Məhkəmə qərarları › İş №1(049)-210/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-210/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-210/2023 05.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:15 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1978-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə birgə narkotik vasitə qurudulmuş marixuana əldə edib birlikdə qəbul etmək qərarına gələrək, bu məqsədlə aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun olaraq rayonun Nərimanabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofanda, 28 (iyirmi səkkiz) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri-5,536qr, 6,452qr, 5,407qr, 6,216qr, 5,435qr, 5,266qr, 5,682qr, 6,108qr, 6,816qr, 6,445qr, 7,487qr, 5,110qr, 5,478qr, 6,175qr, 6,124qr, 5,614qr, 6,493qr, 6,729qr, 4,240qr, 5,704qr, 6,522qr, 5,839qr, 5,921qr, 5,820qr, 5,904qr, 7,024qr, 6,204qr və 7,063qr, ümumi təmiz çəkisi 168,814(yüz altmış səkkiz tam mində səkkiz yüz on dörd) qram təşkil edən xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə tərkibli narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saat 07:30-da Lənkəran rayonu Nərimanabad qəsəbəsində idarə etdiyi “Mercedes Benz” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış aparılarkən üzərlərində saxladıqları 23 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,266qr, 5,682qr, 6,108qr, 6,816qr, 6,445qr, 7,487qr, 5,110qr, 5,478qr, 6,175qr, 6,124qr, 5,614qr, 6,493qr, 6,729qr, 4,240qr, 5,704qr, 6,522qr, 5,839qr, 5,921qr, 5,820qr, 5,904qr, 7,024qr, 6,204qr və 7,063qr, ümumi təmiz çəkisi 139,768qram narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs2 əynindəki gödəkcəsinin alt hissəsindən, 05 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,536qram, 6,452qram, 5,407qram, 6,216qram və 5,435qram, ümumi təmiz çəkisi 29,046 qram narkotik vasitə qurudulmuş marixuana isə əynindəki gödəkcəsinin sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə birgə narkotik vasitə qurudulmuş marixuana əldə edib birlikdə qəbul etmək qərarına gələrək, bu məqsədlə aralarında olmuş razılaşmaya və ümumi niyyətə uyğun olaraq rayonun Nərimanabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofanda, 28(iyirmi səkkiz) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri-5,536qr, 6,452qr, 5,407qr, 6,216qr, 5,435qr, 5,266qr, 5,682qr, 6,108qr, 6,816qr, 6,445qr, 7,487qr, 5,110qr, 5,478qr, 6,175qr, 6,124qr, 5,614qr, 6,493qr, 6,729qr, 4,240qr, 5,704qr, 6,522qr, 5,839qr, 5,921qr, 5,820qr, 5,904qr, 7,024qr, 6,204qr və 7,063qr, ümumi təmiz çəkisi 168,814(yüz altmış səkkiz tam mində səkkiz yüz on dörd) qram təşkil edən xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə tərkibli narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saat 07:30-da Lənkəran rayonu Nərimanabad qəsəbəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərlərində şəxsi axtarış aparılarkən üzərlərində saxladıqları 05 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,536qram, 6,452qram, 5,407qram, 6,216qram və 5,435qram, ümumi təmiz çəkisi 29,046 qram narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs1 əynindəki gödəkcəsinin sağ yan cibindən, bir ədəd sellofanda 23 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 5,266qr, 5,682qr, 6,108qr, 6,816qr, 6,445qr, 7,487qr, 5,110qr, 5,478qr, 6,175qr, 6,124qr, 5,614qr, 6,493qr, 6,729qr, 4,240qr, 5,704qr, 6,522qr, 5,839qr, 5,921qr, 5,820qr, 5,904qr, 7,024qr, 6,204qr və 7,063qr, ümumi təmiz çəkisi 139,768qram narkotik vasitə qurudulmuş marixuana isə əynindəki gödəkcənin alt hissəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində anası Elmirə Mehrəliyeva, arvadı Emiliya Mehrəliyeva və övladı Mehrəli Mehrəliyevlə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan yandırıb tüstüsünü qəbul etməklə istifadə edirəm. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Narkotik vasitə qurudulmuş marixuanadan həftədə, on gündə bir dəfə istifadə edir. Heç bir psixi və ya nevroloji qeydiyyatda deyil. 05 dekabr 2022-ci il tarixdə, səhər saatlarında mərkəzi bazarda olarkən tanışı, adını sadəcə Vüsal kimi bildiyi şəxsi görmüşdür. Əvvəllər Vüsaldan 2-3 dəfə kibrit qutusunda qurudulmuş marixuana, qutusunu 40 manata alıb istifadə etmişdir. Vüsaldan nəşə, yəni qurudulmuş marixuana olub olmamasını soruşmuş, Vüsal da onun üçün təşkil edə biləcəyini bildirmişdir. Lakin o, Vüsala pulunun olmadığını bildirmişdir. Vüsal özündə 20-25 ədəd kibrit qutusunda təxminən 150 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixuanaları ona sata biləcəyini, pulunu isə 4-5 gün sonra verə biləcəyini bildirmişdir. O, da Vüsalla razılaşmışdır. Vüsal ona bildirmişdir ki, marixuananı Nərimanabad qəsəbəsində axırıncı işıq dirəyinin altında qoyduracaqdır. Həmin marixuanaları 06 dekabr tarixində axşam saatlarında götürə bilər. Onun ***-***-**-** saylı mobil nömrəsini götürüb bildirmişdir ki, 4-5 gün sonra onun telefonuna kartın şəklini atacaqdır ki, o, narkotik vasitənin pulunu həmin karta atsın. O, da Vüsalla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 19 radələrində uşaqlıq dostu və həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə telefonda danışıb birlikdə Nərimanabad qəsəbəsinə getməsini istəmişdir. Təqsirləndirilən şəxs2 da Vüsalı görmüş və tanıyırmış. Samid də Vüsaldan əvvəllər marixuana almışdır. Gecə saatlarında atasına məxsus “mersedes-benz” markalı 99KJ104 nömrə nişanlı avtomobillə evdən çıxmışlar. Lənkəran şəhərində çayxanalarda əyləşib çay içmişlər. Yolda yanacaq doldurma məntəqəsinə və mağazalarda dayanmışlar. Saat təxminən 07:30 radələrində Nərimanabad qəsəbəsinə gəlmişlər. Üzü Balıqçılar qəsəbəsi istiqamətində sonuncu işıq dirəyinin yanından keçərkən avtomobilini saxlayıb Samiddən avtomobildən düşüb işıq dirəyinin altından Vüsalın qoyduğu qurudulmuş marixuananı götürməsini istəmişdir. Samid avtomobildən düşüb dirəyin altından bir ədəd sellofanı götürüb qayıtmış və avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Sellofanın ağzını açıb içərisində 28 ədəd kibrit qutsunda qurudulmuş marixuananın olduğunu görmüş və ona bildirmişdir ki, 28 ədəd kibrit qutusunda marixuana vardır. O, Samiddən 5 kibrit qutusunu öz istifadələri üçün ona verməsini, qalan marixuanaları isə özündə saxlamasını istəmişdir. Samid 5 ədədini ona verdikdən sonra sellofanda qalan 23 ədəd kibrit qutusunda marixuanaları əynindəki gödəkcəsinin altına salmışdır. Onlar Lənkəran şəhəri istiqamətində gedərkən yolda dövlət yol polisi əməkdaşları olduqlarını görmüşlər. Polis işçiləri avtomobilə saxla işarəsi vermişlər. O, avtomobili saxlamış və avtomobildən düşmüşlər. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib, sənədlərini istəmişlər. Həmin vaxt o, həyəcanlı olduğundan qorxub qaçmaq istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlamışlar. Samid isə gödəkcəsinin altından narkotik vasitələri çıxarıb tullamaq istəyərkən polis əməkdaşları Samidi saxlayıb narkotik vasitələri atmağa imkan verməmişlər. Onları avtomobili ilə birlikdə Lənkəran ŞRPŞ-yə gətirmişlər. Lənkəran ŞRPŞnə gələrkən o və Samid öz mobil telefonlarını polis işçilərinə təqdim etmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan gödəkcənin sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı 5 ədəd kibrit qutusunda marixuanaları və avtomobilinin açarını təqdim etmişdir. Həmin kibrit qutularında qurudulmuş marixuanaların olduğunu, istifadəsi üçün üzərində saxladığını, marixuanaları tanışı Vüsal adlı şəxsin qoydurduğu Nərimanabad qəsəbəsində yolun kənarından dostu Samidlə birlikdə götürdüyünü, 5 ədədini istifadəsi üçün götürdüyünü, yolda polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, Vüsala narkotik vasitənin pulu olan 500 manat pulu daha sonra göndərəcəyini bildirmişdir. Üzərindən aşkarlanmış 5 ədəd kibrit qutusunda olan marixuanalar götürülərək iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 41,09 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonda götürülmüş kibrit qutuları ekspertizaya göndərilməsindən ötrü bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri o və müdafiəçisi tərəfindən imzalanmışdır. Müdafiəçisinin ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən zor, güc, təzyiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Avtomobilinin açarı isə ona geri qaytarılmışdır. Daha sonra onun, Təqsirləndirilən şəxs2 və müdafiəçilərinin iştirakı ilə polis əməkdaşları videoçəkiliş vasitəsilə avtomobilinə baxış keçirmişlər. Lakin avtomobilindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, da tərtib edilmiş protokollarla tanış olub imza etmişdir. Onun idarə etdiyi avtomobil qayınatasına məxsus olmuş, avtomobili o, etibarnamə əsasında idarə etmişdir. Üzərindən aşkar olunmuş qurudulmuş marixuananı o, öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır, satışı ilə məşğul olmur. Narkotik vasitələrdən yalnız qurudulmuş marixuanadan istifadə edir. Marixuananı adını bilmədiyi, lakin üzdən tanıdığı tanışlarından öz istifadəsi üçün əldə edir. Satışı ilə məşğul olmur. Narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi “Vüsal” adlı şəxsin yaşadığı ünvanı bilmir. Həmin şəxsi həmişə Nərimanabad qəsəbəsində məscidin yanında görürmüş. Vüsal həmişə oralarda olduğunu ona bildirmişdir. Vüsalla ilk dəfə Bakı şəhərindən Lənkəran rayonuna qayıdarkən sərnişin kimi olduğu avtomobildə tanış olmuşdur. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə mərkəzi bazarda olarkən Vüsalı görmüşdür. Təxminən 30 yaşlarında, arıq, saqqallı birisi olmuşdur. Telefon nömrəsini və yaşadığı ünvanı bilmir. Təqsirləndirilən şəxs1 son sözündə bildirmişdir ki, 6 aydır ki, narkotik vasitə istifadə etmir. Əməlindən peşimandır. Bir daha narkotik vasitələr istifadə etməyəcəkdir. Ailəsinə yeganə qazanc gətirən şəxsidir, daimi yaşayış yerinin olmasını və yaşını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində arvadı Mətanət Qurbanova, övladları Aylin Səttarlı və Əli Səttarlı birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Rayonun Xanbulan kəndində çayxanada ofisant kimi çalışır. Təxminən 10 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Narkotik vasitə qurudulmuş marixuanadan həftədə, on gündə bir dəfə istifadə edir. Heç bir psixi və ya nevroloji qeydiyyatda deyil. Təqsirləndirilən şəxs1 onun uşaqlıq dostudur. Elnurla heç bir qərəzli münasibətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 19 radələrində Elnur ona Whatsapp-da yazaraq birlikdə Nərimanabad qəsəbəsinə getməyini istəmişdir. O, da bekar olduğu üçün Elnurla razılaşmışdır. Gecə saatlarında Elnur qayınatasına məxsus “mersedes-benz” markalı 99KJ104 nömrə nişanlı avtomobillə onu evdən götürmüşdür. Lənkəran şəhərində çayxanalarda əyləşib çay içmişlər. Yolda yanacaq doldurma məntəqəsinə və mağazalarda dayanmışlar. Elnur ona yolda demişdir ki, 05 dekabr 2022-ci il tarixdə, səhər saatlarında mərkəzi bazarda olarkən tanışı, Vüsal adlı şəxsi görmüş, Vüsal ona qurudulmuş marixuana təklif etmiş, Elnur marixuana istəsə də pulunun olmadığını bildirmiş, Vüsal 20-25 ədəd kibrit qutusunda, təxminən 150 qrama yaxın narkotik vasitə qurudulmuş marixuanası olduğunu, həmin marixuanaları Elnura sata biləcəyini, pulunu isə 4-5 gün sonra verə biləcəyini bildirmişdir. Elnur da Vüsalla razılaşmışdır. O, bir dəfə 2022-ci ilin avqust ayında, məhərrəm ayında Vüsaldan bir kibrit qutusunda qurudulmuş marixuananı 40 manata alıb Elnurla birlikdə çəkmişdir. Vüsalın sadəcə olaraq adını bilir. Vüsal Elnura bildirmişdir ki, marixuananı Nərimanabad qəsəbəsində axırıncı işıq dirəyinin altında qoyduracaqdır. Həmin marixuanaları 06 dekabr tarixində axşam saatlarında götürə bilər. Vüsal Elnurun mobil nömrəsini götürüb 4-5 gün sonra telefonuna kart şəkli atacağını və pulunu həmin karta atmasını istəmişdir. Elnur da Vüsalla razılaşmışdır. Saat təxminən 07:30 radələrində Nərimanabad qəsəbəsinə gəlmişlər. Üzü Balıqçılar qəsəbəsi istiqamətində sonuncu işıq dirəyinin yanından keçərkən Elnur avtomobili saxlayıb ondan avtomobildən düşüb işıq dirəyinin altından Vüsalın qoyduğu qurudulmuş marixuananı götürməyini istəmişdir. O, avtomobildən düşüb dirəyin altından bir ədəd sellofanı götürüb avtomobilə qayıdıb avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Sellofanın ağzını açıb içərisində 28 ədəd kibrit qutsunda qurudulmuş marixuananın olduğunu görüb Elnura sellofanda 28 ədəd kibrit qutusunda marixuana olduğunu bildirmişdir. Elnur ona 5 kibrit qutusunu öz istifadələri üçün ona verməyini, qalan marixuanaları isə özündə saxlamağını istəmişdir. O, 5 ədədini Elnura verdikdən sonra sellofanda qalan 23 ədəd kibrit qutusunda marixuanaları sellofana büküb əynindəki gödəkcənin altına salmışdır. Onlar Lənkəran şəhəri istiqamətində təxminən 200 metr məsafə getdikdən sonra yolda dövlət yol polisi əməkdaşları olduqlarını görmüşlər. Polis işçiləri avtomobilə saxla işarəsi vermişlər. Elnur avtomobili saxlamışdır. Həmin vaxtı onlar həyəcanlanmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib, sənədlərini istəmişlər. Həmin vaxt Elnur qaçmaq istəyərkən polis əməkdaşları Elnuru saxlamışlar, o, isə gödəkcənin altından narkotik vasitələri çıxarıb atmaq istəyərkən polis əməkdaşları buna imkan verməmişlər. Onları avtomobillə birlikdə Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsinə gələrkən o və Elnur öz mobil telefonlarını polis işçilərinə təqdim etmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Əbdülhəsən Əzimovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan gödəkcənin altından bir ədəd sellofan bükülünü çıxarmışdır. İçərisində özünə məxsus narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra gödəkcənin ciblərindən siqaret qutularını, alışqanı, şalvarının sağ yan cibindən işlədiyi çayxananın açarlarını, şalvarının arxa sağ cibindən 3 ədəd 5 manatlıq pul əskinazını, sol yan cibindən isə 3 ədəd 20 qəpiklik pulu təqdim etmişdir. Həmin kibrit qutularında qurudulmuş marixuanaların olduğunu, istifadəsi üçün üzərində saxladığını, marixuanaları tanışı Vüsal adlı şəxsin qoydurduğu Nərimanabad qəsəbəsində yolun kənarından dostu Elnura məxsus avtomobillə gedib götürdüyünü, 5 ədədini Elnurun götürdüyünü, qalan hissəsini isə üzərində şəxsi istifadəsi üçün saxladığını, yolda polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Üzərindən aşkarlanmış 23 ədəd kibrit qutusunda olan marixuanalar götürülərək iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 230 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonda götürülmüş kibrit qutuları ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri o və müdafiəçisi tərəfindən imzalanmışdır. Siqaretlər, açarlar və alışqan ona geri qaytarılmışdır. Protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun, Təqsirləndirilən şəxs1 və müdafiəçilərin iştirakı ilə polis əməkdaşları videoçəkiliş vasitəsilə Elnurun avtomobilinə baxış keçirmişlər. Lakin avtomobildən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, da tərtib edilmiş protokolla tanış olub imza etmişdir. Daha sonra isə üzərindən aşkarlanmış 15 manat 60 qəpik pul ona təhqiqatçı tərəfindən geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş qurudulmuş marixuananı o, öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır, satışı ilə məşğul olmur. Narkotik vasitələrdən yalnız qurudulmuş marixuanadan istifadə edir. Marixuananı adını bilmədiyi, lakin üzdən tanıdığı tanışlarından öz istifadəsi üçün əldə edir. Satışı ilə məşğul olmur. Narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi “Vüsal” adlı şəxsin yaşadığı ünvanı bilmir. Vüsalı bir dəfə 2022-ci ilin avqust ayında, aşura mərasimi keçirilən vaxtı görmüşdür. Bir dəfə Vüsaldan 40 manata bir kibrit qutusunda qurudulmuş marixuana alıb istifadə etmişdir. Vüsal təxminən 30 yaşlarında, arıq, saqqallı birisi olmuşdur. Telefon nömrəsini və yaşadığı ünvanı bilmir. O, marixuananı işıq dirəyinin yanından götürüb avtomobilə əyləşdikdən sonra Elnura sellofanda 28 kibrit qutusu marixuana olduğunu demişdir. Elnur kibrit qutularının çox olduğunu bildirib 5 ədədini birlikdə istifadə etmələri üçün götürmüş, qalanını isə evə getdikdən sonra gizli yerdə özündə saxlamağını, 5 kibrit qutusu bitdikdən sonra qalanından da istifadə edəcəklərini demişdir. Təqsirləndirilən şəxs2 son sözündə bildirmişdir ki, 6 aydır ki, narkotik vasitə istifadə etmir. Əməlindən peşimandır. Bir daha narkotik vasitələr istifadə etməyəcəkdir. Ailəsinə yeganə qazanc gətirən şəxsidir, daimi yaşayış yerinin olmasını və yaşını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin DYPBnin YPX-nin inspektoru, polis baş serjantı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat 07 radələrində Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları ilə şöbənin PPXB-nin əməkdaşları birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində reyd keçirməyə başlamışlar. Saat təxminən 07:30 radələrində DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid3 ilə onlara təhkim olunmuş BMW markalı 99YP570 dövlət nömrə nişanlı xidməti patrul avtomobili ilə xidmət aparan zaman “Mercedes-benz C230 minik” markalı **- KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxla işarəsi vermişlər, avtomobilə yaxınlaşıb özlərini təqdim etməklə qayda pozuntusunu izah etmişlər. Həmin vaxtı sürücü Təqsirləndirilən şəxs1 avtomobildən enib özünü qeyri-səmimi, şübhəli apardığından, narkotik vasitənin təsiri altında avtomobili idarə etməsi şübhəsi olduğundan Elnuru həkim müayinəsindən keçmək üçün dəvət etmişlər. Sürücü Təqsirləndirilən şəxs1 özünü aqressiv apararaq idarə etdiyi avtomobilə tərəf qaçmışdır. Elnuru saxlayıb həkim müayinəsinə getməsini təkrar təklif edən zaman avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs2 avtomobildən düşərək özünü şübhəli aparıb gödəkcəsinin altında, qarın nahiyəsində saxladığı sellofan bağlamada olan kibrit qutularını çıxarıb kənara tullamaq istəyərkən saxlayıb buna imkan verməmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs2 və sürücüsü Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitə saxlamalarında şübhəli olduqları üçün sonuncunun idarə etdiyi avtomaşınla birlikdə Lənkəran ŞRPŞ-yə gətirmişlər. Lənkəran ŞRPŞ-yə çatan zaman avtomobildə olarkən Təqsirləndirilən şəxs1 mobil telefonu ilə danışmaq istədiyi üçün Elnura təklif etmişdir ki, mobil telefonunu ona versin. Həmin vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefonlarını ona təqdim etmişlər. Lənkəran ŞRPŞ-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış keçirilməsi üçün tərəfindən raport tərtib edilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə müdafiəçi siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün müdafiəçi İntiqam Hüseynovu seçmişdir. Daha sonra onun, polis əməkdaşları Şahid3, Şahid4 və Şahid2 iştirakları ilə videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindən 5 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və 1 ədəd Mercedes benz markalı avtomobilə məxsus açarı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı Coşqun Qasımov tərəfindən şəxsi axtarış keçirilmiş, lakin axtarış zamanı qanunla qadağan olunmuş digər hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Aşkarlanmış 5 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 41,09qram olması müəyyən edilmişdir. Kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şöbənin 135 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən imzalanmışdır. Aşkarlanmış bir ədəd avtomobilin açarı isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi kibrit qutularında olan maddələr narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin kütlələri saxlanılan gün adını “Vüsal” kimi bildiyi tanışının rayonun Nərimanbad qəsəbəsində qoyduğu yerdən götürmüş, marixuanaların qarşılığında həmin şəxsə pul verməmişdir. Bundan başqa idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya və ya predmet yoxdur. Əldə etdiyi narkotik maddələrə görə gələcəkdə Vüsal adlı şəxsə 500 manat məbləğində ödəniş edəcəkdir. Müdafiəçi İntiqam Hüseynovun verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, saxlanılarkən, polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki zor və ya güc tətbiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Daha sonra Lənkəran ŞRPŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə müdafiəçi siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2 həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün müdafiəçi Əbdülhəsən Əzimovu seçmişdir. Daha sonra eyni tərkibdə olan iştirakçılarla videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan mavi rəgli gödəkcənin altında, qarın nahiyəsində saxladığı 1 ədəd göy rəngdə bağlamanı çıxarıb təqdim etmiş, daha sonra əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd “Arqo” siqaret qutusunu, 1 ədəd alışqanı, gödəkcənin sol yan cibindən 1 ədəd “Kingston” siqaret qutusunu, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd açarı, şalvarın arxa sağ cibindən 3 ədəd 5 manatlıq pul əskinazları və şalvarın sol yan cibindən 3 ədəd 20 qəpiklik dəmir pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış göy rəngli bağlamaya baxış keçirilən zaman bağlamadan 23 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı Coşqun Qasımov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilmiş, axtarış zamanı üzərində qanunla qadağan olunmuş digər hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. 3 ədəd 5 manatlıq və 3 ədəd 20 qəpiklik pul əskinasları iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 1 ədəd “Arqo” siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd “Kingston” siqaret qutusu və 2 ədəd açar Təqsirləndirilən şəxs2 özünə geri qaytarılmışdır. 23 ədəd kibrit qutusu sellofana qoyularaq şöbənin elektron tərəzisində çəkilmiş və çəkisinin 0,230 kiloqram olması müəyyən edilmişdir. Daha sonra qablaşdırılmış, 135 saylı möhürlə möhürlənmiş, iştirakçılar Təqsirləndirilən şəxs2 və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi sellofanın içərisində olan kibrit qutularında olan maddələr narkotik vasitə qurudulmuş marixuanadır, təxminən 10 ildir ki, qurudulmuş marixuanadan istifadə edir, həmin kütlələr ona məxsusdur, aşkarlanmış kütlələri şəxsi istifadəsi üçün rayonun Nərimanabad qəsəbəsi ərazisində, dirəyin yaxınlığında, kolluq ərazidən tanışı Təqsirləndirilən şəxs1lə birlikdə əldə etmiş, narkotik vasitəni sonuncunun tanıdığı Vüsal adlı şəxsin ona bir neçə gün qabaq dediyi yerdən götürmüş, həmin kütlələr göy rəngli torbada olmuş, narkotik vasitələri götürdükdən sonra Təqsirləndirilən şəxs1 avtomobildə həmin torbadan 5 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı ayıraraq gödəkcəsinin cibinə qoymuş, qalan narkotik vasitələri bağlama halında ona vermiş, Təqsirləndirilən şəxs2 bağlamanı əynində olan mavi rəngli gödəkçənin altına qoymuşdur. Sonda protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 da heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedesbenz C230 minik” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə təhqiqatçı tərəfindən axtarış keçirilmiş, lakin avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərlərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaları öz istifadələri üçün üzərində saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar olunmuş narkotik vasitələri əldə etdiyi şəxsi ifşa etməmək üçün həmin şəxsi tanımadıqlarını bildirmişlər. Odur ki, həmin şəxsin müəyyən edilməsi istiqamətində şöbədə əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında şahid Lənkəran ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 və CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Saat təxminən 07:30 radələrində DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid3 ilə onlara təhkim olunmuş BMW markalı 99YP570 dövlət nömrə nişanlı xidməti patrul avtomobili ilə xidmət aparan zaman “Mercedes-benz C230 minik” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxla işarəsi vermişlər, avtomobilə yaxınlaşıb özlərini təqdim etməklə qayda pozuntusunu izah etmişlər. Həmin vaxtı sürücü Təqsirləndirilən şəxs1 avtomobildən enib özünü qeyri-səmimi, şübhəli apardığından, narkotik vasitənin təsiri altında avtomobili idarə etməsi şübhəsi olduğundan Elnuru həkim müayinəsindən keçmək üçün dəvət etmişlər. Sürücü Təqsirləndirilən şəxs1 özünü aqressiv apararaq idarə etdiyi avtomobilə tərəf qaçmışdır. Elnuru saxlayıb həkim müayinəsinə getməsini təkrar təklif edən zaman avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs2 avtomobildən düşərək özünü şübhəli aparıb gödəkcəsinin altında, qarın nahiyəsində saxladığı sellofan bağlamada olan kibrit qutularını çıxarıb kənara tullamaq istəyərkən saxlayıb buna imkan verməmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs2 və sürücüsü Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitə saxlamalarında şübhəli olduqları üçün sonuncunun idarə etdiyi avtomaşınla birlikdə Lənkəran ŞRPŞ-yə gətirmişlər. Lənkəran ŞRPŞ-yə çatan zaman avtomobildə olarkən Təqsirləndirilən şəxs1 mobil telefonu ilə danışmaq istədiyi üçün Elnura təklif etmişdir ki, mobil telefonunu ona versin. Həmin vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefonlarını ona təqdim etmişlər. Lənkəran ŞRPŞ-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış keçirilməsi üçün tərəfindən raport tərtib edilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə müdafiəçi siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün müdafiəçi İntiqam Hüseynovu seçmişdir. Daha sonra onun, polis əməkdaşları Şahid3, Şahid4 və Şahid2 iştirakları ilə videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindən 5 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və 1 ədəd Mercedes benz markalı avtomobilə məxsus açarı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı Coşqun Qasımov tərəfindən şəxsi axtarış keçirilmiş, lakin axtarış zamanı qanunla qadağan olunmuş digər hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Aşkarlanmış 5 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 41,09qram olması müəyyən edilmişdir. Kütlələr bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şöbənin 135 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən imzalanmışdır. Aşkarlanmış bir ədəd avtomobilin açarı isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi kibrit qutularında olan maddələr narkotik vasitə qurudulmuş marixuanadır, özünə məxsusdur, həmin kütlələri saxlanılan gün adını “Vüsal” kimi bildiyi tanışının rayonun Nərimanbad qəsəbəsində qoyduğu yerdən götürmüş, marixuanaların qarşılığında həmin şəxsə pul verməmişdir. Bundan başqa idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya və ya predmet yoxdur. Əldə etdiyi narkotik maddələrə görə gələcəkdə Vüsal adlı şəxsə 500 manat məbləğində ödəniş edəcəkdir. Müdafiəçi İntiqam Hüseynovun verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, saxlanılarkən, polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki zor və ya güc tətbiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Daha sonra Lənkəran ŞRPŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə müdafiəçi siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs2 həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün müdafiəçi Əbdülhəsən Əzimovu seçmişdir. Daha sonra eyni tərkibdə olan iştirakçılarla videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan mavi rəgli gödəkcənin altında, qarın nahiyəsində saxladığı 1 ədəd göy rəngdə bağlamanı çıxarıb təqdim etmiş, daha sonra əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd “Arqo” siqaret qutusunu, 1 ədəd alışqanı, gödəkcənin sol yan cibindən 1 ədəd “Kingston” siqaret qutusunu, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd açarı, şalvarın arxa sağ cibindən 3 ədəd 5 manatlıq pul əskinazları və şalvarın sol yan cibindən 3 ədəd 20 qəpiklik dəmir pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış göy rəngli bağlamaya baxış keçirilən zaman bağlamadan 23 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı Coşqun Qasımov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilmiş, axtarış zamanı üzərində qanunla qadağan olunmuş digər hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. 3 ədəd 5 manatlıq və 3 ədəd 20 qəpiklik pul əskinasları iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 1 ədəd “Arqo” siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd “Kingston” siqaret qutusu və 2 ədəd açar Təqsirləndirilən şəxs2 özünə geri qaytarılmışdır. 23 ədəd kibrit qutusu sellofana qoyularaq şöbənin elektron tərəzisində çəkilmiş və çəkisinin 0,230 kiloqram olması müəyyən edilmişdir. Daha sonra qablaşdırılmış, 135 saylı möhürlə möhürlənmiş, iştirakçılar Təqsirləndirilən şəxs2 və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi sellofanın içərisində olan kibrit qutularında olan maddələr narkotik vasitə qurudulmuş marixuanadır, təxminən 10 ildir ki, qurudulmuş marixuanadan istifadə edir, həmin kütlələr ona məxsusdur, aşkarlanmış kütlələri şəxsi istifadəsi üçün rayonun Nərimanabad qəsəbəsi ərazisində, dirəyin yaxınlığında, kolluq ərazidən tanışı Təqsirləndirilən şəxs1lə birlikdə əldə etmiş, narkotik vasitəni sonuncunun tanıdığı Vüsal adlı şəxsin ona bir neçə gün qabaq dediyi yerdən götürmüş, həmin kütlələr göy rəngli torbada olmuş, narkotik vasitələri götürdükdən sonra Təqsirləndirilən şəxs1 avtomobildə həmin torbadan 5 ədəd kibrit qutusunda narkotik vasitə marixuananı ayıraraq gödəkcəsinin cibinə qoymuş, qalan narkotik vasitələri bağlama halında ona vermiş, Təqsirləndirilən şəxs2 bağlamanı əynində olan mavi rəngli gödəkçənin altına qoymuşdur. Sonda protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs2 da heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedesbenz C230 minik” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə təhqiqatçı tərəfindən axtarış keçirilmiş, lakin avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı üzərlərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuanaları öz istifadələri üçün üzərində saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar olunmuş narkotik vasitələri əldə etdiyi şəxsi ifşa etməmək üçün həmin şəxsi tanımadıqlarını bildirmişlər. Odur ki, həmin şəxsin müəyyən edilməsi istiqamətində şöbədə əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: a) Təqsirləndirilən şəxs1 münasbətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 dekabr 2022-ci il tarixdə saat 07:30-da şübhəli şəxs qismində tutulmuşdur. 07 dekabr 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Lənkəran rayonu Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs1 rayonun Nərimanabad qəsəbəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcəsinin sağ yan cibindən 5 ədəd kibrit qutusunda, 41,09qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kibrit qutularında özünə məxsus narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin kütlələri saxlanılan gün adını “Vüsal” kimi bildiyi tanışının rayonun Nərimanbad qəsəbəsində qoyduğu yerdən götürdüyünü, marixuanaların qarşılığında Vüsal adlı şəxsə gələcəkdə 500 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Məhkəmə məhkəmə-bioloji ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 19/1246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 5 ədəd kibrit qutusunda olan kütlələr...” sözlər və imzalar olan bir ədəd paketdəki, 5 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri, 5,536qr, 6,452qr, 5,407qr, 6,216qr, 5,435qram, ümumi təmiz çəkisi: -29,046 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata 0,1 qram (hər: ob 0,02 qram) marixuana istifadə edilmiş, 28,946 qram marixuana qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizanın 08 dekabr 2022-ci il tarixli, 1265 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-393/2022 №-li 09 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci il tarixdə Bakı Qarnizon Hərbi Məhkəməsinin hökmü ilə (köhnə redaksiyada) CM-nin 241-ci maddəsinin “B” bəndinə əsasən təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarının 3.3-cü maddəsinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilmişdir. Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən verilmiş Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı X5 və övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. b) Təqsirləndirilən şəxs2 münasbətdə: Şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 dekabr 2022-ci il tarixdə saat 07:30-da şübhəli şəxs qismində tutulmuşdur. 07 dekabr 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Lənkəran rayonu Sütəmurdov kənd sakini Təqsirləndirilən şəxs2 rayonun Nərimanabad qəsəbəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcəsinin altında, qarın nahiyəsində saxladığı 1 ədəd göy rəngdə bağlamada, 23 ədəd kibrit qutusunda, 230 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kibrit qutularında narkotik vasitə qurudulmuş marixuana olduğunu, saxlanılan gün şəxsi istifadəsi üçün rayonun Nərimanabad qəsəbəsi ərazisində, dirəyin yaxınlığında, kolluq ərazidən tanışı Təqsirləndirilən şəxs1lə birlikdə əldə etdiyini, narkotik vasitəni sonuncunun tanıdığı Vüsal adlı şəxsin ona bir neçə gün qabaq dediyi yerdən götürdüyünü bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Məhkəmə məhkəmə-bioloji ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 19/1246 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən çıxan 5 ədəd kibrit qutusunda olan kütlələr...” sözlər və imzalar olan bir ədəd paketdəki, 5 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri, 5,536qr, 6,452qr, 5,407qr, 6,216qr, 5,435qram, ümumi təmiz çəkisi: -29,046 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar. Tədqiqata 0,46 qram (hər: ob 0,02 qram) marixuana istifadə edilmiş, 139,308 qram marixuana qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir.. Məhkəmə narkoloji ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 1264 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-394/2022 №-li 09 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həyat yoldaşı X4, övladları xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9 ilə birlikdə Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir.. Sübutların qiymətləndirilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 168,814 qram narkotik vasitə qurudulmuş marixuananın və onların şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişinin köçürüldüyü 2 ədəd CD disk, maddi sübut kimi tanınmış, marixuananın ekspertizadan sonra qalıq qalan hissəsinin, saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsi, şəxsi axtarışının görüntüləri olan 2 ədəd CD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi şahidlərin təsdiqedici ifadələri, ekspertiza rəyləri, maddi sübut, «şəxsi axtarışın keçirilməsi» barədə protokolları, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar təqsirləndirilən şəxslərə istinad olunmuş əməllərin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. a) Təqsirləndirilən şəxs1a münasibətdə: Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs1 şəxsiyyəti, cəzanı yüngülləşdən halları və cəzasını ağırlaşdıran halların olmaması, təyin ediləcək cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunması qeyrimümkündür. Məhz buna görə də məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təyin edilməsi cəzanın məqsədi və cəza təyinetmənin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs1anın barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1a CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri cəzaçəkmə müddəti bitənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, CM-nin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs1a cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65(altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. b) Təqsirləndirilən şəxs2 münasibətdə: Məhkəmə Təqsirləndirilən şəxs2nın əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs2 şəxsiyyəti, cəzanı yüngülləşdən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri-mümkündür. Məhz buna görə də məhkəmə yuxarıda qeyd olunanlar baxımından Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs2 barəsində CM-nin 62 yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri cəzaçəkmə müddəti bitənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 28,946 qram narkotik vasitə olan marixuana və eksertiza tədqiqatından sonra qalıq qalan 139,308 qram narkotik vasitə olan marixuana məhv edilməlidir. Məhkəmə məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65(altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Maddi sübut – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Samit Sattarovdan şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 2 ədəd CD disk iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2022-ci il saat 07:30-dan hesablansın və barəsində seçilmiş «həbs» qətimkan tədbiri cəzaçəkmə müddəti bitənədək, yəni 07 iyun 2023-ci il saat 07:30-dək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2022-ci il saat 07:30-dan hesablansın və barəsində seçilmiş «həbs» qətimkan tədbiri cəzaçəkmə müddəti bitənədək, yəni 07 iyun 2023-ci il saat 07:30-dək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Maddi sübut – Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilərək götülümüş və eksertiza tədqiqatından sonra qalıq qalan 28,946 qram narkotik vasitə olan marixuana, Samit Sattarovdan aşkar edilərək götülümüş və eksertiza tədqiqatından sonra qalıq qalan 139,308 qram narkotik vasitə olan marixuana məhv edilsin. Maddi sübut – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Samit Sattarovdan şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 2 ədəd CD disk iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 ekspertiza tədqiqatlarının dəyəri olan 65(altmış beş) manat tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Samit Sattarovdan ekspertiza tədqiqatlarının dəyəri olan 65(altmış beş) manat tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar