Məhkəmə qərarları › İş №1(049)-214/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-214/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-214/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu il tarixdə Lənkəran rayonu, Boladı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 06 mart 2023- cü il tarixdə birgə yemək yedikləri Lənkəran şəhəri, H.Əliyev prospektində dəniz kənarında olan yeməkxanada şəxsi münasibətləri zəmnində yəni, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq ilə qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqlar vurmaqla ona-sol göz almasına yayılmış qansızma, üst dodaq nahiyəsində əzilmiş yara, sol göz qapaqları-gözaltı nahiyəsində qançır ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2ır. Şahid Mirzəbala oğlu onun qohumudur və onun Lənkəran şəhəri, H.Əliyev prospektində dəniz kənarında yeməkxanası var. Qohumu Şahid Mirzəbala oğlu həmin yeməkxananı yay aylarında işlədir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində qohumu Şahid Mirzəbala oğlu ilə həmin yeməkxananı təmir edən zaman X1 adlarını sonradan bildiyi Cavid Hüseynov, Elxan və Zərərçəkmiş şəxs Şahid Mirzəbala oğlunun yeməkxanasına gəlmişlər. Gələn şəxslər onlarla birlikdə orada yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. X1, Cavid Hüseynov, Elxan adlı şəxslər bir qədər spirtli içki qəbul etdikdən sonra masadan qalxıb getsələr də, Zərərçəkmiş şəxs getməmiş və onlarla çay içməyə başlamışdır. Zərərçəkmiş şəxs həmin vaxt sərxoş olduğu üçün nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt o, Şahid və Adil Zərərçəkmiş şəxs çölə çıxarmaq istəmişlər. Lakin, Zərərçəkmiş şəxs onun ünvanına söyüş söyərək yumruqla onun sinə nahiyəsinə zərbə vurmuşdur. O da əsəbləşib yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsinə və dodaq nahiyəsinə vurmuşdur. Daha sonra baş verən mübahisə başa çatmış, Zərərçəkmiş şəxs oranı tərk etmişdir. Aralarında baş vermiş mübahisə 2-3 dəqiqə davam etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda göstərdi ki, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissləri keçirir. O, Zərərçəkmiş şəxs ilə barışmış və ondan üzr istəmişdir. Zərərçəkmiş şəxs da onu bağışlamışdır. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Lənkəran rayonu Yaşıllaşdırma idarəsinin rəis müavini vəzifəsində çalışaraq ailəsinin dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə dostu Cavid Hüseynov, Elxan və Qurban Təhməzovla birlikdə Lənkəran şəhəri, H.Əliyev prospektində dənizkənarında yerləşən Şahid Mirzəbala oğlunun yeməkxanasına getmişlər. Orada Şahid Mirzəbala oğlu, onun qardaşı oğlu Təqsirləndirilən şəxs və Adil adlı şəxslə oturub yemək yemiş və bir qədər spirtli içki qəbul etmişlər. X3, Elxan və Qurban Təhməzov getmişlər. O, Şahid Mirzəbala oğlu, onun qardaşı oğlu Təqsirləndirilən şəxs və Adil adlı şəxslə oturub çay içməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxsla söhbət zamanı aralarında fikir ayrılığı yarandığı üçün münaqişə yaranmış və əsəbləşib Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdiyi üçün Təqsirləndirilən şəxs yumruqla bir zərbə onun sol göz nahiyəsinə, bir zərbə isə dodaq nahiyəsinə vurmuşdur. Aralarında baş vermiş mübahisə 2-3 dəqiqə davam etmiş və sonra oradan çıxıb yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-na müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində, eyni zamanda məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid məhkəmə baxışı iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. Fərdi əmək fəaliyyəti ilə, yəni Lənkəran şəhəri, H.Əliyev prospektində dənizkənarında yerləşən yeməkxananı işlətməklə əldə etdiyi gəlirlə ailəsinin dolanışığını təmin edir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ilə həmin yeməkxananı təmir edən vaxt X1, adlarını sonradan bildiyi Cavid Hüseynov, Elxan və Zərərçəkmiş şəxs onun işlətdiyi yeməkxanaya gəlmişlər. Həmin şəxslər onlarla birlikdə orada yemək yeyib bir qədər spirtli içki qəbul etdikdən sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxs isə getməmiş və onlarla çay içməyə başlamışdır. Həmin vaxt sərxoş olduğu üçün Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətdiyi üçün o, qohumu Təqsirləndirilən şəxs və Adil adlı şəxs Zərərçəkmiş şəxs çölə çıxarmaq istəmişlər. Lakin Zərərçəkmiş şəxs Cəmilin ünvanına söyüş söydüyü üçün onların arasında münaqişə yaranmış, Təqsirləndirilən şəxs da yumruqla Zərərçəkmiş şəxs sol göz və dodaq nahiyəsinə zərbə vurmuşdur. Münaqişə 2-3 dəqiqə davam etmiş, sonra da Zərərçəkmiş şəxs çıxıb getmişdir. İş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ondan heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 236 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində sol göz almasına yayılmış qansızma, üst dodaq nahiyəsində əzilmiş yara, sol göz qapaqlarıgözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri, H.Əliyev prosepektində, dəniz kənarında yerləşən yeməkxanada baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 06 mart 2023cü il tarixdə Zərərçəkmiş şəxs ilə Lənkəran şəhəri, H.Əliyev prospektində dəniz kənarında olan yeməkxanada yemək yedikdən sonra içkili vəziyyətdə olarkən Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun üz nahiyəsinə yumruqlar vurmaqla ona-sol göz almasına yayılmış qansızma, üst dodaq nahiyəsində əzilmiş yara, sol göz qapaqları-gözaltı nahiyəsində qançırla müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.3, 43 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar