Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-218/2023 15.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Qızılağac Milli Parkının nümayəndəsi X8, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxs Təqsirləndirilən şəxs və Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli-himayəsində iki nəfər azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.2.2 və 256.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 08 mart 2023-cü il tarixdə, saat 10:00 radələrindən 13:00 radələrinə qədər Masallı rayonu Təzəkənd kəndində yerləşən “kanal” vasitəsilə Qızılağac Milli Parkın ərazinə daxil olaraq orada olan Kiçik Körfəz su sahəsində balıq ovunda qadağan edilmiş, 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu ul tarili 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ görə dövlət qoruqlarında qanunsuz ovlanmış balıq üçün 3 qatına vurularaq hər biri 11 manat təşkil edən 31 ədəd dabanbalığı balıqlarını xeyli miqdarda, yəni 1023 manat ziyan vurmaqla qanunsuz tutmuş və tutduğu balıqları ilə birlikdə X15 İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Lənkəran XPŞ-də baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca vasitəsilə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu 31 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2 və 256.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək və ona qarşı qaldırılmış mülki iddianı qismən qəbul edərək bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 6 aydır ki, balıq tutmaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Masallı rayonu Təzəkənd kəndində yerləşən kanal vasitəsilə “Qızılağac” Milli Parkının içinə daxil olmuşdur. O, dənizə bir ədəd taxta qayıqla daxil olmuşdur. Həmin zaman o, balıq tutmaq üçün 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcadan istifadə etməklə bir xeyli müddət “Qızılağac” Milli parkının Kiçik Körfəz adlanan hissəsində balıq tutmaqla məşğul olmuşdur. Balıq tutduğu müddət ərzində dabanbalığı növünə balıqlar tutmuşdur. Bundan sonra yəni, saat təxminən 13 radələrində 2 nəfər polis geyimində şəxs ona yaxınlaşaraq Su NPİ-nin Lənkəran XPŞ-nin polis əməkdaşları olduqlarını bildirmişdirlər. Sorğu zamanı onlara bildirmişdir ki, “Qızılağac” Milli Parkında balıq ovlamağa rəsmi icazəsi yoxdur. Ehtiyacını ödəmək üçün “Qızılağac” Milli Parkının ərazisinə taxta qayıqla icazəsiz daxil olaraq 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca ilə qanunsuz balıq ovu etmişdir. Yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd taxta qayıq, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca və “Qızılağac” Milli Parkından tutduğu balıqları aşkar еtmişlər. Polis əməkdaşları ondan Lənkəran XPŞnə getməli olduğunu bildirdikdə o, etiraz etməmişdir. Lənkəran XPŞ-də videokamera vasitəsi ilə baxış zamanı məlum olmuşdur ki, “Qızılağac” Milli Parkından tutduğu balıqların 31 ədəd dabanbalığı balıqlarıdır. Polis əməkdaşları ona məxsus 1 ədəd qayığı, 1 ədəd avarı, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcanı və “Qızılağac” Milli Parkının ərazisindən icazəsiz tutduğu 31 ədəd dabanbalığı balıqlarını maddi sübut kimi götürmüşdürlər. Baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və ona imza etmişlər. Mülki iddianın qismən təmin olunmasına etiraz etmir. Maddi ziyandan hazırda 200 manat pul vəsaitini dövlət Qızılağac dövlət qoruğunun hesabına 200 ödəmişdir. Həmçinin təqsirini etiraf etməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərəçəkmiş şəxs və mülki iddiaçı Qızılağac Milli Parkının nümayəndəsi X8 ifadə verərək bildirdi ki, o, Qızılağac Milli Parkında böyük elmi işçisi işləyir. xx.xx.2023-cü il tarixdə Su NPİ-nin Lənkəran xətt polis şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının ərazisində olan Kiçik körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayon Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs Qızılağac Milli Parkın ərazisində olan Kiçik körfəz su sahəsində 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca ilə 31 ədəd dabanbalığı balıqları tutarkən saxlanılması barədə məlumatı vardır. Lənkəran XPŞ-də qəbul edilmiş qərar əsasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış Qızılağac Milli Parkının, yəni zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Ona, nümayəndə kimi bütün hüquq və vəzifələri izah olunmuş, işdə iştirak edən şəxslər barədə məlumat almış, heç kimə etirazı yoxdur. Qızılağac Milli Parkının verdiyi iddia ərizəsində göstərilmiş 1023 (bir min iyirmi üç) manat ziyandan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs 200 (iki yüz) manat ödədiyindən 823 (səkkiz yüz iyirmi üç) manat ziyana görə mülki iddianı müdafiə edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri Şahid1 ifadə verərək bildirdi ki, o, X15 İdarəsinin Lənkəran xətt pois şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Su NPİ-nin Lənkəran xətt polis şöbəsinin PPXM-nin komandiri polis baş serjantı Şahid2 ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Masallı rayonu Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz balıq tutarkən yaxınlaşmışlar. Həmin zaman özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca, həmin domca vasitəsilə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu 31 ədəd dabanbalığı balıqları aşkar etmişlər. Təqsirləndirilən şəxs aşkar edilmiş balıqovlama vasitələrini və Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində qanunsuz tutduğu balıqlarını hadisə yerində sənədləşdirmə işləri aparmaq üçün şərait olmadığından onu Lənkəran xətt polis şöbəsinə dəvət etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs izah etişmişdir ki, qida ehtiyacını ödəmək üçün 31 ədəd dabanbalığı balıqlarını Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutmuşdur. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilib müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin PPXM-nin komandiri polis baş serjantı Qulamov X6 Emil Elman oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Baxış keçirilməsi haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, X4 31 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-222/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə kimi X2 Xidməti tərəfindən Masallı rayonu, Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində balıq və digər bioresursların sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu ul tarili 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ görə dövlət qoruqlarında qanunsuz ovlanmış balıq üçün 3 qatına vurularaq hər biri 11 manat təşkil edən 31 ədəd dabanbalığı balıqlarını maddi sübut kimi tanınmışdır. Balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün 09 mart 2023-cü il tarixdə müvafiq akta əsasən "xxxx" MMC-yə təhvil verilmiş və digər maddi sübutlar olan balıqovlama vasitələri isə Lənkəran XPŞ-nin sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd elektrik cərəyanartıran cihaz və 1 ədəd üzərində elektrik naqili olan domca müvəqqəti saxlaması üçün Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan balıq qəbulu haqqında 09 mart 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 31 ədəd dabanbalığı balıqları "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qızılağac” Milli Parkı tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli mütəxxəsis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq ovlanmış balıqlar 31 ədəd dabanbalığı balığıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd dabanbalığı balığı üçün ziyanın miqdarı şərti maliyyə vahidinin (1,10 man.) vurulması yolu ilə hesablanır. Belə olan halda 1 ədəd dabanbalığı balığına görə dəymiş ziyan 11 manat, 31 ədəd dabanbalığı balığına görə dəymiş ziyan 341 manat təşkil edir. Dövlət qoruqlarında və xüsusi mühafizə olunan təbiət ərazisində balıq ovu baş verdiyindən vurulmuş ziyan 3 qat hesablanır. Belə olan halda dəymiş ziyan 1023 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” barədə qaydaların 10-cu bəndində göstərilmişdir ki, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd çəki və karp balığına vurulmuş ziyan minimum əmək haqqının 20 mislinə, dabanbalığı balığına vurulmuş ziyan minimum əmək haqqının 10 mislinə vurulması vurulması yolu ilə müəyyən edilir. Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq, su heyvanı və onurğasızlar üçün cərimələr üç qatına tutulur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan bank qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın 200 (iki yüz) manatı ödənilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla anası X1, arvadı X3, övladları 2009-cu il təvəllüdlü X11 və 2013-cü il təvəllüdlü X5 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2 və 256.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, bunu tamamlayan zərərçəkmiş şəxsin münayəndəsi və şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini 59.1.14-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 256.1 və 256.2-ci maddələrinə görə; 256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 256.2. Eyni əməllər: 256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə; 256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə; 256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından göründüyü kimi mülki iddiaçı Qızılağac Milli Parkı mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1023 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı qaldırılmış mülki iddianı qismən etiraf edərək həmin məbləğin 200 manatını artıq ödədiyini, bu səbəbdən mülk iddianın qismən təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iddianı qismən etiraf etməsi və ziyanın müəyyən hissəsinin ödənilməsi nəzərə alınmaqla mülki iddia qismən, yəni 823 (səkkiz yüz iyirmi üç) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumlyator, 1 ədəd elektrik cərəyanartıran cihaz və 1 ədəd üzərində elektrik naqili olan domca Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, 31 ədəd dabanbalığı balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, həmçinin 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.2.2 və 256.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Maddi sübut kimi tanınmış 1 ədəd taxta qayıq, 1 ədəd avar, 1 ədəd akumlyator, 1 ədəd elektrik cərəyanartıran cihaz və 1 ədəd üzərində elektrik naqili olan domca Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 31 ədəd dabanbalığı balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 823 (səkkiz yüz iyirmi üç) manat manat məbləğində pul vəsaiti alınıb Qızılağac Milli Parkının hesabına köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-218/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-218/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver