Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-213/2024 09.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkum olunmamış, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 29 iyun 2024-cü il tarixdə saat 02 radələrində Lənkəran rayonu Kərgəlan kəndində yerləşən yolun kənarında kürəkəni Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində yəni, sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruq zərbələri vurub yerə yıxaraq, yerdə olan zaman bıçaqla Zərərçəkmiş şəxs hər iki sarğı nahiyəsinə qəsdən zərbə vurmaqla ona- hər iki sarğı nahiyələrində kəsilmişdeşilmiş yaralar, hər iki gözlatı nahiyələrində qançırlar, alın, hər iki dirsək nahiyələrində sıyrıqlardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Vəlihəd oğlu onun bacısı X1 əridir. Son zamanlar Xəyalə ilə Rahim arasında olan narazılıq səbəbindən ayrı yaşayırlar. xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində kənd ərazisində çayxanadan çıxıb evə gedən zaman Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən çayxanada Zərərçəkmiş şəxs pivə içdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşıb onunla bir qədər söhbət etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxsla çayxanadan çıxıb Lənkəran rayonu Kərgəlan kəndində yerləşən dairəvi yol istiqamətində hərəkət etmişlər. O, Zərərçəkmiş şəxsla söhbət edərək evə tərəf gəldikdə Rahimdən niyə anası haqqında nalayiq ifadələr işlətməsini soruşmuşdur. Rahim isə anası haqqında nalayiq ifadə işlətmədiyini bildirmişdir. O, isə Rahimə inanmadığını bildirdikdə, Rahim onun ünvanına nalayiq ifadə işlətmişdir. O, əsəbiləşib yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə zərbə vuraraq yerə yıxmışdır. O, Zərərçəkmiş şəxs yerdə olan zaman üzərində olan açılıb-qatlanan, qara dəstəkli bıçaqla Rahimin hər iki sağrı nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra oradan uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs gecələr çölə çıxan zaman qaranlıqdan qorxduğu üçün özünü qorumaq məqsədilə üzərində gəzdirdiyi açılıb-qatlanan qara rəngli dəstəyi olan bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisədən sonra qorxduğu üçün həmin bıçağı qaranlıqda yolun kənarında xatırlamadığı yerə atmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında əvvəlki iclasda iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynıdır. O, İsmayılın bacısı Xəyalə ilə 2010-cu ildə ailə həyatı qurmuş və həmin nikahdan 3 övladı vardır. Lakin son zamanlar Xəyalə ilə aralarında olan narazılıq səbəbindən Xəyalə evdən çıxaraq Bakı şəhərinə getmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Lənkəran rayonu Kərgəlan kəndi ərazisində olan çayxanada oturan zaman qaynı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə çayxanadan çıxaraq yaxınlıqda yerləşən dairəvi yol tərəfə getmişlər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, guya onun anası barədə nalayiq ifadə işlətmişdir. O, İsmayıla belə bir söz demədiyini bildirsə də, İsmayıl ona inanmamışdır. Həmin vaxt spirtli içkinin təsiri altında olduğu üçün İsmayılın ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman İsmayıl yumruqla onun sifət nahiyəsinə yumruqla bir neçə zərbə vuraraq yerə yıxmış və o, yerdə olan zaman Təqsirləndirilən şəxs cibindən çıxartdığı bıçaqla onun hər iki bud sağrı nahiyələrinə zərbələr vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşmışdır. Münaqişə zamanı Şahid orada olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və barışdıqları üçün işə xitam verilməsini xahiş etmişdir. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 29 iyun 2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Kərgəlan kəndində yerləşən yolun kənarında baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 597 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - hər iki sarğı nahiyələrinə kəsilmiş-deşilmiş yaralar, hər iki gözlatı nahiyyələrində qançırlar, alın, hər iki dirsək nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən hər iki sarğı nahiyələrində kəsilmiş-deşilmiş yaralar iti kənarlı və ya uclu alətin təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, yetirilmə müddəti qərarda göstərilə tarixə yəni, xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 502 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs, Lənkəran Rayon Hərbi Komissarlığının göndərişi əsasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər Lənkəran Şəhər Psixiatriya Xəstəxansında müayinə olunub və “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur, anamnezində bir dəfə affektiv reaksiya, özünükəsmə halı ilə” diaqnoz qoyulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Lənkəran rayonu, Kərgəlan kənd sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Babazadə X3 rayonu, Kərgəlan kəndində anası X6, bacısı X5, bacısı X2 və bacısı X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 1-4844 №-li “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 1-5296 №-li “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 1-8510 №-li “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəlməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-213/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-213/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver