Məhkəmə qərarları › İş №1(049)-219/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-219/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-219/2024 03.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 24.06.86-cı il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs Məhərrəməli qızına sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs Məhərrəməli qızı ilə 13 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi ev 175-də şəxsi münasibətləri zəminində, sonuncunun Təqsirləndirilən şəxs təhqir etməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdən bıçaq ilə Zərərçəkmiş şəxs çənəaltı nahiyəsinə vurmaqla - çənəaltı nahiyəsində kəsilmiş yaradan ibarət xəsarət yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs Məhərrəməli qızının sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törədən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Şahid3 ilə tanış olaraq qeyri-rəsmi ailə həyatı yaşayır. Son zamanlar Günay ilə aralarında münasibətlər pisləşmişdir. xx.xx.2024-cü il tarixdə Günaya zəng edərək, danışmaq istəmişdir. Lakin Günay zənglərinə cavab verməmişdir. Müxtəlif vaxtlarda Şahid3 ilə birlikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs evinə qonaq getmişdir. Günay ilə aralarında mübahisə baş verəndə qohumu Aygünün evinə gedərək orada qalırdır. xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Günayın qohumu Aygünün evində qaldığını bildiyi üçün ora getmişdir. Aygünün evinə gedərək içəri daxil olmuşdur. Günay həmin vaxt həyətdə olmuşdur. Günaya yaxınlaşaraq onunla danışmaq istəmişdir. Günay isə onunla danışmaq istəmədiyini bildirərək 2-ci mərtəbəyə çıxmışdır. Günay ilə danışmaq üçün arxasınca yuxarı çıxaraq qonaq otağına daxil olmuşdur. Otağda Fərhad, arvadı Şahid1, ev sahibi Zərərçəkmiş şəxs oturmuşdurlar. Günaya onunla danışmaq istədiyini demişdir. Lakin Günay onu təhqir edərək evdən getməyini bildirmişdir. Üzərində olan bıçağı çıxararaq Günaya onunla danışmaq istədiyini bildirmişdir. Həmin zaman içkili olmuşdur. Aygün Əmirov əlində bıçağı görərək ona yaxınlaşıb evdən çıxarmaq istəmişdir. İçkili olduğundan əsəbləşərək nalayiq söyüşlər söymüşdür. Zərərçəkmiş şəxs da onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onu təhqir etdiyinə görə əlində olan bıçağı Zərərçəkmiş şəxs alt çənə nahiyəsinə vurmuşdur. Bundan sonra oradan çıxaraq getmişdir. Bıçağı onların evindən çıxandan sonra yolun kənarında kanala tullamışdır. Əlavə olaraq göstərmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini, sonuncunun ondan şikayətçi və tələbkar olmadığını nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizası rəyi və digər təhqiqat sənədləri ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məhərrəməli qızı göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonundan tanışları Şahid2 və arvadı Şahid1 onun evinə qonaq gəlmişdilər. Həmçinin həmin gün saat 23 radələrində qohumu Şahid3 da onun evinə qonaq gəlmişdir. Şahid3 4 ildir Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə həyatı yaşayırdı. Onlar Lənkəran rayonu Şilavar kəndində kirayədə yaşayırlar. Əvvəllər Günay və Ramin evinə qonaq gəlmişdirlər. Həmçinin Şahid3 Ramin ilə mübahisə etdikləri vaxtlarda onun evinə qalmaq üçün gəlirdi. Həmin gün saat 23 radələrində Günay sanitar qovşağına getmək üçün həyətə düşmüşdür. Ramində Günay ilə barışmaq üçün onun evinə gəlmişdir. Günay onunla danışmaq istəmədiyi üçün Raminə çıxıb getməsini deyərək 2-ci mərtəbəyə çıxaraq qonaq otağına daxil olmuşdur. Ramin də Günayın arxasınca otağa daxil olmuşdur. Raminin əlində bıçaq olmuşdur. Ramin sərxoş vəziyyətdə Günay ilə danışmaq istəmişdir. Raminin əlində bıçağı görərək ona yaxınlaşıb sakitləşdirərək çölə çıxarmaq istəmişdir. Ramin isə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ramin söyüş söydüyü üçün o da onu təhqir etmişdir. Bu səbəbdən Ramin əlində olan bıçağı onun alt çənə nahiyəsinə vuraraq xəsərət yetirmişdir. Ramin bıçağla onu vurandan sonra evdən qaçaraq getmişdir. Evdə qonaq olan Şahid1 DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, hazırda əməli törədən şəxslə barışmış, sonuncu ona vurduğu ziyanı ödəmiş, onun sonuncudan şikayət və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, zərərçəkmiş şəxcs Zərərçəkmiş şəxs Məhərrəməli qızı qohumudur. Hadisə günü saat 22 radələrində əri Fərhad ilə birlikdə qohumu Aygünün evinə qonaq getmişdir. Evdə oturduğu zaman Aygünün qohumu Şahid3 qonaq gəlmişdir. Zərərçəkmiş şəxs evinin 2-ci mərtəbəsində yerləşən qonaq otaqında oturaraq söhbət etmişdir. Günay sanitar qovşağına getmək üçün həyətə düşmüşdür. Bir az keçdikdən sonra Günay yuxarı çıxaraq otağa daxil olmuşdur. Günayın arxasınca isə qeyri-rəsmi yaşadığı Ramin, əlində bıçaqla daxil olmuşdur. Günay 4 ildir Ramin ilə birlikdə yaşayırdı. Ramin Günay ilə danışaraq barışmaq istədiyini bildirmişdir. Həmçinin sərxoş olduğu üçün nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs Raminin qarşısına çıxaraq ona evdən çıxıb getməsini demişdir. Ramin isə əlində olan bıçaqla Zərərçəkmiş şəxs çənəaltı nahiyəsinə zərbə endirmişdir. Raminin bu hərəkətlərini görərək DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ramin oradan qaçaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvəl tanımış və onunla əvəllər ədavətləri olmuşdur. O, arvadı Aygün ilə hadisə günü zərəşəkmiş şəxs Zərərçəkmiş şəxs evində olmuşdur. Həmin zaman Aygünün qohumu Şahid3 da onlara qonaq gəlmişdir. Onlar Zərərçəkmiş şəxs evinin 2-ci mərtəbəsində, qonaq otaqında oturaraq söhbət etmişlər. Günay sanitar qovşağına getmək üçün həyətə düşmüşdür. Bundan bir az keçdikdən sonra Günay yuxarı çıxaraq otağa daxil olmuşdur. Günayın arxasınca isə sərxoş vəziyyətdə olan və onunla qeyri-rəsmi yaşayan Ramin, əlində bıçaqla daxil olmuş, nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs Raminin qarşısına çıxaraq ona evdən çıxıb getməsini demişdir. X6 isə əlində olan bıçaqla Aygün Əmirovun çənəaltı nahiyəsinin zərbə endirmişdir. Bundan sonra Ramin evdən çıxaraq getmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirlmiş X2 göstərmişdir ki, zərəçəkmiş şəxs onun doğma anasıdır. Hadisə günü otağında uzandığı zaman bayırdan səs gəlsə də ona fikir verməmişdir. Daha sonra isə Günay onun otağına daxil olub ardınca qapını bağlamışdır. Günay ona heçnə deməsə də, üzündən qan axdığını görmüşdür. Çölə çıxmaq istəyən zaman Günay ona imkan verməmiş, lakin o, onu itələyərək çölə çıxmışdır. Orada görmüşdür ki, anasının çənəsi altından qan axır. O, Raminə “at bıcaxı gəl danışaq” desə də, sonuncu oradan çıxıb getmişdir. Materialda olan 14 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə ünvan 1 ünvanında baş vermişdir. Materialda olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 647 saylı rəyindən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Məhərrəməli qızının bədəni üzərində - çənəaltı nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, yetirilmə müddəti qərardan göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Materialda olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayətlərin daxil olmamışdır. Materiala əlavə edilmiş olan Zərərçəkmiş şəxs Məhərrəməli qızının ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona vurduğu ziyanı tam şəkildə ödəmiş, buna görə də ona qarşı şikayət və tələbi qalmamışdır. Materiala əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs Məhərrəməli qızı ilə barışmış, sonuncuya vurduğu ziyanı tam şəkildə ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq narəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmuyuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128 – ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə zərərçəkmiş şəxslə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində olan sadələşdirilmiş icraat materialına, barışmaları ilə əlaqədar xitam verilməsinə dair cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin xahişinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi ilə xitam veril bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin maddənin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, məhkəmə iclasında müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs ilk dəfə deyil ki, böyük ictimai təhlükə törətməyən cinayət törədir. Belə ki, materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə CM-in 73.2-ci və CPM-nin 40.3, 43.1.2-ci maddələri tətbiq olunmaqla CM-in 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs bir il bundan əvvəl, bir dəfə CM-nin 72-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Bu səbəbdən də ona həmin maddənin müddəaları təkrar olaraq ona şamil edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.12-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər: CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddi və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar