Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-216/2023 25.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Ürgə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə, saat 08:11 radələrində «BCD» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus olan, «PAZ 32054 07» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran rayonu Kosalar kəndində asfalt yolda saatda 15 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü olaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin maddənin tələbini pozaraq, yəni yolun sağ çiynindən sol çiyninə keçmək istəyən və onun üçün təhlükə hesab edilən piyada – Lənkəran rayonu Kosalar kənd sakini olan xx xxxxxx 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs gördüyü anda idarə etdiyi nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da buna əməl etməyərək, avtobusu hərəkət etdirib, yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozaraq, sonuncunu avtobusun ön qabarıq hissəsi ilə ehtiyyatsızlıqdan vurub, ona həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid baş beyinin ağır dərəcədə əzilməsi, sağ gicgah sümüyünün xətti sınığı, sağ alın-gicgah payında hemorragik əzilmə və sol Vİİ qabırğanın sınığı kimi xəsarətlər yetirərək, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Ürgə kəndində atasına məxsus evdə ailəsi ilə bərabər yaşayır. Evlidir, iki uşağı vardır. Birinin 9 yaşı, digərinin isə üç yaşı vardır. Özünə məxsus olan “Paz” markalı, ağ rəngdə olan, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtobusla Lənkəran şəhərindən Lənkəran rayonu, Kosalar kəndinə sərnişin daşımaqla məşğuldurş. Sürücülük hüququnu təsdiq edən «BCD» kateqoriyasına aid sürücülük vəsiqəsi vardır. Həmin marşrutda əldə etdiyi gəlirlə ailəsini dolandırır. 25 oktyabr 2022-ci il tarixdə, saat 08:10 radələrində Lənkəran şəhərindən Lənkəran rayonu, Kosalar kəndinə doğru hərəkətdə olmuşdur. Bu zaman həmin kənd sakini olan sonradan adını bildiyi X3 yolun sağ tərəfində dayanmışdır. Həmin vaxt onun avtomobilinin sürəti təxminən 10-15 km/saat olmuşdur. Kənd yolunda olduğu üçün o, həmin qadının yolun sağ tərəfində qaldığını gördüyü üçün avtobusu yolun ortasına vermişdir ki, qadınla avtobus arasında məsafə olsun. Həmin vaxt o, qadına çatıb, qadını keçdikdən sonra tappıltı səsi eşitmiş və dərhal əyləcə basaraq avtobusu saxlamışdır. Bundan sonra avtobusdan düşərkən görmüşdür ki, yolun kənarında qalmış X3 avtobusuna çırpılaraq yerə yıxılmışdır. Bundan sonra o, Mirbacı Əskərovaya köməklik etmiş və dərhal təcili tibbi yardıma zəng edərək kömək çağırmışdır. Bundan sonra X6 rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Daha sonra aidiyyəti üzrə Mirbacı Əskərovaya tibbi yardım göstərilmişdir. O, avtobusu idarə edərkən Mirbacı Əskərova yolun sağ tərəfində dayanmış vəziyyətdə olmuş və o, Mirbacını ötüb keçdikdən sonra Mirbacı yola tərəf hərəkət edərək avtobusunun sağ yan tərəfinə çırpılaraq yerə yıxılmışdır. Hadisə baş verdikdən sonra o, Zərərçəkmiş şəxs köməklik etmiş hadisə yerindən yayınmamış və özü haqda məlumatları xəsarət alanın oğlu X4 bildirmişdir. O, hal-hazıra kimi Mirbacı Əskərovaya aldığı xəsarətə görə Mirbacının özünə və oğlu Şahid1 ümumilikdə 9000 manata yaxın maddi köməklik etmişdir. O, avtomobili idarə edərkən heç bir spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs son sözündən bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, onunla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq, bildirmişdir ki, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Onun iştirakı olmadan məhkəmə proseslərinin keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu, Kosalar kəndində mərhum ərinə məxsus olan evdə oğlu ilə bərabər yaşayır. Evlidir, əri rəhmətə getmişdir. Mərhum əri ilə nikahlarından bir oğlan övladı vardır. Hal-hazırda oğlu ilə birgə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqaüdçüdür. 25 oktyabr 2022-ci il tarixdə, təxminən saat 08 radələrində yaşadığı Lənkəran rayonu, Kosalar kəndində yerləşən evinin yaxınlığından keçən yolu keçib yolun digər tərəfində olan zibil qutusuna zibili atıb, yenidən evinə qayıdarkən Lənkəran şəhərindən üzü Kosalar kəndi istiqamətində hərəkətdə olan yaşadığı kəndə sərnişin daşıyan “Paz” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtobus onu yolun hərəkət hissəsində vurdu. Belə ki, o, yolun sağ tərəfindən yolun sol tərəfinə keçmək istəyərkən avtobusun gəldiyini görməmişdir. Yolu keçmək istəyərkən avtobusun sağ qabaq tərəfinə çırpılmış və arxası üstə yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra başının arxa nahiyəsi asfalta çırpılmış və o, huşunu itirmişdir. Bundan sonra ayıldıqda özünü Lənkəran rayon mərkəzi xəstəxanasında görmüşdür. Bundan sonra onun müalicəsini davam etdirmək üçün oğlu X8 tərəfindən Bakı şəhərində yerləşən özəl klinikaların birinə getmiş və orada müalicəsini davam etdirmişdir. Aldığı xəsarət nəticəsində o, kəllə-beyin travması almışdır. Hadisə nəticəsində ona ümumilikdə 2000 manatdan çox maddi ziyan dəymişdir. Həmin avtomobil onu vurduğu zaman yolun sağ çiynindən asfaltın başlanğıcından təxminən 1,5 metr məsafədə asfaltda olmuşdur. Hadisə baş verərkən avtobus sürücüsünün ona köməklik edib Lənkəran RMX-ya gətirib yerləşdirmiş, ilkin olaraq onun həmin avtobus tərəfindən vurulduğunu bildirməmiş, düşünmüşdür ki, avtobus tərəfindən vurulduğunu bildirsələr sürücünü tutacaqlar və məhz ona görə xəstəxanaya yerləşdirildiyində yıxılıb xəsarət almağını bildirilmişdir. Lakin sonradan xəsarətinin ağır olduğunu gördükdə oğlu Amid Ağayev bu barədə AR DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə istintaqında Şahid1 Məmmədağa oğlu ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Kosalar kəndində anası ilə bərabər yaşayır. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik etməklə gəlir əldə edir. 25 oktyabr 2022-ci il tarixdə, saat 08:11 radələrində yaşadığı kənddən Lənkəran şəhərinə avtobusla marşrut sürücüsü kimi işləyən Şükür adlı sürücü idarə etdiyi avtobus ilə yolun kənarında qalmış anası Zərərçəkmiş şəxs avtobusun sağ qabaq tərəfi ilə vuraraq yerə yıxmışdır. Həmin vaxt o, yaşadığı Lənkəran rayonu, Kosalar kəndində yerləşən evində olmuşdur. Bundan sonra o, küçədə baş verən hadisə ilə bağlı evdən küçəyə çıxmışdır. Bu zaman görmüşdür ki, anası Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdədir və ətrafına çox sayda adam yığılmışdır. Daha sonra o və ətrafda olan adamların köməkliyi ilə anasını çağırılmış təcili tibbi yardım vasitəsilə Lənkəran mərkəzi xəstəxanasına gətirmişlər. Anası Zərərçəkmiş şəxs başının arxa nahiyəsindən xəsarət aldığını öyrənmişdir. Hadisə baş verən vaxt sürücü Şükür adlı şəxs təcili tibbi yardıma zəng edərək anası Zərərçəkmiş şəxs Lənkəran rayon Mərkəzi xəstəxanasına aparılmasında, həmçinin xəstəxanada olan müddət ərzində yanında olmuş, nə maddi köməklik lazımdısa qarşılayacağını bildirmişdir. İlkin olaraq o, istəməmişdir ki, anasını həmin avtobus tərəfindən vurulduğunu bildirsin, düşünmüşdür ki, avtobus tərəfindən vurulduğunu bildirsə sürücünü tutacaqlar və məhz ona görə anasını xəstəxanaya yerləşdirəndə yıxılıb xəsarət almasını bildirilmişdir. Lakin sonradan anasının xəsarətinin ağır olduğunu gördükdə o, bu barədə DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Kosalar kəndində, Lənkəran şəhərindən, Lənkəran rayonu, Kosalar kəndində gedən avtomobil yolunda baş vermişdir. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və hamardır. Qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti yoxdur. Asfalt yolun hər iki tərəfi hərəkət hissəsi olmaqla, hərəkət hissəsinin eni 5 metrdir, həmin avtomobilin hərəkət istiqamətində yolun sağ tərəfdən 1 metr və sol tərəfdən 2 metr enində torpaq örtüyü vardır. Hadisədən əvvəl "Paz" markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Lənkəran rayonu Kosalar kəndi istiqamətində hərəkətdə olarkən piyada həmin yolu sağ tərəfdən sola doğru keçmək istəyən Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə yerində maksimal sürət həddi nişanla müəyyən edilməmişdir. Baxış zamanı PAZ 32054 markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir detal əzilməmiş və sınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli, 1172 saylı ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində-başbeyinin ağır dərəcədə əzilməsi, sağ gicgah sümüyünün xətti sınığı, sağ alın-gicgah payında hemorragik əzilmə, sol Vİİ qabırğanın sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtobusun qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/3077 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən PAZ 32054 markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. AF137787 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququna malikdir. DİN-n BDYPİ-nin Lənkəran RQİ və TBŞ-nin 07 mart 2023-cü il tarixli, 3-13-16-5/2- 2303/2023 nömrəli məktbundan görünür ki, Lənkəran rayonu, Ürgə kənd sakini Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixində «BCD» kateqoriyalı AF137787 saylı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında deyildir. Lənkəran ŞİHB-nın Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı X5, X7 və oğlu X9 ilə birlikdə Lənkəran rayon Ürgə kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Onun iştirakı olmadan məhkəmə proseslərinin keçirilməsini xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-5767 saylı reyestdə qeydə alınmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «PAZ-32054» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntülər olan 1 ədəd DVD disk iş maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X15 Şöbəsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «PAZ-32054» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalı, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntülər olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - «PAZ-32054» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş videogörüntülər olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X15 Şöbəsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-216/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-216/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver