləri mövcuddur. Lakin həmin torpaq sahəsinə dair çıxarışı yoxdur. O, nümayəndəlik fəaliyyəti ilə məşğul olduğuna görə tez-tez Lənkəran rayon 1 saylı notariat ofisinə gedir. Notariat ofisi hazırda Lənkəran Asan Xidmət Mərkəzində yerləşsə də, ondan əvvəl Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən binada fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs da notariat ofisində olarkən tanımışdır. Söhbət əsnasında Orxan ona özünü notariat ofisinin əməkdaşı kimi təqdim edərək orada daşınmaz əmlakların özəlləşdirilməsi işi ilə məşğul olduğunu demişdir. X48 rayon 1 saylı notariat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən binasının 2-ci mərtəbəsində xidməti otağı da olmuşdur. O, 2024-cü ilin yanvar ayının sonunda Orxana telefonla zəng edərək Lənkəran rayonu, Vilvan kəndində özünə məxsus 0,09 ha torpaq sahəsinin adına özəlləşdirməsi ilə bağlı Orxandan soruşmuşdur. Orxan ona həmin torpaq sahəsini adına özəlləşdirilməsində köməklik edəcəyini bildirmiş və təklif etmişdir ki, torpaq sahəsinin yanında görüşsünlər. O, həmin gün Orxanla yenidən zəngləşib Lənkəran rayonu, Vilvan kəndində yerləşən özünə məxsus həmin torpaq sahəsinin yanında görüşmüşdür. Orxan torpaq sahəsinə baxmışdır. O, Orxana torpağı bələdiyyədən aldığını, lakin çıxarış ala bilmədiyini demişdir. Orxan həmin torpaq sahəsinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasında köməklik edəcəyini bildirmiş və bunun müqabilində ondan 1000 manat pul istəmişdir. O, Orxanı əvvəlcədən tanığından, Orxan özünü ona notariat ofisinin əməkdaşı kimi təqdim etdiyindən və daim Lənkəran rayon 1 saylı notariat ofisinin binasında Orxanı gördüyü üçün Orxanın sözlərindən ona inanmış və istədiyi məbləğdə pulu Orxana verməyi razılaşmışdır. Həmin vaxt üstündə 1000 manat nağd pul olduğundan o, həmin pulu cibindən çıxarıb sayaraq Təqsirləndirilən şəxs təqdim etmişdir. Orxan pulu ondan təhvil alıb, işini 1 ay ərzində həll edəcəyinə söz vermişdir. Bundan sonra onlar ayrılmışlar. O, 1 ay ərzində dəfələrlə Orxana zəng edərək işi ilə əlaqədar maraqlanmışdır. Orxan ona hər dəfə “bu gün sabah işi həll edirəm, səbirli ol” demişdir. O da, Orxana inandığı üçün gözləmişdir. Hər dəfə ona “gələn həftənin 1-cü günü gələrsən çıxarışı götürərsən” demiş, lakin hər dəfə vədinə əməl etməmiş və mobil telefonlarına cavab verməmişdir. O, yenə də, gözləmişdir ki, Orxan işini həll edəcəkdir. O, Orxanla görüşəndə, Orxan onu yola salır və işini qısa müddətdə həll edəcəyini deyir, lakin etməmişdir. Bundan başqa, 2024-cü ilin aprel ayının ortalarında qohumu Zərərçəkmiş şəxs9 ona müraciət edərək, Lənkəran rayonu, Siyavar kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən köhnə maye qazdoldurma stansiyasının yerləşdiyi təxminən 0,20 ha torpaq sahəsini adına özəlləşdirmək istədiyini bildirmişdir. O da, həmin vaxt Əfqana Orxanı məsləhət görmüşdür. Belə ki, o və Zərərçəkmiş şəxs9 21 aprel 2024-cü il tarixdə Orxanla telefon əlaqəsi saxlayıb, məsələni ona izah etdikdən sonra Lənkəran Asan Xidmət Mərkəzinə gedərək orada fəaliyyət göstərən kafedə Orxanla görüşmüşlər. O, Əfqanı Orxana təqdim edərək Əfqanın Lənkəran rayonu, Siyavar kəndində yerləşən torpaq sahəsinin özəlləşdirilməsinə köməklik edə biləciyini soruşmuşdur. Orxan ondan problemin nədən ibarət olduğunu soruşmuşdur. Bundan sonra X53 rayonu, Siyavar kəndində yerləşən köhnə maye qazdoldurma stansiyası olduğunu və həmin stansiyanın yerləşdiyi təxminən 0,20 ha torpaq sahəsini özəlləşdirmək istədiyini demişdir. Orxan Əfqana notariat ofisində əmlak özəlləşdirmə işləri ilə məşğul olduğunu və onun problemi 2 ay ərzində həll edəcəyini əminliklə bildirmişdir. Həmin vaxt o da, Orxandan xahiş etmişdir ki, Əfqana köməklik etsin. Orxan söz vermişdir ki, 2 aya məsələni həll edəcəkdir. Orxan Əfqana əmlakın özəlləşdirməsi prosedurana başlamaq üçün ona etibarnamə verməsini təklif etdikdə Əfqan Orxanın sözü ilə elə həmin gün Asan Xidmətdə fəaliyyət göstərən notariat ofisində Orxana torpaq sahəsini adına özəlləşdirməsi üçün dövlət idarə, müəssisə və təşkilatlarında onu təmsil etməsinə görə etibarnamə vermişdir. Etibarnaməni notarius ofisinin xüsusi notariusu Şahid1 təsdiq etmişdir. Əfqan Orxana etibarnaməni verdikdən sonra Orxan sözügedən torpaq sahəsinin yanında görüşməyi bildirmişdir. Orxan torpaq sahəsinə baxmalı olduğunu demişdir. Bundan sonra o, Əfqangildən aralaşıb şəxsi işləri ilə əlaqədar Lənkəran şəhərinə qayıtmışdır. Sonradan Zərərçəkmiş şəxs9la əlaqə saxlayıb məslənin nə yerdə olduğunu ondan soruşanda, Əfqan ona Orxanın torpaq sahəsinə baxdığını və torpağın özəlləşdirilməsinə görə 2500 manat pul istədiyini, həmin pulun 1000 manatını versə də, qalan 1500 manatı borc axtardığını bildirmişdir. O, 24 aprel 2024-cü il tarixdə Əfqana 1500 manat borca pul vermişdir. Əfqan da, həmin pulu Orxanın verdiyi kart hesabına köçürmüşdür. Orxan Əfqana da, torpaq sahəsini adına özəlləşdirilməsinə köməklik edəcəyini bildirsə də, onu da aldadaraq pulunu ələ keçirtmiş və verdiyi vədə əməl etməmişdir. Orxan onun kimi, qohumu Zərərçəkmiş şəxs9 da aldatmışdır. O və Əfqan Orxan tərəfindən aldadıldıqlarını başa düşəndən sonra Orxana zəng edərək pullarını istəmişlər. Orxan ona pulu guya Lənkəran notariat ofisinin notariusu Şahid1 verdiyini demişdir. O, Şahid1 müraciət edərək, Orxanın ona dediklərini ona bildirdikdə, Şahid1 pul və torpaq məsələsindən məlumatının olmadığını, Orxanın başqa şəxsləri də, aldadaraq pullarını ələ keçirdiyini demişdir. O, bundan sonra Orxana yenə zəng edərək pulunu istədikdə, Orxan pulu qısa müddətdə verəcəyini desə də, pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan 1000 manat pulu adına olan torpaq sahəsinə dair çıxarış verilməsinə köməklik etməsi müqabilində almışdır. Həmin puldan hansısa vəzifəli şəxsə verəcəyi barədə bir söz deməmişdir. Sonradan o, aldandığını başa düşüb, pulunu istəyəndə Orxan ona “mən də kiməsə vermişəm” demişdir. Lakin Orxan pulu konkret olaraq hansısa vəzifəli şəxsə verməsi barədə deməmişdir. Orxan onu aldadaraq ələ keçirdiyi pulu özünə xərcləmişdir. O, qeyd olunan torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs təklifi ilə hansısa vəzifəli şəxsə müraciət etməmiş, torpağın adına sənədləşdirilməsi ilə bağlı yalnız Təqsirləndirilən şəxs tanımış və pulu ona vermiş, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirtmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ortalarından tanıyır. Orxanla heç bir ədavəti və düşmənçiliyi, eləcə də qohumluq əlaqələri yoxdur. Orxan özünü ona Lənkəran rayon notariat ofisinin daşınmaz əmlakların özəlləşdirilməsi xidmətini göstərən əməkdaşı kimi təqdim etmişdir. Belə ki, onun atası X18 Masallı şəhəri, yeni məhəllə adlanan ərazidə 0,09 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair atası Vüqar Şükürovun adına şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi yeni işlənmiş xəritədə faktiki yerləşdiyi ərazidən 700 metr aralıda göstərilmişdir. O, belə qərara gəlmişdir ki, həmin torpaq sahəsinin döngə koordinatlarını faktiki yerləşdiyi əraziyə uyğunlaşdırsın və bundan sonra torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alsın. O, Lənkəran rayonunda işlədiyi üçün burada bu işlərlə kimlərin məşğul olduğunu maraqlanmağa başlamışdır. O, torpaq sahəsi ilə bağlı tanışlarından maraqlandıqda, ona Lənkəran rayon notariat ofisində işləyən Orxan adlı şəxs olduğunu və həmin şəxsin işinin torpaq sahələrinin özəlləşdirilməsindən ibarət olduğunu demişlər. O, 16 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək, torpaq sahəsi ilə bağlı problemi ona izah etmişdir. Orxan mobil telefonda danışarkən ona “mənlikdir, gəlin notariusun köhnə binasının yanına” demişdir. O, həmin gün Lənkəran rayon notariat ofisinin köhnə binasının yerləşdiyi Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsinə, binanın qarşısına gəlmiş və orada Orxanla görüşmüşdür. Onlar notariusun yanındakı “042” adlı çayxanada oturub söhbət etmişlər. O, Orxana işinin Masallı şəhərindəki torpaq sahəsinin koordinatlarının faktiki olduğu yerə uyğunlaşdırılması və yeni çıxarış alınmasından ibarət olduğunu demişdir. Orxan ona köməklik edə biləcəyini, lakin bu işin pul müqabilində görəcəyini bildirmişdir. O, Orxandan nə qədər pul lazım olduğunu soruşanda, Orxan onun işini 1500 manata görəcəyini bildirmişdir. Orxandan Şahid1 da, adını eşidəndən sonra Orxana inandığı üçün onunla razılaşmışdır. O, Orxana bildirmişdir ki, qısa müddət ərzində pulu hazırlayıb ona verəcəkdir. Orxan da, pul veriləndən sonra işə başlayacağını demişdir. O, 19 aprel 2024-cü il tarixdə saat 18:55-də Lənkəran şəhəri, Bakı-Astara şossesində yerləşən “Bazarstore” mağazasının qarşısında quraşdırılmış “Milliön” elektron ödəmə sisteminin vasitəsi ilə Orxanın əvvəlcədən ona göndərdiyi **********567001 nömrəli "xxxx"a aid kart hesabına 1000 manat pul yükləmişdir. Orxan işin qısa müddətdə həll olunacağını ona mobil telefonda bildirmiş və pulun karta yükləndiyini təsdiq etmişdir. Orxan ona işin 2 həftə ərzində həll olunacağına söz vermişdi. Orxan 28 aprel 2024-cü il tarixdə onunla telefon əlaqəsi saxlayaraq ona “işinlə əlaqədar göndərişlə Bakı şəhərinə gedib, Bakıdakı adam narazılıq edir, 800 manat da istəyir, həmin pulu mənə verin” demişdir. O, Orxana Lənkəran şəhərinə gələndən sonra pulu ona verəcəyini bildirmişdir. O, həmin gün yaşadığı Masallı rayonunda olduğu üçün Orxanla həmin gün yeni Bakı-Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində görüşmüşdür. Orxan ona hazırda Bakı şəhərindən gəldiyini, onun işi ilə əlaqədar Bakı şəhərində guya kiminləsə görüşdüyünü, torpağın Masallı şəhərində yerləşdiyinə görə 800 manat pul istədiyini və həmin pul veriləndən sonra məsələni həll edəcəyini bildirmişdir. O, Orxana inandığı üçün 800 manat pulu orada Orxana təqdim etmişdir. Həmin vaxtdan sonra o, dəfələrlə Orxana zəng edərək işi ilə bağlı maraqlandıqda, Orxan guya işin qısa müddətdə həll edəcəyini və sənədləri təhvil verəcəyini bildirmişdir. Hər dəfə bir bəhanə gətirərək onu yubatmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, onun Lənkəran rayonu, Siyavar kəndinin ərazisində maye qazdoldurma stansiyası vardır. Həmin stansiya 2001-ci ildə onun adına qeydiyyata alınmış və adına keçmiş Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 noyabr 2001-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin maye qazdoldurma stansiyası hazırda fəaliyyət göstərmir. O, 2024-cü ildə belə qərara gəlmişdir ki, həmin stansiyanın yerləşdiyi ümumi 0,20 hektara qədər torpaq sahəsini özəlləşdirsin. O, bu barədə qohumu Zərərçəkmiş şəxs7 bildirmişdir. Zərərçəkmiş şəxs7 ona Lənkəran rayon 1 saylı notariat ofisində əmlak işləri ilə məşğul olan Orxan adlı şəxsə müraciət etməsini məsləhət görmüşdür. O, 21 aprel 2024-cü il tarixdə saat 11 radələrində qohumu Zərərçəkmiş şəxs7la birlikdə qonşusu Şahid13 Siyasət oğlunun taksi avtomobili ilə Lənkəran Asan Xidmət Mərkəzinə getmişlər. İltifat Orxana zəng etmişdir. Orxan Asan Xidmətin kafesinə gəlməyi demiş və onlar Orxanla mərkəzin kafesində görüşmüşlər. İltifat özü də, əvvəlcədən Orxanla danışmış, Orxan da İltifata torpaq məsələsinin məhz onun işi olduğunu demişdir. O, Orxanı görən kimi həmin şəxsi əvvəllər də, ünvan 13riat ofisində gördüyünə görə tanımışdır. Zərərçəkmiş şəxs7 Orxana onu təqdim edərək qohumu olduğunu Orxana demiş və ona kömək etməsini xahiş etmişdir. Orxan ondan problemin nədən ibarət olduğunu soruşmuş, o, Orxana Lənkəran rayonu, Siyavar kəndində yerləşən köhnə maye qazdoldurma stansiyası olduğunu və həmin stansiyanın yerləşdiyi təxminən 0,20 ha torpaq sahəsini özəlləşdirmək istədiyini demişdir. Orxan ona notariat ofisində əmlak özəlləşdirmə işləri ilə məşğul olduğunu və onun problemini 2 ay ərzində həll edəcəyini əminliklə bildirmişdir. Həmin vaxt yanlarında olmuş Zərərçəkmiş şəxs7 da Orxandan xahiş etmişdir ki, ona köməklik etsin. Orxan söz vermişdir ki, 2 aya məsələni həll edəcəkdir. O, Orxana inanmışdır. Orxan ona təklif etmişdir ki, əmlakın özəlləşdirməsi proseduruna başlamaq üçün ona etibarnamə verməlidir. O, Orxanın sözü ilə elə həmin gün Asan Xidmətdə fəaliyyət göstərən notariat ofisində Orxana torpaq sahəsini adına özəlləşdirməsi üçün dövlət idarə, müəssisə və təşkilatlarında onu təmsil etməsinə görə etibarnamə vermişdir. Etibarnaməni notarius ofisinin xüsusi notariusu Şahid1 təsdiq etmişdir. O, Orxana qeyd olunan etibarnaməni verdikdən sonra Orxan ona sözügedən torpaq sahəsinin yanında görüşməyi bildirmişdir. Orxan demişdir ki, torpaq sahəsinə baxmalıdır. O, qohumu İltifatı yolda düşürüb taksi sürücüsü Yasərlə birlikdə birbaşa torpaq sahəsinin yanına getmişdir. Hətta yolda ölçmə işləri üçün metrə də almışdır. O, saat 14 radələrində Orxanla ona məxsus olan Lənkəran rayonu, Siyavar kəndində yerləşən maye qazdoldurma stansiyasının yerləşdiyi torpaq sahəsinin yanında görüşmüşdür. Orxan ağ rəngli “Vaz 2106” markalı avtomobildə gəlmişdir. Sürücüdən başqa Orxanın yanında bir nəfər şəxs də, olmuşdur. Həmin şəxs və sürücü maşında qalmışlar. Orxan ona yaxınlaşmış və torpaq sahəsini Orxana göstərmişdir. Orxan ona qeyd olunan torpaq sahəsini adına özəlləşdirmək üçün vəzifəli şəxslərə pul verməli olduğunu deyərək bu işdə köməklik edilməsi müqabilində ondan 3000 manat pul istəmişdir. O, Orxana dediyi məbləğə gücü çatmayacağını bildirmişdir. Bundan sonra Orxan mobil telefon vasitəsi ilə kiməsə zəng edərək danışmışdır. Orxan telefondakı şəxsə “müdir” deyə müraciət etmişdir. O, Orxanın nə danışdığını bilməmişdir. Orxan telefonla danışandan sonra ona müdirlə danışıb işin 2500 manat pul müqabilində həll edəcəyini demişdir. Bundan sonra o, razılaşmışdır. Həmin vaxt pulu olmadığından, Orxanla birlikdə yaşadığı Lənkəran rayonu, Şıxəkəran kəndinə gəlmişlər. O, evdən 1000 manat pul götürüb yaşadığı evin yerləşdiyi küçədə onu gözləyən Orxana vermiş, qalan pulu isə 3-5 gün ərzində ona çatdıracağına söz vermişdir. Pulun verilməsində qonşusu Şahid13 iştirak etmişdir. O, pulu verərkən adına olan maye qazdoldurma stansiyasının qeydiyyat vərəqəsinin əslini ona təqdim etmişdir. Orxan ona narahat olmamağını, 2 ay ərzində torpaq sahəsinə görə adına çıxarış alacağını demişdir. Orxan etibarnamə əsasında nümayəndə kimi onu dövlət qurumlarında təmsil edəcəyini bildirmişdir. O, Orxana inandığı üçün onunla razılaşmışdır. Daha sonra o, qohumu Zərərçəkmiş şəxs7 1500 manat borca pul almışdır. O, Orxanla zəngləşib, pulu ona vermək istədiyini demişdir. Orxan ona “WhatsApp” proqramı ilə "xxxx" ASC-yə aid 416973xxxxx7086 nömrəli kart şəkli göndərmişdir. O, İltifatdan aldığı 1500 manatı adına olan "xxxx"a aid “birbank” plastik karta yükləmişdir. O, Orxanın göndərdiyi kart hesabına yaşadığı evdə 26 aprel 2024-cü il tarixdə saat 12:25-də mobil telefonunda olan mobil tətbiq proqramından istifadə etməklə Orxanın ona göndərdiyi kart hesabına 1500 manat pul yükləmiş və buna dair qəbzin şəklini çəkib, Orxana göndərmişdir. Daha sonra Orxana zəng edib pulun yüklənibyüklənmədiyini soruşanda, Orxan ona pulun kart hesabına yükləndiyini bildirmişdir. Bundan sonra o, 2 ay gözləmişdir ki, Orxan ona söz verdiyi kimi adına olan torpaq sahəsini adına özəlləşdirəcəkdir. Bu müddət ərzində o, demək olar ki, hər gün Orxanın istifadəsində olan ********** nömrəli mobil telefona zəng edərək işi ilə maraqlanmışdır. Hər dəfə Orxan ona söz vermişdir ki, qısa müddət ərzində işini həll edəcəkdir. O, Orxanın ona bildirdiyi 2 ay möhlət başa çatandan sonra 2024-cü ilin iyul ayının əvvəlində Orxana zəng edərək sənədinin hazır olub-olmadığını soruşmuşdur. Orxan ona “sənəd düzəlir. Səbirli ol, həll eləmişəm, müdirlə danışmışam” kimi sözlər deyərək onu yubatmışdır. Orxan hər dəfə ona müxtəlif bəhanələr gətirərək işini həll etmədiyinə görə o, belə başa düşmüşdür ki, Orxan onu aldatmış, pulunu ələ keçirmək məqsədi ilə ona torpağı adına özəlləşdirəcəyinə dair yalan vədlər vermiş, ona inanması üçün isə ondan etibarnamə almışdır. Daha sonra Orxan pulunu qaytaracağına söz versə də, pulundan heç bir məbləğ qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini, bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 23 avqust 2010-cu ildən Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyir. O, işə qəbul edilərkən notariusun inzibati binası ünvan 11 ünvanında yerləşmişdir. 08 iyun 2022-ci ildən 15 yanvar 2024-cü ilədək notariat ofisinin inzibati binası Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşmişdir. 15 yanvar 2024-cü il tarixdə X43 xidmət mərkəzinin istifadəyə verilməsi ilə əlaqədar həmin gündən notariat ofisi Asan xidmət mərkəzinə köçürülmüşdür. Hazırda notariat ofisinin rəsmi adı X43 xidmət mərkəzində notariat ofisi olmaqla, yeni Bakı-Astara avtomobil şossesinin Lənkəran rayonu, Qurunba kəndindən keçən hissəsində yolun kənarında yerləşir. Xüsusi notarius olaraq onun vəzifəsi ayrı-ayrı notariat hərəkətlərinin rəsmiləşdirilməsindən ibarətdir. Təqsirləndirilən şəxs 2021-ci ilin sonlarından notariat ofisinə müraciət edərkən tanımışdır. Orxanla tikinti ilə bağlı söhbət edərkən tanış olmuşdur. Həmin ərəfədə o, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən özünə məxsus torpaq sahəsində notariat ofisi üçün 2 mərtəbəli bina tikdirmişdir. Binanın tikintisi başa çatdırılmış və ban hissəsinə şifer vurulmuş, yalnız binanın 2-ci mərtəbəsinə çıxış pilləkəni və təmir işləri yarımçıq qalmışdır. Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, həmin binanın təmir işlərini ona həvalə etsin. O, etiraz etməmişdir. Orxan həmin vaxtdan ona məxsus binanın təmir işləri ilə məşğul olmağa başlamışdır. O, mütəmadi olaraq binanın təmir işlərinə nəzarət etdiyinə görə Orxana gündəlik görülən işlərin pulunu ödəmişdir. 2022-ci ilin may ayının sonlarında ona rəhbərlik tərəfindən məlumat verilmişdir ki, ədliyyə nazirinin 08 iyun 2022-ci il tarixdə Lənkəran şəhərində vətəndaş qəbulu olacaqdır və notariat ofisinin yeni binasının həmin vaxta qədər hazır olması ona tövsiyə olunmuşdur. O, Orxana tapşırmışdır ki, binanı tam hazır edib qısa müddət ərzində notariat ofisini yeni binaya köçürsünlər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, deyilən müddətə qədər binanın təmirini tam hazır vəziyyətə gətirəcəkdir. Orxan gecə-gündüz binanın təmiri işləri üçün çoxsaylı ustalar cəlb edərək qısa müddət ərzində növbəlilik qaydasında notariat ofisinin yeni binasının təmir işlərini tam yekunlaşdırmışdır. Orxanın bu hərəkəti onun xoşuna gəlmişdir. Beləliklə, bina təmir edilib, bütün avadanlıqlarla təmin edildikdən sonra 08 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanında yeni binasının açılışı olmuşdur. O, həmin binada xidməti fəaliyyətə başlayandan sonra Orxan ona təklif etmişdir ki, “binanın 2-ci mərtəbəsini mənə icarəyə ver, mən hüquqi şəxs yaradaraq bir neçə işçi cəlb edib, bina tikintisi fəaliyyəti ilə məşğul olacağam”. O, Orxanın işlərini bəyəndiyi üçün ona razılıq vermişdir. Nəticədə onunla Təqsirləndirilən şəxs arasında 08 iyun 2022-ci il tarixdə 1 illik icarə müqaviləsi bağlanmışdır. O, binanın 2-ci mərtəbəsini arxiv və konfrans otaqları istisna olmaqla qalan bütün otaqlarını Təqsirləndirilən şəxs istifadəsinə vermişdir. Orxan hər gün notariat ofisinə gəlib öz xidməti ərazisində öz işləri ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs işlərinə qarışmamış və onunla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs mənzil satışı ilə bağlı binanın girişinə elan lövhələri vurmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs daşınmaz əmlaklarla bağlı layihə-smeta işlərinin aparılması və təmir-tikinti və layihə işləri üzrə iş icraçısı kimi ona müraciət etmiş şəxslərə xidmət göstərməyə başlamışdır. Hətta Təqsirləndirilən şəxs Lənkəran şəhəri, 20 Yanvar küçəsində apartman tipli çoxmənzilli binanın tikintisini iş icraçısı kimi həyata keçirmişdir. Sonradan həmin şirkətlə razılaşmadıqları üçün şəriklikləri pozulmuşdur. O, Orxanla icarə müqaviləsi bağlanandan 5-6 ay sonra ona məlum olmuşdur ki, Orxan notariat ofisində olarkən ona müraciət edən şəxslərin vərəsəliklə bağlı sənədlərin toplanılması, daşınmaz əmlaklarla bağlı sənədlərin reyestr xidmətində qeydiyyata alınması, onların özəlləşdirilməsi, torpaq kadastr işləri üzrə vasitəçilik xidmətləri göstərir. Halbuki, Orxan ona yalnız layihə-simeta işləri ilə məşğul olacağını demişdir. Orxanın bu xidmətlərlə daha aktiv şəkildə məşğul olduğunu və bir sıra hallarda notariat fəaliyyətinə müdaxilə etdiyini müşahidə etdiyi üçün icarə müqaviləsinin müddəti başa çatandan sonra Orxanla təkrar müqavilə bağlamamışdır. Bundan sonra 2023-cü ilin iyun ayından etibarən Orxan öz fəaliyyətini kənarda davam etdirsə də, ayrıayrı şəxslərin adına etibarnamə alaraq “dəllal” kimi vasitəçilik xidmətləri göstərməkdə davam etmişdir. Orxan demək olar ki, hər gün notariat ofisinə gəlir və vətəndaşlarla olan görüşlərini notariat ofisinin yanında və ya içərisində aparmışdır. Bu hal ona sonradan məlum olmuşdur. Hər kəs kimi Orxan etibarnamə ilə bağlı notariat ofisinə müraciət etdiyinə görə ona bu işdə maneçilik törətmək mümkün olmamışdır. Orxan əsasən vərəsəlik və torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı şəxslərdən adına etibarnamə almışdır. Sanki ona müraciət etmiş şəxslərdə belə təsəvvür yaranmışdır ki, Təqsirləndirilən şəxs notariat ofisinin işçisidir. Sonradan vətəndaşlarla Təqsirləndirilən şəxs arasında narazılıq yarandıqdan və müəyyən şəxslər ona müraciət etməyə başladıqdan sonra ona məlum olmuşdur ki, hətta Orxan şəxslərdən pul alarkən özünü notariat ofisinin əməkdaşı kimi təqdim edir və pul vəsaitlərini məhz onun adından sui-istifadə etməklə ələ keçirir. Ona görə də, o, 2024-cü ilin yanvar ayında notariat ofisi Asan xidmət mərkəzinə köçəndən sonra Orxanı ümumiyyətlə notariat ofisindən uzaqlaşdırmışdır. Orxan isə təkidlə ona notariat ofisinin köhnə binasını onun icarəsinə və ya istifadəsinə verməyi, habelə müxtəlif sənədlərin qəbulu üçün ona şərait yatarmağını ona təklif etmişdir. O isə bu təkliflərdən imtina etmişdir, ona görə ki, vətəndaşlar Asan xidmət mərkəzinin uzaq ərazidə yerləşdiyi üçün notariat ofisinin köhnə binasına müraciət edəcək və Orxan bu faktlardan sui-istifadə edəcəkdir. Bu səbəbdən o, Orxana ümumiyyətlə binaya yaxın getməməsini tapşırmışdır. Lakin Orxan yenə binaya bitişik olan “Qardaşlar” adlı kafedə oturaraq öz qanunsuz vasitəçilik fəaliyyətini davam etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun adından istifadə edərək guya ona vermək adı ilə Lənkəran rayon sakinlərindən Lənkəran şəhərinin ayrı-ayrı ərazilərində, işə düzəltmək, vərəsəlik işlərini rəsmiləşdirmək, daşınmaz əmlakları sənədləşdirmək, torpaq sahələrinin təyinatını dəyişdirmək, mənzil satışları və sair adlarla vətəndaşlardan müxtəlif məbləğlərdə vəsaitlər ələ keçirmişdir. Vətəndaşlar bununla bağlı ona müraciət edərkən o, Orxanın əvvəllər ona binanın təmiri ilə bağlı etdiyi yaxşılığa görə müəyyən məbləğdə pul köməkliyi etmişdir. Lakin 2024-cü ilin yanvar ayının 15-də notariat ofisi Asan xidmət mərkəzinə köçəndən sonra Orxanın pul aldığı şəxsləri məqsədli şəkildə aldığı pulları guya ona verdiyini deyərək onları Asan xidmət mərkəzinə yönəltdiyini müşahidə etmişdir. Artıq demək olar ki, hər gün vətəndaşlar Asan xidmət mərkəzinə gəlib, ya Orxanı ondan soruşur, ya da onları Orxan göndərib deyərək ondan pulun alınmasında kömək etməsini xahiş etmişlər. O, Orxandan niyə şəxsləri notariat ofisinə göndərdiyini soruşanda, Orxan onu şantaj edərək, guya vətəndaşlardan aldığı pul vəsaitlərini ona verdiyini demişdir. O, 2024-cü ilin fevral ayında Orxanın qanunsuz pul alması ilə bağlı ona müraciət edən şəxslərin çoxaldığını görüb, notariat ofisinin adının qanunsuz işlərdə hallanmaması və əhali arasında hörmət və etimadın qorunması, öz şəxsi hörmətinin mühafizəsi məqsədi ilə Orxana kömək məqsədi ilə 2024-cü ilin fevral ayının 14-də 40000 manat, 2024-cü ilin may ayının 17-də 28000 manat və may ayının 20-də isə 25000 manat borc pul vermişdir ki, pul aldığı şəxslərin pullarını qaytarsın. O, həmin pul vəsaitlərini banklardan kredit götürərək və özünə məxsus Bakı şəhərində yerləşən mənzilini sataraq vermişdir. O, hər dəfə Orxana bildirmişdir ki, qanunsuz işlərdən uzaq olsun və şəxsləri müxtəlif adlarla aldatmasın və bu hərəkətlərinə son qoysun. Təqsirləndirilən şəxs ona hər dəfə daha bu işlərlə məşğul olmayacağını bildirsə də, yenə öz bildiyini etmişdir. Ona görə də, o, 2024-cü ilin iyun ayının əvvəlindən Təqsirləndirilən şəxsla ümumiyyətlə münasibətini kəsmişdir. Bunun səbəbi Təqsirləndirilən şəxs onun adından və əhali arasında olan nüfuzundan istifadə edərək müxtəlif adlar altında ayrı-ayrı şəxslərdən daşınmaz əmlakların sənədləşdirilməsi, işə qəbul, vərəsəlik işlərinin rəsmiləşdirilməsi, torpaq sənədləşdirilməsi və yerdəyişməsi adları ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alması və verdiyi vədlərə əməl etməyərək pul aldığı şəxsləri onun üstünə yönəltməsi olmuşdur. O isə ona müraciət etmiş hər bir şəxsə izah etmişdir ki, Təqsirləndirilən şəxs nə onun işçisidir, nə də ki, aldığı pulları ona vermişdir. Halbuki, həmin pul alınan şəxslərdən və həmin pul vəsaitlərdən, eləcə də, Orxanla şəxslər arasında olan sövdələşmələrdən heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 tanıyır. Zərərçəkmiş şəxs1 onun yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/7 saylı binanın yaxınlığında fərdi olaraq dərzi işləyir. Zərərçəkmiş şəxs1 ilə hər hansı qohumluq əlaqələri yoxdur. 2022ci ilin sonlarında Zərərçəkmiş şəxs1 bir neçə dəfə ona qızı Şahid2 notariat ofisində işə qəbul edilməsi barədə müraciət etmişdir. Nüşabə ona qızının Lənkəran şəhərində kolleci bitirdiyini və orta ixtisas təhsilli olduğunu demişdir. O, hər dəfə Zərərçəkmiş şəxs1 rəhbəri olduğu notariat ofisində vakant vəzifə olmadığını, əgər gələcəkdə Rənanın ixtisasına uyğun və ya başqa idarədə iş olarsa ona xəbər edəcəyini demişdir. Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar ayının əvvəlində qızı Rəna ilə birlikdə Lənkəran rayon 1 saylı notariat ofisinin həmin vaxt fəaliyyət göstərdiyi Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanına gəlib, ona müraciət edərək notariat ofisində vakant iş olduğunu və həmin işə qızı Rənanı götürməsini ondan xahiş etmişdir. O, Nüşabəyə yenə izah etmişdir ki, notariat ofisində heç bir vakant vəzifə yoxdur. Əgər vakant vəzifə olarsa, yaxud işçilərdən kimsə işdən çıxarsa onda ona xəbər edər. Bundan sonra Nüşabə və qızı Rəna notariat ofisindən çıxıb getmişlər. Həmin dövrdə o, notariat ofisinin binasının 2-ci mərtəbəsini Təqsirləndirilən şəxs icarəyə vermiş və Orxanın faktiki istifadəsində olan otaqlarda kimlərin işlədiyi ilə maraqlanmamışdır. 2023-cü ilin yanvar ayının ortalarında notariat ofisinin 2-ci mərtəbəsində bir nəfər qızın işlədiyini eşitmişdir. O, maraqlandıqda, ona məlum olmuşdur ki, həmin qız Zərərçəkmiş şəxs1 qızı Rənadır. O, bu barədə Orxandan soruşanda, Orxan ona Rənanı özünün işə götürəcəyini demişdir. O, daha Rənanın işi ilə bağlı maraqlanmamışdır. Rəna binanın 2-ci mərtəbəsində Orxanın tapşırdığı işləri icra etmişdir. Həmin mərtəbədə notariat ofisinin böyük arxiv otağı yerləşdiyindən və həmin otaqda könüllü qadın əməkdaş Gülnar Hüseynova işlədiyindən, Rəna daha çox Gülnarın yanında olmuşdur. Bir neçə ay sonra o, Rənanın Orxan tərəfindən sənədlərin surətinin çıxarılması işlərinə cəlb edildiyini görmüşdür. Belə ki, 2023-cü ilin aprel ayında notariat ofisinin binasına əlavə artırma tikili inşa etdidiyindən və həmin artırma hazır olandan sonra Orxanın xahişi ilə sənədlərin surətlərinin çıxarılması işini həmin yeni tikilmiş binanın 1-ci mərtəbəsinə köçürülməsinə razılıq vermişdir. Rəna ilə qarşılaşanda Rəna ona bir neçə dəfə notariat ofisinə işə götürməsini ondan xahiş etmişdir. O isə Rənaya notariat ofisində hələ vakant vəzifə olmadığını demişdir. Notariat ofisinə işə qəbul zamanı yalnız ali təhsilli şəxslərə üstünlük verilir. Notariat ofisində faktiki işləyən işçilərin hamısı ali təhsilli şəxslərdir. O, bu barədə Rənaya da bildirmişdir. Lənkəran rayon 1 saylı notariat ofisi Lənkəran rayonu, Qurunba kəndində magistral yolun kənarında yeni açılmış X43 Xidmət Mərkəzinə köçürüləndən sonra notariusun köhnə binasını bağlamışdırm. Orxan ondan binanı yenidən icarəyə götürmək istəsə də, o, Orxanın məlum qeyri-qanuni işlərinə görə icarəyə verməmişdir. Sonradan (dəqiq vaxt yadında deyil) ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Rənanı işə götürməsi müqabilində ondan 3000 manat pul almışdır. Rəna notariat ofisinin heç bir işini icra etməmişdir və Orxan Rənanı öz işçisi kimi müəyyən işlərə cəlb etmişdir. Rəna və ya anası Zərərçəkmiş şəxs1 işə görə ona hər hansı məbləğdə pul verməmişlər. Onun Rənanın işə qəbula görə Təqsirləndirilən şəxs pul verilməsindən məlumatı olmamışdır, bu barədə Orxanla əlaqədar şikayətlər olandan sonra bilmişdir. Şahid3 tanıyır. Şahid3 tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli əmrlə Lənkəran regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisində aparıcı mütəxəssis (kargüzar) vəzifəsinə işə qəbul etmişdir. Şahid3 Təqsirləndirilən şəxs xahişi ilə işə qəbul etmişdir. Belə ki, Lənkəran regional “ASAN xidmət” Mərkəzinin 2023-cü ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdu. Notariat Baş İdarəsinin rəhbərliyi tərəfindən ona Asan Xidmət Mərkəzi açılana kimi ehtiyat kadrların hazırlanması və vəzifəyə təklif edilməsi məsələsi tapşırılmışdır. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs notariat ofisində xidməti otağına gələrək bir nəfər qadın qohumunun olduğunu, ali təhsilli olduğunu və 10 il uşaq bağçasında stajı olduğunu bildirərək, həmin qadını Lənkəran Asan Xidmət Mərkəzində işə götürməsini ondan xahiş etmişdir. Orxan ona işə götürüləcək qohumunun adının Ramilə olduğunu demişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxsla münasibəti yaxşı olduğundan, Orxana həmin qadının sənədlərini toplamasını tapşırmış, əgər işə qəbul edilməsi mümkün olsa və şəxsi işində hər hansı nöqsan olmasa işə götürəcəyini demişdir. O, həmçinin Orxana həmin qadınla bağlı bir sıra sənədləri toplamağın vacib olduğunu bildirmişdir. Orxan ona işə qəbul üçün hansı sənədlərin lazım olduğunu bildiyini və qohumuna bu işi tapşıracağını demişdir. Həmin ərəfədə işə qəbul üçün bir neçə şəxs də müraciət etmişdir. İş üçün ona müraciət edən şəxslər 5 nəfər - X40, X11, X26, X31 və Təqsirləndirilən şəxs ondan xahiş etdiyi Şahid3 olmuşdur. O, Orxanın xahiş etdiyi Ramilə adlı qadını şəxsən qəbul etməmiş və işə görə onunla söhbəti olmayıb. Lakin Ramilənin şəxsi işi ilə bağlı sənədləri Orxan ona göstərmişdir. 2023-cü ilin avqust ayının əvvəlində işə qəbulla bağlı müraciət etmiş şəxsləri qəbul edilmələri üçün Notariat Baş İdarəsinə göndərmişdir. O, həmçinin Orxana da, qohumu Ramiləni Bakı şəhərinə göndərməsini, orada Notariat Baş İdarəsində qəbula düşməsini və sənədlərini qəbul şöbəsində təqdim etməsini demişdir. Orxan da, buna görə ona təşəkkürünü bildirib, Ramiləni deyilən vaxt Bakı şəhərinə göndərəcəyini demişdir. İşə qəbul üçün müraciət etmiş digər şəxslərlə yanaşı Orxanın ondan xahiş etdiyi Ramilə də, 2023-cü ilin avqust ayının əvvəlində Notariat Baş İdarəsində qəbulda olmuşlar, onlardan istənilən sənədləri təqdim etmişlər və avqust ayının sonuna qədər Bakı şəhəri 7 saylı Asan Xidmət Mərkəzində təcrübə keçmişlər. X43 Xidmət Mərkəzinin istifadəyə verilməsi təxirə düşdüyündən, həmin şəxslər yenidən təcrübəyə cəlb edilmişlər. Belə ki, həmin 5 nəfər şəxs, o cümlədən Şahid3 2023-cü ilin sentyabr ayında 2 həftə müddətində X55 Xidmət Mərkəzində notariat ofisində təcrübə keçmişlər. Onlar təcrübəni bitirdikdən sonra Orxan ondan xahiş etmişdir ki, Ramilə gəlib rəhbəri olduğu notariat ofisində kargüzarlıq işləri ilə tanış olsun. O, etiraz etməmiş, lakin Ramilənin həqiqətən Lənkəran rayon 1 saylı notariat ofisinə gəlib işlərlə tanış olduğunu bilməmişdir. Həmin vaxta qədər o, Şahid3 görməmiş və onu tanımır. 2023-cü ilin oktyabr ayının əvvəlində notariat ofisinə qəbul ediləcək şəxslərlə görüş keçirmişdir. O, işçilərə X43 Xidmət Mərkəzinin açılmasının hələ təxirə salındığı barədə məlumat vermişdir. O, orada ilk dəfə Şahid3 görmüşdür. O, Ramilədən kim olduğunu soruşanda, Ramilə ona Orxanın xahiş etdiyi şəxs olduğunu demişdir. O, daha Ramilədən heç nə soruşmamışdır. Həmin gün Orxan yenə yanına gələrək, ondan xahiş etdiyi qadının məhz iclasda olan Ramilə olduğunu bildirmişdir. O, Orxana yenə Ramilənin şəxsi işində hər hansı problem olmasa, qanuni şəkildə onu işə götürəcəyini demişdir. 2023-cü ilin dekabr ayının ortalarında X43 Xidmət Mərkəzinin 2024-cü ilin yanvar ayının ortalarında açılacağı məlum olmuşdur. Notariat Baş İdarəsindən ona işə qəbul üçün müraciət etmiş şəxslərin yenidən 9 günlük təcrübəyə cəlb edilmələri barədə bildirilmişdir. O, iş üçün müraciət etmiş şəxsləri, o cümlədən Orxanın xahişini etdiyi Ramiləni Bakı şəhərinə göndərmişdir. Həmin şəxslər yenə Notariat Baş İdarəsində qəbulda olmuş və 7 saylı Asan Xidmət Mərkəzində 9 günlük təcrübə keçmişlər. Təcrübədən sonra ona Notariat Baş İdarəsindən işə qəbul olunacaq şəxslərin siyahısı təqdim edilmişdir. Həmin siyahıda Şahid3 da, adı qeyd olunmuşdur. O, bu barədə Orxana məlumat verərək, Ramilənin şəxsi işində heç bir problem olmadığını və verilən siyahıda adı qeyd olunduğuna görə Ramiləni işə götürəcəyini demişdir. 7 yanvar 2024-cü il tarixdə notariat ofisinin bütün işçiləri, o cümlədən Şahid3 X43 Xidmət Mərkəzində olmuşlar və onlara xidməti geyim forması təqdim edilmişdir. 16 yanvar 2024-cü il tarixdə X43 Xidmət Mərkəzinin rəsmi açılışı olmuşdur. O, Notariat Baş İdarəsi ilə razılaşdırılmaqla, 17 yanvar 2024-cü il tarixdə işə qəbulla bağlı əmr verərək, həm Lənkəran rayon 1 saylı notariat ofisinin köhnə işçiləri, həmçinin işə qəbul olunacaq şəxslər barəsində vahid əmr imzalamışdır. Həmin əmrlə Lənkəran regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notariusun işçiləri sırasında Təqsirləndirilən şəxs ondan xahişini etdiyi Şahid3 aparıcı mütəxəssis (kargüzar) vəzifəsinə işə qəbul etmişdir. Şahid3 17 yanvar 2024-cü il tarixdən həmin vəzifədə işləyir. 2024-cü ilin fevral ayında ayrı-ayrı şəxslər X43 Xidmət Mərkəzinə müraciət edərək, Orxanın onları aldatması barədə bildirmişlər. O, həmin ərəfədə şübhələndiyi üçün Şahid3 xidməti otağına çağırmışdır. O, Şahid3 Təqsirləndirilən şəxs həqiqətən qohumu olubolmadığını soruşmuşdur. Ramilə ona Orxanın qohumu olmadığını bildirmişdir. O, Ramilədən işə qəbula görə Orxa Aslanovun ondan pul alıb-almadığını soruşmuş, Ramilə əvvəlcə ona Orxana pul vermədiyini, sadəcə Orxandan işə qəbul edilməsinə kömək etməsini xahiş etdiyini dedikdə, o, Ramiləyə əsəbiləşərək düzgün məlumat verməsini tapşırmışdır. Bundan sonra Şahid3 ona etiraf etmişdir ki, Orxan işə qəbul edilməsini ondan xahiş etməsi müqabilində Ramilədən 3000 manat pul almışdır. O, Ramiləni Orxana pul verdiyinə görə danlamışdır. Ramilə ona Orxanın ondan işə qəbul edilməyi xahiş etməsi müqabilində pul istədiyini, əks halda işə gətürülməsinin mümkün olmayacağını dediyinə görə məcbur olub pul verdiyini etiraf etmişdir. O, Şahid3 işi ilə məşğul olmasını tapşırmışdır. O, 2024-cü ilin təxminən fevral ayının sonlarında bilmişdir ki, Təqsirləndirilən şəxs Ramiləni ondan xahiş etməsi müqabilində Ramilədən 3000 manat pul almışdır. O, Ramiləni Təqsirləndirilən şəxs xahişi ilə işə qəbul etsə də, Şahid3 şəxsi işi və topladığı sənədlər Notariat Baş İdarəsində yoxlanıldığından, təcrübələrə cəlb edildiyindən və işə qəbul edilməsi məqsədə müvafiq hesab edildiyindən qanuni şəkildə Ramiləni işə götürmüşdür. Nə Şahid3, nə də Təqsirləndirilən şəxs Ramilənin işə götürülməsinə görə ona hər hansı məbləğdə pul verməmişlər və o, bu məqsədlə həmin şəxslərdən pul istəməmiş və almamışdır. Şahid3 rəhbəri olduğu notariat ofisində işə qəbul edilməsi ilə bağlı ona müraciət etməmişdir. X43 Xidmət Mərkəzində notariat ofisi fəaliyyət göstərəcəyi nəzərdə tutulduğu üçün əlavə işçilərə ehtiyac olduğundan, həmin ərəfədə, yəni 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs ondan Şahid3 işə qəbul edilməsini xahiş etmişdir. O, Orxana Ramilənin sənədləri qaydasında olsa və rəhbərlik məqsədə müvafiq hesab etsə qanuni şəkildə Ramiləni işə götürəcəyini demişdir. O, Şahid3 ilk dəfə 2023-cü ilin oktyabr ayının əvvəlində işə qəbul ediləcək şəxslərlə iclas keçirərkən görmüşdür. O, Ramilədən kim olduğunu soruşanda, Ramilə ona Orxanın xahiş etdiyi şəxs olduğunu demişdir. Şahid3 işə qəbul edilməsini ondan xahiş etməsi müqabilində Təqsirləndirilən şəxs 3000 manat pul almasından onun məlumatı olmamışdır. O, bu barədə 2024-cü ilin fevral ayında, yəni Ramiləni işə götürəndən 1 ay sonra bilmişdir. Bu barədə ona Şahid3 demişdir. Orxan ona Ramilə ilə qohum olduğunu və buna görə xahişini etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ramilədən hər hansı məbləğdə, o cümlədən 3000 manat pul almasını ona deməmişdir. Zərərçəkmiş şəxs2 təxminən 2012-ci ildən tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi, eləcə də qohumluq əlaqələri yoxdur. Zərərçəkmiş şəxs2 məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində köhnə Bakı-Astara yolunun kənarında qeyri-yaşayış obyektləri vardır. 2023-cü ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs2 onu vəkili Şahid5 vasitəsi ilə özünə məxsus “Şah” saraya dəvət etmişdir. O, Allahşükürlə görüşmüşdür. Söhbət əsnasında Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxsla özünə məxsus yol kənarında yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin ilkin sənədlərinin hazırlanması və onun arxasında yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilərək hər iki torpaq sahəsinə dair vahid çıxarış alınması ilə bağlı söhbət etdiyini, Təqsirləndirilən şəxs bu işi öz boynuna götürdüyünü və ona köməklik edəcəyini bildirdiyini demişdir. Həmin dövrdə onun Təqsirləndirilən şəxsla münasibəti yaxşı olduğundan və Orxanı kimisə aldatmasını eşitmədiyindən, eyni zamanda onun bina təmiri işini qısa müddətdə yerinə yetirdiyindən, Allahşükürə Orxanın onu aldatmasına inanmadığını bildirmişdir. Çünki, o, həmin vaxt Orxanı işgüzar şəxs kimi tanımışdır. Allahşükür və İbarət ona təklif etmişlər ki, onlar Orxanı şəxsən tanımırlar və ona görə də, Orxanla razılaşdıqları məbləği onun vasitəsi ilə Orxana versinlər. Allahşükürlə Orxanın nə məqsədlə pul alış-veriş etdikləri onu maraqlandırmadığı üçün Allahşükürə ona verəcəyi pulu Orxana verə biləcəyini demişdir. Əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə danışdığı torpaq sənədləşmə işlərinin necə və hansı vasitə ilə icra edəcəyindən məlumatı və bu işdə hər hansı maddi marağı olmamışdır. Ona görə də, o, Allahşükürə ona veriləcək pulu Orxana çatdıracağını demişdir. O, özü də, Orxandan bu işlə bağlı soruşanda, Orxan ona Bakı şəhərində geniş əlaqələrinin olduğunu və bu işi qanuni şəkildə həll edəcəyini, sadəcə xidmət haqqı olaraq Allahşükürdən pul alacağını bildirmişdir. X42 arasında hansı məbləğlə bağlı razılaşma olmasından məlumatı olmamışdır. Beləliklə, 2023-cü ilin iyul ayının ortalarında vəkil Şahid5 onunla telefon əlaqəsi saxlayıb notariat ofisinin binasına gəlmiş və kağıza bükülmüş halda ona pul verib Orxana çatdırmasını bildirmişdir. O həmin gün Təqsirləndirilən şəxs zəng edərək ona çatası əmanət olduğunu bildirərək iş yerinə çağırmışdır. Orxan həmin gün onun iş yerinə gəlmiş və o, notariat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən binasındakı xidməti otağında kağıza bükülmüş halda pulu Orxana təqdim edərək Allahşükürün işi ilə bağlı İbarətin gətirdiyini demişdir. O, pulun qədərini bilməmişdir. Orxan ondan pulu almışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, Orxana tapşırmışdır ki, “Allahşükürlə və İbarətlə münasibətim yaxşıdır, elə et ki, aramızda narazılıq olmasın və onları aldatma”. Orxan ona narahat olmamağını, Allahşükürün torpaq məsələsini yaxın müddət ərzində həll edəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra 2023-cü ilin iyul ayının sonlarına yaxın İbarət yenə onun xidməti otağına gələrək kağıza bükülmüş halda pul gətirib Orxana çatdırmağını demişdir. O, yenə həmin gün eyni qaydada Orxanı xidməti otağına çağıraraq İbarətin verdiyi pulu kağıza bükülü vəziyyətdə Orxana təqdim etmişdir. O, yenə Orxandan xahiş etmişdir ki, Allahşükürün işini həll etsin. Həmin vaxtdan bir müddət keçəndən sonra İbarət yenə onunla telefon əlaqəsi saxlayıb görüşməyi bildirmişdir. O, İbarətlə yaşadığı evin qarşısında görüşmüşdür. İbarət ona 5000 manat pul verib, Orxana çatdırmağını demişdir. O, X16 torpaq məsələsi ilə məşğul olmasına inanmadığını və onları aldatdığını hiss etdiyini bildirərək İbarətdən pulu götürməkdən imtina etmişdir. Bu işin üstünə düşməsini və Orxanla mütəmadi əlaqə saxlamasını tövsiyə etmişdir. O, özü də, hər dəfə Orxanla rastlaşanda və ya zəng edərək Allahşükürün torpaq məsələsi ilə bağlı maralanmışdır. Orxan isə ona söz vermişdir ki, bu işi həll edəcəkdir. Eyni zamanda Allahşükür və İbarət özü də dəfələrlə Orxanla telefon əlaqəsi saxlayaraq torpaq işini həll etməsini maraqlanmışlar. Orxan onlara işi guya həll etdiyini demiş, lakin həll etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Allahşükür İbarətin və onun vasitəsi ilə Orxana cəmi 15000 manat pul vermişdir. Sonradan isə Allahşükür işin alınmadığını görüb, Orxandan pulunu tələb etmişdir. Orxan isə Allahşükürə guya pulun ona çatdığını demişdir. Allahşükür də, onunla əlaqə saxlayıb ona görə Orxana pul verdiyini bildirsə də, o, Allahşükürə izah etmişdir ki, o, özü də, Orxana inanırdı və Orxanın onu aldadacağı ağlına gəlməmişdir. Sonradan bildiyinə görə Orxan həmin pulun 2000 manatını Gərmətük bələdiyyəsinin sədri Şahid6 qaytarmışdır. 2024-cü ilin iyul ayında Allahşükür, İbarət və Təmirlan onun iş yerinə gələrək, pulun Orxandan alınmasında köməklik etməsini ondan xahiş etmişlər. O, həmin şəxslərin yanında İbarətin mobil telefonu ilə Orxana zəng edib, Allahşükürdən nə qədər pul aldığını soruşmuş, Orxan ona Allahşükürdən torpaq işinə görə 20000 manat pul istədiyini və bu puldan ona 15000 manat verildiyini etiraf etmişdir. Bundan sonra Allahşükür və İbarət bilmişdir ki, bu pullar Orxana çatmışdır və ona heç bir aidiyyəti yoxdur. O, onlara bildirmişdir ki, Orxan onlardan başqa çoxsaylı vətəndaşları aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 pulunun ələ keçirilməsi barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs2 qeyd olunan torpaq sahəsinin təyinatını dəyişdirilməsi və çıxarış alınması ilə bağlı pul vəsaitlərini Təqsirləndirilən şəxs çatdırmağı üçün vəkili Şahid5 vasitəsi ilə ona göndərmiş, o da, həmin pulları xidməti otağında Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonradan bilmişdir ki, pul 15000 manat olmuşdur. Lənkəran rayon sakini Zərərçəkmiş şəxs3 tanımır və həmin şəxslə heç bir əlaqəsi olmamışdır. O, X43 xidmət mərkəzinə köçəndən sonra Zərərçəkmiş şəxs3 və işçisi Ayla Cəbrayılovanın həyat yoldaşı Mütəllim adlı şəxs onun yanına gələrək Orxana 2023-cü ilin avqust-oktyabr ayları ərzində torpaq sahəsinin özələşdirilməsi üçün 22000 manatdan çox pul verdiyini və pulun alınmasında ona köməklik etməsini ondan xahiş etmişdir. Hafiz ona bildirmişdir ki, Orxan torpaq özələşməsinə görə ondan pul alarkən onun adından və nüfuzundan istifadə etmişdir. O, Hafizə və Mütəllibə izah etmişdir ki, bu işdən onun heç bir məlumatı və pulun alınmasında heç bir iştirakı yoxdur. O, bu məsələni birinci dəfədir ki, eşidir. O, Orxanın xeyli sayda insanlara borcu olduğundan və Mütəllimin onun işçisinin həyat yoldaşı olduğundan Orxana təsir edəcəyini və pulun qaytarılmasına çalışacağını Hafizə demişdir. 2024-cü ilin fevral ayında o, Orxana 40000 manat borc verəndə, Orxan ondan xahiş etmişdir ki, Aylanın qohumu Hafizin pulunu o, versin. Orxan bunun üçün ona 12000 manat pul vermişdir. O da, həmin pulu Mütəllimi 2024-cü ilin fevral ayının sonlarında yaşadığı binaya çağıraraq, ona təqdim etmiş və pulun Orxan tərəfindən göndərildiyini bildirmişdir. O, həmin vaxt Hafizlə telefon əlaqəsi saxlayaraq ona da izah etmişdir ki, “pulu sənə verməyim o demək deyildir ki, pul mənə çatıb, pulun qalan hissəsini Orxanla danışarsan”. Həmin vaxt mobil telefon vasitəsi ilə Orxanla da, əlaqə saxlamış və Orxan Hafizə qalan pulu 10-15 günə çatdıracağına söz vermişdir. Mütəllib də, həmin pulu bildiyinə görə Hafizə vermişdir. 2024-cü ilin iyul ayının əvvəlində Hafiz yenə Mütəllimlə birlikdə onun yanına gəlmişdir. Hafiz ona Orxanın pulu qaytarmadığını demişdir. O, Orxana zəng edərək Hafizin pulunu qaytarıb-qaytarmadığını Hafizin yanında zəng edərək soruşmuşdur. Orxan pulu verəcəyini demişdir. O, Hafizə izah emişdir ki, pulu Orxana verib, ondan da tələb etsin. Həmin vaxtdan sonra daha Hafizi görməmişdir. O, 2024-cü ilin may ayında bilmişdir ki, Təqsirləndirilən şəxs onun adından istifadə edərək Lənkəran şəhəri X50 küçəsində bina tikintisi işləri ilə məşğul olan Zərərçəkmiş şəxs4 notariusun depozit hesabına köçürülməsi adı altında ondan müxtəlif məbləğlərdə pul almışdır. O, Zərərçəkmiş şəxs4 2 ildən çoxdur ki, tanıyır. Zərərçəkmiş şəxs4 əslən Qax rayonundandır və onun rəhbəri olduğu notariat ofisində müxtəlif notariat hərəkətləri apardığına görə Zərərçəkmiş şəxs4lə münasibələri yaranmışdır. İnamın Orxanla da, münasibətləri olmuşdur və Orxandan binanın tikintisi və rəsmiləşdirilməsi ilə bağlı daim məsləhətlər almışdır. 2024-cü ilin may ayında İnam ona demişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ona məxsus mənzillərin alqı-satqısını Lənkəran notariat ofisində rəsmiləşdirməyi Orxana bildirmiş, Orxan mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün Lənkəran rayon notariat ofisinin depozit hesabına qoyulmaq adı ilə ondan 10000 manat pul alsa da, onu aldadaraq vədinə əməl etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, 2023-cü ilin noyabr ayında Orxan guya bələdiyyə torpaqlarının ilkin alqı-satqısının rəsmiləşdirilməsi üçün Lənkəran rayon 1 saylı notariat ofisinin depozit hesabına pul qoyub əldə ediləcək qazancı öz aralarında bölmək adı ilə ondan hissə-hissə 23500 manat məbləğində pul almış və həmin pulu da qaytarmamışdır. İnam ona demişdir ki, guya həmin pulları o, ödəyəcəkdir. O, Zərərçəkmiş şəxs4 bildirmişdir ki, niyə Orxan ondan pul istəyəndə ona məlumat verməmişdir və onun xəbəri olmadan Orxana pul vermişdir. Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, Orxana inandığı üçün, həmçinin notariusun adını çəkdiyi üçün Orxana pul vermişdir. O, Zərərçəkmiş şəxs4 izah etmişdir ki, onun Orxanın notariusun depozit hesabına pul köçürmək adı ilə ondan aldığı pul vəsaitlərindən xəbəri olmamışdır. 2024-cü ilin iyun ayında ona məlum olmuşdur ki, Orxan depozitə qoymaq adlı ilə aldığı pulları depozitə qoymamışdır. 2024-cü ilin iyun ayında Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzillərinin alqı-satqısını onun rəhbərlik etdiyi notariat ofisində rəsmiləşdirmiş və qanunla nəzərdə tutulmuş rüsumları ödəmişdir. Zərərçəkmiş şəxs5 2024-cü ilin iyun ayından xidməti işi ilə əlaqədar tanımışdır. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs5 X43 Xidmət Mərkəzində notariat ofisində ona müraciət edərək, ana babasından miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə köməklik etməsi müqabilində Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında 2200 manat pul verdiyini demişdir. O, Fəhminə pul məsələsindən məlumatının olmadığını, vərəsəlik işinə görə heç kimdən, eləcə də Təqsirləndirilən şəxs hər hansı məbləğdə pul almadığını bildirmişdir. Fəhmin vərəsəlik işi ilə bağlı sənədləri topladığını demişdir. O, Fəhminə vərəsəliklə bağlı topladığı sənədləri ona təqdim etməsini bildirmişdir. Fəhmin müvafiq sənədləri ona təqdim etmiş, o, sənədlərə baxmış, məlum olmuşdur ki, Zərərçəkmiş şəxs5 mərhum babası X12 mülkiyyətində Lənkəran rayonu, Hirkan qəsəbəsində həyətyanı torpaq sahəsi vardır və qeyd olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdədir. O, sənədlərə baxarkən görmüşdür ki, tərəfindən X8 qalmış miras əmlaka dair Forma 1 №-li arayış və ya çıxarış verilməsi üçün DƏDKR publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə 21 dekabr 2023-cü il tarixli sorğu göndərilmişdir. Qeyd etmişdir ki, şəxslər vərəsəliklə bağlı notariat ofisinə müraciət etdikdə, əvvəlcə miras əmlakın olubolmadığı yoxlanılır və əgər daşınmaz əmlakın dövlət reyestrində mərhumun adına əmlak olduğu təsdiq edilsə, vərəsəlik işinin açılması məsələsinə baxılır. Fəhminin təqdim etdiyi sənədlərdə DƏDKR publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsindən verilmiş Forma 1 №-li arayışda qeyd olunan əmlakın ümumi birgə mülkiyətdə olduğu göstərilmişdir. O, Fəhminə izah etmişdir ki, miras olan torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və o halda vərəsələrə çatası pay onun adına rəsmiləşdirilə bilər ki, digər vərəsələr öz paylarından imtina etsinlər, yəni onun adına vərəsəlik şəhadətnaməsinin verilməsinə razı olsunlar. Fəhmin ona demişdir ki, xalası payını ona vermək istəmir, narazıdır, dayısı ilə isə əlaqəsi yoxdur. Lakin Orxan ona söz vermişdir ki, vərəsəlik işini onun xeyrinə həll edəcəkdir və buna görə məhz Orxana 2200 manat pul vermişdir. O, vərəsəliklə bağlı sənədlər natamam olduğu üçün sənədləri qəbul etməmiş və Fəhminin özünə qaytarmışdır. Həmçinin yenə bildirmişdir ki, o, vərəsəlik işinə görə heç kimdən pul istəməmiş və almamışdır. Əgər vərəslik işinə görə Təqsirləndirilən şəxs pul vermişdirsə getsin pulunu istəsin. Bundan sonra Fəhmin getmişdir. 2024-cü ilin iyul ayının əvvəlində ona məlum olmuşdur ki, Fəhmin vərəsəlik işinə görə pul verməsi ilə bağlı prokurorluğa şikayət etmişdir. Bununla yanaşı Fəhmin hər gün X43 xidmət mərkəzinə gələrək, onu narahat etmiş və pul istəmişdir. Eyni zamanda Orxan Fəhmini öyrətmişdir ki, “get pulu Şahid1 tələb et”. O, Fəhminin idarədə narahatçılıq yaratdığını görüb, bu işə qarışaraq Orxanla telefon əlaqəsi saxlamış və Fəhmindən pul alıb-almadığını soruşmuşdur. Orxan ona vərəsəlik işinə görə Fəhmindən pul aldığını etiraf etmişdir. O, Orxana izah etmişdir ki, Fəhminin pulunu qaytarsın. Orxan Fəhminlə üzləşmək istəmədiyini ona demişdir. Belə olan halda, o, Orxana təklif etmişdir ki, pulu ona versin, o, Fəhminə təqdim edər. Ona görə Orxanla Lənkəran şəhərində görüşmüş və Orxandan 2200 manat pulu alıb işçilərindən bir nəfərə verərək, Fəhminlə telefon əlaqəsi saxlayıb, Fəhminin kart hesabına göndərmişdir. O, Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsinə dair Zərərçəkmiş şəxs5 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı pul tələb etməmiş, istəməmiş və almamışdır. Zərərçəkmiş şəxs5 adına Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən mərhum ana babasından qalmış miras əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 pul almasından onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hansı vədlə onlardan pul almasını bilmir. 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs7 ona müraciət edərək torpaq sahəsinin özəlləşdirilməsinə görə Orxana 1000 manat pul verdiyini, lakin Orxanın işi həll etmədiyini və pulu da qaytarmadığını bildirmişdir. İltifat həmçinin ona demişdir ki, Orxandan pulunu istədikdə, Orxan ona demişdir ki, pulu Şahid1 vermişdir. O, Zərərçəkmiş şəxs7 demişdir ki, Orxanın ondan hansısa işə görə pul almasından xəbəri yoxdur, Orxan ona pul verməmişdir. O, İltifata izah etmişdir ki, Orxan bir çox insandan onun adından istifadə edərək pul alır və həmin şəxslər pullarını istədikdə onun üstümə yönəldir ki, guya pul ondadır və o, qaytaracaqdır. Bundan sonra Zərərçəkmiş şəxs7 çıxıb getmişdir. Digər adamları isə tanımır və onları görməmişdir. İşdə olan üzləşdirmədə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəlindən tanıyır. O, 2014-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayına qədər Lənkəran şəhər 9 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi işləmişdir. Onun sənəd işlərindən xoşu gəldiyi üçün notariusda işləmək arzusu olmuşdur. ünvan 13riat ofisi 2022-ci ilin yay aylarında onun işlədiyi körpələr evi-uşaq bağçasının yanında yerləşən ünvana köçürülmüşdür. O, iş üçün 2023-cü ilin iyun ayının əvvəlində ünvan 13riat ofisinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən binasına getmişdir. Təsadüfən onun qarşısına bir nəfər çıxmışdır. O, həmin şəxsə iş üçün müraciət etmək istədiyini demişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin şəxs ona işə qəbul üçün köməklik edəcəyini bildirmiş və onlar birlikdə notariat ofisinin 2-ci mərtəbəsində, pilləkəndən qalxanda otaqlardan birinə getmişlər. Həmin iş otağında onu qəbul edən şəxs adının Orxan olduğunu və notariusda oturaraq sənədləşmə işləri ilə bağlı onu müraciət etmiş şəxslərə xidmət göstərdiyini bildirmişdir. O, Orxana “eşitmişəm ki, yaxın vaxtlarda X43 Xidmət Mərkəzi açılacaqdır və mən əgər notariat ofisi orada fəaliyyət göstərəcəksə orada kargüzar işləmək istəyirəm” demişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “bəli düz eşitmişiniz, Lənkəran Asan Xidmət mərəzi açılacaqdır”. Daha sonra Orxan ondan təhsili və iş yeri haqqında maraqlanmışdır. O, Təqsirləndirilən şəxs 2004-cü ildə X15 ibtidai sinif müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdiyini və 10 ildir təhsil sahəsində, yəni uşaq bağçasında tərbiyəçi işlədiyini demişdir. Orxan ona bildirmişdir ki, özü də bir neçə ildir notariat ofisində işləyir və həmin notariat ofisinin xüsusi notariusu Şahid1 yanında böyük hörmətə sahibdir. Səfər müəllim onun sözünü eşidir. Amma işi çox olduğuna görə işə qəbula vaxtı yoxdur. Əgər istəsə onu Şahid1 xahiş edə bilər ki, işə götürülsün. Orxan onunla danışanda əminliklə danışmışı və bildirmişdir ki, mütləq onun işə qəbul olunmasına nail olacaqdır. Orxanın sözlərindən belə başa düşmüşdür ki, Orxan notariat ofisində xüsusi hörmətə malikdir və burada hər kəs onun sözünü eşidir. Ona görə də, o, Orxana onu işə götürməsinə kömək etməsini xahiş etmişdir. O, ünvan 13riat ofisinin xüsusi notariusu Şahid1 şəxsən tanımır. Orxan ona narahat olmamasını və onu işə götürmək üçün bir qohum kimi notariusdan şəxsən xahiş edəcəyini bildirmişdir. Bundan sonra Orxan ondan diplomun, şəxsiyyət vəsiqəsinin surətlərini, yaşayış yerindən və sağlamlıq haqqında arayışları qısa müddətdə toplayıb ona təqdim etməsini istəmişdir. O, oradan ayrılandan sonra sevincək yaşadığı evə gedərək, notariusda işinin düzələcəyi barədə əri Şahid4 məlumat vermişdir. İqbal özü də, Lənkəran şəhərində restoran sahəsində çalışdığı üçün Orxanı tanımışdır. İqbal onunla razılaşmış və sənədləri hazır edəndən sonra birlikdə Orxanın yanına getməyi demişdir. O, növbəti gün, yəni 2023-cü ilin iyun ayının əvvəlində Lənkəran rayon Mərkəzi Xəstəxanasından sağlamlıq haqqında arayış, Lənkəran şəhər icra nümayəndəliyindən yaşayış yerindən arayış, həmçinin şəxsiyyət vəsiqəsi və diplomunun surətlərini çıxararaq, Orxanın istədiyi həmin sənədləri 1 gün ərzində toplayıb, əri Şahid4la birlikdə ünvan 13riat ofisinə getmişlər. Onlar birbaşa notariat ofisinin 2-ci mərtəbəsində yerləşən Orxanın iş otağına daxil olmuşlar. O, topladığı sənədləri Orxana təqdim etmişdir. Orxan sənədlərə baxmış və təsdiq etmişdir ki, sənədlər qaydasındadır. Orxan ona bildirmişdir ki, “mən Səfər müəllimlə danışmışam və səni işə götürməyə onu razı salmışam”. Orxan ona bildirmişdir ki, “sənin xahişini eləmişəm, qohumum olduğunu demişəm və Səfəri razı salmışam, amma mən sənin xahişini etdiyimə görə şirinlik kimi mənə 3000 manat verərsiniz” demişdir. O, etiraz edərək axı Asan Xidmət Mərkəzində pul müqabilində işə götürmə olmadığını dedikdə, Orxan ona 3000 manat pulu onun xahişini etdiyinə görə istədiyini, bu pulun işə qəbula aid olmadığını demişdir. Həmçinin Orxan ona bildirmişdir ki, “yaxın vaxtlarda açılacaq X43 Xidmət Mərkəzində notariat ofisində işləmək istəyən insanlar çoxdur və notariusa müraciət edənlər vardır. Mən sənin xahişini edib səni qabağa salıram və sənin işə qəbul edilməyinə nail oluram” demişdir. Orxan eyni zamanda bildirmişdir ki, “Şahid1 mənim xahişimi eşidəcəkdir və mən sənə zəmanət verirəm ki, 3000 manatı mənə ver sənin işə götürdüm, yoxsa sonradan peşman olacaqsan, bu fürsət birdə yaranmayacaqdır, 3000 nə puldur ki, sən onu vermirsən”. Onlar Orxandan 3000 manat pulu Şahid1 verəcəyini soruşanda, Orxan həmin pulu onu notarius Şahid1 xahiş etməsi müqabilində özünə çatacağını və Səfərə işə görə pul verməyəcəyini demişdir. Orxan həmçinin bildirmişdir ki, o, Səfərdən hər dəfə iş xahiş edən deyildir. Orxan “Şahid1 mənim sözümü eşidəcək və səni işə götürəcəkdir” demişdir. Orxan onunla yenə əminliklə danışanda o və əri İqbal başa düşmüşlər ki, Orxan onları aldatmaz və onun həqiqətən notarius Şahid1 xahişini edəcəkdir. Ona görə də, o və əri X61 “şirinlik” olaraq istədiyi 3000 manat pulu ona verməyə razılaşmışlar. Onlar Orxanın yanından çıxıb yaşadıqları evə qayıtmışlar. Onun evdə 3000 manat pulu olduğundan, o və əri İqbal belə qərara gəlmişlər ki, Orxana istədiyi pulu versinlər. Beləliklə, təxminən 2-3 gün sonra, 2023-cü ili iyun ayının əvvəlində iş vaxtı saat 16 radələrində əri Şahid4la birlikdə ünvan 13riat ofisinə getmişlər və birbaşa Orxanın iş otağına qalxmışlar. Orxan otaqda olmuşdur. Əri Şahid4 3000 manat pulu Orxana təqdim etmişdir. Orxan pulu sayıb pulun 3000 manat olduğunu görmüşdür. Orxan pulu sayıb cibinə qoymuşdur. Orxan bundan sonra “yenə Şahid1 xahiş etmişəm və mənim işim yüz faiz düzəlmişdir” demişdir. Orxan həmçinin bildirmişdir ki, Şahid1 ona xəbər etdiyi vaxt ona məlumat verəcəkdir. Orxan bildirmişdir ki, bunun üçün bir müddət gözləməlidir. O, yenə Orxandan xahiş etmişdir ki, bu iş mütləq düzəlsin. Orxan yenə əminliklə bildirmişdir ki, “narahat olma Şahid1 xahiş etmişəm, sənin işin hazırdı”. Bundan sonra bir neçə dəfə əri Şahid4 Orxanla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, onun işi ilə bağlı maraqlanmış, Orxan da, İqbala qısa müddətdə onun çağırılacağını İqbala demişdir. 2023-cü ilin avqust ayının əvvəlində Orxan İqbala zəng edərək xoş xəbər verib, işini artıq həll etdiyini və demək olar ki, işə götürüldüyünü bildirərək, Notariat Baş İdarəsinə getməsini tapşırmışdır. O, növbəti gün Bakı şəhərinə gedib, Notariat Baş İdarəsinə müraciət etmişdir. Orada onu qəbul edən xanım işçi ona bir neçə sənəd adı verib onları qısa müddətdə təqdim etməsini tapşırmışdır. O, bir neçə gün ərzində, şəxsiyyət vəsiqəsinin və diplomun surətini, sağlamlıq haqqında və ailə tərkibi haqqında arayışlar, əmək kitabçasının surətini, psixiatriya, narkotoloji və vərəm dispanserlərindən arayışları toplayıb, yenidən Notariat Baş İdarəsinə gedib, sənədləri qəbul şöbəsində xanım işçiyə təqdim etmişdir. Adını bilmədiyi xanım işçi sənədləri ondan qəbul edib, Bakı şəhəri 7 saylı Asan Xidmətdə Təcrübə keçməsini ona bildirmişdir. O, 7-30 avqust 2023-cü il tarixləri ərzində Bakı şəhər 7 saylı Asan Xidmət Mərkəzində notariat ofisində kargüzarlıq işi ilə bağlı təcrübə keçmişdir. Orxan özü də, onlara mütəmadi təcrübəyə gedəcəyi ilə bağlı məlumatlar vermişdir. O, yenidən Notariat Baş İdarəsinə müraciət etmişdir. Orada ona X55 Xidmət Mərkəzində təcrübə keçməsi bildirilmişdir. O, bu barədə Orxandan soruşanda, Orxan ona “bəli, Masallıda təcrübə keçəndən sonra bura gələcəksiniz və sonra Lənkəran Asan Xidmət açılan kimi ora gedəcəksiniz” demişdir. O, 2023-cü ilin sentyabr ayının əvvəlindən etibarən 2 həftə X55 Xidmət Mərkəzində garküzarlıq işi üzrə təcrübə keçərək arxiv işlərini öyrənmişdir. Bundan sonra bir neçə dəfə Orxanın tapşırığı ilə ünvan 13riat ofisinə gəlib kargüzarlıq işlərini öyrənmişdir. Onu da bildirmişdir ki, ondan başqa işə qəbul üçün müraciət etmiş və təcrübə keçən başqa şəxslər də olmuşdur. 2023-cü ilin oktyabr ayının əvvəlində Orxan İqbala zəng edərək notarius Şahid1 yeni işə qəbul edilmək istəyən şəxslərlə görüş keçirmək istədiyini bildirmiş və onu notariat ofisinə çağırmışdır. O, notariat ofisinə getmişdir. Orada Şahid1 onu və daha 4 nəfər şəxsi qəbul edərək iclas keçirmişdir. İclasda Şahid1 Asan Xidmətin açılışı ilə bağlı ona xəbər edilərəciyini və bundan sonra işə götürüləcəyini bildirmişdir. Şahid1 iclasda ona baxaraq, onu tanımadığını demişdir. O, Səfərə Orxanın xahiş etdiyi şəxs olduğunu demişdir. O, iclasdan sonra Orxanın iş otağına gedib, Şahid1 onu tanımadığını bildirmiş, Orxan Şahid1 yanına gedib qayıtmış və ona Səfərə xahiş etdiyi şəxs olduğunu dediyini, sadəcə Səfərin yadından çıxdığını, narahat olmamağını, işlərin qaydasında getdiyini bildirmişdir. Bundan sonra Orxan ona X43 Xidmət Mərkəzinin açılışının 2024-cü ilin yanvar ayına qaldığını, həmin ərəfədə ona məlumat verəcəyini bildirmişdir. O, Orxanın sözü ilə həmin vaxta qədər gözləmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Orxan əri İqbala zəng edərək Asan Xidmət Mərkəzinin 2024-cü ilin yanvar ayının ortalarında açılacağını və bundan qabaq dekabr ayının sonunda 9 günlük Bakı şəhərində təcrübə keçməsini bildirmişdir. O, əvvəlcə Notariat Baş İdarəsində olmuşdur. Orada ona həqiqətən 9 günlük təcrübədə olmasını və yanvar ayında Lənkəran Asan Xidmət Mərkəzi fəaliyyətə başlayan kimi işə götürüləcəyini bildirmişlər. O, 22 dekabr- 30 dekabr 2023-cü il tarixlərdə Bakı şəhəri 7 saylı Asan Xidmət Mərkəzində notariat ofisində kargüzarlıq işi üzrə təcrübə keçmişdir. O, 30 dekabr 2023-cü il tarixdə Lənkəran şəhərinə qayıtmışdır. 2024-cü ilin yanvar ayının əvvəlində Orxan İqbala zəng edərək, Asan Xidmət Mərkəzində forma verildiyini bildirmiş və formanı götürmək üçün ora getməsini tapşırmışdır. O, 7 yanvar 2024-cü il tarixdə X43 Xidmət Mərkəzinə gedərək, orada ona ayrılmış formanı götürmüşdür. 16 yanvar 2024-cü il tarixdə Orxan İqbala zəng edərək, X43 Xidmət Mərkəzinin açılışı ilə əlaqədar saat 14-də işdə olmasını tapşırmışdır. O, həmin gün işə getmişdir. Orada notarius Şahid1 onu və digər işçiləri qəbul etmişdir. Şahid1 17 yanvar 2024-cü il tarixli əmrlə onu aparıcı mütəxəssis-kargüzar vəzifəsinə işə götürmüşdür. O, 17 yanvar 2024-cü il tarixdən hal-hazıradək X43 Xidmət Mərkəzində notariat ofisində aparıcı mütəxəssis-kargüzar vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəlində iş üçün Lənkəran 1 saylı notariat ofisinə müraciət edərkən təsadüfən qarşılaşıb tanımışdır. Təqsirləndirilən şəxs əgər ona 3000 manat pul verilsə, onu Şahid1 xahiş edəciyini, Şahid1 yanında xüsusi nüfiza malik olduğunu və Şahid1 onun sözünə qulaq asaraq onu işə götürəcəyini demişdir. Onun əri Şahid4 3000 manat pulu Orxana verəndən sonra hər iş Orxanın dediyi qaydada olmuşdur. Belə ki, o, Orxanın sözləri ilə Bakı şəhərində Notariat Baş İdarəsində olmuş, Bakı şəhər 7 saylı və Masallı rayon Asan Xidmət Mərkəzlərində təcrübə keçmiş, eləcə də, ünvan 13riat ofisində təcrübədə olmuşdur. Əri Şahid4 onun notariat ofisində işə qəbul edilməsini notarius Şahid1 xahiş etməsi və onun işə götürülməsinə nail olacağı müqabilində Təqsirləndirilən şəxs 3000 manat pulu 2023-cü ilin iyun ayının əvvəlində onun yanında Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən notariat ofisinin 2-ci mərtəbəsində yerləşən, Orxanın iş otağında vermişdir. Təqsirləndirilən şəxs 3000 manat pul vəsaitini onlardan qəbul edərkən pulu işə götürülməsi müqabilində hansısa vəzifəli şəxsə, eləcə də notarius Şahid1 verəcəyini deməmişdir. Orxan onun işini xahiş etdiyinə görə “şirinlik” kimi özünə istəmişdir və almışdır. O, işə qəbul edilməklə bağlı notarius Şahid1 müraciət etməmişdir. Onun işə götürülmək xahişini Şahid1 Təqsirləndirilən şəxs etmişdir və bunu 3000 manat pul alaraq etmişdir. O, işə götürülməsi müqabilində hansısa vəzifəli şəxsə, o cümlədən notarius Şahid1 hər hansı məbləğdə pul verməmiş və buna görə ondan hər hansı məbləğdə pul istənilməmişdir. Onun Təqsirləndirilən şəxs işə qəbul edilməsi ilə bağlı 3000 manat pul verməyindən Şahid1 məlumatı olub-olmadığını bilmir. Təxminən 2024-cü ilin fevral ayının sonlarında Şahid1 onu xidməti otağına çağıraraq, ona Təqsirləndirilən şəxs xahişi ilə onu işə götürdüyünü bildirmiş və ondan bunun üçün Orxana pul verib-vermədiyini soruşmuşdur. O, Şahid1 onun xahişini etdiyinə görə, Orxana 3000 manat pul verdiyini bildirmişdir. Şahid1 onu danlayaraq, niyə pul verdiyini soruşmuş və buna görə ona əsəbiləşmişdir. O, Şahid1 pulu Orxanın istədiyi üçün verdiyini bildirmişdir. Şahid3 ifadəsinin sonunda 3000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarıldığını və bu barədə ibtidadi istintaq zamanı ərizə verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 arvadı Şahid3 ifadəsində bildirdiyi müvafiq hallarla bağlı eyni məzmunda ifadə verərək, Təqsirləndirilən şəxs ona 3000 manat pul verildiyi halda, arvadı Ramil Əzizovanı notarius Şahid1 xahiş edərəciyini, Şahid1 yanında xüsusi nüfuza malik olduğunu və Şahid1 onun sözünə qulaq asaraq Şahid3 işə götürəcəyini dediyini, arvadı Şahid3 notariat ofisində işə qəbul edilməsini notarius Şahid1 xahiş etməsi və arvadının işə götürülməsinə nail olacağı müqabilində Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəlində arvadı Şahid3 yanında Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən ünvan 14nda 3000 manat pul verdiyini göstərmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 01 iyun 2020-ci ildən Lənkəran rayon Gərmətük bələdiyyəsinin sədri işləyir. Babayev X2 rayonu, Gərmətük qəsəbəsində yaşayır və həmin qəsəbədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs2 köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Gərmətük qəsəbəsindən keçən hissəsində bir neçə qeyri-yaşayış obyektləri və torpaq sahələri vardır. Zərərçəkmiş şəxs2 qeyd olunan ərazidə faktiki istifadəsində 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair çıxarış verilməmişdir. Zərərçəkmiş şəxs2 qeyd olunan torpaq sahəsində qeyri-yaşayış obyekti inşa etdirmək istəmişdir. Zərərçəkmiş şəxs2 Lənkəran rayon Reyestr Xidmətinə müraciət etsə də, ilkin sənədlər tam olmadığına görə sənədlər qəbul edilməmişdir. 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs2 eşitmişdir ki, o, qeyd olunan 0,06 ha torpaq sahəsi və onun arxa hissəsində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqlarına dəyişdirmək və hər iki torpaq sahəsinə vahid daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik etmək müqabilində ünvan 13riat ofisində özünü işçi kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxsə 15000 manat pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs sözügedən torpaq sahəsinə baxmışdır və torpağın sənədlərini həll etməyi öhdəsinə götürmüşdür. Allahşükürdən eşitdiyinə görə pul məsələsi Orxanla danışılsa da, vəkil İbarət və notarius Şahid1 vasitəsi ilə Orxana verilmişdir. Bundan onun sonradan məlumatı olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsinin sənədləşməsini həll edə bilmədiyinə görə Allahşükür ondan pulunu istəmiş, lakin Orxan pulu qaytarmaqdan imtina etmişdir. Allahşükür ona da, müraciət edərək torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. O, Allahşükürə bildirmişdir ki, ilkin sənədləri bazada yoxlatdıracaq, əgər mümkün olsa, qanuni şəkildə torpaq sahəsini adına rəsmiləşdirilməsini edəcəkdir. Bunun üçün dövlət orqanlarına rüsumların ödənilməsi lazım idi. O, Allahşükürə rüsumları ödəməsini bildirdikdə, Allahşükür ona Orxanla danışdığını və Orxandan pul götürməsini ona dediyi üçün o, 2024-cü ilin əvvəlində Təqsirləndirilən şəxs zəng edərək pulu istəmişdir. Orxan ona pulun Şahid1 çatdığını və pulu verməyəcəyini bildirmişdir. Daha sonra Allahşükür Orxanla danışmışdır. O, notariat ofisinə gedərək Orxandan bir dəfə 1500 manat və 250 manat pul almışdır. Həmin pulu sənədləşmə işlərinə görə Allahşükürə qaytarmışdır. Lakin Orxan pulun qalan hissəsini qaytarmamışdır. Allahşükür isə pulu vəkili Şahid5 vasitəsi ilə Şahid1 verdiyindən Şahid1 pulunu istəmişdir. Şahid1 isə pulu Orxana verdiyini demişdir. 2024-cü ilin iyul ayının əvvəlində Zərərçəkmiş şəxs2 təklif etmişdir ki, o və vəkil Şahid5la birlikdə X43 Xidmət Mərkəzində notariat ofisinə gedib notarius Şahid1la söhbət etsinlər. Allahşükür həmçinin təklif etmişdir ki, guya ilkin sənədləşmə işlərinə görə 5000 manatdan artıq pul lazımdır. Heç olmasa, bu adla pulun bir hissəsini ala bilsin. Eyni zamanda Allahşükür bildirmişdir ki, pulu verməsini təsdiq etmək üçün görüş zamanı səs yazısını qeydə almaq lazımdır. Bunun üçün Allahşükür telefonun səs yazan funksiyasını işə salmış və onlar birlikdə notarius Şahid1 yanına getmişlər. Allahşükür telefonu masanın üstünə qoymuşdur. O və Şahid5 Səfərə verilən pulun qaytarılmadığını demişlər. Şahid1 torpaq sənədləşməsinin onun işi olmadığını və İbarətin verdiyi pulu Orxana verdiyini demişdir. Şahid1 bildirmişdir ki, pul Orxandadır və ondan almaq lazımdır. Bundan sonra İbarətin təklifi ilə Səfər müəllim Orxana zəng etmiş və Asan Xidmətə çağırmışdır. Orxan isə Bakı şəhərində olduğunu və sabah gələ biləcəyini demişdir. İbarət pulun həqiqətən Orxanda olub-olmadığını dəqiqləşdirmək üçün təkrar Səfərə təklif etmişdir ki, Orxana yenə zəng etsin. Səfər müəllim Orxana təkrar zəng edib, pulun miqdarını və ona verib-vermədiyini soruşmuşdur. Orxan verilən pulun miqdarının 15000 olduğunu və iki dəfəyə verildiyini təsdiq etmişdir. Səfər həmin pulu Orxana verdiyini bildirdikdə, Orxan 15000 deyərək pulun onda olduğunu təsdiq etmişdir. Bundan sonra belə razılaşılmışdır ki, növbəti gün Orxan gələndən sonra yenə bir yerdə görüşüb söhbət olunacaqdır. Lakin Orxan gəlmədiyinə görə görüş baş tutmamışdır. Şahid1 isə pulun onda olmadığını, etibarlı şəxs olaraq ona verilən pulun hamısını Orxana verdiyini demişdir. Məhkəmə iclasında dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, özünə məxsus “Volvo” markalı yük avtomobili ilə beynəlxalq yükdaşıma işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs3 onun dayısı oğludur. Hafiz 2023-cü ilin sentyabr ayının əvvəlində ondan borc 6000 manat pul istəmişdir. O, Hafizdən nə məqsədlə borc istədiyini soruşduqda, Hafiz ona bildirmişdir ki, Lənkəran şəhər notariusunun işçisi kimi özünü təqdim edən Orxan adlı şəxs ona Lənkəran şəhəri, 20 Yanvar küçəsində yerləşən Lənkəran regional Gigiyena və Epidemiologiya Mərkəzinin bağ sahəsini özəlləşməyə düşdüyünü və həmin torpaq sahəsini Hafizin adına özəlləşdirməyi təklif etmişdir. Hafiz də Orxanla razılaşmış və bu işə görə ilkin olaraq 2023-cü ilin avqust ayının əvvəlində Hafiz Orxana 6000 manat pul vermişdir. Pulun verilməsində Hafizin qohumu Şahid7 iştirak etmişdir. O, məsələnin mahiyyətini tam bilmədiyi üçün Hafizə borc verməyə razılaşmış və 2023-cü ilin sentyabr ayının əvvəlində Hafizə 6000 manat borca pul vermişdir. Hafiz həmin pulu Orxana vermişdir. Daha sonra Hafiz 2023-cü ilin oktyabr ayının əvvəlində yenə ondan 5000 manat pul istəmiş və pulu torpaq işinə görə Orxan adlı şəxsə verəcəyini demişdir. O, Hafizə növbəti dəfə 5000 manat borc vermişdir. Hafizin ona deməsinə görə pulu Orxana vermişdir. O, Orxan adlı şəxsi ümumiyyətlə əvvəllər tanımamış, sonradan ona məlum olmuşdur ki, torpaq özəlləşməsi məsələsinə görə Hafiz Orxan adlı şəxsə 22300 manat məbləğində pul vermişdir. X69 verdiyi vədə əməl etməmişdir. Orxan daim notariusda olduğundan Hafiz Orxana inanmışdır. Pul vəsaiti Orxana veriləndən bir müddət keçməsinə baxmayaraq, Orxan vəd etdiyi işi həll etməmişdir. O, özü də, bir böyük kimi bu işə qarışaraq Orxanla dəfələrlə telefon əlaqəsi saxlamış və şəxsən görüşüb danışmışdır. Orxan ona da, ya torpağı Hafizin adına özəllədirilməsini təmin edəcəyini, ya da, pulu qaytaracağını demişdir. 2024-cü ilin əvəllərində Orxanın sözlərindən belə başa düşmüşdür ki, söz verdiyi torpaq sahəsini özəlləşdirmək mümkün deyildir. Ona görə də, Hafiz Orxandan pulunu istəməyə başlamışdır. Mütəllibin arvadı Şahid1 işçisi olduğundan Mütəllib Şahid1 müraciət edərək məsələni ona izah etmiş və Səfər pulu qaytarmaqda köməklik edəcəyini söz vermişdir. 2024-cü ilin fevral ayının əvvəlində Şahid1 puldan 12200 manatı Mütəllibə vermişdir. Mütəllib də həmin pulu Hafizə təqdim etmişdir. Orxan pulun qalan hissəsi olan 10100 manatı qısa müddətdə qaytarmağı Hafizə söz versə də, bu günə qədər pul qaytarılmamışdır. Nəhayət o, 2024-cü ilin iyul ayının əvvəlində Hafizlə birlikdə X43 Xidmət Mərkəzində notariat ofisinə gedərək Şahid1 yanında olmuşdur. Səfər müəllim ona Orxanın onun adından istifadə edərək başqa şəxsləri də, aldatdığını, pul sahiblərinin ona müraciət etdiklərini bildirmişdir. O, Şahid1 demişdir ki, Orxana desin, pul qayıtsın. Səfər müəllim onun yanında Orxana zəng edərək, pul dalınca gəldiklərini demişdir. Orxan telefonda pulu qaytaracağını bildirmişdir. Səfər müəllim də, onlara demişdir ki, Orxan pulu qaytaracaqdır. O, Orxanla danışdıqda isə Orxan ona pulun Şahid1 olduğunu və pulu da Səfərin qaytaracağını demişdir. O və Hafiz bir neçə gün sonra pulun qaytarılmadığını görüb, birlikdə yenə Şahid1 yanına getmişlər. Şahid1 cibindən pul çıxarıb onlara göstərərək “mənim pulum var, Orxana görə ödəniş etməyəcəm, mənim sənin puluna ehtiyacım yoxdur” demişdir. Bundan sonra Hafiz pulunun ələ keçirilməsi barədə şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid9 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun dostudur, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs4 2022-ci ildən tanıyır. Zərərçəkmiş şəxs4 Lənkəran şəhəri, X50 küçəsi 2 ünvanında 2022-ci ildə 5 mərtəbəli çoxmənzilli bina inşa etdirmişdir. O, Zərərçəkmiş şəxs4 binanın mənzillərinin satışı ilə bağlı alqı-satqı sənədlərinin hazırlanmasında köməklik etmişdir. O, qeyd olunan binanın terrasında inşa edilmiş restoranı icarəyə götürərək işlədir. Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından tanıyır, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs həmin il tez-tez Zərərçəkmiş şəxs4 yanına gəlmişdir. İnam ona Orxanın Lənkəran rayon notariat ofisində daşınmaz əmlakların özəlləşdirilməsi işləri ilə məşğul olduğunu demişdir. Lənkəran rayon notariat ofisinin notariusu Şahid1 da tanıyır. Orxan daşınmaz əmlak işlərini bildiyindən, İnam tez-tez Orxanla məsləhətləşərdi. Orxan 2023-cü ilin iyul ayında və avqust ayında İnamdan borc pul istəmiş, İnam isə pulu olmadığına görə ona satıb pulunu sonra qaytarması üçün 2 mənzil vermişdir. Orxan mənzillərdən birini Məhərrəm, digərini isə Kamran adlı şəxslərə satmış, 1-ci mənzilə görə 10000 manat, 2-ci mənzilə görə 30000 manat ödəmişdir. Hər iki mənzilin alqı-satqı sənədlərini o, hazırlamışdır. Orxan mənzillərin qalan pulunu ödəyəcəyinə söz vermiş, lakin ödəməmişdir. Bildiyinə görə mənzillərin pulunun ödənilməsi ilə bağlı Orxanın qohumları ilə İnam arasında razılıq olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs4 2023-cü ilin sentyabr ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində inşa etdirdiyi apartman tipli binanın mənzillərini müştərilərin adına notarial qaydada alqı-satqı müqavilələri bağlamaqla rəsmiləşdirmək istəmişdir. İnamın həmin ərəfədə işi çox olduğu üçün Abşeron rayonuna gedə bilməmişdir. Ona görə də, belə qərara gəlmişdir ki, müştəriləri Lənkəran rayonuna gətirib, Lənkəran rayonunda fəaliyyət göstərən notariat ofisində alqı-satqını sənədləşdirsin. İnamın ona deməsinə görə mənzili alan müştərilər hissə-hissə olmaqla, mənzilərin dəyərini ödəmişlər. Rəsmiləşdirilməli olan mənzillər 6 ədəd olmuşdur. İnam bunun üçün Orxanla Aslanova müraciət etmişdir. Təqsirləndirilən şəxs İnama guya Lənkəran rayon 1 saylı notariat ofisinin depozit hesabına 10000 manat pul qoyulacağı halda alqı-satqı müqavilələrini rəsdirilməsinə köməklik edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 Orxanla razılaşmışdır. Orxan 2023-cü ilin sentyabr ayının əvvəlində Lənkəran şəhəri, X50 küçəsi 2 ünvanında yerləşən binanın qarşısındakı satış ofisinə gəlmişdir. X56 Orxan Abşeron rayonundakı mənzillərin alqısatqısı ilə bağlı söhbət etmişlər. Orxan onun yanında İnama, əgər ona 10000 manat pul verilsə, o, pulu notariat ofisinin depozit hesabına qoymaqla, alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə köməklik edə biləcəyini demişdir. İnam Orxana inandığı üçün Orxanla razılaşmışdır. İnam satış ofisində onun yanında Orxana 10000 manat məbləğində pul vermişdir. Orxan qısa müddət ərzində məsələni həll edəcəyinə söz vermişdir. Həmin ay İnam mənzilləri satdığı 6 nəfər şəxsi Bakı şəhərindən Lənkəran rayonuna dəvət etmiş, lakin Orxan müxtəlif bəhanələr gətirərək, alqı-satqının rəsmiləşdirilməsinə köməklik etməmişdir. İnam məcbur qalıb mənzilləri satdığı şəxsləri Bakı şəhərinə qaytarmışdır. İnamın ona deməsinə görə Orxan mənzillərin alqı-satqısı ilə bağlı verdiyi vədə əməl etməmiş, notariusun depozit hesabına qoymaq adı ilə aldığı 10000 manat pulu isə qaytarmamışdır. Bundan başqa, 2023-cü ilin noyabr ayının əvvəlində Zərərçəkmiş şəxs4 ona Təqsirləndirilən şəxs ona iş təklif etdiyini, həmin işin bələdiyyə torpaqlarının ilkin alqısatqısı ilə bağlı notariusun depozit hesabına pul qoyulmasına köməklik edəcəyi halda, əldə ediləcək qazancın öz aralarında bölüşdürməkdən ibarət olduğunu bildirmişdir. O, İnama Orxanın yalan danışdığını və yenə onu aldadacağını dedikdə, İnam ona Orxanla danışdığını, Orxan ona qazandığı pul ilə mənzillərin pulunu qaytaracağına söz verdiyini demişdir. İnam onun yanında 23500 manat pulu sayıb özü ilə götürərək, Orxanla görüşmək üçün Lənkəran rayon 1 saylı notariat ofisinə getmişdir. İnam həmin gün satış ofisinə qayıtmışdır. O, İnamdan pulu Orxana verib-vermədiyini soruşduqda, İnam ona pulu notariat ofisində Orxana verdiyini demişdir. Həmin vaxtdan bir neçə gün keçəndən sonra onlara məlum olmuşdur ki, notariat ofisində heç bir bələdiyyə torpağının alqı-satqısı işi olmamışdır. Orxan yenə İnamı özünə inandırıb aldadaraq 23500 manat pulunu ələ keçirmişdir. İnam hər dəfə Orxanı ofisə çağıraraq pulunu istəmiş, Orxan isə hər dəfə bir bəhanə gətirərək, İnamdan aldığı pulları qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid11 ibtidai istinaqda verdiyi ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs6 ünvan 5 ünvanında, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qarşısında yerləşən çayxanası vardır və atası həmin çayxananı işlədir. Həmin çayxana atası Zahidin mülkiyyətindədir və ərazisi 30.2 kv.metr təşkil edir. Çayxanaya dair atası Zahidin adına daşınmaz əmlakın dövlət reyestrindən 16 noyabr 2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan çayxanaya dair 15 noyabr 2012-ci il tarixli texniki pasport vardır. Texniki pasportda çayxananın ərazisi və zəbt sahəsi göstərilmişdir. Belə ki, atası Zahidə məxsus həmin qeyri-yaşayış sahəsinin 13.9 kv.metr hissəsi icazəsiz tikili kimi texniki pasportda qeydiyyata alınmışdır. Atası Zahid həmin icazəsiz tikilini adına rəsmiləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayının əvvəlində atası Zahidlə birlikdə onlara məxsus çayxanaya gəlib, zəbt torpaq sahəsinə baxarkən tanımışdır. Zahid və Orxan 2024cü ilin yanvar ayının əvvəlində saat 16 radələrində onlara məxsus çayxanada görüşmüşlər. Həmin gün o da, çayxanada olmuş və atası ilə Orxanın söhbətində iştirak etmişdir. X70 izah etmişdir ki, çayxananın ərazisində yerləşən 13.9 kv.metr hissəni adına özəlləşdirmək istəyir. Orxan bildirmişdir ki, bu işə görə ona 1800 manat pul versə, həmin tikilini özəlləşdirə bilər. Orxanın onlara deməsinə görə guya həmin puldan 420 manat reyestr xidmətinə, 1300 manat Fövqəladəyə, 100 manat da şəhərsalmaya köçürmə etməlidir. Orxanın danışıqlarına görə ona inandıqları üçün atası Zahid onun yanında çayxanada 1800 manat pulu sayaraq, Təqsirləndirilən şəxs təqdim etmişdir. Orxan işə elə bu gündən start verəcəyini və 1 aya həll edib çıxarışı atası Zahidə təqdim edəcəyini bildirmişdir. Atası Orxana tapşırmışdır ki, yeni çıxarışda çayxananın bütün ərazisi tam göstərilsin. Orxan da, sənədi necə istəyir o formada alacağını bildirmişdir. Bundan sonra Orxan çıxıb getmişdir. Həmin vaxtdan sonra Orxan nə onlara məxsus çayxananın sənəd işlərini həll etmiş, nə də atasından bu işə görə aldadıb ələ keçirdiyi 1800 manat pulu qaytarmışdır. Atası Zahidin onun yanında Orxana verdiyi 1800 manat pul 100 manatlıq əskinaslarda olmuşdur. O, dəfələrlə Orxana zəng edərək, çayxananın sənəd işlərinin nə yerdə olduğunu soruşmuş, Orxan guya sənədlərin hazır olduğunu ona demiş, lakin onlara heç bir sənəd təqdim etməmişdir. Atası Zahid də, Orxanla telefon əlaqəsi saxlayaraq ya sənədləri verməsini, ya da pulun qaytarılmasını tələb etmişdir. Orxan isə çayxananın sənədlərini bu günə qədər düzəltməmiş və atasından aldığı 1800 manatı qaytarmamışdır. Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs6 ünvan 5 ünvanında yerləşən çayxananın zəbt tikili olan hissəsinin sənədləşmə işlərinə görə 1800 manat pulu onu yanında almışdır. Atası Zərərçəkmiş şəxs6 həmin məbləğdə pulu Təqsirləndirilən şəxs 2024-cü ili yanvar ayının əvvəlində onlara məxsus olan ünvan 5 ünvanında yerləşən çayxananın həyətində vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ildə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və X29 “meşə və meşə park” ixtisası üzrə bitirmişdir. Kolleci bitirəndən sonra dövlət işində işləmək qərarına gəlmiş, bunu anası Zərərçəkmiş şəxs1 bildirmişdir. Lənkəran rayon notariat ofisinin xüsusi notariusu işləyən Şahid1 anası Zərərçəkmiş şəxs1 qonşuluğunda yaşayır. Anası Nüşabə 2022-ci ilin sonlarında onun notariusda işə qəbul edilməsi ilə bağlı Şahid1 da, müraciət etmişdir. Şahid1 işə qəbul olan kimi anası Nüşabəyə xəbər edəcəyini demişdir. O, Təqsirləndirilən şəxs işləmək üçün notariat ofisinə müraciət edənə qədər tanımamışdır. 2023-cü ilin yanvar ayının əvvəlində anası Nüşabə ona bildirmişdir ki, Lənkəran şəhər notariat ofisində iş vardır və notariat ofisinə getməyi təklif etmişdir. O və anası Nüşabə 05 yanvar 2023-cü ildə Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ünvan 13riat ofisinə gedərək əvvəlcə notarius Şahid1 iş üçün müraciət etmişlər. Şahid1 ona hələ iş olmadığını bildirmişdir. O və anası Nüşabə yaşadığı evə getmişlər. O, yaşadığı evə çatdıqda, tanımadığı mobil nömrədən ona zəng gəlmiş, telefona cavab verdikdə, özünü Orxan kimi təqdim edən şəxs onu iş üçün notariusa çağırmış və yenidən notariat ofisinə qayıtmışdır. Onu Orxan adlı şəxs qarşılayıb, ikinci mərtəbəyə dəftərxana otağına aparmışdır. Orxan ona “siz iş üçün müraciət etmisiniz, əgər işə girmək istəyirsinizsə sağlamlıq haqqında arayış və 3500 manat pul gətir” demişdir. O, anası Nüşabəyə zəng edərək Orxan adlı şəxsin onu notariusa çağırdığını və işə qəbul üçün ondan 3500 manat pul istədiyini bildirmişdir. O, daha sonra anası Nüşabə ilə görüşmüş və onlar belə qərara gəlmişdir ki, iş üçün Orxana istədiyi pulu versinlər. Anası Nüşabə həmin pulu özünün verəcəyini demiş və o, razılaşmışdır. O, 07 yanvar 2023-cü il tarixdə Lənkəran rayon Mərkəzi Xəstəxanasından sağlamlıq haqqında arayış alaraq anası Zərərçəkmiş şəxs1 ilə birlikdə saat 16 radələrində notariat ofisinə gedib girişdə gözləmişlər. Anası pulu özü ilə gətirmişdir. Onlar bir az gözləmiş, daha sonra Orxan onları binanın 2-ci mərtəbəsinə çağırmışdır. Onlar otaqlardan birinə daxil olmuşlar. Anası Nüşabə onun yanında 3500 manat pulu sayıb, Orxana təqdim etmiş və Orxan pulu qəbul etmişdir. O, sağlamlıq haqqında arayışı Orxana təqdim etmişdir. Orxan ona qalan sənədləri sonra istəyəcəyini demişdir. Orxan tapşırmışdır ki, yanvarın 10-dan işə başlasın. O, 10 yanvar 2023-cü ildən ünvan 13riat ofisinin 2-ci mərtəbəsində arxivdə işləməyə başlamış, hər ay işə getmiş və buna görə Orxan ona 300 manat pul vermişdir. O, hər dəfə Orxandan onu niyə ştata götürmədiyini soruşmuş, arxiv işində işləmək istəmədiyini bildirmişdir. Bundan sonra o, 12 aprel 2023-cü il tarixdən binanın 1-ci mərtəbəsində yerləşən otaqların birində sənədlərin surətlərin çıxarılması işlərini görmüş, yenə ştata götürülməmişdir. Dəfələrlə Orxana müraciət edərək onu ştata götürməsini bildirsə də, Orxan hər dəfə müxtəlif bəhanələr gətirərək işi yubatmışdır. O, Şahid1 da, müraciət edərək işə götürülməsini desə də, Şahid1 ona notariusda iş olmadığını demişdir. Bu minvalla o, Orxanın yalan vədlərinə aldanaraq, 2024-cü ilin yanvar ayının ortalarına qədər sənədlərin surətlərinin çıxarılması işlərini görmüş və buna görə ona 300 manat pul verilmişdir. O, Asan Xidmət Mərkəzinin açılması məsələsi olandan sonra 2023-cü ilin noyabr ayında Orxana ya işə götürülməsini, ya da pulu qaytarmasını tələb etmişdir. Orxan ona işə götürüləcəyini demiş, lakin vədinə əməl etməmişdir. Bu müddət ərzində anası Nüşabə Orxana zəng edərək onun işi ilə maraqlanmış, Orxan Nüşabəyə də, söz vermişdir ki, onun işini həll edəcək, lakin onu işə düzəltməmişdir. 16 yanvar 2024-cü il tarixdə notariat ofisi X43 Xidmət Mərkəzinə köçürüləndən sonra notariusun Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən binası bağlanmışdır. 17 yanvar 2024-cü ildən sonra o, işini dayandırmışdır. Ona görə də, özü və anası Nüşabə Orxanla əlaqə saxlayaraq pulun qaytarılmasını tələb etmişlər. Orxan isə son vaxtlara qədər pulu qaytaracağına söz versə də, qaytarmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid7 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, atası X20, anası X7, arvadı X41, övladları Minay Sadıqova və Cavid Axundovla birlikdə ünvan 16 ünvanında yerləşən atasına məxsus fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs3 onun X62nın əmisi oğludur. Zərərçəkmiş şəxs3 Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində torpaq sahəsi vardır, lakin həmin torpaq sahəsinin sənədləri tam deyildir. Zərərçəkmiş şəxs3 həmin torpaq sahəsinə dair ilkin sənədi olsa da, faktiki olaraq torpaq onun istifadəsində olmamışdır. 2023-cü ilin iyul ayında Hafiz həmin torpaq sahəsinin sənədlərini düzəltdirmək istəmişdir. Hafiz bu barədə ona da, bildirmişdir. X62 həmin vaxt ünvan 13riat ofisində mütəxəssis işləmişdir. O, işi ilə əlaqədar notariusa gedərkən orada Orxanı tanımışdır. Orxan ona torpaqların sənədləşdirilməsi işlərini bacardığını bildirmişdir. Orxan özü də, tez-tez notariat ofisində olmuşdur. Hafiz ona torpağı sənədləşdirmək istədiyini deyəndə, onun yadına Orxan düşmüşdür. Orxanın mobil nömrəsi onda olduğundan, o, Orxana zəng edərək Hafizin torpaq problemini ona izah etmişdir. Orxan bu işdə Hafizə kömək edəcəyini bildirmiş və ondan Hafizin mobil telefon nömrəsini istəmişdir. O, Hazifin ***-***-**-** saylı telefon nömrəsini Orxana demişdir. Orxan həmin vaxt Hafizə zəng edərək onun adını çəkməklə tanışlıq verərək torpaq işinə görə Hafizlə danışmışdır. Hafiz bu barədə ona zəng edərək, Orxanı soruşduqda, o, Hafizə Orxanı yaxşı tanımasa da, daşınmaz əmlakların özəlləşdirilməsi ilə bağlı sənədləri toplamaqda vətəndaşlara kömək etməsini eşitdiyini demişdir. Onun bildiyinə görə, Hafiz Orxanla görüşüb, torpağın sənədləşməsinə görə danışıb, razılaşmışlar. Hafizin ona deməsinə görə o, Orxana Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində olan torpağın özəlləşdirilməsinə köməklik etməyi 3000 manata razılaşmışlar və Hafiz 2023-cü ilin avqust ayının əvvəlində Orxana 1500 manat pul vermişdir. O, Hafizə məsləhət görmüşdür ki, Orxan işi tam görəndən sonra qalan pulu verərsən. Hafiz də, onun razılaşmışdır. Bundan başqa sonradan o, Hazifdən eşitmişdir ki, Təqsirləndirilən şəxs Hafizə Lənkəran regional Gigiyena və Epidemiologiya Mərkəzinin bağ sahəsini onun adına özəlləşdirməyi təklif etmiş və bunu 20000 manata razılaşmışlar. Belə ki, 2023-cü ilin avqust ayının əvvəlində Hafiz ona zəng edərək birlikdə ünvan 13riat ofisinə getməyi təklif etmişdir. O, Hafizlə birlikdə həmin notariat ofisinə getmişdir. X68 notariusun binasının 2-ci mərtəbəsində otaqlardan birində görüşmüşdür. Hafiz onun yanında Orxana pul təqdim etmişdir. Orxan pulu sayıb 6000 manat olduğunu təsdiq etmişdir. Orxan Hafizə bildirmişdir ki, 1 ay ərzində söz verdiyi torpaq sahəsini onun adına özəlləşdirəcəkdir. Həmin vaxt ona məlum olmuşdur ki, Hafiz Orxana 6000 manat pulu Lənkəran regional Gigiyena və Epidemiologiya Mərkəzinin bağ sahəsini onun adına özəlləşdirməyə köməklik etməsi müqabilində vermişdir. Həmin vaxt Orxan Hafizə qalan vəsaiti hissə-hissə verməyi təklif etmiş, Hafiz də razılaşmışdır. Bundan sonra onlar notariat ofisindən getmişlər. Növbəti dəfə 2023-cü ilin oktyabr ayının əvvəlində Orxan ona zəng edərək Hafizin işinə görə rüsumlar ödəməli olduğunu bildirirək pul istəmişdir. O, Hafizə zəng etməsini demişdir. Həmin vaxt Hafiz ona zəng edərək işlədiyi Lənkəran şəhəri, X50 küçəsi 23 ünvanında fəaliyyət göstərən “EVRO STİLE” kişi geyimləri mağazasına çağırmış və Orxana pul verəcəyini demişdir. O, Hafizin işlədiyi mağazaya getmişdir. Bir az sonra Orxan mağazaya gəlmişdir. Hafiz yenə onun yanında Orxana 6000 manat pul vermişdir. Orxan pulu sayıb cibinə qoymuşdur. Hafiz pulu borc aldığını bildirmiş və torpaq işini həll etməsini Orxandan xahiş etmişdir. Orxan Hafizə narahat olmamağını, torpaq məsələsinin qısa müddətdə həllini tapacağını və torpağı adına tam şəkildə özəlləşdiriləcəyinə söz vermişdir. Bundan sonra Orxan çıxıb getmişdir. Söhbət əsnasında Hafizə ona bildirmişdir ki, o, qohumları Şahid8 pulu borc alaraq Orxana vermişdir. Hafiz Orxana 2023-cü ilin sentyabr ayında da, Vahiddən borc alıb 5000 manat verdiyini demişdir. O, Hafizə məsləhət görmüşdür ki, Orxana daha pul verməsin, əgər Orxan işi tam həll edərsə, aralarında qalan pulu versin. Hafiz də, daha Orxana pul verməyəcəyini demişdir. Sonradan Hafizdən eşitmişdir ki, Hafiz torpağın özəlləşdirilməsi məsələsinə görə Orxana əlavə olaraq 2023-cü ilin oktyabr ayının ortalarında 2000 manat və 2023-cü ilin oktyahr ayının sonunda 1700 manat pul olmaqla, ümumilikdə 3 ay ərzində Orxana 22300 manat pul vermiş, həmin pulun çoxunu qohumu Şahid8 borc almışdır. Lakin Orxan vədinə əməl etməyərək Hafizi aldatmışdır. Onu da, qeyd etmişdir ki, Orxan Hafizə guya notarius Şahid1 qudasının Əmlak Məsələləri Dövlət Xidmətində işlədiyini və işi onun əli ilə həll edəcəyini bildirmişdir. Orxan hər dəfə Hafizə müxtəlif bəhanələr gətirərək onun işini görməmiş və aldığı pulu da, qaytarmamışdır. Hafiz ona təklif etmişdir ki, notarius Şahid1 müraciət etsin və pulu almağa bəlkə Səfər müəllim kömək edər. X63 notariusda işlədiyinə görə o, 2024-cü ilin əvvəlində notarius Şahid1 müraciət edərək, Hafizin torpaq məsələsini və Orxana pul verdiyini Səfərə demişdir. Şahid1 ondan Orxana nəyə görə pul verildiyini soruşmuşdur. O, qohumu Zərərçəkmiş şəxs3 Orxana torpaq sahəsinin özəlləşdirilməsinə görə pul verildiyini və ümumi məbləğin 22300 manat olduğunu bildirmişdir. Şahid1 ona bildirmişdir ki, Orxana pul verməmişdən əvvəl niyə ondan soruşmamışlar, Orxan onun adından istifadə edərək başqa şəxsləri də, aldadır. Səfər həmçinin ona demişdir ki, əgər bu məsələdən əvvəlcədən məlumatı olsaydı, Orxana pul verməyə qoymazdı. O, Şahid1 xahiş etmişdir ki, pulun qaytarılmasına kömək etsin. Şahid1 ona pulun qaytarılmasına köməklik edəcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının sonunda notarius Şahid1 ona zəng edərək yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsində, mikrorayon adlanan ərazidə yerləşən mənzilinə dəvət edərək ona 12200 manat pul vermişdir. Şahid1 ona bildirmişdir ki, Orxan Hazifə ödəməsi üçün ondan borc istəmişdir və o, özü Orxana borc olaraq həmin pulu verir. Əgər pulu Orxana versə çatdırmayacaqdır, ona görə də, özü pulu ona verir ki, Hafizə təqdim etsin. O, Şahid1 bildirmişdir ki, Orxana 22300 manat verilmişdir. Səfər müəllim ona yalnız 12200 manat verə biləcəyini demiş, qalan pul məsələsini Orxanla danışmağı təklif etmişdir. O, Şahid1 Orxana zəng etməsini təklif etmiş, Səfər müəllim Orxana zəng etmişdir. O da, Hafizə zəng edib məsələ barədə məlumat vermişdir. Hafiz və Orxan telefonda mikrafon rejimində danışmışlar. Orxan Hafizə pulun qalan hissəsini özü verəcəyini demişdir. Hafiz nə vaxt verəcəyini soruşduqda, Orxan gələn həftəyə qədər verəcəyini demişdir. Bundan sonra 12200 manat məbləğində pulu Şahid1 alıb, həmin gün Hafizin yaşadığı evin qarşısında ona təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid10 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 onun dostudur. Fəhmin ana X52a məxsus evə yaşayır. Fəhmin həmin evdə böyümüş və babasına özü qulluq etmişdir. Hüseyn Həsənov öz yaşadığı evi Fəhminə vermişdir. Fəhmin də, çalışmışdır ki, ana babasından qalan torpaq sahəsini və evi adına sənədləşdirsin. 02 dekabr 2023-cü il tarixdə Fəhminin X52 vəfat etmiş. 2023-cü ilin dekabr ayının sonlarında Fəhmin ona təklif etmişdir ki, babasından qalan evin vərəsəlik yolu ilə anası Mərifətin adına sənədləşdirilməsi üçün Lənkəran şəhərində yerləşən notariat ofisinə getsinlər. O, etiraz etməmiş və onlar birlikdə Fəhminin idarə etdiyi “Vaz 2107” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhərində fəaliyyət göstərən notariusa gəlmişlər. Fəhminin anası Mərifət də, onlarla getmişdir. Yolda olarkən Fəhmin ona notariusda Orxan adlı şəxslə tanış olduğunu və Orxandan babasından qalmış miras əmlakı anasının adına vərəslik yolu ilə sənədləşdirilməsini xahiş etdiyini demişdir. Onlar notariat ofisinə gəlmiş, Orxan adlı şəxs onları qarşılamış, Fəhminin anası Mərifət valideynlərindən miras qalmış əmlakdan ona çatası payı qəbul etməsi və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə vermişdir. Fəhmin Orxana xalaları və dayıları ilə danışmadığını, onlar razılıq versə, torpaq sahəsini bütövlükdə anası Mərifətin adına rəsmiləşdirməyi bildirmişdir. Orxan əgər razılıq ərizələri verilsə, qısa müddətdə işi həll edəcəyini demişdir. Bundan sonra onlar Hirkan qəsəbəsinə qayıtmışlar. Təxminən 2-3 gün sonra 2023-cü ilin dekabr ayının sonunda Fəhmin yenə ona təklif etmişdir ki, birlikdə notariat ofisinə getsinlər. O, Fəhmindən nə məqsədlə notariat ofisinə getməyi soruşanda, Fəhmin ona əmlakı öz adına rəsmiləşdirmək istədiyini və buna görə Orxanla söhbət edəcəyini demişdir. Həmin vaxt onun üstündə 700 manat pulu olmuşdur. O, həmin pulu üzərində götürmüşdür ki, birdən nəyəsə lazım olar. Həmçinin Fəhmin də, ona demişdir ki, notariusda evin vərəsəlik qaydasında sənədləşməsinə görə müəyyən xərcləri çıxacaqdır. O, düşünmüşdür ki, babasının yas mərasimini təşkil etdiyi üçün birdən Fəhminin nəğd pulu olmaz və ona görə üzərində 700 manat pul götürmüşdür. Onlar notariat ofisinə çatandan sonra Fəhmin Orxan adlı şəxslə görüşmüş, Orxana dayılarının və xalalarının razılıq ərizəsi verməyəcəklərini demiş və Orxandan qohumlarının razılıqları olmadan miras əmlaka dair adına vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olub-olmadığını soruşaraq, kömək etməsini Orxandan xahiş etmişdir. Orxan buna görə Fəhmindən pul verməsini istəmiş və əgər pul versə, işini həll edəcəyini demişdir. Orxan bir az Fəhmini tərifləmiş, onun zəhmətkeş oğlan olduğunu deyərək, ona kömək edəcəyini bildirmişdir. Orxan Fəhminə vərəsəlik işinə görə təxminən 2000 manatdan çox pulunun çıxacağını demişdir. Orxan həmin puldan rüsumların ödəniləcəyini və nə qalsa özünə çatacağını bildirmişdir. Fəhmin Orxandan bu işi necə həll edəcəyini soruşduqda, Orxan ona onun işinə qarışmamağı Fəhminə irad bildirmişdir. Fəhmin Orxanla razılaşmışdır. Bundan sonra Orxan notariusun xidməti otağına getmiş, onlar isə notariat ofisinin salonunda gözləmişlər. Orxan təxminən 5-6 dəqiqə sonra gəlib Fəhmindən fikrini soruşmuş, Fəhmin Orxana pul verməyə razı olduğunu demiş və üzərində olan puldan 1700 manat məbləğində pulu Orxana vermişdir. Orxan pulu aldıqdan sonra vərəsəlik işini danışmaq üçün notariusun yanına girmiş, 5-6 dəqiqədən sonra yenidən gəlmiş və vərəsəlik sənədinə görə əlavə 500 manat pul istəmişdir. Həmin vaxt Fəhminin üstündə 500 manat olmadığından ondan borc istəmiş, o, 500 manat pulu cibindən çıxarıb, Fəhminə, Fəhmin isə Orxana təqdim etmişdir. Orxan pulu cibinə qoymuş və Fəhmindən bir neçə sənəd istəmişdir. Fəhmin sənədləri qısa müddətdə toplayıb təqdim edəcəyini Orxana demişdir. Bundan sonra o və Fəhmin yaşadıqları Hirkan qəsəbəsinə qayıtmışlar. Sonradan Fəhmin ona Orxanın onun vərəsəlik işini həll etmədiyini bildirmişdir. Fəhmin Orxana pul verməsi ilə bağlı şikayət edəndən sonra onun 2200 manat pulu qaytarılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid12 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayından tanıyır. Orxanı ünvan 13riat ofisində olarkən tanımış və münasibətləri həmişə yaxşı olmuşdur. Orxan pul lazım olanda, ondan dəfələrlə borc almışdır. Onun yaşadığı ev ünvan 13riat ofisinin yerləşədiyi Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsinin yaxınlığında yerləşir. Onun Lənkəran şəhəri, 18-ci məhəllə adlanan ərazidə 0,03 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsini vətən müharibəsi iştirakçısı olan bacısı oğlu X13 adına sənədləşdirmişdir. Həmin torpaq sahəsindən əlavə 0,02 ha zəbt torpaq sahəsi də, onun istifadəsindədir. Lənkəran şəhər sakini Zərərçəkmiş şəxs3 uzun müdətdir ki, tanıyır. Hafizin vəfat etmiş Fariz adlı qardaşı onun qonşuluğunda yaşamışdır. Fariz təxminən 2011-ci ildə vəfat edəndən sonra Hafiz guya Lənkəran şəhəri 18-ci məhəllə adlanan ərazidə qardaşı Farizə məxsus torpaq sahəsinin olduğunu bildirmiş və onun faktiki istifadəsində olan 0,02 ha torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Lakin Hafizin iddia etdiyi torpaq sahəsinə sənədi olmamışdır. O, Hafizə zəbtində olan torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Buna görə Hafizlə aralarında torpaq mübahisəsi vardır. Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayında, eləcə də sonrakı vaxtlarda onun faktiki istifadəsində və bacısı oğlunun adına olan zəbt torpaq sahəsi ilə birlikdə cəmi 0,05 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs3 satmağı ona təklif etməmişdir. Ümumiyyətlə nə Zərərçəkmiş şəxs3la, nə də Təqsirləndirilən şəxsla qeyd olunan torpaq sahəsinin alqısatqısı ilə bağlı aralarında hər hansı sövdələşmə və razılaşma olmamışdır. Təqsirləndirilən şəxs ona faktiki istifadəsində olan həmin torpaq sahəsini Zərərçəkmiş şəxs3 3000 manata satmağı təklif etməmiş və buna görə ona 1500 manat pul verməmişdir. Onun Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs3 arasında olan danışıqdan və pul alış-verişindən ümumiyyətlə məlumatı olmamışdır. Onun istifadəsində "xxxx" ASC-dən adıma verilmiş plastik kart olmuşdur. Həmin plastik kartın hesab nömrəsi **********567001 olmuşdur. O, həmin kartı 2-3 ay olar ki, istifadə etmir. Ona təqdim edilmiş 19 aprel 2024-cü il tarixli ödəniş qəbzinin surəti ilə tanış olmuşdur. Həmin qəbzdən görünür ki, adına olan **********567001 hesab nömrəli plastik kartın hesabına 19 aprel 2024-cü il tarixdə 1000 manat məbləğində pul yüklənmişdir. Onun həmin puldan xəbəri yoxdur. O, Zərərçəkmiş şəxs8 adlı şəxsi tanımır. Orxan bir neçə dəfə ondan plastik kartını istəmişdir ki, həmin karta pul yüklənəcəkdir. O Orxanla münasibəti olduğu üçün kartını ona vermişdir. O, 2024cü ilin aprel ayında da, həmin kartını Orxana vermişdir. Çünki, Orxanın adına plastik kart olmamışdır. Ola bilsin ki, Zərərçəkmiş şəxs8 Orxana pul göndərmək istəmiş və Orxan həmin şəxsə onun adına olan plastik kartı vermişdir. Loğman adlı şəxs də, onun adına olan plastik karta pul yükləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid13 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Opel Vektra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs9 onun həmkəndlisidir. Zərərçəkmiş şəxs9 taksi lazım olanda ona müraciət edir və o, taksi xidməti göstərərək, Əfqanı istədiyi ünvanlara aparıb gətirir. 21 aprel 2024-cü il tarixdə saat 11 radələrində Əfqan ona zəng edərək onu Lənkəran reginal Asan Xidmət Mərkəzinə aparmasını xahiş etmiş, o, Əfqanla birlikdə Asan Xidmət Mərkəzinə getmişlər. Onlar yolda olarkən Lənkəran şəhəri, Ləvəngi dairəsi adlanan ərazidə Əfqanın qohumu Zərərçəkmiş şəxs7 da, avtomobilə minmişdir. Əfqan və İltifat yolda torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı söhbət etmişlər. Onlar X43 Xidmət Mərkəzinə çatmış, Əfqan və İltifat avtomobildən düşüb Mərkəzə getmiş, o isə avtomobilində əyləşib onları gözləmişdir. Təxminən 1 saat sonra Əfqan və İltifat Asan Xidmət Mərkəzindən çıxıb avtomobilə əyləşmiş, avtomobili Əfqanın tapşırığı ilə yaşadıqları Şıxəkəran kəndi istiqamətində sürməyə başlamışdır. Lənkəran şəhərinə çatanda İltifat avtomobildən düşüb getmiş, onlar isə yollarına davam etmişlər. Əfqan avtomobili Lənkəran rayonu, Siyavar kəndində yerləşən ona məxsus köhnə maye qazdoldurma stansiyasına sürməsini tapşırmışdır. Onlar həmin əraziyə çatandan sonra ağ rəngli “Vaz 2106” markalı avotomil onlara yaxınlaşmış, həmin avtomobildən hündürboy, qarayanız, kök, orta yaşlarında bir nəfər düşmüşdür. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Orxandır. Sürücüdən başqa Orxanın yanında bir nəfər şəxs də, olmuşdur. Həmin şəxs və sürücü maşında qalmışlar. Əfqan Orxana fəaliyyəti dayandırılmış köhnə maye qazdoldurma stansiyasının ərazisini göstərərək, həmin ərazidə yerləşən təxminən 0,20 ha torpaq sahəsini adına özəlləşdirmək istədiyini bildirmiş, Orxan Əfqana baxdığı torpaq sahəsini adına özəlləşdirmək üçün vəzifəli şəxslərə pul verməli olduğunu deyərək, bu işdə köməklik edilməsi müqabilində ondan 3000 manat pul istəmişdir. Əfqan Orxana dediyi məbləğə gücü çatmadığını bildirdikdə, Orxan mobil telefon vasitəsi ilə kiməsə zəng edərək danışmış, sonra Əfqana müdirlə danışıb, işi 2500 manat pul müqabilində həll edəcəyini demişdir. Əfqan razılaşmışdır. Orxan təkidlə pulun dərhal verilməsini tələb etmişdir. Orxanın Əfqandan belə pul tələb etməsindən o, şübhələnmişdir ki, Orxan iş görən deyil, Əfqanı aldadıb pulunu alacaqdır. Çünki, Orxan Əfqana “bu dəqiqə pulu vermədin, sonra bu iş alınmayacaq” demişdir. Həmin vaxt Əfqanın pulu olmadığından, Orxanla birlikdə yaşadığı Lənkəran rayonu, Şıxəkəran kəndinə getməyi təklif etmişdir. O, Əfqanla birlikdə, Orxan isə gəldiyi avtomobildə Şıxəkəran kəndinə getmişlər. Əfqan evdən 1000 manat pul gətirərək yaşadığı evin qarşısında küçədə onun yanında Orxana təqdim etmiş, qalan pulu isə 3-5 gün ərzində ona çatdıracağını bildirmişdir. Orxan pulu sayıb cibinə qoyaraq və Əfqana məxsus maye qazdoldurma stansiyasının qeydiyyat sənədini Əfqandan alıb dərhal gəldiyi avtomobilə oturub getmişdir. Əfqanın ona deməsinə görə bir neçə gün sonra Əfqan qalan 1500 manat pulu da, Orxana vermişdir. Sonradan ona məlum olmuşdur ki, Orxan Zərərçəkmiş şəxs9 torpaq işini həll etməmiş və pulunu da qaytarmamışdır. O, 2024-cü ilin iyul ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında olarkən, orada təsadüfən Orxanla qarşılaşmış, Orxandan Əfqanın işini soruşanda, Orxan ona “hazırdı 2-3 günə verərəm ona sənədləri” demişdir. Lakin Əfqanın ona deməsinə görə Orxan onu aldatmış, nə torpağın sənədini düzəltmiş, nə də pulunu qaytarmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid14 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun atasıdır. Atasının Şıxəkəran kəndində yerləşən köhnə maye qazdoldurma məntəqəsi olmuş və həmin məntəqənin yerləşdiyi 0,20 ha torpaq sahəsini adına özəlləşdirmək istəmişdir. Bunun üçün Lənkəran rayon sakini Orxan adlı şəxs qeyd olunan torpaq sahəsini atasının adına sənədləşdirilməsinə köməklik etmək müqabilindən 2024-cü ilin aprel ayının sonunda atası Zərərçəkmiş şəxs9 2500 manat pul almışdır. Orxan torpaq sahəsinə baxmış və onu atasının adına özəlləşdirilməsinin mümkün olduğunu Əfqana bildirmişdir. Orxanı Əfqana qohumu Zərərçəkmiş şəxs7 məsləhət görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Orxan İltifatdan da, torpaq sənədləşməsinə görə 1000 manat pul alıb işi həll etməmişdir. İltifat Orxanı etibarlı şəxs kimi tanıdığına görə atası Əfqana məsləhət görmüşdür. Lakin bir neçə ay keçməsinə baxmayaraq, Orxan atası Əfqanın istifadəsində olan torpağın sənələşdirilməsi işini həll etməmişdir. O, atasından məsələ barədə soruşanda, atası Əfqan ona Orxanın işi həll etmədiyini və verdiyi pulu qaytarmadığını demişdir. O, 2024-cü ilin iyul ayının əvvəlində atası Əfqandan Orxanın mobil nömrəsini alıb, Orxana zəng edərək, Əfqanın oğlu olduğunu bildirib, aldığı pulu qaytarmasını xahiş etmişdir. Orxan ona pulu müdirinin sözü ilə aldığını demiş, o, Orxana pulu özü aldığına görə özünün qaytarmasını tələb etmişdir. Orxanla 04 iyul 2024-cü il tarixdə “WhatsApp” proqramında əlaqə saxlayarkən Orxan ona səsli mesaj göndərərək, atası Əfqanın torpağının sənələşmə işinə görə atasından 2500 manat pul aldığını etiraf etmişdir. O, Orxanın həmin səs yazısını atası Əfqana təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid15 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. O, Orxanı 2022-ci ilin iyul ayından tanıyır. Orxanla münasibətləri həmişə yaxşı olmuşdur. Orxan həmin vaxtdan Lənkəran rayon 1 saylı notariat ofisində işləmişdir. Orxan ona notariat ofisində vərəsəlik işləri və daşınmaz əmlaklarla bağlı sənədləşmə işləri ilə məşğul olduğunu bildirmişdir. Son vaxtlar Orxanın ayrı-ayrı şəxslərlə pul vəsaitləri ilə bağlı müəyyən problemlərinin olduğu ona məlum olmuşdur. Orxan ona ayrı-ayrı şəxslərdən aldığı pul vəsaitlərini notarius Şahid1 verdiyini bildirmişdir. O, hər dəfə Orxana bu işlərdən uzaq olmasını tövsiyə etmişdir. 2024-cü ilin aprel ayının təxminən 20-dən sonra saat 14 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək torpaq sahəsinə baxmaq üçün Lənkəran rayonu, Siyavar kəndinə getmələrini təklif etmiş, o, Orxanın tutduğu taksi avtomobili ilə Lənkəran rayonu, Siyavar kəndinə getmişlər. Orxan yolda olarkən torpaq sahəsinin sahibi ilə telefonla danışdıqdan sonra onlar ünvana çatmışlar. Torpaq sahəsinin sahibi, sonradan adının Əfqan olduğunu bildiyi şəxs bir nəfər şəxslə gəlmişlər. O və sürücü maşında Orxanı gözləmişlər. Əfqan Orxana torpaq sahəsini göstərmiş və torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Orxan və Əfqan söhbət etmişlər. Təxminən 15 dəqiqədən sonra Orxan gəlib avtomobilə əyləşmiş və taksi sürücüsünə avtomobili Lənkəran rayonu, Şıxakəran kəndinə sürməsini tapşırmışdır. Onlar birbaşa Şıxəkəran kəndinə getmişlər. Orxan ona nə üçün həmin kəndə getdiyini deməmişdir. O, ümumiyyətlə Orxanın işlərinə qarışmadığından, maraqlanmamış, lakin Orxanın pul üçün kəndə getdiyini bilmişdir. Onlar Şıxəkəran kəndinə çatmışlar. O, yenə avtomobildə gözləmişdir. Orxan avtomobildən düşüb, orada Əfqanla görüşmüş və Əfqanın Orxana pul verdiyini görmüş, lakin pulun nə qədər olduğunu bilməmişdir. Daha sonra onlar Lənkəran şəhərinə qayıtmışlar. Yolda olarkən Orxan ona Əfqanın torpaq sahəsini adına özəlləşdirməyə köməklik etmək üçün Əfqanla razılaşdığını demişdir. Bir neçə gün sonra, təxminən 26 aprel 2024-cü il tarixdə saat 12 radələrində o, Orxanın yanında olarkən Orxan Əfqan adlı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Orxanın danışığından başa düşmüşdür ki, Əfqan Orxana pul vermək istəyir. Orxan pulu karta atmasını Əfqana demişdir. Orxanın plastik kartı olmamış, onun isə "xxxx" ASC-yə aid 4169 7388 7870 7086 hesab nömrəli plastik kartı olmuşdur. Orxan ondan xahiş etmişdir ki, kartının şəklini göndərsin. O, kartın şəklini Orxana, Orxan isə Əfqana göndərmişdir. Bir neçə dəqiqədən sonra onun həmin plastik kart hesabına 1500 manat pul yükləndiyini görmüş, Orxan həmin pulu Əfqanın göndərdiyini demişdir. Onlar həmin vaxt Lənkəran rayonu, Şürük kəndində olduqları üçün orada “Ballı Market”-də quraşdırılmış bankomatdan 1500 manat pulu hesabdan çıxararaq Təqsirləndirilən şəxs təqdim etmiş, Orxan isə həmin pulu milliön elektron ödəmə terminalı ilə kiməsə göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayon Vəkil Bürosunda vəkil işləyir. Lənkəran rayonu, Gərmətük qəsəbəsinin sakini Zərərçəkmiş şəxs2 onun uzaq qohumudur. Zərərçəkmiş şəxs2 bir neçə mülki işdə vəkili olduğuna görə onunla münasibəti yaxşıdır. Zərərçəkmiş şəxs2 adətən hüquqi məsələlərlə bağlı onunla məsləhətləşir. Təqribən 2023cü ilin iyul ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək, Lənkəran rayonu, Gərmətük qəsəbəsində magistral yolun kənarında yerləşən 0,06 ha torpaq sahəsini və onun arxa hissəsində yerləşən pay torpaq sahəsinin təyinatının dəyişdirilməsi və çıxarış alınması ilə bağlı Lənkəran rayon 1 saylı notariat ofisində işləyən Orxan adlı şəxslə danışdığını, Orxanın bu işin müqabilində ondan 30000 manat pul istədiyini, 20000 manata razılaşdıqlarını bildirmiş və bu işin qanuni olub-olmadığını ondan soruşmuşdur. O, Allahşükürə izah etmişdir ki, torpaq sahəsinin təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir, yaxud bununla bağlı məhkəməyə müraciət edilməlidir. Allahşükür ona bildirmişdir ki, məhkəmə mübahisəsi uzun çəkən prosesdir və Orxan ona izah etmişdir ki, bu işi qanuni şəkildə iki ay ərzində həll edəcəkdir. Allahşükür həmçinin bildirmişdir ki, Orxan torpaq sahəsinə baxmış və ona bildirmişdir ki, guya həmin torpağın təyinatının dəyişdirilməsi asan işdir və veriləcək pul ilə dövlət rüsumları olaraq Bakı şəhərində köçürmə etdikdən sonra məsələ həllini tapacaqdır. Orxan həmçinin Allahşükürə guya Bakı şəhərində geniş əlaqələrinin olduğunu və əlaqələri vasitəsi ilə bu işi həll edəcəyinə söz vermişdir. O, Allahşükürə Orxanı tanımadığını demiş və Allahşükürə məsləhət görmüşdür ki, madam Orxan adlı şəxs notariat ofisində işləyir, onda notariat ofisinin xüsusi notariusu Şahid1la məsləhət etsinlər. Bir neçə gün sonra o, notarius Şahid1 zəng edərək birlikdə Allahşükürə məxsus olan “Şah” saraya getmişlər və birlikdə yemək yeyərək torpaq sahəsinin sənədləşdiirlməsinə görə Orxan barəsində söhbət etmişlər. Şahid1 “Orxanın əli yuxarılara çatır, mənim işlərimi də o, həll edir” demişdir. Şahid1 onlara demişdir ki, Orxan iş görəndir və işi həll edəcək şəxsdir, dediyi vaxt işi həll edəcəkdir. O və Səfər Allahşükürə bildirmişlər ki, Orxan yəqin pulu rüsumlara görə istəyir. Şahid1 bu sözlərindən sonra Allahşükür Orxanla iş görəcəyini demişdir. Lakin Allahşükür bildirmişdir ki, Şahid1 Orxanı yaxşı tanıyırsa, onda pulu Şahid1 versin. Şahid1 ortada etibarlılıq olması üçün pulun onun vasitəsi ilə Orxana çatdırılmasına etirazının olmadığını bildirmişdir. Qalan məsələləri isə Allahşükür özü Orxanla danışmışdır. 2023-cü ilin iyul ayının ortalarında Allahşükür ona zəng edərək Orxanın ona zəng edib ilkin sənədləşmə işlərinə görə 10000 manat pul istədiyini bildirmiş və işi olduğuna görə həmin pulu onun aparıb notarius Şahid1 verməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün Allahşükürün sarayına gedərək ondan 10000 manat pulu götürüb elə həmin gün Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən xidməti otağında Şahid1 təqdim etmişdir. Səfər pulu olduğu kimi Orxana çatdıracağını bildirmişdir. O, Səfərə bildirmişdir ki, Allahşükür xahiş edir Orxana tapşırsın ki, sənədləşmə işlərini tezləşdirsin. Təxminən 1 həftə sonra Allahşükür yenə ona zəng edərək Orxanı ona zəng edib qalan pulu istədiyini bildirmiş və xahiş etmişdir ki, həmin pulu ondan götürüb notarius Şahid1 versin. O, Allahşükürün sözü ilə onunla görüşüb Allahşükürdən qalan 10000 manat pulu götürərək yenə Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində fəaliyyət göstərən ünvan 13riat ofisinə gedib xidməti otağında Şahid1 təqdim etmişdir. Səfər müəllim ondan 10000 manat pulu qəbul edərkən məsləhət görmüşdür ki, “qoy 5000 manatı Orxana verək, qalan 5000 manatı sənəd düzələndən sonra verərsən” demişdir. Səfər həmçinin bildirmişdir ki, birdən Orxan işi alındırmaz və Allahşükürün pulunu qaytarmaz. O, razılaşmış və həmin puldan 5000 manatı Şahid1 verib, qalan 5000 manatı Allahşükürə qaytarmışdır. O, Allahşükürə bildirmişdir ki, Şahid1 məsləhət görür ki, Orxan işi tam yekunlaşdırandan sonra razılaşdığı məbləğin qalan hissəsini Orxana versinlər. Allahşükür bir söz deməmişdir. Həmin vaxtdan etibarən Allahşükür dəfələrlə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq işin nə yerdə olduğunu ondan soruşanda, Təqsirləndirilən şəxs hər dəfə ona gah bu işlərlə əlaqədar Bakı şəhərində olduğunu, gah sənədləri götürmək üçün Bakı şəhərinə getdiyini, gah torpağın təyinatının dəyişdirdiyini demişdir. Lakin Orxan heç bir halda vədinə əməl etməmişdir. O, özü də, dəfələrlə Orxanla görüşərək sənəd işlərinin nə yerdə olduğunu soruşmuş, Orxan ona da, “bu gün sabah sənəd işləri qaydasına düşür” demişdir. O, hesab edir ki, pul həqiqətən Orxana çatdığına görə Orxan hər dəfə bir bəhanə gətirərək işi görəcəyini və sənədləri verəcəyini demişdir. Allahşükürlə birlikdə bir neçə dəfə, həmçinin Allahşükür xahişi ilə tək notariat ofisinə, daha sonra isə X43 Xidmət Mərkəzinə gedərək Səfərlə görüşüb, Orxanı başa salmasını xahiş etmişlər. Səfər özü də, Orxanın bu işi niyə belə etdiyini bilmədiyini, özünü də aldandığını bildirmişdir. Orxan Allahşükürü bu minvalla 1 ilə yaxın aldatmış, nə sənədləri vermiş, nə də pulu qaytarmışdır. Ona görə Allahşükür pulun qaytarılmasını Şahid1 tələb etmişdir. Şahid1 hər dəfə onlara pulu Orxana verdiyini və Orxana tezliklə sənəd məsələsini həll etməsini tapşırsa da, Orxanın sənədi gətirmədiyini demişdir. Orxanla dəfələrlə əlaqə saxladıqdan sonra Gərmətük bələdiyyəsinin sədri Şahid6 Orxandan 2000 manat pulu almışdır. Təxminən 2024-cü ilin iyul ayının əvvəlinə qədər Orxan işi həll edəcəyinə və ya pulu qaytaracağına söz versə də, həmin vaxtdan sonra ümumiyyətlə pulun ona verilmədiyini, heç bir iş görmədiyini, pulu Səfərə verdikləri üçün Səfərdən də, istəmələrini deyərək, telefonu söndürür, son vaxtlar isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Onlar məcbur olub 2024-cü ilin iyul ayında Zərərçəkmiş şəxs2 və Gərmətük bələdiyyəsinin sədri Şahid6lə birlikdə X43 Xidmət Mərkəzinə gedərək notarius Şahid1la görüşmüşlər. Şahid1 Orxanla danışmasını və pulun qaytarmasını bildirmişlər. Həmin vaxt bələdiyyə sədri Şahid6 Allahşükürün tapşırığı ilə danışıqları telefonunda qeydı almışdır ki, gələcəkdə pul tələb etməkdə haqlı olduğunu sübut edə bilsin. Şahid1 torpaq sahəsinin təyinatının dəyişdirilməsinin və çıxarış verilməsinin notariusun fəaliyyətinə heç bir aidiyyətinin olmadığını və pulun Orxanda olduğunu demişdir. O, təkid etmişdir ki, Şahid1 Orxana zəng edərək pulun miqdarını və ona verib-vermədiyini dəqiqləşdirsin. Şahid1 telefonu ilə Orxana zəng edib səsi mikrofon rejiminə qoymuşdurş Səfər Orxandan harada olduğunu soruşmuş və onların gəldiklərini məlumat vermişdir. Orxan telefonda Bakı şəhərində olduğunu və sabah gələcəyini bildirmişdir. Bundan sonra Şahid1 telefonu söndürmüşdür. O, Şahid1 irad bildirmişdir ki, niyə onların gəldiyini deyir və yenidən zəng edərək pulu ona verib-vermədiyini dəqiqləşdirsin. Onun sözündən sonra Şahid1 yenidən Orxana zəng etmiş, onların getdiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs2 verdiyi pulun məbləğini dəqiqləşdirmişdir. Orxan 20000 manata razılaşdığını, verilən pulun bir dəfə 10000, bir dəfə də 5000 olmaqla, cəmi 15000 manat olduğunu, 5000 manatın isə ona qaytarıldığını təsdiq etmişdir. Telefon danışığından sonra belə qərara gəlmişlər ki, bələdiyyə sədri Təmirlan, Orxan və Şahid1 Orxanla növbəti gün görüşüb məsələni üzbəüz aydınlaşdırsınlar. Bundan sonra onlar Asan Xidmət Mərkəzindən getmişlər. Lakin növbəti gün Orxan gəlmədiyi üçün onunla görüşmək mümkün olmamışdır. Bu günə qədər Orxan Zərərçəkmiş şəxs2 pulunu qaytarmamışdır. O, 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs2 sözü ilə bir dəfə 10000 manat, ikinci dəfə isə 5000 manat pulu notarius Şahid1la Lənkəran şəhəri 1 saylı notariat ofisinin həmin vaxt fəaliyyət göstərdiyi Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşə binasında xidməti otaqda görüşərək Orxana verməsi üçün Səfərə təqdim etmişdir. Şahid1 hər dəfə ona pulu Orxana verəcəyini bildirmişdir. Pulu isə Allahşükürdən Orxan telefon vasitəsi ilə zəng edərək istəmiş, lakin ortada etibarlılıq olması üçün pulu Səfərə vermələrini məsləhət gördüyü üçün o, pulu Şahid1 vermişdir. Torpaq sahəsinin təyinatının dəyişdirilməsi və çıxarış verilməsi məsələsini Zərərçəkmiş şəxs2 özü Orxanla danışmış və buna görə 20000 manat ödəniş edilməli olduğunu özləri razılaşmışlar. Onun işi yalnız pulu Allahşükürdən alıb Şahid1 vasitəsi ilə Orxana çatdırmaq olmuşdur. O, pulun dövlət rüsumu olaraq köçürmə etməsi üçün Orxana verildiyini bilmişdir. 15000 manat pul vəsaiti Şahid1 verilməzdən əvvəl Şahid1 Zərərçəkmiş şəxs2 məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahəsinin təyinatının dəyişdirilməsi və torpağa çıxarış verilməsi işini özünün və ya Təqsirləndirilən şəxsla birlikdə edəcəyini deməmişdir. Şahid1 əvvəlcədən onlara bu işlə məşğul olmadığını, sadəcə Orxana inandığı üçün Orxanın bu işləri görə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 Şahid1 inandığı üçün Orxanla iş görməyə razılaşmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Zərərçəkmiş şəxs2 təqdim etdiyi CD diskin yaddaşında olan səs yazılarına baxış keçirilmiş, baxış zamanı müddəti 14 dəqiqə 38 saniyə olan “Bakı-Ələt-Astara-İran yolu-2” adlı səs yazısının məzmununda torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı verilən pulun qaytarılmamasına görə danışıqlar, Şahid1 ona verilən pulu Təqsirləndirilən şəxs verməsi, mobil telefon vasitəsi ilə əlaqə saxlanılıb danışarkən isə Təqsirləndirilən şəxs ümumi işi 20000 (iyirmi min) manata razılaşması və 15000 (on beş min) manat verilməsinə dair səsli danışıqları əks olunmuşdur. Zərərçəkmiş şəxs6 təqdim etdiyi DVD-R diskin yaddaşında olan səs yazılarına baxış keçirilmiş, baxış zamanı müddəti 9 saniyə olan WhatsApp Audio 2024-07-31 at 16.53.47 adlı, müddəti 1 dəqiqə 16 saniyə olan WhatsApp Audio 2024-07-31 at 16.53.48 (1) adlı, müddəti 21 saniyə olan WhatsApp Audio 2024-07-31 at 16.53.48 (2) adlı və müddəti 23 saniyə olan WhatsApp Audio 2024-07-31 at 16.53.48 adlı olmaqla, Zərərçəkmiş şəxs6 bildirdiyinə əsasən, Təqsirləndirilən şəxs məxsus cəmi 4 ədəd səs yazılarının məzmununda sənəddə problem olmaması, qaytarılacaq məbləğin 1700 və 100 manat (cəmi 1800 manat) olması və həmin pulu qaytaracağına dair səsli danışıqları əks olunmuşdur. Zərərçəkmiş şəxs9 təqdim etdiyi DVD-R diskin yaddaşında olan səs yazılarına baxış keçirilmiş, baxış zamanı müddəti 1 dəqiqə 53 saniyə olan AUD-20240704-WA0002 adlı olmaqla, Zərərçəkmiş şəxs9 bildirdiyinə əsasən, Təqsirləndirilən şəxs məxsus səs yazısının məzmununda özəlləşdirmək üçün yerə baxması və buna görə ona 2500 manat pul verilməsinə dair səsli danışığı əks olunmuşdur. İcarədar Şahid1 ilə icarəçi Təqsirləndirilən şəxs arasında bağlanmış 08 iyun 2022-ci il tarixli “şəxsi əmlakın icarəyə verilməsi haqqında” icarə müqaviləsindən görünür ki, həmin müqavilədə X37 şəhəri, H.Z.Tağıyev küçəsi 211 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin arxiv otağı və konfrans zalından başqa, yəni 110 kv.m. olan hissəsini aylıq icarə haqqı 3000 manat olmaqla 1 (bir) il müddətinə Təqsirləndirilən şəxs icarəyə verməsi göstərilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsindən verilmiş 21 dekabr 2023-cü il tarixli 3847 №-li arayışda göstərilmişdir ki, X27 02 dekabr 2023-cü il tarixdə beyindaxili qansızmadan Lənkəran rayonu, Hirkan qəsəbəsində ölmüşdür. DƏDK və RPHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsindən verilmiş 12 yanvar 2024-cü il tarixli arayışda göstərilmişdir ki, verilir Zərərçəkmiş şəxs5 ondan ötrü ki, Lənkəran rayonu, Hirkan qəsəbəsi ünvanında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 20 iyun 2003-cü il tarixdə X27, X30, X21 və X5 ümumi birgə mülkiyyəti olaraq qeydə alınmışdır. Lənkəran rayon Vilvan bələdiyyəsinin 31 iyul 2024-cü il tarixli, 49 №-li məktubunda göstərilmişdir ki, Vilvan kənd sakini Zərərçəkmiş şəxs7 Balasi oğlu üçün fərdi yaşayış evi tikməkdən ötrü 0.09 ha torpaq sahəsi ayrılmışdır. Lənkəran regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 21 aprel 2024-cü il tarixli AR-İİİ 347635 nömrəli etibarnamədən görünür ki, həmin etibarnamə ilə Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs səlahiyyətli nümayəndəsi olaraq, Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında adından sənədləşmə işləri aparmağı, notariat kontorlarında onu təmsil etməyi, ərizədə imza etməyi, həmçinin Dövlət Arxiv İdarəsində, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin müvafiq rayon ərazi İdarəsinə sənədləri təqdim etməyi, reyestrdən çıxarış almağı, texniki pasport almağı, 1 və 2 nömrəli arayışları almağı, sənədləşmə işlərini aparmağı... və digər hərəkətləri etməyi etibar etmişdir. 29 noyabr 2001-ci il tarixli 317 a nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun surətindən görünür ki, Lənkəran rayonu, Siyavar kəndində yerləşən maye qazdoldurma stansiyası 28 noyabr 2001-cii l tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs9 adına qeydiyyata alınmışdır. Zərərçəkmiş şəxs9 tərəfindən təqdim edilmiş 26 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə saat 12:25 dəqiqədə 523915xxxxxx4779 hesab nömrəli kartın hesabından 416973xxxxxx7086 hesab nömrəli kartın hesabına birbank mobil tətbiq proqramı vasitəsi ilə 1500 (min beş yüz) manat məbləğində pul köçürülmüşdür. Zərərçəkmiş şəxs6 adına qeydiyyata alınmış 16 noyabr 2012-ci il qeydiyyat tarixli ******* №-li hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən görünür ki, həmin çıxarışla Zərərçəkmiş şəxs6 xüsusi mülkiyyət hüququ üzrə ünvan 5 ünvanında yerləşən 0.0036 torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 30.2 kv.metr, tikintialtı sahəsi 36.0 kv.metr olan qeyriyaşayış binası – mağaza (ticarət) qeydiyyata alınmışdır. Texniki pasport sənədinə əsasən həmin qeyri-yaşayış binasının planında 13.9 kv.metr sahə icazəsiz tikili olaraq göstərilmişdir. Zərərçəkmiş şəxs8 tərəfindən təqdim edilmiş 19 aprel 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, həmin tarixdə saat 18:55 dəqiqədə Lənkəran şəhəri, Bakı-Astara şossesi Bazarstore ünvanında quraşdırılmış terminal nömrəsi 51220 olan “Milliön” elektron ödəmə sistemindən "xxxx" ASC-dən verilmiş X71 adına olan 416973xxxxxx7001 hesab nömrəli kartın hesabına 1000 (min) manat məbləğində pul köçürülmüşdür. Lənkəran regional “ASAN xidmət” Mərkəzinin xüsusi notariusu Şahid1 tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, k/ə 02 №-li əmrə əsasən, həmin əmrlə Əzizova X28 regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən xüsusi notariusda aparıcı mütəxəssis (kargüzar) vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 26 avqust 2024-cü il tarixli 597 №-li məktubunda göstərilmişdir ki, xx.xx.1987-ci ildə doğulan Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olan Aslanov X23 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şilavar kənd İƏDÜN tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs ailə üzvləri – arvadı X14 (1988-ci il), oğlu X32 (2013-cü il) və oğlu X33 (2016-cı il) olmaqla, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. “X3 Sistemi”ndən 23 avqust 2024-cü il tarixdə götürülmüş məhkumluq məlumatlarından, DİN-nin BƏSİİ-dən verilmiş 02 sentyabr 2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 1(005)-146/2021 saylı qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən keçdiyinə görə və Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və sonuncunun onlara vurulmuş ziyanı tamamilə ödənilmişdir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında tutulması haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 18:20də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)-131/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs9 tərəfində təqdim edilmiş yaddaşında səs yazılarının əks olunduğu cəmi 3 (üç) ədəd DVD disk maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)-154/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə vəsatət təmin edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 312-1.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi özünün etitafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməllərin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Məcəllənin 312-1.1-ci maddəsinə əsasən şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2, 178.2.4 və 312-1.1-ci maddələri ilə düzgün tövsif olunmuş, həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam ödənildiyini, bu barədə ibtidai istintaq zamanı ərizə verdiyini, lakin Təqsirləndirilən şəxs ondan aldığı digər yüksək məbləğlərdə pulun geri qaytarılmadığını, həmin pul məbləğlərinin konkret nə qədər təşkil etməsini dəqiq bilmədiyini, həmçinin Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın qismən, yəni 12200 manat hissədə qaytarıldığını, 10100 manat hissənin isə qaytarılmaması barədə göstərdikləri iş materiallarında olan zərərçəkmiş şəxslər tərəfindən “dəymiş ziyanın tam ödənilməsi barədə” təqdim edilmiş ərizələr, təqsirləndirilən şəxsin ifadəsi, işi materiallarında olan digər sənədlərlə təkzib edilərək işin obyektiv hallarına uyğun deyil. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini və onlarla barışmasını CM-in 59.1.12, 59.1.13-cü, himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə yuxarıda qeyd olunan yüngülləşdirən hallarla birlikdə Təqsirləndirilən şəxs şəxsiyyətini, yaşını, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona ittiham edildiyi maddələr üzrə cərimə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanılmasını istisna etmədiyindən, belə hallarda Cinayət Məcəlləsinin 68-ci maddəsində təsbit edilən qaydalar tətbiq edilməlidir. Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Həmin Qərarın 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Məhkəmə, cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin hər biri üzrə ayrılıqda cəza təyin edilməklə qəti cəza müəyyən edilməli və CM-nin 66.2-ci tələbi baxımından ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Cinayət işi materiallarından görünür ki, Orxan 10 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(049)- 131/2024 nömrəli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(049)-154/2024 nömrəli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 312-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə yeddi min manat, Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə səkkiz min manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq on iki min manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2024-cu il tarixdən 19 mart 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 09 gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəza yügülləşdirilsin və üzərində min manat cərimə cəzası saxanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 3 (üç) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmün icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar