Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-216/2024 24.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:30 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan şəxs, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdə saat 01 radələrində Lənkəran şəhəri Ş.Zahid küçəsi ev 2/6-da yerləşən özünə məxsus fərdi yaşayış evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətlər zəminində , yəni sonuncunun mobil telefonunu ona verməyib ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrinə qəsdən şüşə butulka ilə bir neçə zərbə vurmaqla ona- başın təpə nahiyyəsində əzilmiş yara, başın ənsə, sol bazu, sol bazu oynağı nahiyələrində kəsilmiş yaralar, alın, sağ göz qapaqları-gözaltı, sol gözaltı, sol bazu, boyun nahiyyələrində qançırlardan ibarət xasarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş və onların həmin nigahdan 4 övladı dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. Lakin son zamanlar aralarında narazılıqlar vardır. Aralarında olan narazılığın əsas səbəbi Zərərçəkmiş şəxs onu həddindən artıq dərəcədə qısqanmasıdır. Şahənə Şükürovada onun başqa qadınlarla sevgi münasibətləri olduğunu fikirləşir və buna görə də, aralarında soyuq münasibət vardır. xx.xx.2024-cü il tarixdə saat 01 radlələrində yaşadığı evdə olan zaman onun telefonunun enerjisi bitdiyi üçün o, dostuna zəng etmək üçün həyat yoldaşı Zərərçəkmiş şəxs mobil telefonunu istəmişdir. Zərərçəkmiş şəxs isə mobil telefonunu ona verməyərək, onun həmin telefonla qadınlarla danışacağını bildirərək, onunla münaqişə etməyə başlamışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətmişdir. O, da, əsəbləşərək, stolun üzərində olan şüşə butulkanı götürüb həmin şüşə butulka ilə Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuş və şüşə butulka sındıqda o, həmin şüşə butulkasıının əlində qalan hissəsi ilə Şəhanənin bədəninin müxtəlif nahiyyələrinə daha bir neçə zərbə vurmuşdur. Daha sonra əsəbi halda yaşadığı evi tərk edib getmişdir. Münaqişə 4-5 dəqiqə davam etmiş və münaqişə zamanı orada hər hansı bir kənar şəxs olmamışdır Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, heç kimlə düşmənçilik və ədavəti yoxdur. Fərdi əmək fəailiyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Farizlə o, 2012-ci ildə ailə həyatı qurmuş və onların həmin nikahdan 4 övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxsla ailə həyatı qurduqdan sonra onların arasında münasibətlər yaxşı olmuşdur. Lakin son zamanlar Təqsirləndirilən şəxsla ailə münasibətləri yaxşı deyildir. Buna əsas səbəb Təqsirləndirilən şəxs başqa qadınlarla sevgi münasibətləri qurmasıdır. xx.xx.2024-cü il tarixdə axşam saat 01 radələrində yaşdığı evdə olan zaman Təqsirləndirilən şəxs dosduna zəng etmək üçün ondan telefonunu istəmişdir. O, isə Farizə onun telefonu ilə başqa qadınlarla danışacağını bildirdikdə Fariz ona yaxşı elədiyini bildirmişdir. Buna görə də, onların arasında münaqişə yaranmışdır. Münaqişə zamanı o, əsəbləşib Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətdiyi üçün Təqsirləndirilən şəxs stolun üzərində olan şüşə butulkanı götürərək həmin şüşə butulka ilə onun başına və bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuş və şüşə butulkası sındıqda Fariz həmin şüşə butulkasının əlində qalan hissəsi ilə bədənimin müxtəlif nahiyyələrinə daha bir neçə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs daha sonra yaşadığı evdən çıxıb getmişdir. O, da, buna görə Lənkəran RMX-na müraciət etmişdir. Münaqişə 4-5 dəqiqə davam etmiş və münaqişə zamanı orada hər hansı bir kənar şəxs olmamışdır şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. “Baxış keçirilməsi haqqında” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri Ş.Zahid küçəsi ev 2/6-da yerləşən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birgə yaşadığı fərdi yaşayış evində baş vermişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 616 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-başın təpə nahiyyəsində əzilmiş yara, başın ənsə, sol bazu oynağı nahiyələrində kəsilmiş yaralar, alın, sağ göz qapaqları-gözaltı, sol gözaltı, sol bazu, boyum nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən başın ənsə, sol bazu, sol bazu oynağı nahiyyələrində kəsilmiş yaralar iti kənarlı və ya uclu alətin təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 6-12 saat əvvələ uyğun gəlir və sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən sadələşdirilmiş icraat materialının 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 2655 saylı arayışından məlum olur ki, Lənkəran rayonu Ş.Zahid küçəsi ev 2/6-da sakini Şükürov X1 Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-216/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-216/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver