Məhkəmə qərarları › İş №1(049)-22/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-22/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-22/2024 15.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1964-cü il tarixdə Lənkəran rayonu, Rvo kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Rvo kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 08 may 2023-cü il tarixdə Lənkəran şəhəri Hacılar küçəsində məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.013 qram və 0,602 qram, ümumi təmiz çəkisi 1,615 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Lənkəran ŞRPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 18:30-da Lənkəran şəhəri, Həsənağa Abdullazadə küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkilərdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü məhkəmə istintaqının əvvəlində özünü tam təqsirli bildiyini, əməlindən peşman olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsə də, məhkəmə istintaqının davamında özünü təqsirli bilmədiyini, tutulan zaman üzərində narkotik vasitə olmadığını, polis tərəfindən hədə qorxu gəlindiyinə görə ibtidai istintaq zamanı sənədlərə oxumadan imza etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, cinayət işinin 77-80-ci vərəqlərində olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Rvo kəndində arvadı Xoşqədəm Mehdiyeva və oğlu Nəzər Mehdizadə ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Fəhləlik etməklə dolanır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Təxminən 1 ildir ki, narkotik vasitə heroini zərdə yandırıb tüstüsünü udmaqla istifadə edir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri, “Böyük Bazar” məscidinin qarşısında, Hacılar küçəsində əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata iki bükümdə heroin almışdır. Heroini şalvarının sağ yan cibinə qoymuşdur ki, istifadə edər. Həmin günü, saat 18 radələrində şəhid Həsənağa Abdullazadə küçəsində piyada gedərkən yanında avtomobil saxlamış, həmin avtomobildən bir neçə mülki geyimdə şəxs düşərək ona yaxınlaşmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirib Lənkəran ŞRPŞ-yə gətirmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Şöbədə xidməti otaqların birində, videoçəkiliş vasitəsi ilə, müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Ona polis əməkdaşı Vurğun adlı şəxs tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində olan narkotik vasitələri polis əməkdaşlarının aşkar edəcəklərini bilib əynində olan şalvarın sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı iki büküm heroini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümlər polis işçisi Vurğun tərəfindən götürülmüşdür. Polis əməkdaşları üzərindən aşkarlanmış heroini haradan və nə məqsədlə əldə etməyi barədə onunla sorğu-sual etmiş, o, da aşkarlanmış heroini saxlanıldığı gün, Lənkəran şəhəri Böyük bazar məscidinin qarşısında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilən heroinlər polis əməkdaşları tərəfindən götürülmüş, elektron tərəzidə çəkilmiş və çəkisi 1,70 qram olması müəyyən edilmiş, daha sonra zərfdə qablaşdırılmış, o və vəkili tərəfindən zərfin üzəri imzalanmışdır. Protokol tərtib edilmiş və o, da heç bir təzyiq altında olmadan müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etmişdir. Üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkarlanmamışdır. Müdafiəçisinin ona verdiyi suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor və ya güc tətbiq edilməmiş, polis əməkdaşlarından şikayəti yoxdur. Üzərindən aşkar edilən iki ədəd bükümdə heroini xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri Hacılar küçəsində adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata almışdır. O, narkotik vasitələri əsasən Böyük bazar ərazisində üzdən tanıdığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir. Tapan zaman özü istifadə edir. Aşkarlanmış heroini əldə etdiyi şəxsin adını və yaşadığı ünvanı bilmir, həmin şəxs 32-33 yaşlarında, arıq, hündür boylu, Qarayanız, saqqallı birisi olmuşdur. Başqa heç bir məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, vəzifəsində xidmət edir. 08 may 2023-cü il tarixdə Lənkəran rayonu Rvo kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə icraatına daxil olmuş məlumat tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat mpunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və X3 iştirak etmişdir. 08 may 2023-cü il tarixdə, saat 18:30-da Lənkəran şəhəri H.Abdullazadə içəsində Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmış, həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində dəvət olunmuş müdafiəçnin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən iki ədəd büküm çıxarıb masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, özünə məxsusdur, özü qəbul etmək üçün saxlanılan gün Lənkəran şəhəri Böyük bazar ərazisində yerləşən Məscidin qarşısında üzdən tanıdığı şəxsdən ümumilikdə 20 manat verməklə alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir təsir altında olmadan tərtib edilmiş protokolla müdafiəçisinin iştirakı ilə tanış olub imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə yaradılmış əməliyyat qrupunda o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbəliyi əməliyyat müvəkkili Vaqif Hüseynov etmiş, qrpunun tərkibində onunla birlikdə polis əməkdaşı X3 iştirak etmişdir. 08 may 2023-cü il tarixdə, saat 18:30-da Lənkəran şəhəri H.Abdullazadə içəsində Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmış, həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində dəvət olunmuş müdafiəçnin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən iki ədəd büküm çıxarıb masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, özünə məxsusdur, özü qəbul etmək üçün saxlanılan gün Lənkəran şəhəri Böyük bazar ərazisində yerləşən Məscidin qarşısında üzdən tanıdığı şəxsdən ümumilikdə 20 manat verməklə alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir təsir altında olmadan tərtib edilmiş protokolla müdafiəçisinin iştirakı ilə tanış olub imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə yaradılmış əməliyyat qrupunda o, da iştirak etmişdir. Əməliyyat qrupuna rəhbəliyi əməliyyat müvəkkili Vaqif Hüseynov etmiş, qrpunun tərkibində onunla birlikdə polis əməkdaşı Şahid2 iştirak etmişdir. 08 may 2023-cü il tarixdə, saat 18:30-da Lənkəran şəhəri H.Abdullazadə içəsində Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində küçədə piyada hərəkətdə olarkən saxlanılmış, həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində dəvət olunmuş müdafiəçnin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən iki ədəd büküm çıxarıb masa üzərində qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, özünə məxsusdur, özü qəbul etmək üçün saxlanılan gün Lənkəran şəhəri Böyük bazar ərazisində yerləşən Məscidin qarşısında üzdən tanıdığı şəxsdən ümumilikdə 20 manat verməklə alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir təsir altında olmadan tərtib edilmiş protokolla müdafiəçisinin iştirakı ilə tanış olub imzası ilə təsdiq etmişdir. Cinayət işinin 32-34-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 08 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz ivriyyəsində şübhəli olan Lənkəran rayon sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş nəliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri H.Abdullazadə küçəsində saxlanılaraq, lərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 02 bükümdə, 705qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu manı üzərindən aşkar edilmiş iki bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümü xlanılan günü, Lənkəran şəhəri “Böyük Bazar” ərazisində yerləşən məscidin qarşısında tanımadığı xsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 02 bükümdə, 705qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu manı üzərindən aşkar edilmiş iki bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümü saxlanılan günü, Lənkəran şəhəri “Böyük Bazar” ərazisində yerləşən məscidin qarşısında tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 48-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 may 2023-cü il tarixli, 19/528 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində , “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə bənzər kütlə 4 olan 2 ədəd bükümlər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -l,013qr: - 0,602qr: ümumi təmiz çəkisi: -1,615 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Qalıq 1.515 qram qalmışdır. Cinayət işinin 57-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli, 526 saylı rəyindən görünür ki, , Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Maddi sübut kimi tanınma haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.515 qram heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdıır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Azercell MMCdən daxil olmuş mobil telefonların anten məlumatına əsasən iş üzrə Şahid1 məxsus mobil telefonun anten dairəsi 08 may 2023-cü il tarixdə, 12-dən 18-ə qədər Lənkəran şəhərində olması müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqının əvvəllində özünü təqsirli bilməsi, araşdırmanın davamında isə özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan, habelə ittiham tərəfinin təqdim etdiyi sübutlardan əlavə olaraq müdafiə tərəfinin vəsatəti ilə təmin edilmiş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin polis tərəfindən hədə-qorxuya məruz qalmasına dair məhkəmə bildirir ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı həbslə əlaqəli olmayan qətimkan tədbiri (polisin nəzarəti altına vermə) seçilmiş, ibtidai istintaq 09 may 2023-cü il tarixdən 06 iyul 2023-cü il tarixədək, yəni iki ay davam etmişdir və bu müddət ərzində təqsirləndirilən şəxs sərbəst hərəkət etmək imkanına malik şəxs kimi ona qarşı edilmiş hüquq pozuntusu, indiki halda polis tərəfindən psixi təsirə məruz qalması ilə bağlı hər hansı ərizə və ya şikayətlə heç bir orqana şikayət etməmişdir. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəllər dörd dəfə məhkum olunmaqla ümumilikdə on səkkiz ilə yaxın müddətdə azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Göstərilənlərə baxımından, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı sərbəst hərəkət edə bilmək imkanının olması, əvvəllər də məhkumluq həyatı yaşadığından şikayət etmək kimi hüququnun olması barədə məlumatlı olan şəxs kimi belə hərəkətlər etməməsi məhkəmə tərəfindən hüquqdan sui istifadə kimi qəbul edilməklə, hazırda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hədə qorxuya məruz qalması ilə bağlı bildirdikləri inandırıcı olmamaqla yanaşı ağlabatan da hesab olunmur. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə istintaqının əvvəlində özünü tam təqsirli bilməsini, daha sonra isə əksinə ifadələrini təkzib etməsi məhkəmə tərəfindən onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ siyahının 83-cü sırasına əsasən 0,15 qram narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasiitə heroinin miqdarı 1.615 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 15-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18.30-da saxlanılmış, həmin tarixdə, saat 19.10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-82-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə tutulduğu Lənkəran ŞRPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin 101-102-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Mehdiyev X1 rayonu, Rvo kəndində arvadı və 1999cu il təvəllüldü oğlu ilə birlikdə yaşayır, ərazidə yaşadığı müddətdə dəfələrlə nöqsanlara yol vermiş, dövlət tədbirlərində iştirak etməmiş, özünü nizam intizamlı aparmamış, özündən böyüklərə hörmətlə yanaşmamışdır. Cinayət işinin 93-95-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1982-ci il tarixdə Lənkəran Xalq Məhkəməsinin hökmü ilə AR CM-nin 43-cü maddəsinin 3-cü hissəsi ilə (köhnə redaksiya) təqsirli bilinib 07 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1989-cu il tarixdə Bakı Şəhər Məhkəməsinin hökmü ilə AR CM-nin 70-1-ci maddəsinin 1-ci hissəsinin, 207-ci maddənin 2-ci hissəsi ilə (köhnə redaksiya)təqsirli bilinib 05 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.2 və 221.3-cü maddələri təqsirli bilinib 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Lerik rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə 01 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilmişdir. Cinayət işinin 96-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 12 may 2023-cü il tarixli, 35 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, narkomaniyadan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli, 526 saylı qərarında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.515 qram qalıq çəkisi olan narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 may 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2024cü il tarixdən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsinə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1. 515 qram qalıq çəkisi olan narkotik vasitə heroin məhv edilsin, 01 ədəd CD iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar