Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-220/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, 2024-cü ilin mart ayın sonlarında Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün xeyli miqdarda, 19 (on doqquz) ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri - 0,347 qram, 0,186 qram, 0,194 qram, 0,086 qram, 0,089 qram, 0,179 qram, 0,041 qram, 0,087 qram, 0,224 qram, 0,066 qram, 0,016 qram, 0,024 qram, 0,042 qram, 0,032 qram, 0,062 qram, 0,067 qram, 0,099 qram, 0,075 qram, 0,046 qram, ümumi təmiz çəkisi 1,962 qram ağ rəngli kristallardan ibarət xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən 26 aprel 2024-cü il tarixdə saat 18:15 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki pencəyinin sağ yan cibində bir ədəd kibrit qutusunun içərisindən qeyd edilən bükümlərdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Lənkəran rayonu Velədi kəndində yerləşən “Sitrus” bazarında meyvə alveri ilə məşğul olur. Astara rayonundan gətirilən sitrus meyvələrini alıb, biraz baha qiymətə satıb dolanır. 2024-cü ilin aprel ayın əvvəllərinə qədər meyvə alıb satır. Özü əvvəllər bir dəfə məhkum olunmuşdur. 1999-cu ildə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuiş və 2005-ci ildə cəzadan azad olunmuşdur. Daha sonra məhkum olunmamışdır. Həmin vaxtdan sonra narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Sitrus bazarında alver edən zaman Astara rayon sakini adını ona Rahim kimi deyən şəxslə tanış olmuşdur. Rahim özü bir neçə dəfə bazara sitrus meyvələri gətirmişdir. Rahimdən bir neçə dəfə sitrus meyvələri aldığı üçün tanış olmuşdur. Hərdən Rahim bazara gəlib görüşürmüşlər. Sonuncu dəfə Rahimi təxminən 2024-cü ilin mart ayında sitrus bazarında görmüşdür. Rahim onu görüb onunla söhbət etmişdir. Söhbətindən bilmişdir ki, o əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Ona görə də, Rahim ona təklif etmişdir ki, onda “şüşə” adlanan psixotrop maddə metamfetamin vardır, istəsə ona verə bilər. O Rahimə demişdir ki, belə şeylərdən uzaqdır. Rahim daha ona heçnə deməmişdir. Təxminən 2 gün sonra mart ayın sonlarında Rahimi yenidən sitrus bazarında görmüşdür. Rahim onu görüb demişdir ki, onda bükümlərdə metamfetamin vardır, istəsə ona verə bilər. Rahim demişdir ki, istəsə onları ona verə bilər. Rahim demişdir ki, 20 büküm metamfetamin vardır, 80 manata satır. O demişdir ki, o qədər pulu yoxdur. Cibindən pulunu çıxarıb saymış və cəmi 45 manat olmuşdur. Rahimə demişdir ki, pulu budur. Rahim razılaşmış və 20 büküm metamfetamini sitrus bazarında ona vermiş, o da Rahimə 45 manat pul vermişdir. Həmin vaxt onun yanında kimsə yox imiş. Rahimin bazara nə ilə gəldiyini bilməmişdir. Rahimin onda nömrəsi də yoxdur. Həmdə o mobil telefondan istifadə etmir. Rahimdən həmin 20 büküm metamfetamini alandan sonra aparıb yaşadığı kənddə çay kənarında sellofana salıb kibrit qutusunda gizlətmiş və ondan istifadə etməmişdir. 26 aprel 2024-cü il tarixdə saat 16 radələrində çay kənarına gedib orada gizəltdiyi kibrit qutusundakı metamfetaminlərdən birini götürüb istifadə etmiş, qalan 19 büküm isə yenidən kibrit qutusuna qoyub əynində olan pencəyinin sağ yan cibində saxlamışdır. Həmin gün saat 18 radələrində Lənkəran şəhəri kiçik bazar adlanan əraziyə getmişdir. Fikirləşmişdir ki, dəniz kənarında dəniz qurdu yığsın, gəlib çay kənarında balıq tutar. Lənkəran şəhəri H.Əliyev prospekti ilə dəniz kənarına gedən zaman bir avtomobil gəlib yanında saxlamışdır. Avtomobildən bir neçə şəxs düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Lənkəran ŞRPŞ-nın əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə olduğundan şübhəli olduqlarını deyib onu Lənkəran şəhərində yerləşən şöbəyə dəvət etmişlər.Polis əməkdaşları onu Lənkəran ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində üzərinə videoçəkilişlə axtarış keçirtmişlər. Çəkiliş zamanı təhqiqatçı ona üzərində narkotik vasitə olub-olmadığını, əgər varsa təqdim etməsini demişdir. O da əynində olan şalvarının sol yan cibindən Arqo markalı siqaret qutusunu və alışqanı, pencəyinin sağ yan cibində saxladığı içərisində metamfetamin olan kibrit qutusunu, pencəyinin sol yan cibindən 4 ədəd 1 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Tutduğu cinayət əməlindən peşmandır. Ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə əlaqadar olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 aprel 2024-cü il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmışdır, 26 aprel 2024-cü il tarixdə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və polis sahə rəisi, polis mayoru Şahid3 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. Həmin gün saat 18 radələrindən Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Saat 18:15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin, psixotrop maddələrin üzərində gəzdirməsində, istifadə etməsində və satmasında şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də, onu avtomobillə Lənkəran ŞRPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 qutu “ARGO” markalı siqaret, 1 ədəd alışqanı, əynində olan qara rəngli pencəyinin sağ yan cibindən 1 ədəd kibrit qutusunu, pencəyin sol yan cibindən 4 ədəd 1 manatlıq pul əskinaslarını təqdim edərək bildirmişdir ki, kibrit qutusunda el arasında “şüşə” adlanan metamfetamin vardır. Həmin kibrit qutusu açılmış və içərisində 19 büküm gümüşü rəngli kağızlara bükülmüş metamfetaminə bənzər kütlələr aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 19 bükümdə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, çəkisi 2,83 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr metamfetamindir, özünə məxsusdur, həmin kütlələri 3 gün əvvəl Bakı şəhəri Yaşıl bazar adlanan ərazidə Ruslan adlı şəxsdən 45 manata öz istifadəsi üçün alaraq üzərində saxlamışdır. Məhkəmə baxışında dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru Şahid3, Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İş üzrə 26 aprel 2024-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki pencəyinin sağ yan cibindən bir ədəd kibrit qutusunda 19 bükümdə ümumi 2,83 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, o, həmin psixotrop maddənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2024-cü il tarixli, 19/367 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 19 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,347 qr; -0,186 qr; -0,194 qr; -0,086 qr; -0,089 qr; -0,179 qr; -0,041 qr; - 0,087 qr; -0,224 qr; -0,066 qr; -0,016 qr; -0,024 qr; -0,042 qr; -0,032 qr; -0,062 qr; -0,067 qr; -0,099 qr; -0,075 qr; -0,046 qram olmaqla ümumi təmiz çəkisi; -1,962 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2024-cü il tarixli, 567 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyatda durur. Əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 19 ədəd bükümdə 1,962 qram psixotrop maddə metamfetaminin aldığı mənbəni müəyyən etmək mümkün olmamışdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2000-ci il tarixdə Bakı şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 226-cı maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 08 noyabr 2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. 14 may 2024-cü il tarixli, 1639 nömrəli arayışdan görünür ki, Əzimov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. 26 aprel 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuşdur. O, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 26 aprel 2024-cü il tarixdə saat 18:15-də saxlanılmışdır. 28 aprel 2024-cü il tarixli, 87/9 nömrəli “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 aprel 2024-cü il tarixdə saat 16:50-də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və tutulmadan azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 17 iyul 2024-cü il tarixli, 97/14 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 19 (on doqquz) ədəd bükümdə, xalis çəkisi 1,962 qram olan psixotrop maddə metafetamin və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntünü özündə əks etdirən 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 19 (on doqquz) ədəd bükümdə, xalis çəkisi 1,582 qram olan psixotrop maddə metafetamin Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarışın 01 ədəd DVD diski isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran şəhər İHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 278 nömrəli, 06 iyul 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Əzimov X3 rayonu, Sütəmurdov kəndində ailə üzvləri – arvadı X7, övladları 1991-ci il təvəllüdlü X6 və 1993-cü il təvəllüdlü X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “X2” Publik hüquqi şəxsindən verilmiş xx.xx.2024-cü il tarixli “xəstənin ambulator tibbi rattasından” çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “hər iki ağ ciyərin ocaqlı vərəmi” diaqnozu ilə həmin xəstəxanada dispanser qeydiyyatındadır. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs adında ***-***-**-** mobil telefon nömrəsi mövcuddur. Məhkəmə sorğusu əsasında "xxxx" MMC-dən təqdim edilmiş 18940 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. Həmçinin həmin mobil telefon nömrəsi xx.xx.2021-ci il tarixdən etibarən Azercell şəbəkəsində deaktivdir, nömrənin müqaviləsinə xitam verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 5 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPMnin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olubolmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etraf edib peşman olmasını, vərəm xəstəliyindən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində uşaqlarının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin, üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin miqdarını və bükümlərin sayını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxarılaraq ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 19 bükümdə, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,582 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu müddət 01 (bir) günə 01 (bir) gün hesabı ilə hesablanıb ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 19 (on doqquz) ədəd bükümdə 1,582 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 60 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-220/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-220/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver