Məhkəmə qərarları › İş №1(049)-22/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-22/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-22/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X19, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər və mülki cavabdehlər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Müdafiəçilər: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Hirkan Milli Parkının nümayəndəsi: Nümayəndə iştirakı ilə xx.xx.1978-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Hirkan Milli Parkında mühafizə yegeri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Daşdatük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 308.1 və 313-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş və qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 25 saylı dolayının mühafizə yegeri işləməklə həmin meşəbəyliyin sahə müfəttişi vəzifəsini müvəqqəti əvəz etdiyi vaxtda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Xidmətinin xx.xx.2021-ci il tarixli 245/ü saylı Əmri ilə təsdiq edilmiş tabeli qurumlar üzrə çalışan işçilərinin vəzifələrinə dair Təlimatın 7.1.1, 7.1.3 və 7.1.6-cı bəndlərinə əsasən tabeliyində olan mühafizə yegerlərinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək, onları təlimatlandırmaq, davamiyyətinə, iş və icra intizamına nəzarət etmək, nəzarət etdiyi sahənin mühafizə rejiminin xüsusiyyətlərini bilmək və bu ərazilərdə mühafizəni düzgün təşkil etmək, baş vermiş qanun pozuntusu faktlarını qanunamüvafiq qaydada rəsmiləşdirib dərhal rəhbərliyə məlumat verməklə ağacların və digər bitki örtüyünün mühafizə edilməsinə məsul olduğu halda 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayına kimi olan müddətdə xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müəyyən edilməyən ayrı-ayrı şəxslər tərəfindən pul müqabilində mühafizəsinə nəzarət etdiyi Seyfidor meşəbəyliyinin 29 saylı dolayında ümumilikdə 27,878 kub metr həcmində 7612,82 (yeddi min altı yüz on iki manat səksən iki qəpik) məbləğdə qızılağac, ağcaqayın və sair cinsli 07 ədəd ağacın qanunsuz kəsilməsinə, eləcə də 02 ədəd təbii şəkildə aşmış ağacların qanunsuz aparılmasına, Seyfidor meşəbəyliyinin 30 saylı dolayında ümumilikdə 67,922 kub metr həcmində 20560,14 (iyirmi min beş yüz altmış manat on dörd qəpik) məbləğdə qızılağac, vələs, Qafqaz xurması və sair cinsli 31 ədəd ağacın qanunsuz kəsilməsinə, eləcə də 01 ədəd aşmış ağacın qanunsuz aparılmasına, eləcə də Seyfidor meşəbəyliyinin 27 saylı dolayının mühafizə yegeri Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayinədək olan müddətdə “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayında ümumilikdə 86,484 kub metr həcmində 18955,05 (on səkkiz min doqquz yüz əlli beş manat beş qəpik) məbləğdə dəmirağac, ağcaqayın, fıstıq, qızılağac və sair cinsli 55 ədəd ağacın qanunsuz kəsilməsinə, eləcə də 05 ədəd təbii şəkildə aşmış ağacların doğranılaraq ərazidən aparılmasına yol verməklə, ümumilikdə qeyd edilən 93 ədəd ağacın qanunsuz kəsilməsinə və 08 ədəd təbii aşmış ağacın daşınmasına görə təbiətə 47128,01 (qırx yeddi min yüz iyirmi səkkiz manat bir qəpik) məbləğdə ziyan vurmuş, bununla da, elmi tədqiqat, təbiəti mühafizə, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qorunub saxlanması, sağlamlaşdırma, turizm və rekreasiya məqsədləri üçün istifadə edilən, xüsusi ekoloji, tarixi və estetik əhəmiyyət daşıyan Milli Park sahələrini məhv etməklə, əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan ətraf mühitin tarazlığını pozmaqla, cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Bundan əlavə, o, Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 27- ci kvartalında müəyyən edilməyən şəxs(lər) tərəfindən 2023-cü ilin oktyabr- noyabr aylarında 100 sm diametrində ağcaqayın cinsindən olan ağacın yaş halda qanunsuz kəsilməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə qeyd edilən kvartalda yoxlama keçirib yaş halda qanunsuz olaraq kəsilmiş 100 sm diametrində 7,672 kub metr həcmində ağcaqayın cinsindən olan həmin ağacı aşkar edib həmin ağacın yaş halda kəsilməsi nəticəsində təbiətə 5263,28 (beş min iki yüz altmış üç manat iyirmi səkkiz qəpik) məbləğində ziyan dəyməsini bilməsinə baxmayaraq törədilmiş cinayət əməllərini ört-basdır edilməsi məqsədi ilə tamah niyyəti ilə onu “QQ-200” nömrəli damğa ilə damğalayıb hüquq verən rəsmi sənəd olan - 100 sm diametrində ağcaqayın cinsindən olan ağacın quru halda kəsilməsinə dair 15 fevral 2024-cü il tarixli 58 saylı saxta Akt tərtib edib Hirkan Milli Parkının rəhbərliyinə təqdim etməklə vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş və qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının "Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının mühafizə yegeri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Xidmətinin xx.xx.2021-ci il tarixli 245/ü saylı Əmri ilə təsdiq edilmiş tabeli qurumlar üzrə çalışan işçilərinin vəzifələrinə dair Təlimatın 8.1.2, 8.1.3 və 8.1.4-cü bəndlərinə əsasən mühafizəsinə cavabdeh olduğu ərazidə gündəlik müşahidələr aparıb baş verə biləcək hər hansı qanun pozuntusunun qarşısının alınması məqsədi ilə tədbirlər görmək, xidmətdə olduğu müddət ərzində və ya digər vaxtlarda baş vermiş qanun pozuntularını aşkar edib bu barədə sahə müfəttişinə məlumat verməklə ağacların və digər bitki örtüyünün mühafizə edilməsinə məsul olduğu halda Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin sahə müfəttişi vəzifəsini müvəqqəti əvəz edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayına kimi olan müddətdə xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə müəyyən edilməyən ayrı-ayrı şəxslər tərəfindən pul müqabilində xidməti ərazisi olan “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayında ümumilikdə 86,484 kub metr həcmində külli miqdar təşkil edən 18955,05 (on səkkiz min doqquz yüz əlli beş manat beş qəpik) manat dəyərində dəmirağac, ağcaqayın, fıstıq, qızılağac və sair cinsli 55 ədəd ağacın qanunsuz kəsilməsinə, eləcə də 5 ədəd təbii şəkildə aşmış ağacların doğranılaraq ərazidən aparılmasına yol vermiş, bununla da, elmi tədqiqat, təbiəti mühafizə, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qorunub saxlanması, sağlamlaşdırma, turizm və rekreasiya məqsədləri üçün istifadə edilən, xüsusi ekoloji, tarixi və estetik əhəmiyyət daşıyan Milli Park sahələrini məhv etməklə, əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan ətraf mühitin tarazlığını pozmaqla, cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmuşdur. Bundan əlavə, o, törədilmiş cinayət əməllərini ört-basdır edilməsi məqsədi ilə tamah niyyəti ilə sahə müfəttişi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu tərəfindən yalan məlumatlar daxil edilmiş rəsmi sənədə - xx.xx.2024-cü il tarixdə Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalında mühafizə rejiminin yoxlanılması üçün ərazidə aparılmış yoxlama zamanı 100 sm diametrində 6,81 kub metr həcmində ağcaqayın cinsindən olan ağacın quru halda qanunsuz olaraq kəsilməsinə görə təbiətə 30,40 (otuz manat qırx qəpik) məbləğində ziyan dəyməsinə dair tərtib edilmiş 15 fevral 2024-cü il tarixli 58 saylı Akta imza etməklə vəzifə saxtakarlığı etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hər hansı qanun pozuntusuna yol verməmiş, hər hansı ağacın kəsilməsindən pul almamışdır. İttihamda qeyd olunan tarixlərdə o, prezident seçkiləri ilə bağlı seçki dairəsində olmuşdur. İttiham aktında qeyd edilənlər hamısı yalandır. Mülki iddianı qəbul etmir. Təqsirləndirilən şəxs2 ona qarşı ifadə verməsinin səbəbini bilmir. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hirkan Milli Parkında mühafizə yegeri vəzifəsində işləmiş, işlədiyi dövrdə ağacaların kəsilməsi üçün yerli kənd sakinlərindən pul almış və həmin pulun yarısını da Təqsirləndirilən şəxs1 vermişdir. İbtdai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Mülki iddianı qəbul edir və tez zamanda ödəyəcəkdir. Hazırda əməlindən peşmandır. Barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin V cildinin 62-72-ci vərəqlərində olan Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «2016-cı ildən 2019-cu ilin xatırlamadığı ayına kimi Hirkan Milli Parkının “Seyfidof’ meşəbəyliyinin 27 saylı dolayının mühafizə yegeri işləmişdir. 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunmuş, lakin yenidən xx.xx.2019-cu il tarixdən həmin dolayın mühafizə yegeri kimi işə götürülmüşdür. Həmin vaxtdan xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. İşində yol verdiyim nöqsanlara görə xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Mühafizə yegeri kimi vəzifələri mühafizəsinə cavabdeh olduğu ərazilərdə gündəlik müşahidələr aparmaq və bu barədə müşahidə gündəliyinə müvafiq qeydlər aparmaq, mühafizəsinə cavabdeh olduğu ərazidə xidmətdə olduğu müddətdə və ya digər vaxtlarda baş vermiş qanun pozuntularını aşkar etdiyi təqdirdə bu barədə dərhal sahə müfəttişinə məlumat vermək, rəhbər şəxslərin göstərişi ilə mühafizəsinə cavabdeh olduğu ərazidə və ya digər ərazilərdə aparılan yoxlamalarda, reydlərdə iştirak etmək və sairdən ibarətdir. Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayı 21, 22, 25, 26 və 27-ci kvartallardan ibarət olmaqla ümumi sahəsi 704.00 ha-dır. 27 saylı dolay “Hirkan” meşəbəyliyinin 04 saylı dolayı, “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayı və “Haftoni” meşəbəyliyi ilə həmsərhəddir. Hirkan Milli Parkının direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənovun 15 fevral 2024-cü il tarixli 045/ü saylı Əmrinin icrası ilə əlaqədar olaraq yaradılmış komissiya üzvləri Hirkan Milli Parkının bütün meşəbəyliklərində və dolaylarında mühafizə rejiminin vəziyyətini yoxlamışlar. Komissiya üzvü kimi o da bəzi dolayların mühafizə rejiminin yoxlanılmasına cəlb edilmişdir. Belə ki, 19 fevral 2024-cü il tarixdə onun, Osaküçə meşəbəyliyinin sahə müfəttişi X1 və hüquqşünas Nümayəndə iştirakı ilə “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 22 və 25ci kvartallarında yoxlama aparılmışdır. Yoxlama zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş, yəni qeydə alınmamış aşağıdakı növ və cinslərdə olan qanunsuz kəsilmiş ağaclar aşkar edilmişdi: Qızılağac cinsindən 20 sm diametrdə 1 ədəd, 24 sm diametrdə 1 ədəd, 32 sm diametrdə 1 ədəd, 36 sm diametrində 1 ədəd, yalanqoz cinsindən 20 sm diametrində 1 ədəd, 36 sm diametrində 1 ədəd, 40 sm diametrində 1 ədəd, 44 sm diametrində 1 ədəd (36 sm içi boş), vələs cinsindən 36 sm 1 ədəd, ağcaqayın cinsindən 40 sm 1 ədəd olmaqla cəmi 10 ədəd ağaclar. Həmin kəsilmiş ağacların meşə sahəsindən aparılması müəyyən edildi. Ağacların dib hissəsinə meşəbəyliyə məxsus “QQ-201” nömrəli damğa vuruldu. Aşkar edilmiş qanunsuzluq barədə akt tərtib edildi, iştirakçılar tərəfindən həmin akt imzalandı, daha sonra təbiətə dəymiş ziyan hesablanaraq həcm qiymət cədvəli akta əlavə edildi və təbiətə dəymiş ziyan 505,12 (beş yüz beş manat on iki qəpik) məbləğində müəyyən edildi. Bundan əlavə, Lənkəran rayon prokurorluğunda əvvəl, yəni xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə vermiş olduğu izahatları doğru deyildi. Belə ki, o, həmin izahatları verərkən cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxaraq yalnış izahatlar vermişdir. Bundan əlavə həmin izahatları vermək üçün Lənkəran rayon prokurorluğuna dəvət olunan vaxt Təqsirləndirilən şəxs1la hansı formada izahat verməyi barədə söhbətləri olmuşdur. Təqsirləndirilən şəxs1 da ona “bir az pul yemişik gedib bir-birimizi satası deyilik ki”-deyə bildirərək Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların onların məlumatı olmadan kəsildiyini bildirməsini ona demişdir. O da qorxduğu üçün həmin formada izahat vermiş, lakin onun hazırda işdən çıxmağı, Rəfailin isə işləməyi, eləcə də qanunsuz olaraq kəsilmiş ağaclara görə təbiətə dəymiş ziyanı ödəməli olmağı ilə bağlı Hirkan Milli Parkının direktor əvəzi Vüsal Həsənovdan ünvanına göndərilmiş xx.xx.2024-cü il tarixli 093/HMP saylı məktubla təqribən 13000 manata yaxın məbləğdə ziyanı dövlət büdcəsinə tək ödəməli olmağını nəzərə alıb düzgün izahat vermək qərarına gəlmişdir. Belə ki, mühafizə yegeri olduğu və sonradan işdən azad edildiyi “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayında son bir neçə ayda 85,622 metr kub həcmində 13736,17 manat miqdarında (sonradan dəymiş ziyanın daha çox olduğu müəyyən edildi) müxtəlif cinsli və diametrli 55 ədəd ağacın yaş kök üstə kəsilməsi, 5 ədəd təbii fəlakət nəticəsində yıxılmış ağacın doğranılaraq ərazidən aparılması faktı ilə bağlı olaraq bildirmişdir ki, həmin qeyd edilən ağaclar Təqsirləndirilən şəxs1 göstərişi və onun icazəsi ilə Lənkəran rayonu Daşdatük kənd sakinləri tərəfindən kəsilmişdir. Belə ki, 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar-fevral ayları ərzində müxtəlif vaxtlarda Daşdatük kənd sakinləri Mail Hadıyev (ona kənddə İntizar adı ilə də tanıyırlar), onun dayısı oğlanları Ramiq Həşimov və sonuncunun qardaşı Ramin Həşimov, Ramiq və Ramin Həşimovların yeznəsi Azad Babayev ondan oduncaq və işlik material almaq üçün müəyyən məbləğlərdə pul ödəyib, daha sonra 27 saylı dolayın ərazisinə girərək özlərinə məxsus motorlu mişarlarla yaş halda ağacları kəsib doğrayıb yaşadıqları evlərə aparıblar. O, işlik və oduncaq materialları meşə qırma bileti və orderi olmadan qeyd etdiyi sakinlərə müxtəlif məbləğlərə satmışdır. Ən çox satanda bir ağacı 500 manata satmış, aşağı məbləğ isə 50-100 manat olmuşdur. Oduncaq üçün isə 20-40 manat civarında satırdı. Ümumilikdə, 2023-cü ilin dekabr və 2024-cü ilin yanvarfevral ayları ərzində qanunsuz olaraq təxminən 50-ə yaxın müxtəlif cinsdə və diametrdə ağacların qanunsuz kəsilməsi nəticəsində təqribən ortalama hesabla 15000 (on beş min manat) məbləğində gəlir əldə etmişlər. Həmin gəlirin təqribən 10000 (on min) manata yaxın məbləğini Təqsirləndirilən şəxs1 vermiş, 5000 (beş min) manata yaxın məbləğini isə özünə götürmüşdür. Qeyd etdiyi kənd sakinləri qanunsuz olaraq kəsdikləri işlik materialları kənd ərazisinə gələn tanımadığı “Ford” sürücüsünə onlardan aldıqları qiymətdən biraz yuxarı məbləğə satmışlar. Bundan əlavə onlar oduncaq materialları da tanımadığı adamlara satmışlar. O, pulu işlik materiallar üçün 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar fevral ayları ərzində müxtəlif vaxtlarda şəxsən Ramiq Həşimov və Mail Hadiyevdən almışdır. Ramin sadəcə olaraq Ramiq və Mailəd ağac kəsməyə və daşımağa kömək etmişdir. Azaddan isə oduncaq material üçün 2023-cü ilin dekabr və 2024-cü ilin yanvarfevral ayları ərzində 6-7 dəfə 30-40 manat civarında pul alaraq oduncaq material satmışdır. Qeyd etdiyi dörd nəfər - Ramiq, Ramin, Azad və Maillə daha çox bu “iş”-lərlə məşğul olmuşlar. Onlar qeyd edilən dövrdə aktiv şəkildə meşədən ağac kəsərək daşımışlar. Digər sakinlərdən Akif Babayev və onun qardaşı Dəniz Babayev müxtəlif vaxtlarda ondan icazə alaraq meşədən oduncaq materialllar kəsib daşımışlar. Buna görə həmin şəxslər ona hər dəfəsində 40-50 manat məbləğində pul vermişlər. Eləcə də, Daşdatük kənd sakini Həzi Quliyev ondan xəbərsiz Təqsirləndirilən şəxs1la əlbir olaraq bir neçə dəfə 27 saylı dolaydan qanunsuz olaraq ağac kəsib aparmışdır. Sonuncu dəfə 2024cü ilin fevral ayının ortalarında Həzi onu küçədə görüb ona 200 manat verib bildirmişdi ki, 27 saylı dolaydan ağac kəsib aparmışdır. Həmin pulu da aparıb Rəfailə versin. O da pulu alıb Rəfailə aparmış, Rəfail həmin puldan 50 manat vermişdi. Kənd sakinlərinin qanunsuz ağac kəsməyə görə ona verdikləri pulun böyük hissəsini (məsələn 500 manat alırdısa onun 100 manatını özünə götürüb 400 manatını Rəfailə verirdi, yəni ya 1/5-ni ya da 2/5-ni özünə götürürdü) o, hər dəfə sahə müfəttişi Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 ona bildirirdi ki, Hirkan Milli Parkının xərcləri çox olduğu üçün pulların bir hissəsini direktor əvəzi Vüsal Həsənova verir. Lakin həmin puldan V.Həsənova verib-verməməsini, verirdisə nə qədər məbləğdə verməsini bilmirdi. Bəzi vaxtlar isə Rəfail ona pula ehtiyacı olduğunu və heçkimə deməməyini xahiş edərək pulun hamısını özü üçün götürdüyünü bildirirdi. O da bu barədə heç kimə demirdi. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, həmin pulları Təqsirləndirilən şəxs1 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayının ortalarına qədər dəqiq gününü xatırlamadığı vaxtadək vermişdir. Pulları müxtəlif vaxtlarda, müxtəlif yerlərdə - küçədə, çayxanada, Rəfailə məxsus ağ rəngli “VAZ2106” markalı avtomobildə və sair yerlərdə vermişdir. Pullan Rəfailə verərkən yanlarında kənar şəxslər olmamışdır. Bəzi vaxtlar o, kənddə olmadığı vaxtlarda Ramiq, Ramin, Mail və Azad qanunsuz olaraq kəsdikləri ağaclara görə pulları Təqsirləndirilən şəxs1 vermişlər. Həmin vaxt Rafael ona pul verməmişdir. O, Təqsirləndirilən şəxs1 başqa Hirkan Milli Parkının digər vəzifəli şəxslərinə qanunsuz olaraq kəsdirdiyi ağaclara görə aldığı puldan verməmişdir. Hirkan Milli Parkında digər qanunsuzluqlar da vardır. Belə ki, “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalında xx.xx.2024-cü il tarixli məlumat əsasında yoxlama aparılmış və qanunsuz olaraq kəsilmiş 100 sm diametrində ağcaqayın cinsindən ağac aşkar edilmişdir. Həmin yoxlamada o, Təqsirləndirilən şəxs1 və Sahil Mikayılov iştirak etmişlər. Yoxlama zamanı qanunsuz olaraq kəsilmiş 100 sm diametrində ağac yaş halda olmuşdur. Bununla bağlı akt tərtib edilmiş və təbiətə dəymiş ziyan 5000 manatdan çox olmuşdu. Həmin vaxt o, Rəfaildən xahiş etmişdir ki, qeyd edilən ağacı yaş deyil quru olduğunu yazsın. Çünki yaş halda yazılsa 5000 manatdan çox ziyan hesablanacaq və ziyanı o, ödəməli olacaqdır. Bundan əlavə təklikdə Rəfailə bildirmişdir ki, həmin ağacın kəsilməsinə görə aldığı puldan ona da vermiş, buna görə onu müdafiə etmək borcudur. Belə ki, həmin ağac 2023-cü ilin noyabr ayının sonlarında xatırlamadığı gündə Daşdatük kənd sakini Mail Hadıyev tərəfindən qanunsuz olaraq kəsilmişdir. Həmin ağacı kəsməyə görə Mail ona 50 manat məbləğində pul verib, ağacı daşıdıqdan sonra da 50 manat verəcəyini bildirmişdir. O, bu barədə Rəfailə dedikdə isə Rəfail, ona çatacaq 50 manatın az olduğunu və krediti (qaynatasının adınadır, lakin Rəfail ödəyir) olduğunu və 100 manat istədiyini demişdi. Bundan sonra Mail ona verdiyi 50 manatdan əlavə 100 manatı da Rəfailə vermişdir. O, bu söhbəti Rəfailin yadına salib həmin qanunsuz kəsilmiş ağaca görə 100 manat qazandığını ona dedikdən sonra Rəfail onunla razılaşmış və akt tərtib etmişdir, bu zaman Sahil akt saxta olduğu üçün imza etməkdən imtina etmiş, Rəfail də sonradan Şahid2 adını akta yazaraq guya onun iştirakı ilə baxış keçirdiklərini göstərib Sadiqə aktı imzalatmışdır. Halbuki, Sadiq yoxlamada iştirak etməmişdir. Quru halda yazaraq ziyan cəmi olaraq 30,40 (otuz manat qırx qəpik) yazılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə Lənkəran rayon prokurorluğu tərəfindən 1 saylı RMTM-nin və Hirkan Milli Parkının əməkdaşları ilə birgə onun iştirakı ilə həmin ağaca baxış keçirilmiş və ağacın yaş halda kəsilməsi müəyyən edilmişdir. Bundan əlavə, onun mühafizəsinə cavabdeh olduğu 27 saylı dolayla birgə “Seyfidor” meşəbəyliyinin 29 və 30 saylı dolaylarında da xeyli miqdarda qırıntıların olduğu, onun dolayında dolduğu kimi Təqsirləndirilən şəxs1 həmin dolaylarda da qanunsuz olaraq ağac kəsdirməsi və gəlir əldə etməsini bilir. Hazırda da həmin dolaylarda qanunsuz olaraq kəsilmiş ağacların olduğu və bu barədə Hirkan Milli Parkının rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyi barədə məlumatı vardır. 29 saylı dolayda Elxan Şaliyev hazırda mühafizə yegeridi və Rəfaillə əlbir olaraq ağacların qanunsuz olaraq kəsilməsinə şərait yaradır. 30 saylı dolayda isə sabiq mühafizə yegeri Şahid2 Təqsirləndirilən şəxs1la əlbir olaraq qanunsuz olaraq ağacların kəsilməsinə şərait yaradırlar. Bununla bağlı olaraq da həmin dolaylara baxış keçirilməsində iştirak etmiş və qanunsuz olaraq kəsilmiş ağacları göstərmişdir. Onların qanunsuz olaraq ağac kəsdirməklərində məqsəd onların pul qazanmaq istəyi olmuşdur. Belə ki, Daşdatük kəndinə təbii qaz verilmədiyi və mühafizəsinə baxdığı 27 saylı dolay həmin kəndlə həmsərhəd olduğu üçün kənd sakinləri ona, bəzi vaxtlar isə Təqsirləndirilən şəxs1 müraciət edərək meşədən oduncaq və işlik material çıxarmaq istədiklərini, buna görə onlara pul verəcəklərini deyirdilər. Kənd sakinləri kəsəcəkləri ağacları qabaqcadan seçib ondan və Rəfaildən həmin ağacları kəsmək üçün icazə alırdılar. Onlar da pul qazanmaq üçün kənd sakinlərinə icazə vermişlər. Beləliklə, həm o və Rəfail, həm də həmin oduncaqları və işlik materialları digər şəxslərə satan kənd sakinləri gəlir əldə edirdilər. Əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs2 istintaq materiallarına əlavə edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmış və Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsi ilə rayon prokurorluğuna daxil olmuş sənədlərdən görünür ki, 07 iyun 2024-cü il tarixli 84306 saylı akt və ona əlavə edilmiş Həcm-Qiymət və Hesabat cədvəllərinə əsasən Milli Parkın Seyfidor meşəbəyliyinin 29 saylı dolayının ərazisində 07 ədəd müxtəlif cinsdə və diametrdə ağacların qanunsuz kəsilməsinə və 02 ədəd aşmış ağacın doğranılaq daşınmasına görə təbiətə 7612,82 (yeddi min altı yüz on iki manat səksən iki qəpik) məbləğində, Seyfidor meşəbəyliyinin 30 saylı dolayının ərazisində 11 iyun 2024-cü il tarixli 84295 saylı akt və ona əlavə edilmiş Həcm-Qiymət və Hesabat cədvəllərinə əsasən 22 ədəd müxtəlif cinsdə və diametrdə ağacların qanunsuz kəsilməsinə və 01 ədəd aşmış ağacın doğranılaraq daşınmasına görə təbiətə 13776 (on üç min yeddi yüz yetmiş altı manat) məbləğində, 13 may 2024-cü il tarixli 00073 saylı aktdan və ona əlavə edilmiş Həcm-Qiymət cədvəlinə əsasən Milli Parkın Seyfidor meşəbəyliyinin 30 saylı dolayının ərazisində 09 ədəd müxtəlif cinsdə və diametrdə olan ağacların qanunsuz kəsilməsinə görə təbiətə 6784,14 (altı min yeddi yüz səksən dörd manat on dörd qəpik) məbləğində ziyan dəyməsi ilə bağlı bildirmişdir ki, qeyd edilən aktların tərtib edilməsində o, iştirak etmiş, həmin ağacların hər birinin yerini baxış iştirakçılarına o, göstərmişdir. Sonda tərtib olunmuş çöl hesabatları və aktlara imza etmişdir. Əvvəlki ifadəsində də qeyd etdiyi kimi Təqsirləndirilən şəxs1 Seyfidor meşəbəyliyinin 27 saylı dolayında olduğu kimi 29 və 30 saylı dolaylarında da bir neçə Daşdatük kənd sakinləri ilə əlaqəyə girib 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayına kimi, yəni rayon prokurorluğunda bununla bağlı araşdırma başladığını bildiyi vaxtadək qeyd edilən ağacları həmin kənd sakinlərinə kəsdirmişdir. Qeyd edilən kənd sakinləri əvvəlki ifadəsində qeyd etdiyi şəxslərdir. Lakin onlar Rəfaillə həmkəndli və tanış olduqları, eləcə də cinayət məsuliyyətlərinə cəlb ediləcəklərindən qorxduqları üçün etmiş olduqları cinayətləri etiraf etməmişlər. Qeyd edilən bütün ağacların kəsilməsindən Təqsirləndirilən şəxs1 xəbəri olmuş, buna görə qeyd edilən kənd sakinlərindən müxtəlif məbləğlərdə pullar da almışdır. O, qeyd edilən dolaylarda ağac kəsdirməmiş, çünki həmin dolayların mühafizə yegeri olmamışdır. O, yalnız mühafizəsinə cavabdeh olduğu 27 saylı dolayda Rəfaillə birgə ağaclar kəsdirmişdir. Eləcə də bildirmişdir ki, o və Təqsirləndirilən şəxs1 şəxsən özləri ağac kəsməmiş və daşımamışlar. » Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Hirkan Milli Parkının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2015-ci ildən hazırkı vaxta qədər Hirkan Milli Parkında hüquqşünas vəzifəsində işləyir. Hüquqşünas kimi vəzifələri Milli Parkin hüquqi məsələlərini həll etməkdən ibarətdir. Hirkan Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2004-cü il tarixli 57 saylı Fərmanı ilə Azərbaycan Respublikası Lənkəran və Astara rayonlarının ərazisində yaradılmış və həmin tarixdə də Milli Parkın Əsasnaməsi təsdiq edilmişdir. Hirkan Milli Parkının direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənovun 15 fevral 2024-cü il tarixli 045/ü saylı Əmrinin icrası ilə əlaqədar olaraq yaradılmış komissiya üzvləri Hirkan Milli Parkının bütün meşəbəyliklərində və dolaylarında mühafizə rejiminin vəziyyətini yoxlamışlar. Komissiya üzvü kimi o da bəzi dolayların mühafizə rejiminin yoxlanılmasına cəlb edilmişdir. Bundan əlavə, Hirkan Milli Parkının direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənovun 01 mart 2024-cü il tarixli 052/ü saylı Əmrinin icrası ilə əlaqədar Seyfidor meşəbəyliyinin 27 saylı dolayı ərazisində təhvil-qəbul işlərinə başlanılmışdır. Belə ki, həmin dolayın sahə müfəttişi vəzifəsi Təqsirləndirilən şəxs1 alınaraq ona həvalə edilmişdir. Bu məqsədlə də 01 və 08 mart 2024-cü il tarixlərdə 27 saylı dolayda təhvil qəbul aparılmış, həmin təhvil qəbulda o da iştirak edərək müvafiq aktlar tərtib edib sonda imzalamışdır. Təhvil təslim zamanı qanunsuz qırıntılar aşkar edilmişdir. İstintaq müddətində Seyfidor meşəbəyliyinin 27, 29 və 30 saylı dolaylarında qanunsuz olaraq kəsilmiş müxtəlfi cinsdə və diametrdə 93 ədəd ağacın və 08 ədəd təbii aşmış ağacın qanunsuz daşınması ilə bağlı bildirmişdir ki, 27 saylı dolayın ərazisində qeyd edilən ağacları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımadığı kənd sakinlərinə birgə kəsdirib daşıtmışlar. Digər iki dolayda, yəni 29 və 30 saylı dolaylarda isə Təqsirləndirilən şəxs1 tanımadığı kənd sakinlərinə tək ağacları kəsdirib və daşıtmışdır. Tərəflərindən verilmiş mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulmüş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Hirkan Milli Parkının “Seyfidor” Meşəbəyliyinin 30 saylı dolayında mühafizə yegeri vəzifəsində işləmişdir. İşdən öz xahişi ilə azad olunmuşdur. 30 saylı dolay 47, 48, 49, 50, 51, 52 və 56 nömrəli kvartallardan ibarət olmaqla ümumi ərazisi 942 ha-dır və “Seyfidor” meşəbəyliyinin 29 və 31 saylı, “Hirkan” meşəbəyliyinin isə 04 saylı dolayları ilə həmsərhəddir. Lənkəran rayon prokurorluğunda xx.xx.2024-cü il tarixdə izahat verərkən bəzi xüsusatları düzgün bildirməmiş, belə ki, həmin izahatı verərkən cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxaraq bəzi sözləri düz deməmişdir. Belə ki, əvvəlki izahatında 15 fevral 2024-cü il tarixdə onun, Seyfidor meşəbəyliyinin 27 saylı dolayının sabiq mühafizə yegeri Təqsirləndirilən şəxs2 və Seyfidor meşəbəyliyinin sabiq sahə müfəttişi Təqsirləndirilən şəxs1 iştirakı ilə ümumi sahəsi 704,00 hektar olar 27 saylı dolayın 27-ci kvartalında yoxlama apardığını bildirsə də o, həmin yoxlamada iştirak etməmişdir. İdarədə olarkən Təqsirləndirilən şəxs1 tərtib edilmiş aktı ona təqdim edərək həmin akta imza etməyini bildirmiş, o, Rəfailə iştirak etmədiyi halda imza etmək istəmədiyini bildirmişdir. Lakin Rəfail heç bir problem olmadığını deyəndən sonra o, akta imza etmişdir. Həqiqətdə isə o, ağcaqayın cinsindən diametri 100 sm olan ağacı görməmişdir. Onun quru, yaxud da yaş halda kəsilməyini bilmir. Həmin yoxlamada Hirkan Milli Parkının Hirkan meşəbəyliyinin sahə müfəttişi Sahil Mikayılov, Əliqismət və Rəfail iştirak etmişlər. Sahil Mikayılovun hansı səbəbdən akta imza etməməsini bilmir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, istintaq materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış protokolunda Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 49, 51 və 52-ci kvartallannda yoxlama aparılması və yoxlama zamanı 2023-cü ilin yay aylarında qanunsuz olaraq kəsilmiş və əvvəlki dövrlərdə rəsmiləşdirilməmiş qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd, 44 sm diametrində odunluq 1 ədəd, 48 sm diametrində işlik 2 ədəd, 80 sm diametrində işlik 2 ədəd, 84 sm diametrində işlik 1 ədəd, ağcaqayın cinsindən 68 sm diametrində işlik 1 ədəd, palıd cinsindən odunluq 28 sm 1 ədəd ağaclar aşkar edilməsi ilə bağlı bildirmişdir ki, o, həmin ağacların qanunsuz kəsilməsi barədə 2023-cü ilin sentyabr- oktyabr ayları ərzində Təqsirləndirilən şəxs1 və Vüsal Həsənova məlumat vermiş, lakin onlar bu barədə hər hansı bir tədbir görməmişlər. Həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı yoxdur. Lakin 30 saylı dolay demək olar ki, Biləsər kəndinin ərazisinə düşür. Həmin dolaydan qanunsuz ağac kəsənlərin əksəriyyəti də Biləsər kənd sakinləridirlər. Biləsər kənd sakini X12 2023-cü ilin noyabr ayında özü ona demişdir ki, Rəfailə 30 saylı dolayda qızılağac cinsindən olan ağacları kəsmək üçün pul vermişdir. Hakim hazırda Rusiya Federasiyasındadır. O, hesab edir ki, Təqsirləndirilən şəxs1 30 saylı dolayda ağacların qanunsuz kəsilməsinə görə maddi nemət aldığı üçün həmin ağacların qanunsuz kəsilməsini rəsmiləşdirməmişdir. O, yüksək təzyiqdən əziyyət çəkdiyi üçün mühafizə etdiyi dolayın yüksəkliklərinə tez-tez qalxa bilmirdi. Təqsirləndirilən şəxs1 isə özünə məxsus avtomobillə həmin ərazilərə qalxırdı. O, bununla bağlı olaraq 2023-cü ilin yay aylarında Rəfaildən xahiş etmişdir ki, onu da özü ilə birgə götürsün, lakin Rəfail hər dəfə müxtəlif bəhanələr gətirərək 30 saylı dolaya tək gedirdi. Buna görə də hesab edir ki, Rəfail ağacları qanunsuz olaraq özü kəsdirmişdir. Bundan əlavə, Rəfailin Biləsər və Daşdatük kəndləri ərazilərində qohumları yaşadığı üçün hazırda kənd sakinlərindən onun əleyhinə ifadə vermək istəmirlər. Şahid2 əlavə dindirmə zamanı Seyfidor meşəbəyliyinin 30 saylı dolayının ərazisində 22 ədəd müxtəlif cinsdə və diametrdə ağacların qanunsuz kəsilməsi və 01 ədəd aşmış ağacın doğranılaraq daşınması ilə bağlı bildirmişdir ki, həmin ağaclar 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək kəsilmişdir. Həmin ağaclar sabiq sahə müfəttişi əvəzi Təqsirləndirilən şəxs1 tərəfindən kəsdirilmişdir. Belə ki, o, qeyd edilən qırıntılarla bağlı Rəfailə dəfələrlə şifahi məlumat verməsinə baxmayaraq Rəfail həmin ağacları damğalayıb sənədləşdirmirdi. Eləcə də onun məlumatı əsasında yoxlamaya gedəndə Rəfail ona məlumat vermədən gedirdi. Buna görə də hesab edir ki, Rəfail həmin ağacları bir neçə Biləsər kənd sakinlərinə kəsdirmişdir. Lakin onların kim olmasını bilmir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək Hirkan Milli Parkının “Seyfidor” Meşəbəyliyinin 31 saylı dolayında mühafizə yegeri vəzifəsində işləmişdir. 31 saylı dolayın ərazisi 707 ha-dır. Onun mühafizə yegeri olduğu “Seyfidor” meşəbəyliyinin 31 saylı dolayı “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayı və Lerik və Astara rayonları ilə həmsərhəddir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq Hirkan Milli Parkının bir sıra əməkdaşları seçki komissiyalarının tərkibinə daxil edilmiş, bununla əlaqədar olaraq da bir sıra dolaylar və meşəbəyliklərin mühafizəsi müvəqqəti olaraq digər əməkdaşlara həvalə edilmişdir. Belə ki, Hirkan Milli Parkının direktor əvəzi Vüsal Həsənovun 19 dekabr 2023-cü il tarixli 177/Ü saylı Əmri ilə 09 dekabr 2024-cü il tarixdən Təqsirləndirilən şəxs1 mühafizəsinə nəzarət etdiyi “Seyfidor” meşəbəyliyinin mühafizəsinə nəzarət ona həvalə edilmişdir. Məsafə uzaq olduğu üçün gəlib həmin Əmrlə şəxsən tanış olub ona imza edə bilməmiş, bununla belə həmin əmrlə bağlı məlumat şifahi olaraq ona verilmişdir. Həmin vaxt hava şəraiti ilə əlaqədar olaraq (qarlı hava idi) təhvil təslim aparılmadı. O, direktor əvəzi Vüsal Həsənovdan xahiş etmişdir ki, ona “Seyfidor” meşəbəyliyinin mühafizəsini həvalə etməsin, çünki həm ərazi böyükdür, həm də təhvil təslim edə bilməmişdir. Bundan əlavə bilirdi ki, Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin dolaylarında rəsmiləşdirilməmiş qanunsuz qırıntılar vardır. Təhvil təslim olmadığı üçün o, qeyd etdiyi qırıntılara görə cərimə ödəmək istəmirdi. Təhvil təslim olsaydı o, həmin qırıntıları aşkar edib aktda qeyd edərdi. Vüsal Həsənov da ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Daşdatük kəndindədir, narahat olmamasını və Rəfailin həmin əraziyə nəzarət edəcəyini bildirmişdir. Vüsal Həsənov da tezliklə həmin meşəbəyliyinin mühafizəsini başqa əməkdaşa həvalə edəcəyini bildirmişdir. Belə olub, xx.xx.2024-cü il tarixdə “Seyfidor” meşəbəyliyinin mühafizəsinə nəzarət ondan alınıb Şadoğlan Əliyevə həvalə edildi. 30 saylı dolayın mühafizə yegeri Şahid2 xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən azad edildikdən sonra həmin dolayın 52-ci kvartalının mühafizəsi Hirkan Milli Parkının direktor əvəzi Vüsal Həsənovun 01 mart 2024-cü il tarixli 049/Ü saylı Əmri ilə ona tapşırılmışdır. Həmin vaxt da hava şəraiti ilə əlaqədar olaraq təhvil-təslim aparılmamışdır. xx.xx.2024-cü il tarixə qədər həmin kvartalı mühafizə etmişdir. Onun dövründə həmin dolayda qanunsuz qırıntı olmamışdır. Daha sonra isə təqaüdə çıxmış, çıxdıqdan sonra da orada təhvil təslim aparılmadı, çünki orada işləmək üçün əməkdaş yoxdur. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, mühafizəsinə nəzarət etdiyi 31 saylı dolay “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 52-ci kvartalı ilə həmsərhəddir. 2023-cü ilin yay ayları, eləcə də sentyabr, oktyabr və noyabr ayları ərzində 52-ci kvartalın ərazisində ağacların qanunsuz olaraq özbaşına kəsilməsinin şahidi olmuşdur. Bununla bağlı da həmin dolayın sabiq mühafizə yegeri Şahid2, “Seyfidor” meşəbəyliyinin sabiq sahə müfəttişi əvəzi Təqsirləndirilən şəxs1, həmçinin Hirkan Milli Parkının direktor əvəzi Vüsal Həsənova dəfələrlə qanunsuz oalraq kəsilmiş ağacların kötük hissələrini damğalamaq, rəsmiləşdirmək, təqsirkar şəxsləri müəyyən etmək və təbiətə dəymiş ziyanın hesablanması üçün nümayəndə göndərib araşdırma aparılmasını xahiş etsə də buna göz yumulmuşdur. Yoxlama gələndə isə bir-iki ağacın qanunsuz kəsilməsini rəsmiləşdirib getmişlər. Halbuki, həmin ərazidə çox ağac kəsilmişdir. Konkret olaraq saylarını bilməsə də, gözlə baxıb müşahidə etdikdə çox olduğunu görmək olurdu. Seyfidor meşəbəyliyinin 27 saylı dolayında 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayınadək olan dövrdə qanunsuz olaraq kəsilmiş ağaclar onun mühafizə yegerini əvəz etdiyi dövrdə də kəsilə bilrədi, lakin faktiki olaraq həmin əraziyə nəzarət edə bilmədiyi üçün ağacların qanunsuz kəsilməsindən xəbəri olmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 27 saylı dolaya faktiki nəzarəti həyata keçirirdi. 3- 4 ay ərzində bir dolayın ərazisində 50-ə yaxın ağacın kəsilməsindən ola bilməz ki, mühafizə yegeri, yaxud da sahə müfəttişi xəbərsiz olsun. Həmin ağacların oduncaq materiallardan əlavə işlik materiallar üçün də yararlı olduğunu nəzərə alsaq deyə bilər ki, mühafizə yegeri və sahə müfəttişinin həmin ağacların kəsilməsindən xəbərləri olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1996-cı ildən hazırkı vaxtadək Hirkan Milli Parkının “Hirkan” meşəbəyliyinin sahə müfəttişi vəzifəsində işləyir. Hirkan Milli Parkının “Hirkan” meşəbəyliyinin 04 saylı dolayının mühafizə yegeri Şahid3 şifahi məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalında yoxlama aparılmışdır. Belə ki, Şahid3 şifahi məlumatında bir ədəd qanunsuz olaraq kəsilmiş ağcaqayın cinsindən olan ağacın olduğunu bildirmiş, lakin həmin ağacın hansı dolayın ərazisinə düşməsini müəyyən etmək üçün komissiya göndərilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq o, Təqsirləndirilən şəxs2, Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin sabiq sahə müfəttişi vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 və Şahid3 iştirakı ilə qeyd edilən əraziyə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, 1 ədəd 100 sm diametrində ağcaqayın cinsli ağac “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalında özbaşına kəsilmişdir. Həmin ağacın kök hissəsinə və yarpaqlarına baxdıqda müəyyən etmişlər ki, həmin ağac yaş halda və təqribən 2023-cü ilin noyabr-dekabr ayları ərzində kəsilməyə uyğun gəlir. Bununla belə ağacı kəsənlər onun üzərinə quru halda ağac budaqları qoymuşdular ki, ağacın çoxdan kəsilməsi görüntüsü yaratsınlar. Lakin həmin budaqları götürdükdən sonra ağacın kötük hissəsinə baxdıqda onun yaş halda kəsilməsini görmək olurdu. Rəfail ağacın kötük hissəsinə özünə məxsus damğanı vurduqdan sonra onun şəklini mobil telefonu ilə çəkdi. Bundan sonra Şahid3 ağac onun ərazisində kəsilmədiyi üçün oradan uzaqlaşdı və tərtib olunacaq akta imza etməkdən imtina etdi. Daha sonra idarəyə gəlmişlər. Burada Rəfail akt tərtib etmiş, həmin aktda ziyan təqribi 5000 manatdan çox idi, akta o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 imza etmişlər. Lakin sonradan Təqsirləndirilən şəxs2 ona ziyanın çox gəldiyini, bu səbəbdən də ağacın yaş deyil, quru halda kəsilməsini rəsmiləşdirməyini Rəfaildən xahiş etdi. Daha sonra Rəfail həmin ağacın quru halda kəsilməsi barədə yenidən akt tərtib edib, ziyanı az göstərdi. O isə həmin akt saxta olduğu üçün həmin akta imza etməkdən imtina etdi. Sonradan bildiyi qədəri ilə Şahid2 həmin akta imza etmişdir. Lakin Sadiq yoxlamada iştirak etməmişdir. Qeyd edilən ağacın kim(lər) tərəfindən kəsilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Hirkan Milli Parkının direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənovun 01 mart 2024-cü il tarixli 052/ü saylı Əmrinin icrası ilə əlaqədar Seyfidor meşəbəyliyinin 27 saylı dolayı ərazisində təhvilqəbul işlərinə başlanılmışdır. Belə ki, həmin dolayın sahə müfəttişi vəzifəsi Təqsirləndirilən şəxs1 alınaraq ona həvalə edilmişdir. Bu məqsədlə də 01 və 08 mart 2024-cü il tarixlərdə 27 saylı dolayda təhvil qəbul aparılmış, həmin təhvil qəbulda o da iştirak edərək müvafiq aktlar tərtib edib sonda imzalamışdır. Təhvil təslim zamanı qanunsuz qırıntılar aşkar edilmişdir. Cinayət işinin İİİ cildinin 11-12-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 26 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer, Lənkəran rayonu, Daşdatük kəndi ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının ərazisidir. Baxışda iştirak edən Hirkan Milli Parkının hüquqşünası, eyni zamanda, Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin sahə müfəttişi vəzifəsini icra edən Nümayəndə bildirdi ki, “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayı 21, 22, 25, 26 və 27 saylı kvartallardan ibarət olmaqla 704 ha-dır. 21-cı kvartal 156 hektar, 22- ci kvartal 159 hektar, 25-ci kvartal 162 hektar, 26-cı kvartal 147 hektar və 27-ci kvartal 80 hektardan ibarətdir. Baxış zamanı müəyyən edildi ki, 27 saylı dolayın 21, 22 və 25 saylı dolaylarında 1 ədəd vələs cinsindən 40 sm diametrində yaş kök üstə, 2 ədəd ağcaqayın cinsindən 40 sm diametrində yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 12 sm diametrində yaş kök üstə, 4 ədəd yalanqoz cinsindən 20 sm diametrində yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 32 sm diametrində yaş kök üstə 1,5 m hündürlükdən, 6 ədəd yalanqoz cinsindən 36 sm diametrində yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 40 sm diametrində yaş kök üstə, 3 ədəd yalanqoz cinsindən 44 sm diametrində biri yaş, biri 36 sm içi boş, biri quru kök üstə, 1 ədəd yalanqoz cinsindən 48 sm diametrində yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 52 sm diametrində yaş kök üstə, İ ədəd yalanqoz cinsindən 60 sm diametrində 1,5 metr hündürdən, 3 ədəd dəmirağac cinsindən 12 sm diametrində yaş kök üstə, 1 ədəd dəmirağac cinsindən 16 sm diametrində yaş kök üstə, 3 ədəd dəmirağac cinsindən 24 sm diametrində yaş kök üstə, 1 ədəd dəmirağac cinsindən 32 sm diametrində yaş kök üstə, 1 ədəd dəmirağac cinsindən 36 sm diametrində yaş kök üstə, 3 ədəd qızılağac cinsindən 20 sm diametrində yaş kök üstə, 3 ədəd qızılağac cinsindən 24 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 28 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 32 sm diametrində yaş kök üstə, 4 ədəd qızılağac cinsindən 36 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 40 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 48 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 52 sm diametrində yaş kök üstə, 1 ədəd vələs cinsindən 36 sm olmaqla, ümumilikdə 47 ədəd ağac qanunsuz olaraq kəsilmişdir. Həmin ağacların üzərində Hirkan Milli Parkına məxsus “QQ-201” saylı damğa vurulması aşkar edildi. Daha sonra baxış davam etdirildi və 27 saylı dolayın 26-cı kvartalında 1 ədəd fıstıq cinsindən diametri 52 sm yaş kök üstdə, 1 ədəd fıstıq cinsindən diametri 84 sm yaş kök üstdə və 1 ədəd ağcaqayın cinsindən diametri 96 sm yaş kök üstdə olmaqla cəmi üç ədəd müxtəlif cinsli ağacların qanunsuz olaraq kəsilməsi aşkar edildi. 1 ədəd fıstıq cinsindən diametri 84 sm və 1 ədəd ağcaqayın cinsindən diametri 96 sm ağacların dib kötük hissələrinin üzərində Hirkan Milli Parkına məxsus “QQ/203” saylı damğanın olması müəyyən edildi. Digər 1 ədəd fıstıq cinsindən diametri 52 sm olan ağacın üzərində isə damğa izi aşkarlanmadı. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin ağac 5 metr hündürlükdən kəsildiyi üçün damğa vurulmamışdır. Bununla bağlı həmin vaxt aktda müvafiq qeydiyyat aparılmışdır. Bundan əlavə 26-cı kvartalın ərazisində 1 ədəd ağcaqayın cinsindən 76 sm diametrində, 1 ədəd ağcaqayın cinsindən 88 sm diametrdə, 1 ədəd ağcaqayın cinsindən 88 sm diametrdə (içi 60 sm boş), 1 ədəd qızılağac cinsindən 44 sm diametrdə, 2 ədəd qızılağac cinsindən 60 sm diametrdə, 1 ədəd yalanqoz cinsindən 36 sm diametrdə, 1 ədəd Qafqaz xurması cinsindən 44 sm diametrdə olmaqla, ümumilikdə 8 ədəd ağacların qanunsuz kəsilməsi aşkar edildi. Həmin ağacların dib kötüklərinin üzərində Hirkan Milli Parkına məxsus “QQ- 201” saylı damğanın olması müəyyən edildi. Beləliklə, 26-cı kvartalında ərazisində ümumilikdə qanunsuz olaraq 11 ədəd müxtəlif diametrli və cinsli ağacların kəsilməsi aşkar edildi. Daha sonra baxış davam etdirildi və 27 saylı dolayın 27-ci kvartalında 1 ədəd ağcaqayın cinsindən olan ağacın 2 budağından bir budağının quruması və diametri 60 sm olan budağının kəsilərək doğranılıb ərazidən aparıldığı aşkar edildi. Həmin ağacın dib kötüyünün üzərində Hirkan Milli Parkına məxsus "QQ200” saylı damğanın olması müəyyən edildi. Cinayət işinin İİ cildinin 75-78-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 1 saylı X17 Mərkəzinin 02 may 2024-cü il tarixli 3-14-27-4/2- 085/2024 saylı məktubuna əlavə edilmiş 27 aprel 2024-cü il tarixli akt, həcm-qiymət cədvəli və xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı meşə dolayının 27-ci kvartalında özbaşına kəsilmiş ağac dib kötüyü 100 sm diametrində olan ağcaqayın cinsinə məxsus ağacdır. Ağacın dib kötüyünün yaş halda olması müəyyən edildi. Ağacın kəsilməsi 2023-cü ilin oktyabr-noyabr aylarına təsadüf edir. Ağacın dib kötük hissəsi “QQ-200” saylı damğa ilə damğalanmışdır. 7,672 kub netr həcmində ağcaqayın cinsindən olan ağacın yaş halda kəsilməsinə görə təbiətə dəymiş ziyan 5263,28 (beş min iki yüz altmış üç manat iyirmi səkkiz qəpik) məbləğində təşkil edir. Cinayət işinin İİ cildinin 52-55-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Daşdatük kəndi ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 27 saylı kvartahnın ərazisində qanunsuz olaraq kəsilmiş bir ədəd ağacdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Seyfidor” meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalında özbaşına kəsilmiş və onlar tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli 58 saylı Aktla rəsmiləşdirdikləri bir ədəd 100 sm diametrində ağcaqayın cinsli ağacı göstərdilər. 27 saylı kvartalda özbaşına kəsilmiş 1 (bir) ədəd ağaca baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, ağacın cinsi ağcaqayın olmaqla dib kötüyü 100 sm diametrindədir. QQ-200 nömrəli damğa ilə damğalanmışdır. Ağacın gövdə və qol budaq hissələri doğranılaraq qoruq sahəsindən aparılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 ağacda olan QQ-200 saylı damğanın xx.xx.2024-cü il tarixdə yoxlama zamanı onun tərəfindən vurulduğunu bildirdi. Baxışda iştirak edən Emin Fətullayev bildirdi ki, ağacın kəsilmə dövrü 2023-cü ilin oktyabr-noyabr aylarına təsadüf edir. Baxış zamanı ağacın dib kötüyünün yaş halda olduğu müəyyən edildi. Ağac yenidən kəsilmə yerindən ölçülüb, döş hündürlüyündə hesablandı. Həcmi 7,672 kub metr, kök üstə satış miqdarı 343,28 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 saylı Qərarının 7 saylı Əlavəsi və həmin əlavənin qeydlərinin 1-ci bəndinə əsasən hesablanmış zərər 4920,00 (dörd min doqquz yüz iyirmi) manat məbləğində təşkil edir. Beləliklə, dəymiş zərər kök üstə satış miqdarı ilə zərərin ümumi miqdarı 5263,28 (beş min iki yüz altmış üç manat iyirmi səkkiz qəpik) təşkil edir. Cinayət işinin İİ cildinin 85-86-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 08 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 45 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 72 sm diametrində işlik 1 ədəd ağacın yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Baxışda iştirak edən Xəzər Babazadə bildirdi ki, həmin ağacın dib kötüyünə və yarpaqlarına baxdıqda ağacın təqribən 2023-cü ilin yay aylarında kəsilməsini demək olar. Aşkar olunmuş ağac Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Cinayət işinin İİ cildinin 85-87-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 10 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 37 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 40 sm diametrində işlik 1 ədəd, 104 sm diametrində işlik 1 ədəd və 68 sm diametrində işlik 1 ədəd ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Baxışda iştirak edən Xəzər Babazadə və Sərraf Quliyev bildirdilər ki, həmin ağacların dib kötüklərinə və yarpaqlarına baxdıqda 40 sm diametrində ağacın təqribən 2023-cü ilin noyabr-dekabr ayları ərzində, 104 və 68 sm diametrində ağacların isə 2024-cü ilin yanvar-fevral ayları ərzində kəsilməsini demək olar. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə və Elxan Şaliyev həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdilər. Bundan əlavə, qeyd edilən kvartala baxış zamanı Hirkan Milli Parkına məxsus QQ-200 damğası ilə damğalanmış halda ağcaqayın cinsində olan 52 sm diametrində 1 ədəd (işlik, 2023-cü ilin yay aylarında) və 56 sm diametrində 2 ədəd (işlik 2023-cü ilin yay aylarında) ümumilikdə 3 (üç) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Cinayət işinin İİ cildinin 141-142-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 20 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 46 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 36 sm diametrində 1 ədəd (budaq kəsilib aparılıb, 2022-ci ilin dekabr ayı), 60 sm diametrində 1 ədəd (gövdə yanıb və təbii sınıb, içi boş 2023-cü ilin yay ayları), 64 sm diametrində 1 ədəd (aşıb, gövdə aparılıb 2023-cü ilin fevral ayı), fıstıq cinsindən 52 sm diamterində 1 ədəd (kəsilib, içi boş, gövdə yerində, 2023-cü ilin yay ayları), 72 sm diametrində 1 ədəd (budaq qırılıb, aparılıb, 2023-cü ilin qış ayları) və ağcaqayın cinsindən 88 sm diametrində 1 ədəd (kəsilib kök üstdə, gövdə aparılıb, 2024-cü ilin yanvar ayı) ağacların yaş halda kəsildiyi müəyyən olundu. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Cinayət işinin İİİ cildinin 13-14-cц vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 27 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 29 saylı dolayının 36 və 37-ci saylı kvartallarının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 48 sm diametrində odunluq 1 ədəd (köhnə), 56 sm diametrində odunluq 1 ədəd (gövdədən zədə), 84 sm diamterində işlik 1 ədəd (köhnə), 32 sm diametrində odunluq 1 ədəd (budaq köhnə), ağcaqayın cinsindən 64 sm diametrində işlik 1 ədəd (təzə 2023) və 60 sm diamterində odunluq 1 ədəd (köhnə) ağacların yaş halda kəsildiyi müəyyən olundu. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Cinayət işinin İİ cildinin 134-140-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 13 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Lənkəran rayonu, Biləsər kəndi ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 49, 51 və 52 saylı kvartallarının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd, 44 sm diametrində odunluq 1 ədəd, 48 sm diameterində yarım işlik 2 ədəd, 80 sm diametrində işlik 2 ədəd, 84 sm diametrində işlik 1 ədəd, ağcaqayın cinsindən 68 diametrində işlik 1 ədəd, palıd cinsindən 28 sm diametrində odunluq 1 ədəd, ümumilikdə 9 (doqquz) ədəd ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Baxışda iştirak edən Sərraf Quliyev bildirdi ki, həmin ağacların dib kötüklərinə və yarpaqlarına baxdıqda ağacların təqribən 2023-cü ilin yay aylarında kəsilməsini demək olar. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-203 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdi. Bundan əlavə, qeyd edilən kvartallara baxış zamanı Hirkan Milli Parkına məxsus QQ-200 damğası ilə damğalanmış halda qızılağac cinsindən olan 44 sm diametrində 2 ədəd, 60 sm diametrində 1 ədəd, 64 sm diametrində 1 ədəd, 68 sm diametrində 2 ədəd, 88 sm diametrində 1 ədəd, ümumilikdə 7 (yeddi) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Cinayət işinin İİİ cildinin 1-2-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 51ci kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd (2024-cü ilin fevral ayı), 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində yarım işlik 2 ədəd (2023-cü ilin yay və payız aylarında), 60 sm diametrində ikisi odunluq, biri isə yarım işlik 3 ədəd (2023-cü ilin yay aylarında), 68 sm diametrində işlik 2 ədəd (2023-cü ilin payız aylarında), 72 sm diametrində işlik 2 ədəd (2023-cü ilin yay aylarında), 80 sm diametrində işlik 1 ədəd (2023-cü ilin payız aylarında), vələs cinsindən 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 60 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), palıd cinsindən 60 sm diametrindən odunluq 1 ədəd (2023-cü ilin payız ayları), Qafqaz xurması cinsindən 40 sm diametrində 1 ədəd 2023-cü ilin yay ayları, yerində), ümumilikdə 17 (on yeddi) ədəd müxtəlif cinsli və diametrli ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Bundan əlavə müəyyən edildi ki, qızılağac cinsindən 92 sm diametrində 1 ədəd yıxılmış ağac (işlik) aparılmışdır. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdi. Cinayət işinin İİİ cildinin 37-38-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 31 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyinin 30 saylı dolayının 51 saylı kvartalının ərazisidir. Baxış zamanı əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş (qeydiyyata alınmamış) fıstıq cinsindən 36 sm diametrində yarım işlik 1 ədəd (2023-cü ilin yay aylarında), 140 sm diametrində işlik 1 ədəd (2023-cü ilin yay aylarında), vələs cinsindən 46 sm odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), qoz cinsindən 42 sm diametrində yarım işlik 1 ədəd, Qafqaz xurması cinsindən 64 sm diametrində (2023-cü ilin payız-qış aylarında), ümumilikdə 5 (beş) ədəd müxtəlif cinsli və diametrli ağacların yaş halda kəsildiyi və ərazidən aparıldığı müəyyən olundu. Aşkar olunmuş ağaclar Nümayəndə məxsus QQ-201 damğası ilə damğalandı. Baxışda iştirak edən Nümayəndə həmin ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmadığını bildirdi. Bundan əlavə, qeyd edilən kvartala baxış zamanı Hirkan Milli Parkına məxsus QQ- 200 damğası ilə damğalanmış halda fıstıq cinsində olan 60 sm diametrində 1 ədəd (işlik, 2023-cü ilin yay aylarında) və 68 sm diametrində 1 ədəd (işlik 2023-cü ilin yay aylarında) ümumilikdə 2 (iki) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Cinayət işinin İİ cildinin 35-39-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkının balansında olan “Damğaların verilməsi barədə məlumat” jurnalına xx.xx.2024-cü il tarixli «baxış keçirilməsi barədə» protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 “QQ-200” nömrəli damğa təhkim edilmiş, xx.xx.2024-cü il tarixdə isə damğa Təqsirləndirilən şəxs1 geri alınmışdır. Cinayət işinin İ cildinin 104-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkının direktoru Vüsal Həsənovun 15 fevral 2024-cü il tarixli 045/ü saylı Əmrindən görünür ki, Hirkan Milli Parkının bütün meşəbəylikləri üzrə mühafizə rejiminə əməl olunması, mühafizə rejiminin düzgün təşkil edilməsini araşdırmaq məqsədi ilə özünün sədrliyi ilə Milli Parkın işçilərindən ibarət komissiya yaradılmışdır. Cinayət işinin İİ cildinin 22-23-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkından rayon prokurorluğunda daxil olmuş 13 mart 2024-cü il tarixli 072/HMP saylı məktubdan görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 85,622 kub metr həcmində müxtəlif cinsdə və diametrdə 55 ədəd ağacın qanunsuz kəsilməsi və 05 ədəd təbii şəkildə aşmış ağacın qanunsuz aparılması nəticəsində təbiətə 13736,17 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin İ cildinin 24-28-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkı tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli 58 saylı akt və ona əlavə edilmiş Həcm-Qiymət cədvəlinə əsasən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalında 1 ədəd 6,81 m3 həcmində 100 sm diametrində ağcaqayın cinsli ağacın quru halda qanunsuz kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 30,40 (otuz manat qırx qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İ cildinin 29-31-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkı tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli nömrəsiz akt və ona əlavə edilmiş Həcm-Qiymət cədvəlinə əsasən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalında 1 ədəd 6,82 m3 həcmində ağcaqayın cinsli ağacın 60 sm diametri olan budağın qanunsuz kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 229,72 (iki yüz iyirmi doqquz manat yetmiş iki qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İ cildinin 32-45-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkı tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli nömrəsiz akt və ona əlavə edilmiş Həcm-Qiymət cədvəllərinə əsasən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayının 22 və 25-ci kvartallarında qızılağac cinsindən 20 sm diametrdə 1 ədəd, 24 sm diametrdə 1 ədəd, 32 sm diametrdə 1 ədəd, 36 sm diametrində 1 ədəd, yalanqoz cinsindən 20 sm diametrində 1 ədəd, 36 sm diametrində 1 ədəd, 40 sm diametrində 1 ədəd, 44 sm diametrində 1 ədəd (36 sm içi boş), vələs cinsindən 36 sm diametrində 1 ədəd və ağcaqayın cinsindən 40 sm diametrində 1 ədəd olmaqla, ümumilikdə 11,36 m3 həcmində 10 ədəd ağacların qanunsuz kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 505,12 (beş yüz beş manat on iki qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İ cildinin 46-52-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkı tərəfindən tərtib edilmiş 19 fevral 2024-cü il tarixli 64 saylı akt və ona əlavə edilmiş Həcm-Qiymət cədvəllərinə əsasən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayının 26-cı kvartalında 1 ədəd fıstıq cinsli diametri 52 sm, 1 ədəd fıstıq cinsli diametri 84 sm və 1 ədəd ağcaqayın cinsli diametri 96 sm olmaqla, ümumilikdə 13,77 m3 həcmində 03 ədəd ağacların qanunsuz kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 6619,91 (altı min altı yüz on doqquz manat doxsan bir qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İ cildinin 53-64-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkı tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli Təhvil-qəbul aktı və ona əlavə edilmiş Həcm-Qiymət cədvəllərinə əsasən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayının 26-cı kvartalında 1 ədəd ağcaqayın cinsindən 76 sm diametrində son bir ayda dib kök hissəsindən kəsilərək aparılmış, 1 ədəd ağcaqayın cinsindən 88 sm diametrdə kökdən çıxmış son 1-2 ayda doğranılaraq aparılmış, 1 ədəd ağcaqayın cinsindən 88 sm diametrdə (içi 60 sm boş) kəsilərək aparılmış, 1 ədəd qızılağac cinsindən 44 sm diametrdə dib kökündən kəsilərək aparılmış, 2 ədəd qızılağac cinsindən 60 sm diametrdə kökdən çıxmış doğranılaraq aparılmış, 1 ədəd yalanqoz cinsindən 36 sm diametrdə doğranılaraq ərazidə qalmış, 1 ədəd Qafqaz xurması cinsindən 44 sm diametrdə köhnədən müdaxilə olunmuş yıxılaraq doğranılmış ağacların ərazidə qaldığını, ümumilikdə 24,447 m3 həcmində 08 ədəd ağacların qanunsuz kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 3478,62 (üç min dörd yüz yetmiş səkkiz manat altmış iki qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İİİ cildinin 65-102-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkı tərəfindən tərtib edilmiş 08 mart 2024-cü il tarixli Təhvil-qəbul aktı və ona əlavə edilmiş Həcm-Qiymət cədvəllərinə əsasən Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı dolayının 21 və 22-ci kvartallarında 1 ədəd vələs cinsindən 40 sm diametrində yaş kök üstə, 1 ədəd ağcaqayın cinsindən 40 sm diametrindən yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 12 sm diametrində yaş kök üstə, 3 ədəd yalanqoz cinsindən 20 sm diametrində yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 32 sm diametrində yaş kök üstə 1,5 m hündürlükdən, 5 ədəd yalanqoz cinsindən 36 sm diametrində yaş kök üstə, 2 ədəd yalanqoz cinsindən 44 sm diametrində biri yaş, biri quru kök üstə, 1 ədəd yalanqoz cinsindən 48 sm diametrində yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 52 sm diametrində yaş kök üstə, 1 ədəd yalanqoz cinsindən 60 sm diametrində 1,5 metr hündürlükdən, 3 ədəd dəmirağac cinsindən 12 sm diametrində yaş kök üstə, 1 ədəd dəmirağac cinsindən 16 sm diametrində yaş kök üstə, 3 ədəd dəmirağac cinsindən 24 sm diametrində yaş kök üstə, 1 ədəd dəmirağac cinsindən 32 sm diametrində yaş kök üstə, 1 ədəd dəmirağac cinsindən 36 sm diametrində yaş kök üstə, 2 ədəd qızılağac cinsindən 20 sm diametrində yaş kök üstə, 2 ədəd qızılağac cinsindən 24 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 28 sm diametrində yaş kök üstə, 3 ədəd qızılağac cinsindən 36 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 40 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 48 sm diametrində yaş kök üstə, 1 ədəd qızılağac cinsindən 52 sm diametrində yaş kök üstə olmaqla, ümumilikdə 22,425 m3 həcmində 37 ədəd ağacın qanunsuz kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 2858,40 (iki min səkkiz yüz əlli səkkiz manat qırx qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İV cildinin 17-51-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 07 iyun 2024-cü il tarixli 84306 saylı Aktından və ona əlavə edilmiş həcm qiymət cədvəlindən görünür ki, 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayına kimi müxtəlif vaxtlarda müxtəlif növdə və diametrdə olan ağacların - qızılağac cinsli diametri 40 sm bir ədəd işlik aparılmış, 68 sm bir ədəd işlik aparılmış, 72 sm bir ədəd işlik aparılmış, 104 sm bir ədəd işlik aparılmış, ağcaqayın cinsli diametri 64 sm bir ədəd yarımişlik aparılmış, 88 sm bir ədəd yarımişlik aparılmış, fıstıq cinsli diametri 52 sm bir ədəd yerində olmaqla, ümumilikdə 7 (yeddi) ədəd ağacın kəsilməsi, qızılağac cinsli diametri 60 sm bir ədəd odunluq, fıstıq cinsli diametri 72 sm bir ədəd odunluq olmaqla ümumilikdə iki ədəd təbii şəkildə yıxılmış ağacların qanunsuz aparılması nəticəsində təbiətə 7612,82 (yeddi min altı yüz on iki manat səksən iki qəpik) məbləğində ziyan dəymişdir. Bundan əlavə, 29 saylı dolaya baxış zamanı Hirkan Milli Parkına məxsus QQ-200 damğası ilə damğalanmış halda ağcaqayın cinsində olan 52 sm diametrində 1 ədəd (işlik, 2023-cü ilin yay aylarında) və 56 sm diametrində 2 ədəd (işlik 2023-cü ilin yay aylarında) ümumilikdə 3 (üç) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Araşdırma zamanı Hirkan Milli Parkı tərəfindən təqdim edilən sənədlərdən məlum olmuşdur ki, həmin ağaclardan ağcaqayın cinsli 56 sm diametrində olan bir ədəd ağacın üzərinə 2023-cü ilin yay aylarında “QQ-200” damğası vurulsa da həmin ağac qeydiyyata götürülməmiş və sənədləşdirilməmişdir. Bu səbəbdən araşdırma zamanı həmin ağaca görə 334,95 (üç yüz otuz dörd manat doxsan beş qəpik) məbləğində ziyan hesablanmışdır. Cinayət işinin İV cildinin 57-99-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 11 iyun 2024-cü il tarixli 84295 saylı Aktından və ona əlavə edilmiş həcm qiymət cədvəlindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının 51 saylı kvartalında 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayına kimi müxtəlif vaxtlarda müxtəlif növdə və diametrdə olan ağacların - qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd (2024-cü ilin fevral ayı), 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində yarım işlik 2 ədəd (2023-cü ilin yay və payız aylarında), 60 sm diametrində ikisi odunluq, biri isə yarım işlik 3 ədəd (2023-cü ilin yay aylarında), 68 sm diametrində işlik 2 ədəd (2023-cü ilin payız aylarında), 72 sm diametrində işlik 2 ədəd (2023-cü ilin yay aylarında), 80 sm diametrində işlik 1 ədəd (2023-cü ilin payız aylarında), vələs cinsindən 52 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 56 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), 60 sm diametrində odunluq 1 ədəd (2023-cü ilin yay aylarında), palıd cinsindən 60 sm diametrindən odunluq 1 ədəd (2023-cü ilin payız ayları), Qafqaz xurması cinsindən 40 sm diametrində 1 ədəd 2023-cü ilin yay ayları, yerində), fıstıq cinsindən 36 sm diametrində yarım işlik 1 ədəd (2023-cü ilin yay aylarında), 140 sm diametrində işlik 1 ədəd (2023-cü ilin yay aylarında), vələs cinsindən 46 sm odunluq 1 ədəd (2023-cü ilin yaya aylarında), qoz cinsindən 42 sm diametrində yarım işlik 1 ədəd, Qafqaz xurması cinsindən 64 sm diametrində (2023-cü ilin payız-qış aylarında), ümumilikdə 22 (iyirmi iki) ədəd müxtəlif cinsli və diametrli ağacların yaş halda qanunsuz olaraq kəsilməsi və ərazidən aparılması, eləcə də qızılağac cinsindən 92 sm diametrində 1 ədəd yıxılmış ağacın (işlik) aparılması nəticəsində təbiətə 13776 (on üç min yeddi yüz yetmiş altı manat) məbləğində ziyan dəymişdir. Bundan əlavə, qeyd edilən kvartala baxış zamanı Hirkan Milli Parkına məxsus QQ-200 damğası ilə damğalanmış halda fıstıq cinsində olan 60 sm diametrində 1 ədəd (işlik, 2023-cü ilin yay aylarında) və 68 sm diametrində 1 ədəd (işlik 2023-cü ilin yay aylarında) ümumilikdə 2 (iki) ədəd ağacın kəsilərək əvvəlki illərdə ərazidən aparıldığı müəyyən edildi. Araşdırma zamanı Hirkan Milli Parkı tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin ağaclardan fıstıq cinsli diametri 68 sm bir ədəd ağacın üzərinə “QQ- 200” saylı damğa vurulsa da həmin ağac qeydiyyata götürülməmiş və rəsmiləşdirilməmişdir. Bu səbəbdən araşdırma zamanı həmin ağaca görə 22,69 (iyirmi iki manat altmış doqquz qəpik) məbləğində ziyan hesablandı. Cinayət işinin İİİ cildinin 212-220-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 may 2024-cü il tarixli 00073 saylı Aktından və ona əlavə edilmiş həcm qiymət cədvəlindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı dolayının 49, 51 və 52 saylı kvartallarının ərazisində qızılağac cinsindən 40 sm diametrində odunluq 1 ədəd, 44 sm diametrində odunluq 1 ədəd, 48 sm diameterində yarım işlik 2 ədəd, 80 sm diametrində işlik 2 ədəd, 84 sm diametrində işlik 1 ədəd, ağcaqayın cinsindən 68 diametrində işlik 1 ədəd, palıd cinsindən 28 sm diametrində odunluq 1 ədəd, ümumilikdə 9 (doqquz) ədəd ağacların yaş halda kəsilməsi və ərazidən aparılması nəticəsində təbiətə 6784,14 (altı min yeddi yüz səksən dörd manat on dörd qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İİ cildinin 77-78-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkından rayon prokurorluğuna 03 may 2024-cü il tarixli 143/HMP saylı məktubla daxil olmuş 15 fevral 2024-cü il tarixli 58 saylı aktın əsli və ona əlavə edilmiş Həcm-Qiymət cədvəlinə əsasən Seyfidor meşəbəyliyinin 27 saylı dolayının 27-ci kvartalının ərazisində bir ədəd 100 sm diametrində 6,81 kub metr həcmində ağcaqayın cinsli ağacın quru halda halda qanunsuz kəsilib aparılmasına görə təbiətə 30,40 (otuz manat qırx qəpik) məbləğində ziyan dəymişdir. Cinayət işinin İV cildinin 123-126-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 sentyabr 2024cü il tarixli 19/648 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Hirkan Milli Parkının təqdim etdiyi aktlara və ona əlavə edilmiş həcm qiymətləndirməsi cədvəllərinə əsasən, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27, 29 və 30 saylı meşə dolayından müxtəlif cinsli və diametrli olan ağacların qanunsuz kəsilməsi və aşmış ağacların doğranılaraq daşınması nəticəsində AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 saylı qərarına və bu qərara əlavə edilmiş xx.xx.2019-cu il tarixli 30 saylı qərarına əsasən, təbiətə dəymş ziyanın ümumi məbləği 47128,01 manat müəyyən edilir. O cümlədən: Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27 saylı meşə dolayından 86,484 kub metr həcmində müxtəlif cinsli və müxtəlif diametrli 55 ədəd ağacın qanunsuz kəsilməsi və 5 ədəd aşmış ağacın doğranılaraq daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği - 18955,05 manat; Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 29 saylı meşə dolayından 27,878 kub metr həcmində müxtəlif cinsli və müxtəlif diametrli 7 ədəd ağacın qanunsuz kəsilməsi və 2 ədəd aşmış ağacın doğranılaraq daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği - 6712,82 manat; Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 30 saylı meşə dolayından 67,922 kub metr həcmində müxtəlif cinsli və müxtəlif diametrli 31 ədəd ağacın qanunsuz kəsilməsi və 1 ədəd aşmış ağacın doğranılaraq daşınması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği - 20560,14 manat. Cinayət işinin İİ cildinin 71-73-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 01 may 2024-cü il tarixli Ç-HM/4024-050 saylı məktubundan görünür ki, meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında yanğın təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək yanğınların ətraf ərazilərə genişlənməməsinin və intensivləşməməsinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədi ilə bu ərazilərin yaşayış məntəqələri, biçənək və taxıl zəmiləri ilə bitişik hissələrinin qurumuş oduncaq qalıqlarından və otlardan təmizlənməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 586/Ü saylı əmri ilə həyata keçirilir. Belə ki, Milli Parkın sahə müfəttişlərinin məlumatlarına əsasən təbii fəlakət nəticəsində sınmış və yıxılmış oduncaq qalıqları barədə 1 saylı X21 Mərkəzinə rəsmi məlumatlar verilir və Mərkəz tərəfindən oduncaqların daşınması, satışı həyata keçirilir. Cinayət işinin İİ cildinin 144-254-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X3 Xidmətinin 13 may 2024-cü il tarixli 3-14-21/2- 373/2024 saylı məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən Hirkan Milli Parkının ərazisində 01 yanvar 2023-cü il tarixdən hazırkı vaxtadək qanunsuz ağac kəsilməsi faktları üzrə aparılmış bütün yoxlamaların nəticələrinə dair tərtib olunmuş sənədlərdən görünür ki, Milli Parkın Seyfidor meşəbəyliyinin 27, 29 və 30 saylı dolaylarında istintaq müddətində qanunsuz olaraq kəsilməsi və daşınması aşkar edilmiş müxtəlif cinsdə və diametrdə olan ağaclar həmin idarə tərəfindən aşkar edilməmişdir. Cinayət işinin İİİ cildinin 34-36-cı vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsi ilə Lənkəran rayon prokurorluğuna daxil olmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2024cü il tarixli 3-14/2-2109-D-xx-xx/2024 saylı məktubundan görünür ki, Hirkan Milli Parkı tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixləri ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizə rejiminə əməl olunması vəziyyətinin yoxlanılması məqsədi ilə mütəmadi yoxlamalar aparılmış və ümumilikdə 779 akt və 2 inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bunlardan 12 fakt üzrə törədilmiş əməl cinayət tərkibi yaratdığından hüquqi qiymətin verilməsi məqsədi ilə, 14 fakt üzrə qanunpozanın müəyyən olunması məqsədi ilə hüquq mühafizə orqanlarına gönədirlmişdir. Mövcud qanunvericiliyə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərində (Hirkan Milli Parkında) meşə əkinlərinin təşkil olunmasına və meşə fondundan istifadə, yəni qırma sahələrinin ayrılmasına yol verilmir. İstisna olaraq, parkın ərazisində 40 qazlaşmamış yaşayış məntəqəsinin olmasını və əhalinin odun yanacağı ilə təmin olunmasının vacibliyini nəzərə alaraq, eyni zamanda parkın ərazisində baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədi ilə ərazidə mövcud olan təbii fəlakət nəticəsində yıxılmış və ya sınmış ağacların hesabına, rəsmi icazə (meşə buraxılış orderi) əsasında 543 kub metr həcmində odun tədarük olunmuş və vətəndaşlara verilməsi təmin olunmuşdur. Cinayət işinin İİ cildinin 57-69-cu vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 1 saylı X17 Mərkəzinin 23 aprel 2024-cü il tarixli 3-14-27-4/2- 076/2024 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Lənkəran rayonu, Daşdatük kənd sakinləri X20, X23 və X8 1 saylı RMTM tərəfindən 2023-cü il ərzində meşəqırma bleti və buraxılış orderi verilməmişdir. 1 saylı RMTM tərəfindən Hirkan Milli Parkı ərazisinə yazılan meşə məhsullarının buraxılış orderləri barədə məlumat cədvəlinin 133-cü sırasına əsasən Lənkəran rayonu, Daşdatük kənd sakini X13 034298 saylı buraxılış orderi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 kub metr həcmində 60 manat məbləğində oduncaq götürülməsinə icazə verilmişdir. Cinayət işinin İİ cildinin 99-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 29 avqust 2016-cı il tarixli 152/k saylı Əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd edilən tarixdən Hirkan Milli Parkına 3 ay sınaq müddətinə mühafizə yegeri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İİ cildinin 98-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkının sabiq direktoru Aqil Sucayev tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli 099/ü saylı Əmrin surətindən görünür ki, mühafizə yegeri Təqsirləndirilən şəxs1 Seyfidor meşəbəyliyində vakant olan sahə müfəttişi vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq həvalə edilmişdir. Həmin əmrlə də Təqsirləndirilən şəxs1 “QQ-200” saylı damğa təhkim edilmişdir. Cinayət işinin İİİ cildinin 49-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli 159/k saylı əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Seyfidor meşəbəyliyinin 25 saylı dolayının mühafizə yegeri vəzifəsi həvalə edilmişdir. Cinayət işinin İİİ cildinin 48-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 01 mart 2024-cü il tarixli 052/ü saylı əmrin surətindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin mühafizəsi tapşırılmış Təqsirləndirilən şəxs1 qeyd edilən meşəbəyliyə nəzarət edilməsi dayandırılmış və hüquqşünas Nümayəndə həvalə edilmişdir. Həmin əmrlə Seyfidor meşəbəyliyinin 27 saylı dolayının mühafizəsi mühafizə yegeri Təqsirləndirilən şəxs1 həvalə edilmişdir. Cinayət işinin İİ cildinin 102-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 24 iyun 2019-cu il tarixli 099/k saylı Əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən tarixdən Hirkan Milli Parkına mühafizə yegeri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin İİ cildinin 103-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkının direktor əvəzi Vüsal Həsənovun 01 mart 2024-cü il tarixli 049/ü saylı Əmrinin surətindən görünür ki, Seyfidor meşəbəyliyinin 27 saylı dolayının mühafizə yegeri Təqsirləndirilən şəxs2 əmək funskiyasını tam və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Cinayət işinin İİ cildinin 111-112-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkının direktor əvəzi Vüsal Həsənovun 19 dekabr 2023-cü il tarixli 177/ü saylı Əmrin surətindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin mühafizəsinə nəzarət edən 25 saylı dolayının mühafizə yegeri Təqsirləndirilən şəxs1 07 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək 65 gün müddətinə komissiyanın tərkibinə seçildiyinə görə əsas iş yeri üzrə əmək haqqı saxlanılmaq şərti ilə iş yerində fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Seyfidor meşəbəyliyinin 31 saylı dolayının sahə müfəttişi Şahid1 Seyfidor meşəbəyliyinin mühafizəsinə müvəqqəti olaraq nəzarət etməsi həvalə edilmişdir. Cinayət işinin İİ cildinin 109-cu vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkının direktor əvəzi Vüsal Həsənovun 10 yanvar 2024-cü il tarixli 011/ü saylı Əmrin surətindən görünür ki, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin mühafizəsinə nəzarət edən 25 saylı dolayının mühafizə yegeri Təqsirləndirilən şəxs1 07 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək 65 gün müddətinə komissiyanın tərkibinə seçildiyinə görə əsas iş yeri üzrə əmək haqqı saxlanılmaq şərti ilə iş yerində fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Sahə müfəttişi X2 Seyfidor meşəbəyliyinin mühafizəsinə müvəqqəti olaraq nəzarət etməsi həvalə edilmişdir. Cinayət işinin İİİ cildinin 177-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Hirkan Milli Parkından rayon prokurorluğuna daxil olmuş 17 iyul 2024-cü il tarixli 215/HMP saylı məktubdan görünür ki, 2019-cu il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 60,37 kub metr həcmində, 1048,31 manat miqdarında olmaqla 56 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 29 və 30 saylı dolayların ərazisində qanunsuz ağackəsmə faktı qeydə alınmamışdır. 2020-ci il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 305,37 kub metr həcmində, 1073,30 manat miqdarında olmaqla 24 ədəd, 29 saylı dolayın ərazisində 4,02 kub metr həcmində, 233,51 manat miqdarında olmaqla 2 ədəd, 30 saylı dolayın ərazisində isə 6,08 kub metr həcmində, 1687,20 manat miqdarında olmaqla 2 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 2021-ci il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 11,13 kub metr həcmində, 3471,20 manat miqdarında olmaqla 10 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 29 və 30 saylı dolayların ərazisində qanunsuz ağackəsmə faktı qeydə alınmamış və 2022-ci il ərzində Seyfidor meşəbəyliyinin 27 saylı dolayının ərazisində 13,74 kub metr həcmində, 775,86 manat miqdarında olmaqla 18 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 29 saylı dolayın ərazisində 22,58 kub metr həcmində, 7239,19 manat miqdarında olmaqla 10 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi, 30 saylı dolayın ərazisində isə 19,35 kub metr həcmində, 2959,67 manat miqdarında olmaqla 11 ədəd müxtəlif cinsli və diametrli ağacların kəsilməsi faktları qeydə alınmışdır. Cinayət işinin İV cildinin 154-cü vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran ŞRPŞ-dən rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13- 96/2-23924/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 2023-cü ilin yay aylarından 2024-cü ilin mart ayınadək olan müddətdə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 27, 29 və 30 saylı dolaylarında müxtəlif cinsdə və diametrdə olan ağadan qanunsuz kəsən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin İİ cildinin 82-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 10 iyun 2024-cü il tarixli 2-2-161/2-047868/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DİN-nin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin İİİ cildinin 67-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 12/26- 368 nömrəli arayışdan görünür ki, Əzizov X5 rayonu, Daşdatük kəndi ərazisində arvadı X14, qızları X15 (2008-ci il təvəllüdlü), X9 (2012-ci il təvəllüdlü), X24 (2017-ci il təvəllüdlü) və oğlu X25 (2009-cu il təvəllüd) ilə birgə yaşayır. Cinayət işinin İİİ cildinin 68-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 12/26- 360 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işinin İV cildinin 121-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 12/26-568 nömrəli arayışdan görünür ki, Məmmədli X6 rayonu, Daşdatük kəndi ərazisində atası X10və anası X7 ilə birgə yaşayır. Cinayət işinin İV cildinin 122-ci vərəqində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Lənkəran rayon İcra Hakimiyyəti başçısının Xanbulan inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 12/26-568 xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işinin V cildinin 1-4-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən CM-nin 259.2.4 və 314.1-ci maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin V cildinin 45-47 və 73-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin V cildinin 21-23 və 43-cü vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 308.1 və 313-cü maddələri ilə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə ittiham elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs1 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ifadə digər təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, iş materiallarında olan sübut əhəmiyyətinə malik sənədlərlə də tam təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsini işin məhkəmədə müəyyən olunan halları ilə üst-üstə düşməyən, əsaslı sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirərək həmin ifadəni iş üzrə sübut kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. CM-nin 308.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 308.2-ci maddəsinə əsasən, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 308-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən arbitrlər, xarici andlı iclasçılar CM-nin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair» Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəzifəli şəxs olmaları qeyd olunan normalar baxımından əsaslıdır. Bu hal müvafiq əmrlərlə tam təsdiq olunur. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 308.2 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələdə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi, eləcə də başqa cinayəti ört-basdır etmək üçün cinayət törətməsi CM-nin 61.1.3 və 61.1.6-cı maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladlarının olması 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə CM-nin 59.2-ci maddəsinə onun cəzasını yüngülləşdirən halllar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətlər törətməsi, eləcə də başqa cinayəti ört-basdır etmək üçün cinayət törətməsi CMnin 61.1.3 və 61.1.6-cı maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçılarının ifşa edilməsinə yönəlmiş ifadələr verməklə əməlini etiraf etməsi, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin edərkən cəzanın fərdiləşdirilməsi prinsipindən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxslərə eyni cəzanın təyin edilməsi ədalət prinsipinə zidd ola bilər. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin xarakteri, yəni vəzifə səlahiyyətindən sui-istifadə etməklə cinayət törətməsi və bu əməl nəticəsində təbiətə ziyan vurulmaqla ağır nəticələrə səbəb olması, xüsusilə bu halın aradan qaldırılması ilə bağlı hər hansı addım atılmaması, onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, yəni müəyyən müddət cəmiyyətdən təcrid edilməsini şərtləndirir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən isə onun tərəfindən törədilmiş cinayətin xarakterinin, yəni yəni vəzifə səlahiyyətindən sui-istifadə etməklə cinayət törətməsi və bu əməl nəticəsində təbiətə ziyan vurulması qəbul edilməklə yanaşı ziyanın ağır nəticələrə səbəb olmaması, xüsusilə törətdiyi əməldən peşman olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmiş cinayətinin digər iştirakçının ifşa olunmasına köməklik göstərməsi kimi hallar da mütləq nəzərə alınmalı hallardır. Məhz bu baxımdan məhkəmə hesab edir ki, digər təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2da azadlıqdan məhrum edilməsi, cəmiyyətdən müəyyən müddətə təcrid edilməsi onun tərəfindən edilmiş islah yönümlü davranışların (əməlini etiraf etmə, digər iştirakçıları ifşa etmə) hər hansı əhəmiyyət kəsb etməyən hal kimi qəbul edilməsi, eləcə də ədalət prinsipinin pozulması ilə nəticələnə bilər. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini qanuni, ədalətli və ağlabatan hesab edir. CM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 66.2-ci maddəsinə əsasən, Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-nin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında » 25 iyun 2023-cü il tarixli Qərarının 26-cü bəndində göstərilmişdir ki, « Məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir.Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır.» Göstərilən normalara əsasən, məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxsə əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzsı təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəslərində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı, hökmün çıxdığı gündən, yəni 13 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi qənaətinə gəldiyindən hesab edir ki, ona təqsirləndirildiyi CM-nin 308.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 313-cü maddəsi ilə isə islah işləri cəzasına məhkum edilməlidir. CM-nin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında » 25 iyun 2023-cü il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, «Qanun cinayətlərin məcmusu üzrə müxtəlif növ cəzaların toplanılmasını istisna etmədiyindən, belə hallarda Cinayət Məcəlləsinin 68-ci maddəsində təsbit edilən qaydalar tətbiq edilməlidir. Cinayətlərdən birinə görə cərimə, digərinə görə daha ağır cəza növü təyin edilirsə, əgər cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayət daxildirsə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq qəti cəza cərimə və daha ağır cəzanın tam və yaxud qismən toplanılması yolu ilə təyin edilir. Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Cərimə, habelə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzalarının ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə toplanılması zamanı bu cəzaların vahid cəzaya çevrilməsi mümkün olmadığından, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar (o cümlədən qəti olaraq təyin olunmuş cərimə və daha ağır cəza) müstəqil icra olunmalı, hökmün nəticəvi hissəsində buna dair müddəa əks etdirilməlidir». Göstərilənlənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin qeyd olunan maddələrinə əsasən qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti müştərək qaydada- hər birindən 25 manat müəyyəm edilib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Hirkan Milli Parkı tərəfindən verilmiş mülki iddia tam təmin edilməli və 18955.05 manat məbləğində pul müştərək qaydada -9477,525 manat Təqsirləndirilən şəxs1, 9477,525 manat Təqsirləndirilən şəxs2- tutularaq Hirkan Milli Parkının hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməllərini törətməkdə təqsirli bilinərək CM-in 308.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 313-cü maddəsi ilə 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı 13 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan əməllərini törətməkdə təqsirli bilinərək CM-in 308.1-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına və CM-in 313-cü maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətinə islah işləri cəzasına məhkum edilsin. CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər hesablanmaqla 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin və CM-nin 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə məsrəf 50 manat məbləğində pul vəsaiti müştərək qaydada- hər birindən 25 manat müəyyən edilib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mülki iddia tam təmin edilsin və 18955.05 manat məbləğində pul müştərək qaydada - 9477,525 manat Təqsirləndirilən şəxs1, 9477,525 manat Təqsirləndirilən şəxs2 tutularaq Hirkan Milli Parkının hesabına ödənilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar