Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-217/2023 24.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 15:05 Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Lənkəran rayonunun Şilavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, Lənkəran rayon məhkəməsinin 1(049)-275/2022 saylı 09 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 14 yanvar 2023-cü il tarixədək 02 (iki) il 03 (üç) ay 05 (beş) gün çəkilməmiş cəzası qalmış, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 14 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Lənkəran şəhəri Nizami küçəsində yerləşən "Böyük bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,204 qr;-0,233 qram:ümumi təmiz çəkisi:-0,437 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 14 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 16:50 dəqiqədə yaşadığı Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən evin qarşısında saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə psixotrop maddə olan metamfetamin 2 (iki) ədəd ağ rəngli sellofan kəsiklərinə bükülmüş halda əynindəki boz rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, başında ağrılar olduğu üçün hərdən bir psixotrop maddə olan metamfetamindən zərli kağızda yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. O, istifadə etdiyi metamfetamini həmişə Lənkəran şəhərində yerləşən "Böyük Bazar" deyilən ərazidə üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən alır. 14 yanvar 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən bazarın yanına gəlmiş və Nizami küçəsində yerləşən "Böyük bazar" deyilən ərazidə həmin şəxsdən 20 manata 2 bükümdə metamfetamin almışdır. Sonra isə piyada yaşdığı evə qayıtmışdır. Həmin günü polis işçiləri onu saxlayaraq Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılmışdır. Axtarış 2 bükümdə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, 14 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi,üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən dərhal şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 16:50 dəqiqədə yaşadığı Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən evinin qarşısında saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində vəkilin iştirakı ilə, videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sol yan cibindən içərisində metamfetaminə bənzər maddələr olan iki ədəd bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. X1 həmin iki ədəd bükülünün içərisində nə olduğunu Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin iki ədəd bükülünün içərisində metamfetamin olduğunu bildirmişdir. Məhəmməd Abdullazadə həmin iki bükümdə olan metamfetamini kimdən və hansı məqsədə əldə etdiyini Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin iki bükümdə olan metamfetamini 14 yanvar 2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən bazarın yaxınlığında tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 yanvar 2023-cü il tarixli protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindən 2 (iki) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 2 (iki) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən “məhkəmə fiziki-kimyəvi ekspertizası” üzrə verilmiş 15 yanvar 2022-ci il tarixli 19/52 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəyə bənzər kütlə....." sözlər və imzalar olan bir ədəd zərfdəki,2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 0,204 qr;-0,233 qram: ümumi təmiz çəkisi-0,437 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər,xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 16 yanvar 2023-cü il tarixli 40 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən "Toksikoman" diaqnozu ilə qeydiyyata durur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-275/2022 saylı,09 iyun 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixədək şübhəli və ev dustaqlığı qətimkan tədbiri qismində tutulduğu 01 (bir) ay 21(iyirmi bir) gün müddət-bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 12 (on iki) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lənkəran rayon İcra və Probasiya şöbəsinin 05 aprel 2023-cü il tarixli, 57 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixədək ona təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 13 gününü çəkmiş, 02 (iki) il 03 (üç) ay 05 (beş) gün çəkilməmiş cəzası qalmışdır. Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 4(049)-17/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Lənkəran Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 5(049)-14/2023 saylı qərarından görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 14 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,204 qr;- 0,233 qram: ümumi təmiz çəkisi-0,437 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin ekspertizadan sonra qalıq qalmış 0,337 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı və iki azyaşlı övladı – 2015-ci il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X4 ilə birlikdə Lənkəran rayonu, Şiləvar kəndində yaşayır və yaşayış yeri üzrə orta müsbət xarakterizə olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-275/2022 saylı 09 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 3 (üç) ay 5 (beş) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzası iki günü hesabı ilə hesablanaraq, həmin cəza hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 yanvar 2023cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi naroloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,337 qram təşkil edən psixotrop maddə – metamfetamin məhv edilməli, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 1(049)-275/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) il 3 (üç) ay 5 (beş) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzası iki günü hesabı ilə hesablansın, həmin cəza hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 yanvar 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,337 qram təşkil edən psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-217/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-217/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver