Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-212/2024 29.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən Həzi Aslanov adına parkda şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncuya qəsdən göz nahiyəsinə yumruq zərbə endirməklə ona- sağ göz almasına yayılmış qansızıma, sağ göz qapaqları- gözaltı nahiyəsində qançır, sağ almacıq nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs qəsəbədə yerləşən Həzi Aslanov parkında olan çayxanaya gəlmiş, bu zaman orada olan digər şəxslər Zərərçəkmiş şəxs görüb oradan uzaqlaşmışlar. O, da öz növbəsində masa arxasından durub çayxnanı tərk etmək istədikdə Zərərçəkmiş şəxs onun arxası ilə gəlmiş, bu zaman o, Zərərçəkmiş şəxs Raqif Zamanovun yas mərasimində iştirak etmədiyinə görə də iradım bildirmişdir, Zərərçəkmiş şəxs Raqif Zamanovun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Həmin zaman o, qəzəblənmiş və əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən itələmiş, sonuncu itələmə nəticəsində yerə yıxılmış, baş nahiyəsi yerdə olan metlaxa dəymiş və bununla da Zərərçəkmiş şəxs huşunu itirmişdir. O, bunu gördükdə dərhal oradan uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. Əvvəllər münasibətləri normal olmuşdur. Təxminən 2- 3 ay qabaq qəsəbə ərazisində yerləşən Həzi Aslanov adına olan parkda həmkəndlisi Təqsirləndirilən şəxs parkda əkilən gülləri çıxararaq guya ki, digər bir güllər əkəcəkdir. Bunun qarşısını o almış buna görə aralarında hətta mübahisə də baş vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla qərəzə düşmüşdür. xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində o, həmin parka gedən zaman Təqsirləndirilən şəxs də olmuş və onu gördükdə köhnədə qalan söhbəti yenidən açaraq müzakirələr aparmağa başlamışdır. Bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun üzərinə hücum etmiş və üz nahiyəsinə yumruq zərbəsi endirmişdir. Zərbə nəticəsində o, yerə yıxılmış və huşunu itirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra özünə gəlib ayağa qalxmağa çalışmışdır. Parkda yerləşən çayxananı işlədən Miki ləqəbli şəxs ona yerdən qalxmağa köməklik etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 18-19-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 27 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 18-19-cu vərəqində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 576 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı nahiyəsində qançır, sağ almacıq nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 66-cı vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, X1 Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-212/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-212/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver